I Adil (tam adı : əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub; ərəb : بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب; iyun 1145 – avqust 1218) — Nəcməddin Əyyubinin oğlu və Səlahəddin Əyyubinin kiçik qardaşı. 1196–1218-ci illərdə Şam Əyyubi sultanı, 1200-cü ildə Misirdəki hakimiyyəti ələ keçirdikdən sonra həmçinin Misir Əyyubi sultanı kimi hakimiyyətdə olub.
I Adil | |
---|---|
əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub ərəb. بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب | |
| |
(Əyyubi Şam əmiri) | |
1196 – 1218 | |
Əvvəlki | Mənsur Məhəmməd |
Sonrakı | |
(Əyyubi Misir sultanı) | |
1200 – 1218 | |
Əvvəlki | |
Sonrakı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (73 yaşında) |
Atası | Nəcməddin Əyyubi |
Ailəsi | Əyyubilər sülaləsi |
Dini | sünni islam |
Həyatı
Səlahəddin Əyyubi dövründə
Adilin harada anadan olması barədə mənbələrdə məlumatlar müxtəlifdir. Mənbələrə görə 1145-ci ildə Dəməşqdə, və yaxud Bəəlbekdə anadan olub.
Onun haqqında ilkin məlumatlar Şamdakı Zəngi atabəyi Nurəddin Zənginin ordusuna rəhbərlik edən əmisi 1168–1169-cu illərdə Misirə üçüncü və sonuncu səfərində iştirakı və burada göstərdiyi hərbi uğurlarla bağlıdır. 1169-cu il yanvarın 18-də əmisi Sirkuh Fatimilər tərəfindən vəzir təyin olunsa da, bir neçə gün sonra gözlənilmədən öldü.
Onun yerinə Sirkuhun qardaşı oğlu və Adilin böyük qardaşı Səlahəddin Əyyubi seçildi. Səlahəddinin Qahirədə inzibati vəzifələrə öz adamlarını yerləşdirməsi və getdikcə güclənməsi Fatimilərə tabə olan hərbi qüvvələrin üsyanı ilə nəticələndi. Lakin bu üsyan Adil tərəfindən sərt şəkildə yatırıldı. Həmçinin üsyançıların Nubiyadakı hərbi düşərgələrinə basqın edildi və üsyana rəhbərlik edən şəxslər də daxil olmaqla üsyançıların əksəriyyəti öldürüldü. Son Fatimi sultanı Ədidin 13 sentyabr 1169-cu ildə vəfatından sonra Qahirədə və Abbasi xəlifəsi adından xütbələr oxundu və beləliklə Fatimi şiə xilafətinə və Fatimi dövlətinin varlığına son qoyuldu. Faktiki olaraq bundan sonra hərbi və siyasi rəhbərlik tam olaraq Səlahəddin Əyyubinin əlində olsa da, yenə də Əyyubilər Zəngilərin vassalı kimi hakimiyyətdə idilər. Misirdə yeni sünni əsilli Əyyubi idaretmə sisteminin qurulmasında Adil qardaşından böyük dəstək aldı.
Nurəddin Zənginin 1174-cü ildə ölümündən sonra onun azyaşlı oğlu Saleh İsmayıl Suriya və Şam atabəyi kimi taxta oturdu. Lakin Zəngilərin Hələb atabəyi Gümüştəkin onun hakimiyyətini qəbul etmədi və hakimiyyəti ələ keçirmək üçün ordusu ilə Suriyaya doğru hərəkətə keçdi. Həmçinin Səlahəddin də 1174-cü ilin noyabrında Misiri tərk etdi və noyabrın 27-də Şama daxil oldu. Kiçik qardaşı Adili isə Misirə vali təyin etdi.
Bundan sonra 1174-cü ilin noyabr ayından başlayaraq Səlahəddin Əyyubi Qüds krallığına və bu dövlətə tabe olan yerli feodallara qarşı geniş hərbi əməliyyatlara başladı. Misir valisi Adil böyük qardaşı Səlahəddinin hərbi yürüşlərinə dəstək olmaq üçün Misir ordusu ilə bir neçə dəfə Qəzzəyə və Fələstinə yürüşlər təşkil etdi. Xüsusən də Səlahəddin Tripoli qraflığının tabeliyindəki Beyrutu ələ keçirmək üçün yürüşdə olarkən, Adil Qəzzaya və Fələstinə doğru hərəkət edərək Qüds kralı və IV Bolduinin Tripoli qraflığına dəstək verməsinin qarşısını aldı.
IV Boduin 1176-cı ildə həbsdən çıxan Şatilyonlu Reynaldın dəstəyi ilə 1177-ci ildə Monjisar döyüşündə Əyyubi ordusuna qarşı qələbə qazandı. Bundan sonra Əyyubilər ilə Qüds krallığı arasında azad ticarətlə bağlı müqavilə imzalandı. Lakin Şatilyonlu Reynald bu müqaviləyə əməl etmədi. Onun tabeliyindəki hərbi dəstələr və donanma bölgədəki müsəlman ticarət karvanlarına və Məkkəyə gedən zəvvarlara qarşı pirat və quldur hücumları təşkil edirdi. Bu hücumların qarşısını almaq üçün Misir valisi Adil 1182-ci ilin noyabrında Hicaza hərbi yürüş təşkil etdi və Mədinə yaxınlığında Şatilyonlu Reynaldın başçılıq etdiyi piratları məğlub etdi, Şatilyonlu Reynald isə az sayda əsgərlə birlikdə qaçmağı bacardı. Əsir götürülən dəniz quldurları Qahirəyə aparılaraq orada edam edildi.
1183-cü ildə Hələb Səlahəddinin qüvvələri tərəfindən tutuldu və Adil buraya əmir təyin edildi. Adilin yerinə isə Misirə Səlahəddinin ikinci oğlu Əziz Osman və Adilin oğlu əmir təyin edildi. 1186-cı ildə isə Səlahəddin Hələbə Adilin yerinə digər oğlu əmir təyin etdi və Adilin oğlu Təqiyəddin Abbası da Misir əmirliyindən uzaqlaşdırdı. Adil isə Urfa və vali təyin edildi.
1187-ci ilin payızında Səlahəddin rəhbərlik etdiyi Avropadan yeni gəlmiş səlibçi qüvvələrinin müdafiə olunduğu qalasını mühasirəyə aldı. Adil oğlu Təkiyyəddinlə birlikdə bu mühasirədə iştirak edirdi. Lakin bu mühasirə Əyyubilər üçün uğursuzluqla nəticələndi və 1187-ci ilin dekabrında mühasirə dayandırıldı. Bundan dərhal sonra Səlahəddin Adilə səlibçilərin hakimiyyəti dövründə Şatilyonlu Reynalda məxsus torpaqları bağışladı və onu Misirə göndərdi.
20 avqust 1189-cu ildə Səlahəddin Qüds krallığının paytaxtı Əkkanı mühasirəyə aldı. Həmin ilin noyabrında Adilin komandanlığı altındakı Misir ordusu da mühasirəyə qatıldı. 1190-cı ilin yazında Səlahəddin xəstələndi və mühasirəyə Adil rəhbərlik etdi. 1190-cı il iyulun 30-da alman səlibçi qüvvələri gözlənilmədən Adilin qərargahına hücum edərək qərargahı ələ keçirdilər. Səlibçilərin qərargahı qarət etməsindən istifadə edən Adil əks-hücuma keçdi və demək olar ki, səlibçilərin canlı qüvvəsinin hamsını öldürüldü.
Üçüncü Səlib yürüşü dövründə Adil yenidən Misirə vali kimi göndərildi və 1186–1192-ci illərdə bu vəzifədə oldu.
Səlahəddinin ölümündən sonra varislərinin əmisi kimi həyatı
Səlahəddin 1186-cı ildə idarə etdiyi torpaqları böldü. Belə ki, ölümündən sonra oğullarından Əfdal Əli Şam sultanı, Əziz Osman Misir sultanı, Hələb əmiri olacaqdı. Qardaşı Adilə isə Urfa və Harranda Əlcəzirə əmiri vəzifəsini verdi. Səlahəddin 1193-cü il martında vəfat etdikdən sonra vəsiyyəti Əyyubi əyyanları tərəfindən olduğu kimi qəbul edildi.
Lakin bir müddət sonra Misir Sultanı Əziz Osmanla qardaşı Şam sultanı Əfdal Əli arasında qarşıdurma yarandı. Əziz Osman 1194-cü ildə Misir ordusu ilə Şama gedərək həmin şəhəri mühasirəyə aldı. Əfdal əmisi Adildən kömək istədi. Adil qardaşı oğulları arasında vasitəçi oldu və tərəflər arasında sülh imzalandı. Əziz Osman Şamın mühasirəsini dayandıraraq Misirə qayıtdı.
1195-ci ildə Əziz Osman yenidən Əfdala qarşı yürüş təşkil etdi. Adil Əfdalı qorumaq üçün Əziz Osmanın ordusundakı bəzi mühüm əmirləri ordunu tərk etməyə razı saldı. Ordusu parçalanmaqda olan Əziz Osman Misirə qayıtdı. Sultan Əfdal fürsətdən istifadə edərək Misirə girib Qahirəni ələ keçirimək istəsə də Adil onu hücumdan çəkindirdi. Bəzi mənbələrə görə Adil qardaşlardan heç birinin bütün Əyyubi sultanlığı ərazisində tək hökmdar olmasını və güclənməsini istəmirdi.
Bu dövrdə Adil dövlət işlərindən uzaqlaşdığını bəyan edərək Əlcəzirə əmirliyini tərk etdi və Misirdə yaşamağa başladı. Əfdalın dövlət işlərindən uzaqlaşması və Suriya əhalisinin onun hakimiyyətindən narazılığı 1193-cü ildə Əziz Osman və Adilin onun üzərinə yürüş etməsinə gətirib çıxardı. 1196-cı ilin iyununda hərəkətə keçən Misir ordusu 1196-cı il iyulun 3-də Şama daxil oldu. Əfdal Suriya taxtından endirildi və kiçik şəhərlərdən birinə vali təyin edildi. Adil isə Suriya əmiri təyin edildi. Beləliklə, Əyyubilər dövlətindəki hakimiyyət faktiki olaraq Adilin əlinə keçdi.
Əziz Osman 29 noyabr 1198-ci ildə piramidalar yaxınlığında ov zamanı atdan yıxıldı və vəfat etdi. Misir əyanları Əziz Osmanın yerinə onun 9 yaşlı oğlu Mənsur Məhəmmədi sultan elan etdilər. Əmisi isə sultanln naibi (atabəyi) təyin edildi.
Adilin üzərinə hərəkətə keçən Əfdal 1199-cu il iyunun 14-də Dəməşqə çatdı və şəhəri mühasirəyə aldı. Amma tərəflərdən heç biri döyüşə getməyə cəsarət etmədilər. Əfdal əyanların israrına baxmayaraq Adillə altı aylıq sülh müqaviləsi imzaladı və Misirə qayıtdı. Həmçinin Əfdal kənd təsərrüfatı məşğul olmaq istəyən Misir ordusu əsgərlərinin əksəriyyətini evlərinə geri göndərdi və beləliklə Misir ordusu demək olar ki, dağıldı. Lakin Adil bu müqaviləyə əməl etmədi və az müddət sonra Misirə daxil oldu. Əfdal dağılmış ordusunu yenidən toplamaq fürsəti tapmadı və toplaya bildiyi əsgərlərlə Bilheysdə Adilin ordusu ilə qarşı-qarşıya gəldi. Adil qalib gəldi və 5 fevral 1200-cü ildə Qahirəni tutdu.
Adil 11 yaşındakı Mənsur Məhəmmədi taxtdan saldı və dördüncü Əyyubi sultanı kimi taxta çıxdı. Mənsur Məhəmməd Urfa valisi, Əfdal isə Əlcəzirədəki Həvrana sürgün etdi.
Sultanlıq dövrü
Adil hakimiyyəti dövründə Əkkada yerləşən Qüds krallığı və Tripoli qraflığı ilə siyasi münasibətləri və ticarət əlaqələrini genişləndirdi.
Habelə ara müharibələri dövründə boşalmış xəzinənin vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra pul və vergi islahatları həyata keçirdi. 1199-cu ildəki zəlzələ zamanı və 1199–1202-ci illərdə Nil çayının daşmasından sonra görülən tədbirlər bu dövrdə Əyyubi xəzinəsinin dolu olmasının göstəricisi idi. Beləliklə, Sultan Adil iqtisadi böhranlar zamanı ictimai və siyasi sabitliyi qorudu və iqtisadiyyatın tez bir zamanda toparlanmasını təmin etdi.
Adil Avropadan gələn yeni səlib yürüşlərinin qarşısını almaq məqsədilə avropalı tacirlərə Əyyubilərin sahilkənarı ərazilərində böyük ticarət imkanları verirdi. Xüsusilə italyan tacirlər bu iqtisadi imkanlardan çox faydalanırdılar. Lakin bu tədbirlər tam uğurlu olmadı. Frank gəmiləri 1204-cü ildə Misirin və 1211-ci ildə isə Dümyat limanına hücumlar təşkil etdilər.
Adilin əhəmiyyət verdiyi üçüncü məsələ Əyyubilərin hakimiyyəti altında olan torpaqlarda zor tətbiq etmədən Əyyubi hakimiyyətini qorumaq idi. 1200-cü ildə baş verən daxili qarşıdurmalardan sonra Adil bu məqsədə nail oldu və Əyyubi torpaqlarında daxili çəkişmələr aradan qaldırıldı. Sultan Adil 1212-ci ildə qızını Səlahəddinin oğlu, Hələb əmiri ilə evləndirdi. Həmçinin bu dövrdə Əyyubilərə aid qalalar və istehkamlar əsaslı təmir edildi. Məsələn, dövrümüzə qədər gələb çatan Dəməşq qalasının sonuncu təmiri Adil dövründə olmuşdur.
Adil dövründə Mosul və Sincar istisna olmaqla, əvvəllər Zəngilərin hakimiyyəti altında olan torpaqların çoxu Əyyubilərin hakimiyyətinə keçdi. 1207-ci ildə Əxlata yürüş təşkil edildi və oradakı bəylik ləğv edilərək Əyyubilərin Şam əmirliyinə birləşdirildi.
Ölümü
Sultan Adilin xarici siyasətdə əsas məqsədi yeni bir Səlib yürüşünün olmaması və avropalıları Əyyubi torpaqlarına basqın etməkdən çəkindirmək idi. Lakin bu siyasət baş tutmadı, 1217-ci ildə Səlib ordusu yenidən Fələstin və Misirə yürüş təşkil etdi. Adil səlibçi qüvvələrinin Fələstində quruya çıxacağını düşünsə də, səlibçilər 1218-ci ilin avqustunda Misir ərazisində quruya çıxdılar və Dümyat qalasını mühasirəyə aldılar. Yaşlı sultan Adil bu ərəfədə xəstələndi və 1218-ci ilin avqustunda öldü. Böyük oğlu onun yerinə taxta çıxdı.
İstinadlar
- (çev. Fikret Işıltan) (1992), Haçlı Seferleri Tarihi: II. Cilt Kudüs Krallığı ve Frank Doğu, Ankara:Türk Tarih Kurumu Yayınları
- Grousset, Rene (1934–1936) Histoire des Croisades et du royaume franç de Jérusalem, 3 Cilt. Paris: Plon. OCLÇ 37267632
- Grousset (1935)… c.2 s. 637
- Grousset (1935)… c. 2. s. 671–672
- Grousset (1935), C. 2, s. 695–698
- Grousset (1935), C. 2, s. 720–721
- Grousset (1936), C. 3, s. 50–51
- Grousset (1935) C.2 s.64–71
- The Cambridge History of Egypt, eds. M. W. Daly, Carl F. Petry, Volume 1, p.221
- The New Cambridge Medieval History: pts. 1–2. c. 1024-c. 1198 eds. Roşamond McKitterick, David Edward Luscombe, David Abulafia p.748
Ədəbiyyat
- Grousset, Rene (1934–1936) Histoire des Croisades et du royalume frank de Jerusalem [1] 27 iyun 2014, 3 cild. Paris: Plon. OCLC 37267632 (fr.)
Xarici keçidlər
- (fr.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Adil tam adi el Malik el Adil Seyfeddin Ebubekir Ehmed ibn Necmeddin Eyyub ereb بو بكر سيف الدين الملك العادل أحمد بن نجم الدين أيوب iyun 1145 avqust 1218 Necmeddin Eyyubinin oglu ve Selaheddin Eyyubinin kicik qardasi 1196 1218 ci illerde Sam Eyyubi sultani 1200 cu ilde Misirdeki hakimiyyeti ele kecirdikden sonra hemcinin Misir Eyyubi sultani kimi hakimiyyetde olub I Adilel Malik el Adil Seyfeddin Ebubekir Ehmed ibn Necmeddin Eyyub ereb بو بكر سيف الدين الملك العادل أحمد بن نجم الدين أيوب 1201 ci ilde I Adilin adina zerb olunmus sikkeEyyubi Sam emiri1196 1218EvvelkiMensur MehemmedSonrakiEyyubi Misir sultani1200 1218EvvelkiSonrakiSexsi melumatlarDogum tarixi iyun 1145Vefat tarixi avqust 1218 73 yasinda Atasi Necmeddin EyyubiAilesi Eyyubiler sulalesiDini sunni islamHeyatiSelaheddin Eyyubi dovrunde Adilin harada anadan olmasi barede menbelerde melumatlar muxtelifdir Menbelere gore 1145 ci ilde Demesqde ve yaxud Beelbekde anadan olub Onun haqqinda ilkin melumatlar Samdaki Zengi atabeyi Nureddin Zenginin ordusuna rehberlik eden emisi 1168 1169 cu illerde Misire ucuncu ve sonuncu seferinde istiraki ve burada gosterdiyi herbi ugurlarla baglidir 1169 cu il yanvarin 18 de emisi Sirkuh Fatimiler terefinden vezir teyin olunsa da bir nece gun sonra gozlenilmeden oldu Onun yerine Sirkuhun qardasi oglu ve Adilin boyuk qardasi Selaheddin Eyyubi secildi Selaheddinin Qahirede inzibati vezifelere oz adamlarini yerlesdirmesi ve getdikce guclenmesi Fatimilere tabe olan herbi quvvelerin usyani ile neticelendi Lakin bu usyan Adil terefinden sert sekilde yatirildi Hemcinin usyancilarin Nubiyadaki herbi dusergelerine basqin edildi ve usyana rehberlik eden sexsler de daxil olmaqla usyancilarin ekseriyyeti olduruldu Son Fatimi sultani Edidin 13 sentyabr 1169 cu ilde vefatindan sonra Qahirede ve Abbasi xelifesi adindan xutbeler oxundu ve belelikle Fatimi sie xilafetine ve Fatimi dovletinin varligina son qoyuldu Faktiki olaraq bundan sonra herbi ve siyasi rehberlik tam olaraq Selaheddin Eyyubinin elinde olsa da yene de Eyyubiler Zengilerin vassali kimi hakimiyyetde idiler Misirde yeni sunni esilli Eyyubi idaretme sisteminin qurulmasinda Adil qardasindan boyuk destek aldi Nureddin Zenginin 1174 cu ilde olumunden sonra onun azyasli oglu Saleh Ismayil Suriya ve Sam atabeyi kimi taxta oturdu Lakin Zengilerin Heleb atabeyi Gumustekin onun hakimiyyetini qebul etmedi ve hakimiyyeti ele kecirmek ucun ordusu ile Suriyaya dogru herekete kecdi Hemcinin Selaheddin de 1174 cu ilin noyabrinda Misiri terk etdi ve noyabrin 27 de Sama daxil oldu Kicik qardasi Adili ise Misire vali teyin etdi Bundan sonra 1174 cu ilin noyabr ayindan baslayaraq Selaheddin Eyyubi Quds kralligina ve bu dovlete tabe olan yerli feodallara qarsi genis herbi emeliyyatlara basladi Misir valisi Adil boyuk qardasi Selaheddinin herbi yuruslerine destek olmaq ucun Misir ordusu ile bir nece defe Qezzeye ve Felestine yurusler teskil etdi Xususen de Selaheddin Tripoli qrafliginin tabeliyindeki Beyrutu ele kecirmek ucun yurusde olarken Adil Qezzaya ve Felestine dogru hereket ederek Quds krali ve IV Bolduinin Tripoli qrafligina destek vermesinin qarsisini aldi IV Boduin 1176 ci ilde hebsden cixan Satilyonlu Reynaldin desteyi ile 1177 ci ilde Monjisar doyusunde Eyyubi ordusuna qarsi qelebe qazandi Bundan sonra Eyyubiler ile Quds kralligi arasinda azad ticaretle bagli muqavile imzalandi Lakin Satilyonlu Reynald bu muqavileye emel etmedi Onun tabeliyindeki herbi desteler ve donanma bolgedeki muselman ticaret karvanlarina ve Mekkeye geden zevvarlara qarsi pirat ve quldur hucumlari teskil edirdi Bu hucumlarin qarsisini almaq ucun Misir valisi Adil 1182 ci ilin noyabrinda Hicaza herbi yurus teskil etdi ve Medine yaxinliginda Satilyonlu Reynaldin basciliq etdiyi piratlari meglub etdi Satilyonlu Reynald ise az sayda esgerle birlikde qacmagi bacardi Esir goturulen deniz quldurlari Qahireye aparilaraq orada edam edildi 1183 cu ilde Heleb Selaheddinin quvveleri terefinden tutuldu ve Adil buraya emir teyin edildi Adilin yerine ise Misire Selaheddinin ikinci oglu Eziz Osman ve Adilin oglu emir teyin edildi 1186 ci ilde ise Selaheddin Helebe Adilin yerine diger oglu emir teyin etdi ve Adilin oglu Teqiyeddin Abbasi da Misir emirliyinden uzaqlasdirdi Adil ise Urfa ve vali teyin edildi 1187 ci ilin payizinda Selaheddin rehberlik etdiyi Avropadan yeni gelmis selibci quvvelerinin mudafie olundugu qalasini muhasireye aldi Adil oglu Tekiyyeddinle birlikde bu muhasirede istirak edirdi Lakin bu muhasire Eyyubiler ucun ugursuzluqla neticelendi ve 1187 ci ilin dekabrinda muhasire dayandirildi Bundan derhal sonra Selaheddin Adile selibcilerin hakimiyyeti dovrunde Satilyonlu Reynalda mexsus torpaqlari bagisladi ve onu Misire gonderdi 20 avqust 1189 cu ilde Selaheddin Quds kralliginin paytaxti Ekkani muhasireye aldi Hemin ilin noyabrinda Adilin komandanligi altindaki Misir ordusu da muhasireye qatildi 1190 ci ilin yazinda Selaheddin xestelendi ve muhasireye Adil rehberlik etdi 1190 ci il iyulun 30 da alman selibci quvveleri gozlenilmeden Adilin qerargahina hucum ederek qerargahi ele kecirdiler Selibcilerin qerargahi qaret etmesinden istifade eden Adil eks hucuma kecdi ve demek olar ki selibcilerin canli quvvesinin hamsini olduruldu Ucuncu Selib yurusu dovrunde Adil yeniden Misire vali kimi gonderildi ve 1186 1192 ci illerde bu vezifede oldu Selaheddinin olumunden sonra varislerinin emisi kimi heyati Selaheddin 1186 ci ilde idare etdiyi torpaqlari boldu Bele ki olumunden sonra ogullarindan Efdal Eli Sam sultani Eziz Osman Misir sultani Heleb emiri olacaqdi Qardasi Adile ise Urfa ve Harranda Elcezire emiri vezifesini verdi Selaheddin 1193 cu il martinda vefat etdikden sonra vesiyyeti Eyyubi eyyanlari terefinden oldugu kimi qebul edildi Lakin bir muddet sonra Misir Sultani Eziz Osmanla qardasi Sam sultani Efdal Eli arasinda qarsidurma yarandi Eziz Osman 1194 cu ilde Misir ordusu ile Sama gederek hemin seheri muhasireye aldi Efdal emisi Adilden komek istedi Adil qardasi ogullari arasinda vasiteci oldu ve terefler arasinda sulh imzalandi Eziz Osman Samin muhasiresini dayandiraraq Misire qayitdi 1195 ci ilde Eziz Osman yeniden Efdala qarsi yurus teskil etdi Adil Efdali qorumaq ucun Eziz Osmanin ordusundaki bezi muhum emirleri ordunu terk etmeye razi saldi Ordusu parcalanmaqda olan Eziz Osman Misire qayitdi Sultan Efdal fursetden istifade ederek Misire girib Qahireni ele kecirimek istese de Adil onu hucumdan cekindirdi Bezi menbelere gore Adil qardaslardan hec birinin butun Eyyubi sultanligi erazisinde tek hokmdar olmasini ve guclenmesini istemirdi Bu dovrde Adil dovlet islerinden uzaqlasdigini beyan ederek Elcezire emirliyini terk etdi ve Misirde yasamaga basladi Efdalin dovlet islerinden uzaqlasmasi ve Suriya ehalisinin onun hakimiyyetinden naraziligi 1193 cu ilde Eziz Osman ve Adilin onun uzerine yurus etmesine getirib cixardi 1196 ci ilin iyununda herekete kecen Misir ordusu 1196 ci il iyulun 3 de Sama daxil oldu Efdal Suriya taxtindan endirildi ve kicik seherlerden birine vali teyin edildi Adil ise Suriya emiri teyin edildi Belelikle Eyyubiler dovletindeki hakimiyyet faktiki olaraq Adilin eline kecdi Eziz Osman 29 noyabr 1198 ci ilde piramidalar yaxinliginda ov zamani atdan yixildi ve vefat etdi Misir eyanlari Eziz Osmanin yerine onun 9 yasli oglu Mensur Mehemmedi sultan elan etdiler Emisi ise sultanln naibi atabeyi teyin edildi Adilin uzerine herekete kecen Efdal 1199 cu il iyunun 14 de Demesqe catdi ve seheri muhasireye aldi Amma tereflerden hec biri doyuse getmeye cesaret etmediler Efdal eyanlarin israrina baxmayaraq Adille alti ayliq sulh muqavilesi imzaladi ve Misire qayitdi Hemcinin Efdal kend teserrufati mesgul olmaq isteyen Misir ordusu esgerlerinin ekseriyyetini evlerine geri gonderdi ve belelikle Misir ordusu demek olar ki dagildi Lakin Adil bu muqavileye emel etmedi ve az muddet sonra Misire daxil oldu Efdal dagilmis ordusunu yeniden toplamaq furseti tapmadi ve toplaya bildiyi esgerlerle Bilheysde Adilin ordusu ile qarsi qarsiya geldi Adil qalib geldi ve 5 fevral 1200 cu ilde Qahireni tutdu Adil 11 yasindaki Mensur Mehemmedi taxtdan saldi ve dorduncu Eyyubi sultani kimi taxta cixdi Mensur Mehemmed Urfa valisi Efdal ise Elceziredeki Hevrana surgun etdi Sultanliq dovru Adil hakimiyyeti dovrunde Ekkada yerlesen Quds kralligi ve Tripoli qrafligi ile siyasi munasibetleri ve ticaret elaqelerini genislendirdi Habele ara muharibeleri dovrunde bosalmis xezinenin veziyyetini yaxsilasdirmaq ucun bir sira pul ve vergi islahatlari heyata kecirdi 1199 cu ildeki zelzele zamani ve 1199 1202 ci illerde Nil cayinin dasmasindan sonra gorulen tedbirler bu dovrde Eyyubi xezinesinin dolu olmasinin gostericisi idi Belelikle Sultan Adil iqtisadi bohranlar zamani ictimai ve siyasi sabitliyi qorudu ve iqtisadiyyatin tez bir zamanda toparlanmasini temin etdi Adil Avropadan gelen yeni selib yuruslerinin qarsisini almaq meqsedile avropali tacirlere Eyyubilerin sahilkenari erazilerinde boyuk ticaret imkanlari verirdi Xususile italyan tacirler bu iqtisadi imkanlardan cox faydalanirdilar Lakin bu tedbirler tam ugurlu olmadi Frank gemileri 1204 cu ilde Misirin ve 1211 ci ilde ise Dumyat limanina hucumlar teskil etdiler Adilin ehemiyyet verdiyi ucuncu mesele Eyyubilerin hakimiyyeti altinda olan torpaqlarda zor tetbiq etmeden Eyyubi hakimiyyetini qorumaq idi 1200 cu ilde bas veren daxili qarsidurmalardan sonra Adil bu meqsede nail oldu ve Eyyubi torpaqlarinda daxili cekismeler aradan qaldirildi Sultan Adil 1212 ci ilde qizini Selaheddinin oglu Heleb emiri ile evlendirdi Hemcinin bu dovrde Eyyubilere aid qalalar ve istehkamlar esasli temir edildi Meselen dovrumuze qeder geleb catan Demesq qalasinin sonuncu temiri Adil dovrunde olmusdur Adil dovrunde Mosul ve Sincar istisna olmaqla evveller Zengilerin hakimiyyeti altinda olan torpaqlarin coxu Eyyubilerin hakimiyyetine kecdi 1207 ci ilde Exlata yurus teskil edildi ve oradaki beylik legv edilerek Eyyubilerin Sam emirliyine birlesdirildi OlumuSelib ordularini Dumyata getiren gemiler ressam Kornelis Klas Van Brinqen Sultan Adilin xarici siyasetde esas meqsedi yeni bir Selib yurusunun olmamasi ve avropalilari Eyyubi torpaqlarina basqin etmekden cekindirmek idi Lakin bu siyaset bas tutmadi 1217 ci ilde Selib ordusu yeniden Felestin ve Misire yurus teskil etdi Adil selibci quvvelerinin Felestinde quruya cixacagini dusunse de selibciler 1218 ci ilin avqustunda Misir erazisinde quruya cixdilar ve Dumyat qalasini muhasireye aldilar Yasli sultan Adil bu erefede xestelendi ve 1218 ci ilin avqustunda oldu Boyuk oglu onun yerine taxta cixdi Istinadlar cev Fikret Isiltan 1992 Hacli Seferleri Tarihi II Cilt Kudus Kralligi ve Frank Dogu Ankara Turk Tarih Kurumu Yayinlari ISBN 975 16 0497 4 Grousset Rene 1934 1936 Histoire des Croisades et du royaume franc de Jerusalem 3 Cilt Paris Plon OCLC 37267632 Grousset 1935 c 2 s 637 Grousset 1935 c 2 s 671 672 Grousset 1935 C 2 s 695 698 Grousset 1935 C 2 s 720 721 Grousset 1936 C 3 s 50 51 Grousset 1935 C 2 s 64 71 The Cambridge History of Egypt eds M W Daly Carl F Petry Volume 1 p 221 The New Cambridge Medieval History pts 1 2 c 1024 c 1198 eds Rosamond McKitterick David Edward Luscombe David Abulafia p 748 Edebiyyat Grousset Rene 1934 1936 Histoire des Croisades et du royalume frank de Jerusalem 1 27 iyun 2014 3 cild Paris Plon OCLC 37267632 fr Xarici kecidler fr