Şeyx Sultan Əli və ya Şeyx Əli Mirzə Səfəvi (1469, Şaməsbi (Ərdəbil), Ərdəbil ostanı – 1494, اردبیل) — Səfəviyyə ordeni rəhbərləri və Səfəvi sülaləsindən olan şahların siyahısı|Səfəviyyə ordeni]]nin rəhbəri. Siyasi gücünə görə çəkinilən Sultan Əli ana tərəfdən qohumları olan ağqoyunlular tərəfindən həbs edilmiş və bir neçə il ailəsi ilə birlikdə Fars əyalətində saxlanılmışdır. O, 1493-cü ildə şahzadə Rüstəm tərəfindən həbsdən azad edilmiş, o və onun adamları da bunun qarşılığında Rüstəmə Baysunqur Yaqub oğlunu məğlub etmədə yardım etmişdir. Lakin bundan bir il keçdikdən sonra Rüstəm də onu özünə təhlükə olaraq görmüş və 1494-cü ildə onun edamına əmr vermişdir. Özünün qaçınılmaz sonunu anlayan Sultanəli ölümündən qısa müddət əvvəl kiçik qardaşı İsmayılı ordenin rəhbəri təyin etmişdir. Nəticədə İsmayıl 1501-ci ildə yeni dövlətin əsasını qoymuş və özünü şah elan etmişdir.
Şeyx Sultan Əli | |
---|---|
fars. علیمیرزا صفوی | |
Ərdəbil hakimliyinin VII şeyxi | |
7 iyul 1488 – 1494 | |
Əvvəlki | Şeyx Heydər |
Sonrakı | Şah İsmayıl Xətai |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1469 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Dəfn yeri | |
Fəaliyyəti | ilahiyyatçı |
Atası | Şeyx Heydər |
Anası | Aləmşah bəyim |
Ailəsi | Səfəvilər |
Dini | islam |
Həyatı
Sultanəli Səfəvi Şeyx Heydərin böyük oğludur və anası Aləmşah Bəyim Ağqoyunlu Uzun Həsənin arvadı Dəspinə Xatundan olan qızıdır. Qasım bəy Təbrizə görə, o, 1469/1470-ci ildə Ərdəbil yaxınlığındakı Şaməsbi kəndində dünyaya gəlmişdir.
O, Şeyx Heydərin 1488-ci ildə Tabasaranda öldürülməsindən sonra atasının yerinə keçmişdir. Bundan başqa, Sultanəli Səfəvi sülaləsində Padişah titulu daşıyan ilk şəxsdir. Rocer Seyvorinin 1985-ci ildə yazdığına görə, bu, "bu mərhələdə Səfəvilərin həm maddi, həm də mənəvi hakimiyyətə can atdıqlarının bariz göstəricisi idi". Sonrakı tarixçilər tərəfindən Əli Mirzə Səfəviyə verilən Sultan titulunun mənsubiyyəti şübhə doğurur; Əli Mirzə yəqin ki, Rocer Seyvoriyə görə bu titulu özü işlətməyib.
Müəyyən məqamdan sonra Səfəvi ordeninin sufiləri Ərdəbildə Sultan Əli ətrafında cəmləşməyə başladılar və ona atasının qısasını almağı təlqin etməyə başladılar. Maraqlıdır ki, onun atasının öldürülməsinə ağqoyunlular da qarışmışdı. Bundan xəbər tutan Sultan Yaqub onun, anasının (sultanın həm də bacısı idi) və iki qardaşının həbs edilməsini əmr etdi. Ailə Fars əyalətindəki İstəxr qalasına həbs edildi. Yaqub bacısı olan anasının müdaxiləsi olmasaydı, yəqin ki, Sultanəli Mirzəni edam edəcəkdi.
Sultanəli Mirzə 4 il ailəsi ilə birlikdə həbsdə keçirdikdən sonra 1493-cü ildə Rüstəm Mirzə tərəfindən həbsdən azad edildi. Belə ki, Yaqubun 1490-cı ildə ölümündən sonra Ağqoyunlu taxtı uğrunda şahzadələr arasında mübarizə başlamışdı və Rüstəm Baysunqura qarşı mübarizədə Səfəvilərin gücündən yararlanmaq istəyirdi. Bunun qarşılığında, Rüstəmin Sultanəlini özündən sonra taxta çıxacağını söz verdiyi bildirilir. 1493-cü ildə Rüstəm Səfəvilərin yardımı ilə Baysunquru məğlub etdi, lakin 1494-cü ildə anladı ki, bu dəfə də Sultan Əli onun hakimiyyətinə qarşı real təhlükədir. Buna görə də, onun əmri ilə Sultanəli Mirzə və qardaşlarının həbs edilməsi əmr edildi. Sultanəli və qardaşları kiçik qüvvə ilə Rüstəmin düşərgəsindən qaçmağı bacardılar və Ərdəbilə doğru hərəkət etməyə başladılar. Bununla belə Rüstəm onların Ərdəbildə öz adamları ilə birləşməsinin nə dərəcədə təhlükə yarada biləcəyindən xəbərdar idi, buna görə də, onları təqib etmək üçün ordu göndərdi.
Sultan Əli Mirzə özünün qaçınılmaz sonunu bilərək qardaşı İsmayılı özünün varisi təyin edib, Ərdəbilə yola saldı. Özü isə qardaşına vaxt qazandırmaq üçün ağqoyunlulara tərəf çevrildi və Şəməsbi yaxınlığında onlar tərəfindən öldürüldü. Sultan Əli Mirzənin son döyüşündə yanında məşhur türk tayfalarından olan sərkərdələrdə iştirak edirdilər. Bu tayfalardan qacar (Qarapiri bəy Qacar), şamlı (Hüseyn bəy Lələ Şamlı) və qaramanlı (Rüstəm bəy Qaramanlı) tayfalarının adlarını çəkmək mümkündür.
Aləmşah Bəyimin əmri ilə Sultan Əli Mirzənin nəşi Ərdəbilə gətirildi və orada dəfn edildi. Qardaşı İsmayıl ağqoyunlu təqiblərindən qurtulmağı bacardı və tərəfdarları tərəfindən gizlədildi. Bir neçə ildən sonra isə o, Səfəvi imperiyasının əsasını qoydu və 1501-ci ildən 1524-cü ilə qədər Şah I İsmayıl adı ilə taxtda oturdu. Onun əsasını qoyduğu imperiya isə 1736-cı ilə qədər Orta Şərqin ən güclü imperiyalarından biri kimi mövcudluğunu davam etdirdi.
Ailəsi
Atası Səfəvi sülaləsindən olan Şeyx Heydər, anası isə Aləmşah Bəyimdir. Heydər Şeyx Cüneydlə Uzun Həsənin bacısı Xədicə bəyimin oğludur. Anası Aləmşah Bəyim Uzun Həsən ilə Dəspinə Xatunun qızıdır. İsmayıl Mirzə, Seyid Həsən və İbrahim Mirzə adlı qardaşları, Mələk Xanım, Fəxrcahan Xanım adlı bacıları olmuşdur.
Həmçinin bax
İstinadlar
- Ghereghlou, 2016
- Savory, 1985. səh. 868
- Ghereghlou, 2017. səh. 805–832
- Əfəndiyev, 1985. səh. 42
Mənbə
- Kioumars Ghereghlou. ḤAYDAR ṢAFAVI. Encyclopaedia Iranica. 2016.
- Kioumars Ghereghlou. Chronicling a Dynasty on the Make: New Light on the Early Ṣafavids in Ḥayātī Tabrīzī's Tārīkh (961/1554). Journal of the American Oriental Society. 137 (4). 2017. 805–832. ISBN .
- R. M. Savory. ALĪ MĪRZĀ. I. Encyclopaedia Iranica. 1985. 868.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Seyx Sultan Eli ve ya Seyx Eli Mirze Sefevi 1469 Samesbi Erdebil Erdebil ostani 1494 اردبیل Sefeviyye ordeni rehberleri ve Sefevi sulalesinden olan sahlarin siyahisi Sefeviyye ordeni nin rehberi Siyasi gucune gore cekinilen Sultan Eli ana terefden qohumlari olan agqoyunlular terefinden hebs edilmis ve bir nece il ailesi ile birlikde Fars eyaletinde saxlanilmisdir O 1493 cu ilde sahzade Rustem terefinden hebsden azad edilmis o ve onun adamlari da bunun qarsiliginda Rusteme Baysunqur Yaqub oglunu meglub etmede yardim etmisdir Lakin bundan bir il kecdikden sonra Rustem de onu ozune tehluke olaraq gormus ve 1494 cu ilde onun edamina emr vermisdir Ozunun qacinilmaz sonunu anlayan Sultaneli olumunden qisa muddet evvel kicik qardasi Ismayili ordenin rehberi teyin etmisdir Neticede Ismayil 1501 ci ilde yeni dovletin esasini qoymus ve ozunu sah elan etmisdir Seyx Sultan Elifars علی میرزا صفوی Erdebil hakimliyinin VII seyxi7 iyul 1488 1494EvvelkiSeyx HeyderSonrakiSah Ismayil XetaiSexsi melumatlarDogum tarixi 1469Dogum yeri Samesbi Erdebil Erdebil sehristani Erdebil ostani IranVefat tarixi 1494Vefat yeri اردبیل Erdebil sehristani Erdebil ostani IranVefat sebebi bas kesmeDefn yeri اردبیلFealiyyeti ilahiyyatciAtasi Seyx HeyderAnasi Alemsah beyimAilesi SefevilerDini islamHeyatiSultaneli Sefevi Seyx Heyderin boyuk ogludur ve anasi Alemsah Beyim Agqoyunlu Uzun Hesenin arvadi Despine Xatundan olan qizidir Qasim bey Tebrize gore o 1469 1470 ci ilde Erdebil yaxinligindaki Samesbi kendinde dunyaya gelmisdir O Seyx Heyderin 1488 ci ilde Tabasaranda oldurulmesinden sonra atasinin yerine kecmisdir Bundan basqa Sultaneli Sefevi sulalesinde Padisah titulu dasiyan ilk sexsdir Rocer Seyvorinin 1985 ci ilde yazdigina gore bu bu merhelede Sefevilerin hem maddi hem de menevi hakimiyyete can atdiqlarinin bariz gostericisi idi Sonraki tarixciler terefinden Eli Mirze Sefeviye verilen Sultan titulunun mensubiyyeti subhe dogurur Eli Mirze yeqin ki Rocer Seyvoriye gore bu titulu ozu isletmeyib Mueyyen meqamdan sonra Sefevi ordeninin sufileri Erdebilde Sultan Eli etrafinda cemlesmeye basladilar ve ona atasinin qisasini almagi telqin etmeye basladilar Maraqlidir ki onun atasinin oldurulmesine agqoyunlular da qarismisdi Bundan xeber tutan Sultan Yaqub onun anasinin sultanin hem de bacisi idi ve iki qardasinin hebs edilmesini emr etdi Aile Fars eyaletindeki Istexr qalasina hebs edildi Yaqub bacisi olan anasinin mudaxilesi olmasaydi yeqin ki Sultaneli Mirzeni edam edecekdi Sultaneli Mirze 4 il ailesi ile birlikde hebsde kecirdikden sonra 1493 cu ilde Rustem Mirze terefinden hebsden azad edildi Bele ki Yaqubun 1490 ci ilde olumunden sonra Agqoyunlu taxti ugrunda sahzadeler arasinda mubarize baslamisdi ve Rustem Baysunqura qarsi mubarizede Sefevilerin gucunden yararlanmaq isteyirdi Bunun qarsiliginda Rustemin Sultanelini ozunden sonra taxta cixacagini soz verdiyi bildirilir 1493 cu ilde Rustem Sefevilerin yardimi ile Baysunquru meglub etdi lakin 1494 cu ilde anladi ki bu defe de Sultan Eli onun hakimiyyetine qarsi real tehlukedir Buna gore de onun emri ile Sultaneli Mirze ve qardaslarinin hebs edilmesi emr edildi Sultaneli ve qardaslari kicik quvve ile Rustemin dusergesinden qacmagi bacardilar ve Erdebile dogru hereket etmeye basladilar Bununla bele Rustem onlarin Erdebilde oz adamlari ile birlesmesinin ne derecede tehluke yarada bileceyinden xeberdar idi buna gore de onlari teqib etmek ucun ordu gonderdi Sultan Eli Mirze ozunun qacinilmaz sonunu bilerek qardasi Ismayili ozunun varisi teyin edib Erdebile yola saldi Ozu ise qardasina vaxt qazandirmaq ucun agqoyunlulara teref cevrildi ve Semesbi yaxinliginda onlar terefinden olduruldu Sultan Eli Mirzenin son doyusunde yaninda meshur turk tayfalarindan olan serkerdelerde istirak edirdiler Bu tayfalardan qacar Qarapiri bey Qacar samli Huseyn bey Lele Samli ve qaramanli Rustem bey Qaramanli tayfalarinin adlarini cekmek mumkundur Alemsah Beyimin emri ile Sultan Eli Mirzenin nesi Erdebile getirildi ve orada defn edildi Qardasi Ismayil agqoyunlu teqiblerinden qurtulmagi bacardi ve terefdarlari terefinden gizledildi Bir nece ilden sonra ise o Sefevi imperiyasinin esasini qoydu ve 1501 ci ilden 1524 cu ile qeder Sah I Ismayil adi ile taxtda oturdu Onun esasini qoydugu imperiya ise 1736 ci ile qeder Orta Serqin en guclu imperiyalarindan biri kimi movcudlugunu davam etdirdi AilesiAtasi Sefevi sulalesinden olan Seyx Heyder anasi ise Alemsah Beyimdir Heyder Seyx Cuneydle Uzun Hesenin bacisi Xedice beyimin ogludur Anasi Alemsah Beyim Uzun Hesen ile Despine Xatunun qizidir Ismayil Mirze Seyid Hesen ve Ibrahim Mirze adli qardaslari Melek Xanim Fexrcahan Xanim adli bacilari olmusdur Hemcinin baxSefeviler sulalesinin seceresiIstinadlarGhereghlou 2016 Savory 1985 seh 868 Ghereghlou 2017 seh 805 832 Efendiyev 1985 seh 42MenbeKioumars Ghereghlou ḤAYDAR ṢAFAVI Encyclopaedia Iranica 2016 Kioumars Ghereghlou Chronicling a Dynasty on the Make New Light on the Early Ṣafavids in Ḥayati Tabrizi s Tarikh 961 1554 Journal of the American Oriental Society 137 4 2017 805 832 ISBN 0003 0279 R M Savory ALi MiRZA I Encyclopaedia Iranica 1985 868 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 407 ISBN 978 9952 34 101 0