Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Qarasuvbazar, Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922).
Bəkir Çobanzadə | |
---|---|
Bəkir Vahab oğlu Çobanzadə | |
Doğum tarixi | 27 may 1893 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 oktyabr 1937 (44 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | türkologiya dilçilik |
Elmi dərəcəsi | professor |
Elmi adı | |
İş yeri | |
Təhsili | Eötvöş Lorand Universiteti |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şeirlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan "Şərq" qəzetinin redaktoru olmuşdur (1919). "Krım", "Göy kitab" (İstanbul) məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilmişdir (1918–1919). Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir. Sonralar "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cavbək", "Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunmuşdur.
Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş (1920–1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışmışdır. Krım universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Eyni zamanda Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirmişdir. Krım universitetinin rektoru olmuşdur. S. Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparmış, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur (1920–1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamışdır. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur (1928). Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır (1924–1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilmişdir. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi maraq dairəsinə vüsət vermişdir. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qramerin əsasları" (1932) kitablarını şərikli tərtib etmişdir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. İlk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır (1971).
Həddən artıq genişsahəli biliklərə malik, həqiqətən də fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə kimi 1937-ci ilin yanvar ayının 28-də alınır. Həmin gün "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1937-ci il oktyabrın 13-də hökm icra olunur.
Bəkir Çobanzadənin dəfn yeri məlum deyildir.
Əsərləri
- Türk dili və ədəbiyyatının tədrisi üsulu. Bakı: Azərnəşr, 1926, 264 səh.
- Türk qrameri. Bakı: Azərnəşr, 1930, 202 səh. (şərikli).
- Türk ədəbiyyatı (əski türk ədəbiyyatının xülasələri). Bakı: 1929, 81 səh.
- Türk ədəbiyyatı (xalq ədəbiyyatı xülasələri). Bakı: 1929, 51 səh.
- Qumık dili və ədəbiyyatı tədqiqləri. Bakı: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatı, 1926, 105 səh.
- Türk dili (birinci kurs). Bakı: Azərnəşr, 1929, 219 səh.
- Türk dili və ədəbiyyatının tədris üsulu. I hissə. Bakı: Azərnəşr, 1926, 264 səh.
- Türk dili və ədəbiyyatının tədris üsulu. II hissə. Bakı: Azərnəşr, 1927, 218 səh.
- Türk dili sərflərinin ümumi qüsurları. Bakı: 1925, 34 səh.
- Türk-tatar dialektolojisi. Bakı: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatı, 1927, 135 səh.
- Türk-tatar lisaniyyatına mədxəl. Bakı: Azərnəşr, 1924, 213 səh.
- Krım-tatar ədəbiyyatında qurultayçılıq və millətçilik. Bakı: Azərbaycan-Elmi Tədqiqat İnstitutunun nəşriyyatı, 1929, 33 səh.
- Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən inter-nasionalizmə. Bakı: Azərbaycan-Elmi Tədqiqat İnstitutunun nəşriyyatı, 1930, 65 səh.
- Türk-tatar lisaniyyatına mədxəl. (Ərəb qrafikalı əlifbadan latın qrafikasına çevirəni və yeni kitabın tərtibatçısı: filologiya elmləri namizədi, dosent Nuridə Novruzova). Bakı, 2006.
- Seçilmiş əsərləri. (Nəşrə hazırlayan və ön sözün müəllifi: filologiya elmləri doktoru Məmməd Adilov). I cild, Bakı, 2007.
- Seçilmiş əsərləri. (Nəşrə hazırlayan və ön sözün müəllifi: filologiya elmləri doktoru Məmməd Adilov). II cild, Bakı, 2007.
- Seçilmiş əsərləri. (Nəşrə hazırlayan: Arif Ramazanov, Tərlan Quliyev). III cild, Bakı, 2007
- Seçilmiş əsərləri. (Nəşrə hazırlayan və ön sözün müəllifi: filologiya elmləri doktoru Məmməd Adilov). IV cild, Bakı, 2007.
Mənbə
- Nuridə Novruzova. Bəkir Çobanzadə: Həyatı, elmi və pedaqoji fəaliyyəti, "Türk-tatar lisaniyyatına mədxəl" əsəri. (Doktor Bəkir Çobanzadə. Türk-tatar lisaniyyatına mədxəl. Bakı, 2006).
- Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 262.
Xarici keçidlər
- Bəkir Çobanzadənin bioqrafiyası — www.adam.az [ölü keçid]
- Türk xalqlarında mədəni inqilabın dərinləşməsinə yardımçı olan ziyalı 2008-09-20 at the Wayback Machine
- Bəkir Çobanzadə 2016-03-04 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bekir Vahab oglu Cobanzade krimtat Bekir Vaap oglu Coban zade 27 may 1893 Qarasuvbazar Tavriya quberniyasi d 13 oktyabr 1937 Baki edebiyyatsunas sair turkoloq dilsunas metnsunas Azerbaycan Yazicilar Birliyinin uzvu 1934 filologiya elmleri doktoru 1920 professor 1922 Bekir CobanzadeBekir Vahab oglu CobanzadeDogum tarixi 27 may 1893 1893 05 27 Dogum yeri Qarasuvbazar Simferopol qezasi d Tavriya quberniyasi d Rusiya imperiyasiVefat tarixi 13 oktyabr 1937 1937 10 13 44 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIElm saheleri turkologiya dilcilikElmi derecesi professorElmi adi professorIs yeri Baki Dovlet UniversitetiTehsili Eotvos Lorand Universiteti Vikianbarda elaqeli mediafayllarHeyatiBekir Cobanzade 1893 cu il mayin 15 de Krimda Tavrida vilayeti Simferopol qezasinin Qarasubazar seherinde anadan olmusdur Burada ibtidai tehsil almisdir 14 yasinda iken qeyri adi zekasi ile diqqeti celb etmisdir Dini Xeyirxahlar Cemiyyeti onu Turkiyeye Qalatasaray liseyi Sultaniyye ye tehsilini davam etdirmeye gondermisdir 1908 1918 Ilk seirlerini Anan harda poemasini telebelik dovrunde qeleme almisdir Istanbul Universiteti nezdinde olan ucillik ali kursda ereb ve fars dillerini mukemmel oyrenmisdir Turkiyede Musteqil tatar Krimi ideyalari ile yasayan genclerden ibaret Krim tatar telebe cemiyyeti nin yaradicilarindan ve rehberlerinden olmusdur Sonra Budapest universitetinin tarix filologiya fakultesinde turk ereb ve macar filologiyasi ile yaxindan tanis olmus doktorluq dissertasiyasi mudafie etmisdir Budapestde turk dilinde cixan Serq qezetinin redaktoru olmusdur 1919 Krim Goy kitab Istanbul mecmuelerinde ve Serq qezetinde seirleri derc edilmisdir 1918 1919 Bu dovrde Turkiye Krim Orta Asiya ve Rusiya dovri metbuatinda ictimai siyasi elmi meqalelerini muxtelif imzalarla cap etdirmisdir Sonralar Turk ensiklopediyasi nda Coban oglu Bekir Baybek Bekir Cavbek Bekir Yaybek Coban oglu Bekir Sidqi imzalari ile meqaleleri derc olunmusdur Ebdurrehim bey Haqverdiyev ve Bekir Cobanzade heyat yoldaslari ile birlikde Leninqrad 1925 Vetene qayitdiqdan sonra Krim inqilabi komitesinin reisi Krim Maarif Komissarliginda tatar lisaniyyati ve edebiyyati sobesinin mudiri olmus 1920 1922 eyni zamanda ali mekteblerde elmi tedqiqat institutlarinda calismisdir Krim universitetinde Serq fakultesinin professoru kimi krim tatar dili ve edebiyyatindan muhazireler oxumusdur Eyni zamanda Krim Merkezi Icraiyye Komitesinin uzvu kimi ictimai fealiyyetini davam etdirmisdir Krim universitetinin rektoru olmusdur S Agamalioglunun deveti ile Azerbaycanda yeni elifba komitesinin sedri Yeni turk elifbasi Umumittifaq Merkezi Komitesinin rehberi teyin edilmisdir Orta Asiyada Tataristanda Basqirdistan ve Krimda latin elifbasina kecidle elaqedar is aparmis eyni zamanda Tavrid Baki Daskend Ferqane ve Buxara ali mekteblerinde turkologiyanin ayri ayri problemlerine dair muhazireler oxumusdur 1920 1936 Bu illerde Britaniya ve Erdebil nusxeleri esasinda Xetai divaninin muqayiseli metnini hazirlamisdir I Umumittifaq Turkologiya qurultayinin teskilinde feal calismisdir 1926 Turk xalqlarinin yeni elifbaya kecmesinde feal mubarize aparmis Moskvada telimatci kurslarinda muhazireler oxumusdur 1928 Azerbaycan Bas Elmi Idaresinde terminologiya komitesine rehberlik etmis eyni zamanda Azerbaycan Dovlet Universitetinin Serqsunasliq fakultesinde kafedra mudiri dekan vezifesinde calismisdir 1924 1929 Moskvada Serq xalqlari Institutunun heqiqi uzvu secilmisdir 1928 Azerbaycan Dovlet Elmi Tedqiqat Institutunun aspirantura sobesinin mudiri islemisdir 1929 SSRI EA Zaqafqaziya filiali Azerbaycan sobesinin 1932 SSRI EA Azerbaycan filialinin 1935 heqiqi uzvu secilmisdir Paris Dilcilik Cemiyyetinin uzvu olmusdur Bir sira Avropa yazicilari onun tedqiqat ve elmi maraq dairesine vuset vermisdir Nezeri filoloji irsi zengin ve coxcehetli idi Sovet Serqinde yasayan turk xalqlarinin bedii edebiyyatinin muasir edebi prosesin nezeri problemlerinin tedqiqine ve dil tarixinin yaranmasinda teqdirelayiq xidmetleri olmusdur O bir sira monoqrafik eserlerle yanasi Turk dilinin metodikasi 1932 Elmi qramerin esaslari 1932 kitablarini serikli tertib etmisdir Elmi meqaleleri ve bedii eserleri dovri metbuatda muntezem cap olunmusdur Ilk seirler mecmuesi ozbek dilinde kutlevi tirajla buraxilmisdir 1971 Hedden artiq genissaheli biliklere malik heqiqeten de fantastik derecede mehsuldar olan bu yaradici yolun qarsisi sert bir mengene demir perde kimi 1937 ci ilin yanvar ayinin 28 de alinir Hemin gun Qornyak sanatoriyasinda xanimi ile dincelen professor hebs edilib Pyatiqorsk turmesine oradan da Azerbaycan SSR Daxili Isler Xalq Komissarliginin tecridxanasina getirilir Oktyabrin 12 de texminen 15 deqiqelik mehkemeden sonra ona olum hokmu kesilir 1937 ci il oktyabrin 13 de hokm icra olunur Bekir Cobanzadenin defn yeri melum deyildir EserleriTurk dili ve edebiyyatinin tedrisi usulu Baki Azernesr 1926 264 seh Turk qrameri Baki Azernesr 1930 202 seh serikli Turk edebiyyati eski turk edebiyyatinin xulaseleri Baki 1929 81 seh Turk edebiyyati xalq edebiyyati xulaseleri Baki 1929 51 seh Qumik dili ve edebiyyati tedqiqleri Baki Azerbaycani Tedqiq ve Tetebbo Cemiyyetinin nesriyyati 1926 105 seh Turk dili birinci kurs Baki Azernesr 1929 219 seh Turk dili ve edebiyyatinin tedris usulu I hisse Baki Azernesr 1926 264 seh Turk dili ve edebiyyatinin tedris usulu II hisse Baki Azernesr 1927 218 seh Turk dili serflerinin umumi qusurlari Baki 1925 34 seh Turk tatar dialektolojisi Baki Azerbaycani Tedqiq ve Tetebbo Cemiyyetinin nesriyyati 1927 135 seh Turk tatar lisaniyyatina medxel Baki Azernesr 1924 213 seh Krim tatar edebiyyatinda qurultayciliq ve milletcilik Baki Azerbaycan Elmi Tedqiqat Institutunun nesriyyati 1929 33 seh Azeri edebiyyatinin yeni dovru nasionalizmden inter nasionalizme Baki Azerbaycan Elmi Tedqiqat Institutunun nesriyyati 1930 65 seh Turk tatar lisaniyyatina medxel Ereb qrafikali elifbadan latin qrafikasina cevireni ve yeni kitabin tertibatcisi filologiya elmleri namizedi dosent Nuride Novruzova Baki 2006 Secilmis eserleri Nesre hazirlayan ve on sozun muellifi filologiya elmleri doktoru Memmed Adilov I cild Baki 2007 Secilmis eserleri Nesre hazirlayan ve on sozun muellifi filologiya elmleri doktoru Memmed Adilov II cild Baki 2007 Secilmis eserleri Nesre hazirlayan Arif Ramazanov Terlan Quliyev III cild Baki 2007 Secilmis eserleri Nesre hazirlayan ve on sozun muellifi filologiya elmleri doktoru Memmed Adilov IV cild Baki 2007 MenbeNuride Novruzova Bekir Cobanzade Heyati elmi ve pedaqoji fealiyyeti Turk tatar lisaniyyatina medxel eseri Doktor Bekir Cobanzade Turk tatar lisaniyyatina medxel Baki 2006 Ferrux Rustemov Azerbaycan pedaqogikasunasligi Baki Elm ve tehsil 2016 seh 262 Xarici kecidlerVikianbarda Bekir Cobanzade ile elaqeli mediafayllar var Bekir Cobanzadenin bioqrafiyasi www adam az olu kecid Turk xalqlarinda medeni inqilabin derinlesmesine yardimci olan ziyali 2008 09 20 at the Wayback Machine Bekir Cobanzade 2016 03 04 at the Wayback Machine