Sədat Haqqı Əldəm (türk. Sedad Hakkı Eldem; 18 avqust 1908, Konstantinopol – 7 sentyabr 1988, İstanbul) — türk memar, akademik və yazıçısı. O, XX əsrin aparıcı türk memarlarından biridir. Osmanlı dövrü evləri, XVIII-XIX əsr saray və malikanələri, klassik Osmanlı memarlığına dair araşdırmaları ilə memarlıqda ənənəvi motivlərin təkrar istifadəsi istiqamətində öncül memarlardan biri olub.
Sədat Haqqı Əldəm | |
---|---|
türk. Sedad Hakkı Eldem | |
Doğum tarixi | 18 avqust 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 1988(80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | memar, universitet müəllimi[d] |
Mükafatları | Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi mükafatı (1983) Ağa Xan Memarlıq mükafatı (1986) Milli Memarlıq mükafatları (Memar Sinan mükafatı, 1988) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sədat Haqqı Əldəm 1908-ci ildə İstanbulda Osmanlı yüksək təbəqəsinə mənsub bir ailənin övladı olaraq dünyaya gəlib. Atası diplomat İsmayıl Haqqı bəy, anası Əzizə Qalip xanımdır. Ana tərəfdən ulu babası II Əbdülhəmidin dövründə Osmanlı dövlətində baş vəzir vəzifəsində çalışmış Osmanlı dövlət xadimi İbrahim Əthəm Paşadır. İbrahim Əthəm Paşanın oğullarından biri olan babası İsmayıl Qalip bəy Türkiyədə numizmatikanın banisi kimi tanınır. Onun böyük əmilərindən Osman Həmdi bəy türk muzeyşünaslığının banisi, Xəlil Əthəm bəy isə geologiya elminə verdiyi töhfələr ilə tanınır.
Sədat Haqqı bəyin uşaqlığı, diplomat olan atasının vəzifəsinə görə Avropanın Cenevrə, Münxen, Sürix kimi şəhərlərində keçib. İbtidai təhsilini fransızca, orta təhsilini almanca alan Sədat Haqqı Əldəm hər iki dili yaxşı bilirdi. Münxendə orta məktəbdə oxuduğu zaman Avropa memarlığından və dövrünün tanınmış memarlarından təsirlənmişdi.
O, 1924-cü ildə İstanbula qayıtdı. Memar Vədat Təkin məsləhəti ilə Gözəl Sənətlər Məktəbində memarlıq təhsili aldı və bu təhsil ocağında Culio Mongerinin tələbəsi olub. Tələbəlik illərində memarlıq nümunələri çəkən Sədat bəy, Topqapı sarayının müfəssəl eskizləri və Yeni məscidin fasad naxışları üzərində də işləyib.
Tələbəlik illərində Mongerinin ofisində assistent kimi çalışıb. O, 1926-1927-ci illərdə Ankarada olan Sədat bəy Mongeri tərəfindən aparılan Ziraat Bankı Baş İdarəsi binasının tikintisində iştirak edib.
1928-ci ildə Gözəl Sənətlər Məktəbindəki memarlıq təhsilini tamamladıqdan sonra, onu üç illik təcrübə keçmək üçün Avropaya göndərdilər. Bununla Sədat bəy Berlin və Parisin memarlıq emalatxanalarında təcrübə keçmək imkanı qazandı. 1930-cu ildə isə o, Gözəl Sənətlər Məktəbinin dəvəti ilə Türkiyəyə qayıdır.
Memarlıq təcrübəsinə 1931-ci ildə Budapeşt sərgisində Türk Pavilyonunun tikintisi ilə başlayan Sədat Haqqı Əldəm 1932-ci ildə İstanbulda öz ofisini açır. Onun akademik fəaliyyəti elə həmin il Akademiyaya təyin olunması ilə başlayır. 1978-ci ildə, təqaüdə çıxana qədər o, tikinti, milli memarlıq, memarlıq layihələri, geodeziya və bərpa işləri üzrə mühazirələr oxuyub, seminarlar verib. Təqaüdə çıxdıqdan sonra işini layihə emalatxanalarında davam etdirib.
Tarixi binaların qorunması ilə bağlı 1941-1945-ci illərdə Qədim Əsərləri Qoruma Komitəsində, daha sonra 1962-1978-ci illərdə Daşınmaz Əmlak, Qədim Əsərlər və Abidələr Ali Şurasında çalışıb.
sədat bəy İkinci Dünya müharibəsindən sonra yaradılan və 1948-ci ildə Lozannada ilk ümumi yığıncağını keçirən Beynəlxalq Memarlar İttifaqında Türkiyəni təmsil edib. 1986-cı ildə Beynəlxalq Ağa Xan Memarlıq mükafatını qazanıb. Sədat Haqqı Əldəm 7 sentyabr 1988-ci ildə İstanbulda vəfat edib və Zəncirliquyu qəbiristanlığında dəfn edilib.
Əsərlərindən seçmələr
- 1932: Taksim Gəzi Parkına bitişik Ceylan mənzili.
- 1932-1934: Tesisat-ı Elektrikiye Türk Anonim Cəmiyyəti binası
- 1934: Maçkadakı Firdevs Xanım evi
- 1934: İnhisarlar Ümumi Müdirliyi binası, Ankara.
- 1934-1937: Yalova Termal oteli
- 1937-1938: Ankara Gömrük və Monopoliya Müdirliyi
- 1942-1947: İstanbul Universiteti Fən və Edebiyat fakultələri (Emin Onat ilə birlikdə), İstanbul.
- 1943-1945: Ankara Universiteti Fən fakultəsi (Pol Bonatz ilə birlikdə), Ankara
- 1948: Maçkadakı Daşlıq Qəhvəsi, İstanbul.
- 1948: İstanbul Ədalət Sarayı binası (Emin Onatla birgə)
- 1951-1955: Harbiyə, Şişlidəki Hilton oteli, İstanbul.
- 1952: Safyurdlu yaşayış kompleksi 2
- 1955-1959: Floryadakı binalar, İstanbul
- 1960-1968: Cinnah prospektindəki Hindistan Səfirliyinin iqamətgahı (Orxan Çaxmaqcıoğlu ilə), Ankara
- 1962-1964: Zeyrəkdəki obyektlər, İstanbul
- 1963-1974: Pakistan səfirliyinin binası, Ankara.
- 1966-1968: Fındıqlıda Ağbank Baş Qərargah binası, İstanbul.
- 1966-1975: Taksimdəki Atatürk Kitabxanası, İstanbul.
- Vaniköydəki Suna Kırac yalısı, İstanbul
- 1971: Fındıqlıda Ağsığorta Baş Qərargahı
- 1972-1974: Həmdi Şensoy ilə Taksim Atatürk Kitabxanası
- 1975-1980: Tarabyada Rəhmi Qoç evi, İstanbul
- 1979-1980:Ayazağada Alarko Holding ofis binaları, İstanbul
- 1980-1988: Maslaqda Alarko Holding ofis binaları
Kitabları
- Türk Evi Plan Tipləri (1954)
- Köşklər ve Pavilyonlar I-II (1968-1974)
- Türk Bağçaları (1976)
- Sadabad (1977)
- İstanbul xatirələri (1979)
- Boğaziçi xatirələri (1979)
- Türk Evi-Osmanlı Dövrü I-II (1984-1987)
İstinadlar
- Bozdoğan S. Sedad Eldem: Architect in Turkey. S. 172.
- Bozdogan S. Sedad Hakkı Eldem // Eldem, Sedad Hakkı (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2018. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T025797
- Ottoman Imperial Diplomacy: A Political, Social and Cultural History (İngilizce). Bloomsbury Publishing. 25 Ekim 2013. ISBN . 19 Aralık 2023 tarixində . (#first_missing_last)
- Eyice, Semavi. "ELDEM, Sedat Hakkı" (Türkçe). 1995. 20 Aralık 2023 tarixində .
- "Sedad Hakkı Eldem'i Anla(t)mak". 21 Kasım 2022 tarixində .
- Wilson, Christopher S. "Representing National Identity and Memory in the Mausoleum of Mustafa Kemal Atatürk". Journal of the Society of Architectural Historians (İngilizce). Berkeley, Kaliforniya: University of California Press. JSTOR 10.1525/jsah.2009.68.2.224.
- Bayram, Sibel; Turgut, Duygu. "İstanbul'daki Mısır, Ceylan ve NoXX Apartmanları: Plan ve Cephe Kurguları Üzerinden Bir Değerlendirme". 2021: 509. ISSN 2548-0170. 20 Aralık 2023 tarixində . İstifadə tarixi: 20 Aralık 2023.
- "Yalova Termal Oteli". Arkitera.com. 1 Aralık 2010 tarixində . İstifadə tarixi: 24 Ağustos 2011.
- "Sosyal Sigortalar Kompleksi". Arkitera.com. 1 Aralık 2010 tarixində . İstifadə tarixi: 24 Ağustos 2011.
Xarici keçidlər
- (türk.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sedat Haqqi Eldem turk Sedad Hakki Eldem 18 avqust 1908 Konstantinopol 7 sentyabr 1988 Istanbul turk memar akademik ve yazicisi O XX esrin aparici turk memarlarindan biridir Osmanli dovru evleri XVIII XIX esr saray ve malikaneleri klassik Osmanli memarligina dair arasdirmalari ile memarliqda enenevi motivlerin tekrar istifadesi istiqametinde oncul memarlardan biri olub Sedat Haqqi Eldemturk Sedad Hakki EldemDogum tarixi 18 avqust 1908 1908 08 18 Dogum yeri Konstantinopol Osmanli imperiyasiVefat tarixi 7 sentyabr 1988 1988 09 07 80 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeDefn yeri Zencirliquyu qebiristanligiFealiyyeti memar universitet muellimi d Mukafatlari Turkiye Medeniyyet ve Turizm Nazirliyinin Xususi mukafati 1983 Aga Xan Memarliq mukafati 1986 Milli Memarliq mukafatlari Memar Sinan mukafati 1988 Vikianbarda elaqeli mediafayllarHeyatiSedat Haqqi Eldem 1908 ci ilde Istanbulda Osmanli yuksek tebeqesine mensub bir ailenin ovladi olaraq dunyaya gelib Atasi diplomat Ismayil Haqqi bey anasi Ezize Qalip xanimdir Ana terefden ulu babasi II Ebdulhemidin dovrunde Osmanli dovletinde bas vezir vezifesinde calismis Osmanli dovlet xadimi Ibrahim Ethem Pasadir Ibrahim Ethem Pasanin ogullarindan biri olan babasi Ismayil Qalip bey Turkiyede numizmatikanin banisi kimi taninir Onun boyuk emilerinden Osman Hemdi bey turk muzeysunasliginin banisi Xelil Ethem bey ise geologiya elmine verdiyi tohfeler ile taninir Sedat Haqqi beyin usaqligi diplomat olan atasinin vezifesine gore Avropanin Cenevre Munxen Surix kimi seherlerinde kecib Ibtidai tehsilini fransizca orta tehsilini almanca alan Sedat Haqqi Eldem her iki dili yaxsi bilirdi Munxende orta mektebde oxudugu zaman Avropa memarligindan ve dovrunun taninmis memarlarindan tesirlenmisdi O 1924 cu ilde Istanbula qayitdi Memar Vedat Tekin mesleheti ile Gozel Senetler Mektebinde memarliq tehsili aldi ve bu tehsil ocaginda Culio Mongerinin telebesi olub Telebelik illerinde memarliq numuneleri ceken Sedat bey Topqapi sarayinin mufessel eskizleri ve Yeni mescidin fasad naxislari uzerinde de isleyib Telebelik illerinde Mongerinin ofisinde assistent kimi calisib O 1926 1927 ci illerde Ankarada olan Sedat bey Mongeri terefinden aparilan Ziraat Banki Bas Idaresi binasinin tikintisinde istirak edib 1928 ci ilde Gozel Senetler Mektebindeki memarliq tehsilini tamamladiqdan sonra onu uc illik tecrube kecmek ucun Avropaya gonderdiler Bununla Sedat bey Berlin ve Parisin memarliq emalatxanalarinda tecrube kecmek imkani qazandi 1930 cu ilde ise o Gozel Senetler Mektebinin deveti ile Turkiyeye qayidir Memarliq tecrubesine 1931 ci ilde Budapest sergisinde Turk Pavilyonunun tikintisi ile baslayan Sedat Haqqi Eldem 1932 ci ilde Istanbulda oz ofisini acir Onun akademik fealiyyeti ele hemin il Akademiyaya teyin olunmasi ile baslayir 1978 ci ilde teqaude cixana qeder o tikinti milli memarliq memarliq layiheleri geodeziya ve berpa isleri uzre muhazireler oxuyub seminarlar verib Teqaude cixdiqdan sonra isini layihe emalatxanalarinda davam etdirib Tarixi binalarin qorunmasi ile bagli 1941 1945 ci illerde Qedim Eserleri Qoruma Komitesinde daha sonra 1962 1978 ci illerde Dasinmaz Emlak Qedim Eserler ve Abideler Ali Surasinda calisib sedat bey Ikinci Dunya muharibesinden sonra yaradilan ve 1948 ci ilde Lozannada ilk umumi yigincagini keciren Beynelxalq Memarlar Ittifaqinda Turkiyeni temsil edib 1986 ci ilde Beynelxalq Aga Xan Memarliq mukafatini qazanib Sedat Haqqi Eldem 7 sentyabr 1988 ci ilde Istanbulda vefat edib ve Zencirliquyu qebiristanliginda defn edilib Eserlerinden secmelerIstanbul Universiteti Edebiyyat Fakultesinin binasi dizayni Sedat Haqqi Eldem ve Emin Onata aiddir Beyazid FatehEldem terefinden hazirlanmis Derinkok malikanesinin eskizi 19821932 Taksim Gezi Parkina bitisik Ceylan menzili 1932 1934 Tesisat i Elektrikiye Turk Anonim Cemiyyeti binasi 1934 Mackadaki Firdevs Xanim evi 1934 Inhisarlar Umumi Mudirliyi binasi Ankara 1934 1937 Yalova Termal oteli 1937 1938 Ankara Gomruk ve Monopoliya Mudirliyi 1942 1947 Istanbul Universiteti Fen ve Edebiyat fakulteleri Emin Onat ile birlikde Istanbul 1943 1945 Ankara Universiteti Fen fakultesi Pol Bonatz ile birlikde Ankara 1948 Mackadaki Dasliq Qehvesi Istanbul 1948 Istanbul Edalet Sarayi binasi Emin Onatla birge 1951 1955 Harbiye Sislideki Hilton oteli Istanbul 1952 Safyurdlu yasayis kompleksi 2 1955 1959 Floryadaki binalar Istanbul 1960 1968 Cinnah prospektindeki Hindistan Sefirliyinin iqametgahi Orxan Caxmaqcioglu ile Ankara 1962 1964 Zeyrekdeki obyektler Istanbul 1963 1974 Pakistan sefirliyinin binasi Ankara 1966 1968 Findiqlida Agbank Bas Qerargah binasi Istanbul 1966 1975 Taksimdeki Ataturk Kitabxanasi Istanbul Vanikoydeki Suna Kirac yalisi Istanbul 1971 Findiqlida Agsigorta Bas Qerargahi 1972 1974 Hemdi Sensoy ile Taksim Ataturk Kitabxanasi 1975 1980 Tarabyada Rehmi Qoc evi Istanbul 1979 1980 Ayazagada Alarko Holding ofis binalari Istanbul 1980 1988 Maslaqda Alarko Holding ofis binalariKitablariTurk Evi Plan Tipleri 1954 Koskler ve Pavilyonlar I II 1968 1974 Turk Bagcalari 1976 Sadabad 1977 Istanbul xatireleri 1979 Bogazici xatireleri 1979 Turk Evi Osmanli Dovru I II 1984 1987 IstinadlarBozdogan S Sedad Eldem Architect in Turkey S 172 Bozdogan S Sedad Hakki Eldem Eldem Sedad Hakki ing Grove Art Online J Turner Oxford England Houndmills Basingstoke England New York OUP 2018 doi 10 1093 GAO 9781884446054 ARTICLE T025797 Ottoman Imperial Diplomacy A Political Social and Cultural History Ingilizce Bloomsbury Publishing 25 Ekim 2013 ISBN 978 0 85772 312 3 19 Aralik 2023 tarixinde first missing last Eyice Semavi ELDEM Sedat Hakki Turkce 1995 20 Aralik 2023 tarixinde Sedad Hakki Eldem i Anla t mak 21 Kasim 2022 tarixinde Wilson Christopher S Representing National Identity and Memory in the Mausoleum of Mustafa Kemal Ataturk Journal of the Society of Architectural Historians Ingilizce Berkeley Kaliforniya University of California Press JSTOR 10 1525 jsah 2009 68 2 224 Bayram Sibel Turgut Duygu Istanbul daki Misir Ceylan ve NoXX Apartmanlari Plan ve Cephe Kurgulari Uzerinden Bir Degerlendirme 2021 509 ISSN 2548 0170 20 Aralik 2023 tarixinde Istifade tarixi 20 Aralik 2023 Yalova Termal Oteli Arkitera com 1 Aralik 2010 tarixinde Istifade tarixi 24 Agustos 2011 Sosyal Sigortalar Kompleksi Arkitera com 1 Aralik 2010 tarixinde Istifade tarixi 24 Agustos 2011 Xarici kecidlerVikianbarda Sedat Haqqi Eldem ile elaqeli mediafayllar var turk