Ziya Bünyadovun qətli — Azərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi.
Ziya Bünyadovun qətli | |
---|---|
Hücum yeri | Bakı, Azərbaycan |
Hücum hədəfi | Ziya Bünyadov |
Vaxt | 21 fevral 1997-ci il 18:10 |
Hücum üsulu | Qətl |
Silah | Bıçaq və odlu silah |
Həlak olanlar | Ziya Bünyadov |
Qatil sayı | 7 |
Təşkilatçılar | "Hizbullah" və "Ceyşaullah" |
Şübhəlilər | Bax: #İddialar |
Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezident Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran onun ölümünə fətva vermişdir.
Buna baxmayaraq, ictimaiyyətdə Ziya Bünyadovun qətli ilə əlaqədar çoxlu iddialar yayılmışdır. İddialara görə, Ziya Bünyadovun qətlinin səbəbi onun Murtuz Ələsgərovun Milli Məclisin spikeri təyin edilməsinə münasibəti, Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələməsi idi. Nəzəriyyələrdə cinayətə görə həbs olunanlar əslində günahsız olduğunu, cinayətə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarının, o cümlədən keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsinin məsulliyyət daşıması var.
Zəmin
Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Ziya Bünyadov 27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı ilə mükafatlandırılmışdır. O, 1954-cü ilə qədər ali təhsilini Rusiyada davam etmiş, həmin il aspiranturanı bitirdikdən sonra Azərbaycana qayıtmışdır. Ziya Bünyadov Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi fəaliyyətinə davam etmiş, 1965-ci ildə professor adını almışdır. O, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1973-cü ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Tarixçi alim olan Ziya Bünyadov 1981-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş, sonra Milli Məclisin deputatı olmuşdur.
Bünyadov və islamşünaslıq
Yenidənqurma dövründə, 1980-ci illərin ortalarından başlayaraq Azərbaycan cəmiyyətində islama maraq tədricən artmağa başlamışdır. Qara Yanvar hadisələrindən sonra Quran "azərbaycanlı" kimliyinin və sovet rejiminə etirazın yeni simvoluna çevrilmişdir. Türkoloq-tarixçi Altay Göyüşov və Bünyadovun keçmiş həmkarı Nəriman Qasımoğluya görə, Ziya Bünyadov yeni kimliyin və milli kimliyin ən mühüm komponentinin islamın olmasına inanmağa başlamışdı. Göyüşovun fikrincə, Bünyadovun "türkofil" meyli olan tarixçilərə qarşı çıxması onu yeni tədqiqat mövzusu kimi islama sövq edən əsas amil olmuşdur.
Ziya Bünyadovun islamşünas alim kimi şöhrəti onun şərqşünas alim Vasim Məmmədəliyevlə birgə Quranı Azərbaycan dilinə tərcümə etməsinə gətirib çıxarmışdır. Quranın bu tərcüməsi 1991-ci ildə Məmmədəliyevin müəllifi olduğu müqəddimə və Bünyadovun yazdığı şərh ilə nəşr edilmişdir. Həmin il bu nəşr "Hacı Zeynalabdin Tağıyev adına" mükafata layiq görülmüşdür.Zərdüşt Əlizadə və Arif Yunusa görə, 1980-ci illərin əvvəllərindən başlayaraq Quranın Azərbaycan dilinə yeni tərcümələri nəşr olunmağa başlamışdır və onlar bu cərəyanı İran İslam inqilabı ilə əlaqələndirirlər. Xüsusilə, iki ərəbşünas və islamşünas alim Tariyel Həsənov və Nəriman Qasımoğlu hələ 1980-ci illərin sonlarında Quranı tərcümə etmiş, 1988-ci ilin əvvəlindən isə Qasımoğlu Quranın fraqmentlərini nəşr etdirməyə başlamışdır. Qasımoğlunun fikrincə, onun etdiyi tərcümə Quranın poetik xarakterini Bünyadov və Məmmədəliyevin tərcüməsi ilə müqayisədə daha çox saxlamışdır. Buna baxmayaraq, Ziya Bünyadov Azərbaycandakı ən məşhur alim idi və ölkənin mənəvi siması sayılırdı, elə bu səbəbdən onun tərcüməsi indi də Azərbaycanda ən populyar tərcümədir.
Ziya Bünyadov islamşünaslıq fəaliyyətini başqa işlərlə davam etdirmişdir. Onun tərəfindən 1993–1995-ci illər arasında yazılmış və ölümündən sonra 1997-ci ildə nəşr olunmuş Azərbaycan dilində "Dinlər, təriqətlər, məzhəblər" ensiklopedik lüğəti buna nümunədir. Əsərin ön sözündə Bünyadov öz motivlərindən bəhs edərkən Azərbaycan xalqının o dövrdə qədər "din və din xadimləri haqqında bilikləri yalnız ateist yanaşmadan, marksizm–leninizm prizmasından alması"nı əsas gətirərək bu əsərin onun "insanlar qarşısında mənəvi borcu" olduğunu qeyd etmişdir. O əlavə etmişdir ki, "sovet dövründə yazılan bütün kitablar, məqalələr, broşürlər tamamilə bu perspektivə tabe" olmuş, bu da öz növbəsində "o günlərdə yazılan hər şeyi çox subyektiv" hala salmışdır. Onun fikrinə görə, bu, "insanların həqiqəti bilməsinə mane olurdu".
Ensiklopediyanın ən əlamətdar cəhəti Bünyadovun bu əsərdə diqqətini təkcə islama deyil, ümumilikdə dinlərə yönəltməsidir. Niderland alimi Sara Krombaxa görə, ensiklopediyanın yazılmasının motivini postsovet Azərbaycanını islam dünyasına deyil, daha geniş kontekstə inteqrasiya etmək üçün ilk cəhd hesab etmək olar. Krombax əlavə etmişdir ki, postmüstəmləkəçiliyin çağırışları ilə üzləşən Azərbaycan üçün bu, özünü Şərqin, eləcə də Avropanın bir hissəsi kimi yenidən düşünmək üçün zəruri addım hesab etmək olar.
"Hizbullah" Azərbaycanda
İran Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonra islam inqilabı və dövlətçilik ideyalarının Azərbaycanda yayılmasını fəal şəkildə təşviq etməyə başlamışdır. Qaçqın düşərgələri nüfuz aşılamaq üçün İranın əsas hədəfi olmuşdu. Bəzi azərbaycanlı gənclər İrandakı dini məktəblərdə və İranın dəstəyi ilə yaradılmış "Hizbullah" düşərgələrində təhsil almağa cəlb edilmişdi. Onlar Azərbaycana qayıtdıqdan sonra "Hizbullah"ın siyasi ideyalarını yaymaqla məşğul olmuşdular.
1993-cü ilin axırlarında Birinci Qarabağ müharibəsi səbəbilə evlərindən didərgin düşən qaçqınların əhəmiyyətli hissəsi Azərbaycanın cənub rayonlarında, İranla sərhəddə, eləcə də ölkənin mərkəzi hissəsində toplanmışdı. Məcburi köçkünlərin paytaxt Bakıya axın etməməsi üçün 1993-cü ilin avqustunda Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişi ilə Bakıya və ölkənin digər iri şəhərlərinə gedən bütün yollar bağlanmışdır. Hər halda, hakimiyyət bunun kifayət etməyəcəyi qənaətinə gəlmiş və tezliklə dəstək üçün İrana üz tutmuşdur. 1993–1994-cü illərdə İran hökuməti Azərbaycanın cənub rayonlarında 7 qaçqın düşərgəsi salmışdır. Buraya 100 min nəfərə yaxın qaçqın yerləşdirilmişdir. Bunlar Azərbaycanda ilk qaçqın düşərgələri idi. Çox keçməmiş öyrənilmişdir ki, İran hökuməti bu düşərgələrdən qaçqınlar arasında şiə ehkamını təbliğ etmək üçün onlardan istifadə edir. Sonrakı araşdırmalarda məlum olmuşdur ki, İran eyni vaxtda Azərbaycanda açıq şəkildə radikal və silahlı islamçı təşkilatlar yaratmağa başlamışdı. Onların arasında "Hizbullah" dini-siyasi strukturu sonradan daha fəallaşmış və populyarlaşmışdır. "Hizbullah"ın qurucuları Ayətullah Ruhullah Xomeyni tərəfindən yaradılmış "Vilayəti-Fəqih" anlayışına arxalanırdılar. Bu anlayışa görə, ümmətin qanuni rəhbəri hesab etdikləri İmam Mehdinin olmadığı halda rəhbərlik Quranı düzgün təfsir edəcək ilahiyyatçılara həvalə olunmalı idi.
1993-cü ildə "Vilayəti-Fəqih" konsepsiyasının iranlı təbliğatçıları Bakıda azərbaycanlı gəncləri öz sıralarına cəlb edərək "Hizbullah"ın Azərbaycan qolu olan "Vilayəti əl-Fəqih Hizbullah" adlı yerli təşkilat yaratmışdılar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Hizbullah"ın Azərbaycan qolu özlərini İran vətəndaşı kimi təqdim edən Məhəmməd və Nəsrullah adlı şəxslər tərəfindən təsis edilmişdir. 2000-ci ilə qədər təşkilatın rəhbəri Tariyel Ramazanov olmuşdur. Təşkilat bir neçə on nəfərdən ibarət idi. Bundan bir müddət sonra Azərbaycanın cənubunda, Lənkəran şəhərində "Hizbullah"ın daha kiçik başqa bir qolu yaradılmışdır.
Hökumət ilə münaqişələr
Ziya Bünyadov qətlindən əvvəl Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələmişdir. O, 1995-ci ildən Milli Ordunu və Müdafiə Nazirliyini dəfələrlə korrupsiyada ittiham etmişdir. Bünyadov radio və televiziyada dəfələrlə Yeni Azərbaycan Partiyasının bəzi üzvlərini onları ifşa edəcək materiallar dərc etməklə hədələmişdir. Həyat yoldaşı Tahirə Bünyadovanın sözlərinə görə, ölümündən bir müddət əvvəl naməlum şəxslər sənəd axtarmaq üçün onların mənzilinə daxil olmuşdur.
Ziya Bünyadov mütəmadi olaraq televiziyada Heydər Əliyevlə Azərbaycanda özəlləşdirmə prosesi ilə mübahisə etmişdir. O, bu prosesi çox qəfil və ifrat hesab etmişdir. Ziya Bünyadovun qətlindən bir qədər əvvəl Milli Məclisin keçmiş spikeri Rəsul Quliyevin istefasından sonra bu posta Murtuz Ələsgərov gətirilmişdir. Bu ərəfədə Ziya Bünyadov demişdi ki, "Murtuz Ələsgərov parlament sədri olsa, kül mənim başıma".
Qətlə hazırlıq
Azərbaycan məhkəməsinin hökmündə qeyd edilənlərdən məlum olur ki, Nizami Nağıyev, Mahir Zeynalov, Qalib Babayev və Cavanşir Aslanov Tariyel Ramazanovun göstərişi ilə Cəlilabad rayonu ərazisindən İrana qanunsuz keçmişdir. Onlar Tehran şəhəri yaxınlığında üç ay ərzində əlbəyaxa döyüş, küçə döyüşləri və şəhərətrafı sahədə döyüş, eləcə də gizli müşahidə üzrə təlimlərdən keçmişdilər.
Nizami Nağıyevin sözlərinə görə, o, Tariyel Ramazanov ilə hələ 1983-cü ildə Sovet Ordusunda xidmət edərkən tanış olmuşdur. Onlar tərxis olunduqdan sonra tez-tez bir-birləri ilə görüşürdülər. Ramazanovun atası Ramiz fizika-riyaziyyat elmləri namizədi idi və buna görə də Azərbaycan Elmlər Akademiyasının institutlarından birində işləmişdir. Nağıyev Ramazanovun səyləri nəticəsindən 1992-ci ildən namaz qılmağa və İçərişəhərdəki "Məhəmməd" məscidinə baş çəkməyə başlamışdır. Odur ki, məscid o vaxt Ramazanovun vəsaiti hesabına təmir edilmişdi və özü də məscidin başçısı olmuşdur. Nağıyevin sözlərinə görə, Tariyel Ramazanov məsciddə dindarlar arasında rəhbər sayılırdı, hamı onu dinləməyə və onun göstərişlərini yerinə yetirməyə çalışırdı. Burada Nağıyev Cavanşir Aslanovla qarşılaşmışdır. Ramazanov 1992-ci ilin yayında Nağıyevi İrana təlimlərə getməyə dəvət etmişdir.
Tariel Ramazanov İrandan qayıtdıqdan sonra Nizami Nağıyevə 32 min dollar vermişdir. Nağıyev bu pulla Bakı şəhərində, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 85/259 "a" ünvanındakı evi satın almışdır. O, daha sonra dəstənin digər üzvlərinə verilməli olan silahları saxlamaq üçün bu evin zirzəmisində quyu qazmışdır. Nağıyev 1996-cı ilin mart ayında Ramazanovun göstərişi ilə Cavanşir Aslanovla birlikdə bu evdə 2 ədəd avtomat, 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı tapança, 3 ədəd səsboğucu, 1 ədəd əl qumbarası, həmçinin müxtəlif çaplı patronlar yerləşdirmişdir. Həmin sursat Tariyel Ramazanov, Mahir Zeynalov, Qalib Babayev və Maarif Əliyev tərəfindən evin zirzəmisində qazılmış quyuda gizlədilmişdir.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, "Hizbullah" liderləri Ziya Bünyadovu İsrailin "Mossad" kəşfiyyatının agenti olmaq və Azərbaycanda sionizmi yaymaq istəməklə ittiham etmişdi. Buna baxmayaraq, dövlət rəsmiləri Bünyadovun "Mossad" ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. "Hizbullah" Heydər Əliyev hökumətini ABŞ və İsrailin marioneti, Bünyadovu isə bu hökumətin bir parçası hesab etmişdir. Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir. Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli bildirmişdir ki, o, təxminən 1995-ci ildə İranın İslam Şurası Məclisi binasında Xarici İşlər Nazirliyinin və müəyyən idarələrin nümayəndə heyətlərinin yığıncağına dəvət edilmişdir. Görüşün təşəbbüskarı olan deputat Pur Qurban həmin görüşdə ona Ziya Bünyadovdan şikayətlənmiş, onun yazdıqlarını İran əleyhinə təbliğat kimi qiymətləndirmişdir. Əliyar Səfərlinin sözlərinə görə, o, akademikin ölümünə fətva verilməsini eşidəndən dərhal sonra baş verənlər barədə Azərbaycan Xarici İşlər Nazirliyinə məktub yazmış, lakin buna əhəmiyyət verən olmamışdır.
Azərbaycan məhkəməsinin cinayət işi ilə bağlı hökmünə əsasən, 1997-ci ilin yanvarında "Vilayəti əl-Fəqih Hizbullah" qruplaşmasının üzvləri Bakıda toplantı keçirmişdir. Görüşdə Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, həmçinin Nəsrullah adlı İran vətəndaşı iştirak etmişdir. Burada akademik Ziya Bünyatovun rəsmi və siyasi fəaliyyətinin dayandırılması qərara alınmışdır. Qətlin törədilməsi üçün plan tərtib edilmişdir və iştirakçılar rolları öz aralarında bölüşdürmüşdür. Ziya Bünyadov müəyyən müddət iki qrup tərəfindən təqib edilmişdir. 1997-ci il yanvarın axırlarından fevralın əvvəllərinə qədər Nizami Nağıyev, Cavanşir Aslanov və Tariyel Ramazanov Ziya Bünyadovun yaşadığı evin yerləşdiyi əraziyə, giriş-çıxışlara baxış keçirmişdir. Mahir Zeynalov və Qalib Babayev başqalarının köməyi ilə Ziya Bünyadov və onun xidməti avtomobilini gizli şəkildə müşahidə edərək onun hərəkət xəritəsini tərtib etmişdir.
Qətl
Qatillər 21 fevral 1997-ci il tarixində, yerli vaxtla saat 16:00 radələrində iki qrupa bölünmüşdür.Ziya Bünyadovun 1960-cı illərdən bəri yaşadığı mənzilinin yaxınlığında "VAZ-2109" markalı, "AZ-10-DF-581" dövlət nömrə qeydiyyatlı avtomobildə olan, "Uzi" avtomatı ilə silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov mobil telefonla Ziya Bünyadovun evinə saat neçədə qayıdacığını ikinci qrupa bildirmişdir. Nizami Nağıyev fin bıçağı ilə, Qalib Babayev isə səsboğucu ilə təchiz edilmiş "Makarov" tapançası ilə silahlanmışdı. Onlar Mahir Zeynalovla birlikdə Ziya Bünyadovun yaşadığı evin yaxınlığında "VAZ-2106" markalı avtomobildə növbəti zəngi gözləyirdilər.
Saat 18:00 radələrində Tariyel Ramazanov Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat vermişdir. Zeynalov yoldan keçənlər haqqında xəbər vermək üçün maşında qalmış, Qalib Babayev binanın küncündə, Nizami Nağıyev isə binanın 3-cü blokuna girişi ilə üzbəüz mövqe tutmuşdur. Qalib Babayevdən Bünyadovun mənzilinə tək getdiyinə dair işarə gözləyən Nizami Nağıyev 3-cü blokdan binaya daxil olmuşdur. Adətən Bünyadovun şəxsi sürücüsü onu mənzilinə qədər müşayiət edirdi. Qatillərin planlarına sürücünün qətl edilməsi də daxil idi. Buna baxmayaraq, Bünyadov sürücünü buraxaraq evə tək getmişdir.
Nağıyev 1-ci və 2-ci mərtəbələr arasında pilləkənlərdə Bünyadova arxadan yaxınlaşaraq sol əlinin arxa-xarici səthinə və qarın nahiyəsinə, sağ və sol qabırğalarının altından ümumilikdə beş dəfə ardıcıl zərbələr endirmişdir. Eyni zamanda, Qalib Babayev də hadisə yerinə gəlmişdir. Bu zaman Bünyadov hələ də sağ idi. Babayev yıxılan Ziya Bünyadovun sağ yanağına və boyun nahiyəsinə səsboğucu ilə tapançadan atəş açmışdır. Bünyadov yerindəcə vəfat etmiş, cinayətkarlar isə heç kimdən xəbərsiz Zeynalovun maşını ilə hadisə yerindən qaçmışdır. 23 fevral 1997-ci ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ziya Bünyadovla vidalaşma mərasimi keçirilmişdir. O, Fəxri Xiyabanda dəfn edilmişdir.
Məsuliyyət
İstintaq
Ziya Bünyadovun qətli haqqında ilk versiyanı Azərbaycan Prezidenti Heydər Əliyev ictimaiyyətə təqdim etmişdir. Bünyadovun vidalaşma mərasimində o, bildirmişdir ki, "Bünyadov ölkədə sabitliyi pozmaq məqsədilə qətlə yetirilmişdir". Azərbaycan hökuməti cinayətə görə şiə "Hizbullah" təşkilatının Azərbaycan qolunun məsuliyyət daşığıdığını elan etmişdir. Hər halda, "Hizbullah" təşkilatının fəaliyyəti hakimiyyətin təzyiqindən sonra dayandırılmışdır. Dövlət mənbələri Ziya Bünyadovun qətlində "Ceyşaullah" hərəkatının üzvlərinin iştirak etdiyini də elan etmişdir. "Ceyşaullah" 1990-cı illərin axırlarından Azərbaycanda fəaliyyət göstərmiş sələfi qruplaşması idi. Rəsmi mənbələrdə qruplaşmanın "Hare Krişna" cəmiyyətinin Bakıdakı qərargahına hücuma görə məsuliyyət daşıdığı və ABŞ-nin Bakıdakı səfirliyini partlatmağı planlaşdırdığı qeyd olunmuşdur. Hərəkat ABŞ Dövlət Departamentinin "terror təşkilatları siyahısı"na salınmışdır. Azərbaycan rəsmilərinə görə, hərəkat İrandan dəstək almış və "Hizbullah"la əlaqəsi var idi. Odur ki, ABŞ Dövlət Departamentinin Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəhbəri Con Parkerin sözlərinə görə, Bünyadovun qatilləri İranda təlim keçmişdir. Azərbaycan hüquq-mühafizə orqanları 2002-ci ildə qruplaşmaya qarşı kampaniyanı intensivləşmişdir.
21 fevral 2001-ci ildə bu ölüm işi üzrə hökm elan olunmuşdur. hakimlər Ənvər Seyidov, Sədrəddin Hacıyev və Tofiq Paşayevdən ibarət tərkibin imzaladığı hökmə əsasən, iki nəfər ömürlük, daha beşi isə 10–14 il arası azadlıqdan məhrum edilmişdir. Ömürlük həbs cəzası alanlardan biri Nizami Nağıyev Abşeron rayonunun keçmiş icra başçısı Adil Nağıyevin oğludur. O, oğlunun həbsindən bir həftə sonra vəzifəsindən uzaqlaşdırılmışdır. Bu cinayət işi üzrə Cavanşir Aslanov və Tariyel Ramazanov hələ də axtarışda hesab olunur. Qətlin əsas icraçısı kimi təqdim olunan, Daxili İşlər Nazirliyinin (DİN) 7-ci idarəsinin əməkdaşı Qalib Babayev isə Azərbaycan–İran sərhədində öldürülmüşdür. İstintaqın qeydlərinə görə, Ziya Bünyadova bıçaq zərbələrini Nizami Nağıyev endirmişdir, atəşi açan isə Qalib Babayev olmuşdur.
İddialar
Dövlət mənbələrinin irəli sürdüyü versiyaya baxmayaraq, əhali arasında Ziya Bünyadovun qətli ilə bağlı çoxlu şayiələr və fərziyyələr yayılmışdır. Bu iddialara görə, Bünyadov Azərbaycan hökuməti üçün təhlükə hesab olunduğundan öldürülmüş və "Hizbullah" amilindən sadəcə İranın Azərbaycandakı təsirini aradan qaldırmaq üçün bəhanə məqsədilə istifadə edilmişdir. Bu versiyanı Arif Yunusov və Zərdüşt Əlizadə də təsdiqləmişdir. Azərbaycanlı ssenarist, kinoprodüser və romançı Rüstəm İbrahimbəyov 2008-ci ildə yazdığı "Dalğaların düzümü" (rus. Сложение волн) romanında özəlləşdirmə qarşı açıq mübarizə apardığına görə öldürülən "məşhur sovet qəhrəmanı və şərqşünası"nın hekayəsindən bəhs edir. Bu personajın adı çəkilmir, lakin Sara Krombax bu personajın Ziya Bünyadov olduğuna inanır.
2011-ci ildə sabiq polis zabiti Salman Əliyev Ziya Bünyadovun DİN-in əməkdaşları tərəfindən qətlə yetirildiyini iddia etmişdir. Salman Əliyevin sözlərinə görə, o, 1997-ci ildə Ziya Bünyadovun bir qrup DİN əməkdaşı tərəfindən qətlə yetirildiyini bildirmiş və ardınca sabiq baş prokuror Eldar Həsənovun məktubu əsasında Ziya Bünyadovun qətl edilməsi ilə bağlı yaradılan əməliyyat-istintaq qrupuna daxil edilmişdir. O, əlavə etmişdir ki, aparılan istintaq işləri nəticəsində Ziya Bünyadovun DİN əməkdaşları tərəfindən qətlə yetirildiyi sübut edilsə də, işin sona çatdırılmasına imkan verilməmişdir. İki müstəntiq guya istintaqı başqa səmtə yönəltdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Salman Əliyev demişdir ki, həmin əməliyyat-istintaq qrupu cinayətin məsuliyyətini "Hizbullah" təşkilatına yönəltməsi üçün yenisi ilə əvəzlənmişdir. O özü sonrakı illərdə həbs edilmiş, burada işgəncələrə məruz qalmışdır. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) "Qara kəmər" əməliyyatından sonra yaydığı açıqlamada Ziya Bünyadovun qətlindən də bəhs edilmiş, lakin sonradan bu məsələyə toxunulmamışdır. Salman Əliyev iddia etmişdir ki, keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsi zərərsizləşdiriləndə onların üzərindən Ziya Bünyadovun qətlə yetirildiyi silah tapılmış, lakin Məmmədovun potensial açıqlamalarından çəkinildiyindən bu məsələ aydınlaşdırılmamışdır. Onun sözlərinə görə, Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov onu dəfələrlə Daxili İşlər naziri Ramil Usubova "tapşırmışdır". Salman Əliyev demişdir ki, Ziya Bünyadov qətlə yetirilən zaman Murtuz Ələsgərova yaxın olan bir polis məmuru ona zəng edərək hadisə ilə bağlı məlumat vermişdi. Salman Əliyev, eləcə də Eynulla Fətullayev qətlə görə həbs edilənlərin günahsız olduğunu bildirmişdir. Həbs olunanların ifadələrinə görə, 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ilə bağlı məlumatlar dərc olunan dövrdə məhkumların yerləşdirildiyi həbsxananın rəis müavini həbs olunanlara onların işlərinə yenidən baxılacağı və azad ediləcəklərini demişdir. Eynulla Fətullayev Ziya Bünyadovun qətli ilə bağlı təfərrüatları sadəcə Eldar Həsənov, Azər Vahabzadə və vəkil Aslan İsmayılovun bildiyini iddia etmişdir. Aslan İsmayılov özü bunu təkzib etmişdir.
Reaksiyalar
Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmışdır. Azərbaycan Prezidenti Heydər Əliyev Ziya Bünyadovun dəfn mərasimində çıxışı zamanı qeyd etmişdir ki, Bünyadovun qətli "Azərbaycan xalqı və elmi üçün böyük itkidir". O, sui-qəsdi "bütün xalqa qarşı təcavüz" və "terror hücumu" adlandırmışdır.
Mənbə
İstinadlar
- Rubin, 2007. səh. 278
- Umudlu, 2012
- Krombax, 2019. səh. 174
- Krombax, 2019. səh. 175
- Orucova, Şıxəlibəyli, 2004. səh. 84
- Krombax, 2019. səh. 177
- Krombax, 2019. səh. 178
- Krombax, 2019. səh. 179
- Krombax, 2019. səh. 173
- Yunus, 2004. səh. 105
- Yunus, 2004. səh. 120
- Krombax, 2019. səh. 186
- Krombax, 2019. səh. 187
- Məmmədova, 2012
- Məmmədəliyev, 2018a
- Məmmədəliyev, 2018b
- Krombax, 2019. səh. 185
- Krombax, 2019. səh. 184
- Babayev, 2001
- Əliyev, 1997
- AMEA, 2017
- Vəliyev, 2007
- Kornell, 2006. səh. 44
- Kornell, 2006. səh. 61
- Kornell, 2015. səh. 335
- Kornell, 2006. səh. 49
- Parker, 2009. səh. 54
- Kornell, 2015. səh. 282
- Vidadi, 2011
- Azadlıq Radiosu, 2011
- Hikmət, 2011
Ədəbiyyat
- Bölükbaşı, Suha. Azerbaijan: A Political History [Azərbaycan. Siyasi tarix]. London: I. B. Taurus. 2011. ISBN .
- Kornell, Svente E. Azerbaijan Since Independence [Müstəqillikdən bəri Azərbaycan] (ingilis). Taylor & Francis. 2015. ISBN .
- Kornell, Svente E. The Politicization of Islam in Azerbaijan [Azərbaycanda islamın siyasiləşməsi]. Silk Road Papers (ingilis). Uppsala: Central Asia-Caucasus Institute and Silk Road Studies Program. oktyabr 2006. ISBN .
- Krombax, Sara. Ziia Buniiatov and the Invention of an Azerbaijani Past [Ziya Bünyadov və Azərbaycan keçmişinin icadı] (PDF) (ingilis). Amsterdam Universiteti. 2019.
- Rubin, Barry M., redaktorPolitical Islam: Critical Concepts in Islamic Studies [Siyasi islam. İslamşünaslığın tənqidi konsepsiyaları] (ingilis). III. London and New York: Routledge. 2007. ISBN .
- Orucova, L. M.; Şıxəlibəyli, Z. Ə. Развитие арабской филологии в Азербайджане [Azərbaycanda ərəb filologiyasının inkişafı] (rus). Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. 2004. 107.
- Vəliyev, Anar. "Azerbaijan Increasingly Caught Between Salafism and Iran" [Azərbaycan getdikcə daha çox sələfilik ilə İran arasında qalır]. Terrorism Monitor (ingilis). Jamestown Foundation. 5 (19). 24 oktyabr 2007. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
- Yunus, Arif. Гусейнов, Рауф (redaktor). Ислам в Азербайджане [Azərbaycanda islam] (rus). Bakı: «Заман». 2004. ISBN .
- Babayev, R. "Мрачные даты для убийц академика Зии Буниятова" [Akademik Ziya Bünyadovun qatilləri üçün qaranlıq tarixlər]. Эхо (rus). 2001. 23 iyul 2022 tarixində . İstifadə tarixi: 24 iyul 2022.
- "Keçmiş polis zabiti Ziya Bünyadovun qətli haqda danışdı". Azadlıq Radiosu. 9 sentyabr 2011. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
- Vidadi. "MTN-nin "Ziya Bünyadov müəmması"". Azadlıq. 28 iyul 2011. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
- Hikmət. "Ziya Bünyadovun qətli ilə bağlı yeni təfərrüatlar". Azadlıq. 31 iyul 2011. 2015-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-30.
- Məmmədova, Aytən. "Ziya Bünyadovun qətlində sirli məqamlar". Azadlıq. 21 fevral 2012. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
- Məmmədəliyev, E. "Akademik Ziya Bünyadovun mübhəm ölüm işi – cinayət dosyesi". Yeni Müsavat (az.). 2 fevral 2018. 16 fevral 2018 tarixində . İstifadə tarixi: 24 iyul 2022.
- Məmmədəliyev, E. "Ziya Bünyadovun qatili həbsxanada danışdı". Yeni Müsavat (az.). 19 fevral 2018. 1 aprel 2018 tarixində . İstifadə tarixi: 24 iyul 2022.
- ""Müasir şərqşünaslığın aktual problemləri" (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçiriləcək". Azərbaycan Milli Elmlər Akademiyası (az.). 12 oktyabr 2017. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
- Umudlu, Ellada. "Akademik Ziya Bünyadov xatirələrdə". "Azərbaycan müəllimi". 17 fevral 2012. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
- Əliyev, Heydər. "Görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovla vidalaşma mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Şəhriyar adına Mədəniyyət Mərkəzi, 23 fevral 1997-ci il". "Azərbaycan" (az.). 24 fevral 1997. 2015-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-30 – "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxana vasitəsilə.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ziya Bunyadovun qetli Azerbaycan serqsunasi Sovet Ittifaqi Qehremani akademik Ziya Musa oglu Bunyadovun siyasi sui qesde meruz qalmasi O 21 fevral 1997 ci ilde axsam saat 18 10 da yasadigi binadan cixarken bicaq ve odlu silahla qetle yetirilmisdir Ziya Bunyadov qetl edilende 75 yasi var idi Ziya Bunyadovun qetliZiya Bunyadovun Fexri Xiyabanda heykeli Hucum yeri Baki AzerbaycanHucum hedefi Ziya BunyadovVaxt 21 fevral 1997 ci il 18 10Hucum usulu QetlSilah Bicaq ve odlu silahHelak olanlar Ziya BunyadovQatil sayi 7Teskilatcilar Hizbullah ve Ceysaullah Subheliler Bax Iddialar Ziya Bunyadovun qetli Azerbaycan ictimaiyyetinde boyuk sok yaratmis prezident Heyder Eliyev ise bunu Azerbaycan xalqi ve elmi ucun boyuk itki adlandirmisdir Aparilan istintaq isinin neticesinde cinayete gore Hizbullah ve Ceysaullah teskilatlarina bagli 7 nefer teqsirkar bilinmisdir Onlardan Qalib Babayev qetlin esas icracisi kimi teqdim olunmus ve Azerbaycan Iran serhedinde oldurulmusdur Azerbaycan huquq muhafize orqanlarina gore Ziya Bunyadov Albaniya tarixi kitabina yazdigi on sozde Islam dinini ve onun peygemberi Mehemmedi tehqir etmis bu sebebden de Iran onun olumune fetva vermisdir Buna baxmayaraq ictimaiyyetde Ziya Bunyadovun qetli ile elaqedar coxlu iddialar yayilmisdir Iddialara gore Ziya Bunyadovun qetlinin sebebi onun Murtuz Elesgerovun Milli Meclisin spikeri teyin edilmesine munasibeti Milli Ordunu hokumeti hetta prezident Heyder Eliyevi onlarla elaqedar korrupsiya hallarini ifsa edecek senedleri yayimlamaqla hedelemesi idi Nezeriyyelerde cinayete gore hebs olunanlar eslinde gunahsiz oldugunu cinayete gore Daxili Isler Nazirliyinin emekdaslarinin o cumleden kecmis polis polkovnik leytenanti Haci Memmedovun destesinin mesulliyyet dasimasi var ZeminZiya Musa oglu Bunyadov 21 dekabr 1923 cu ilde Astara seherinde anadan olmusdur O 1939 cu ilde Baki Ali Umumqosun Komandirler Mektebine daxil olmus Ikinci Dunya muharibesinde istirak etmisdir Ziya Bunyadov 27 fevral 1945 ci ilde Sovet Ittifaqi Qehremani adi ile mukafatlandirilmisdir O 1954 cu ile qeder ali tehsilini Rusiyada davam etmis hemin il aspiranturani bitirdikden sonra Azerbaycana qayitmisdir Ziya Bunyadov Azerbaycan Elmler Akademiyasinin Tarix Institutunda elmi fealiyyetine davam etmis 1965 ci ilde professor adini almisdir O 1967 ci ilde Azerbaycan Elmler Akademiyasinin muxbir uzvu 1973 cu ilde ise akademiyanin heqiqi uzvu secilmisdir Tarixci alim olan Ziya Bunyadov 1981 ci ilde Serqsunasliq Institutunun direktoru 1990 ci ilde ise Azerbaycan Elmler Akademiyasinin vitse prezidenti secilmis sonra Milli Meclisin deputati olmusdur Bunyadov ve islamsunasliq Ziya Bunyadov Ikinci Dunya muharibesi illerinde Yenidenqurma dovrunde 1980 ci illerin ortalarindan baslayaraq Azerbaycan cemiyyetinde islama maraq tedricen artmaga baslamisdir Qara Yanvar hadiselerinden sonra Quran azerbaycanli kimliyinin ve sovet rejimine etirazin yeni simvoluna cevrilmisdir Turkoloq tarixci Altay Goyusov ve Bunyadovun kecmis hemkari Neriman Qasimogluya gore Ziya Bunyadov yeni kimliyin ve milli kimliyin en muhum komponentinin islamin olmasina inanmaga baslamisdi Goyusovun fikrince Bunyadovun turkofil meyli olan tarixcilere qarsi cixmasi onu yeni tedqiqat movzusu kimi islama sovq eden esas amil olmusdur Ziya Bunyadovun islamsunas alim kimi sohreti onun serqsunas alim Vasim Memmedeliyevle birge Qurani Azerbaycan diline tercume etmesine getirib cixarmisdir Quranin bu tercumesi 1991 ci ilde Memmedeliyevin muellifi oldugu muqeddime ve Bunyadovun yazdigi serh ile nesr edilmisdir Hemin il bu nesr Haci Zeynalabdin Tagiyev adina mukafata layiq gorulmusdur Zerdust Elizade ve Arif Yunusa gore 1980 ci illerin evvellerinden baslayaraq Quranin Azerbaycan diline yeni tercumeleri nesr olunmaga baslamisdir ve onlar bu cereyani Iran Islam inqilabi ile elaqelendirirler Xususile iki erebsunas ve islamsunas alim Tariyel Hesenov ve Neriman Qasimoglu hele 1980 ci illerin sonlarinda Qurani tercume etmis 1988 ci ilin evvelinden ise Qasimoglu Quranin fraqmentlerini nesr etdirmeye baslamisdir Qasimoglunun fikrince onun etdiyi tercume Quranin poetik xarakterini Bunyadov ve Memmedeliyevin tercumesi ile muqayisede daha cox saxlamisdir Buna baxmayaraq Ziya Bunyadov Azerbaycandaki en meshur alim idi ve olkenin menevi simasi sayilirdi ele bu sebebden onun tercumesi indi de Azerbaycanda en populyar tercumedir Ziya Bunyadov islamsunasliq fealiyyetini basqa islerle davam etdirmisdir Onun terefinden 1993 1995 ci iller arasinda yazilmis ve olumunden sonra 1997 ci ilde nesr olunmus Azerbaycan dilinde Dinler teriqetler mezhebler ensiklopedik lugeti buna numunedir Eserin on sozunde Bunyadov oz motivlerinden behs ederken Azerbaycan xalqinin o dovrde qeder din ve din xadimleri haqqinda bilikleri yalniz ateist yanasmadan marksizm leninizm prizmasindan almasi ni esas getirerek bu eserin onun insanlar qarsisinda menevi borcu oldugunu qeyd etmisdir O elave etmisdir ki sovet dovrunde yazilan butun kitablar meqaleler brosurler tamamile bu perspektive tabe olmus bu da oz novbesinde o gunlerde yazilan her seyi cox subyektiv hala salmisdir Onun fikrine gore bu insanlarin heqiqeti bilmesine mane olurdu Ensiklopediyanin en elametdar ceheti Bunyadovun bu eserde diqqetini tekce islama deyil umumilikde dinlere yoneltmesidir Niderland alimi Sara Krombaxa gore ensiklopediyanin yazilmasinin motivini postsovet Azerbaycanini islam dunyasina deyil daha genis kontekste inteqrasiya etmek ucun ilk cehd hesab etmek olar Krombax elave etmisdir ki postmustemlekeciliyin cagirislari ile uzlesen Azerbaycan ucun bu ozunu Serqin elece de Avropanin bir hissesi kimi yeniden dusunmek ucun zeruri addim hesab etmek olar Hizbullah Azerbaycanda Azerbaycanin Beyleqan rayonunda Iranla hemserhed erazide yerlesen qacqinlar ucun duserge Iran Azerbaycan musteqilliyini berpa etdikden az sonra islam inqilabi ve dovletcilik ideyalarinin Azerbaycanda yayilmasini feal sekilde tesviq etmeye baslamisdir Qacqin dusergeleri nufuz asilamaq ucun Iranin esas hedefi olmusdu Bezi azerbaycanli gencler Irandaki dini mekteblerde ve Iranin desteyi ile yaradilmis Hizbullah dusergelerinde tehsil almaga celb edilmisdi Onlar Azerbaycana qayitdiqdan sonra Hizbullah in siyasi ideyalarini yaymaqla mesgul olmusdular 1993 cu ilin axirlarinda Birinci Qarabag muharibesi sebebile evlerinden didergin dusen qacqinlarin ehemiyyetli hissesi Azerbaycanin cenub rayonlarinda Iranla serhedde elece de olkenin merkezi hissesinde toplanmisdi Mecburi kockunlerin paytaxt Bakiya axin etmemesi ucun 1993 cu ilin avqustunda Azerbaycan Prezidenti Heyder Eliyevin gosterisi ile Bakiya ve olkenin diger iri seherlerine geden butun yollar baglanmisdir Her halda hakimiyyet bunun kifayet etmeyeceyi qenaetine gelmis ve tezlikle destek ucun Irana uz tutmusdur 1993 1994 cu illerde Iran hokumeti Azerbaycanin cenub rayonlarinda 7 qacqin dusergesi salmisdir Buraya 100 min nefere yaxin qacqin yerlesdirilmisdir Bunlar Azerbaycanda ilk qacqin dusergeleri idi Cox kecmemis oyrenilmisdir ki Iran hokumeti bu dusergelerden qacqinlar arasinda sie ehkamini teblig etmek ucun onlardan istifade edir Sonraki arasdirmalarda melum olmusdur ki Iran eyni vaxtda Azerbaycanda aciq sekilde radikal ve silahli islamci teskilatlar yaratmaga baslamisdi Onlarin arasinda Hizbullah dini siyasi strukturu sonradan daha feallasmis ve populyarlasmisdir Hizbullah in quruculari Ayetullah Ruhullah Xomeyni terefinden yaradilmis Vilayeti Feqih anlayisina arxalanirdilar Bu anlayisa gore ummetin qanuni rehberi hesab etdikleri Imam Mehdinin olmadigi halda rehberlik Qurani duzgun tefsir edecek ilahiyyatcilara hevale olunmali idi 1993 cu ilde Vilayeti Feqih konsepsiyasinin iranli tebligatcilari Bakida azerbaycanli gencleri oz siralarina celb ederek Hizbullah in Azerbaycan qolu olan Vilayeti el Feqih Hizbullah adli yerli teskilat yaratmisdilar Huquq muhafize orqanlarinin melumatina gore Hizbullah in Azerbaycan qolu ozlerini Iran vetendasi kimi teqdim eden Mehemmed ve Nesrullah adli sexsler terefinden tesis edilmisdir 2000 ci ile qeder teskilatin rehberi Tariyel Ramazanov olmusdur Teskilat bir nece on neferden ibaret idi Bundan bir muddet sonra Azerbaycanin cenubunda Lenkeran seherinde Hizbullah in daha kicik basqa bir qolu yaradilmisdir Hokumet ile munaqiseler Ziya Bunyadov qetlinden evvel Milli Ordunu hokumeti hetta prezident Heyder Eliyevi onlarla elaqedar korrupsiya hallarini ifsa edecek senedleri yayimlamaqla hedelemisdir O 1995 ci ilden Milli Ordunu ve Mudafie Nazirliyini defelerle korrupsiyada ittiham etmisdir Bunyadov radio ve televiziyada defelerle Yeni Azerbaycan Partiyasinin bezi uzvlerini onlari ifsa edecek materiallar derc etmekle hedelemisdir Heyat yoldasi Tahire Bunyadovanin sozlerine gore olumunden bir muddet evvel namelum sexsler sened axtarmaq ucun onlarin menziline daxil olmusdur Ziya Bunyadov mutemadi olaraq televiziyada Heyder Eliyevle Azerbaycanda ozellesdirme prosesi ile mubahise etmisdir O bu prosesi cox qefil ve ifrat hesab etmisdir Ziya Bunyadovun qetlinden bir qeder evvel Milli Meclisin kecmis spikeri Resul Quliyevin istefasindan sonra bu posta Murtuz Elesgerov getirilmisdir Bu erefede Ziya Bunyadov demisdi ki Murtuz Elesgerov parlament sedri olsa kul menim basima Qetle hazirliqAzerbaycan mehkemesinin hokmunde qeyd edilenlerden melum olur ki Nizami Nagiyev Mahir Zeynalov Qalib Babayev ve Cavansir Aslanov Tariyel Ramazanovun gosterisi ile Celilabad rayonu erazisinden Irana qanunsuz kecmisdir Onlar Tehran seheri yaxinliginda uc ay erzinde elbeyaxa doyus kuce doyusleri ve seheretrafi sahede doyus elece de gizli musahide uzre telimlerden kecmisdiler Cinayetkar destenin uzvlerinden olan Tariyel Ramazanov Iceriseherdeki Mehemmed mescidinin bascisi olmusdur Nizami Nagiyevin sozlerine gore o Tariyel Ramazanov ile hele 1983 cu ilde Sovet Ordusunda xidmet ederken tanis olmusdur Onlar terxis olunduqdan sonra tez tez bir birleri ile gorusurduler Ramazanovun atasi Ramiz fizika riyaziyyat elmleri namizedi idi ve buna gore de Azerbaycan Elmler Akademiyasinin institutlarindan birinde islemisdir Nagiyev Ramazanovun seyleri neticesinden 1992 ci ilden namaz qilmaga ve Iceriseherdeki Mehemmed mescidine bas cekmeye baslamisdir Odur ki mescid o vaxt Ramazanovun vesaiti hesabina temir edilmisdi ve ozu de mescidin bascisi olmusdur Nagiyevin sozlerine gore Tariyel Ramazanov mescidde dindarlar arasinda rehber sayilirdi hami onu dinlemeye ve onun gosterislerini yerine yetirmeye calisirdi Burada Nagiyev Cavansir Aslanovla qarsilasmisdir Ramazanov 1992 ci ilin yayinda Nagiyevi Irana telimlere getmeye devet etmisdir Tariel Ramazanov Irandan qayitdiqdan sonra Nizami Nagiyeve 32 min dollar vermisdir Nagiyev bu pulla Baki seherinde Nesimi rayonu Celil Memmedquluzade kucesi 85 259 a unvanindaki evi satin almisdir O daha sonra destenin diger uzvlerine verilmeli olan silahlari saxlamaq ucun bu evin zirzemisinde quyu qazmisdir Nagiyev 1996 ci ilin mart ayinda Ramazanovun gosterisi ile Cavansir Aslanovla birlikde bu evde 2 eded avtomat 1 eded pulemyot 5 eded muxtelif markali tapanca 3 eded sesbogucu 1 eded el qumbarasi hemcinin muxtelif capli patronlar yerlesdirmisdir Hemin sursat Tariyel Ramazanov Mahir Zeynalov Qalib Babayev ve Maarif Eliyev terefinden evin zirzemisinde qazilmis quyuda gizledilmisdir Azerbaycan Milli Tehlukesizlik Nazirliyinin melumatina gore Hizbullah liderleri Ziya Bunyadovu Israilin Mossad kesfiyyatinin agenti olmaq ve Azerbaycanda sionizmi yaymaq istemekle ittiham etmisdi Buna baxmayaraq dovlet resmileri Bunyadovun Mossad ile hec bir elaqesinin olmadigini bildirmisdir Hizbullah Heyder Eliyev hokumetini ABS ve Israilin marioneti Bunyadovu ise bu hokumetin bir parcasi hesab etmisdir Azerbaycan huquq muhafize orqanlarinin melumatina gore Ziya Bunyadov Albaniya tarixi kitabina yazdigi on sozde Islam dinini ve onun peygemberi Mehemmedi tehqir etmis bu sebebden de Iran mustehidleri onun olumune fetva vermisdir Azerbaycanin Irandaki kecmis sefiri Eliyar Seferli bildirmisdir ki o texminen 1995 ci ilde Iranin Islam Surasi Meclisi binasinda Xarici Isler Nazirliyinin ve mueyyen idarelerin numayende heyetlerinin yigincagina devet edilmisdir Gorusun tesebbuskari olan deputat Pur Qurban hemin gorusde ona Ziya Bunyadovdan sikayetlenmis onun yazdiqlarini Iran eleyhine tebligat kimi qiymetlendirmisdir Eliyar Seferlinin sozlerine gore o akademikin olumune fetva verilmesini esidenden derhal sonra bas verenler barede Azerbaycan Xarici Isler Nazirliyine mektub yazmis lakin buna ehemiyyet veren olmamisdir Azerbaycan mehkemesinin cinayet isi ile bagli hokmune esasen 1997 ci ilin yanvarinda Vilayeti el Feqih Hizbullah qruplasmasinin uzvleri Bakida toplanti kecirmisdir Gorusde Nizami Nagiyev Cavansir Aslanov Mahir Zeynalov Qalib Babayev Tariyel Ramazanov hemcinin Nesrullah adli Iran vetendasi istirak etmisdir Burada akademik Ziya Bunyatovun resmi ve siyasi fealiyyetinin dayandirilmasi qerara alinmisdir Qetlin toredilmesi ucun plan tertib edilmisdir ve istirakcilar rollari oz aralarinda bolusdurmusdur Ziya Bunyadov mueyyen muddet iki qrup terefinden teqib edilmisdir 1997 ci il yanvarin axirlarindan fevralin evvellerine qeder Nizami Nagiyev Cavansir Aslanov ve Tariyel Ramazanov Ziya Bunyadovun yasadigi evin yerlesdiyi eraziye giris cixislara baxis kecirmisdir Mahir Zeynalov ve Qalib Babayev basqalarinin komeyi ile Ziya Bunyadov ve onun xidmeti avtomobilini gizli sekilde musahide ederek onun hereket xeritesini tertib etmisdir QetlQatiller 21 fevral 1997 ci il tarixinde yerli vaxtla saat 16 00 radelerinde iki qrupa bolunmusdur Ziya Bunyadovun 1960 ci illerden beri yasadigi menzilinin yaxinliginda VAZ 2109 markali AZ 10 DF 581 dovlet nomre qeydiyyatli avtomobilde olan Uzi avtomati ile silahlanmis Tariyel Ramazanov ve Cavansir Aslanov mobil telefonla Ziya Bunyadovun evine saat necede qayidacigini ikinci qrupa bildirmisdir Nizami Nagiyev fin bicagi ile Qalib Babayev ise sesbogucu ile techiz edilmis Makarov tapancasi ile silahlanmisdi Onlar Mahir Zeynalovla birlikde Ziya Bunyadovun yasadigi evin yaxinliginda VAZ 2106 markali avtomobilde novbeti zengi gozleyirdiler Saat 18 00 radelerinde Tariyel Ramazanov Ziya Bunyadovun evine gelmesi barede Mahir Zeynalova melumat vermisdir Zeynalov yoldan kecenler haqqinda xeber vermek ucun masinda qalmis Qalib Babayev binanin kuncunde Nizami Nagiyev ise binanin 3 cu blokuna girisi ile uzbeuz movqe tutmusdur Qalib Babayevden Bunyadovun menziline tek getdiyine dair isare gozleyen Nizami Nagiyev 3 cu blokdan binaya daxil olmusdur Adeten Bunyadovun sexsi surucusu onu menziline qeder musayiet edirdi Qatillerin planlarina surucunun qetl edilmesi de daxil idi Buna baxmayaraq Bunyadov surucunu buraxaraq eve tek getmisdir Nagiyev 1 ci ve 2 ci mertebeler arasinda pillekenlerde Bunyadova arxadan yaxinlasaraq sol elinin arxa xarici sethine ve qarin nahiyesine sag ve sol qabirgalarinin altindan umumilikde bes defe ardicil zerbeler endirmisdir Eyni zamanda Qalib Babayev de hadise yerine gelmisdir Bu zaman Bunyadov hele de sag idi Babayev yixilan Ziya Bunyadovun sag yanagina ve boyun nahiyesine sesbogucu ile tapancadan ates acmisdir Bunyadov yerindece vefat etmis cinayetkarlar ise hec kimden xebersiz Zeynalovun masini ile hadise yerinden qacmisdir 23 fevral 1997 ci ilde Sehriyar adina Medeniyyet Merkezinde Ziya Bunyadovla vidalasma merasimi kecirilmisdir O Fexri Xiyabanda defn edilmisdir MesuliyyetIstintaq Ziya Bunyadovun qetli haqqinda ilk versiyani Azerbaycan Prezidenti Heyder Eliyev ictimaiyyete teqdim etmisdir Bunyadovun vidalasma merasiminde o bildirmisdir ki Bunyadov olkede sabitliyi pozmaq meqsedile qetle yetirilmisdir Azerbaycan hokumeti cinayete gore sie Hizbullah teskilatinin Azerbaycan qolunun mesuliyyet dasigidigini elan etmisdir Her halda Hizbullah teskilatinin fealiyyeti hakimiyyetin tezyiqinden sonra dayandirilmisdir Dovlet menbeleri Ziya Bunyadovun qetlinde Ceysaullah herekatinin uzvlerinin istirak etdiyini de elan etmisdir Ceysaullah 1990 ci illerin axirlarindan Azerbaycanda fealiyyet gostermis selefi qruplasmasi idi Resmi menbelerde qruplasmanin Hare Krisna cemiyyetinin Bakidaki qerargahina hucuma gore mesuliyyet dasidigi ve ABS nin Bakidaki sefirliyini partlatmagi planlasdirdigi qeyd olunmusdur Herekat ABS Dovlet Departamentinin terror teskilatlari siyahisi na salinmisdir Azerbaycan resmilerine gore herekat Irandan destek almis ve Hizbullah la elaqesi var idi Odur ki ABS Dovlet Departamentinin Qafqaz ve Merkezi Asiya sobesinin rehberi Con Parkerin sozlerine gore Bunyadovun qatilleri Iranda telim kecmisdir Azerbaycan huquq muhafize orqanlari 2002 ci ilde qruplasmaya qarsi kampaniyani intensivlesmisdir 21 fevral 2001 ci ilde bu olum isi uzre hokm elan olunmusdur hakimler Enver Seyidov Sedreddin Haciyev ve Tofiq Pasayevden ibaret terkibin imzaladigi hokme esasen iki nefer omurluk daha besi ise 10 14 il arasi azadliqdan mehrum edilmisdir Omurluk hebs cezasi alanlardan biri Nizami Nagiyev Abseron rayonunun kecmis icra bascisi Adil Nagiyevin ogludur O oglunun hebsinden bir hefte sonra vezifesinden uzaqlasdirilmisdir Bu cinayet isi uzre Cavansir Aslanov ve Tariyel Ramazanov hele de axtarisda hesab olunur Qetlin esas icracisi kimi teqdim olunan Daxili Isler Nazirliyinin DIN 7 ci idaresinin emekdasi Qalib Babayev ise Azerbaycan Iran serhedinde oldurulmusdur Istintaqin qeydlerine gore Ziya Bunyadova bicaq zerbelerini Nizami Nagiyev endirmisdir atesi acan ise Qalib Babayev olmusdur Iddialar Niderland alimi Sara Krombax Rustem Ibrahimbeyovun 2008 ci ilde yazdigi Dalgalarin duzumu romaninin Ziya Bunyadovun qetli haqqinda olduguna inanir Dovlet menbelerinin ireli surduyu versiyaya baxmayaraq ehali arasinda Ziya Bunyadovun qetli ile bagli coxlu sayieler ve ferziyyeler yayilmisdir Bu iddialara gore Bunyadov Azerbaycan hokumeti ucun tehluke hesab olundugundan oldurulmus ve Hizbullah amilinden sadece Iranin Azerbaycandaki tesirini aradan qaldirmaq ucun behane meqsedile istifade edilmisdir Bu versiyani Arif Yunusov ve Zerdust Elizade de tesdiqlemisdir Azerbaycanli ssenarist kinoproduser ve romanci Rustem Ibrahimbeyov 2008 ci ilde yazdigi Dalgalarin duzumu rus Slozhenie voln romaninda ozellesdirme qarsi aciq mubarize apardigina gore oldurulen meshur sovet qehremani ve serqsunasi nin hekayesinden behs edir Bu personajin adi cekilmir lakin Sara Krombax bu personajin Ziya Bunyadov olduguna inanir 2011 ci ilde sabiq polis zabiti Salman Eliyev Ziya Bunyadovun DIN in emekdaslari terefinden qetle yetirildiyini iddia etmisdir Salman Eliyevin sozlerine gore o 1997 ci ilde Ziya Bunyadovun bir qrup DIN emekdasi terefinden qetle yetirildiyini bildirmis ve ardinca sabiq bas prokuror Eldar Hesenovun mektubu esasinda Ziya Bunyadovun qetl edilmesi ile bagli yaradilan emeliyyat istintaq qrupuna daxil edilmisdir O elave etmisdir ki aparilan istintaq isleri neticesinde Ziya Bunyadovun DIN emekdaslari terefinden qetle yetirildiyi subut edilse de isin sona catdirilmasina imkan verilmemisdir Iki mustentiq guya istintaqi basqa semte yoneltdiklerine gore cinayet mesuliyyetine celb olunmusdur Salman Eliyev demisdir ki hemin emeliyyat istintaq qrupu cinayetin mesuliyyetini Hizbullah teskilatina yoneltmesi ucun yenisi ile evezlenmisdir O ozu sonraki illerde hebs edilmis burada isgencelere meruz qalmisdir Milli Tehlukesizlik Nazirliyinin MTN Qara kemer emeliyyatindan sonra yaydigi aciqlamada Ziya Bunyadovun qetlinden de behs edilmis lakin sonradan bu meseleye toxunulmamisdir Salman Eliyev iddia etmisdir ki kecmis polis polkovnik leytenanti Haci Memmedovun destesi zerersizlesdirilende onlarin uzerinden Ziya Bunyadovun qetle yetirildiyi silah tapilmis lakin Memmedovun potensial aciqlamalarindan cekinildiyinden bu mesele aydinlasdirilmamisdir Onun sozlerine gore Milli Meclisin kecmis sedri Murtuz Elesgerov onu defelerle Daxili Isler naziri Ramil Usubova tapsirmisdir Salman Eliyev demisdir ki Ziya Bunyadov qetle yetirilen zaman Murtuz Elesgerova yaxin olan bir polis memuru ona zeng ederek hadise ile bagli melumat vermisdi Salman Eliyev elece de Eynulla Fetullayev qetle gore hebs edilenlerin gunahsiz oldugunu bildirmisdir Hebs olunanlarin ifadelerine gore 2005 ci ilde Haci Memmedovun destesi ile bagli melumatlar derc olunan dovrde mehkumlarin yerlesdirildiyi hebsxananin reis muavini hebs olunanlara onlarin islerine yeniden baxilacagi ve azad edileceklerini demisdir Eynulla Fetullayev Ziya Bunyadovun qetli ile bagli teferruatlari sadece Eldar Hesenov Azer Vahabzade ve vekil Aslan Ismayilovun bildiyini iddia etmisdir Aslan Ismayilov ozu bunu tekzib etmisdir ReaksiyalarZiya Bunyadovun qetli Azerbaycan ictimaiyyetinde boyuk sok yaratmisdir Azerbaycan Prezidenti Heyder Eliyev Ziya Bunyadovun defn merasiminde cixisi zamani qeyd etmisdir ki Bunyadovun qetli Azerbaycan xalqi ve elmi ucun boyuk itkidir O sui qesdi butun xalqa qarsi tecavuz ve terror hucumu adlandirmisdir MenbeIstinadlar Rubin 2007 seh 278 Umudlu 2012 Krombax 2019 seh 174 Krombax 2019 seh 175 Orucova Sixelibeyli 2004 seh 84 Krombax 2019 seh 177 Krombax 2019 seh 178 Krombax 2019 seh 179 Krombax 2019 seh 173 Yunus 2004 seh 105 Yunus 2004 seh 120 Krombax 2019 seh 186 Krombax 2019 seh 187 Memmedova 2012 Memmedeliyev 2018a Memmedeliyev 2018b Krombax 2019 seh 185 Krombax 2019 seh 184 Babayev 2001 Eliyev 1997 AMEA 2017 Veliyev 2007 Kornell 2006 seh 44 Kornell 2006 seh 61 Kornell 2015 seh 335 Kornell 2006 seh 49 Parker 2009 seh 54 Kornell 2015 seh 282 Vidadi 2011 Azadliq Radiosu 2011 Hikmet 2011 Edebiyyat Bolukbasi Suha Azerbaijan A Political History Azerbaycan Siyasi tarix London I B Taurus 2011 ISBN 1780767595 Kornell Svente E Azerbaijan Since Independence Musteqillikden beri Azerbaycan ingilis Taylor amp Francis 2015 ISBN 1317476204 Kornell Svente E The Politicization of Islam in Azerbaijan Azerbaycanda islamin siyasilesmesi Silk Road Papers ingilis Uppsala Central Asia Caucasus Institute and Silk Road Studies Program oktyabr 2006 ISBN 91 85493 20 0 Krombax Sara Ziia Buniiatov and the Invention of an Azerbaijani Past Ziya Bunyadov ve Azerbaycan kecmisinin icadi PDF ingilis Amsterdam Universiteti 2019 Rubin Barry M redaktorPolitical Islam Critical Concepts in Islamic Studies Siyasi islam Islamsunasligin tenqidi konsepsiyalari ingilis III London and New York Routledge 2007 ISBN 0415404533 9780415404532 Orucova L M Sixelibeyli Z E Razvitie arabskoj filologii v Azerbajdzhane Azerbaycanda ereb filologiyasinin inkisafi rus Baki Azerbaycan Milli Elmler Akademiyasinin Serqsunasliq Institutu 2004 107 Veliyev Anar Azerbaijan Increasingly Caught Between Salafism and Iran Azerbaycan getdikce daha cox selefilik ile Iran arasinda qalir Terrorism Monitor ingilis Jamestown Foundation 5 19 24 oktyabr 2007 2022 02 05 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 02 05 Yunus Arif Gusejnov Rauf redaktor Islam v Azerbajdzhane Azerbaycanda islam rus Baki Zaman 2004 ISBN 9952 8052 0 9 Babayev R Mrachnye daty dlya ubijc akademika Zii Buniyatova Akademik Ziya Bunyadovun qatilleri ucun qaranliq tarixler Eho rus 2001 23 iyul 2022 tarixinde Istifade tarixi 24 iyul 2022 Kecmis polis zabiti Ziya Bunyadovun qetli haqda danisdi Azadliq Radiosu 9 sentyabr 2011 2022 02 05 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 02 05 Vidadi MTN nin Ziya Bunyadov muemmasi Azadliq 28 iyul 2011 2022 02 05 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 02 05 Hikmet Ziya Bunyadovun qetli ile bagli yeni teferruatlar Azadliq 31 iyul 2011 2015 08 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2018 01 30 Memmedova Ayten Ziya Bunyadovun qetlinde sirli meqamlar Azadliq 21 fevral 2012 2022 02 05 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 02 05 Memmedeliyev E Akademik Ziya Bunyadovun mubhem olum isi cinayet dosyesi Yeni Musavat az 2 fevral 2018 16 fevral 2018 tarixinde Istifade tarixi 24 iyul 2022 Memmedeliyev E Ziya Bunyadovun qatili hebsxanada danisdi Yeni Musavat az 19 fevral 2018 1 aprel 2018 tarixinde Istifade tarixi 24 iyul 2022 Muasir serqsunasligin aktual problemleri Ziya Bunyadov qiraetleri movzusunda beynelxalq konfrans kecirilecek Azerbaycan Milli Elmler Akademiyasi az 12 oktyabr 2017 2022 02 05 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 02 05 Umudlu Ellada Akademik Ziya Bunyadov xatirelerde Azerbaycan muellimi 17 fevral 2012 2022 02 05 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 02 05 Eliyev Heyder Gorkemli alim ve ictimai xadim akademik Ziya Bunyadovla vidalasma merasiminde Azerbaycan Respublikasinin Prezidenti Heyder Eliyevin nitqi Sehriyar adina Medeniyyet Merkezi 23 fevral 1997 ci il Azerbaycan az 24 fevral 1997 2015 08 21 tarixinde arxivlesdirilib Istifade tarixi 2018 01 30 Heyder Eliyev irsi Beynelxalq Elektron Kitabxana vasitesile