Xalid Səid Xocayev (1888 – 13 oktyabr 1937, Bakı) – çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi, repressiya qurbanı.
Xalid Səid Xocayev | |
---|---|
Doğum tarixi | 1888 |
Vəfat tarixi | 13 oktyabr 1937 |
Vəfat yeri | |
Həyat yoldaşı | Sitarə xanım () qızı |
Fəaliyyəti | dilçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının erkən dövrü
Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd yaxınlığında olan Koş-Kurqan kəndində anadan olub. İlk təhsilini Daşkənddə yerləşən mədrəsədə alıb. 1914-cü ildə İstanbul Universitetində tibb fakültəsinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra ixtisasını tarix-filologiyaya dəyişib və universiteti 1918-ci ildə bitirib.
Azərbaycana gəlişi
İstanbul Universitetindəki təhsilini bitirdikdən sonra Qafqaz Türk İslam Ordusunun əsgərləri ilə birgə Azərbaycana gəlmiş, Bakı və Gəncə kimi şəhərlərdə orta və ali məktəblərdə dərs demişdir.
Fəaliyyəti
"Divani lüğətit-türk" əsəri
SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. 1988-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Zərifə Budaqova akademik-katib Bəkir Nəbiyevə yazdığı məktubda bildirirdi ki, "Divanü Lüğat-it-Türk" SSRİ-də ilk dəfə Xalid Səid tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Xalid Səid isə Kaşqarlı "Divan"ının sadəcə ərəb dilindən Azərbaycan türkcəsinə tərcüməsini gerçəkləşdirməklə kifayətlənməyib, türkologiyanın çağdaş prinsipləri baxımından əsərin ilk izahlı, elmi tərcüməsini yaradıb. 1936-cı ildə "Divan" üzərində işlə bağlı qələmə aldığı yazısında bu barədə ətraflı məlumat verir:
Divan"ı tərcümə etmək üçün ərəb dilini bilmək bəs etməz. XI yüzillikdə işlənən türk sözlərinin elə həmin əsrdə işlənən ərəb sözləri ilə qarşılıqlı izahını müasir türkcəylə vermək bir sıra çətinliklər yaradacaq.
Xalid Səidə görə kitab türk sözləri lüğəti adlansa da, onun məzmunu adının ifadə etdiyi anlayışdan daha geniş mənaları ehtiva edir, təkcə sözlərin izahı ilə kifayətlənmir, həm də türk etnoqrafiyası, morfologiya, türk dilləri arasındakı fərqlər, o dövrdə mövcud olan başqa dillər və s. barədə aydın təsəvvür yaradır. Tərcümə işinə 1935-ci ildə başlayan Xalid Səid Kaşqarlı "Divan"ını 1939-41-ci illərdə Türkiyə türkcəsinə tərcümə edən ı da qabaqlayıb. Bunu 1939-ildə "Divan"ın Türkiyə nəşrinə yazdığı ön sözdə Atalay özü də etiraf etmişdi. Ziya Bünyadov lüğətin tərcüməsi barədə bunları demişdir:
Xalid Səidin ən böyük əsəri Mahmud Kaşqarinin məşhur lüğətinin tərcüməsi idi. Təəssüf ki Xocayevin minnətdar şagirdləri öz müəllimlərinin əsərini elə adamlara aid edirlər ki, onlar 30-cu illərdə Mahmud Kaşqarinin varlığı barədə belə heç nə bilmirdilər. Bu zaman Xalid Səidi xoş sözlə xatırlamağı belə ona çox görürdülər".
Divanın tərcüməsi ilə bağlı mühüm bir sənəd Xalid Səidin istintaq işinə əlavə olunmuş məktubudur. Belə ki, "Divan"ın Xalid Səid tərəfindən həm də kumık və qaraçay-balkar dillərinə çevrilməsini istəyən və bu münasibətlə Xocayevə məktub göndərən Kabardin-Balkar Vilayət Partiya Komitəsinin katibi Kumıkovun sorğusuna yazdığı cavab məktubunda (1 iyun 1937-ci il) Xalid Səid bildirirdi ki, İstanbulda tapılmış "Divan"la bağlı çalışmalara o, 1935-ci il sentyabrın 1-də başlayıb. Xocayev tərcümə işini 1937-ci ilin aprelində tamamladığını, iyulun 1-də isə əsəri elmi redaktə üçün Leninqrada, akademik Kraçkovskiyə və professor Malova göndərəcəyini yazırdı. Lakin iki gün sonra - iyunun 3-də Xalid Səid həbs edildi.
Xalid Səidin ölümündən çox sonra onun tərcümə əsəri üzə çıxarıldı. 2023-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnistitutunda əsərin çapına başlanılmışdır.
Digər elmi fəaliyyəti
Dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərsliklərin müəlliflərindəndir. Sağlığında "Türk dillərinin müqayisəli qrammatikası" (Bakı 1926), "Müxtəlif üslubiyyat" (Bakı 1934) kimi əsərləri nəşr olunub. Elmi bioqrafiyasının tam olmayan siyahısında "Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi", "Yeni əlifba yollarında əski xatirə və duyğularım", "Müxtəsər üslubiyyat", "Müfəssəl sintaksis", "Üslubiyyat nəzəriyyəsi", "Türk dilinin tarixi qrammatikası", "Cığatay ədəbiyyatı haqqında mühazirələr", "Türk ədəbiyyatının nəzəriyyəsi", "Türküstan tarixinin qısa icmalı", "İran dillərinin qrammatikası", "Mahmud Kaşqarlı "Divan"ı mətninin izahlı, elmi tərcüməsi", "Orxon kitabələrinin izahlı tədqiqi", "Türk məktəbi üçün rus dili" kimi bir qismi mətbu, bir qismi isə 1937-ci ildə müsadirə olunmuş kitablar, əsərlər (və itkin əlyazmalar) var.
Ölümü
1937-ci il iyunun 3-də X. S. Xocayev həbs edilib. Həmin ilin oktyabrın 12-də son iclasda X. S. Xocayev Azərbaycan SSR CM-nin 68-ci maddəsi üzrə "əksinqilabi pantürkist təşkilatın üzvü kimi həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs" damğası ilə ittiham olunaraq güllələnməyə məhkum olunub. 1937-ci ildə Xalid Səid Xocayev həbs olunduqdan sonra Mahmud Kaşğari divanının 1500 səhifəlik əlyazması NKVD tərəfindən müsadirə olunub və bu günə kimi də həmin əlyazmanın taleyi qaranlıq qalır. Həbs edildiyi zaman işğəncələr altında 1918-ci ildə Gəncəyə "Türkiyədən pantürkistlərin lideri Əbdülrəşid İbrahimovun təşəbbüsü ilə Nuru Paşanın qoşununun tərkibində göndəril"diyini "etiraf etmişdi". Bundan başqa o, istintaqa məqsədinin "Turan dövlətini, yəni birləşmiş türk-tatar dövləti"ni qurmaq olduğunu da bildirmişdi.
1954-cü ilin dekabrında S. R. Xocayeva həyat yoldaşı X. S. Xocayevin işinə yenidən baxılmasını xahiş edib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərarına görə 1937-ci il oktyabrın 12-də çıxarılan hökm ləğv olunub və cinayət tərkibi olmadığına görə işə xitam verilib.
Həmçinin bax
İstinadlar
- Azər Turan. ""Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?". edebiyyatqazeti.az. 2024-03-03 tarixində . İstifadə tarixi: 3 mart 2024.
- Azər Turan. "Sirli seyfin səksən altı illik tilsimi qırıldı - Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk" nəşrə hazırlanır". edebiyyatqazeti.az. 11–12 aprel 2023. 2024-03-03 tarixində . İstifadə tarixi: 3 mart 2024.
- "Bu əsərin tərcüməsi niyə üzə çıxarılmır? – Azər Turan yazır…". Kulis.az (az.). 2024-02-05 tarixində . İstifadə tarixi: 2024-02-05.
- Azər Turan. "Xalid Səid Xocayev – şəhid türkşünas" Bakı, 2009.
Xarici keçidlər
- Xalid Səid əfəndi — Mahmud Kaşğarlının "Divan"ını Azərbaycan türkcəsinə çevirən məşhur türkoloq [ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xalid Seid Xocayev 1888 13 oktyabr 1937 Baki cagdas Azerbaycan dilciliyinin banilerinden biri Mahmud Kasgarinin Divani lugetit turk eserinin Azerbaycan diline ilk tercumecisi repressiya qurbani Xalid Seid XocayevDogum tarixi 1888Vefat tarixi 13 oktyabr 1937 1937 10 13 Vefat yeri Baki Azerbaycan SSR SSRIHeyat yoldasi Sitare xanim qiziFealiyyeti dilci Vikianbarda elaqeli mediafayllarHeyatinin erken dovruXalid Seid Xocayev 1888 ci ilde Daskend yaxinliginda olan Kos Kurqan kendinde anadan olub Ilk tehsilini Daskendde yerlesen medresede alib 1914 cu ilde Istanbul Universitetinde tibb fakultesine daxil olub 2 il burada tehsil aldiqdan sonra ixtisasini tarix filologiyaya deyisib ve universiteti 1918 ci ilde bitirib Azerbaycana gelisi Istanbul Universitetindeki tehsilini bitirdikden sonra Qafqaz Turk Islam Ordusunun esgerleri ile birge Azerbaycana gelmis Baki ve Gence kimi seherlerde orta ve ali mekteblerde ders demisdir Fealiyyeti Divani lugetit turk eseri SSRI EA nin Azerbaycan filialinda calisib Dunya Turkologiyasinda ilk defe Mahmud Kasgarinin Divani lugetit turk eserini dilimize tercume edib 1988 ci ilde Azerbaycan EA Nesimi adina Dilcilik Institutunun direktoru Zerife Budaqova akademik katib Bekir Nebiyeve yazdigi mektubda bildirirdi ki Divanu Lugat it Turk SSRI de ilk defe Xalid Seid terefinden Azerbaycan diline tercume edilib Xalid Seid ise Kasqarli Divan inin sadece ereb dilinden Azerbaycan turkcesine tercumesini gerceklesdirmekle kifayetlenmeyib turkologiyanin cagdas prinsipleri baximindan eserin ilk izahli elmi tercumesini yaradib 1936 ci ilde Divan uzerinde isle bagli qeleme aldigi yazisinda bu barede etrafli melumat verir Divan i tercume etmek ucun ereb dilini bilmek bes etmez XI yuzillikde islenen turk sozlerinin ele hemin esrde islenen ereb sozleri ile qarsiliqli izahini muasir turkceyle vermek bir sira cetinlikler yaradacaq Xalid Seide gore kitab turk sozleri lugeti adlansa da onun mezmunu adinin ifade etdiyi anlayisdan daha genis menalari ehtiva edir tekce sozlerin izahi ile kifayetlenmir hem de turk etnoqrafiyasi morfologiya turk dilleri arasindaki ferqler o dovrde movcud olan basqa diller ve s barede aydin tesevvur yaradir Tercume isine 1935 ci ilde baslayan Xalid Seid Kasqarli Divan ini 1939 41 ci illerde Turkiye turkcesine tercume eden i da qabaqlayib Bunu 1939 ilde Divan in Turkiye nesrine yazdigi on sozde Atalay ozu de etiraf etmisdi Ziya Bunyadov lugetin tercumesi barede bunlari demisdir Xalid Seidin en boyuk eseri Mahmud Kasqarinin meshur lugetinin tercumesi idi Teessuf ki Xocayevin minnetdar sagirdleri oz muellimlerinin eserini ele adamlara aid edirler ki onlar 30 cu illerde Mahmud Kasqarinin varligi barede bele hec ne bilmirdiler Bu zaman Xalid Seidi xos sozle xatirlamagi bele ona cox gorurduler Divanin tercumesi ile bagli muhum bir sened Xalid Seidin istintaq isine elave olunmus mektubudur Bele ki Divan in Xalid Seid terefinden hem de kumik ve qaracay balkar dillerine cevrilmesini isteyen ve bu munasibetle Xocayeve mektub gonderen Kabardin Balkar Vilayet Partiya Komitesinin katibi Kumikovun sorgusuna yazdigi cavab mektubunda 1 iyun 1937 ci il Xalid Seid bildirirdi ki Istanbulda tapilmis Divan la bagli calismalara o 1935 ci il sentyabrin 1 de baslayib Xocayev tercume isini 1937 ci ilin aprelinde tamamladigini iyulun 1 de ise eseri elmi redakte ucun Leninqrada akademik Krackovskiye ve professor Malova gondereceyini yazirdi Lakin iki gun sonra iyunun 3 de Xalid Seid hebs edildi Xalid Seidin olumunden cox sonra onun tercume eseri uze cixarildi 2023 cu ilde Azerbaycan Elmler Akademiyasinin Dilcilik Inistitutunda eserin capina baslanilmisdir Diger elmi fealiyyeti Dilciliyimizde uslubiyyata muqayiseli qrammatikaya dil tarixine dair ilk dersliklerin muelliflerindendir Sagliginda Turk dillerinin muqayiseli qrammatikasi Baki 1926 Muxtelif uslubiyyat Baki 1934 kimi eserleri nesr olunub Elmi bioqrafiyasinin tam olmayan siyahisinda Osmanli ozbek qazax dillerinin muqayiseli serfi Yeni elifba yollarinda eski xatire ve duygularim Muxteser uslubiyyat Mufessel sintaksis Uslubiyyat nezeriyyesi Turk dilinin tarixi qrammatikasi Cigatay edebiyyati haqqinda muhazireler Turk edebiyyatinin nezeriyyesi Turkustan tarixinin qisa icmali Iran dillerinin qrammatikasi Mahmud Kasqarli Divan i metninin izahli elmi tercumesi Orxon kitabelerinin izahli tedqiqi Turk mektebi ucun rus dili kimi bir qismi metbu bir qismi ise 1937 ci ilde musadire olunmus kitablar eserler ve itkin elyazmalar var Olumu1937 ci il iyunun 3 de X S Xocayev hebs edilib Hemin ilin oktyabrin 12 de son iclasda X S Xocayev Azerbaycan SSR CM nin 68 ci maddesi uzre eksinqilabi panturkist teskilatin uzvu kimi hem de Turkiyenin xeyrine kesfiyyat isi aparmis sexs damgasi ile ittiham olunaraq gullelenmeye mehkum olunub 1937 ci ilde Xalid Seid Xocayev hebs olunduqdan sonra Mahmud Kasgari divaninin 1500 sehifelik elyazmasi NKVD terefinden musadire olunub ve bu gune kimi de hemin elyazmanin taleyi qaranliq qalir Hebs edildiyi zaman isgenceler altinda 1918 ci ilde Genceye Turkiyeden panturkistlerin lideri Ebdulresid Ibrahimovun tesebbusu ile Nuru Pasanin qosununun terkibinde gonderil diyini etiraf etmisdi Bundan basqa o istintaqa meqsedinin Turan dovletini yeni birlesmis turk tatar dovleti ni qurmaq oldugunu da bildirmisdi 1954 cu ilin dekabrinda S R Xocayeva heyat yoldasi X S Xocayevin isine yeniden baxilmasini xahis edib SSRI Ali Mehkemesi Herbi Kollegiyasinin 16 may 1957 ci il qerarina gore 1937 ci il oktyabrin 12 de cixarilan hokm legv olunub ve cinayet terkibi olmadigina gore ise xitam verilib Hemcinin baxBekir CobanzadeIstinadlarAzer Turan Sirli seyfin tilsimini kim qiracaq yaxud Divanu Lugat it Turk un Azerbaycanda ilk tercumesi niye uze cixarilmir edebiyyatqazeti az 2024 03 03 tarixinde Istifade tarixi 3 mart 2024 Azer Turan Sirli seyfin seksen alti illik tilsimi qirildi Xalid Seid Xocayevin tercume etdiyi Divanu luget it turk nesre hazirlanir edebiyyatqazeti az 11 12 aprel 2023 2024 03 03 tarixinde Istifade tarixi 3 mart 2024 Bu eserin tercumesi niye uze cixarilmir Azer Turan yazir Kulis az az 2024 02 05 tarixinde Istifade tarixi 2024 02 05 Azer Turan Xalid Seid Xocayev sehid turksunas Baki 2009 Xarici kecidlerXalid Seid efendi Mahmud Kasgarlinin Divan ini Azerbaycan turkcesine ceviren meshur turkoloq olu kecid