Xanzadə Sultan (1609, Konstantinopol – 23 sentyabr 1650, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı.
Xanzadə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1609 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1650 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | I Əhməd |
Anası | Kösəm sultan |
Həyat yoldaşları |
|
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Sultan Əhməd dövrü
Xanzadə Sultan 1609-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Bəzi mənbələrdə anasının Mahfiruz Xədicə Sultan olduğu qeyd olunsa da, Sultan Osmanın taxta çıxması ilə Köhnə saraya sürgün olunan xanım sultanlar arasında olması bu iddianı təkzib edir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Atikə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər.
Sultan Murad dövrü
Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. Elə həmin tarixdə yeniçəri ağası Ladikli Bayram ağayla evləndirildi. Nigahın ardından vəzir rütbəsi alan Bayram Paşa üçün Üsküdarda bir saray təsis edildi. Həm Sultan Murad və taxt naibəsi olan anası Validə Mahpeykər Kösəm Sultana yaxınlığı, həm də Xanzadə Sultanın təsiriylə 2 fevral 1637-ci ildə Bayram Paşa sədarətə yüksəldi. Ancaq ertəsi il çıxdığı Bağdad səfəri əsnasında səhhəti pisləşdi və 26 avqust 1638-ci ildə vəfat etdi. Xanzadə Sultanın bu evlilikdən bir qızı dünyaya gəlsə də, körpə yaşlarında vəfat etmişdir.
Sultan İbrahim dövrü
Daha sonra digər qardaşı Sultan İbrahimin səltənətində 1643-cü ildə divan vəzirlərindən Nəqqaş Mustafa Paşa ilə evləndirildi. Onun bu nigahdan övladı olub-olmadığı bilinmir. Ancaq qardaşı Sultan İbrahimlə, xüsusilə də xanımlarından Hümaşah Sultanla münasibətləri yaxşı deyildi. Bu səbəblə bacıları Fatma, Gövhər və qardaşı qızı Qaya Sultanla birlikdə qardaşının nigahlandığı xanımlarından Hümaşah Sultanın təhriki nəticəsində saraydan sürgün olundu. Bütün gəlirləri və mülkləri əllərindən alınan sultanlar 1645-ci ildə Ədirnə sarayına göndərildilər. Həyat yoldaşı Mustafa Paşa isə Budin bəylərbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı.
Sultan İbrahimin taxtdan endirildiyi 1648-ci ilədək davam edən bu sürgün dönəminin ardından anası Validə Mahpeykər Kösəm Sultan "Valide-yi kəbir" ünvanıyla yenidən taxt naibəsi təyin edildi. Həyat yoldaşı Mustafa Paşa isə vəzifəsindən azad edilərək paytaxta çağırıldı. 23 sentyabr 1650-ci ildə Xanzadə Sultan vəfat etdi və cənazəsi qardaşı Sultan İbrahimin türbəsinə dəfn olundu.
Mənbə
- Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press.
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık.
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları (5 bas.). Ankara: Ötüken. ISBN 9789754378405.
İstinadlar
- Tezcan, Baki (November 2001). Searching for Osman: A reassessment of the deposition of the Ottoman Sultan Osman II (1618–1622)
- BAYRAM PAŞA 2022-10-14 at the Wayback Machine. TDV - İslam Ansiklopedisi.
- Üsküdar "Hanzâde Sultan Sarayı" 2023-07-30 at the Wayback Machine.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xanzade Sultan 1609 Konstantinopol 23 sentyabr 1650 Konstantinopol 14 cu Osmanli sultani I Ehmedin qizi Xanzade SultanSexsi melumatlarDogum tarixi 1609Dogum yeri Konstantinopol Osmanli imperiyasiVefat tarixi 23 sentyabr 1650 1650 09 23 Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri Sultan Ibrahim turbesiFealiyyeti esilzadeAtasi I EhmedAnasi Kosem sultanHeyat yoldaslari Bayram Pasa 1623 1638 Neqqas Mustafa Pasa 1643 1650 Ailesi Osmanli xanedaniHeyatiSultan Ehmed dovru Xanzade Sultan 1609 cu ilde Istanbulda dunyaya gelmisdir Atasi Osmanli sultani I Ehmed anasi ise Mahpeyker Kosem Sultandir Bezi menbelerde anasinin Mahfiruz Xedice Sultan oldugu qeyd olunsa da Sultan Osmanin taxta cixmasi ile Kohne saraya surgun olunan xanim sultanlar arasinda olmasi bu iddiani tekzib edir Usaqliq illeri ile bagli yeterli melumat yoxdur Ancaq 1617 ci ilin noyabrinda atasi Sultan Ehmedin vefat etmesiyle anasi Mahpeyker Kosem Sultan ve bacilari Fatma Abide Atike ve Aiseyle birlikde Kohne saraya gonderildiler Sultan Murad dovru Emisi Sulan Mustafanin ve ogey qardasi Sultan Osmanin qisa seltenetlerinin ardindan dogma qardasi Sultan Muradin 1623 cu ilin sentyabrinda taxta cixmasinin ardindan anasi ve bacilari ile birlikde yeniden Topqapi sarayinda yasamaga basladilar Ele hemin tarixde yeniceri agasi Ladikli Bayram agayla evlendirildi Nigahin ardindan vezir rutbesi alan Bayram Pasa ucun Uskudarda bir saray tesis edildi Hem Sultan Murad ve taxt naibesi olan anasi Valide Mahpeyker Kosem Sultana yaxinligi hem de Xanzade Sultanin tesiriyle 2 fevral 1637 ci ilde Bayram Pasa sedarete yukseldi Ancaq ertesi il cixdigi Bagdad seferi esnasinda sehheti pislesdi ve 26 avqust 1638 ci ilde vefat etdi Xanzade Sultanin bu evlilikden bir qizi dunyaya gelse de korpe yaslarinda vefat etmisdir Sultan Ibrahim dovru Daha sonra diger qardasi Sultan Ibrahimin seltenetinde 1643 cu ilde divan vezirlerinden Neqqas Mustafa Pasa ile evlendirildi Onun bu nigahdan ovladi olub olmadigi bilinmir Ancaq qardasi Sultan Ibrahimle xususile de xanimlarindan Humasah Sultanla munasibetleri yaxsi deyildi Bu sebeble bacilari Fatma Govher ve qardasi qizi Qaya Sultanla birlikde qardasinin nigahlandigi xanimlarindan Humasah Sultanin tehriki neticesinde saraydan surgun olundu Butun gelirleri ve mulkleri ellerinden alinan sultanlar 1645 ci ilde Edirne sarayina gonderildiler Heyat yoldasi Mustafa Pasa ise Budin beylerbeyi teyin edilerek paytaxtdan uzaqlasdirildi Sultan Ibrahimin taxtdan endirildiyi 1648 ci iledek davam eden bu surgun doneminin ardindan anasi Valide Mahpeyker Kosem Sultan Valide yi kebir unvaniyla yeniden taxt naibesi teyin edildi Heyat yoldasi Mustafa Pasa ise vezifesinden azad edilerek paytaxta cagirildi 23 sentyabr 1650 ci ilde Xanzade Sultan vefat etdi ve cenazesi qardasi Sultan Ibrahimin turbesine defn olundu MenbePeirce Leslie P 1993 The Imperial Harem Women and Sovereignty in the Ottoman Empire Oxford University Press ISBN 978 0 195 08677 5 Sakaoglu Necdet 2008 Bu mulkun kadin sultanlari Valide sultanlar hatunlar hasekiler kadinefendiler sultanefendiler Oglak Yayincilik ISBN 978 9 753 29623 6 Ulucay M Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari 5 bas Ankara Otuken ISBN 9789754378405 IstinadlarTezcan Baki November 2001 Searching for Osman A reassessment of the deposition of the Ottoman Sultan Osman II 1618 1622 BAYRAM PASA 2022 10 14 at the Wayback Machine TDV Islam Ansiklopedisi Uskudar Hanzade Sultan Sarayi 2023 07 30 at the Wayback Machine