Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz;1576[…], Kortreyk[d], Qərbi Flandriya – 25 fevral 1639, Utrext) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Saverey, çox səyahət etmiş, Amsterdamda, Utrextdə, Vyanada və Praqada İmperator II Rudolfun sarayında işləmişdir. O, mifoloji səhnələri olan mənzərələri, portretləri, kənd səhnələri ilə məişət şəkillərini, çiçəklərlə natürmortları, lakin əsasən heyvanları və quşları çəkmişdir.
Rolant Saverey | |
---|---|
nid. Roelant Savery, Roeland(t) Maertensz Saverij | |
| |
Doğum tarixi | 1576[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 fevral 1639 |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qravüraçı, oymaçı |
Janr | peysaj |
Stil | klassizm |
Tələbələri | Gillis Klas de Hondekoeter Rolant Roqman Allart van Everdinqen |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Saverey ailəsi
Saverey ailəsinin üzvləri Avropanın müxtəlif şəhərlərində işləyirdilər. Rolantın böyük qardaşı Birinci Yakob Saverey və ya Böyük Saverey (1566–1603) bacarıqlı rəssam və qravüra ustası idi. Birinci Yakob Savereyin oğlu rəssam İkinci Yakob Savereydir (təxminən 1593-?), digər oğlu isə rəssam və qravüraçı Salomon Savereydir (1594–1665-dən sonra). Salomonun oğlu Üçüncü Yakob Saverey (1617 — təqribən 1666) həm də rəssam və ofort ustası idi. Bu ailənin bir çox başqa üzvü də sənətkar idi. Rolant Savereyin qardaşı oğlu məşhur rəssam Gillis Klas de Hondekuter idi. Rolant Savereyin daha bir məşhur qohumu qardaşı qızının uşaqları və tələbələri olan Roqman ailəsi idi. Onun tələbəsi olan Rolant Roqman onun şərəfinə adlandırılmışdır. Rolant Roqman Holland qızıl dövrünün rəssamı, qravüraçısı və oyma ustası idi. Roqmanın iki bacısı Gertruda Roqman və Maqdalena Roqman da qravüraçı idi.
İlk illəri
Rolant Saverey Kortrijkdə (Qərbi Flandriya əyaləti) Martin Jak Saverey (? −1601) və Katelina van der Bikin (? −1586) ailəsində anadan olmuşdur. Bir çox digər rəssamlar kimi, Rolant təxminən dörd yaşında olanda İspaniyanın işğal etdiyi Cənubi Hollandiyadan şimala qaçan və 1585-ci ildə Haarlemdə məskunlaşan protestant anabaptist ailəsinə mənsub idi. Rolant rəssamlığı böyük qardaşı Yakob Saverey və rəssam Hans Boldan öyrənib.
Sonrakı illəri
Təhsil aldıqdan sonra Rolant Saverey təxminən 1604-cü ildə Praqaya getdi və burada imperator II Rudolfun (1576–1612) və onun varisi imperator Matiasın (1612–1619) saray rəssamı oldu. Rolant digər xarici rəssamlarla birlikdə beynəlxalq manyerist sənətinin mərkəzi olan "Praqa Rudolfinləri" dərnəyinə daxil oldu.
Rolant Saverey botanika ilə maraqlanırdı. 1606–1608-ci illər arasında o, yerli bitkiləri öyrənmək üçün II Rudolfla birlikdə Tirol və Alman İsveçrəsinə getdi. İki il Tirolda qaldı. 1614–1615-ci illərdə və 1616–1618-ci illərdə yenidən Amsterdamda yaşamış və nəhayət Utrext şəhərinə köçmüşdür. Orada 1619-cu ildə Müqəddəs Luka Gildiyasına qəbul edildi və xeyli uğur qazandı.
1621-ci ildə Utrextdə Boterstraat səmtində böyük bir ev aldı. Evin çiçəklər və bitkilər olan bir bağı var idi. Onun tez-tez qonaqları Adam Villaerts kimi sənət yoldaşları idi. Eyni zamanda Saverey Amsterdamdakı evini də tez-tez ziyarət edirdi.
Saverey rəssamlarla dost idi. Baltazar van der Ast və Ambrosius Boshart kimi tipik holland natürmort janrının ustaları onun daimi qonaqları idi. 1620-ci illərdə o, Utrextdə ən uğurlu sənətçilərdən biri idi. Lakin sonra həyatında bəlkə də spirtli içkilərə aludə olması ilə bağlı problemləri başladı 1638-ci ildə Rolant müflis oldu və altı ay sonra Utrextdə vəfat etdi.
Onun tələbələri arasında Gillis Klas de Hondekoeter, Rolant Roqman, Allart van Everdinqen var idi. O, həmçinin Esays van de Velde, Yohanes Bosshart və ya Yakob Marrel kimi digər rəssamların yaradıcılığına da təsir etmişdi.
Yaradıcılığı
Yaradıcılığının ilk vaxtlarında Saverey adətən şimal təbiətini təsvir etdiyi mənzərələr çəkirdi. Daha sonra Tirol və Almaniya İsveçrəsini gəzdikdən sonra şəlalələri olan yalnız dağlıq meşəlik əraziləri çəkməyə başladı. O, dağ mənzərələrində müxtəlif heyvan və quşların təsvirlərini yerləşdirdi ki, bu da ona bu cür rəsmləri “Yer cənnəti”, “Nuhun gəmisi”, “Lira sədaları ilə heyvanları sakitləşdirən Orfey” adlandırmağa əsas verirdi.
Rolant Savereyin rəsmləri ciddi rəngləmə və bir qədər monoton kompozisiya ilə seçilir. Onun yaratdığı ən böyük rəsm 130 x 80 sm (1624) ölçüsündə qırx dörd növ heyvan və altmış üç növ çiçək təsvirləri olan natürmort idi.
Savereyin mənzərələri əsasən Flamand ənənəsinə uyğun olan Gillies van Koninkslo ənənəsində idi. Bu ənənədə çoxlu diqqətlə heyvanlar və bitkilər, çox vaxt mifoloji və ya incil mühitində təsvir edilirdi. O, həmçinin bir neçə çiçək natürmortu da çəkib. Memarlıq nişlərində, bəzən kərtənkələlərlə, məsələn, İki kərtənkələli çiçəklər, həşəratlar və ya düşmüş ləçəklər kimi buketlər onun ən yaxşı əsərləri hesab olunur.
Savereyin çiçək natürmortları çox vaxt Böyük Yan Brüqhelin ("Çiçək") əsərləri ilə müqayisə edilir. Bununla belə, Saverey, mannerist estetikaya uyğun olaraq, Brueqeldən fərqli olaraq, şıltaqlıq və fantastikaya meyl nümayiş etdirir. Belə ki, işlərində o, əyri xətlərə, işıq və kölgə effektlərinə, fantastik mənzərələrə və bitkilərə üstünlük verir. Rolant, əsərlərində “qara gözlü aslanlar” və “görünməyən quşlar” kimi “qəribə” heyvanları təsvir etmişdir.
Rolant Saverey 1611-1628-ci illər arasında bir çox rəsm və rəsmlərində nəsli kəsilmiş quş olan dodonu təsvir etməklə məşhurdur. Onun 1626-cı ildə çəkdiyi bu xüsusi quşdan tez-tez bəhs edilir. Rəsm bir vaxtlar ornitoloq Corc Edvardsa məxsus olduğu üçün indi "Edvardın Dodosu" adlanır və hazırda Londonda Təbiət Tarixi Muzeyində saxlanılır.
Rəssamın əsərləri bir çox muzeylərdə sərgilənir. Savereyin əsərləri Berlin, Vyana, Praqa və Drezden, Brüssel, Los Anceles, Utrext və doğma şəhəri Amsterdamd qalereyaları xüsusilə zəngindir. Rusiyada rəssamın Sankt-Peterburq Ermitajında əsərləri var. Ermitajda onun “Orfey öz musiqisi ilə heyvanları şirnikləndirir”, “Tirol mənzərəsi”, “Müqəddəs Jeromla qayalıq mənzərə”, “Meşədəki körpü” və s. əsərləri sərgilənir. Moskvada A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində Savereyin "Sərsəri oğulun qayıdışı" əsəri nümayiş etdirilir.
Qalereya
- Dodonun ən məşhur rəsmlərindən biri, 1626-cı il. Təsvir ornitoloq Corc Edvardsın ixtiyarına verildi və o, sonradan onu London Təbiət Tarixi muzeyinə verdi.
- Quşlar ilə mənzərə. 1628-ci il. Ağac, yağlı boya. İncəsənət Tarixi Muzeyi, Vyana
- Quşlar ilə mənzərə. 1622-ci il. Kral incəsənət muzeyi, Brüssel.
- Misirə uçuşla mənzərə. 1624-cü il. Kətan üzərində yağlı boya. Milli İncəsənət Qalereyası, Vaşinqton.
- İki kərtənkələ və quşlar ilə çiçəkli natürmort. 1603-cü iı. Mis, yağlı boya. Utrext Mərkəzi Muzeyi.
- Böyük Müqəddəs Antoninin duası ilə mənzərə. 1617-ci il. Ağac, yağlı boya. Getti Center, Los-Anceles.
- Orfey lirası ilə heyvanları ovsunlayır. 1627-ci il. Ağac, yağlı boya. Mauritshuis, Haaqa
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Roelandt Savery (ing.).
- The Fine Art Archive. 2003.
- "ULAN Full Record Display (Getty Research)". 2018-11-30 tarixində . İstifadə tarixi: 2024-02-06.
- Neues allgemeines Künstler-Lexicon; oder Nachrichten von dem Leben und den Werken der Maler, Bildhauer, Baumeister, Kupferstecher etc. Bearb. von Dr. G. K. Nagler. — München: E. A. Fleischmann, 1835–1852
- Власов В. Г. Саверей, Рулант Якобс Младший // Стили в искусстве. В 3-х т. — СПб.: Кольна. — Т. 3. — Словарь имён, 1997. — С. 294. — ISBN-5-88737-010-6
- Geertruydt Roghman 2022-11-04 at the Wayback Machine in the en:RKD
- Wheelock Jr. Arthur K. Roelandt Savery. —National Gallery of Art, 24 Apr. 2014, www.nga.gov/collection/artist-info.5451.html#biography
- Тананаева Л. И. Рудольфинцы: Пражский художественный центр на рубеже XVI–XVII веков. — М.: Наука, 1995
- Roelant Savery. Netherlands Institute for Art History [1] 2023-05-22 at the Wayback Machine
- Ertz К. Das flämische Stillleben 1550—1680 (Sinn und Sinnlichkeit). — Katalog der Ausstellung in der Villa Hügel. — Essen, und im Kunsthistorischen Museum. — Wien, 2002. — Kulturstiftung Ruhr Essen / Luca Verlag. Lingen, 2002. — S. 280
- Mason, Adair Stuart. George Edwards: The Bedell and His Birds. Royal College of Physicians. 1 January 1992. ISBN .
- А. В. Камчатова. Художники Западной Европы: Нидерланды, Фландрия, Голландия XV-XIX века. С.-Пб.: Азбука-классика. 2008. ISBN .
- . www.centraalmuseum.nl. 3 August 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 January 2022.
Xarici keçidlər
- Savery at WGA
- Savery at the Artcyclopedia
- Tyrolean landscape
- Pieter Bruegel the Elder: Drawings and Prints, a full text exhibition catalog from The Metropolitan Museum of Art, which includes material on Roelant Savery (see index)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kicik Rolant Saverey ve ya Rolant Martines Saverey nid Roelant Savery Roeland t Maertensz 1576 Kortreyk d Qerbi Flandriya 25 fevral 1639 Utrext Holland qizil dovrun ressami ve qravuracisi ofort ustasi Saverey cox seyahet etmis Amsterdamda Utrextde Vyanada ve Praqada Imperator II Rudolfun sarayinda islemisdir O mifoloji sehneleri olan menzereleri portretleri kend sehneleri ile meiset sekillerini ciceklerle naturmortlari lakin esasen heyvanlari ve quslari cekmisdir Rolant Savereynid Roelant Savery Roeland t Maertensz SaverijRolant Saverinin portreti Kornelis de Biyenin The Golden Cabinet of Noble Free Art of Painting kitabindan J Meyssens terefinden oyma Antverpen 1662 ci il Dogum tarixi 1576 Dogum yeri Kortreyk d Kortreyk d Qerbi Flandriya BelcikaVefat tarixi 25 fevral 1639 1639 02 25 Vefat yeri UtrextFealiyyeti ressam qravuraci oymaciJanr peysajStil klassizmTelebeleri Gillis Klas de Hondekoeter Rolant Roqman Allart van Everdinqen Vikianbarda elaqeli mediafayllarHeyatiSaverey ailesi Saverey ailesinin uzvleri Avropanin muxtelif seherlerinde isleyirdiler Rolantin boyuk qardasi Birinci Yakob Saverey ve ya Boyuk Saverey 1566 1603 bacariqli ressam ve qravura ustasi idi Birinci Yakob Savereyin oglu ressam Ikinci Yakob Savereydir texminen 1593 diger oglu ise ressam ve qravuraci Salomon Savereydir 1594 1665 den sonra Salomonun oglu Ucuncu Yakob Saverey 1617 teqriben 1666 hem de ressam ve ofort ustasi idi Bu ailenin bir cox basqa uzvu de senetkar idi Rolant Savereyin qardasi oglu meshur ressam Gillis Klas de Hondekuter idi Rolant Savereyin daha bir meshur qohumu qardasi qizinin usaqlari ve telebeleri olan Roqman ailesi idi Onun telebesi olan Rolant Roqman onun serefine adlandirilmisdir Rolant Roqman Holland qizil dovrunun ressami qravuracisi ve oyma ustasi idi Roqmanin iki bacisi Gertruda Roqman ve Maqdalena Roqman da qravuraci idi Ilk illeri Rolant Saverey Kortrijkde Qerbi Flandriya eyaleti Martin Jak Saverey 1601 ve Katelina van der Bikin 1586 ailesinde anadan olmusdur Bir cox diger ressamlar kimi Rolant texminen dord yasinda olanda Ispaniyanin isgal etdiyi Cenubi Hollandiyadan simala qacan ve 1585 ci ilde Haarlemde meskunlasan protestant anabaptist ailesine mensub idi Rolant ressamligi boyuk qardasi Yakob Saverey ve ressam Hans Boldan oyrenib Sonraki illeri Bir fil agaca surtunur 1608 1612 ci iller Kagiz qara karandas sanqina Albertina Qalereyasi Vyana Tehsil aldiqdan sonra Rolant Saverey texminen 1604 cu ilde Praqaya getdi ve burada imperator II Rudolfun 1576 1612 ve onun varisi imperator Matiasin 1612 1619 saray ressami oldu Rolant diger xarici ressamlarla birlikde beynelxalq manyerist senetinin merkezi olan Praqa Rudolfinleri derneyine daxil oldu Rolant Saverey botanika ile maraqlanirdi 1606 1608 ci iller arasinda o yerli bitkileri oyrenmek ucun II Rudolfla birlikde Tirol ve Alman Isvecresine getdi Iki il Tirolda qaldi 1614 1615 ci illerde ve 1616 1618 ci illerde yeniden Amsterdamda yasamis ve nehayet Utrext seherine kocmusdur Orada 1619 cu ilde Muqeddes Luka Gildiyasina qebul edildi ve xeyli ugur qazandi 1621 ci ilde Utrextde Boterstraat semtinde boyuk bir ev aldi Evin cicekler ve bitkiler olan bir bagi var idi Onun tez tez qonaqlari Adam Villaerts kimi senet yoldaslari idi Eyni zamanda Saverey Amsterdamdaki evini de tez tez ziyaret edirdi Saverey ressamlarla dost idi Baltazar van der Ast ve Ambrosius Boshart kimi tipik holland naturmort janrinin ustalari onun daimi qonaqlari idi 1620 ci illerde o Utrextde en ugurlu senetcilerden biri idi Lakin sonra heyatinda belke de spirtli ickilere alude olmasi ile bagli problemleri basladi 1638 ci ilde Rolant muflis oldu ve alti ay sonra Utrextde vefat etdi Onun telebeleri arasinda Gillis Klas de Hondekoeter Rolant Roqman Allart van Everdinqen var idi O hemcinin Esays van de Velde Yohanes Bosshart ve ya Yakob Marrel kimi diger ressamlarin yaradiciligina da tesir etmisdi YaradiciligiDodo quslari 1626 ci ilde tamamlanib Kagiz qara karandas sanqina Kroker Incesenet Muzeyi Sakramento Kaliforniya ABS Yaradiciliginin ilk vaxtlarinda Saverey adeten simal tebietini tesvir etdiyi menzereler cekirdi Daha sonra Tirol ve Almaniya Isvecresini gezdikden sonra selaleleri olan yalniz dagliq meselik erazileri cekmeye basladi O dag menzerelerinde muxtelif heyvan ve quslarin tesvirlerini yerlesdirdi ki bu da ona bu cur resmleri Yer cenneti Nuhun gemisi Lira sedalari ile heyvanlari sakitlesdiren Orfey adlandirmaga esas verirdi Rolant Savereyin resmleri ciddi rengleme ve bir qeder monoton kompozisiya ile secilir Onun yaratdigi en boyuk resm 130 x 80 sm 1624 olcusunde qirx dord nov heyvan ve altmis uc nov cicek tesvirleri olan naturmort idi Savereyin menzereleri esasen Flamand enenesine uygun olan Gillies van Koninkslo enenesinde idi Bu enenede coxlu diqqetle heyvanlar ve bitkiler cox vaxt mifoloji ve ya incil muhitinde tesvir edilirdi O hemcinin bir nece cicek naturmortu da cekib Memarliq nislerinde bezen kertenkelelerle meselen Iki kertenkeleli cicekler heseratlar ve ya dusmus lecekler kimi buketler onun en yaxsi eserleri hesab olunur Savereyin cicek naturmortlari cox vaxt Boyuk Yan Bruqhelin Cicek eserleri ile muqayise edilir Bununla bele Saverey mannerist estetikaya uygun olaraq Brueqelden ferqli olaraq siltaqliq ve fantastikaya meyl numayis etdirir Bele ki islerinde o eyri xetlere isiq ve kolge effektlerine fantastik menzerelere ve bitkilere ustunluk verir Rolant eserlerinde qara gozlu aslanlar ve gorunmeyen quslar kimi qeribe heyvanlari tesvir etmisdir Rolant Saverey 1611 1628 ci iller arasinda bir cox resm ve resmlerinde nesli kesilmis qus olan dodonu tesvir etmekle meshurdur Onun 1626 ci ilde cekdiyi bu xususi qusdan tez tez behs edilir Resm bir vaxtlar ornitoloq Corc Edvardsa mexsus oldugu ucun indi Edvardin Dodosu adlanir ve hazirda Londonda Tebiet Tarixi Muzeyinde saxlanilir Ressamin eserleri bir cox muzeylerde sergilenir Savereyin eserleri Berlin Vyana Praqa ve Drezden Brussel Los Anceles Utrext ve dogma seheri Amsterdamd qalereyalari xususile zengindir Rusiyada ressamin Sankt Peterburq Ermitajinda eserleri var Ermitajda onun Orfey oz musiqisi ile heyvanlari sirniklendirir Tirol menzeresi Muqeddes Jeromla qayaliq menzere Mesedeki korpu ve s eserleri sergilenir Moskvada A S Puskin adina Dovlet Tesviri Incesenet Muzeyinde Savereyin Serseri ogulun qayidisi eseri numayis etdirilir QalereyaDodonun en meshur resmlerinden biri 1626 ci il Tesvir ornitoloq Corc Edvardsin ixtiyarina verildi ve o sonradan onu London Tebiet Tarixi muzeyine verdi Quslar ile menzere 1628 ci il Agac yagli boya Incesenet Tarixi Muzeyi Vyana Quslar ile menzere 1622 ci il Kral incesenet muzeyi Brussel Misire ucusla menzere 1624 cu il Ketan uzerinde yagli boya Milli Incesenet Qalereyasi Vasinqton Iki kertenkele ve quslar ile cicekli naturmort 1603 cu ii Mis yagli boya Utrext Merkezi Muzeyi Boyuk Muqeddes Antoninin duasi ile menzere 1617 ci il Agac yagli boya Getti Center Los Anceles Orfey lirasi ile heyvanlari ovsunlayir 1627 ci il Agac yagli boya Mauritshuis HaaqaIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Roelandt Savery ing The Fine Art Archive 2003 ULAN Full Record Display Getty Research 2018 11 30 tarixinde Istifade tarixi 2024 02 06 Neues allgemeines Kunstler Lexicon oder Nachrichten von dem Leben und den Werken der Maler Bildhauer Baumeister Kupferstecher etc Bearb von Dr G K Nagler Munchen E A Fleischmann 1835 1852 Vlasov V G Saverej Rulant Yakobs Mladshij Stili v iskusstve V 3 h t SPb Kolna T 3 Slovar imyon 1997 S 294 ISBN 5 88737 010 6 Geertruydt Roghman 2022 11 04 at the Wayback Machine in the en RKD Wheelock Jr Arthur K Roelandt Savery National Gallery of Art 24 Apr 2014 www nga gov collection artist info 5451 html biography Tananaeva L I Rudolfincy Prazhskij hudozhestvennyj centr na rubezhe XVI XVII vekov M Nauka 1995 Roelant Savery Netherlands Institute for Art History 1 2023 05 22 at the Wayback Machine Ertz K Das flamische Stillleben 1550 1680 Sinn und Sinnlichkeit Katalog der Ausstellung in der Villa Hugel Essen und im Kunsthistorischen Museum Wien 2002 Kulturstiftung Ruhr Essen Luca Verlag Lingen 2002 S 280 Mason Adair Stuart George Edwards The Bedell and His Birds Royal College of Physicians 1 January 1992 ISBN 9781873240489 A V Kamchatova Hudozhniki Zapadnoj Evropy Niderlandy Flandriya Gollandiya XV XIX veka S Pb Azbuka klassika 2008 ISBN 978 5 352 02200 9 www centraalmuseum nl 3 August 2009 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 13 January 2022 Xarici kecidlerSavery at WGA Savery at the Artcyclopedia Tyrolean landscape Pieter Bruegel the Elder Drawings and Prints a full text exhibition catalog from The Metropolitan Museum of Art which includes material on Roelant Savery see index