951 yüksəkliyi və ya Qlobus yüksəkliyi — Azərbaycan Respublikası Tərtər rayonu ərazisində, Kiçik Qafqaz dağ sisteminin Murovdağ dağ silsiləsində yerləşən yüksəklik. Yüksəkliyin mütləq hündürlüyü 951 metr təşkil edir. Yüksəklik Tərtər rayonunun Suqovuşan, Təpəkənd və Dəstəgül kəndləri arasında, Suqovuşan su anbarının cənub-qərbində yerləşir. Yüksəklik strateji əhəmiyyət daşıyır və Qarabağ münaqişəsi dövründə bir neçə dəfə döyüşlərə şahidlik etmişdi.
951 yüksəkliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Murovdağ |
Mütləq hündürlüyü | 951 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Region |
|
Rayon | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
Yüksəkliyin adı xəritələrdə rəsmi olaraq "951 yüksəkliyi" kimi gedir. Bu, yüksəkliyin mütləq hündürlüyünün 951 metr olması ilə əlaqədardır. Qeyri-rəsmi mənbələr və yerli xalq arasında yüksəkliyin adı "Qlobus" olaraq keçir. Yüksəkliyə niyə bu adın verilməsi ilə bağlı rəsmi məlumat olmasa da, yüksəkliyin nisbətən yumru şəkildə olması və qlobus formasına oxşaması yüksəkliyin yerli xalq arasında belə adlandırılması ehtimallarından biridir.[]
Tarixi
Yüksəkliyin 3 yaşayış məntəqəsi, Talış-Ağdərə yoluna və su anbarına vizual nəzarətə imkan verməsi Qarabağ müharibəsi dövründə həmin yüksəkliyin strateji əhəmiyyətini artırmışdır.[]
Birinci Qarabağ Müharibəsi zamanı yüksəklik bir neçədə dəfə əl dəyişdirib. Qarabağ müharibəsinin ilk illərində yüksəklik və ona bitişik kəndlər erməni qüvvələrinin nəzarətində olub. 1992-ci ilin iyun-iyul aylarında keçirilmiş Ağdərə əməliyyatı zamanı Talış, Suqovuşan və Təpəkənd yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, yüksəkliyə nəzarətə imkan vermişdir. 1993-cü ilin mart ayında erməni qüvvələrinin keçmiş Ağdərə rayonun şimalı istiqamətində əks hücuma keçməsi yüksəklik uğrunda döyüşlərin yenidən başlamasına səbəb olmuşdur. Yüksəklik uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov şəhid olmuşdur. 1993-cü ilin martından atəşkəs imzalanana kimi həmin yüksəklik və ətrafındakı kəndlər erməni silahlılarının nəzarətinə keçmişdir.
Yüksəklik uğrunda sonuncu döyüş İkinci Qarabağ Müharibəsi zamanı olmuşdur. Belə ki, 3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsindən sonra, yaşayış məntəqəsinin həmin yüksəklikdən erməni qüvvələri tərəfindən daimi atəş altında saxlanılmasının qarşısını alınması üçün, 9 oktyabr 2020 tarixində yüksəklik uğrunda döyüş başladı. Erməni qüvvələrinin yüksəkliyin zirvəsində istehkamların qurulması, yüksəklik boyunca elit hərbi birləşmələr və maskalanmış tankların yerləşdirməsi, əlavə olaraq Dəstəgül və Təpəkənd tərəfdən artilleriya dəstəyi verməsi yüksəkliyin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsinə imkan vermədi. Yüksəklik uğrunda döyüş Azərbaycan tərəfi 10 şəhid və 12 yaralı(ümumi 22 nəfər itki) verməsi ilə bitdi. Şəhidlərin arasında Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurahmanov da var idi. Yüksəklik uğrunda döyüşün Azərbaycan tərəfi üçün uğursuzluqla bitməsi, bu istiqamət üzrə hücum əməliyyatlarının dayandırılmasına və müharibənin sonuna kimi mövqe döyüşləri aparılmasına səbəb oldu.
2023-cü ilin sentyabrında keçirilmiş anti-terror əməliyyatından sonra qanunsuz erməni silahlı dəstələri tərksilah edilməsindən sonra 24 sentyabr 2023 tarixində Ağdərə şəhəri və ətraf əraziləri Azərbaycanın nəzarətinə keçib. Tərksilah prosesinin aparılmasına baxmayaraq, qanunsuz erməni silahlıları 28 sentyabr 2023 tarixinə kimi Qlobus yüksəkliyi istiqamətində silahlı müqaviməti etdirirdilər. 28 sentyabr tarixindən etibarən Qondarma Dağlıq Qarabağ Respublikası özünü de-fakto buraxandan sonra ərazidə olan sonuncu qanunsuz erməni hərbi birləşmələri və əhalinin ərazini tərk etməsi ilə yüksəklik və erməni nəzarətində olmuş ona bitişik ərazilər Azərbaycanın tam nəzarətinə keçib.
Həmçinin bax
İstinadlar
- "Yüksəklik 951". wikimapia.org. 2023-09-26 tarixində . İstifadə tarixi: 2023-09-26.
- "Müdafiə Nazirliyinin məlumatı, mart 1993". 2023-09-26 tarixində . İstifadə tarixi: 2023-09-26.
- "Arxivlənmiş surət". 2018-02-22 tarixində . İstifadə tarixi: 2023-09-26.
- "Polkovnik-leytenant Əfqan Abdurahmanov necə şəhid oldu". modern.az. 2023-08-20 tarixində . İstifadə tarixi: 2023-09-26.
- "Ağdərə əməliyyatı (Lüləsaz-Levonarx cəbhəsi)". top-center.org. 2023-08-20 tarixində . İstifadə tarixi: 2023-09-26.
- "Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?". referans.az. 2023-09-26 tarixində . İstifadə tarixi: 2023-09-26.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
951 yuksekliyi ve ya Qlobus yuksekliyi Azerbaycan Respublikasi Terter rayonu erazisinde Kicik Qafqaz dag sisteminin Murovdag dag silsilesinde yerlesen yukseklik Yuksekliyin mutleq hundurluyu 951 metr teskil edir Yukseklik Terter rayonunun Suqovusan Tepekend ve Destegul kendleri arasinda Suqovusan su anbarinin cenub qerbinde yerlesir Yukseklik strateji ehemiyyet dasiyir ve Qarabag munaqisesi dovrunde bir nece defe doyuslere sahidlik etmisdi 951 yuksekliyiYuksekliyin Suqovusandan gorunusuUmumi melumatlarDag sistemi Kicik QafqazDag silsilesi MurovdagMutleq hundurluyu 951 mYerlesmesi40 18 30 sm e 46 43 33 s u Olke AzerbaycanRegion QarabagRayon Terter951 yuksekliyi Vikianbarda elaqeli mediafayllarAdiYuksekliyin adi xeritelerde resmi olaraq 951 yuksekliyi kimi gedir Bu yuksekliyin mutleq hundurluyunun 951 metr olmasi ile elaqedardir Qeyri resmi menbeler ve yerli xalq arasinda yuksekliyin adi Qlobus olaraq kecir Yuksekliye niye bu adin verilmesi ile bagli resmi melumat olmasa da yuksekliyin nisbeten yumru sekilde olmasi ve qlobus formasina oxsamasi yuksekliyin yerli xalq arasinda bele adlandirilmasi ehtimallarindan biridir menbe gosterin TarixiYuksekliyin 3 yasayis menteqesi Talis Agdere yoluna ve su anbarina vizual nezarete imkan vermesi Qarabag muharibesi dovrunde hemin yuksekliyin strateji ehemiyyetini artirmisdir menbe gosterin Birinci Qarabag Muharibesi zamani yukseklik bir necede defe el deyisdirib Qarabag muharibesinin ilk illerinde yukseklik ve ona bitisik kendler ermeni quvvelerinin nezaretinde olub 1992 ci ilin iyun iyul aylarinda kecirilmis Agdere emeliyyati zamani Talis Suqovusan ve Tepekend yasayis menteqelerinin Azerbaycan Ordusunun nezaretine kecmesi yuksekliye nezarete imkan vermisdir 1993 cu ilin mart ayinda ermeni quvvelerinin kecmis Agdere rayonun simali istiqametinde eks hucuma kecmesi yukseklik ugrunda doyuslerin yeniden baslamasina sebeb olmusdur Yukseklik ugrunda geden doyuslerde Azerbaycanin Milli Qehremani Vezir Orucov sehid olmusdur 1993 cu ilin martindan ateskes imzalanana kimi hemin yukseklik ve etrafindaki kendler ermeni silahlilarinin nezaretine kecmisdir Yukseklik ugrunda sonuncu doyus Ikinci Qarabag Muharibesi zamani olmusdur Bele ki 3 oktyabr 2020 ci ilde Suqovusanin azad edilmesinden sonra yasayis menteqesinin hemin yukseklikden ermeni quvveleri terefinden daimi ates altinda saxlanilmasinin qarsisini alinmasi ucun 9 oktyabr 2020 tarixinde yukseklik ugrunda doyus basladi Ermeni quvvelerinin yuksekliyin zirvesinde istehkamlarin qurulmasi yukseklik boyunca elit herbi birlesmeler ve maskalanmis tanklarin yerlesdirmesi elave olaraq Destegul ve Tepekend terefden artilleriya desteyi vermesi yuksekliyin Azerbaycan Ordusu terefinden ele kecirilmesine imkan vermedi Yukseklik ugrunda doyus Azerbaycan terefi 10 sehid ve 12 yarali umumi 22 nefer itki vermesi ile bitdi Sehidlerin arasinda Veten Muharibesi Qehremani polkovnik leytenant Efqan Abdurahmanov da var idi Yukseklik ugrunda doyusun Azerbaycan terefi ucun ugursuzluqla bitmesi bu istiqamet uzre hucum emeliyyatlarinin dayandirilmasina ve muharibenin sonuna kimi movqe doyusleri aparilmasina sebeb oldu 2023 cu ilin sentyabrinda kecirilmis anti terror emeliyyatindan sonra qanunsuz ermeni silahli desteleri terksilah edilmesinden sonra 24 sentyabr 2023 tarixinde Agdere seheri ve etraf erazileri Azerbaycanin nezaretine kecib Terksilah prosesinin aparilmasina baxmayaraq qanunsuz ermeni silahlilari 28 sentyabr 2023 tarixine kimi Qlobus yuksekliyi istiqametinde silahli muqavimeti etdirirdiler 28 sentyabr tarixinden etibaren Qondarma Dagliq Qarabag Respublikasi ozunu de fakto buraxandan sonra erazide olan sonuncu qanunsuz ermeni herbi birlesmeleri ve ehalinin erazini terk etmesi ile yukseklik ve ermeni nezaretinde olmus ona bitisik eraziler Azerbaycanin tam nezaretine kecib Hemcinin baxSuqovusanin azad edilmesi Vezir OrucovIstinadlar Yukseklik 951 wikimapia org 2023 09 26 tarixinde Istifade tarixi 2023 09 26 Mudafie Nazirliyinin melumati mart 1993 2023 09 26 tarixinde Istifade tarixi 2023 09 26 Arxivlenmis suret 2018 02 22 tarixinde Istifade tarixi 2023 09 26 Polkovnik leytenant Efqan Abdurahmanov nece sehid oldu modern az 2023 08 20 tarixinde Istifade tarixi 2023 09 26 Agdere emeliyyati Lulesaz Levonarx cebhesi top center org 2023 08 20 tarixinde Istifade tarixi 2023 09 26 Hami onun cesaretinden danisir Gozunden yaralanan Ceyhun kimdir referans az 2023 09 26 tarixinde Istifade tarixi 2023 09 26