Yozğadlı Mustafa Paşa (ö. 17 dekabr 1698) — II Əhməd dövründə ümumilikdə 1 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Yozğadlı Mustafa Paşa | |
---|---|
بوزوكلو مصطفى باشا | |
27 mart 1693 – 14 mart 1694 | |
Əvvəlki | |
Sonrakı | Sürməli Əli Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1638 |
Doğum yeri | Yozğad |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Dərviş Mehmed |
Həyat yoldaşı | Beyhan Sultan |
Uşağı | Hüseyn bəy |
Hərbi xidmət | |
Qoşun növü | Osmanlı ordusu |
Rütbəsi | Admiral |
Həyatı
İndiki Yozğad rayonunda dünyaya gəlmiş, bu səbəblə tarixi mənbələrdə rayonun o illərdəki adı ilə Bozoxlu olaraq anılır. Atasının adı Dərviş Mehmeddir. At minməkdə olan qabiliyyəti ilə bölgədə vəzifədə olan paşaların diqqətini cəlb edərək Kiçik sipahi adını aldı. IV Mehmed dövründə Əndəruna alındı və has odada xidmətə göstərdi. Ardından silahdarlığa gətirildi. Uzun müddət bu vəzifədə qaldıqdan sonra yeddinci vəzirliklə birlikdə kaptan-ı dərya oldu (14 yanvar 1681).
Kaptan-ı dəryalığı əsnasında Fransa ilə münasibətlər pisləşdi. Saqqız adasındakı doqquz Osmanlı gəmisinə hücum edən Fransız donanması yerli əhalidən 110 nəfərin ölümünə səbəb oldu. Osmanlı donanması ilə birlikdə bura gələn Mustafa Paşa hücum edən Fransız gəmilərini ələ keçirdi. Fransız hökuməti isə elçiləri vasitəsilə Osmanlı hökumətinə müxtəlif hədiyyələrlə, kralın üzrxahlıq məktubunu göndərdi. Bundan başqa adadakı itkilər səbəbilə təzminat ödəməyi də qəbul etdi. Mustafa Paşa zərərin qarşılığının ödənməsi üçün 5 ay boyunca adada gözlədi və bu müddət ərzində Fransız donanmasını girov saxladı. Daha sonra İstanbula dönərək Venesiyaya tərtib olunan səfərin hazırlıqlarına nəzarət etdi.
20 dekabr 1683 tarixində vəzifədən alındı və Kamaniçe əyalətinə göndərildi. 1685-ci ildə Özi hakimliyinə və Lehistan cəbhəsinə sərdar təyin olundu. Kamaniçe qalasını mühasirədə saxlayan polyak qüvvələrini 1687-ci ilin avqustunda Krım xanının köməyilə geri çəkilməyə məcbur etdi. Bu əsnada Sultan Mehmed taxtdan endirilmiş, yerinə Sultan Süleyman taxta çıxmışdı. Bütün bu hadisələr baş verərəkən yeniçərilərlə düşmən olan Siyavuş Paşanın yerinə sədarətə gətirilməsi üçün Mustafa Paşa namizəd seçilsə də, daha sonra bu fikirdən dönüldü. 1690-cı ilin yanvarında altı ildir fəaliyyət göstərdiyi Özi sancaqbəyliyindən alındı və Dəməşq bəylərbəyi seçildi. Bu vəzifədə ikən Sultan İbrahimin qızlarından Beyhan Sultanla nigahlandı. Bir il sonra isə Trablusşama göndərildi. Burada ikən Ədirnəyə çağırılaraq 1692-ci ilin iyununda sədarət naibliyinə təyin edildi. Nəhayət, 27 mart 1693 tarixində nın yerinə sədarətə gətirildi. Bu vəzifəyə gətirilərkən tərəddüd keçirsə də, daha sonra padşahın təkidləri ilə bu təklifi qəbul etdi. Bu əsnada Krım xanı I Səlim Gəraydan gələn məktubla Avstriya qüvvələrinin Valaxiya və Boğdana hücum edəcəyi öyrənildi. Bu səbəblə yeni bir səfər üçün hazırlığa başlayan Mustafa Paşa 5 iyul 1693 tarixində Ədirnədən ayrıldı. Bu əsnada Krım xanı I Səlim Gəray və Orta Macarıstan kralı İmre Tököli də Osmanlı ordusuna qatıldı. İki od arasında qalan avstriyalılar Belqrad qalasındakı mühasirəni geri çəkdi (sentyabr 1693). Belqrada gələn Mustafa Paşa qalanı təmir etdirdi. Avstriyalıların qalanın ətrafında qazdığı quyuları doldurtdu. Ardından geri dönərək 6 dekabrda Ədirnəyə çatdı.
Mustafa Paşa dövlət işlərinin arasında tez-tez ova çıxırdı. Sədrəzəmin əleyhdarları isə bundan istifadə edərək paşanı Sultan Əhmədə şikayət etdilər. Əleyhdarları arasında ən güclüsü isə padşahın üzərində güclü nüfuzu olan Darüssəadə ağası Nəzir ağa idi. Nəhayət, padşahın Ədirnə ətrafında çıxdığı ov əsnasında sədrəzəmi gəzintidə olarkən görməsi vəzifədən alınmasına səbəb oldu (14 mart 1694). Mustafa Paşa vəzifədən alındıqdan sonra bir müddət sarayda həbs edildi. Ancaq xələfi Əli Paşanın xahişi ilə bağışlanaraq ikinci dəfə Trablusşam əyalətinə təyin olundu.
Yozğadlı Mustafa Paşa 26 avqust 1697 tarixində şəxsi heyəti və 300 Dəməşq sipahisi ilə birlikdə II Mustafanın da qatıldığı səfərə çıxdı. Sədrəzəm Almas Mehmed Paşanın əleyhinə çıxaraq ordunun istiqamətini müəyyənləşdirdi. Ancaq baş tutan ani hücum səbəbilə ordunun böyük bir qismi məhv edilmiş, sədrəzəm Almas Mehmed Paşa qətlə yetirilmiş, yerinə gətirilən Hüseyn Paşanın orduya gəlişinə qədər isə Mustafa Paşa sədarət naibi olmuşdur. 10 aprel 1698 tarixində sədrəzəmin istəyilə ikinci vəzirliyə gətirilərək sədarət naibi oldu. Bu vəzifədə ikən damcı xəstəliyinə tutuldu və 17 dekabr 1698 tarixində vəfat etdi. Ədirnədə Üş şərəfəli məscidin həyətinə dəfn olundu. Ailəsindən yalnız Hüseyn bəy adlı oğlunun donanma əmini olduğu məlumdur.
Mənbə
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 117, 200, 428, 440-451, 467, 476-480, 519, 640-641, 652;
- Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 43, 47-49, 52-53, 55;
- Silâhdar, Târih, I, 736, 748-749, 762;
- a.mlf., Nusretnâme, Tahlil ve Metin: 1106-1113/1695-1721 (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 216, 304-306, 318, 323-325, 356, 367, 377, 380-382;
- Hadîkatü’l-vüzerâ, s. 120-121;
- Râşid, Târih, I, 368, 370, 470;
- Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 99;
- Sefînetü’l-vüzerâ, s. 39-40;
- Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1285, s. 71-72;
- Uzunçarşılı, Merkez-Bahriye, s. 101, 116, 161, 175;
- a.mlf., Osmanlı Tarihi, III, 475, 476, 504, 538, 552, 554;
- Danişmend, Kronoloji, III, 450, 463, 474-476;
- Mehmet İnbaşı, Ukrayna’da Osmanlılar: Kamaniçe Seferi ve Organizasyonu (1672), İstanbul 2004, s. 202;
- R. Mantran, “Aĥmad II”, EI² (İng.), I, 268;
- “Mustafa Paşa (Bozoklu, Bıyıklı)”, TA, XXIV, 499.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yozgadli Mustafa Pasa o 17 dekabr 1698 II Ehmed dovrunde umumilikde 1 il Osmanli imperiyasinin sedrezemi olmus dovlet adamidir Yozgadli Mustafa Pasaبوزوكلو مصطفى باشاOsmanli sedrezemi27 mart 1693 14 mart 1694EvvelkiSonrakiSurmeli Eli PasaSexsi melumatlarDogum tarixi 1638Dogum yeri YozgadVefat tarixi 17 dekabr 1698Vefat yeri Edirne Osmanli imperiyasiDefn yeri EdirneFealiyyeti siyasetciAtasi Dervis MehmedHeyat yoldasi Beyhan SultanUsagi Huseyn beyHerbi xidmetQosun novu Osmanli ordusuRutbesi AdmiralHeyatiIndiki Yozgad rayonunda dunyaya gelmis bu sebeble tarixi menbelerde rayonun o illerdeki adi ile Bozoxlu olaraq anilir Atasinin adi Dervis Mehmeddir At minmekde olan qabiliyyeti ile bolgede vezifede olan pasalarin diqqetini celb ederek Kicik sipahi adini aldi IV Mehmed dovrunde Enderuna alindi ve has odada xidmete gosterdi Ardindan silahdarliga getirildi Uzun muddet bu vezifede qaldiqdan sonra yeddinci vezirlikle birlikde kaptan i derya oldu 14 yanvar 1681 Kaptan i deryaligi esnasinda Fransa ile munasibetler pislesdi Saqqiz adasindaki doqquz Osmanli gemisine hucum eden Fransiz donanmasi yerli ehaliden 110 neferin olumune sebeb oldu Osmanli donanmasi ile birlikde bura gelen Mustafa Pasa hucum eden Fransiz gemilerini ele kecirdi Fransiz hokumeti ise elcileri vasitesile Osmanli hokumetine muxtelif hediyyelerle kralin uzrxahliq mektubunu gonderdi Bundan basqa adadaki itkiler sebebile tezminat odemeyi de qebul etdi Mustafa Pasa zererin qarsiliginin odenmesi ucun 5 ay boyunca adada gozledi ve bu muddet erzinde Fransiz donanmasini girov saxladi Daha sonra Istanbula donerek Venesiyaya tertib olunan seferin hazirliqlarina nezaret etdi 20 dekabr 1683 tarixinde vezifeden alindi ve Kamanice eyaletine gonderildi 1685 ci ilde Ozi hakimliyine ve Lehistan cebhesine serdar teyin olundu Kamanice qalasini muhasirede saxlayan polyak quvvelerini 1687 ci ilin avqustunda Krim xaninin komeyile geri cekilmeye mecbur etdi Bu esnada Sultan Mehmed taxtdan endirilmis yerine Sultan Suleyman taxta cixmisdi Butun bu hadiseler bas verereken yenicerilerle dusmen olan Siyavus Pasanin yerine sedarete getirilmesi ucun Mustafa Pasa namized secilse de daha sonra bu fikirden donuldu 1690 ci ilin yanvarinda alti ildir fealiyyet gosterdiyi Ozi sancaqbeyliyinden alindi ve Demesq beylerbeyi secildi Bu vezifede iken Sultan Ibrahimin qizlarindan Beyhan Sultanla nigahlandi Bir il sonra ise Trablussama gonderildi Burada iken Edirneye cagirilaraq 1692 ci ilin iyununda sedaret naibliyine teyin edildi Nehayet 27 mart 1693 tarixinde nin yerine sedarete getirildi Bu vezifeye getirilerken tereddud kecirse de daha sonra padsahin tekidleri ile bu teklifi qebul etdi Bu esnada Krim xani I Selim Geraydan gelen mektubla Avstriya quvvelerinin Valaxiya ve Bogdana hucum edeceyi oyrenildi Bu sebeble yeni bir sefer ucun hazirliga baslayan Mustafa Pasa 5 iyul 1693 tarixinde Edirneden ayrildi Bu esnada Krim xani I Selim Geray ve Orta Macaristan krali Imre Tokoli de Osmanli ordusuna qatildi Iki od arasinda qalan avstriyalilar Belqrad qalasindaki muhasireni geri cekdi sentyabr 1693 Belqrada gelen Mustafa Pasa qalani temir etdirdi Avstriyalilarin qalanin etrafinda qazdigi quyulari doldurtdu Ardindan geri donerek 6 dekabrda Edirneye catdi Mustafa Pasa dovlet islerinin arasinda tez tez ova cixirdi Sedrezemin eleyhdarlari ise bundan istifade ederek pasani Sultan Ehmede sikayet etdiler Eleyhdarlari arasinda en guclusu ise padsahin uzerinde guclu nufuzu olan Darusseade agasi Nezir aga idi Nehayet padsahin Edirne etrafinda cixdigi ov esnasinda sedrezemi gezintide olarken gormesi vezifeden alinmasina sebeb oldu 14 mart 1694 Mustafa Pasa vezifeden alindiqdan sonra bir muddet sarayda hebs edildi Ancaq xelefi Eli Pasanin xahisi ile bagislanaraq ikinci defe Trablussam eyaletine teyin olundu Yozgadli Mustafa Pasa 26 avqust 1697 tarixinde sexsi heyeti ve 300 Demesq sipahisi ile birlikde II Mustafanin da qatildigi sefere cixdi Sedrezem Almas Mehmed Pasanin eleyhine cixaraq ordunun istiqametini mueyyenlesdirdi Ancaq bas tutan ani hucum sebebile ordunun boyuk bir qismi mehv edilmis sedrezem Almas Mehmed Pasa qetle yetirilmis yerine getirilen Huseyn Pasanin orduya gelisine qeder ise Mustafa Pasa sedaret naibi olmusdur 10 aprel 1698 tarixinde sedrezemin isteyile ikinci vezirliye getirilerek sedaret naibi oldu Bu vezifede iken damci xesteliyine tutuldu ve 17 dekabr 1698 tarixinde vefat etdi Edirnede Us serefeli mescidin heyetine defn olundu Ailesinden yalniz Huseyn bey adli oglunun donanma emini oldugu melumdur MenbeDefterdar Sari Mehmed Pasa Zubde i Vekayiat haz Abdulkadir Ozcan Ankara 1995 s 117 200 428 440 451 467 476 480 519 640 641 652 Anonim Osmanli Tarihi 1099 1116 1688 1704 haz Abdulkadir Ozcan Ankara 2000 s 43 47 49 52 53 55 Silahdar Tarih I 736 748 749 762 a mlf Nusretname Tahlil ve Metin 1106 1113 1695 1721 haz Mehmet Topal doktora tezi 2001 MU Sosyal Bilimler Enstitusu s 216 304 306 318 323 325 356 367 377 380 382 Hadikatu l vuzera s 120 121 Rasid Tarih I 368 370 470 Ayvansarayi Vefeyat i Selatin s 99 Sefinetu l vuzera s 39 40 Ramizpasazade Mehmed Izzet Harita i Kapudanan i Derya Istanbul 1285 s 71 72 Uzuncarsili Merkez Bahriye s 101 116 161 175 a mlf Osmanli Tarihi III 475 476 504 538 552 554 Danismend Kronoloji III 450 463 474 476 Mehmet Inbasi Ukrayna da Osmanlilar Kamanice Seferi ve Organizasyonu 1672 Istanbul 2004 s 202 R Mantran Aĥmad II EI Ing I 268 Mustafa Pasa Bozoklu Biyikli TA XXIV 499