Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/
Vole Şoyinka | |
---|---|
yor. Akínwándé Olúwọlé Babátúndé Ṣóyíinká | |
Doğum tarixi | 13 iyul 1934[…](89 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | dramaturq, şair, tərcüməçi, roman yazıçısı, filosof, esseist, professor, yazıçı |
Əsərlərinin dili | Britaniya ingiliscəsi |
Üzvlüyü |
|
Mükafatları | |
wolesoyinkafoundation.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı.
İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı.
Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü. Onu "Royal Kort Tietr"də işə qəbul etmişdilər. "Bataqlıq sakinləri" isə teatrda uğurla oynanmışdı. Şoyinka bu dövrdə rasizm əleyhinə yönələn "Uydurma" pyesini yazmışdı.
1959-cu ildə Nigeriyaya qayıdan dramaturq "Maska-1960" həvəskar teatrının əsasını qoymuşdu. Şoyinkanın "Meşələrin rəqsi" pyesi 1960-ci il oktyabrın 1-də ölkənin Milli müstəqillik günü şərəfinə paytaxt Laqosda göstərilmiş və böyük maraq doğurmuşdu. Ardınca həmin pyesin və "İeronim qardaşın macəraları" satirik komediyasının İbadanda uğur qazanması onu vətənində məşhurlaşdırmışdı. 1962-ci ildən o, İfe universitetində ingilis dili və ədəbiyyatını tədris edir, eyni zamanda radio və televiziya üçün pyeslər yazırdı. Şoyinkanın Avropa mədəniyyəti ilə hər hansı təmasa qarşı çıxan "neqrofillərlə" qarşıdurması da bu dövrdə başlamışdı. Dramaturqun fikrincə, yalnız qara qitənin keçmişini tərənnümlə kifayətlənmək, yeniliyə və sivilizasiyaya qarşı çıxmaqla nə isə əldə etmək mümkün deyildir.
"Şərhçilər" (1965) romanı Vole Şoyinkanın ilk nəsr əsəri idi. Müəllif ABŞ və Avropada təhsillərini başa vurub vətənə qayıdan nigeriyalı gənclərin üzləşdikləri çətinlikləri, yerli şəraitin onlara hazırladığı sürprizləri öz şəxsi təcrübəsinə əsaslanaraq inandırıcı şəkildə təsvir etmişdi. Əsər yalnız Nigeriya üçün deyil, eyni problemlərlə üzləşən digər Afrika və Asiya ölkələri üçün də səciyyəvi idi.
Nigeriyada 1967-ci ildə başlanan vətəndaş müharibəsi ərəfəsində Şoyinkanın siyasi fəallıq göstərməsi, milli qırğının qarşısını almaq üçün üsyançı tayfa başçısı Odjukvu ilə gizli şəraitdə görüşməsi və danışıqlar aparması sonda yazıçının həbsi ilə nəticələndi. Bundan əvvəl o, bir dəfə də seçki saxtakarlığı əleyhinə sərt çıxışlarına görə (1963) məhbəsə salınmışdı. Lakin amerikan və ingilis yazıçılarının etiraz aksiyaları nəticəsində iki aydan sonra azadlığa buraxılmışdı. İkinci dəfə isə Şoyinka 27 ay məhbəsdə, təkadamlıq kamerada saxlanmışdı.
Ümumi əfv nəticəsində azadlığa çıxdıqdan sonra Şoyinka İbadan universiteti yanındakı dramatik məktəbə rəhbərlik edirdi. Yazıçının Afrika despotizmini ələ salan "Konqo biçini" komediyası 1969-cu ildə tamaşaya qoyulmuşdu. Bir il sonra həmin komediya əsasında onun özünün baş rolda oynadığı bədii film çəkilmişdi. Şoyinkanın "İnsan öldü" adlı həbsxana xatirələri 1972-ci ildə Nyu-York və Londonda çap olunmuşdu. 1975-ci ildə isə müəllif Akkrada (Qana) çıxan nüfuzlu ümumafrika jurnalının – "Transition"un baş redaktorluğu təklifini qəbul etmişdi.
Nigeriyada növbəti dövlət çevrilişi və prezident Qovonanın devrilməsindən sonra Şoyinka vətənə dönmüş, İfe universitetinin professoru kimi fəaliyyətini davam etdirmişdi. Bir-birini əvəz edən iqtidarlarla münasibətini tənzimləyə bilməsə də, o, Nigeriya mədəniyyətinin, ilk növbədə milli teatrın inkişafı üçün həqiqətən, böyük işlər görmüşdü. Şoyinka ölkəsində baş verən heç bir mühüm prosesə laqeyd və seyrçi qalmırdı. Hələ 60-cı illərdə o, neft bumunun Nigeriya üçün necə fəlakətlə nəticələnəcəyi haqqında xəbərdarlıq etmişdi. Şoyinkanı düşündürən başqa bir məsələ isə Afrika ölkələrində insan haqlarının qorunması idi.
Tədricən afrikalı müəllif ölkəsinin hüdudları xaricində də tanınırdı. Bu işdə Britaniya və ABŞ-nin aparıcı universitetlərində oxuduğu mühazirələr xüsusilə mühüm rol oynamışdı. 1979-cu ildə Şoyinkanın "Ölüm və çar elçisi" pyesi Çikaqo teatrında tamaşaya qoyulmuşdu. İki il sonra isə Londonda "Aka. Uşaqlıq illəri" adlı xatirələr kitabı çap olunmuşdu. Şoyinka həm də "Məhbəs şeirləri" (1969) poetik məcmuəsinin müəllifidir. Maraqlıdır ki, o, şeirlərini doğma yoruba dilində, nəsr və dram əsərlərini isə istisnasız olaraq ingiliscə qələmə almışdı.
1986-cı ildə Vole Şoyinka "böyük mədəni perspektivə və poetikliyə malik milli teatrın yaradılmasına görə" Nobel mükafatı aldı. Laureatı "qeyri-adi dərəcədə bilikli dramaturq" adlandıran İsveç Akademiyasının üzvü Lare Yyullensten onun Afrika mənşəli və Afrika ruhlu pyeslərində ənənəvi ritual rəqslər, maskalar, pantomimlər, ritm və musiqi ilə yanaşı həm də çağdaş teatr ənənələrindən bacarıqla istifadə etməsini yüksək qiymətləndirmişdi. Vole Şoyinka isə öz Nobel mühazirəsini aparteid rejiminə qarşı barışmaz mübarizəsinə görə məhbəsdə saxlanan Cənubi Afrika lideri Nelson Mandelaya həsr etmişdi.
Vole Şoyinka son illər daha çox Avropa və Amerikada yaşayır. Lakin yazıçı yenə də vətəninin və bütünlükdə Afrika qitəsinin problemlərinə laqeyd qalmır. Onun Afrika diktatorlarını ələ salan "Kral Babu" pyesi (2001) Vole Şoyinkanın yaradıcılıq ənənələrinə sadiqliyinin daha bir təsdiqidir.
İstinadlar
- Шойинка Воле // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Wole Soyinka // Internet Broadway Database (ing.). 2000.
- http://news.acotonou.com/h/11768.html.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Vole Şoyinka (rusca)
- Wole Soyinka. All You Want to Know About
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Akinvande Vole Babatunde Soyinka ing Akinwande Oluwole Wole Soyinka 13 iyul 1934 Oqun stati Nigeriya yazicisi dramaturq sair Edebiyyat uzre Nobel mukafati laureati 1986 Vole Soyinkayor Akinwande Oluwọle Babatunde ṢoyiinkaDogum tarixi 13 iyul 1934 1934 07 13 89 yas Dogum yeri Oqun stati NigeriyaTehsili Lids Universiteti London Universiteti d Fealiyyeti dramaturq sair tercumeci roman yazicisi filosof esseist professor yaziciEserlerinin dili Britaniya ingiliscesiUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi Kral Edebiyyat Cemiyyeti d Mukafatlariwolesoyinkafoundation org Vikianbarda elaqeli mediafayllarHeyatiNigeriya dramaturqu sair ve nasir Akinvande Vole Babatunde Soyinka qara qitenin Nobel mukafati alan ilk temsilcisidir Soyinka mense etibari ile Qerbi Afrikanin yoruba tayfasindandir Bu tayfanin mifologiyaya ritual reqslere teatrlasdirilmis sehnelere bagliligi orijinal esatir ve efsaneleri Vole Soyinkanin yazici dramaturq kimi yetismesine ciddi tesir gostermisdi Ingilis dilinde tehsil almasi Qerb medeniyyetini menimsemesi ve xristianligin tesiri de oz rolunu basqa bir istiqametden oynamis edebi sintez ucun genis imkanlar yaratmisdi Ibadandaki kolleci bitirdikden sonra Soyinka tehsilini Ingilterenin Lids Universitetinde 1954 davam etdirmisdi Burada ingilis edebiyyatini ve dram nezeriyyesini oyrenmis habele yeni nesil Britaniya yazicilari ile tanis olmusdu 1957 ci ilde genc afrikali Bataqliq sakinleri Sir ve mirvari kimi sonraki yaradiciligi ucun muhum olan iki dram eserini basa catdirmisdi Soyinka Mantovada Edebiyyat festivalinda 2019 Londonun Royal Kort Tietr inin heyeti sonuncu eserle tanisliqdan sonra onu tamasaya qoymaq qerarina gelmisdi Lidsde magistratura tehsili alan ve Yucin O Nil yaradiciligi haqqinda dissertasiya yazan Vole Soyinka bu xeberi esidende elmi arasdirmalarini bir terefe buraxib Londona kocmusdu Onu Royal Kort Tietr de ise qebul etmisdiler Bataqliq sakinleri ise teatrda ugurla oynanmisdi Soyinka bu dovrde rasizm eleyhine yonelen Uydurma pyesini yazmisdi 1959 cu ilde Nigeriyaya qayidan dramaturq Maska 1960 heveskar teatrinin esasini qoymusdu Soyinkanin Meselerin reqsi pyesi 1960 ci il oktyabrin 1 de olkenin Milli musteqillik gunu serefine paytaxt Laqosda gosterilmis ve boyuk maraq dogurmusdu Ardinca hemin pyesin ve Ieronim qardasin maceralari satirik komediyasinin Ibadanda ugur qazanmasi onu veteninde meshurlasdirmisdi 1962 ci ilden o Ife universitetinde ingilis dili ve edebiyyatini tedris edir eyni zamanda radio ve televiziya ucun pyesler yazirdi Soyinkanin Avropa medeniyyeti ile her hansi temasa qarsi cixan neqrofillerle qarsidurmasi da bu dovrde baslamisdi Dramaturqun fikrince yalniz qara qitenin kecmisini terennumle kifayetlenmek yeniliye ve sivilizasiyaya qarsi cixmaqla ne ise elde etmek mumkun deyildir Serhciler 1965 romani Vole Soyinkanin ilk nesr eseri idi Muellif ABS ve Avropada tehsillerini basa vurub vetene qayidan nigeriyali genclerin uzlesdikleri cetinlikleri yerli seraitin onlara hazirladigi surprizleri oz sexsi tecrubesine esaslanaraq inandirici sekilde tesvir etmisdi Eser yalniz Nigeriya ucun deyil eyni problemlerle uzlesen diger Afrika ve Asiya olkeleri ucun de seciyyevi idi Nigeriyada 1967 ci ilde baslanan vetendas muharibesi erefesinde Soyinkanin siyasi fealliq gostermesi milli qirginin qarsisini almaq ucun usyanci tayfa bascisi Odjukvu ile gizli seraitde gorusmesi ve danisiqlar aparmasi sonda yazicinin hebsi ile neticelendi Bundan evvel o bir defe de secki saxtakarligi eleyhine sert cixislarina gore 1963 mehbese salinmisdi Lakin amerikan ve ingilis yazicilarinin etiraz aksiyalari neticesinde iki aydan sonra azadliga buraxilmisdi Ikinci defe ise Soyinka 27 ay mehbesde tekadamliq kamerada saxlanmisdi Umumi efv neticesinde azadliga cixdiqdan sonra Soyinka Ibadan universiteti yanindaki dramatik mektebe rehberlik edirdi Yazicinin Afrika despotizmini ele salan Konqo bicini komediyasi 1969 cu ilde tamasaya qoyulmusdu Bir il sonra hemin komediya esasinda onun ozunun bas rolda oynadigi bedii film cekilmisdi Soyinkanin Insan oldu adli hebsxana xatireleri 1972 ci ilde Nyu York ve Londonda cap olunmusdu 1975 ci ilde ise muellif Akkrada Qana cixan nufuzlu umumafrika jurnalinin Transition un bas redaktorlugu teklifini qebul etmisdi Nigeriyada novbeti dovlet cevrilisi ve prezident Qovonanin devrilmesinden sonra Soyinka vetene donmus Ife universitetinin professoru kimi fealiyyetini davam etdirmisdi Bir birini evez eden iqtidarlarla munasibetini tenzimleye bilmese de o Nigeriya medeniyyetinin ilk novbede milli teatrin inkisafi ucun heqiqeten boyuk isler gormusdu Soyinka olkesinde bas veren hec bir muhum prosese laqeyd ve seyrci qalmirdi Hele 60 ci illerde o neft bumunun Nigeriya ucun nece felaketle neticeleneceyi haqqinda xeberdarliq etmisdi Soyinkani dusunduren basqa bir mesele ise Afrika olkelerinde insan haqlarinin qorunmasi idi Tedricen afrikali muellif olkesinin hududlari xaricinde de taninirdi Bu isde Britaniya ve ABS nin aparici universitetlerinde oxudugu muhazireler xususile muhum rol oynamisdi 1979 cu ilde Soyinkanin Olum ve car elcisi pyesi Cikaqo teatrinda tamasaya qoyulmusdu Iki il sonra ise Londonda Aka Usaqliq illeri adli xatireler kitabi cap olunmusdu Soyinka hem de Mehbes seirleri 1969 poetik mecmuesinin muellifidir Maraqlidir ki o seirlerini dogma yoruba dilinde nesr ve dram eserlerini ise istisnasiz olaraq ingilisce qeleme almisdi 1986 ci ilde Vole Soyinka boyuk medeni perspektive ve poetikliye malik milli teatrin yaradilmasina gore Nobel mukafati aldi Laureati qeyri adi derecede bilikli dramaturq adlandiran Isvec Akademiyasinin uzvu Lare Yyullensten onun Afrika menseli ve Afrika ruhlu pyeslerinde enenevi ritual reqsler maskalar pantomimler ritm ve musiqi ile yanasi hem de cagdas teatr enenelerinden bacariqla istifade etmesini yuksek qiymetlendirmisdi Vole Soyinka ise oz Nobel muhaziresini aparteid rejimine qarsi barismaz mubarizesine gore mehbesde saxlanan Cenubi Afrika lideri Nelson Mandelaya hesr etmisdi Vole Soyinka son iller daha cox Avropa ve Amerikada yasayir Lakin yazici yene de veteninin ve butunlukde Afrika qitesinin problemlerine laqeyd qalmir Onun Afrika diktatorlarini ele salan Kral Babu pyesi 2001 Vole Soyinkanin yaradiciliq enenelerine sadiqliyinin daha bir tesdiqidir IstinadlarShojinka Vole Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Wole Soyinka Internet Broadway Database ing 2000 http news acotonou com h 11768 html MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerVole Soyinka rusca Wole Soyinka All You Want to Know AboutHemcinin bax