Vəzir Orucov (26 dekabr 1956, Xoruzlu, Mirbəşir rayonu – 22 mart 1993, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Vəzir Orucov | |
---|---|
Vəzir Surxay oğlu Orucov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 dekabr 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1993 (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1990–1993 |
Rütbəsi | hərbi qulluqçu |
Döyüşlər | |
Təltifləri |
Həyatı
Erkən illəri
Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Laçın rayonu ərazisindən deportasiya olunmuşdu. O, kürd mənşəlidir. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin şəhərinə köçmüşdü.
Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır.Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.
2015-ci il 28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:
Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi. Çox çirkli, balıq iyi verən bir buşlat geyinirdi. |
Həsənqaya, Köyarx, Madagiz, , Sərsəng su anbarı, , kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi. Nevzorovun sözlərinə görə, Qarabağ müharibəsi zamanı erməni silahlıları Sərsəng su anbarının yerləşdiyi vadiyə hücum ediblər, yüzlərlə insanı qətlə yetiriblər, darmadağın ediblər:
Əsas qüvvələr insanları ön xətdən çıxarmağa çalışırdılar. Adamlar avtobusa minmək üçün dava edirdilər. Belə bir məqamda birdən bir adam gördüm. O, UAZ-a oturub mühərriki işə saldı. Arxa cəbhəyə yox, atışma gedən istiqamətə sürməyə hazırlaşırdı. Hansı ki, orada əsl cəhənnəm idi, insanlar öldürülmüşdü, 500 meyit üst-üstə yığılmışdı. Ermənilərin hücum etdiyi bu yerdə hər şey yanırdı, partlayırdı... |
Orucov oraya Nevzorovla birgə yaralılara yardım etmək üçün getmişdi. Ermənilərin muzdla tutduğu Pskov desantları onları tutub, UAZ-dan yerə düşürdüb güllələmək istəyirdilər. Lakin Pskov desantlarından biri Nevzorovu tanıdığından, onunla razılaşdılar və özününkülərə xəbər verdilər ki, indi bir azərbaycanlı qaçıb gedəcək və ona güllə atmaq olmaz. Nevzorov sonra baş verən hadisələrin belə xatırlayır:
Vəzir isə qaçmadı. O, partladılmış maşınında qurdalanıb öz silahını tapdı. Sonra da mənimlə əl verib görüşəndən sonra çıxıb getdi. O, elə addımlayırdı ki, Şekspirin heç bir qəhrəmanı elə gedə bilməzdi. O, kürəyini arxaya çevirib sakitcə getməklə sübut edirdi ki, heç vaxt düşmən qarşısından qaçmayacaq. Heç güllə səsi eşidəndə də addımlarını sürətləndirmədi. Güllələri isə göyə, salyut kimi atırdılar. |
1992-ci ilin avqust ayında, Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur. Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi.Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın "Arabo" batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində "Arabo" batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.
1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə düşmən tankını vurmaq istəyərkən ağır yaralanmışdır. Orucovun döyüş yoldaşı və Tərtər rayonunun "Qarabağ əlilləri cəmiyyəti, veteranları, şəhid ailələri" İctimayi Birliyinin sədri olan 2-ci qrup Qarabağ əlili Sulidin Yusifov onu belə xatırlayır:
Vəzir göstəriş verdi ki, biz Çıldıran yüksəkliyinə qalxmalıyıq. Ermənilər bütün yüklərini, avtomat patronları, nə varsa qoyub qaçmışdılar. Nəcməddin Sadıkov bir yüksəklikdə idi, Vəzir başqa yüksəklikdə. Vəzir, N.Sadıkova deyəndə ki, mən artıq filan yüksəklikdəyəm, Sadıqov ağlamışdı və afərin demişdi. |
Müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır. O, hospitaldan çıxıb 1992-ci il 11 dekabrda — öz ad gününü Rusiyada yaşayan ailəsi ilə birgə keçirmək üçün Arxangelskə gedir.
Ölümü
Keçmiş Ağdərə rayonunda Qlobus yüksəkliyi istiqamətində yüksək çinli azərbaycanlının hava rabitəsi vasitəsilə ermənilərlə danışdığını görən Vəzir Orucov onun yaxasından tutub təhqir edir və bunun cəzasını alacağını bildirir. Daha sonra isə bir zabitin Canyataq-Gülyataq kəndləri yaxınlığında ermənilərlə kabab yediyinin şahidi olan Orucov qarşısına məqsəd qoyur ki, nəyin bahasına olur-olsun düşmənə strateji döyüş üstünlüyü yaradan "Qlobus"u ələ keçirsin. 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur.Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şəxsi həyatı
Ailəli idi, Camal adlı oğlu var.
İrsi
2015-ci ildə Tərtər şəhərindəki Veteranlar bağında Vəzir Orucovun büstü ucaldılmışdır. Həmin il 3 iyulda isə Tərtər şəhərində Vəzir Orucovun adına küçə verilmişdi. Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifov, Tərtər batalyonunun keçmiş qərargah rəisi və Orucovun döyüşçü dostu Pənah Məmmədov, Milli Qəhrəmanın anası Mahı Orucova, qardaşı Dadaş Orucov, Əsgər Ailələri İctimai Birliyinin sədri Mətanət Əsədova, Müharibə Veteranları Qadınlarına Yardım İctimai Birliyinin sədri Radə Abbas və başqaları çıxış etmişlər.
Ədəbiyyatda
Şair Sərraf Şiruyə Vəzir Orucovun həyatı və döyüş yoluna həsr etdiyi iri həcmli "Vətən sənə oğul dedi" adlı poemasının epiloqunun ilk bəndində yazır:
İnamınla, qeyrətinlə, hünərinlə, cürətinlə,
Sən vətənin yer-göyünü öpdün, Vəzir!
Avtomatı sıxdın döşə,
Dəmir paltar geydin, Vəzir!
"Vətən sənə oğul dedi", Şiruyə Həsənoğlu
Təltif və mükafatları
Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
- 1993 — Azərbaycanın Milli Qəhrəmanı
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- . 2017-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
- Küskün, Nuşirəvan. "Qəhrəman kürd oğlu Vəzir". Diplomat (az.). 9 (9). yanvar 2004. səh. 2.
- Zahidoğlu, Teymur. . news.lent.az. news.lent.az. 22 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
- "Известный российский журналист об одном из героев нагорно-карабахской войны". cbc.az. CBC. İstifadə tarixi: 29 December 2015.[ölü keçid]
- . yknews.az. yknews.az. Archived from the original on 2022-09-25. İstifadə tarixi: 17 iyun 2016.
- . etatist.com. etatist.com. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
- Kazımova, Solmaz. . news.lent.az. news.lent.az. 23 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 December 2015.
- Quliyev, Lazım. "Tərtərdə küçəyə Milli Qəhrəmanın adı verildi". www.anl.az. Azərbaycan (qəzet). 7. 22 February 2017 tarixində . İstifadə tarixi: 29 December 2015.
- Şiruyə Həsənoğlu. "Vətən sənə oğul dedi" poeması, "Ağlama bülbül, ağlama". Bakı: Gəncə, 1994. səh. 303.
- "Milli qəhrəman Eldar Həsənov və Vəzir Orucovun doğum günüdür". salamnews.org. salamnews.org. 23 November 2018 tarixində . İstifadə tarixi: 29 December 2015.
Ədəbiyyat
- Şiruyə Həsənoğlu. Ağlama bülbül, ağlama. Bakı: Gəncə, 1994. ("Vətən sənə oğul dedi" poeması) səh. 246–304.
- Sərraf Şiruyə. Tərtərin yaralı cəngavərləri. Bakı: Hüquq Ədəbiyyatı, 2006. ("Vətən sənə oğul dedi" poeması) səh. 186–254.
- Tofiq Yusif. Ölümlə üz-üzə. Bakı: Hüquq Ədəbiyyatı, 2008. ("Əfsanəvi qəhrəman" oçerki) səh. 12–19.
- Sərraf Şiruyə. Seçilmiş əsərləri. II cild. Bakı: Nurlan, 2008. ("Vətən sənə oğul dedi" poeması) səh. 125–204.
- Tofiq Yusif. "MƏN"sizləşmə fəlakəti. Bakı: Nurlan, 2009, ("Əfsanəvi qəhrəman" oçerki) səh. 92–100.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: Dərələyəz-M, 2010, səh. 235–236.
Xarici keçidlər
- Milli Qəhrəman Vəzir Orucov haqqinda film çəkilir
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vezir Orucov 26 dekabr 1956 Xoruzlu Mirbesir rayonu 22 mart 1993 Qlobus yuksekliyi Terter rayonu Azerbaycanin Milli Qehremani Birinci Qarabag muharibesi istirakcisi sehid Vezir OrucovVezir Surxay oglu OrucovSexsi melumatlarDogum tarixi 26 dekabr 1956 1956 12 26 Dogum yeri Xoruzlu Mirbesir rayonu Azerbaycan SSR SSRIVefat tarixi 22 mart 1993 1993 03 22 36 yasinda Vefat yeri Qlobus yuksekliyi Terter rayonu AzerbaycanVefat sebebi SehidVetendasligi SSRI AzerbaycanHerbi fealiyyetiMensubiyyeti Azerbaycan OrdusuXidmet illeri 1990 1993Rutbesi herbi qulluqcuDoyusler Birinci Qarabag muharibesiTeltifleriHeyatiErken illeri Vezir Orucov 26 dekabr 1956 ci ilde Terter rayonunun Xoruzlu kendinde anadan olmusdur 1949 cu ilde atasi Surxay ailesi ile birge Lacin rayonu erazisinden deportasiya olunmusdu O kurd menselidir Orta tehsilini Xoruzlu kend orta mektebinde almis 1974 cu ilde daxil olmusdu 1975 ci ilde herbi xidmete cagrilmis 1977 ci ilde ordudan terxis olunaraq yarimciq qalmis orta ixtisas tehsilini davam etdirmisdir 1984 cu ilde Orucov Rusiyanin Arxangelsk vilayetinin seherine kocmusdu Qarabag muharibesi ve doyuslerde istiraki 1992 ci ilde Xocali soyqirimini esidib Azerbaycana qayidaraq may ayinin 4 de Terter ozunumudafie batalyonuna daxil olmusdu Orucov siravi doyuscu kimi mubarizeye baslasa da komandirlik bacarigina gore qisa zamanda batalyon komandirinin muavini vezifesine qeder yukselmisdi O geldiyi gun Terter seherine getmek adi ile evden cixir Sixarx istiqametinde qarsisina cixan bir nefer yarali polis emekdasinin silahini goturub hec kime hec ne demeden Agdere ugrunda geden doyuse qatilir Hemin axsam bir diri ermeni esgerini ve silahini goturub geri qayidir Esiri yerli ozunumudafie batalyonunun qerargahina tehvil verir emanet olan avtomati ise soz verdiyi kimi sahibine qaytarir Oradan ise birbas evlerine gelir ve anasina deyir ki daha onun yolunu gozlemesin 2015 ci il 28 dekabrda Rusiya jurnalisti ve nasiri Aleksandr Nevzorovun Qarabag munaqisesi barede xatirelerini boluserken Vezir Orucov haqqinda bu fikirleri seslendirib Hec kim incimesin ancaq menim indiyedek tanidigim en cesur insan azerbaycanli olub Onun adi Vezir idi O digerlerinden hec ne ile ferqlenmirdi Cox cirkli baliq iyi veren bir buslat geyinirdi Hesenqaya Koyarx Madagiz Serseng su anbari kendleri ugrunda geden doyuslerde Vezir Orucov sucaet gostererek dusmenin bir cox planini puc etmisdi Nevzorovun sozlerine gore Qarabag muharibesi zamani ermeni silahlilari Serseng su anbarinin yerlesdiyi vadiye hucum edibler yuzlerle insani qetle yetiribler darmadagin edibler Esas quvveler insanlari on xetden cixarmaga calisirdilar Adamlar avtobusa minmek ucun dava edirdiler Bele bir meqamda birden bir adam gordum O UAZ a oturub muherriki ise saldi Arxa cebheye yox atisma geden istiqamete surmeye hazirlasirdi Hansi ki orada esl cehennem idi insanlar oldurulmusdu 500 meyit ust uste yigilmisdi Ermenilerin hucum etdiyi bu yerde her sey yanirdi partlayirdi Orucov oraya Nevzorovla birge yaralilara yardim etmek ucun getmisdi Ermenilerin muzdla tutdugu Pskov desantlari onlari tutub UAZ dan yere dusurdub gullelemek isteyirdiler Lakin Pskov desantlarindan biri Nevzorovu tanidigindan onunla razilasdilar ve ozununkulere xeber verdiler ki indi bir azerbaycanli qacib gedecek ve ona gulle atmaq olmaz Nevzorov sonra bas veren hadiselerin bele xatirlayir Vezir ise qacmadi O partladilmis masininda qurdalanib oz silahini tapdi Sonra da menimle el verib gorusenden sonra cixib getdi O ele addimlayirdi ki Sekspirin hec bir qehremani ele gede bilmezdi O kureyini arxaya cevirib sakitce getmekle subut edirdi ki hec vaxt dusmen qarsisindan qacmayacaq Hec gulle sesi esidende de addimlarini suretlendirmedi Gulleleri ise goye salyut kimi atirdilar 1992 ci ilin avqust ayinda Orucov Serseng su anbarinda kesfiyyatda olmusdur Onun etrafinda 30 nefer PK pulemyotu ile silahlanmis kesfiyyatci var idi Serdar Hemidovun destesi onden Orucovun ise kesfiyyat qrupu ile dusmenin arxasindan herekete kecmisdi Ermenistanin Arabo batalyonu hemin gun boyuk itkiler vermis ve bu ugurlu emeliyyatin neticesinde Arabo batalyonunun qirilmasina gore Ermenistan 3 gun matem elan etmisdi 1 sentyabr 1992 ci ilde Cildiran kendi ugrunda geden doyusde dusmen tankini vurmaq isteyerken agir yaralanmisdir Orucovun doyus yoldasi ve Terter rayonunun Qarabag elilleri cemiyyeti veteranlari sehid aileleri Ictimayi Birliyinin sedri olan 2 ci qrup Qarabag elili Sulidin Yusifov onu bele xatirlayir Vezir gosteris verdi ki biz Cildiran yuksekliyine qalxmaliyiq Ermeniler butun yuklerini avtomat patronlari ne varsa qoyub qacmisdilar Necmeddin Sadikov bir yukseklikde idi Vezir basqa yukseklikde Vezir N Sadikova deyende ki men artiq filan yukseklikdeyem Sadiqov aglamisdi ve aferin demisdi Mualice olunaraq yeniden 2 noyabr 1992 ci ilde cebheye qayitmisdir O hospitaldan cixib 1992 ci il 11 dekabrda oz ad gununu Rusiyada yasayan ailesi ile birge kecirmek ucun Arxangelske gedir Olumu Baki seherinin Sehidler xiyabaninda Vezir Orucovun mezari Kecmis Agdere rayonunda Qlobus yuksekliyi istiqametinde yuksek cinli azerbaycanlinin hava rabitesi vasitesile ermenilerle danisdigini goren Vezir Orucov onun yaxasindan tutub tehqir edir ve bunun cezasini alacagini bildirir Daha sonra ise bir zabitin Canyataq Gulyataq kendleri yaxinliginda ermenilerle kabab yediyinin sahidi olan Orucov qarsisina meqsed qoyur ki neyin bahasina olur olsun dusmene strateji doyus ustunluyu yaradan Qlobus u ele kecirsin 22 mart 1993 cu ilde Agderenin Qlobus yuksekliyi ugrunda geden agir doyusde qehremancasina helak olmusdur Baki seherinin Sehidler xiyabaninda defn edilmisdir Sexsi heyati Aileli idi Camal adli oglu var Irsi2015 ci ilde Terter seherindeki Veteranlar baginda Vezir Orucovun bustu ucaldilmisdir Hemin il 3 iyulda ise Terter seherinde Vezir Orucovun adina kuce verilmisdi Merasimde Qarabag Muharibesi Elilleri Veteranlari ve Sehid Aileleri Ictimai Birliyi Terter rayon sobesinin sedri Suliddin Yusifov Terter batalyonunun kecmis qerargah reisi ve Orucovun doyuscu dostu Penah Memmedov Milli Qehremanin anasi Mahi Orucova qardasi Dadas Orucov Esger Aileleri Ictimai Birliyinin sedri Metanet Esedova Muharibe Veteranlari Qadinlarina Yardim Ictimai Birliyinin sedri Rade Abbas ve basqalari cixis etmisler Edebiyyatda Sair Serraf Siruye Vezir Orucovun heyati ve doyus yoluna hesr etdiyi iri hecmli Veten sene ogul dedi adli poemasinin epiloqunun ilk bendinde yazir Inaminla qeyretinle hunerinle curetinle Sen vetenin yer goyunu opdun Vezir Avtomati sixdin dose Demir paltar geydin Vezir Veten sene ogul dedi Siruye HesenogluTeltif ve mukafatlariAzerbaycan Respublikasin Prezidentinin 27 mart 1993 cu il tarixli 495 sayli Fermani ile Orucov Vezir Surxay ogluna olumunden sonra Azerbaycanin Milli Qehremani adi verilmisdir 1993 Azerbaycanin Milli QehremaniIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir 2017 05 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 04 08 Kuskun Nusirevan Qehreman kurd oglu Vezir Diplomat az 9 9 yanvar 2004 seh 2 Zahidoglu Teymur news lent az news lent az 22 February 2018 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 29 December 2015 Izvestnyj rossijskij zhurnalist ob odnom iz geroev nagorno karabahskoj vojny cbc az CBC Istifade tarixi 29 December 2015 olu kecid yknews az yknews az Archived from the original on 2022 09 25 Istifade tarixi 17 iyun 2016 etatist com etatist com 4 March 2016 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 29 December 2015 Kazimova Solmaz news lent az news lent az 23 February 2017 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 29 December 2015 Quliyev Lazim Terterde kuceye Milli Qehremanin adi verildi www anl az Azerbaycan qezet 7 22 February 2017 tarixinde Istifade tarixi 29 December 2015 Siruye Hesenoglu Veten sene ogul dedi poemasi Aglama bulbul aglama Baki Gence 1994 seh 303 Milli qehreman Eldar Hesenov ve Vezir Orucovun dogum gunudur salamnews org salamnews org 23 November 2018 tarixinde Istifade tarixi 29 December 2015 EdebiyyatSiruye Hesenoglu Aglama bulbul aglama Baki Gence 1994 Veten sene ogul dedi poemasi seh 246 304 Serraf Siruye Terterin yarali cengaverleri Baki Huquq Edebiyyati 2006 Veten sene ogul dedi poemasi seh 186 254 Tofiq Yusif Olumle uz uze Baki Huquq Edebiyyati 2008 Efsanevi qehreman ocerki seh 12 19 Serraf Siruye Secilmis eserleri II cild Baki Nurlan 2008 Veten sene ogul dedi poemasi seh 125 204 Tofiq Yusif MEN sizlesme felaketi Baki Nurlan 2009 Efsanevi qehreman ocerki seh 92 100 Vuqar Esgerov Azerbaycanin Milli Qehremanlari Yeniden islenmis II nesr Baki Dereleyez M 2010 seh 235 236 Xarici kecidlerMilli Qehreman Vezir Orucov haqqinda film cekilir