Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda qeyd edilir.
Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Tarixi
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər.(Rusiyada 15) 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə [Qərbi Avropa]ya yayılıb.
Başqa bir mənbəyə görə, hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.Bu bir təsadüf idi.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.
Tarixi məlumat
Tarixçilərin fikrincə, Yeni il ənənələrinin yaşı 5000 mindən az deyil. Bu ənənələr əkinçilik mədəniyyətinin yaranması ilə bağlıdır. Bir çox xalqlarda yeni il 1 sentyabrdan və ya bahar və yaxud payız gecə-gündüzünün bərabərliyindən sonra başlayırdı.
Yeni ilin qışın ortalarında qeyd etmək ənənəsi e.ə.45-ci ildə Qədim Romada Yuli Sezarın təşəbbüsü ilə yaranıb. Yeni qəbul edilən və təsisçisinin şərəfinə Yulian təqvimi adlandırılan təqvimdə hər ay birinin adını daşıyıb və Yeni il yanvarın 1-dən başlanıb. Belə sayılır ki, Yeni ili şənlənərək və evləri bəzəyərək qeyd etmək ənənəsi məhz o zamanlar yaranıb.
Orta əsr Avropasında Yeni ilin qeyd edilməsi bütpərəstlərlə assosiasiya edilirdi. Buna görə də 567-ci ildə katolik kilsə 1 yanvarda yeni ili qeyd etməyi qadağan etdi. Lakin son orta əsrlərdə yeni ili yanvarın 1-dən başlamaq ənənəsi qaytarılır. Milad bayramı xristianlar tərəfindən İsa Peyğəmbərin Vifleyemdə doğulması şərəfinə qeyd olunur. Bu, xristian dünyasının on iki ən böyük bayramları arasında Pasxadan sonra ikinci əhəmiyyətli bayramıdır və IV-cü əsrdən başlayaraq xristian dininə itaət edən xalqlar tərəfindən qeyd edilir. Miladda hədiyyə vermək ənənəsi Bibliyada körpə İsaya hədiyyə gətirən volxvlar (cadugərlar, falçılar, mütəfəkkirlər) haqqında rəvayətə əsaslanır.
Avropada quraşdırılan Milad küknarı (yolkasıvə ya şam ağacı) haqqında ən qədim sənədlər XVI-cı əsrin əvvəllərinə aiddir. Həmişə yaşıl küknar ağacı həyatın özünü və qaranlıq və zülmətdən dirçəlişi simvollaşdıran müqəddəs ağac sayılırdı. XVII-ci əsrdə Milad küknarı Almaniyada, Skandinaviya ölkələrində və bəzi Baltik ölkələrində artıq Miladın yayılmış rəmzi idi. Protestant ölkələrində Milad küknarının populyarlığı daha çox idi. Bu, küknarda şamların yandırılmasının ilk dəfə Martin Lüter tərəfindən icad edildiyi haqqında əfsanə ilə bağlı idi.
Rusiya imperiyasında Yeni ilin yanvarın 1-dən qeyd olunması Birinci Pyotrun 1699-cu il 15 dekabr tarixli fərmanı ilə təsis edilib.
Yeni il Avropa ölkələrində
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur. Yeni il həmçinin Azərbaycanda da qeyd olunur.Şənliklər keçirilir, uşaqlar Şaxta baba ilə Qar Qızın yolunu gözləyir.Bəzi insanlar deyir ki, Azərbaycan müsəlman ölkəsidir deyə yeni il keçirmək düzgün deyil.Bunlar səhvdir.Əslində yeni il təqvimin yenilənməsinə görə qeyd olunur. Əgər elə olsaydı, tədbirlər keçirilməz,şam ağacları bəzədilməzdi. Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.
Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.
kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.
Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.
Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.
İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.
Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.
Yeni il Rusiyada
Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.
Milad küknarını qurmaq ənənəsi Rusiyada yalnız XIX-cu əsrin 20-ci illərində Peterburq almanları tərəfindən yayılıb. İlk dəfə Milad bayramı küknarla imperator ailəsində açıq qeyd edilməyə başlayıb. Birinci Nikolayın dövründə Qış sarayında hər il imperatorun uşaqları, qardaşı və bacısı uşaqları üçün küknar və hədiyyələrlə dolu bayramlar keçirilməyə başlayıb.
Daha sonra bu ənənə Peterburq zadəganları arasında yayılmağa başladı. Hətta Jukovskinin Puşkinə ünvanladığı məktubunda da deyilir: "Şənbə günü yolka olacaq". Bu zamanlar Milad ağacı Rusiyanın evlərində çox nadir hal idi, lakin dəbli yenilik kimi surətlə populyarlıq qazanırdı və 1840-cı illərin sonlarından Peterburq bazarlarında küknar ağacı satılmağa başladı. Müasir yazırdı: "Peterburqda hamı küknara aşiq olub. Məmurun kasıb otağından başlayaraq təmtəraqlı salonadək — Peterburqun hər yerində Milad axşamları küknarlar parıldayır, işıqlanır və titrək işıq verir"
Şaxta Baba
Yeni il yolkaları sistemindən başqa Şaxta Babanı evə dəvət etmək xidməti də mövcud idi. Burada bütün təşkilatçılıq məsələləri valideynlərin çiyinlərinə düşürdü — Şaxta Baba və Qar qızın evə gəlişini sifariş vermək, onun təqdim edəcəyi hədiyyəni müəyyən etmək və xidmətin pulunu ödəmək lazım idi. SSRİ-də bu bazarın alternativi yox idi. Şaxta Babaların hamısı dövlət tərəfindən bu cür xidmətlər göstərmək üçün səlahiyyət verilmiş "Şəfəq" firmasından gəlirdi. Bu mövsüm işinə teatr məktəblərinin tələbələri qəbul edilirdi.
Evə gələndə Şaxta Baba və Qar qız uşaq ilə kiçik səhər şənliyi keçirirdilər. Onlar uşağı taburetə çıxararaq əvəlcədən hazırlanmış şeiri söyləməyə sövq edirdilər, sonra isə ona hədiyyə təqdim edirdilər. Şaxta Baba üçün əsas təhlükə uşaq tərəfindən hətta ifşa edilmək yox, valideynlərin onu qonaq etmək istəyi idi.
Yeni il müxtəlif qitələrdə
Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik içində keçəcək.
Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.
Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.
Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.
Küknar ağacının bəzədilməsi ənənəsi
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçirmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin ilahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya, Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.
Rusiya Yeni il küknarı
Küknar qurmaq ənənəsi insanı təəccübləndirən sürətlə paytaxtdan əyalət şəhərlərinə, daha sonra mülkadarların malikanələrinə, varlı ailələrdən daha az imkanı olan ailələrə yayılır. Bunun sayəsində yolka getdikcə daha çox insanı cəlb edir. Onun şərəfinə olan bayramın ictimai statusu da genişlənir: valideynlər tərəfindən uşaqlar üçün təşkil olunan ailəvi bayramla yanaşı uşaq yolka bayramları da ənənə şəklini alır. Bura qohum, tanış və iş yoldaşlarının uşaqları dəvət edilirlər, 1860-cı illərdən isə tədris-tərbiyyə müəssisələrində də yolka tədbirləri təşkil edilməyə başlayır. Nəticədə 10–15 ildən sonra küknar təmamilə özününkiləşdirilir. Lakin rus keçmişində heç bir ideoloji dayağa malik olmadığına görə o, sadəcə dəbli yenilik, sevilən "alman təşəbbüsü", böyüklər tərəfindən uşaqlara bəxş edilən sevinc olaraq qalır.
Əvvəl Milad küknarı Rusiyada varlı zadəganların bayram mədəniyyətinin atributu kimi qəbul edilirdi. Sonralar bayramın demokratlaşması və onun təbəqə sərhədlərinin genişlənməsi nəticəsində bəzəkli yolka burjua evini getdikcə tez-tez bəzəyirdi. Getdikcə uğurlu sahibkarlar (tacir, ticarətci, bankir) və gəlirli peşələrin sahibləri (həkim, vəkil, dövlət qulluqçuları) öz gündəlik məişətində zadəgan həyat tərzini təkrar etməyə, müxəlləfatın dəbdəbəsi və gözəlliyi ilə isə öz daha soylu müasirlərini geridə qoymağa çalışırdılar. Zəngin bəzədilmiş küknar fərdi və ailəvi maddi rifaha meylləri təcəssüm edir və bu rifahın mövcudluğunu təsdiq edirdi. O, bir tərəfdən ailələri birləşdirən və onları "yadlardan" ayıran, digər tərəfdən isə ailənin soyundan asılı olmayaraq onun ictimai nüfuzu, əhəmiyyəti və zənginliyi haqqında təsəvvür yaradan simvol idi. Bununla yanaşı ev yolkası… "yeni", intellektual elitaya mənsub olmağın bir rəmzi idi.
İlk əvvəl rus Milad küknarının budaqlarında asılan oyuncaqlar dini, İncildə təsvir olunan süjetləri ifadə edirdilər, yolka ağacının özü isə başdan ayağadək dini simvolika ilə dolu idi.
Ağacın zirvəsini Vifleyem ulduzu bəzəyirdi, ətəyin çarpazı isə İsa Peyğəmbərin keçirdiyi dəhşətlərin simvolu kimi çarmıxı təsvir edirdi. İsanın doğulduğu haqqında xəbər yayan insana bənzər qanadlı mələklər Allahın hökmünü ifadə edirdilər.
Hörük şəkilli naxışlar (muncuq, zəncir, çələng, tac) müqəddəsliyin, əzabın, ölümün, dirilmənin və ölümün atributları kimi yolkada balaca bayraqlar ilə (inam uğrunda mübarizənin müqəddəs simvolları) yanaşı yerləşirdi. Yolka zəngləri (zınqırovları) həqiqəti söyləyən ilahi səsi, həmçinin İsanın doğulduğu haqqında ilk xəbər tutan və ona birinci sitayiş edən Fələstin çobanları tərəfindən qoyunların boynuna asılan zınqırovları xatırladırdılar. Xüsusi cənnət yeməyi olan meyvələrdən yolkada mütləq almalar (Qurtuluş və İdrakın simvolu) və üzüm (Tövratda Həyat ağacına bərabər olan Yer məhsulunun emblemi kimi təsvir edilirdi) ilə təmsil olunurdular. Quş (Blaqoveşeniye Göyərçini) ilahi dairələrdən gələn göstərişlərin daşıyıcısı, quzu isə (ilahi quzu) İsanın simvolu idi. Xristianlığın ən mühüm simvolları İsanın, Kilsənin, Bərəkət və Etiqadın simvolları olan şamlar idi ki, öz qısa ömürləri ilə onlar tənha iztirablı insan gəlbini simvollaşdırırdılar. Onlar Vifleyem keşişlərinin Müqəddəs gecədə yollarını işıqlandıran ulduzlar və tonqalların işıqlarını ifadə edirdilər.
Lakin hamı yolkaya qarşı sevincli, coşqun münasibəti bəsləmirdi. Onu rus köhnə adətlərinin, meşələrin tərəfdarları, ən əsası — ona Qərbdən gələn adət kimi baxan Pravoslav kilsəsi qəbul etmədi. Kilsənin yolkanın xristianlaşdırılması prosesinə qarşı çıxması tədricən Milad bayramlarının öz dini əhəmiyyətini itirməyi qorxusundan irəli gəlirdi. Küknar yalnız Miladla deyil, həmçinin Yeni il və fəsil simvoluna çevrilərək qışla, məkan baxımından isə qış meşəsi obrazı ilə əlaqəndirilirdi. Bu, dərhal yolka oyuncaqlarında öz əksini tapdı: onların arasında qar, qoza, göbələk, müxtəlif heyvanlar və digər meşə atributları əmələ gəldi.
1910-cu ilin qəzet xəbəri
"Vseobşaya malaya qazeta" 1910-cu ilin 30 dekabrında yazırdı: "Miladın ilk və ikinci günü Əlahəzrətlərin iştirakı ilə Çarskoye Seloda Əlahəzrətin Xüsusi konvoyunun kazakları, dəmiryol batalyonu, saray polisi və saraylarda xidmət edən digər insanlar üçün yolkalar işırlandırıldı". "Küknarlar yüzlərlə muncuqla, müxtəlif gözəl yolka bəzəkləri və yolka şirniyyatı ilə bəzədilmişdi. Onun yanında yerləşən böyük masada hədiyyələr düzülmüşdü: gümüşdən düzəldilmiş müxtəlif əşyalar, süfrə qaşıqları, çayniklər və qənd qabları". Daha sonra bildirilirdi ki, imperator kiçik rütbəli insanları bayram ilə təbrik etdi. Onlar lotareya çarxına yaxınlaşıb hədiyyənin nömrəsi olan bilet çıxarırdılar. Zabitlər masanın üzərindən həmin hədiyyəni tapırdılar. Bundan sonra böyük knyajnalar hədiyyəni təqdim edirdilər.
İstinadlar
- . 2006-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-15.
- Yeni il
- . 2010-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yeni il ve ya Teze il bayrami yeni teqvim ilinin basladigi vaxt ve ya gundur Dunyanin muxtelif xalqlari ucun enenevi bayrama cevrildiyi kimi Azerbaycanda da insanlarin meisetine daxil olub Bir cox medeniyyetler hadiseni hansisa sekilde qeyd edirler Bu gun en cox istifade edilen teqvim sistemi olan Qriqorian teqviminde Yeni il yanvarin 1 de Yeni il gunu yeni il erefesinden sonra bas verir Bu hem de orijinal Yuli teqviminde ve Qedim Roma teqviminde e e 153 cu ilden sonra ilin ilk gunu idi Yehudilerde Ros Ha Sana ve islamda qeyd edilir Yeni Il Bayrami atributlariSaxta baba Bezi ferziyyelere gore Yeni ili ilk defe qedim cinliler qeyd edibler Diger menbelerde bu qedim germanlar ve romalilarin adi ile baglanir Basqa bir menbe ise enenenin Mesopotamiyada yarandigini subut etmeye cehd edir TarixiYeni ilde Moskvada bezedilmis sam agaci Bu bayramin yaranmasinin azi 25 esrlik tarixi var Ilin deyismesini bayram etmek adeti ilk defe qedim Mesopotamiyada yaranib Eramizdan evvel IV minilliyin sonunda Sumer Babilistan Assuriya kimi bu gunumuze qeder gelib catan medeni irsiyle hele de bizi heyretlendiren medeniyyet merkezleri burada tesekkul tapib Tarixci alimlerin fikrince mehz hemin dovrde burada Yeni ilin gelisi ilk defe bayram edilib Martin axirinda Decle ve Ferat caylarinda suyun seviyyesi artanda ekin bicin isleri baslayarmis Insanlar yeni ilin gelisini de ele o zaman qeyd etmisler Rusiyada 15 12 gun erzinde tenteneli merasimler davam edermis Xeyir tanrisi Merdukun ser quvveler ve olum uzerinde hakimiyyeti baslayarmis Butun mehkeme isleri cezalar texire salinarmis Hemin dovre aid gil kitabelerden biri uzerinde yazilmis metne gore bu bayramda qul agaya cevrilermis Yeri gelmisken Karnaval sozu babil dilinden tercumede gemi deniz demekdir Bu da Merdukun Declede uzmesile bagli ayinlerden gelen ifadedir Bayram gunlerinden birinde Merdukun dehset ilahesi ilanbasli Tiamatla doyusu sehnesi canlandirilarmis Neticede elbette ki Merdukun qalib gelermis Babilistan esirliyinde olan yehudiler Yeni il bayrami enenesini babillerden oyrenerek sonradan onu yunanlara oturubler Yunanlar vasitesile ise bu enene Qerbi Avropa ya yayilib Basqa bir menbeye gore hele Iran dovletinin yenice yaranmaga basladigi dovrde iranlilarin artiq teqvimleri var imis Onlar bilirmisler ki ilin bir gunu var ki hemin gun en qisa gunduz en uzun geceyle novbelesir Ve bu gunden sonra heyatverici Gunes semada get gede daha cox berq vurur tebiet oyanmaga baslayir ve heyat cansixici qis yeni olum uzerinde qelebe calir Qedim hindliler ve farslar muasir teqvimle dekabrin 22 ne tesaduf eden hemin gunu Gunes qapisi adlandirarmislar Sonralar hemin gun Gunes Tanrisi Mitranin dogum gunu kimi qeyd edilmeye baslayir Mohtesem Iran dovletini diz cokduren romalilar Mitrani da ozununkulesdirirler Qedim Romada teqvim aylarindaki gunlerin sayi muxtelif idi Hetta rusvet verib onlari deyisdirmek de olardi Lakin bir gun deyismez idi Yeni il hemise yanvarin 1 i gelirdi ve Mitranin dogum gunu Isigin Qaranliq uzerinde qelebesi gunu de bununla ust uste dusurdu Bu bir tesaduf idi Esrler kecdi Roma dovleti resmi olaraq xristian dovleti kimi tanindi Ve melum oldu ki Isa peygemberin dogum gunu de ele dekabrin son gunlerine tesaduf edir Belece bu bayram hem yeni ilin gelisini hem heyatin olum uzerinde qelebesini hem de Milad gununu ozunde birlesdirmis oldu Tarixi melumat Tarixcilerin fikrince Yeni il enenelerinin yasi 5000 minden az deyil Bu eneneler ekincilik medeniyyetinin yaranmasi ile baglidir Bir cox xalqlarda yeni il 1 sentyabrdan ve ya bahar ve yaxud payiz gece gunduzunun beraberliyinden sonra baslayirdi Yeni ilin qisin ortalarinda qeyd etmek enenesi e e 45 ci ilde Qedim Romada Yuli Sezarin tesebbusu ile yaranib Yeni qebul edilen ve tesiscisinin serefine Yulian teqvimi adlandirilan teqvimde her ay birinin adini dasiyib ve Yeni il yanvarin 1 den baslanib Bele sayilir ki Yeni ili senlenerek ve evleri bezeyerek qeyd etmek enenesi mehz o zamanlar yaranib Orta esr Avropasinda Yeni ilin qeyd edilmesi butperestlerle assosiasiya edilirdi Buna gore de 567 ci ilde katolik kilse 1 yanvarda yeni ili qeyd etmeyi qadagan etdi Lakin son orta esrlerde yeni ili yanvarin 1 den baslamaq enenesi qaytarilir Milad bayrami xristianlar terefinden Isa Peygemberin Vifleyemde dogulmasi serefine qeyd olunur Bu xristian dunyasinin on iki en boyuk bayramlari arasinda Pasxadan sonra ikinci ehemiyyetli bayramidir ve IV cu esrden baslayaraq xristian dinine itaet eden xalqlar terefinden qeyd edilir Miladda hediyye vermek enenesi Bibliyada korpe Isaya hediyye getiren volxvlar cadugerlar falcilar mutefekkirler haqqinda revayete esaslanir Avropada qurasdirilan Milad kuknari yolkasive ya sam agaci haqqinda en qedim senedler XVI ci esrin evvellerine aiddir Hemise yasil kuknar agaci heyatin ozunu ve qaranliq ve zulmetden dircelisi simvollasdiran muqeddes agac sayilirdi XVII ci esrde Milad kuknari Almaniyada Skandinaviya olkelerinde ve bezi Baltik olkelerinde artiq Miladin yayilmis remzi idi Protestant olkelerinde Milad kuknarinin populyarligi daha cox idi Bu kuknarda samlarin yandirilmasinin ilk defe Martin Luter terefinden icad edildiyi haqqinda efsane ile bagli idi Rusiya imperiyasinda Yeni ilin yanvarin 1 den qeyd olunmasi Birinci Pyotrun 1699 cu il 15 dekabr tarixli fermani ile tesis edilib Yeni il Avropa olkelerindeDunyanin her yerinde butun insanlar Yeni ili eyni umidlerle xos mocuzeler yeni ugurlar xosbextlik arzusuyla gozleseler de bayrami here oz adet enenesine uygun qarsilayir Avropa olkesi olan Fransada Saxta baba Per Noel yeni Noel ata adlanir O Yeni il gecesi gelir ve evin balaca sakinlerinin basmagina hediyyeler qoyur Boyuklerse bayram gunu daha cox yeyib icmeyi sevirler Fransanin serab olkesi oldugunu nezere alsaq veziyyeti tesevvur etmek olar Bu olkede bayramin en maraqli terefi hediyyelerdir Amma burada bir qeder diqqetli olmaq lazimdir Her hediyyeni her adama vermek olmaz Meselen bu bayramda qadinin oz erinden basqa kimdense hediyye olaraq etir qebul etmesi yaxsi hal hesab olunmur Yeni il hemcinin Azerbaycanda da qeyd olunur Senlikler kecirilir usaqlar Saxta baba ile Qar Qizin yolunu gozleyir Bezi insanlar deyir ki Azerbaycan muselman olkesidir deye yeni il kecirmek duzgun deyil Bunlar sehvdir Eslinde yeni il teqvimin yenilenmesine gore qeyd olunur Eger ele olsaydi tedbirler kecirilmez sam agaclari bezedilmezdi Yeni ilde Isvecrede insanlar bir birine sam hediyye edirler ki bu da dostlugun ve sevincin remzidir Bayram axsami ise aile bascisi ata zibil atmaq behanesile evden cixir ve Yul Tomten Saxta baba obrazinda qayidir ve usaqlara hediyyeler paylayir Italiyada yeni ilde usaqlarin ise Saxta babalari yox Saxta neneleri var Onun adi Befan nenedir Bu olkede Yeni ili berkden qisqiraraq qarsilamaq adeti var Ucadan danismaq italyanlar ucun adi hal olsa da Yeni il gecesi onlar oz seslerine tam serbestlik verirler Belece onlar hem de kohne ile vidalasirlar Eger Yeni il bayrami erefesinde tesadufen Roma kucelerinden kecseniz ehtiyatli olun Cunki pencerelerden atilan kohne ev esyalarina hedef ola bilersiniz Italyanlar hesab edirler ki Yeni ilin astanasinda butun pis fikirlerden ve kohne esyalardan xilas olmaq lazimdir Boyuk Britaniyada bayram gunu evde ideal temizlik ve qanun qayda hokm surmelidir Gece duserken ailenin bascisi illerin yerdeyismesi ucun evin butun qapilarini genis acir Daha sonra qapi baglanir ve eve ilk gelecek qonaq heyecan ve sebirsizlikle gozlenilir Inanca gore ilin nece kececeyi iceri giren adamin gorkeminden cox asilidir Qadinlar sarisinlar ve esmerler o qeder de arzuolunan deyiller En ugurlu qonaq kuren kisi hesab olunur Dehsetli hadise catmaqas adamin iceri girmesine qarsi ise o deqiqe ehtiyat tedbirleri gorulur Ocaga duz atilir qapidan xac asilir Gelen qonaq ozuyle viski sirin corek ve komur getirmelidir Komur ocaga atilir ki Yeni ilde aile ocagi daha gur yansin kicikler oz valideynlerini xeyli teeccublendirirler Bu balaca coxbilmisler Saxta babanin onlara goz qoymasindan ehtiyatlanaraq ay boyu ozlerini yaxsi aparir decellik etmirler Eks halda bayram gecesi sobanin yanina qoyduqlari cekmelerin icinde kartof ve ya bir parca komur tapa bilerler Almanlar Yeni il gecesi saat 12 ni vurarken ovuclarinda metal pul sixaraq tullanirlar Inanirlar ki bunu etseler yeni il daha bereketli olacaq Finlandiyada Yeni il sufresi gavali kiseli ve duyu siyigi olmadan tesevvur edilmir Bayramin esas qehremani ise fin Saxta baba Youlupukkidir Ispaniyada bayram gunu hami seherin merkezi meydanina axisir Uzum yemeye Hem de kutlevi sekilde Her kes mueyyen vaxt erzinde 12 salxim uzum yemelidir Bayram axsami kucelerde muxtelif teleler qurulur Bu onun ucundur ki pis quvveler kohne ilde ilisib qalsin Avstriyada hele qedimlerden Yeni il bayraminin xeyirxah obrazlari bacatemizleyen ve donuzdur Bu elbette sonuncunun bayram sufresinde hezm rabeden kecirilmesine mane olmur Yeni il Avstriyada cox sen kecir insanlar yeni il gecesini kucelerde senlenmekle ve karnavallarla kecirirler Yeni il Rusiyada Yeni il Rusiyada en cox sevilen bayramdir Usaqlar yeni ilden hediyyeler boyukler ise seadet xosbextlik gozleyir Bu enenenin esasi 300 il bundan evvel Birinci Pyotrun emri ile qoyulub Emrde hemcinin agac bezemek de oz eksini tapib Mehz kuknar agaci 19 cu esrin axirlarinda debe mindi Yeni il gecesi sufreye mutleq muxtelif yemekler salatlar ickiler piroqlar qoyulur Inanca gore sufre ne qeder dolu ve gozel olarsa qarsidan gelen il de ele olacaq Sufrenin ortasina mutleq odda qizardilmis donuz balasi qoyulur Cunki donuz ruslarda bolluq ve var dovlet simvolu kimi taninir Sufreye qus etinden hec ne qoyulmur hesab edilir ki evden xosbextlik uca biler Xemirden muxtelif heyvan fiqurlari bisirilib gelen qonaqlara paylanir Yeni ili mutleq teze paltar ve ayaqqabida qarsilayirlar ki gelen il de hemise teze paltar ayaqqabi almaq imkani olsun Yeni il qabagi hami calisir ki butun borclari qaytarsin kusululer barissin Evden sinmis qab qacagi atir pencere ve guzguler parildayana qeder silinir Muxtelif karnavallar ballar teskil olunur hami sehere kimi reqs edir Milad kuknarini qurmaq enenesi Rusiyada yalniz XIX cu esrin 20 ci illerinde Peterburq almanlari terefinden yayilib Ilk defe Milad bayrami kuknarla imperator ailesinde aciq qeyd edilmeye baslayib Birinci Nikolayin dovrunde Qis sarayinda her il imperatorun usaqlari qardasi ve bacisi usaqlari ucun kuknar ve hediyyelerle dolu bayramlar kecirilmeye baslayib Daha sonra bu enene Peterburq zadeganlari arasinda yayilmaga basladi Hetta Jukovskinin Puskine unvanladigi mektubunda da deyilir Senbe gunu yolka olacaq Bu zamanlar Milad agaci Rusiyanin evlerinde cox nadir hal idi lakin debli yenilik kimi suretle populyarliq qazanirdi ve 1840 ci illerin sonlarindan Peterburq bazarlarinda kuknar agaci satilmaga basladi Muasir yazirdi Peterburqda hami kuknara asiq olub Memurun kasib otagindan baslayaraq temteraqli salonadek Peterburqun her yerinde Milad axsamlari kuknarlar parildayir isiqlanir ve titrek isiq verir Saxta Baba Yeni il yolkalari sisteminden basqa Saxta Babani eve devet etmek xidmeti de movcud idi Burada butun teskilatciliq meseleleri valideynlerin ciyinlerine dusurdu Saxta Baba ve Qar qizin eve gelisini sifaris vermek onun teqdim edeceyi hediyyeni mueyyen etmek ve xidmetin pulunu odemek lazim idi SSRI de bu bazarin alternativi yox idi Saxta Babalarin hamisi dovlet terefinden bu cur xidmetler gostermek ucun selahiyyet verilmis Sefeq firmasindan gelirdi Bu movsum isine teatr mekteblerinin telebeleri qebul edilirdi Eve gelende Saxta Baba ve Qar qiz usaq ile kicik seher senliyi kecirirdiler Onlar usagi taburete cixararaq evelceden hazirlanmis seiri soylemeye sovq edirdiler sonra ise ona hediyye teqdim edirdiler Saxta Baba ucun esas tehluke usaq terefinden hetta ifsa edilmek yox valideynlerin onu qonaq etmek isteyi idi Yeni il muxtelif qitelerdeBraziliyada Yeni il toplardan atilan ateslerle qarsilanir Ates sesi esidende hami bir birini qucaqlayib opmeye baslayir Inanirlar ki hemin an sene eziz olan birini opmeye imkan tapsan il xosbextlik icinde kececek Yaponiyada bayram gunu budda mebedlerindeki burunc zengler 108 defe calinir Bu reqem tesadufi secilmeyib Yaponlar hesab edirler ki her bir zerbe insan heyatini mehv etmeye qadir olan 108 ziyanli ehtirasdan birini qovur Bununla da gundogar olkenin sakinleri Yeni ili temiz ruhla qarsilayirlar Cinde de bayram gunu boyuk ses kuy ve atesfesanliqla kecir Bununla cinliler Yeni ilin gelisine mane olan ser quvveleri qovduqlarini dusunurler En qeribe bayram hediyyelerini ise eskimoslar bir birine bagislayirlar Bu morjlarin ve ag ayilarin buzdan yonulmus fiqurlaridir Qrenlandiyadaki hava seraiti bu hediyyeleri uzun muddet saxlamaga imkan verir Kuknar agacinin bezedilmesi enenesiBezedilmis kuknar agaci Yeni il bayramini al elvan berli bezekli sam agacisiz tesevvur etmek qeyri mumkundur Elbette bu sam agaci tebii kuknar agacindan olsa ve yarpaqlari etir sacsa daha gozel olardi Amma tebieti qorumaq xatirine suni sam agaclari ile de kecirmek olar Bes Yeni il bayraminda yolka bezemeyin menasi nedir Coxlari sam agaclari bezemek enenesini de xristian dini ile elaqelendirir Eslinde ise heyat remzi olan sam agacinin bezenmesi tarixi xristianliqdan evvel baslayib ve hansisa bir dinle bagli deyil Hele miladdan cox cox evvel qedim Misirin sakinleri dekabrin en qisa gunlerinde yasil palma agaclarini evlerine getirirdiler Bu heyatin olum uzerinde qelebesinin remzi idi Romalilar ise Ekin ilahinin serefine evlerini yarpaqlarla bezeyirdiler Druidler palid budaqlarina qizil almalar asib qis bayramini qeyd edirdiler Orta esrlerde qirmizi almalarla bezedilmis hemiseyasil agaclar dekabrin 25 de qeyd edilen Adem ve Hevva bayraminin remzi idi Yeni ilin sam agaci haqqinda ilk yazili melumat XVI esre tesaduf edir Hemin menbelere gore o vaxt alman seheri olan Strasburqda Yeni il gecesi hem kasib hem de adli sanli zadegan ailelerinde kuknar agaclari rengli kagizlar meyveler ve sirniyyatla bezedilirmis Vaxt kecdikce bu adet butun Avropaya yayilir Yeni dunyaya Amerikaya yolkani burada meskunlasan almanlar getiribler 1851 ci ilde burada ilk defe tenteneli sekilde yolka fenerlerinin yandirilmasi merasimi kecirilib O vaxtdan her il Yeni il bayraminda Ag evin qarsisinda bu merasim kecirilir Belece sam agaci butun dunyada meshurlasib Rusiya Yeni il kuknari Kuknar qurmaq enenesi insani teeccublendiren suretle paytaxtdan eyalet seherlerine daha sonra mulkadarlarin malikanelerine varli ailelerden daha az imkani olan ailelere yayilir Bunun sayesinde yolka getdikce daha cox insani celb edir Onun serefine olan bayramin ictimai statusu da genislenir valideynler terefinden usaqlar ucun teskil olunan ailevi bayramla yanasi usaq yolka bayramlari da enene seklini alir Bura qohum tanis ve is yoldaslarinin usaqlari devet edilirler 1860 ci illerden ise tedris terbiyye muessiselerinde de yolka tedbirleri teskil edilmeye baslayir Neticede 10 15 ilden sonra kuknar temamile ozununkilesdirilir Lakin rus kecmisinde hec bir ideoloji dayaga malik olmadigina gore o sadece debli yenilik sevilen alman tesebbusu boyukler terefinden usaqlara bexs edilen sevinc olaraq qalir Evvel Milad kuknari Rusiyada varli zadeganlarin bayram medeniyyetinin atributu kimi qebul edilirdi Sonralar bayramin demokratlasmasi ve onun tebeqe serhedlerinin genislenmesi neticesinde bezekli yolka burjua evini getdikce tez tez bezeyirdi Getdikce ugurlu sahibkarlar tacir ticaretci bankir ve gelirli peselerin sahibleri hekim vekil dovlet qulluqculari oz gundelik meisetinde zadegan heyat terzini tekrar etmeye muxellefatin debdebesi ve gozelliyi ile ise oz daha soylu muasirlerini geride qoymaga calisirdilar Zengin bezedilmis kuknar ferdi ve ailevi maddi rifaha meylleri tecessum edir ve bu rifahin movcudlugunu tesdiq edirdi O bir terefden aileleri birlesdiren ve onlari yadlardan ayiran diger terefden ise ailenin soyundan asili olmayaraq onun ictimai nufuzu ehemiyyeti ve zenginliyi haqqinda tesevvur yaradan simvol idi Bununla yanasi ev yolkasi yeni intellektual elitaya mensub olmagin bir remzi idi Ilk evvel rus Milad kuknarinin budaqlarinda asilan oyuncaqlar dini Incilde tesvir olunan sujetleri ifade edirdiler yolka agacinin ozu ise basdan ayagadek dini simvolika ile dolu idi Agacin zirvesini Vifleyem ulduzu bezeyirdi eteyin carpazi ise Isa Peygemberin kecirdiyi dehsetlerin simvolu kimi carmixi tesvir edirdi Isanin doguldugu haqqinda xeber yayan insana benzer qanadli melekler Allahin hokmunu ifade edirdiler Horuk sekilli naxislar muncuq zencir celeng tac muqeddesliyin ezabin olumun dirilmenin ve olumun atributlari kimi yolkada balaca bayraqlar ile inam ugrunda mubarizenin muqeddes simvollari yanasi yerlesirdi Yolka zengleri zinqirovlari heqiqeti soyleyen ilahi sesi hemcinin Isanin doguldugu haqqinda ilk xeber tutan ve ona birinci sitayis eden Felestin cobanlari terefinden qoyunlarin boynuna asilan zinqirovlari xatirladirdilar Xususi cennet yemeyi olan meyvelerden yolkada mutleq almalar Qurtulus ve Idrakin simvolu ve uzum Tovratda Heyat agacina beraber olan Yer mehsulunun emblemi kimi tesvir edilirdi ile temsil olunurdular Qus Blaqoveseniye Goyercini ilahi dairelerden gelen gosterislerin dasiyicisi quzu ise ilahi quzu Isanin simvolu idi Xristianligin en muhum simvollari Isanin Kilsenin Bereket ve Etiqadin simvollari olan samlar idi ki oz qisa omurleri ile onlar tenha iztirabli insan gelbini simvollasdirirdilar Onlar Vifleyem kesislerinin Muqeddes gecede yollarini isiqlandiran ulduzlar ve tonqallarin isiqlarini ifade edirdiler Lakin hami yolkaya qarsi sevincli cosqun munasibeti beslemirdi Onu rus kohne adetlerinin meselerin terefdarlari en esasi ona Qerbden gelen adet kimi baxan Pravoslav kilsesi qebul etmedi Kilsenin yolkanin xristianlasdirilmasi prosesine qarsi cixmasi tedricen Milad bayramlarinin oz dini ehemiyyetini itirmeyi qorxusundan ireli gelirdi Kuknar yalniz Miladla deyil hemcinin Yeni il ve fesil simvoluna cevrilerek qisla mekan baximindan ise qis mesesi obrazi ile elaqendirilirdi Bu derhal yolka oyuncaqlarinda oz eksini tapdi onlarin arasinda qar qoza gobelek muxtelif heyvanlar ve diger mese atributlari emele geldi 1910 cu ilin qezet xeberi Vseobsaya malaya qazeta 1910 cu ilin 30 dekabrinda yazirdi Miladin ilk ve ikinci gunu Elahezretlerin istiraki ile Carskoye Seloda Elahezretin Xususi konvoyunun kazaklari demiryol batalyonu saray polisi ve saraylarda xidmet eden diger insanlar ucun yolkalar isirlandirildi Kuknarlar yuzlerle muncuqla muxtelif gozel yolka bezekleri ve yolka sirniyyati ile bezedilmisdi Onun yaninda yerlesen boyuk masada hediyyeler duzulmusdu gumusden duzeldilmis muxtelif esyalar sufre qasiqlari caynikler ve qend qablari Daha sonra bildirilirdi ki imperator kicik rutbeli insanlari bayram ile tebrik etdi Onlar lotareya carxina yaxinlasib hediyyenin nomresi olan bilet cixarirdilar Zabitler masanin uzerinden hemin hediyyeni tapirdilar Bundan sonra boyuk knyajnalar hediyyeni teqdim edirdiler Istinadlar 2006 12 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2008 12 15 Yeni il 2010 10 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 12 12 Hemcinin baxSaxta baba Milad Yeni il Azerbaycanda Yeni il Fransada Yeni il Bolqaristanda Yeni il Ruminiyada Yeni il Tacikistanda Yeni il Yunanistanda Yeni il Irlandiyada Yeni il HindistandaXarici kecidler