Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator.
Eucenio Montale | |
---|---|
it. Eugenio Montale | |
Doğum tarixi | 12 oktyabr 1896[…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1981[…](84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, jurnalist, tərcüməçi, siyasətçi, kitabxanaçı, nasir, redaktor[d], musiqi tənqidçisi[d], ədəbiyyat tənqidçisi |
Əsərlərinin dili | italyan dili |
Mükafatları | |
Eucenio Montale Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə baxmayaraq ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi.
Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu. Dövrün tanınmış italyan nasiri İtalo Zevavo haqqında yazısı Zevavonun özünün diqqətini çəkmişdi. Aralarında intensiv yazışma başlanmışdı. Montalenin ədəbi zövq və istiqamətinin formalaşmasında bu münasibətlərin ciddi rolu olmuşdu.
Montalenin poetik yaradıcılığa başladığı dövrdə italyan şerinə Qabrielo d`Annunsionun bəlağətli üslubu hakim idi. Gənc şair isə 1925-ci ildə çıxan ilk kitabında ritorikadan, bəlağət və ibarəpərdazlıqdan mümkün qədər uzaq olmağa çalışmışdı. Onun şeirləri sadəliyi və aydınlığı ilə fərqlənirdi. Burada hamını düşündürə və maraqlandıra biləcək mövzulara diqqət yetirilirdi.
1927-ci ildə İtaliyanın mədəni mərkəzlərindən birinə – Florensiyaya köçən şair özünün də yazdığı kimi, bu əzəmətli İntibah şəhərində "ideyalar, ənənələr, sivilizasiya və humanizm" tapmışdı. Məşhur Qabinette Vyese kitabxanasının direktoru təyin edilməsi isə ədəbiyyata və sənətə bağlılığını daha da artırmışdı. On il çalışdığı bu kitabxanada mütəvazi bir maaş alsa da, Montale vaxtını daim kitablar arasında keçirir, elm adamları, şair və yazıçılarla mütəmadi əlaqə saxlayır, əsərlərini dövrü mətbuatda çap etdirirdi.
Mussolininin faşist partiyasına üzv yazılmaq istəmədiyindən Montale 1938-ci ildə kitabxana direktorluğundan getməli olmuşdu. Bir il sonra çap etdirdiyi "Şərait" kitabındakı şeirlərində onun faşizmə mənfi münasibəti öz əksini tapmışdı. Avropa tarixinin yeni, məhrumiyyətlərlə dolu dövrünün başlanğıcında Montalenin məhəbbət lirikası arxa plana keçmiş, ictimai mündəricəli mövzulara maraq isə qabarıq şəkildə üzə çıxmağa başlamışdı. Mussolininin hakimiyyəti möhkəmləndikcə Montalenin poeziyanın dili ilə ifadə etdiyi etirazlar da ardıcıl xarakter almışdı.
Eucenio Montale müharibədən sonra Milanda yaşamış, əsasən jurnalistika ilə məşğul olmuşdu. Onu məhsuldar şair adlandırmaq çətindir. Çünki 30 illik yaradıcılıq axtarışlarının yekunu olan üçüncü poetik məcmuəsini — "Tufan və başqa şeirlər"i yalnız 1956-cı ildə çap etdirmişdi. Doğrudur, bundan sonra müəllifin kitablarının çapı bir qədər intensiv xarakter almışdı və Nobel nominantı olana qədər onun daha iki poetik məcmuəsi işıq üzü görmüşdü.
Montalenin nisbətən az yazmasının səbəblərindən biri əsərlərinin dili, üslubu, texnikası üzərində böyük tələbkarlıq və həssaslıqla işləməsi idi. İtalyan tənqidçiləri onu Cüzeppe Unqaretti və Salvatore Kvazimodo ilə birlikdə hermetizm ədəbi cərəyanının üç görkəmli nümayəndəsi sırasına daxil edirlər. İngilis tədqiqatçıları isə Montale yaradıcılığında Tomas Eliotun poeziyası ilə səslənən məqamlar aşkara çıxarmışlar. Bir sözlə, poetik axtarışlarının istiqaməti və ifadə vasitələrinin rəngarəngliyi baxımından Montale "asan şairlərdən" sayılmamışdı.
Bütün yaradıcılığı böyük italyan müəllifinin əsas prinsiplərindən biri şerin mümkün qədər aydın, dəqiq və orijinal şəkildə şairin daxili aləmi ilə həmahəngliyinin təmin edilməsi olmuşdu. Qələmindən çıxan poetik nümunələrin həyatiliyinə mühüm önəm verən Montale sadəcə "gözəl poeziya" yaratmaqdan qaçmağa çalışmışdı. Mütəxəssislərin yekdil rəyinə görə, onun şeirlərinin dili müasir italyan danışıq dilinin əsas ifadə özəlliklərini əks etdirirdi. "Mən poeziya axtarmıram. Poeziyanın gəlib məni tapmasını gözləyirəm" — deyən şairin bu lakonik ədəbi kredosu onun yaradıcılıq axtarışlarının xarakter və istiqaməti haqqında təsəvvür yaradır.
Şairin "Kseniya" (1966), "Satura" (1971), "71 və 72-ci illərin gündəliyi" (1973) kimi son kitablarında toplanan şeirlər isə əvvəlki dövr poeziyası ilə müqayisədə daha quru və ironikdir. Böyük həyat yolu keçmiş müəllif hadisələrə daha romantik coşqunluqla deyil, şübhə və deyingənliklə yanaşır.
1975-ci ildə Eucenio Montale "son dərəcə səmimiliyi, həyata illüziyalardan uzaq baxışlarının dərin ifadəsi ilə seçilən poeziyasının ciddi uğurlarına görə" Nobel mükafatı almışdı. Şairin İsveç Akademiyasının üzvləri qarşısındakı Nobel mühazirəsi "Poeziya bundan sonra yaşayacaqmı?" adlanırdı. Bütün həyatı və yaradıcılığı üçün səciyyəvi olan pessimizmə baxmayaraq, Montale 1972-ci ilin dekabrında Stokholmda bu suala müsbət cavab vermişdi.
Eucenio Montale İtalyanın bir sıra ədəbi mükafatlarına layiq görülmüşdü. 1967-ci ildə o, ölkə Senatının ömürlük üzvü seçilmişdi. Həyatının son illərində daha çox İtaliyanın aparıcı mətbuat orqanlarından olan "Korrere della sero" qəzetində ədəbiyyat, teatr və musiqiyə dair icmallarla çıxış edirdi. Şairin 1996-cı ildə çap olunan "Ölümündən sonrakı gündəliklərim" kitabını bir çox ədəbiyyat mütəxəssisləri "ədəbi bomba" kimi dəyərləndirmişdilər.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Archivio Storico Ricordi. 1808.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Eugenio Montale // Encyclopædia Britannica (ing.).
- Монтале Эудженио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eucenio Montale it Eugenio Montale 12 oktyabr 1896 Genuya 12 sentyabr 1981 Milan italyan sair nasir edebi tenqidci Edebiyyat uzre Nobel mukafati laureati 1975 omurluk senator Eucenio Montaleit Eugenio MontaleDogum tarixi 12 oktyabr 1896 1896 10 12 Dogum yeri Genuya Genuya eyaleti Liquriya ItaliyaVefat tarixi 12 sentyabr 1981 1981 09 12 84 yasinda Vefat yeri Milan Milan eyaleti Lombardiya ItaliyaFealiyyeti sair jurnalist tercumeci siyasetci kitabxanaci nasir redaktor d musiqi tenqidcisi d edebiyyat tenqidcisiEserlerinin dili italyan diliMukafatlariEucenio Montale Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiEucenio Montale Genuya seherinde varli kommersant ailesinde dogulmusdur Valideynlerinin isteyine baxmayaraq aile enenesini davam etdirmemisdi Kicik yaslarindan poeziya ve musiqiye hevesi ile secilmisdi Italyan ve fransiz klassiklerinin yaradicligi xususen de Sopenhauer Kroce ve Berqsonun felsefi irsi ile maraqlandmisdi Ali tehsili yox idi Birinci Dunya muharibesi zamani seferberliye alinmis Avstriyada geden doyuslerde istirak etmisdi Edebi yaradiciliga 20 ci illerin ortalarinda tenqidci kimi baslamisdir Ilk meqaleleri Genuyadaki qezet ve jurnallarda cap olunmusdu Dovrun taninmis italyan nasiri Italo Zevavo haqqinda yazisi Zevavonun ozunun diqqetini cekmisdi Aralarinda intensiv yazisma baslanmisdi Montalenin edebi zovq ve istiqametinin formalasmasinda bu munasibetlerin ciddi rolu olmusdu Montalenin poetik yaradiciliga basladigi dovrde italyan serine Qabrielo d Annunsionun belagetli uslubu hakim idi Genc sair ise 1925 ci ilde cixan ilk kitabinda ritorikadan belaget ve ibareperdazliqdan mumkun qeder uzaq olmaga calismisdi Onun seirleri sadeliyi ve aydinligi ile ferqlenirdi Burada hamini dusundure ve maraqlandira bilecek movzulara diqqet yetirilirdi 1927 ci ilde Italiyanin medeni merkezlerinden birine Florensiyaya kocen sair ozunun de yazdigi kimi bu ezemetli Intibah seherinde ideyalar eneneler sivilizasiya ve humanizm tapmisdi Meshur Qabinette Vyese kitabxanasinin direktoru teyin edilmesi ise edebiyyata ve senete bagliligini daha da artirmisdi On il calisdigi bu kitabxanada mutevazi bir maas alsa da Montale vaxtini daim kitablar arasinda kecirir elm adamlari sair ve yazicilarla mutemadi elaqe saxlayir eserlerini dovru metbuatda cap etdirirdi Mussolininin fasist partiyasina uzv yazilmaq istemediyinden Montale 1938 ci ilde kitabxana direktorlugundan getmeli olmusdu Bir il sonra cap etdirdiyi Serait kitabindaki seirlerinde onun fasizme menfi munasibeti oz eksini tapmisdi Avropa tarixinin yeni mehrumiyyetlerle dolu dovrunun baslangicinda Montalenin mehebbet lirikasi arxa plana kecmis ictimai mundericeli movzulara maraq ise qabariq sekilde uze cixmaga baslamisdi Mussolininin hakimiyyeti mohkemlendikce Montalenin poeziyanin dili ile ifade etdiyi etirazlar da ardicil xarakter almisdi Eucenio Montale muharibeden sonra Milanda yasamis esasen jurnalistika ile mesgul olmusdu Onu mehsuldar sair adlandirmaq cetindir Cunki 30 illik yaradiciliq axtarislarinin yekunu olan ucuncu poetik mecmuesini Tufan ve basqa seirler i yalniz 1956 ci ilde cap etdirmisdi Dogrudur bundan sonra muellifin kitablarinin capi bir qeder intensiv xarakter almisdi ve Nobel nominanti olana qeder onun daha iki poetik mecmuesi isiq uzu gormusdu Montalenin nisbeten az yazmasinin sebeblerinden biri eserlerinin dili uslubu texnikasi uzerinde boyuk telebkarliq ve hessasliqla islemesi idi Italyan tenqidcileri onu Cuzeppe Unqaretti ve Salvatore Kvazimodo ile birlikde hermetizm edebi cereyaninin uc gorkemli numayendesi sirasina daxil edirler Ingilis tedqiqatcilari ise Montale yaradiciliginda Tomas Eliotun poeziyasi ile seslenen meqamlar askara cixarmislar Bir sozle poetik axtarislarinin istiqameti ve ifade vasitelerinin rengarengliyi baximindan Montale asan sairlerden sayilmamisdi Butun yaradiciligi boyuk italyan muellifinin esas prinsiplerinden biri serin mumkun qeder aydin deqiq ve orijinal sekilde sairin daxili alemi ile hemahengliyinin temin edilmesi olmusdu Qeleminden cixan poetik numunelerin heyatiliyine muhum onem veren Montale sadece gozel poeziya yaratmaqdan qacmaga calismisdi Mutexessislerin yekdil reyine gore onun seirlerinin dili muasir italyan danisiq dilinin esas ifade ozelliklerini eks etdirirdi Men poeziya axtarmiram Poeziyanin gelib meni tapmasini gozleyirem deyen sairin bu lakonik edebi kredosu onun yaradiciliq axtarislarinin xarakter ve istiqameti haqqinda tesevvur yaradir Sairin Kseniya 1966 Satura 1971 71 ve 72 ci illerin gundeliyi 1973 kimi son kitablarinda toplanan seirler ise evvelki dovr poeziyasi ile muqayisede daha quru ve ironikdir Boyuk heyat yolu kecmis muellif hadiselere daha romantik cosqunluqla deyil subhe ve deyingenlikle yanasir 1975 ci ilde Eucenio Montale son derece semimiliyi heyata illuziyalardan uzaq baxislarinin derin ifadesi ile secilen poeziyasinin ciddi ugurlarina gore Nobel mukafati almisdi Sairin Isvec Akademiyasinin uzvleri qarsisindaki Nobel muhaziresi Poeziya bundan sonra yasayacaqmi adlanirdi Butun heyati ve yaradiciligi ucun seciyyevi olan pessimizme baxmayaraq Montale 1972 ci ilin dekabrinda Stokholmda bu suala musbet cavab vermisdi Eucenio Montale Italyanin bir sira edebi mukafatlarina layiq gorulmusdu 1967 ci ilde o olke Senatinin omurluk uzvu secilmisdi Heyatinin son illerinde daha cox Italiyanin aparici metbuat orqanlarindan olan Korrere della sero qezetinde edebiyyat teatr ve musiqiye dair icmallarla cixis edirdi Sairin 1996 ci ilde cap olunan Olumunden sonraki gundeliklerim kitabini bir cox edebiyyat mutexessisleri edebi bomba kimi deyerlendirmisdiler IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Archivio Storico Ricordi 1808 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Eugenio Montale Encyclopaedia Britannica ing Montale Eudzhenio Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax