Abstraksionizm, abstrakt sənət və ya mücərrəd sənət (lat. abstractio — ayırma, təcridetmə) — XX əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elementlər (xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya) sistemi ilə əvəz etmiş cərəyan. Proqramlı hərəkat kimi 1910-cu illərin əvvəlində yaranmışdır; baniləri Vasili Kandinski, Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Onlar, bir qayda olaraq, mistik ideyalardan, o cümlədən, teosofiya doktrinalarından bəhrələnir, görünən dünyanın keçici hadisələri arxasında gizlənən daxili qanuna uyğunluqları və intuitiv dərkedilən mahiyyətləri ifadə etməyə can atırdılar. Belə ki, Vasili Kandinskinin “İncəsənətdə ruhaniyyət haqqında” (1911) adlanan nəzəri əsərində ilkin forma elementləri başlanğıc ruhani məzmuna malik işarələr, onların plastik təşkili isə universum elementləri arasındakı əlaqənin proyeksiyası kimi səciyyələndirilir. Rober Delonenin nəzəriyyəsində isə idealist metafizikası rədd edilir, mücərrəd boyakarlığın vəzifəsi rəngkarlıq dili xassələrinin, ilk növbədə rəngin dinamik keyfiyyətlərinin tədqiqi ilə məhdudlaşdırılır. Müasir memarlığın, dizaynın, dekorativ tətbiqi sənət növlərinin təşəkkülündə erkən abstraksionizm ustaları əhəmiyyətli rol oynamışlar (rus konstruktvistlərinin yaradıcılığı, Kazimir Maleviçin arxitektonları və dizayner layihələri, Vasili Kandinskinin Bauhauzda, Pit Mondrianın “De Steyl” qrupunda fəaliyyəti, Rober Delone və Sonya Delone Terkin tətbiqi sənət sahəsindəki təcrübələri). Onların funksional formaya müraciəti ideal dünya nizamı layihələrini özündə birləşdirən estetik proqramlarının universializmi ilə izah olunurdu. Yarandığı vaxtdan abstraksionizmdə iki istiqamət — həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupka) istiqamətlər formalaşmışdır. Düzgün formaların və əsas rənglərin məhdud dəsti əsasında qurulan həndəsi abstraksiya kompozisiyaları sabit, “substansional” vəziyyətlərin təcəssümü idi. Lirik əsərlərində diqqət dinamik proseslərə yönəldilirdi. Abstraksionizm təmayülü müxtəlif avanqard istiqamətlərdə — kubizm (Fernan Leje), futurizm (Cakomo Balla, Enriko Prampolini), dadaizm (X.Arp), ekspressionizm (Vasili Kandinski, F.Mark), konstruktivizm (L.S. Popova, L.M.Lisitski, T. Van Dusburq) və sürrealizmdə (X.Miro, A.Masson) vaxtaşırı təzahür edirdi. İkinci dünya müharibəsindən sonra Qərbi Avropa incəsənətində abstraksionizmin müxtəlif cərəyanları aparıcı mövqe tutmağa başladı. Abstrakt ekspressionizm ABŞda daha geniş yayılmışdı (C.Pollok, M.Rotko, F.Klayn və başqaları). Taşizm bu cərəyanın Avropa analoqu idi (P.Sulaj, J.Şneyder, J.Matyö). Böhran vəziyyətini dəf edən həndəsi abstraksiya yeni oparte (V.Vazareli, B.Rayli) və kinetik incəsənət (A.Kolderin, N.Şöfferin, X.Sotunun, J.Tengeli, Takisin hərəkət edən konstruk siyaları). Heykəltaraşlıqda həndəsi minimalizm cərəyanında (1960-70 illər) yüksək inkişaf mərhələsinə çatmışdı. M.Zeynalov abstrakt sənətə müraciət etmiş ilk azərbaycanlı rəssamdır. Rəssamın Misir və başqa ölkələrə həsr olunmuş əsərləri güclü simvolikası ilə seçilir. F.Qulamov və H.Ab dullayevin abstraksionizm üslubunda maraqlı əsərləri var.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 55. ISBN .
- Абстракт сәнәт // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 25.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Abstraksionizm abstrakt senet ve ya mucerred senet lat abstractio ayirma tecridetme XX esr incesenetinde realligin gorunen tesvirini sirf formal elementler xett mustevi reng lekesi mucerred konfiqurasiya sistemi ile evez etmis cereyan Proqramli herekat kimi 1910 cu illerin evvelinde yaranmisdir banileri Vasili Kandinski Kazimir Malevic Pit Mondrian Frantisek Kupka Rober Delone olmuslar Onlar bir qayda olaraq mistik ideyalardan o cumleden teosofiya doktrinalarindan behrelenir gorunen dunyanin kecici hadiseleri arxasinda gizlenen daxili qanuna uygunluqlari ve intuitiv derkedilen mahiyyetleri ifade etmeye can atirdilar Bele ki Vasili Kandinskinin Incesenetde ruhaniyyet haqqinda 1911 adlanan nezeri eserinde ilkin forma elementleri baslangic ruhani mezmuna malik isareler onlarin plastik teskili ise universum elementleri arasindaki elaqenin proyeksiyasi kimi seciyyelendirilir Rober Delonenin nezeriyyesinde ise idealist metafizikasi redd edilir mucerred boyakarligin vezifesi rengkarliq dili xasselerinin ilk novbede rengin dinamik keyfiyyetlerinin tedqiqi ile mehdudlasdirilir Muasir memarligin dizaynin dekorativ tetbiqi senet novlerinin tesekkulunde erken abstraksionizm ustalari ehemiyyetli rol oynamislar rus konstruktvistlerinin yaradiciligi Kazimir Malevicin arxitektonlari ve dizayner layiheleri Vasili Kandinskinin Bauhauzda Pit Mondrianin De Steyl qrupunda fealiyyeti Rober Delone ve Sonya Delone Terkin tetbiqi senet sahesindeki tecrubeleri Onlarin funksional formaya muracieti ideal dunya nizami layihelerini ozunde birlesdiren estetik proqramlarinin universializmi ile izah olunurdu Yarandigi vaxtdan abstraksionizmde iki istiqamet hendesi Malevic Mondrian qismen Delone ve lirik Kandinski Kupka istiqametler formalasmisdir Duzgun formalarin ve esas renglerin mehdud desti esasinda qurulan hendesi abstraksiya kompozisiyalari sabit substansional veziyyetlerin tecessumu idi Lirik eserlerinde diqqet dinamik proseslere yoneldilirdi Abstraksionizm temayulu muxtelif avanqard istiqametlerde kubizm Fernan Leje futurizm Cakomo Balla Enriko Prampolini dadaizm X Arp ekspressionizm Vasili Kandinski F Mark konstruktivizm L S Popova L M Lisitski T Van Dusburq ve surrealizmde X Miro A Masson vaxtasiri tezahur edirdi Ikinci dunya muharibesinden sonra Qerbi Avropa incesenetinde abstraksionizmin muxtelif cereyanlari aparici movqe tutmaga basladi Abstrakt ekspressionizm ABSda daha genis yayilmisdi C Pollok M Rotko F Klayn ve basqalari Tasizm bu cereyanin Avropa analoqu idi P Sulaj J Sneyder J Matyo Bohran veziyyetini def eden hendesi abstraksiya yeni oparte V Vazareli B Rayli ve kinetik incesenet A Kolderin N Sofferin X Sotunun J Tengeli Takisin hereket eden konstruk siyalari Heykeltarasliqda hendesi minimalizm cereyaninda 1960 70 iller yuksek inkisaf merhelesine catmisdi M Zeynalov abstrakt senete muraciet etmis ilk azerbaycanli ressamdir Ressamin Misir ve basqa olkelere hesr olunmus eserleri guclu simvolikasi ile secilir F Qulamov ve H Ab dullayevin abstraksionizm uslubunda maraqli eserleri var Knadinskinin ilk abstrakt suluboya isi 1910 Vasili KandinskiMenbeAzerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 seh 55 ISBN 978 9952 441 02 4 Abstrakt sәnәt Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 25