"Lək-lək" jurnalı (az-əbcəd. لکلک) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır.
Lək-lək | |
---|---|
az-əbcəd. لکلک | |
| |
Növ | həftəlik jurnal |
Təsisçi | |
Təsis tarixi | 22 fevral (7 mart) 1914 |
Nəşrini dayandırıb | 30 iyun (13 iyul) 1914 |
Qərargah | |
Dil | Azərbaycan dili |
Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib.
Haqqında
Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
1914-cü il iyunun 30-da jurnalın nəşri dayandırılır. Fəaliyyət göstərdiyi müddətdə jurnalın 12 sayı işıq üzü görüb.
Jurnal "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir.
Jurnala molla nəsrəddinçi yazıçılar, Cabbar Əsgərzadə "Lək-lək", "Müqəllid", Əli Məhzun Rəhimov "Yetim cücə", Məmməd Səid Ordubadi "Hərdəmxəyal" təxəllüsləri ilə yazılar yazırdılar.
Azərbaycan Tarix Muzeyində jurnalın bütün sayları cildlənmiş şəkildə mühafizə olunur.
Baş redaktorları
Qəzetin başlıca mövzuları
Jurnalın təbliğ etdiyi müsbət ideyalar çox idi. Onun əməkdaşları görürdülər ki, dini dünyagörüşünü, mövhumatı, şəriəti tənqid etmədən yeni mədəniyyətə yol açmaq mümkün deyildir. "Lək-lək"in səhifəlrəində dinin irticaçı mahiyyətini göstərən, ruhanilərin əsil simasını açan, köhnə dünyanın çürük adət-ənənlərini tənqid edən yazılara geniş yer verilirdi. "Lək-lək" açıq şəkildə deyirdi ki, Allahdan imdad gözləmək əbəsdir, elm, mədəniyyət kəsb etməklə, zəhmət çəkməklə firavan həyat qurmaq olar.
"Lək-lək" yeni məktəbin təbliğatçısı idi. Jurnal fəaliyyət göstərən vaxt İrəvanda 15 rus-tatar məktəbində cəmi 911 azərbaycanlı, yəni hər 350 nəfərdən biri təhsil alırdı. Məktəblərdə oxumaq bilik və istedadla deyil, pul ilə mümkün idi. Jurnal "Çəkic" adlı felyetonda yerli hökumətin məktəblər açmağa fikir vermədiyini kəskin tənqid edirdi.
Jurnal öz səhiflərində inqilabi hadisələrin gedişinə də toxunmuş, azadlıq hərəkatının bəzi məsələlərini işıqlandırmışdır. Rusiyadakı hadisələri diqqətlə izləyən "Lək-lək" yazırdı ki, fəhlələrin tətil hərəkatı, nümayişləri dayanmır. "Fəhlələr deyirlər: Bizə azadlıq lazımdır, bizə bərabərlik lazımdır". Jurnal inqilabi hərəkata Ermənistanın da qoşulmasını arzulayırdı, göstərirdi ki, indi söz Ermənistanındır, ona da azadlıq, xoşbəxtlik lazımdır. 1914-cü ilin mayında inqilabi ideyaların təbliği üstündə İrəvanda erməni dilində çıxan "Xosk" ("Söz") qəzetinin 17-ci nömrəsini müsadirə etmiş, onun redaktoru bolşevik Arşabir Melikyanı məhkəmə məsuliyyətinə cəlb etmişdilər. Bu hadisəyə etiraz edən mətbuat orqanlarında biri də "Lək-lək" idi. Jurnal imperialist müharibəsini tənqid edən, onun işğalçılıq mahiyyətini göstərən yazılar verirdi.
Belə materiallarla yanaşı, "Lək-lək"in səhifələrində xırda burjua görüşləri də təbliğ olunurdu. Siyasi hadisələrə bəzən burjuaziyanın mövqeyindən qiymət verilirdi. N. Axundov haqlı olaraq yazır:
Jurnal bəzən xalqın intibahını arzularkən millətçilik əhval-ruhiyyəsinə də qapılırdı. |
"Kamil paşanın ruhuna ithaf" adlı uzun bir şeirdə, (şeir "Yetim cücə" imzası ilə çap olunmuşdur) "Siyasi lüğətlərdə" Yaxın Şərqdə və Balkanda baş verən siyasi hadisələr birtərəfli işıqlandırılır: milli azadlıq, dövlət istiqlaliyyəti uğurunda mübarizə aparan Balkan xalqlarının hüququna layiqincə qiymət verilmirdi.
Ədəbiyyat siyahısı
- "Lək-lək", 1914, № 6
- "Lək-lək", 1914, № 7
- N. Axundov. "Azərbaycan satira jurnalları", Bakı, 1968, səh.91
- İ. Məmmədov. "Азербайджанская печать в Армении"(автореферат), Ереван, 1971, səh.16
Mənbə
- Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010.
- N. N. Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
- Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxivi, 480-ci fond, 1-ci siyahı, 968 nömrəli iş-qovluğu
İstinadlar
- Məhərrəmov, Ziyəddin. İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (PDF) (az.). Bakı: Nurlan nəşriyyatı. 2010. 199. 2019-07-16 tarixində (PDF). İstifadə tarixi: 2023-12-12.
- Məhərrəmov, Ziyəddin. İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (PDF) (az.). Bakı: Nurlan nəşriyyatı. 2010. 200. 2019-07-16 tarixində (PDF). İstifadə tarixi: 2023-12-12.
- İrəvan türklərinin ədəbi mətbuat abidəsi: "Lək-Lək" jurnalı (az.). Bakı: Açıq dünya. 2008. 4. 2021-02-09 tarixində . İstifadə tarixi: 2023-12-12.
- Mustafa, Nazim. "İrəvandan Azərbaycana nur paylayanlar". Xalq qəzeti. 2023-02-21. İstifadə tarixi: 2023-12-12.
- İrəvan türklərinin ədəbi mətbuat abidəsi: "Lək-Lək" jurnalı (az.). Bakı: Açıq dünya. 2008. 6. 2021-02-09 tarixində . İstifadə tarixi: 2023-12-12.
- "İrəvanda nəşr olunan "Lək-lək" jurnalının nömrələri Tarix Muzeyində". medeniyyet.az (ingilis). 2023-06-28 tarixində . İstifadə tarixi: 2023-12-12.
Xarici keçidlər
- İrəvan türklərinin ədəbi mətbuat abidəsi: "Lək-Lək" jurnalı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lek lek jurnali az ebced لک لک 1914 cu ilde Irevanda nesr olunmus heftelik satirik jurnal Lek lek jurnali hem de Irevanda Azerbaycan turkcesinde nesr edilmis ilk jurnaldir Lek lekaz ebced لک لک Lek lek jurnalinin 22 fevral 1914 cu il tarixli ilk nomresiNov heftelik jurnalTesisci Cabbar EsgerzadeTesis tarixi 22 fevral 7 mart 1914Nesrini dayandirib 30 iyun 13 iyul 1914Qerargah IrevanDil Azerbaycan dili Fealiyyet gosterdiyi 5 ay erzinde jurnalin 12 sayi nesr edilib Haqqinda Gurcustan Merkezi Dovlet Tarix Arxivinde saxlanilan senzura senedine esasen Irevan qubernatoru Lek lek jurnalinin nesri ucun 1914 cu il yanvarin 21 de Mir Mehemmed Mir Fetullayeve ve Cabbar Esgerzadeye sehadetname verib Sehadetnamede qeyd olunub ki muellifler jurnalda meqaleler seirler seher isleri haqqinda xeberler teleqramlar xarici ve daxili xeberler felyetonlar temsiller ve elanlar cap ede bilerler Jurnalinin ilk nomresi 1914 cu il fevralin 22 de Irevanda cap edilib Bununla Lek lek jurnali Irevanda Azerbaycan turkcesinde nesr edilmis ilk jurnal oldu Irevandaki Luys metbeesinde cap olunan jurnalin nasiri ve redaktoru Mir Mehemmed Mir Fetullayev ve Cabbar Esgerzade idi Lek lek eslinde senzura senedlerinde Leylek jurnalinin ereb qrafikali elifbadan transliterasiyasidir 1914 cu il iyunun 30 da jurnalin nesri dayandirilir Fealiyyet gosterdiyi muddetde jurnalin 12 sayi isiq uzu gorub Jurnal Molla Nesreddin edebi mektebi enenelerini davam etdirmisdir Jurnala molla nesreddinci yazicilar Cabbar Esgerzade Lek lek Muqellid Eli Mehzun Rehimov Yetim cuce Memmed Seid Ordubadi Herdemxeyal texellusleri ile yazilar yazirdilar Azerbaycan Tarix Muzeyinde jurnalin butun saylari cildlenmis sekilde muhafize olunur Bas redaktorlari Tagi Sahbazi Simurq Cabbar EsgerzadeQezetin baslica movzulari Jurnalin teblig etdiyi musbet ideyalar cox idi Onun emekdaslari gorurduler ki dini dunyagorusunu movhumati serieti tenqid etmeden yeni medeniyyete yol acmaq mumkun deyildir Lek lek in sehifelreinde dinin irticaci mahiyyetini gosteren ruhanilerin esil simasini acan kohne dunyanin curuk adet enenlerini tenqid eden yazilara genis yer verilirdi Lek lek aciq sekilde deyirdi ki Allahdan imdad gozlemek ebesdir elm medeniyyet kesb etmekle zehmet cekmekle firavan heyat qurmaq olar Lek lek yeni mektebin tebligatcisi idi Jurnal fealiyyet gosteren vaxt Irevanda 15 rus tatar mektebinde cemi 911 azerbaycanli yeni her 350 neferden biri tehsil alirdi Mekteblerde oxumaq bilik ve istedadla deyil pul ile mumkun idi Jurnal Cekic adli felyetonda yerli hokumetin mektebler acmaga fikir vermediyini keskin tenqid edirdi Jurnal oz sehiflerinde inqilabi hadiselerin gedisine de toxunmus azadliq herekatinin bezi meselelerini isiqlandirmisdir Rusiyadaki hadiseleri diqqetle izleyen Lek lek yazirdi ki fehlelerin tetil herekati numayisleri dayanmir Fehleler deyirler Bize azadliq lazimdir bize beraberlik lazimdir Jurnal inqilabi herekata Ermenistanin da qosulmasini arzulayirdi gosterirdi ki indi soz Ermenistanindir ona da azadliq xosbextlik lazimdir 1914 cu ilin mayinda inqilabi ideyalarin tebligi ustunde Irevanda ermeni dilinde cixan Xosk Soz qezetinin 17 ci nomresini musadire etmis onun redaktoru bolsevik Arsabir Melikyani mehkeme mesuliyyetine celb etmisdiler Bu hadiseye etiraz eden metbuat orqanlarinda biri de Lek lek idi Jurnal imperialist muharibesini tenqid eden onun isgalciliq mahiyyetini gosteren yazilar verirdi Bele materiallarla yanasi Lek lek in sehifelerinde xirda burjua gorusleri de teblig olunurdu Siyasi hadiselere bezen burjuaziyanin movqeyinden qiymet verilirdi N Axundov haqli olaraq yazir Jurnal bezen xalqin intibahini arzularken milletcilik ehval ruhiyyesine de qapilirdi Kamil pasanin ruhuna ithaf adli uzun bir seirde seir Yetim cuce imzasi ile cap olunmusdur Siyasi lugetlerde Yaxin Serqde ve Balkanda bas veren siyasi hadiseler birterefli isiqlandirilir milli azadliq dovlet istiqlaliyyeti ugurunda mubarize aparan Balkan xalqlarinin huququna layiqince qiymet verilmirdi Edebiyyat siyahisi Lek lek 1914 6 Lek lek 1914 7 N Axundov Azerbaycan satira jurnallari Baki 1968 seh 91 I Memmedov Azerbajdzhanskaya pechat v Armenii avtoreferat Erevan 1971 seh 16Menbe Ziyeddin Meherremov Irevanda mektebdarliq ve maarifcilik Baki Nurlan 2010 N N Zeynalov Azerbaycan metbuat tarixi I hisse Baki 1973 ADU nun nesriyyati Gurcustan SSR Merkezi Dovlet Tarix Arxivi 480 ci fond 1 ci siyahi 968 nomreli is qovluguIstinadlar Meherremov Ziyeddin Irevanda mektebdarliq ve maarifcilik 1800 1920 ci illerde edebi medeni muhit PDF az Baki Nurlan nesriyyati 2010 199 2019 07 16 tarixinde PDF Istifade tarixi 2023 12 12 Meherremov Ziyeddin Irevanda mektebdarliq ve maarifcilik 1800 1920 ci illerde edebi medeni muhit PDF az Baki Nurlan nesriyyati 2010 200 2019 07 16 tarixinde PDF Istifade tarixi 2023 12 12 Irevan turklerinin edebi metbuat abidesi Lek Lek jurnali az Baki Aciq dunya 2008 4 2021 02 09 tarixinde Istifade tarixi 2023 12 12 Mustafa Nazim Irevandan Azerbaycana nur paylayanlar Xalq qezeti 2023 02 21 Istifade tarixi 2023 12 12 Irevan turklerinin edebi metbuat abidesi Lek Lek jurnali az Baki Aciq dunya 2008 6 2021 02 09 tarixinde Istifade tarixi 2023 12 12 Irevanda nesr olunan Lek lek jurnalinin nomreleri Tarix Muzeyinde medeniyyet az ingilis 2023 06 28 tarixinde Istifade tarixi 2023 12 12 Xarici kecidlerIrevan turklerinin edebi metbuat abidesi Lek Lek jurnali