Heydər Nəcəf oğlu Hüseynov (3 aprel 1908, İrəvan – 15 avqust 1950, Bakı) — Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru (1944), professor (1944), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), iki dəfə laureatı (1948, 1950).
Heydər Hüseynov | |
---|---|
Doğum tarixi | 3 aprel 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 1950 (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanitirmə[d] |
Dəfn yeri | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | |
Elmi adı | Azərbaycan SSR Elmlər Akademiyasının akademiki |
İş yerləri | Azərbaycan Dövlət Universiteti, Azərbaycan SSR Elmlər Akademiyası, Partiya tarixi institutu |
Təhsili | |
Tanınmış yetirmələri | Məqsəd Səttarov, Ziyəddin Göyüşov |
Mükafatları | |
Həyatı
Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.
Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927–1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.
Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1931–1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936–1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru olmuşdur.
1939–1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945–1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akademiyanın eyni zamanda ictimai elmlər bölməsinin sədri olmuşdur. 1943–1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiri, 1945–1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.
Elmi fəaliyyəti
Heydər Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris etməklə bərabər Azərbaycan dilində fəlsəfəyə aid "Dialektik materializm", "Dialektika və metafizika", "Dialektika və tarixi materializm" adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə yazmışdı.
O, fars dilində sərbəst danışırdı. 1932-ci ildən başlayaraq müxtəlif ali məktəblərdə fəlsəfədən dərs deyir. 1935-ci ildə azərbaycan dilində dialektik materializm, 1939-cu ildə dialektika və metafizika haqqında kitab çap etdirir. 1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak edir, 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik edir.
Heydər Hüseynov 15 iyun 1939-cu ildə Tiflis şəhərində "M. F. Axundovun fəlsəfi görüşləri" adlı dissertasiyasını müdafiə etmişdir. O, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, həmin il professor elmi adını almışdır.
Heydər Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfə verib. O Azərbaycan tərcümə məktəbinin əsasını qoyub, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olub. O 100-dən çox elmi məqalə yazıb. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi aparıb.
Həmin dövrdən Heydər Hüseynov 733 səhifəlik " XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" fundamental əsər yazır və 1950-ci ilin mart ayında növbəti Stalin mükafatını alır.
Heydər Hüseynovun yaradıcılığında mühüm yer tutan "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı kitabı rus dilində yazılmış, əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilmişdir. Kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə çapdan çıxmışdır. "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" kitabının redaktoru akademik Aleksandr Osipoviç Makovelski (1884–1969) "Redaktorun ön sözü" adlı yazısında kitabı "XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi" kimi dəyərləndirmiş, öz münasibətini bildirmişdir.
Bakı Dövlət Universitetində əsas Fəlsəfə auditoriyalarından biri onun adını daşıyır.
Onun təqibi və ölümü
Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı Respublika Rəhbərliyində dözümsüzlük başlayır. 1950-ci ilin mayında Kommunist Partiyasının MK-nın büro iclasında ciddi tənqid edilir. Onun 19-cu əsrdə Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilir. Kitabın müqəddiməsində " İmam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalarına ziddir (…), Şamil millətçi hərakatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub.". Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadətini qaldırır və vəsadət təmin edilir.
Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof 15 avqust 1950-ci ildə damarlarını kəsməklə özünə qəsd edir.
Zakir Məmmədov Heydər Hüseynov haqqında
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov "Fəlsəfi fikrimiz ona laqeyd qalmaq olmaz" məqaləsində Heydər Hüseynovdan bəhs edərkən yazmışdır:
"Akademik H. N. Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını élan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı, Stalin mükafatına layiq görüldü, lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi. XII əsrdə elminə görə hakim tərəfindən təqdir edilmiş, amal və qayəsinə görə isə öldürülmüş Şihabəddin Yəhya Sührəvərdinin (1154–1191) taleyi XX əsrdə təkrar olundu".
Mükafatları
- İkinci dərəcəli Stalin mükafatı laureatı (1948) — "Tam azərbaycan-rus lüğəti"nin yaradılmasına görə (1940–1946)
- Üçüncü dərəcəli Stalin mükafatı laureatı — Ədəbi tənqid və sənətşünaslıq sahəsində — 1950 (1949-cu il üçün) — "XIX əsr Azərbaycan ictimai və fələsəfi fikir tarixindən " kitabına görə
İstinadlar
- Azərb. Sovet Ensiklopediyası, X cild, Bakı-1987. səh. 289
- Philosophers Leave First [ölü keçid] by Elmira Almasova. Zerkalo. 20 September 2008
- Sara Hüseynova. Kitabın taleyi — müəllifin faciəsi. Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı: Zəkioğlu, 2006, səh.9–10
- Sara Hüseynova. Kitabın taleyi — müəllifin faciəsi. Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, "Zəkioğlu" nəşriyyatı, 2006. səh. 10
- Sara Hüseynova. Kitabın taleyi — müəllifin faciəsi. Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, "Zəkioğlu" nəşriyyatı, 2006. səh. 11
- Huseynov, Heydar Najaf oglu Arxivləşdirilib 2007-12-25 at Archive.today. FNKAA.ru
- Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Tərcümənin redaktoru: Qardaşxan Əzizxanlı. Bakı, "Zəkioğlu" nəşriyyatı, 2006.
- Purged Orientalism: Orientalists Who Were Subject to Repressions in the 1920–50s 2012-02-11 at the Wayback Machine (rus.)
- On the history of the foreign agent schemes in the Caucasian wars. Voprosy istorii. #2. 1951
- Zakir Məmmədov. Fəlsəfi fikrimiz ona laqeyd qalmaq olmaz. "Günay" qəzeti, 19 aprel 1995-ci il
Mənbə
- АSE — Azərbaycan Sovet Ensiklopediyası, 1984.
- Академик Гейдар Гусейнов был ученым, определившим развитие многих направлений азербайджанской науки 2011-11-05 at the Wayback Machine
- Светлые дни и мрачные ночи Гейдара Гусейнова 2011-10-21 at the Wayback Machine
- Heydər Hüseynovun Ömür konsepsiyası. Z. Quluzadə. "Şərq fəlsəfəsi problemləri jurnalı". Bakı.2011 2017-12-25 at the Wayback Machine
Xarici keçidlər
- Müridizmin qurbanı: Heydər Hüseynov
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Heyder Necef oglu Huseynov 3 aprel 1908 Irevan 15 avqust 1950 Baki Azerbaycan sovet filosofu ictimai xadim elm teskilatcisi felsefe elmleri doktoru 1944 professor 1944 Azerbaycan SSR Elmler Akademiyasinin heqiqi uzvu 1945 iki defe Stalin mukafati laureati 1948 1950 Heyder HuseynovDogum tarixi 3 aprel 1908 1908 04 03 Dogum yeri Irevan Irevan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 15 avqust 1950 1950 08 15 42 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIVefat sebebi qanitirme d Defn yeri Fexri XiyabanElm sahesi felsefeElmi derecesi felsefe elmleri doktoruElmi adi Azerbaycan SSR Elmler Akademiyasinin akademikiIs yerleri Azerbaycan Dovlet Universiteti Azerbaycan SSR Elmler Akademiyasi Partiya tarixi institutuTehsili Baki Dovlet UniversitetiTaninmis yetirmeleri Meqsed Settarov Ziyeddin GoyusovMukafatlariHeyatiHeyder Huseynov 1908 ci il aprelin 3 de Irevanda tacir Haci Necef Kerbelayi Huseyn oglunun ve Mesedi Gulsumun ailesinde anadan olmusdur Ailedeki alti usagin kiciyi olmusdur Heyder anadan olandan az sonra atasi vefat edir Boyuk qardasi Yusif 1918 ci ilde ermeni desteleri terefinden olduruldukden sonra aileleri evvel Batuma sonra Stavropola axirda Bakiya kocurler Boyuk qardasi ve anasinin himayesi altinda boyumusdur Heyder Huseynov yalniz on iki yasinda Bakinin 18 sayli mektebinin sagirdi olmusdur O 1927 1931 illerde Lenin adina Pedaqoji Universitetin hem serqsunasliq hem de pedaqoji fakultelerinin telebesi olmus ereb ve fars dillerine mukemmel yiyelenmisdir Emek fealiyyetine 1924 cu ilden baslamis pedaqoji texnikumun kitabxanasinda islemisdir 1931 ci ilde Azerbaycan Dovlet Pedaqoji Institutunun ictimai elmler fakultesinin qiyabi sobesini bitirmisdir 1931 1932 ci illerde Azerbaycan Elmi Tedqiqat Institutunun aspiranti olmusdur 1936 1940 ci illerde Heyder Huseynov SSRI Elmler Akademiyasi Azerbaycan filiali Ensiklopediya ve Lugetler Institutunun direktoru olmusdur 1939 1945 ci illerde SSRI Elmler Akademiyasi Azerbaycan Filiali sedrinin muavini 1945 1950 ci illerde Azerbaycan SSR Elmler Akademiyasinin vitse prezidenti olmusdur Akademiyanin eyni zamanda ictimai elmler bolmesinin sedri olmusdur 1943 1945 ci illerde Azerbaycan Dovlet Universitetinin evvel marksizm leninizmin esaslari sonra felsefe kafedrasinin mudiri 1945 1950 ci illerde Azerbaycan KP MK yaninda Partiya Tarixi Institutunun direktoru olmusdur Elmi fealiyyetiHeyder Huseynov 1930 cu illerde felsefe elmini tedris etmekle beraber Azerbaycan dilinde felsefeye aid Dialektik materializm Dialektika ve metafizika Dialektika ve tarixi materializm adli ilk dersliklerini filosof Ehmed aga ile birlikde yazmisdi O fars dilinde serbest danisirdi 1932 ci ilden baslayaraq muxtelif ali mekteblerde felsefeden ders deyir 1935 ci ilde azerbaycan dilinde dialektik materializm 1939 cu ilde dialektika ve metafizika haqqinda kitab cap etdirir 1936 ci ilde Azerbaycan Sovet Ensiklopediyasinin hazirlanmasinda istirak edir 1940 ci ilde ise bas redaksiyaya rehberlik edir Heyder Huseynov Felsefe sobesinin telebeleri arasinda akademik Aslan Aslanov AMEA nin muxbir uzvu Meqsed Settarov ve b Heyder Huseynov 15 iyun 1939 cu ilde Tiflis seherinde M F Axundovun felsefi gorusleri adli dissertasiyasini mudafie etmisdir O 1944 cu ilde doktorluq dissertasiyasini mudafie etmis hemin il professor elmi adini almisdir Heyder Huseynov tarix ve felsefe elminin inkisafina boyuk tohfe verib O Azerbaycan tercume mektebinin esasini qoyub ilk azerbaycan rus ve rus azerbaycan lugetinin redaktorlarindan olub O 100 den cox elmi meqale yazib Behmenyar Nizami Gencevi Fuzuli Abbasqulu aga Bakixanov Mirze Kazim bey Mirze Feteli Axundov Hesen bey Zerdabi haqqinda ciddi tedqiqat isi aparib Hemin dovrden Heyder Huseynov 733 sehifelik XIX esrde Azerbaycan felsefi ve ictimai siyasi fikrin tarixi haqqinda fundamental eser yazir ve 1950 ci ilin mart ayinda novbeti Stalin mukafatini alir Heyder Huseynovun yaradiciliginda muhum yer tutan XIX esr Azerbaycan ictimai ve felsefi fikir tarixinden adli kitabi rus dilinde yazilmis eser ilk defe 1949 cu ilde ikinci defe 1958 ci ilde mueyyen ixtisarlarla cap edilmisdir Kitab Azerbaycan dilinde ilk defe 2006 ci ilde capdan cixmisdir XIX esr Azerbaycan ictimai ve felsefi fikir tarixinden kitabinin redaktoru akademik Aleksandr Osipovic Makovelski 1884 1969 Redaktorun on sozu adli yazisinda kitabi XIX esrde Azerbaycan felsefesinin inkisafinin sistemli serhinin ilk tecrubesi kimi deyerlendirmis oz munasibetini bildirmisdir Baki Dovlet Universitetinde esas Felsefe auditoriyalarindan biri onun adini dasiyir Onun teqibi ve olumuHeyder Huseynovun elmi fealiyyetinin mukafatlandirilmasina baxmayaraq ona qarsi Respublika Rehberliyinde dozumsuzluk baslayir 1950 ci ilin mayinda Kommunist Partiyasinin MK nin buro iclasinda ciddi tenqid edilir Onun 19 cu esrde Qafqaz felsefi fikrinin tedqiqi muridizmin tebligi sufizmin teqdiri kimi qebul edilir Kitabin muqeddimesinde Imam Samil mutereqqi ve demokratik bir lider hemcinin azadliq fenomeni kimi gosterilir ki bu da marksist ideyalarina ziddir Samil milletci herakatin numayendesi idi ve turk sultani ile ingilis kapitalizm maraqlarina xidmet eden sexs olub Azerbaycan KP MK SSRI Nazirler Soveti qarsisinda onun aldigi Stalin mukafatlarindan mehrum edilmesi vesadetini qaldirir ve vesadet temin edilir Huseynov Kommunist Partiyasindan cixarilir ve Elmler Akademiyasindaki vezifelerinden azad edilir Dovlet orqanlari ve bezi hemkarlari terefinden esassiz teqiblere meruz qalir Tezyiqlere dozmeyen ve hebs edileceyini texmin eden filosof 15 avqust 1950 ci ilde damarlarini kesmekle ozune qesd edir Zakir Memmedov Heyder Huseynov haqqindaAMEA nin muxbir uzvu felsefe elmleri doktoru professor Zakir Memmedov Felsefi fikrimiz ona laqeyd qalmaq olmaz meqalesinde Heyder Huseynovdan behs ederken yazmisdir Akademik H N Huseynov 40 ci illerde Behmenyarin kicik hecmli iki felsefi traktatini askara cixarib tedqiqat obyektine cevirmekle sirf elmi felsefi irsimizin varligini elan etdi Gorkemli tedqiqatcinin milli ruhda Azerbaycan felsefesi tarixine dair yazdigi kitab elmi ictimaiyyet terefinden regbetle qarsilandi Stalin mukafatina layiq goruldu lakin alimin oz xalqinin tarixen yuksek elmi felsefi tefekkure malik oldugunu askar soylemesi imperiya agalarinin zehminden qorxan kolelere xos gelmedi XII esrde elmine gore hakim terefinden teqdir edilmis amal ve qayesine gore ise oldurulmus Sihabeddin Yehya Suhreverdinin 1154 1191 taleyi XX esrde tekrar olundu MukafatlariIkinci dereceli Stalin mukafati laureati 1948 Tam azerbaycan rus lugeti nin yaradilmasina gore 1940 1946 Ucuncu dereceli Stalin mukafati laureati Edebi tenqid ve senetsunasliq sahesinde 1950 1949 cu il ucun XIX esr Azerbaycan ictimai ve felesefi fikir tarixinden kitabina goreIstinadlarAzerb Sovet Ensiklopediyasi X cild Baki 1987 seh 289 Philosophers Leave First olu kecid by Elmira Almasova Zerkalo 20 September 2008 Sara Huseynova Kitabin taleyi muellifin faciesi Heyder Huseynov XIX esr Azerbaycan ictimai ve felsefi fikir tarixinden Baki Zekioglu 2006 seh 9 10 Sara Huseynova Kitabin taleyi muellifin faciesi Heyder Huseynov XIX esr Azerbaycan ictimai ve felsefi fikir tarixinden Baki Zekioglu nesriyyati 2006 seh 10 Sara Huseynova Kitabin taleyi muellifin faciesi Heyder Huseynov XIX esr Azerbaycan ictimai ve felsefi fikir tarixinden Baki Zekioglu nesriyyati 2006 seh 11 Huseynov Heydar Najaf oglu Arxivlesdirilib 2007 12 25 at Archive today FNKAA ru Heyder Huseynov XIX esr Azerbaycan ictimai ve felsefi fikir tarixinden Tercumenin redaktoru Qardasxan Ezizxanli Baki Zekioglu nesriyyati 2006 Purged Orientalism Orientalists Who Were Subject to Repressions in the 1920 50s 2012 02 11 at the Wayback Machine rus On the history of the foreign agent schemes in the Caucasian wars Voprosy istorii 2 1951 Zakir Memmedov Felsefi fikrimiz ona laqeyd qalmaq olmaz Gunay qezeti 19 aprel 1995 ci ilMenbeASE Azerbaycan Sovet Ensiklopediyasi 1984 Akademik Gejdar Gusejnov byl uchenym opredelivshim razvitie mnogih napravlenij azerbajdzhanskoj nauki 2011 11 05 at the Wayback Machine Svetlye dni i mrachnye nochi Gejdara Gusejnova 2011 10 21 at the Wayback Machine Heyder Huseynovun Omur konsepsiyasi Z Quluzade Serq felsefesi problemleri jurnali Baki 2011 2017 12 25 at the Wayback MachineXarici kecidlerMuridizmin qurbani Heyder Huseynov