Mastodon — amerikan hevi-metal qrupudur.
Mastodon | |
---|---|
Mastodon | |
Əsas məlumatlar | |
Üslub | proqressiv metal |
Fəaliyyət illəri | 2000–h.h |
Ölkə | ABŞ |
Şəhər | Corciya |
Leybl | Reprise Relapse Roadrunner |
Heyət | Troy Sanders Brent Haynds Bill Kellixer Bren Daylor |
Keçmiş üzvlər | Erik Seyner |
www.mastodonrocks.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup 2000-ci ildə ABŞ-nin Corciya ştatında yaranmışdır. Mastodonun musiqi tərzində vokallar və musiqi alətlərinin uğurlu iştirakı xüsusi yer tutur. Qrupun dörd üzvü də mahnılarda öz vokalları və oxuma üslubları ilə seçilirlər.
Mastodon indiyə qədər altı studiya albomu, bir konsert albomu, bir DVD və ilkin dövrlərdəki materialların toplusu olan bir box set yayımlayıb. 2002-ci ildə "Remission" adlı debüt albomunu çıxardan qrup musiqi tənqidçilərindən olduqca müsbət rəylər aldı. Qrupun ikinci albomu olan "Leviathan", German Melvillin məşhur romanı olan Moby Dick'in motivləri əsasında hazırlanmışdır. Bu albom 2004-cü ildə Revolver, Kerrang! və Terrorizer musiqi jurnalları tərəfindən "İlin Albomu" seçildi. Mastodon iki dəfə Qremmi mükafatına namizəd göstərilib. Qrup kommersiya baxımından ən böyük uğurunu 2011-ci ildə yayımladığı "The Hunter" albomu ilə qazandı. Albom Billboard 200 siyahısında 10-cu sırada yerini tutdu. Mastodon 2014-cü ildə sonuncu studiya albomunu yayımladı. "Once More 'Round the Sun" adlı albom ilk həftədən 34,000 nüsxə sataraq böyük uğur qazandı.
Qrupun yaranması, ilkin dövrlər və Remission (2000–2003)
Mastodon 2000-ci il 13 yanvar tarixində yarandı. Qrupun hazırkı barabançısı Bren Daylor və gitarist Bil Kellixer, High on Fire qrupunun Atlantadakı konsertini izləmək üçün Nyu-Yorkdan yola düşür və burada basist Troy Senders və gitarist Brent Haynds ilə görüşürlər. Onlar Melvins, Neurosis kimi metal qrupların, o cümlədən 70'ci illərin hard-rok qrupu olan Thin Lizzy'dən bəzi elementlər kəşf edirlər və qısa müddət sonra Mastodon qrupunu yaradırlar. Kellixer 2009-cu ildə verdiyi bir müsahibədə Brent Hayndsın qrupa ilk daxil olanda heç çala bilmədiyini və olduqca zəif olduğunu açıqlamışdı.
Qrup 2000-ci ildə ilk vokalistləri olan Erik Seyner ilə bir demo yazırlar. Bir neçə ay sonra Seyner şəxsi səbəblərindən ötrü qrupdan ayrılır. Reptilian Records ilə dörd mahnı yayımlayan Mastodon 2001-ci ildə Relapse Records ilə albom müqaviləsi imzalayır. 2001-ci ildə "Lifesblood" adlı EP albom yayımlayan qrup, 2002-ci ildə ilk full-length albomları olan "Remission"-ı yayımlayır. Mastodon ilk üç albomlarının son mahnısını instrumental olaraq "Fil Adam" ləqəbi ilə tanınmış Jozef Merrikin şərəfinə adlandırmışdır.
Leviathan & Call of the Mastodon (2004–2005)
Qrupun ikinci studiya albomu olan "Leviathan" 2004-cü ildə işıq üzü gördü. Bu bir konsept albom idi və German Melvillin Moby Dick adlı romanının motivləri əsasında yazılmışdı. Albom tənqidçilər tərəfindən müsbət qiymətləndirildi və həmin il Kerrang! və Terrorizer musiqi jurnalları tərəfindən "İlin Albomu" seçildi. Eyni zamanda nüfuzlu Metal Hammer dərgisi "Leviathan" albomunu 2004-cü ilin ən yaxşı albomları sıralamasında ikinci sıraya layiq gördü.
Qrup albomunu tanıtmaq üçün Şimali Amerika və Avropa turuna çıxdı. Mastodon bu turda Slayer və Lamb of God, və sonra isə ilə birlikdə çıxış etdi.
Albomun beşinci mahnısı olan "Iron Tusk" skeytbordinq video oyunu olan Tony Hawk's American Wasteland və hokkey oyunu olan NHL 2K9-ın soundtrekində istifadə olunmuşdur. "Blood and Thunder" mahnısı isə Need for Speed: Most Wanted, Project Gotham Racing və Saints Row oyunlarının soundtrekində istifadə olunmuşdur.
Qrup 2006-cı ildə ilkin dövrlərdəki mahnılarının toplusu olaraq "Call of the Mastodon" adlı albomu yayımladı. Albom doqquz mahnıdan ibarətdir. Qrup albom ilə yanaşı, bəzi konsertlərindən olan görüntülərin və müsahibələrinin də yer aldığı "The Workhorse Chronicles" adlı beş hissəli DVD-sini yayımladı. "Call of the Mastodon" toplu albom olsa da, qrup bunu özlərinin üçüncü studiya albomları kimi tanıtdı. Bu son iki albom qrupun Relapse Records ilə olan son işləri idi. Daha sonra qrup Warner Bros. ilə müqavilə imzaladı. Mastodon 2006-cı ildə Kerrang! dərgisi üçün Metallicanın "Orion" mahnısının cover versiyasını yazdı. Bu cover versiya "Master of Puppets" albomunun iyirmi illik şərəfinə yazılmışdı.
Blood Mountain (2006–2008)
Mastodon 2006-cı il 12 sentyabr tarixində "Blood Mountain" adlı üçüncü studiya albomunu dinləyicilərinə təqdim etdi. Qrup albomu tanıtmaq üçün Tool ilə Avropa turuna, Slayer ilə də Avstraliya və Yeni Zellandiya turuna çıxdı.
Albomdan "Colony of Birchmen" mahnısı Saints Row 2 və Rock Band 2 oyunlarının saundtreklərində istifadə olunmuşdur. Albomun ilk sınqılı "Capillarian Crest", Rolling Stone dərgisi tərəfindən "2006-cı ilin ən yaxşı 100 mahnısı" siyahısında 27-ci yerə layiq görüldü. Albom, eyni zamanda həmin ilin ən yaxşı albomları sıralamasında da 9-cu yerə layiq görüldü. İngiltərənin Metal Hammer dərgisi isə albomu 2006-cı ilin ən yaxşı albomu seçdi. Albom Kerrang! dərgisinin il sonunda hazırladığı sıralamada 5-ci yerdə qərarlaşdı. Həmçinin PopMatters dərgisi albomu 2006-cı ilin ən yaxşı albomları sıralamasında 6-cı yerə, 2006-cı ilin "Ən Yaxşı Metal Albomları" sıralamasında isə 1-ci yerə layiq gördü. About.com da alboma 2006-cı ilin ən yaxşı albomları sıralamasnda yer verdi. Bizarre dərgisi Blood Mountain albomunu, dərginin 10 illik yubiley buraxılışında 2006-cı ilin ən yaxşı albomu seçdi. Albom eyni zamanda Revolver dərgisinin 2006-cı ilin top albomları siyahısında ikinci yerə layiq görülmüşdü.
Mastodon bu müddət ərzində bir çox konsert verdi. Eyni zamanda Against Me! və Cursive ilə də Şimali Amerika turuna çıxdı. Brent Hayndsın xəstəliyi ilə əlaqədar qrupun Miluoki turu ləğv olundu. Mastodon Norveçdəki Hove Festivalında və Pitchfork musiqi festivalında da iştirak etdi. Bu müddət ərzində qrup Metallica ilə birlikdə Sick of Studio turunun açılışını elədi. Qrup həmçinin 2007-ci ildə Dubai Desert Rock və 2008-ci ildə Bonnaroo Musiqi Festivalında iştirak etdi. Eyni zamanda Mayhem Festivalının da açılışını edən qrup daha sonra Slayer, və Lamb of God ilə tura çıxdı. Qrup həmin il bir çox başqa metal qruplarla da The Unholy Alliance turunda da iştirak etdi.
Mastodon 2007-ci ildə MTV Video Musiqi mükafatlarında Coş Qom ilə "Colony of Birchmen"-in canlı performansını sərgilədi. Televiziya performansından sonra qrupun üzvü Brent Hayndsın şiddətli baş xəsarəti aldığı bildirildi. Lakin sonradan polisin hesabatı nəticəsində məlum oldu ki Brent, System of a Down qrupunun bass gitaristi Şavo Odadjiyan, vokalist Uilyam Hudzon və Achozen qrupundan Uilyam Börk ilə mübahisə edibmiş.
Crack the Skye və Live at the Aragon (2009–2010)
Qrupun dördüncü studiya albomu "Crack the Skye" 2009-cu il 24 mart tarixində yayımlandı. Növbəti həftə albom artıq Billboard 200 sıralamasında 11-ci sırada yerini tutmuşdu. Gitarist Bill Kellixer MusicRadar'a müsahibəsində albomun konsept albom olduğunu və Stiven Hokinqin nəzəriyyələri və astral səyahət ilə bağlı olduğunu bildirdi. Mastodon albomdan üç mahnını Bonnaroo Music Festivalında ifa etdi. Ancaq albom yayımlanmadan əvvəl başqa heç bir canlı performanslarında albomdan mahnı səsləndirmədilər. Qrupun barabançısı Brenn Daylor albomdan "Oblivion" mahnısında vokalist olaraq iştirak etmişdir. Qrup, 2009-cu il 28 fevral tarixində keçirilən Scion Rock Fest-də əsas qrup olaraq çıxış etdi. Mastodon bu festivalda Crack the Skye albomundan üç mahnı səsləndirdi.
Qrup albomunu tanıtmaq məqsədilə 2009-cu ildə Metallica ilə birlikdə World Magnetic Tour-da iştirak etdi. Mastodon 2009-cu il 17 oktyabr tarixində Çikaqoda reallaşdırdığı turu DVD şəklində yayımladı. Qrup 2010-cu ilin yanvar və fevral aylarında alternativ musiqi festivalı Big Day Out çərçivəsində Avstraliya və Yeni Zellandiyada baş tutan turlarda çıxış etdi.
Qrup 2009-cu ilin 29 oktyabrında Late Night with Jimmy Fallon-da albomdan olan "Divinations" mahnısını səsləndirdi.
Mastodon 2009-cu il 4 noyabr tarixində "Oblivion" adlı ikinci EP albomunu yayımladı. Bu instrumental mahnı Brütal Legend adlı video oyunda istifadə olunmuşdu.
Qrup 2010-cu ilin sentyabr ayında Deftones və qrupları ilə birgə ABŞ və Kanadada tura çıxdı. Blackdiamondskye olaraq adlandırılan bu turda çıxış edən hər bir qrup öz sonuncu albomlarını (Black Gives Way to Blue, Diamond Eyes və Crack the Skye) ifa etdilər.
Mastodon 2010-cu ildə "Splatterhouse" adlı oyunun musiqilərinin bir hissəsini yazdı.
2011-ci il 15 mart tarixində qrup ilk DVD-si olan "Live at the Aragon"-u Reprise səsyazma şirkəti vasitəsilə yayımladı. DVD-də qrupun dördüncü studiya albomundakı mahnıların canlı performansı və əvvəlki mahnılardan da bir neçə canlı performans yer almışdı.
The Hunter (2011–2012)
Mastodon prodüserliyini Mayk Elizondonun üstləndiyi beşinci studiya albomunu Atlantadakı Doppler studiyasında yazdırdı. Albom ilə bağlı ilk xəbəri isə qrup 2011-ci ilin yanvarında öz rəsmi Facebook səhifəsində vermişdi. Qrup 2011-ci ili bir çox yay festivallarında keçirdi.
2011-ci ilin iyul ayında "The Hunter" albomunun ilk qoxusu gəlməyə başladı. Qrup Youtube vasitəsilə albomdan olan "Black Tongue" mahnısını yayımladı. 12 avqust tarixində qrup albomun treklistini və eyni zamanda albomdan olan "Curl Of The Burl" mahnısını sinqıl olaraq yayımladı.
6 sentyabr tarixində qrup The Hunter albomundan, Neurosis qrupundan Skot Kelli ilə birlikdə işləydiyi "Spectrelight" mahnsını yayımladı.
16 sentyabr tarixində Mastodon albomu tanıtmaq məqsədilə Şimali Amerika turuna çıxacağını açıqladı. Albom qrupun dinləyiciləri və media tərəfindən çox yaxşı qarşılandı. Qrup bu albom ilə indiyə qədərki ən böyük uğurunu əldə etdi və Billboard 200 sıralamasında onuncu yerə qədər qalxdı. Albom yni zamanda bir çox rəsmi musiqi siyahılarında da böyük uğur əldə etdi.
2011-ci il 5 oktyabr tarixində qrup "Curl of the Burl" mahnısını Late Show with David Letterman proqramında ifa etdi.
12 oktyabr tarixində qrup, The Dillinger Escape Plan və Red Fang qrupları ilə birgə 2012-ci ilin fevralında Birləşmiş Krallıq turuna çıxacağını açıqladı.
1 dekabr tarixində qrupun "Curl of the Burl" mahnısı "Ən yaxşı Metal/Hard Rok performansı" nominasiyasında Qremmi mükafatına layiq görüldü. Bu qrupun Qremmi mükafatına ikinci namizədliyi idi. Qrup ilk dəfə 2007-ci ildə "Colony of Birchmen" mahnısı ilə bu nominasiyada Qremmi mükafatına namizəd göstərilmişdi.
Albom Metal Hammer, Classic Rock və Rock Sound jurnalları tərəfindən "İlin Albomu" olaraq adlandırıldı.
2012-ci ilin yanvar ayında qrupun İsveç proqressiv metal qrupu olan Opeth ilə birgə Şimali Amerika turuna çıxacağı açıqlandı. "Heritage Hunter Tour" olaraq adlandırılan tur hər iki qrupun son albomları olan "The Hunter" və "Heritage"-in tanıtımı məqsədini daşıyırdı. 2012-ci il 12 fevral tarixində qrup əsas qrup olaraq karyerasının ən böyük çıxışını Londondakı Brixton Academy'də reallaşdırdı.
Qrup 2012-ci ilin yayını Avropa və Cənubi Amerikada keçirilən bir çox festivallarda iştirak etdi. Bu The Hunter-ı dəstəkləmək üçün son turlar idi.
Once More 'Round the Sun (2014–2015)
2013-cü ilin əvvəlində Mastodon yeni səsyazmalara. Gitarist Brent Haynds yeni musiqilərini "çox ürküdücü" olaraq təsvir etdi və bu tərzdə üç mahnı yazacaqlarını bildirdi. 2012-ci il 3 dekabr tarixində qrup öz Twitter səhifəsində Monsters University filmi üçün mahnı yazacaqlarını açıqlamışdı. Lakin filmdə istifadə olunan mahnı qrupun 2004-cü ildə çıxan "Leviathan" adlı albomundakı "The Island" mahnısı oldu. Daha sonra qrup 2013-cü ildə keçirilən Energy Mayhem festivalında da yer aldı.
27 fevralda Bren Daylor ilə müsahibə zamanı o açıqladı ki, Mastodonun altıncı studiya albomu 2014-cü ilin yayında yayımlanacaq. Qrupun eyni zamanda 2014-cü ilin qışında çıxacaq olan EP albomlarının da hazırlığını gördüyü bildirildi.
Taste jurnalının 3 aprel tarixində bas gitarist Troy Sanders ilə apardığı müsahibə zamanı gitarist bildirdi ki qrupun yeni çıxacaq olan albomu "Once More 'Round the Sun" olaraq adlanır və albom 15 mahnıdan ibarətdir. O həm də albomun 90 dəqiqəlik olacağını, lakin albomda sadəcə 60 dəqiqəsinin yer alacağını bildirdi. Albomda yayımlanmayan səs yazıları ilə 2014-cü ilin qışında çıxacaq olan EP albomda yer alacaq.
11 aprel tarixində Bren ilə aparılan yeni müsahibə zamanı o albomun iyun ayında çıxacağını açıqladı. 17 aprel tarixində isə artıq albomdan olan ilk sinqlı "High Road" internetdə yayımlandı.
26 apreldə Bil Kellixer albomdan olan ikinci sinqılın "Chimes at Midnight" olaraq adlandığını bildirdi.
Nəhayət 2014-cü il 16 iyun tarixində albom iTunes'da öz yerini aldı. Ancaq albom rəsmi olaraq 24 iyun tarixində Reprise səsyazma şirkəti vasitəsilə yayımlandı. Albom çıxdı ilk həftə ABŞ'da 35.000 nüsxə satdı və Billboard 200 sıralamasında 6-cı sıraya yüksəldi.
2015-ci ilin 18 yanvarında gitarist Bren Haynds Mastodonun yeni albom üzərində işlədiyi xəbərini verdi. Bas gitarist Troy Sanders isə öz müsahibəsində yeni albomdakı mahnıların tam fərqli olacağını və artıq Mastodonun eyni tərzdə mahnılar yazmaq istəmədiyini bildirdi.
Xarakteristika
Mahnı sözləri
İlk dörd albomun mahnı sözlərində Mastodon konsept olaraq od, su, torpaq və havanın xüsusi elementlərini istifadə etmişdi. Ancaq "Remission" albomu digərilər kimi yox, təkcə od mövzusunu öz mahnı sözlərində istifadə etmişdi. "Crusher Destroyer", "Where Strides the Behemoth" və "Ol'e Nessie" mahnılarının sözlərində uydurma varlıqlar mövzusu əsas götürülmüşdü.
"Leviathan" albomunun mahnı sözlərində German Melvillin məşhur əsəri olan Mobi Dik-i konsept olaraq istifadə etmişdi.
"Blood Mountain" albomunun mahnı sözləri "Qanlı Dağ"-ın zirvəsində "Kristal Kəllə" (Crystal Skull) axtaran adam haqqındadır. Bas gitarist Troy Sanders öz müsahibəsində albom haqqında belə demişdi: "Bu, dağa dırmaşarkən müxtəlif şeylərin baş verməsi və sizin ağaca ilişməyiniz nəticəsində itməyiniz haqqındadır. Siz aclıq çəkirsiniz, halisünasiya görürsünüz və qəribə məxluqlardan qaçırsınız. Siz ovlanmaq üzrəsiniz. Bu, bütün bu mübarizə barəsindədir."
Crack the Skye albomunun mahnı sözləri müxtəlif mövzuları əhatə edir. Albomun başlığında yer almış "Skye", qrupun barabançısı Bren Daylorun 14 yaşında intihar etmiş bacısının adıdır. Albomun mahnı sözlərinin əhatə etdiyi digər mövzular isə "qaranlıq sehr", "astral səyahət" və Rus mistik uzaqgörən Qriqori Rasputin haqqındadır.
The Hunter digər albomlar kimi xüsusi bir konseptə sahib deyil. Albom başlığı 2010-cu il 4 dekabr tarixində Brent Hayds'ın ürək tutmasından ölən kiçik qardaşının xatirəsinə belə adlandırılmışdır.
Qrup üzvləri
- Troy Sanders – vokal, bas gitara (2000 — indiyədək)
- Brent Haynds – vokal, solo gitara (2000 — indiyədək)
- Bill Kellixer – ritim gitara, bekvokal (2000 — indiyədək)
- Brenn Daylor – baraban, vokal (2000 — indiyədək)
Diskoqrafiya
Studiya albomları
- 2002 — Remission
- 2004 — Leviathan
- 2006 — Blood Mountain
- 2009 — Crack the Skye
- 2011 — The Hunter
- 2014 — Once More 'Round the Sun
- 2017 — Emperor of Sand
- 2021 — Hushed and Grim
Xarici keçidlər
- Mastodon rəsmi web səhifəsi
- Mastodon rəsmi Myspace səhifəsi
- Mastodon Allmusic səhifəsi
- Mastodon mahnılarının sözləri
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Mastodon amerikan hevi metal qrupudur MastodonMastodonEsas melumatlarUslub proqressiv metalFealiyyet illeri 2000 h hOlke ABSSeher CorciyaLeybl Reprise Relapse RoadrunnerHeyet Troy Sanders Brent Haynds Bill Kellixer Bren DaylorKecmis uzvler Erik Seynerwww mastodonrocks com Vikianbarda elaqeli mediafayllar Qrup 2000 ci ilde ABS nin Corciya statinda yaranmisdir Mastodonun musiqi terzinde vokallar ve musiqi aletlerinin ugurlu istiraki xususi yer tutur Qrupun dord uzvu de mahnilarda oz vokallari ve oxuma uslublari ile secilirler Mastodon indiye qeder alti studiya albomu bir konsert albomu bir DVD ve ilkin dovrlerdeki materiallarin toplusu olan bir box set yayimlayib 2002 ci ilde Remission adli debut albomunu cixardan qrup musiqi tenqidcilerinden olduqca musbet reyler aldi Qrupun ikinci albomu olan Leviathan German Melvillin meshur romani olan Moby Dick in motivleri esasinda hazirlanmisdir Bu albom 2004 cu ilde Revolver Kerrang ve Terrorizer musiqi jurnallari terefinden Ilin Albomu secildi Mastodon iki defe Qremmi mukafatina namized gosterilib Qrup kommersiya baximindan en boyuk ugurunu 2011 ci ilde yayimladigi The Hunter albomu ile qazandi Albom Billboard 200 siyahisinda 10 cu sirada yerini tutdu Mastodon 2014 cu ilde sonuncu studiya albomunu yayimladi Once More Round the Sun adli albom ilk hefteden 34 000 nusxe sataraq boyuk ugur qazandi Qrupun yaranmasi ilkin dovrler ve Remission 2000 2003 Mastodon 2000 ci il 13 yanvar tarixinde yarandi Qrupun hazirki barabancisi Bren Daylor ve gitarist Bil Kellixer High on Fire qrupunun Atlantadaki konsertini izlemek ucun Nyu Yorkdan yola dusur ve burada basist Troy Senders ve gitarist Brent Haynds ile gorusurler Onlar Melvins Neurosis kimi metal qruplarin o cumleden 70 ci illerin hard rok qrupu olan Thin Lizzy den bezi elementler kesf edirler ve qisa muddet sonra Mastodon qrupunu yaradirlar Kellixer 2009 cu ilde verdiyi bir musahibede Brent Hayndsin qrupa ilk daxil olanda hec cala bilmediyini ve olduqca zeif oldugunu aciqlamisdi Qrup 2000 ci ilde ilk vokalistleri olan Erik Seyner ile bir demo yazirlar Bir nece ay sonra Seyner sexsi sebeblerinden otru qrupdan ayrilir Reptilian Records ile dord mahni yayimlayan Mastodon 2001 ci ilde Relapse Records ile albom muqavilesi imzalayir 2001 ci ilde Lifesblood adli EP albom yayimlayan qrup 2002 ci ilde ilk full length albomlari olan Remission i yayimlayir Mastodon ilk uc albomlarinin son mahnisini instrumental olaraq Fil Adam leqebi ile taninmis Jozef Merrikin serefine adlandirmisdir Leviathan amp Call of the Mastodon 2004 2005 Qrupun ikinci studiya albomu olan Leviathan 2004 cu ilde isiq uzu gordu Bu bir konsept albom idi ve German Melvillin Moby Dick adli romaninin motivleri esasinda yazilmisdi Albom tenqidciler terefinden musbet qiymetlendirildi ve hemin il Kerrang ve Terrorizer musiqi jurnallari terefinden Ilin Albomu secildi Eyni zamanda nufuzlu Metal Hammer dergisi Leviathan albomunu 2004 cu ilin en yaxsi albomlari siralamasinda ikinci siraya layiq gordu Qrup albomunu tanitmaq ucun Simali Amerika ve Avropa turuna cixdi Mastodon bu turda Slayer ve Lamb of God ve sonra ise ile birlikde cixis etdi Albomun besinci mahnisi olan Iron Tusk skeytbordinq video oyunu olan Tony Hawk s American Wasteland ve hokkey oyunu olan NHL 2K9 in soundtrekinde istifade olunmusdur Blood and Thunder mahnisi ise Need for Speed Most Wanted Project Gotham Racing ve Saints Row oyunlarinin soundtrekinde istifade olunmusdur Qrup 2006 ci ilde ilkin dovrlerdeki mahnilarinin toplusu olaraq Call of the Mastodon adli albomu yayimladi Albom doqquz mahnidan ibaretdir Qrup albom ile yanasi bezi konsertlerinden olan goruntulerin ve musahibelerinin de yer aldigi The Workhorse Chronicles adli bes hisseli DVD sini yayimladi Call of the Mastodon toplu albom olsa da qrup bunu ozlerinin ucuncu studiya albomlari kimi tanitdi Bu son iki albom qrupun Relapse Records ile olan son isleri idi Daha sonra qrup Warner Bros ile muqavile imzaladi Mastodon 2006 ci ilde Kerrang dergisi ucun Metallicanin Orion mahnisinin cover versiyasini yazdi Bu cover versiya Master of Puppets albomunun iyirmi illik serefine yazilmisdi Blood Mountain 2006 2008 Mastodon Roskilde Festivalinda 2007 Mastodon 2006 ci il 12 sentyabr tarixinde Blood Mountain adli ucuncu studiya albomunu dinleyicilerine teqdim etdi Qrup albomu tanitmaq ucun Tool ile Avropa turuna Slayer ile de Avstraliya ve Yeni Zellandiya turuna cixdi Albomdan Colony of Birchmen mahnisi Saints Row 2 ve Rock Band 2 oyunlarinin saundtreklerinde istifade olunmusdur Albomun ilk sinqili Capillarian Crest Rolling Stone dergisi terefinden 2006 ci ilin en yaxsi 100 mahnisi siyahisinda 27 ci yere layiq goruldu Albom eyni zamanda hemin ilin en yaxsi albomlari siralamasinda da 9 cu yere layiq goruldu Ingilterenin Metal Hammer dergisi ise albomu 2006 ci ilin en yaxsi albomu secdi Albom Kerrang dergisinin il sonunda hazirladigi siralamada 5 ci yerde qerarlasdi Hemcinin PopMatters dergisi albomu 2006 ci ilin en yaxsi albomlari siralamasinda 6 ci yere 2006 ci ilin En Yaxsi Metal Albomlari siralamasinda ise 1 ci yere layiq gordu About com da alboma 2006 ci ilin en yaxsi albomlari siralamasnda yer verdi Bizarre dergisi Blood Mountain albomunu derginin 10 illik yubiley buraxilisinda 2006 ci ilin en yaxsi albomu secdi Albom eyni zamanda Revolver dergisinin 2006 ci ilin top albomlari siyahisinda ikinci yere layiq gorulmusdu Mastodon bu muddet erzinde bir cox konsert verdi Eyni zamanda Against Me ve Cursive ile de Simali Amerika turuna cixdi Brent Hayndsin xesteliyi ile elaqedar qrupun Miluoki turu legv olundu Mastodon Norvecdeki Hove Festivalinda ve Pitchfork musiqi festivalinda da istirak etdi Bu muddet erzinde qrup Metallica ile birlikde Sick of Studio turunun acilisini eledi Qrup hemcinin 2007 ci ilde Dubai Desert Rock ve 2008 ci ilde Bonnaroo Musiqi Festivalinda istirak etdi Eyni zamanda Mayhem Festivalinin da acilisini eden qrup daha sonra Slayer ve Lamb of God ile tura cixdi Qrup hemin il bir cox basqa metal qruplarla da The Unholy Alliance turunda da istirak etdi Mastodon 2007 ci ilde MTV Video Musiqi mukafatlarinda Cos Qom ile Colony of Birchmen in canli performansini sergiledi Televiziya performansindan sonra qrupun uzvu Brent Hayndsin siddetli bas xesareti aldigi bildirildi Lakin sonradan polisin hesabati neticesinde melum oldu ki Brent System of a Down qrupunun bass gitaristi Savo Odadjiyan vokalist Uilyam Hudzon ve Achozen qrupundan Uilyam Bork ile mubahise edibmis Crack the Skye ve Live at the Aragon 2009 2010 Qrupun dorduncu studiya albomu Crack the Skye 2009 cu il 24 mart tarixinde yayimlandi Novbeti hefte albom artiq Billboard 200 siralamasinda 11 ci sirada yerini tutmusdu Gitarist Bill Kellixer MusicRadar a musahibesinde albomun konsept albom oldugunu ve Stiven Hokinqin nezeriyyeleri ve astral seyahet ile bagli oldugunu bildirdi Mastodon albomdan uc mahnini Bonnaroo Music Festivalinda ifa etdi Ancaq albom yayimlanmadan evvel basqa hec bir canli performanslarinda albomdan mahni seslendirmediler Qrupun barabancisi Brenn Daylor albomdan Oblivion mahnisinda vokalist olaraq istirak etmisdir Qrup 2009 cu il 28 fevral tarixinde kecirilen Scion Rock Fest de esas qrup olaraq cixis etdi Mastodon bu festivalda Crack the Skye albomundan uc mahni seslendirdi Qrup albomunu tanitmaq meqsedile 2009 cu ilde Metallica ile birlikde World Magnetic Tour da istirak etdi Mastodon 2009 cu il 17 oktyabr tarixinde Cikaqoda reallasdirdigi turu DVD seklinde yayimladi Qrup 2010 cu ilin yanvar ve fevral aylarinda alternativ musiqi festivali Big Day Out cercivesinde Avstraliya ve Yeni Zellandiyada bas tutan turlarda cixis etdi Qrup 2009 cu ilin 29 oktyabrinda Late Night with Jimmy Fallon da albomdan olan Divinations mahnisini seslendirdi Mastodon 2009 cu il 4 noyabr tarixinde Oblivion adli ikinci EP albomunu yayimladi Bu instrumental mahni Brutal Legend adli video oyunda istifade olunmusdu Qrup 2010 cu ilin sentyabr ayinda Deftones ve qruplari ile birge ABS ve Kanadada tura cixdi Blackdiamondskye olaraq adlandirilan bu turda cixis eden her bir qrup oz sonuncu albomlarini Black Gives Way to Blue Diamond Eyes ve Crack the Skye ifa etdiler Mastodon 2010 cu ilde Splatterhouse adli oyunun musiqilerinin bir hissesini yazdi 2011 ci il 15 mart tarixinde qrup ilk DVD si olan Live at the Aragon u Reprise sesyazma sirketi vasitesile yayimladi DVD de qrupun dorduncu studiya albomundaki mahnilarin canli performansi ve evvelki mahnilardan da bir nece canli performans yer almisdi The Hunter 2011 2012 Troy Sanders Stokholmda konsert zamani 2011 Mastodon produserliyini Mayk Elizondonun ustlendiyi besinci studiya albomunu Atlantadaki Doppler studiyasinda yazdirdi Albom ile bagli ilk xeberi ise qrup 2011 ci ilin yanvarinda oz resmi Facebook sehifesinde vermisdi Qrup 2011 ci ili bir cox yay festivallarinda kecirdi 2011 ci ilin iyul ayinda The Hunter albomunun ilk qoxusu gelmeye basladi Qrup Youtube vasitesile albomdan olan Black Tongue mahnisini yayimladi 12 avqust tarixinde qrup albomun treklistini ve eyni zamanda albomdan olan Curl Of The Burl mahnisini sinqil olaraq yayimladi 6 sentyabr tarixinde qrup The Hunter albomundan Neurosis qrupundan Skot Kelli ile birlikde isleydiyi Spectrelight mahnsini yayimladi 16 sentyabr tarixinde Mastodon albomu tanitmaq meqsedile Simali Amerika turuna cixacagini aciqladi Albom qrupun dinleyicileri ve media terefinden cox yaxsi qarsilandi Qrup bu albom ile indiye qederki en boyuk ugurunu elde etdi ve Billboard 200 siralamasinda onuncu yere qeder qalxdi Albom yni zamanda bir cox resmi musiqi siyahilarinda da boyuk ugur elde etdi 2011 ci il 5 oktyabr tarixinde qrup Curl of the Burl mahnisini Late Show with David Letterman proqraminda ifa etdi 12 oktyabr tarixinde qrup The Dillinger Escape Plan ve Red Fang qruplari ile birge 2012 ci ilin fevralinda Birlesmis Kralliq turuna cixacagini aciqladi 1 dekabr tarixinde qrupun Curl of the Burl mahnisi En yaxsi Metal Hard Rok performansi nominasiyasinda Qremmi mukafatina layiq goruldu Bu qrupun Qremmi mukafatina ikinci namizedliyi idi Qrup ilk defe 2007 ci ilde Colony of Birchmen mahnisi ile bu nominasiyada Qremmi mukafatina namized gosterilmisdi Albom Metal Hammer Classic Rock ve Rock Sound jurnallari terefinden Ilin Albomu olaraq adlandirildi 2012 ci ilin yanvar ayinda qrupun Isvec proqressiv metal qrupu olan Opeth ile birge Simali Amerika turuna cixacagi aciqlandi Heritage Hunter Tour olaraq adlandirilan tur her iki qrupun son albomlari olan The Hunter ve Heritage in tanitimi meqsedini dasiyirdi 2012 ci il 12 fevral tarixinde qrup esas qrup olaraq karyerasinin en boyuk cixisini Londondaki Brixton Academy de reallasdirdi Qrup 2012 ci ilin yayini Avropa ve Cenubi Amerikada kecirilen bir cox festivallarda istirak etdi Bu The Hunter i desteklemek ucun son turlar idi Once More Round the Sun 2014 2015 2013 cu ilin evvelinde Mastodon yeni sesyazmalara Gitarist Brent Haynds yeni musiqilerini cox urkuducu olaraq tesvir etdi ve bu terzde uc mahni yazacaqlarini bildirdi 2012 ci il 3 dekabr tarixinde qrup oz Twitter sehifesinde Monsters University filmi ucun mahni yazacaqlarini aciqlamisdi Lakin filmde istifade olunan mahni qrupun 2004 cu ilde cixan Leviathan adli albomundaki The Island mahnisi oldu Daha sonra qrup 2013 cu ilde kecirilen Energy Mayhem festivalinda da yer aldi 27 fevralda Bren Daylor ile musahibe zamani o aciqladi ki Mastodonun altinci studiya albomu 2014 cu ilin yayinda yayimlanacaq Qrupun eyni zamanda 2014 cu ilin qisinda cixacaq olan EP albomlarinin da hazirligini gorduyu bildirildi Taste jurnalinin 3 aprel tarixinde bas gitarist Troy Sanders ile apardigi musahibe zamani gitarist bildirdi ki qrupun yeni cixacaq olan albomu Once More Round the Sun olaraq adlanir ve albom 15 mahnidan ibaretdir O hem de albomun 90 deqiqelik olacagini lakin albomda sadece 60 deqiqesinin yer alacagini bildirdi Albomda yayimlanmayan ses yazilari ile 2014 cu ilin qisinda cixacaq olan EP albomda yer alacaq 11 aprel tarixinde Bren ile aparilan yeni musahibe zamani o albomun iyun ayinda cixacagini aciqladi 17 aprel tarixinde ise artiq albomdan olan ilk sinqli High Road internetde yayimlandi 26 aprelde Bil Kellixer albomdan olan ikinci sinqilin Chimes at Midnight olaraq adlandigini bildirdi Nehayet 2014 cu il 16 iyun tarixinde albom iTunes da oz yerini aldi Ancaq albom resmi olaraq 24 iyun tarixinde Reprise sesyazma sirketi vasitesile yayimlandi Albom cixdi ilk hefte ABS da 35 000 nusxe satdi ve Billboard 200 siralamasinda 6 ci siraya yukseldi 2015 ci ilin 18 yanvarinda gitarist Bren Haynds Mastodonun yeni albom uzerinde islediyi xeberini verdi Bas gitarist Troy Sanders ise oz musahibesinde yeni albomdaki mahnilarin tam ferqli olacagini ve artiq Mastodonun eyni terzde mahnilar yazmaq istemediyini bildirdi XarakteristikaMahni sozleri Ilk dord albomun mahni sozlerinde Mastodon konsept olaraq od su torpaq ve havanin xususi elementlerini istifade etmisdi Ancaq Remission albomu digeriler kimi yox tekce od movzusunu oz mahni sozlerinde istifade etmisdi Crusher Destroyer Where Strides the Behemoth ve Ol e Nessie mahnilarinin sozlerinde uydurma varliqlar movzusu esas goturulmusdu Leviathan albomunun mahni sozlerinde German Melvillin meshur eseri olan Mobi Dik i konsept olaraq istifade etmisdi Blood Mountain albomunun mahni sozleri Qanli Dag in zirvesinde Kristal Kelle Crystal Skull axtaran adam haqqindadir Bas gitarist Troy Sanders oz musahibesinde albom haqqinda bele demisdi Bu daga dirmasarken muxtelif seylerin bas vermesi ve sizin agaca ilismeyiniz neticesinde itmeyiniz haqqindadir Siz acliq cekirsiniz halisunasiya gorursunuz ve qeribe mexluqlardan qacirsiniz Siz ovlanmaq uzresiniz Bu butun bu mubarize baresindedir Crack the Skye albomunun mahni sozleri muxtelif movzulari ehate edir Albomun basliginda yer almis Skye qrupun barabancisi Bren Daylorun 14 yasinda intihar etmis bacisinin adidir Albomun mahni sozlerinin ehate etdiyi diger movzular ise qaranliq sehr astral seyahet ve Rus mistik uzaqgoren Qriqori Rasputin haqqindadir The Hunter diger albomlar kimi xususi bir konsepte sahib deyil Albom basligi 2010 cu il 4 dekabr tarixinde Brent Hayds in urek tutmasindan olen kicik qardasinin xatiresine bele adlandirilmisdir Qrup uzvleriTroy Sanders vokal bas gitara 2000 indiyedek Brent Haynds vokal solo gitara 2000 indiyedek Bill Kellixer ritim gitara bekvokal 2000 indiyedek Brenn Daylor baraban vokal 2000 indiyedek DiskoqrafiyaStudiya albomlari 2002 Remission 2004 Leviathan 2006 Blood Mountain 2009 Crack the Skye 2011 The Hunter 2014 Once More Round the Sun 2017 Emperor of Sand 2021 Hushed and GrimXarici kecidlerMastodon resmi web sehifesi Mastodon resmi Myspace sehifesi Mastodon Allmusic sehifesi Mastodon mahnilarinin sozleri