1912-1913-cü illər aqrar qanunları — Çar Rusiyası tərəfindən Azərbaycanda kəndlilərin torpaq sahiblərindən asılılığından azad olunmasını rəsmiləşdirən qanunlar.
Yeni aqrar qanunların qəbul edilməsi zəruriliyi
XX əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sistemini xəzinə kəndində ağırlaşdıraraq mürəkkəbləşdirdi və əsarəti daha da qüvvətləndirdi. Sahibkar kəndində isə çarizmin vergi siyasəti, kəndlilərlə mülkədarlar arasında mükəlləfiyyətli münasibətlərin ləğv edilməsi məsələsinin meydana çıxması ilə əlaqədar olaraq, torpaq siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda da çarizmin aqrar siyasətinin əsas məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının-qolçomaqların şəxsində özünə dayaq yaratmaq idi. Qafqaz ali hakimiyyət orqanları və yerli burjuaziya torpaq məsələsində yeganə çıxış yolunu Stolıpin aqrar siyasətinin tətbiqində görürdülər. Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və xeyirxah aktdır.
1907-ci il mayın 10-da Dövlət Dumasında Stolıpinin torpaq məsələsi haqqındakı bəyanatı Cənubi Qafqazda Stolıpin aqrar siyasətinin tərəfdarlarını bir daha ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox, milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi.
Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki çar hökuməti bu siyasətin ancaq bütün kəndlilərin 20 faizini təşkil edən sahibkar kəndinə tətbiq olunmasına razılıq vermişdi. Buna görə də 1908-1909-cu illərdə xəzinə kəndlilərini xüsusi mülkiyyətçilər qrupuna daxil etmək haqqında III Dövlət Dumasının müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız üzərində qalmışdı.
Qanun layihəsinin hazırlanması
1909-cu ilin əvvəlində - Stolıpin aqrar siyasətinin həyata keçirilməsinin qızğın dövründə Qafqaz canişini Vorontsov-Daşkov tərəfindən Cənubi Qafqaz quberniyaları, o cümlədən Azərbaycan üçün tərtib edilmiş qanun layihəsi yalnız sahibkar torpaqlarda yaşayan kəndlilərə torpaqlarını ödənclə almaq və xüsusi mülkiyyətçilər qrupuna daxil olmaq hüququ verilməsini, kəndlilərin xüsusi mülkiyyətinə keçmiş pay torpağı üçün mülk sahiblərinə dövlət xəzinəsi tərəfindən ildə ümumi ödənc pulundan 5 faiz ödənməsi nəzərdə tutulurdu. Rusiyada olduğu kimi, bu, nağd pulla deyil, beşfaizli pul təəhhüdü ilə verilməli idi. Kəndlilər isə dövlət tərəfindən torpaq sahiblərinə verilən pulu faizlə birlikdə 28, 41 və 56 il müddətində xəzinəyə qaytarmalı idilər
Qanun layihəsinə görə, kəndlilər çəmən, otlaq, meşə yerlərindən və su arxlarından ancaq torpaq sahibinin razılığı ilə istifadə edə bilərdilər. Vorontsov-Daşkov tərəfindən tərtib olunan qanun layihəsi 1909-cu il aprelin 2-də canişin şurasının müzakirəsinə verildi. Müzakirələr 1910-cu il mayın 22-nə qədər davam etdi. Qanun layihəsinin məzmunu ilə tanış olan Azərbaycan torpaq sahiblərinin nümayəndələri canişin idarəsinə öz tənqidi mülahizələrindən ibarət məktublarını göndərmişdilər. Onlar həmin məktublarda kəndlilər tərəfindən torpaqların ödənclə alınması ilə əlaqədar bir çox məsələlərə qarşı çıxırdılar. Yelizavetpol quberniyası torpaq sahiblərinin nümayəndəsi Fərrux bəy Vəzirov məktubunda ödənc pulunun kənd təsərrüfatı məhsulunun keçən əsrin 60-70-ci illərindəki qiymətilə müəyyənləşdirilməsinə etiraz edirdi. Bu, yalnız Fərrux bəy Vəzirovun deyil, bütün Azərbaycan torpaq sahiblərinin tələbi idi. Gündən-günə genişlənən kəndli hərəkatı və kəndlilərin narazılığından ehtiyat edən hökumət bu tələblə razılaşmaqdan çəkinməyə məcbur oldu.
1910-cu il may ayının 22-də qanun layihəsi canişin idarəsi tərəfindən qəbul olunub, yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi yanında idarələrarası müşavirəyə təqdim edildi. Burada qanun layihəsinin müzakirəsi ilə əlaqədar təkliflərini vermək üçün Azərbaycan torpaq sahibləri özlərinin iki nümayəndəsini - Abbasqulu xanı və Cəfərqulu xanı 1910-cu il dekabrın 1-də Peterburqa göndərdi. Müşavirə torpaq sahiblərinin ehtirasla dolu tələblərindən ancaq birini nəzərə aldı, yəni kəndlilərin mülkiyyətinə veriləcək pay torpağının əvəzinə onlar sahibkarlara, Rusiyada olduğu kimi, pul verməli idilər. Müşavirə 1910-cu il dekabrın 20-da qanun layihəsinə əhəmiyyətsiz düzəlişlər edib, onu Nazirlər Şurasının sərəncamına verdi.
Qanun layihəsinin III Dövlət Dumasında müzakirəsi və təsdiqi
1911-ci il martın 17-də Nazirlər Şurası layihəni III Dövlət Dumasına təqdim etdi. Müzakirələrdə III Dövlət Dumasının üzvü, Bakı və Yelizavetpol quberniyaları torpaq sahiblərinin nümayəndəsi Xəlil bəy Xasməmmədov iştirak edirdi. Bütün Zaqafqaziya torpaq sahiblərinin nümayəndələri və millətçi-burjua deputatlar ödəncin xüsusi sahibkarların xeyrinə aparılmasını tələb edir, hətta əkin üçün yararsız yerlərin kəndlilərə pulsuz verilməsinə qarşı çıxırdılar.
III Dumada qanun layihəsinin əleyhinə ancaq sosial-demokratlar səs verdilər. Canişinin layihəsi ilə əlaqədar olaraq, sonradan bir deputatın da qoşulduğu 34 deputat hələ 1908-ci ilin dekabrında Zaqafqaziyada kəndlilərin mülkədarlara olan mükəlləfiyyətli münasibətlərini ləğv etmək haqqında özlərinin qanunverici təkliflərini Dumanın müzakirəsinə vermişdilər. Bu təkliflərdə göstərilirdi ki, təhkimçiliyin qalıqları iqtisadi və mədəni inkişafa mane olur, "kəndli istismarının ən vahid formalarının mühafizə olunmasına və qüvvətlənməsinə imkan yaradır, bütün xalqı səfalətdə, cəhalətdə və hüquqsuz vəziyyətdə saxlayır". Qeyd edilirdi ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yerli kəndlilərin Rusiyanın daxili quberniya kəndlilərindən iki-üç dəfə az pay torpaqları olmasına baxmayaraq, onlar 3-4 dəfə artıq mükəlləfiyyət daşıyırlar. Kəndliləri ödənc verməyə məcbur etmək onların onsuz da tükənmiş büdcələrinə əlavə və gücçatmaz yük olar, təsərrüfat vəziyyətlərini sarsıdır, bu "görülən iş ədalətsizlik, ümumxalq və ümumdövlət mənafeyinə açıqcasına zidd gedən bir aktlardı". Deputatların tələbləri asılı və müvəqqəti mükəlləfiyyətli münasibətlərin təxirəsalınmaz və danışıqsız surətdə ləğv edilməsinə, müvəqqəti mükəlləfiyyətli və asılı kəndlilərdən, həmçinin Dağıstanda və Zaqatala dairəsində olan asılı rəiyyətlərin və keşkəlçilərin torpaq sahibləri üçün icra etdikləri hər cür mükəlləfiyyətlərin aradan qaldırılmasına, bu kəndlilərin istifadəsində olan pay torpaqlarının, torpaq nizamnaməsində göstərilmiş sərhədlərə uyğun olaraq, onların mülkiyyətlərinə çevrilməsinə yönəldilmişdi.
Mülkədarların mənafeyini müdafiə edən canişin bu təkliflərin əleyhinə çıxdı. 1911-ci ilin mayında Dövlət Dumasının torpaq komissiyası 35 deputatın təklifini müzakirə edib, kəndlilərin mülkədarlara müvəqqəti mükəlləfiyyətli münasibətləri ləğv etmək mülahizəsi ilə razılaşdı. Lakin komissiya kəndliləri mülkədarlar qarşısında daşımalı olduğu mükəlləfiyyətlərdən əvəzsiz azad etmək haqqında təklifləri rədd edərək, onların öz pay torpaqları müqabilində ödənc ödəmələrini bunun üçün əsas şərt hesab etdi.
III Dövlət Dumasında qanun layihəsinə Stolıpin aqrar siyasətinin əsas müddəaları əlavə edilmişdi, bu dəyişiklik və tamamlamalar qanun layihəsinin mətnində deyil, onun əlavələrində öz əksini tapmışdı. Bu əlavələrdən birinin məzmunu belə idi: "Ayrı-ayrı kəndlilər tərəfindən əldə edilən pay torpağı bəxşiş, yaxud satmaq vasitəsilə başqasının əlinə keçə bilər...". Lakin pay torpağının sərbəst alınıb-satılmasını məhdudlaşdırmaq üçün əlavələrdə müəyyən şərtlər də qoyulmuşdu. Həmin şərtlərə görə, kəndli xüsusi mülkiyyəti sayılan pay torpağını ancaq kənd icmasının iclasında kəndlilərin 2/3-dən az olmayan hissəsinin razılığı ilə sata bilərdi. Bundan başqa, satılan torpağın qiyməti 500 manatdan baha olduqda, həmin torpaq ancaq maliyyə nazirinin icazəsinə əsasən Daxili İşlər Nazirliyinin sərəncamı ilə alqı-satqı obyekti ola bilərdi. Daha sonrakı müzakirə mərhələlərində qanun layihəsi torpağını ödənclə əldə etmiş kəndliyə xüsusi mülkiyyətçi hüquqi verirdi.
Stolıpin aqrar siyasətini müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi Dövlət Dumasında təsdiq olunduqdan sonra Dövlət Şurasına təqdim edildi, 1912-ci il dekabrın 19-da Şuranın 36 üzvünün razılığı ilə, heç bir dəyişiklik edilmədən 1912-ci il dekabrın 20-də çar tərəfindən təsdiq edilib qüvvəyə mindi.
1912-ci il 20 dekabr qanunu Azərbaycan ərazisində Bakı və Yelizavetpol quberniyalarını, İrəvan quberniyasında isə Naxçıvan qəzasını da əhatə edirdi. Qanun Zaqatala dairəsinə aid edilmədi. Müstəqil inzibati ərazi sayılan Zaqatala dairəsində asılılıq münasibətlərinin ləğvi haqqında müddəalar isə 1908-ci ildə canişinin tərtib etdiyi "Dağıstan və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun layihəsində verilmişdi. Bu layihə 1910-1912-ci illərdə canişin idarələrində dəfələrlə müzakirə olunduqdan sonra 1912-ci ildə Daxili İşlər Nazirliyi yanında idarələrarası müşavirəyə təqdim edildi. 1912-ci ildə IV Dövlət Dumasında təsdiq edilən qanun layihəsi 1913-cü il iyulun 7-də çarın sərəncamı ilə qüvvəyə mindi.
1912-1013-cü illər aqrar qanunların əsas məzmunu və mahiyyəti
1912-ci il 20 dekabr qanunu bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da 1913-cü il yanvarın 1-dən həyata keçirilirdi. Bakı və Yelizavetpol quberniyaları üzrə ödənc 1163 mülkə aid edilmişdi. 1913-cü il yanvarın 1-dən etibarən 403,4 min desyatin. pay torpağı sahibkar kəndlilərin xüsusi mülkiyyəti elan edildi, kəndlilər xüsusi mülkiyyəti olan pay torp ağı üçün xəzinəyə faizlə birlikdə 20755376 rubl pul ödəməli idilər. Zaqatala dairəsində isə ödəncə aid edilmiş 47 kənd 20 il müddətində dövlət xəzinəsinə 284969 rubl ödənc verməli idi.
Ödənc əməliyyatına başlamaq üçün 1913-cü ildə Azərbaycanda münsif şöbələrinin sayı xeyli artırıldı. 1912-ci ildə, islahat ərəfəsində, Bakı və Yelizavetpol quberniyalarında 12 münsif şöbəsi yaradıldı və 1913-cü ildə onların sayı 32-yə çatdırıldı.
Zaqatala dairəsində isə ödənc əməliyyatını aparmaq üçün üç münsif vəzifəsi təsis edildi, bununla əlaqədar olaraq inzibati dairənin ərazisi 3 barışdırıcı şöbəyə bölündü. Hər barışdıncı şöbənin işinə bir münsif rəhbərlik edirdi.
Bakı və Yelizavetpol quberniyalarında 1913-cü il yanvarın 1-dən başlamış ödənc əməliyyatının ayrı-ayrı mərhələlərindən birincisində kəndlilər tərəfindən veriləcək ödəncin hər kənd üzrə hesablanması üçün ilk hesablama siyahılarının tərtib edilməsinə 1913-cü ilin əvvəllərində başlandı və 17 kənd istisna olunmaqla, həmin ilin sonunda qurtardı. 1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi. Bakı quberniyasının kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678 rubl ödənc verməli idilər. Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və onların borcu sonrakı illərə keçirdi.
İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1-dən ləğv olunmuş mükəlləfiyyət əvəzində bəylər ödənc almağa başladılar. 1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu almaq üçün vəsiqə verildi. Torpaq sahibləri həmin vəsiqələr üzrə 241811 rubl ödənc pulu almışdılar. 1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsində ikinci və üçüncü barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu alması başa çatdırılmışdı, ancaq birinci barışdırıcı şöbədə Zaqatala xəzinəsinin bəylərə və keşkəl sahiblərinə 16962 rubl borcu qalmışdı.
1912-ci il qanunu üzrə ödəncə aid edilmiş mülklərdə pay torpaqlarının ölçülməsi ödənc əməliyyatının başqa bir mərhələsi idi. Kəndlilər üçün pay torpağının mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki münsiflər çox vaxt pay torpağının sahəsini əslində olduğundan artıq göstərir, yararsız torpaq üçün də kəndliləri ödənc pulu verməyə məcbur edirdilər. Buna görə də onlar ödənc pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb edirdilər. Lakin bu proses çox ləng gedirdi. 1913-cü ildən 1916-cı ilin axırına qədər keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i yerinə yetirilmişdi.
Bakı və Yelizavetpol qubemiyalarında ilk hesablama siyahılarının tərtib edilməsindən sonra münsiflər pay torpağı üzrə mübahisə doğurmayan mülklər üçün ödənc aktı tərtib edirdilər,pay torpağının sahəsi, mərzi ilə əlaqədar mübahisəyə səbəb olmuş mülklər üçün isə ödənc aktının tərtib edilməsi yerin ölçülməsinə qədər təxirə salınırdı.
Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün ödənc aktlarının tərtib və təsdiq olunub-olunmamasının əhəmiyyəti yox idi, çünki, yuxarıda göstərildiyi kimi, kəndlilər ödənc aktlarının tərtib və təsdiq edilməsinə qədər artıq ilk hesablama siyahıları üzrə ödənc pulunu ödəməyə başlamışdılar. Ödənc aktlarının tərtib və təsdiq edilməsi ilk hesablama siyahılarında təxmini hesablanmış ödənc pulunun qədərini dəqiqləşdirmək və rəsmiləşdirmək məqsədini daşıyırdı. Lakin qeyd etmək lazımdır ki, ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı. 1917-ci ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq etmişdi.
1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci il qanunu üzrə, ödənc əməliyyatı bir neçə mərhələdən ibarət olduğu halda, Zaqatala dairəsində bu mərhələlər yox idi, çünki ödənc əməliyyatının başlanmasına qədər, hələ 1908-ci ildə ödənc pulunun məbləği Zaqatala dairəsinə ezam edilmiş komissiya tərəfindən müəyyən olunmuşdu. Odur ki, ödənc əməliyyatı başlayan zaman münsifin vəzifəsi ödənc pulunu hesablamaq deyil, onu ancaq hər kənd üzrə həyətlər arasında bölmək idi. Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini həyata keçirməyə ehtiyac qalmamışdı.
1912-1913-cü illər qanunları aqrar məsələni həll edə bilmədi. 1870-ci il islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər. Həmin qanun aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı.
1912-1913-cü illərin aqrar qanunları təhkimçilər tərəfindən həyata keçirilməsinə və təhkimçilik aktı olmasına baxmayaraq, öz məzmununa görə burjua xarakteri daşıyırdı. Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis burjua xarakterli hadisə idi. Məhsul mülkiyyətinin ləğv edilməsi, kəndlinin ödənc ödəməyə başlaması sahibkar kəndində kapitalist münasibətlərinin inkişafını, təbəqələşməni daha da sürətləndirirdi, yoxsullaşmış və əmlakdan məhrum olmuş kəndlilərin sayını artırırdı, tavanalı və tavanasız kəndli qrupları özünü daha aydın göstərməyə başlayırdı. Bu qanunlar sahibkar kəndinin iqtisadi həyatında kapitalist münasibətlərin inkişafını daha da sürətləndirirdi.
Mənbə
- Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədər). (İ. H. Əliyevin redaktorluğu ilə). Bakı, 1993.
- Исмаилов М . А. Капитализм в сельском хозяйстве Азербайджана на исходе Х1Х-начале XX вв. Баку, 1964.
- Гусейнов Р. Из истории крестьянского движения в Азербайджане в начале XX в. //Доклады АН Азерб. ССР, т. XVII, 1961, № 9.
- Авалиани С.Л. Крестьянский вопрос в Закавказье. Т. IV- V, Тифлис, 1920.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
1912 1913 cu iller aqrar qanunlari Car Rusiyasi terefinden Azerbaycanda kendlilerin torpaq sahiblerinden asililigindan azad olunmasini resmilesdiren qanunlar Yeni aqrar qanunlarin qebul edilmesi zeruriliyiXX esrin evvellerinde carizm vergi siyasetinde ancaq dovlet kendine aid edilmis 1900 cu ilin 1 may ve 1903 cu ilin 21 aprel esasnamelerinden sonra hec bir deyisiklik ve tedbir nezere carpmir verilen qanun ve qaydalar ise vergi ve mukellefiyyet sistemini xezine kendinde agirlasdiraraq murekkeblesdirdi ve esareti daha da quvvetlendirdi Sahibkar kendinde ise carizmin vergi siyaseti kendlilerle mulkedarlar arasinda mukellefiyyetli munasibetlerin legv edilmesi meselesinin meydana cixmasi ile elaqedar olaraq torpaq siyaseti ele qarismisdi ki onlari bir birinden ayirmaq mumkun deyildi Bu dovrde butun Cenubi Qafqazda o cumleden Simali Azerbaycanda da carizmin aqrar siyasetinin esas meqsedi kendde icmalari dagitmaq kend burjuaziyasinin qolcomaqlarin sexsinde ozune dayaq yaratmaq idi Qafqaz ali hakimiyyet orqanlari ve yerli burjuaziya torpaq meselesinde yegane cixis yolunu Stolipin aqrar siyasetinin tetbiqinde gorurduler Qafqaz canisini Vorontsov Daskov ve diger car memurlari hesab edirdiler ki Stolipinin aqrar siyaseti kendlilerin xususi torpaq mulkiyyetcilerine cevrilmesi ucun zemin yaradir ve buna gore de o tekce Rusiya ucun deyil Cenubi Qafqaz ucun de meqsedeuygun ve xeyirxah aktdir 1907 ci il mayin 10 da Dovlet Dumasinda Stolipinin torpaq meselesi haqqindaki beyanati Cenubi Qafqazda Stolipin aqrar siyasetinin terefdarlarini bir daha ruhlandirdi cunki bu beyanat car hokumetinin tekce Rusiyanin daxili quberniyalari yox milli ucqarlari ucun de aqrar mesele meramnamesi idi Stolipin aqrar siyasetinin Cenubi Qafqazda o cumleden Azerbaycanda tetbiq edilmesinin terefdarlarinin seylerine baxmayaraq onlarin arzusu heyata kecmedi Cunki car hokumeti bu siyasetin ancaq butun kendlilerin 20 faizini teskil eden sahibkar kendine tetbiq olunmasina raziliq vermisdi Buna gore de 1908 1909 cu illerde xezine kendlilerini xususi mulkiyyetciler qrupuna daxil etmek haqqinda III Dovlet Dumasinin muzakiresine cixarilan layiheler tesdiq edilmemis kagiz uzerinde qalmisdi Qanun layihesinin hazirlanmasi1909 cu ilin evvelinde Stolipin aqrar siyasetinin heyata kecirilmesinin qizgin dovrunde Qafqaz canisini Vorontsov Daskov terefinden Cenubi Qafqaz quberniyalari o cumleden Azerbaycan ucun tertib edilmis qanun layihesi yalniz sahibkar torpaqlarda yasayan kendlilere torpaqlarini odencle almaq ve xususi mulkiyyetciler qrupuna daxil olmaq huququ verilmesini kendlilerin xususi mulkiyyetine kecmis pay torpagi ucun mulk sahiblerine dovlet xezinesi terefinden ilde umumi odenc pulundan 5 faiz odenmesi nezerde tutulurdu Rusiyada oldugu kimi bu nagd pulla deyil besfaizli pul teehhudu ile verilmeli idi Kendliler ise dovlet terefinden torpaq sahiblerine verilen pulu faizle birlikde 28 41 ve 56 il muddetinde xezineye qaytarmali idiler Qanun layihesine gore kendliler cemen otlaq mese yerlerinden ve su arxlarindan ancaq torpaq sahibinin raziligi ile istifade ede bilerdiler Vorontsov Daskov terefinden tertib olunan qanun layihesi 1909 cu il aprelin 2 de canisin surasinin muzakiresine verildi Muzakireler 1910 cu il mayin 22 ne qeder davam etdi Qanun layihesinin mezmunu ile tanis olan Azerbaycan torpaq sahiblerinin numayendeleri canisin idaresine oz tenqidi mulahizelerinden ibaret mektublarini gondermisdiler Onlar hemin mektublarda kendliler terefinden torpaqlarin odencle alinmasi ile elaqedar bir cox meselelere qarsi cixirdilar Yelizavetpol quberniyasi torpaq sahiblerinin numayendesi Ferrux bey Vezirov mektubunda odenc pulunun kend teserrufati mehsulunun kecen esrin 60 70 ci illerindeki qiymetile mueyyenlesdirilmesine etiraz edirdi Bu yalniz Ferrux bey Vezirovun deyil butun Azerbaycan torpaq sahiblerinin telebi idi Gunden gune genislenen kendli herekati ve kendlilerin naraziligindan ehtiyat eden hokumet bu teleble razilasmaqdan cekinmeye mecbur oldu 1910 cu il may ayinin 22 de qanun layihesi canisin idaresi terefinden qebul olunub yeniden baxilmaq ucun Daxili Isler Nazirliyi yaninda idarelerarasi musavireye teqdim edildi Burada qanun layihesinin muzakiresi ile elaqedar tekliflerini vermek ucun Azerbaycan torpaq sahibleri ozlerinin iki numayendesini Abbasqulu xani ve Ceferqulu xani 1910 cu il dekabrin 1 de Peterburqa gonderdi Musavire torpaq sahiblerinin ehtirasla dolu teleblerinden ancaq birini nezere aldi yeni kendlilerin mulkiyyetine verilecek pay torpaginin evezine onlar sahibkarlara Rusiyada oldugu kimi pul vermeli idiler Musavire 1910 cu il dekabrin 20 da qanun layihesine ehemiyyetsiz duzelisler edib onu Nazirler Surasinin serencamina verdi Qanun layihesinin III Dovlet Dumasinda muzakiresi ve tesdiqi1911 ci il martin 17 de Nazirler Surasi layiheni III Dovlet Dumasina teqdim etdi Muzakirelerde III Dovlet Dumasinin uzvu Baki ve Yelizavetpol quberniyalari torpaq sahiblerinin numayendesi Xelil bey Xasmemmedov istirak edirdi Butun Zaqafqaziya torpaq sahiblerinin numayendeleri ve milletci burjua deputatlar odencin xususi sahibkarlarin xeyrine aparilmasini teleb edir hetta ekin ucun yararsiz yerlerin kendlilere pulsuz verilmesine qarsi cixirdilar III Dumada qanun layihesinin eleyhine ancaq sosial demokratlar ses verdiler Canisinin layihesi ile elaqedar olaraq sonradan bir deputatin da qosuldugu 34 deputat hele 1908 ci ilin dekabrinda Zaqafqaziyada kendlilerin mulkedarlara olan mukellefiyyetli munasibetlerini legv etmek haqqinda ozlerinin qanunverici tekliflerini Dumanin muzakiresine vermisdiler Bu tekliflerde gosterilirdi ki tehkimciliyin qaliqlari iqtisadi ve medeni inkisafa mane olur kendli istismarinin en vahid formalarinin muhafize olunmasina ve quvvetlenmesine imkan yaradir butun xalqi sefaletde cehaletde ve huquqsuz veziyyetde saxlayir Qeyd edilirdi ki Cenubi Qafqazda o cumleden Azerbaycanda yerli kendlilerin Rusiyanin daxili quberniya kendlilerinden iki uc defe az pay torpaqlari olmasina baxmayaraq onlar 3 4 defe artiq mukellefiyyet dasiyirlar Kendlileri odenc vermeye mecbur etmek onlarin onsuz da tukenmis budcelerine elave ve guccatmaz yuk olar teserrufat veziyyetlerini sarsidir bu gorulen is edaletsizlik umumxalq ve umumdovlet menafeyine aciqcasina zidd geden bir aktlardi Deputatlarin telebleri asili ve muveqqeti mukellefiyyetli munasibetlerin texiresalinmaz ve danisiqsiz suretde legv edilmesine muveqqeti mukellefiyyetli ve asili kendlilerden hemcinin Dagistanda ve Zaqatala dairesinde olan asili reiyyetlerin ve keskelcilerin torpaq sahibleri ucun icra etdikleri her cur mukellefiyyetlerin aradan qaldirilmasina bu kendlilerin istifadesinde olan pay torpaqlarinin torpaq nizamnamesinde gosterilmis serhedlere uygun olaraq onlarin mulkiyyetlerine cevrilmesine yoneldilmisdi Mulkedarlarin menafeyini mudafie eden canisin bu tekliflerin eleyhine cixdi 1911 ci ilin mayinda Dovlet Dumasinin torpaq komissiyasi 35 deputatin teklifini muzakire edib kendlilerin mulkedarlara muveqqeti mukellefiyyetli munasibetleri legv etmek mulahizesi ile razilasdi Lakin komissiya kendlileri mulkedarlar qarsisinda dasimali oldugu mukellefiyyetlerden evezsiz azad etmek haqqinda teklifleri redd ederek onlarin oz pay torpaqlari muqabilinde odenc odemelerini bunun ucun esas sert hesab etdi III Dovlet Dumasinda qanun layihesine Stolipin aqrar siyasetinin esas muddealari elave edilmisdi bu deyisiklik ve tamamlamalar qanun layihesinin metninde deyil onun elavelerinde oz eksini tapmisdi Bu elavelerden birinin mezmunu bele idi Ayri ayri kendliler terefinden elde edilen pay torpagi bexsis yaxud satmaq vasitesile basqasinin eline kece biler Lakin pay torpaginin serbest alinib satilmasini mehdudlasdirmaq ucun elavelerde mueyyen sertler de qoyulmusdu Hemin sertlere gore kendli xususi mulkiyyeti sayilan pay torpagini ancaq kend icmasinin iclasinda kendlilerin 2 3 den az olmayan hissesinin raziligi ile sata bilerdi Bundan basqa satilan torpagin qiymeti 500 manatdan baha olduqda hemin torpaq ancaq maliyye nazirinin icazesine esasen Daxili Isler Nazirliyinin serencami ile alqi satqi obyekti ola bilerdi Daha sonraki muzakire merhelelerinde qanun layihesi torpagini odencle elde etmis kendliye xususi mulkiyyetci huquqi verirdi Stolipin aqrar siyasetini mueyyen mehdudluqla ozunde eks etdiren canisin layihesi Dovlet Dumasinda tesdiq olunduqdan sonra Dovlet Surasina teqdim edildi 1912 ci il dekabrin 19 da Suranin 36 uzvunun raziligi ile hec bir deyisiklik edilmeden 1912 ci il dekabrin 20 de car terefinden tesdiq edilib quvveye mindi 1912 ci il 20 dekabr qanunu Azerbaycan erazisinde Baki ve Yelizavetpol quberniyalarini Irevan quberniyasinda ise Naxcivan qezasini da ehate edirdi Qanun Zaqatala dairesine aid edilmedi Musteqil inzibati erazi sayilan Zaqatala dairesinde asililiq munasibetlerinin legvi haqqinda muddealar ise 1908 ci ilde canisinin tertib etdiyi Dagistan ve Zaqatala dairesinde kendlilerin beylerden ve keskel sahiblerinden asililiq munasibetlerinin legv edilmesi haqqinda qanun layihesinde verilmisdi Bu layihe 1910 1912 ci illerde canisin idarelerinde defelerle muzakire olunduqdan sonra 1912 ci ilde Daxili Isler Nazirliyi yaninda idarelerarasi musavireye teqdim edildi 1912 ci ilde IV Dovlet Dumasinda tesdiq edilen qanun layihesi 1913 cu il iyulun 7 de carin serencami ile quvveye mindi 1912 1013 cu iller aqrar qanunlarin esas mezmunu ve mahiyyeti1912 ci il 20 dekabr qanunu butun Cenubi Qafqazda oldugu kimi Azerbaycanda da 1913 cu il yanvarin 1 den heyata kecirilirdi Baki ve Yelizavetpol quberniyalari uzre odenc 1163 mulke aid edilmisdi 1913 cu il yanvarin 1 den etibaren 403 4 min desyatin pay torpagi sahibkar kendlilerin xususi mulkiyyeti elan edildi kendliler xususi mulkiyyeti olan pay torp agi ucun xezineye faizle birlikde 20755376 rubl pul odemeli idiler Zaqatala dairesinde ise odence aid edilmis 47 kend 20 il muddetinde dovlet xezinesine 284969 rubl odenc vermeli idi Odenc emeliyyatina baslamaq ucun 1913 cu ilde Azerbaycanda munsif sobelerinin sayi xeyli artirildi 1912 ci ilde islahat erefesinde Baki ve Yelizavetpol quberniyalarinda 12 munsif sobesi yaradildi ve 1913 cu ilde onlarin sayi 32 ye catdirildi Zaqatala dairesinde ise odenc emeliyyatini aparmaq ucun uc munsif vezifesi tesis edildi bununla elaqedar olaraq inzibati dairenin erazisi 3 barisdirici sobeye bolundu Her barisdinci sobenin isine bir munsif rehberlik edirdi Baki ve Yelizavetpol quberniyalarinda 1913 cu il yanvarin 1 den baslamis odenc emeliyyatinin ayri ayri merhelelerinden birincisinde kendliler terefinden verilecek odencin her kend uzre hesablanmasi ucun ilk hesablama siyahilarinin tertib edilmesine 1913 cu ilin evvellerinde baslandi ve 17 kend istisna olunmaqla hemin ilin sonunda qurtardi 1913 cu ilde her kend uzre odencin hesablanib qurtarmasi ile elaqedar olaraq kendlilere coxlu pul odeme vereqesi gonderildi Baki quberniyasinin kendlileri 1913 cu ilden baslayaraq her il hemin vereqeler uzre xezine palatasina 131678 rubl odenc vermeli idiler Lakin kendliler her il bu qeder pulu verib qurtara bilmir ve onlarin borcu sonraki illere kecirdi Ilk hesablama siyahilarinin tertib edilmesile elaqedar 1913 cu il yanvarin 1 den legv olunmus mukellefiyyet evezinde beyler odenc almaga basladilar 1915 ci il yanvarin 1 ne qeder Zaqatala dairesinin 47 kendi uzre 1583 torpaq sahibine odenc pulu almaq ucun vesiqe verildi Torpaq sahibleri hemin vesiqeler uzre 241811 rubl odenc pulu almisdilar 1915 ci il yanvarin 1 ne qeder Zaqatala dairesinde ikinci ve ucuncu barisdirici sobelerde torpaq sahiblerinin odenc pulunu almasi basa catdirilmisdi ancaq birinci barisdirici sobede Zaqatala xezinesinin beylere ve keskel sahiblerine 16962 rubl borcu qalmisdi 1912 ci il qanunu uzre odence aid edilmis mulklerde pay torpaqlarinin olculmesi odenc emeliyyatinin basqa bir merhelesi idi Kendliler ucun pay torpaginin merzlenmesi ve odenc pulunun deqiq hesablanmasinin boyuk ehemiyyeti var idi cunki munsifler cox vaxt pay torpaginin sahesini eslinde oldugundan artiq gosterir yararsiz torpaq ucun de kendlileri odenc pulu vermeye mecbur edirdiler Buna gore de onlar odenc pulunun deqiq hesablanmasi ucun pay torpaginin merzlenmesini ve olculmesini inadla teleb edirdiler Lakin bu proses cox leng gedirdi 1913 cu ilden 1916 ci ilin axirina qeder kecen 4 ilde Baki ve Yelizavetpol quberniyalarinda kendlilerle torpaq sahibleri arasinda mubahiseye sebeb olmus 823 mulkun pay torpagini olcmek barede teleblerden cemi 298 i yerine yetirilmisdi Baki ve Yelizavetpol qubemiyalarinda ilk hesablama siyahilarinin tertib edilmesinden sonra munsifler pay torpagi uzre mubahise dogurmayan mulkler ucun odenc akti tertib edirdiler pay torpaginin sahesi merzi ile elaqedar mubahiseye sebeb olmus mulkler ucun ise odenc aktinin tertib edilmesi yerin olculmesine qeder texire salinirdi Kendlilerin xususi mulkiyyetciler qrupuna daxil olmasi ucun odenc aktlarinin tertib ve tesdiq olunub olunmamasinin ehemiyyeti yox idi cunki yuxarida gosterildiyi kimi kendliler odenc aktlarinin tertib ve tesdiq edilmesine qeder artiq ilk hesablama siyahilari uzre odenc pulunu odemeye baslamisdilar Odenc aktlarinin tertib ve tesdiq edilmesi ilk hesablama siyahilarinda texmini hesablanmis odenc pulunun qederini deqiqlesdirmek ve resmilesdirmek meqsedini dasiyirdi Lakin qeyd etmek lazimdir ki odenc emeliyyatinin bu merhelesi de olduqca leng getmis basa catdirilmamisdi 1917 ci ile qeder Baki ve Yelizavetpol quberniyalarinda odence aid edilmis 1163 mulkun 450 si uzre tertib edilmis odenc aktinin ancaq 281 ni kendli meselesi uzre quberniya idareleri tesdiq etmisdi 1912 ci il qanunu tetbiq edilen Baki ve Yelizavetpol quberniyalarindan ferqli olaraq Zaqatala dairesinde odenc emeliyyatinin ozunemexsus cehetleri var idi 1912 ci il qanunu uzre odenc emeliyyati bir nece merheleden ibaret oldugu halda Zaqatala dairesinde bu merheleler yox idi cunki odenc emeliyyatinin baslanmasina qeder hele 1908 ci ilde odenc pulunun meblegi Zaqatala dairesine ezam edilmis komissiya terefinden mueyyen olunmusdu Odur ki odenc emeliyyati baslayan zaman munsifin vezifesi odenc pulunu hesablamaq deyil onu ancaq her kend uzre heyetler arasinda bolmek idi Buna gore de Zaqatala dairesinde odenc emeliyyatinin sonraki merhelelerini heyata kecirmeye ehtiyac qalmamisdi 1912 1913 cu iller qanunlari aqrar meseleni hell ede bilmedi 1870 ci il islahatindan 42 il kecdikden sonra da mulkedarlar gucle zorla oz torpaqlarini kendlilere satir onlari bu torpaq ucun kulli miqdarda pul vermeye mecbur edirdiler Hemin qanun aktlari kendlileri qaret edir onlari yene de torpaq sahiblerinin esaretinde saxlayirdi 1912 1913 cu illerin aqrar qanunlari tehkimciler terefinden heyata kecirilmesine ve tehkimcilik akti olmasina baxmayaraq oz mezmununa gore burjua xarakteri dasiyirdi Kendliler terefinden pay torpaqlarinin odencle alinmasi ozu de xalis burjua xarakterli hadise idi Mehsul mulkiyyetinin legv edilmesi kendlinin odenc odemeye baslamasi sahibkar kendinde kapitalist munasibetlerinin inkisafini tebeqelesmeni daha da suretlendirirdi yoxsullasmis ve emlakdan mehrum olmus kendlilerin sayini artirirdi tavanali ve tavanasiz kendli qruplari ozunu daha aydin gostermeye baslayirdi Bu qanunlar sahibkar kendinin iqtisadi heyatinda kapitalist munasibetlerin inkisafini daha da suretlendirirdi MenbeAzerbaycan tarixi en qedim zamanlardan XX esrin evvellerine qeder I H Eliyevin redaktorlugu ile Baki 1993 Ismailov M A Kapitalizm v selskom hozyajstve Azerbajdzhana na ishode H1H nachale XX vv Baku 1964 Gusejnov R Iz istorii krestyanskogo dvizheniya v Azerbajdzhane v nachale XX v Doklady AN Azerb SSR t XVII 1961 9 Avaliani S L Krestyanskij vopros v Zakavkaze T IV V Tiflis 1920 Istinadlar