Murtuza Paşa (v. fevral 1636, İrəvan qalası, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.
Murtuza Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | fevral 1636 |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Həyatı
Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərunda təlim-tərbiyə gördükdən sonra 30 avqust 1626-cı ildə vəzir rütbəsi alaraq Bosniya bəylərbəyi təyin edildi. Ardından Budin bəylərbəyliyi, 1630-cu ilin fevralında isə Özi qalasının mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 9 sentyabr 1630-cu ildə polyaklarla 7 maddəlik bir andlaşma imzaladı. Bu andlaşmaya əsasən, polyaklar Krım xanlığına vergi verməyə davam edəcək və kazak dəstələrini işğal etdiyi adalardan qovacaqdı. Osmanlı dövləti isə bunun qarşılığında tatar süvarilərinin polyaklara tərtiblədiyi basqınlara mane olacaqdı. Ancaq çox keçmədən tərəflər bu andlaşmanın şərtlərini pozdular.
6 yanvar 1632-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilən Murtuza Paşa Sultan Muradın əmriylə, yenicə vəzifədən alınan və Tokata sürgün edilən sabiq sədrəzəm Qazi Hüsrəv Paşanın edamı ilə vəzifələndirildi. Əmrindəki birliklərlə Tokata gələn Murtuza Paşa yerli əhali tərəfindən şəhərə buraxılmadı. Bölgədə olduqca sevilən və rəğbət qazanan Qazi Hüsrəv Paşanın edam fərmanını şəhər qazısına göndərən Murtuza Paşa ölümünün ardından sabiq sədrəzəmin bütün sərvətini əhaliyə paylanacağını elan etdi. Bunun ardından şəhərə daxil olan Murtuza Paşa sabiq sədrəzəmi edam etdirdi və kəsilən başını İstanbula göndərdi (11 mart 1632). Beləcə, Sultan Muradın etimadını bir daha qazandı.
1633-cü ilin fevralında üsyançılar tərəfindən öldürülən sabiq sədrəzəm Hafiz Əhməd Paşanın dul xanımı və Sultan Muradın bacısı olan Ayşə Sultanla nigahlandı. Beləcə, sarayla əlaqələri daha da sıxlaşdı. Ancaq olduqca əsəbi, xəstə və bəzi mənbələrdə əlil olaraq qeyd edilən Murtuza Paşaya uzun müddət paytaxta gəlməyə icazə verilməmiş, cütlüyün toy mərasimi yalnız 1 il sonra - 1634-cü ilin martında paşanın İstanbula çağırılmasıyla baş tutmuşdur. Ardından polyaklar üzərinə səfərə çıxan Sultan Muradla birlikdə 8 aprel 1634-cü ildə paytaxtdan ayrıldı. Ancaq ordu Ədirnədə ikən yeni Lehistan kralı IV Vladislav nümayəndə heyəti göndərərək sülh təklif etdi. Bu təklifin ardından Sultan Murad Murtuza Paşanı sərdar təyin edərək 20 min əsgərlə birlikdə yola saldı və özü paytaxta geri döndü. Aparılan danışıqların ardından 27 iyul 1634-cü ildə polyaklarla yeni bir andlaşma imzalandı. Sülhün ardından İstanbula qayıdan Murtuza Paşa burada şənliklərlə qarşılandı.
20 mart 1635-ci ildə İrəvan qalası üzərində səfərə çıxan Sultan Muradla birlikdə paytaxtdan ayrılan Murtuza Paşa əks-hücum xəbərinin yayılmasının ardından Van qalasının mühafizəsiylə vəzifələndirildi. 8 avqust 1635-ci ildə İrəvan qalası Osmanlı ordusu tərəfindən ələ keçirildi və Murtuza Paşa Ərzurum bəylərbəyi təyin edilərək İrəvan qalasının mühafizəsiylə vəzifələndirildi. Ancaq Sultan Muradın burdan ayrılmasının ardından Səfəvilər bölgəni yenidən hədəf seçdilər. 1635-ci ilin qışında İrəvan qalasını mühasirəyə alan Səfəvilər qalanı ağır top atəşinə tutdular. Qalanı 12 minlik hərbi birliklə müdafiə edən Murtuza Paşa bu hücumların birində ağır yaralandı və mühasirə davam edərkən vəfat etdi (fevral 1636). Paşanın kəndxudası Zülfiqar ağa tərəfindən müdafiəsi davam etdirilən İrəvan qalası isə 1 aprel 1636-cı ildə Səfəvilər tərəfindən yenidən ələ keçirildi.
Mənbə
- Ünver, A. Süheyl (2019). "Dördüncü Sultan Murad'ın Revan Seferi Kronolojisi Şevval 1044 (1635) Recep 1045 (1635)". Mukaddime. 10 (1). Belleten. s. 564
- Gül, İsmail (2006). "Osmanlı Devleti'nde Sultan IV. Murad Dönemi Yeniçeri İsyanları (1623–1640)". T.C. Sakarya Üniversitesi Sosyal Bilimler Enstitüsü-Yüksek Lisans Tezi. DergiPark
- Özdemir, Rukiye (2020). "55/1 Numaralı Lehistan Ahidname-i Hümayun Defterine Göre XVII-XVIII. Yüzyıllarda Osmanlı-Lehistan İlişkiler". Kafkas Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 27. Kafkas Üniversitesi. s. 282
İstinadlar
- Sicill-i Osmani IV, səh. 92
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Murtuza Pasa v fevral 1636 Irevan qalasi Osmanli imperiyasi IV Murad seltenetinde muxtelif vezifelerde xidmet eden Osmanli dovlet xadimi Murtuza PasaSexsi melumatlarVefat tarixi fevral 1636Vefat yeri Irevan qalasi Osmanli imperiyasiHeyat yoldasi Ayse Sultan 1633 1636 HeyatiHeyatinin ilk illeriyle bagli yeterli melumat yoxdur Enderunda telim terbiye gordukden sonra 30 avqust 1626 ci ilde vezir rutbesi alaraq Bosniya beylerbeyi teyin edildi Ardindan Budin beylerbeyliyi 1630 cu ilin fevralinda ise Ozi qalasinin muhafizesi ile vezifelendirildi Bu vezifede iken 9 sentyabr 1630 cu ilde polyaklarla 7 maddelik bir andlasma imzaladi Bu andlasmaya esasen polyaklar Krim xanligina vergi vermeye davam edecek ve kazak destelerini isgal etdiyi adalardan qovacaqdi Osmanli dovleti ise bunun qarsiliginda tatar suvarilerinin polyaklara tertiblediyi basqinlara mane olacaqdi Ancaq cox kecmeden terefler bu andlasmanin sertlerini pozdular 6 yanvar 1632 ci ilde Diyarbekir beylerbeyi teyin edilen Murtuza Pasa Sultan Muradin emriyle yenice vezifeden alinan ve Tokata surgun edilen sabiq sedrezem Qazi Husrev Pasanin edami ile vezifelendirildi Emrindeki birliklerle Tokata gelen Murtuza Pasa yerli ehali terefinden sehere buraxilmadi Bolgede olduqca sevilen ve regbet qazanan Qazi Husrev Pasanin edam fermanini seher qazisina gonderen Murtuza Pasa olumunun ardindan sabiq sedrezemin butun servetini ehaliye paylanacagini elan etdi Bunun ardindan sehere daxil olan Murtuza Pasa sabiq sedrezemi edam etdirdi ve kesilen basini Istanbula gonderdi 11 mart 1632 Belece Sultan Muradin etimadini bir daha qazandi 1633 cu ilin fevralinda usyancilar terefinden oldurulen sabiq sedrezem Hafiz Ehmed Pasanin dul xanimi ve Sultan Muradin bacisi olan Ayse Sultanla nigahlandi Belece sarayla elaqeleri daha da sixlasdi Ancaq olduqca esebi xeste ve bezi menbelerde elil olaraq qeyd edilen Murtuza Pasaya uzun muddet paytaxta gelmeye icaze verilmemis cutluyun toy merasimi yalniz 1 il sonra 1634 cu ilin martinda pasanin Istanbula cagirilmasiyla bas tutmusdur Ardindan polyaklar uzerine sefere cixan Sultan Muradla birlikde 8 aprel 1634 cu ilde paytaxtdan ayrildi Ancaq ordu Edirnede iken yeni Lehistan krali IV Vladislav numayende heyeti gondererek sulh teklif etdi Bu teklifin ardindan Sultan Murad Murtuza Pasani serdar teyin ederek 20 min esgerle birlikde yola saldi ve ozu paytaxta geri dondu Aparilan danisiqlarin ardindan 27 iyul 1634 cu ilde polyaklarla yeni bir andlasma imzalandi Sulhun ardindan Istanbula qayidan Murtuza Pasa burada senliklerle qarsilandi 20 mart 1635 ci ilde Irevan qalasi uzerinde sefere cixan Sultan Muradla birlikde paytaxtdan ayrilan Murtuza Pasa eks hucum xeberinin yayilmasinin ardindan Van qalasinin muhafizesiyle vezifelendirildi 8 avqust 1635 ci ilde Irevan qalasi Osmanli ordusu terefinden ele kecirildi ve Murtuza Pasa Erzurum beylerbeyi teyin edilerek Irevan qalasinin muhafizesiyle vezifelendirildi Ancaq Sultan Muradin burdan ayrilmasinin ardindan Sefeviler bolgeni yeniden hedef secdiler 1635 ci ilin qisinda Irevan qalasini muhasireye alan Sefeviler qalani agir top atesine tutdular Qalani 12 minlik herbi birlikle mudafie eden Murtuza Pasa bu hucumlarin birinde agir yaralandi ve muhasire davam ederken vefat etdi fevral 1636 Pasanin kendxudasi Zulfiqar aga terefinden mudafiesi davam etdirilen Irevan qalasi ise 1 aprel 1636 ci ilde Sefeviler terefinden yeniden ele kecirildi MenbeUnver A Suheyl 2019 Dorduncu Sultan Murad in Revan Seferi Kronolojisi Sevval 1044 1635 Recep 1045 1635 Mukaddime 10 1 Belleten s 564 Gul Ismail 2006 Osmanli Devleti nde Sultan IV Murad Donemi Yeniceri Isyanlari 1623 1640 T C Sakarya Universitesi Sosyal Bilimler Enstitusu Yuksek Lisans Tezi DergiPark Ozdemir Rukiye 2020 55 1 Numarali Lehistan Ahidname i Humayun Defterine Gore XVII XVIII Yuzyillarda Osmanli Lehistan Iliskiler Kafkas Universitesi Sosyal Bilimler Enstitusu Dergisi 27 Kafkas Universitesi s 282IstinadlarSicill i Osmani IV seh 92