Viktor Otto Ern (21 oktyabr 1907, Gədəbəy, Yelizavetpol qəzası – 26 dekabr 1997, Bonn, Şimali Reyn-Vestfaliya) — alman sualtı gəmi zabiti, 2-ci dərəcəli kapitan, Dəmir xaç ordeni kavaleri.
Viktor Ern | |
---|---|
alm. Victor Oehrn | |
| |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy, Azərbaycan |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Bonn, Almaniya |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
İkinci dünya müharibəsi zamanı Kriqsmarində (III Reyx zamanı alman hərbi dəniz qüvvələri bu adı daşıyırdı) sualtı qayıq ikinci dərəcəli kapitanı (Fregattenkapitan) olmuşdur. O, və sualtıqayıqlarına rəhbərlik etmiş və Müttəfiq qoşunlarının 24 gəmisini batırmaqla, İkinci dünya müharibəsinin sualtı qayıq asları arasındakı siyahıda 28-ci yerdə qərarlaşmışdır.
Həyatı
O, 1907-ci il oktyabrın 21-də Gədəbəy rayonunda alman kolonistinin ailəsində dünyaya göz açmışdır. Atası Gədəbəydə yerləşən "Simens qardaşları və Co"nun direktoru olmuşdur. Viktor onun üçün yad olan yerdə rahatlıqla böyümüşdür. Sonralar Ern uşaqlığı haqda bu sözləri qeyd etmişdir: "Mənim valideynlərimin evində milli, irqi və dini cəhətdən bir-birindən fərqlənən çoxlu sayda insan yaşayırdı. Mənim ilk müəllimim fransız qadın idi, adı Mile idi. Bizim aşpaz və xidmətçilərimiz ermənilər, sürücü və digər qadın işlərində kömək edənlər ruslar idi. Bağbanlar və gözətçilər isə tatarlar idilər. Ern rus dilində sərbəst danışa bilirdi. Onun köhnə Rusiyaya olan sevgisi yeni yaranan Sovet İttifaqı ilə bir müqayisə edilə bilməz".
1921-ci ildə Ernin ailəsi bolşeviklərin onları ölümlə hədələmələri səbəbindən Almaniyaya qaçmaq məcburiyyətində olmuşdur. Ern 1927-ci il 1 oktyabr tarixində donanmaya müdavim (kursant) kimi qəbul olmuşdur. 1929-cu ildə leytenant rütbəsinə layiq görülən Ern "Keniqsberq" və "Karlsrue" adlı yüngül kreyserlərdə xidmət etmişdir. 1935-ci ilin iyulunda sualtı qayıq donanmasına köçürülən ilk dəniz zabitlərindən biri olmuşdur.
1936-cı il 18 yanvar tarixindən 1937-ci il 4 oktyabr tarixinədəl U-14 sualtı qayığına rəhbərlik etmiş, 1936-cı ilin iyul-sentyabr aylarında İspaniya sahillərində olan hərbi əməliyyatlarda iştirak etmişdir. 1939-cu ildə Hərbi dəniz akademiyasını bitirdikdən sonra həmin ilin avqustunda Karl Dönitsin qərargahında qeydiyyata alınmışdır.
İkinci dünya müharibəsi illərində
6 may 1940-cı il tarixində U-37 sualtı qayığına (1938-ci il) komandir təyin edilmiş və bu sualtı qayıqla 4 yürüşdə iştirak etmişdir. Toplam olaraq 81 sutka dənizdə olmuşdur. Elə ilk yürüşündəcə Ern Norveç sularında subasımı 41 207 register tona malik 10 gəmi batırmış və 1 gəmini isə zədələmişdir. İkinci yürüşdə isə Ern subasımı 28 439 register ton olan 7 gəmini, üçüncü yürüşdə isə daha 6 gəmini batırmaqla öz siyahısını genişləndirmişdir. Qısa müddət ərzində Ern subasımı ümumi olaraq 104 842 register ton olan 24 gəmi batırmış və 9494 rt olan bir gəmini zədələmişdir.
21 oktyabr 1940-cı il tarixdə Dəmir xaç ordeni ilə təltif olunmuşdur. 26 oktyabr tarixində isə Admiral-qərargahın 1-ci dərəcəli zabiti kimi yenidən sualtı qayıq donanmasının baş qərargahına qaytarılmışdır.
1941-ci ilin noyabrında isə o sualtı gəmilərin fəaliyyətinin koordinasiyasının həyata keçirilməsi üçün Araılq dənizinə göndərilmiş, 1942-ci ilin fevralında Aralıq dənizində sualtı qayıqlara rəhbərlik edən qərargahda Admiral qərargahlığın 1-ci dərəcəli zabiti təyin olunmuşdur. 1942-ci ilin iyulunda Şimali Afrikaya ezamiyyət zamanı Ern ağır yaralanmış və britaniya qoşunları tərəfindən əsir götürülmüşdür. İsgəndəriyyədə yerləşən Britaniya Hərbi hospitalında sağaldıqdan sonra o, hərbi əsirlər üçün Misirdə yerləşən düşərgədə yerləşdirilmiş, 1943-cü ilin oktyabrında isə Britaniya əsirlərinə dəyişdirilmiş və vasitəsilə Barselona və Marselə, ordan isə Almaniyaya qayıtmışdır. 1943-cü ildən Kriqsmarin Ali Komandanlığının operativ şöbəsində 1-ci dərəcəli zabit kimi çalışmışdır. 1945-ci ilin mayında Britaniya qoşunları tərəfindən saxlanılmışdır. Azad olduqdan sonra "Simens" şirkətində çalışmış və Bonnda yüksək vəzifələr tutmuşdur.
Teodor Savas "Sakit ovçular. İkinci dünya müharibəsinin alman sualtı qayıq komandanları" kitabında Viktor Erni "Adı olmayan As" adlandırmışdır. O bu sözləri qeyd etmişdir: "Düzdür, batırdığı gəmilərə, aldığı mükafatlara baxmayaraq, Viktor Erni Alman sualtı qayığının əfsanələri olan Otto Kreşmer və Günter Prienlə müqayisə etmək düzgün deyildir. O, daha çox qərargah zabiti olmuşdur. O, 6 aydan az bir müddətdə sualtı qayığa rəhbərlik etmiş və özünün də qeyd etdiyi kimi, öz rəhbərinin böyük şöhrəti üçün masa arxasında çalışmış və İkinci DM boyunca adı olmayan insan olmuşdur".
Mükafatları
- I dərəcli Dəmir xaç ordeni (10 iyun 1940)
- II dərəcli Dəmir xaç ordeni (27 yanvar 1940)
- Dəmir xaç ordeninin cəngavər xaçı
- "Hərbi şücaətə görə" ordeni (İtaliya) (28 yanvar 1942)
- "Hərbi xidmətlərə görə" xaçı (İtaliya) (2 noyabr 1941)
Ədəbiyyat
- Busch, Rainer; Röll, Hans-Joachim. Der U-Boot-Krieg 1939–1945 — Die Ritterkreuzträger der U-Boot-Waffe von September 1939 bis Mai 1945 [The U-Boat War 1939–1945 — The Knight's Cross Bearers of the U-Boat Force from September 1939 to May 1945] (German). Hamburg, Berlin, Bonn Germany: Verlag E.S. Mittler & Sohn. 2003. ISBN .
- . Die Träger des Ritterkreuzes des Eisernen Kreuzes 1939–1945 — Die Inhaber der höchsten Auszeichnung des Zweiten Weltkrieges aller Wehrmachtteile [The Bearers of the Knight's Cross of the Iron Cross 1939–1945 — The Owners of the Highest Award of the Second World War of all Wehrmacht Branches] (German). Friedberg, Germany: Podzun-Pallas. 2000 [1986]. ISBN .
- Scherzer, Veit. Die Ritterkreuzträger 1939–1945 Die Inhaber des Ritterkreuzes des Eisernen Kreuzes 1939 von Heer, Luftwaffe, Kriegsmarine, Waffen-SS, Volkssturm sowie mit Deutschland verbündeter Streitkräfte nach den Unterlagen des Bundesarchives [The Knight's Cross Bearers 1939–1945 The Holders of the Knight's Cross of the Iron Cross 1939 by Army, Air Force, Navy, Waffen-SS, Volkssturm and Allied Forces with Germany According to the Documents of the Federal Archives] (German). Jena, Germany: Scherzers Militaer-Verlag. 2007. ISBN .
- Die Wehrmachtberichte 1939–1945 Band 1, 1. September 1939 bis 31. Dezember 1941 [The Wehrmacht Reports 1939–1945 Volume 1, 1 September 1939 to 31 December 1941] (German). München, Germany: Deutscher Taschenbuch Verlag GmbH & Co. KG. 1985. ISBN .
İstinadlar
- Victor Oehrn // TracesOfWar.
- Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die deutschen U-Boot-Kommandanten. 1996. Vol. 1. S. 172f. 344 s.
- Busch R., Röll H. Der U-Boot-Krieg, 1939–1945: Die Ritterkreuzträger der U-Boot-Waffe von September 1939 bis Mai 1945 — E. S. Mittler & Sohn, 2003.
- Busch & Röll 2003, p. 79.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Viktor Otto Ern 21 oktyabr 1907 Gedebey Yelizavetpol qezasi 26 dekabr 1997 Bonn Simali Reyn Vestfaliya alman sualti gemi zabiti 2 ci dereceli kapitan Demir xac ordeni kavaleri Viktor Ernalm Victor Oehrn Viktor ErnDogum tarixi 21 oktyabr 1907Dogum yeri Gedebey AzerbaycanVefat tarixi 26 dekabr 1997 90 yasinda Vefat yeri Bonn AlmaniyaFealiyyeti herbi qulluqcuMukafatlari Ikinci dunya muharibesi zamani Kriqsmarinde III Reyx zamani alman herbi deniz quvveleri bu adi dasiyirdi sualti qayiq ikinci dereceli kapitani Fregattenkapitan olmusdur O ve sualtiqayiqlarina rehberlik etmis ve Muttefiq qosunlarinin 24 gemisini batirmaqla Ikinci dunya muharibesinin sualti qayiq aslari arasindaki siyahida 28 ci yerde qerarlasmisdir HeyatiO 1907 ci il oktyabrin 21 de Gedebey rayonunda alman kolonistinin ailesinde dunyaya goz acmisdir Atasi Gedebeyde yerlesen Simens qardaslari ve Co nun direktoru olmusdur Viktor onun ucun yad olan yerde rahatliqla boyumusdur Sonralar Ern usaqligi haqda bu sozleri qeyd etmisdir Menim valideynlerimin evinde milli irqi ve dini cehetden bir birinden ferqlenen coxlu sayda insan yasayirdi Menim ilk muellimim fransiz qadin idi adi Mile idi Bizim aspaz ve xidmetcilerimiz ermeniler surucu ve diger qadin islerinde komek edenler ruslar idi Bagbanlar ve gozetciler ise tatarlar idiler Ern rus dilinde serbest danisa bilirdi Onun kohne Rusiyaya olan sevgisi yeni yaranan Sovet Ittifaqi ile bir muqayise edile bilmez 1921 ci ilde Ernin ailesi bolseviklerin onlari olumle hedelemeleri sebebinden Almaniyaya qacmaq mecburiyyetinde olmusdur Ern 1927 ci il 1 oktyabr tarixinde donanmaya mudavim kursant kimi qebul olmusdur 1929 cu ilde leytenant rutbesine layiq gorulen Ern Keniqsberq ve Karlsrue adli yungul kreyserlerde xidmet etmisdir 1935 ci ilin iyulunda sualti qayiq donanmasina kocurulen ilk deniz zabitlerinden biri olmusdur 1936 ci il 18 yanvar tarixinden 1937 ci il 4 oktyabr tarixinedel U 14 sualti qayigina rehberlik etmis 1936 ci ilin iyul sentyabr aylarinda Ispaniya sahillerinde olan herbi emeliyyatlarda istirak etmisdir 1939 cu ilde Herbi deniz akademiyasini bitirdikden sonra hemin ilin avqustunda Karl Donitsin qerargahinda qeydiyyata alinmisdir Ikinci dunya muharibesi illerinde6 may 1940 ci il tarixinde U 37 sualti qayigina 1938 ci il komandir teyin edilmis ve bu sualti qayiqla 4 yurusde istirak etmisdir Toplam olaraq 81 sutka denizde olmusdur Ele ilk yurusundece Ern Norvec sularinda subasimi 41 207 register tona malik 10 gemi batirmis ve 1 gemini ise zedelemisdir Ikinci yurusde ise Ern subasimi 28 439 register ton olan 7 gemini ucuncu yurusde ise daha 6 gemini batirmaqla oz siyahisini genislendirmisdir Qisa muddet erzinde Ern subasimi umumi olaraq 104 842 register ton olan 24 gemi batirmis ve 9494 rt olan bir gemini zedelemisdir 21 oktyabr 1940 ci il tarixde Demir xac ordeni ile teltif olunmusdur 26 oktyabr tarixinde ise Admiral qerargahin 1 ci dereceli zabiti kimi yeniden sualti qayiq donanmasinin bas qerargahina qaytarilmisdir 1941 ci ilin noyabrinda ise o sualti gemilerin fealiyyetinin koordinasiyasinin heyata kecirilmesi ucun Arailq denizine gonderilmis 1942 ci ilin fevralinda Araliq denizinde sualti qayiqlara rehberlik eden qerargahda Admiral qerargahligin 1 ci dereceli zabiti teyin olunmusdur 1942 ci ilin iyulunda Simali Afrikaya ezamiyyet zamani Ern agir yaralanmis ve britaniya qosunlari terefinden esir goturulmusdur Isgenderiyyede yerlesen Britaniya Herbi hospitalinda sagaldiqdan sonra o herbi esirler ucun Misirde yerlesen dusergede yerlesdirilmis 1943 cu ilin oktyabrinda ise Britaniya esirlerine deyisdirilmis ve vasitesile Barselona ve Marsele ordan ise Almaniyaya qayitmisdir 1943 cu ilden Kriqsmarin Ali Komandanliginin operativ sobesinde 1 ci dereceli zabit kimi calismisdir 1945 ci ilin mayinda Britaniya qosunlari terefinden saxlanilmisdir Azad olduqdan sonra Simens sirketinde calismis ve Bonnda yuksek vezifeler tutmusdur Teodor Savas Sakit ovcular Ikinci dunya muharibesinin alman sualti qayiq komandanlari kitabinda Viktor Erni Adi olmayan As adlandirmisdir O bu sozleri qeyd etmisdir Duzdur batirdigi gemilere aldigi mukafatlara baxmayaraq Viktor Erni Alman sualti qayiginin efsaneleri olan Otto Kresmer ve Gunter Prienle muqayise etmek duzgun deyildir O daha cox qerargah zabiti olmusdur O 6 aydan az bir muddetde sualti qayiga rehberlik etmis ve ozunun de qeyd etdiyi kimi oz rehberinin boyuk sohreti ucun masa arxasinda calismis ve Ikinci DM boyunca adi olmayan insan olmusdur MukafatlariI derecli Demir xac ordeni 10 iyun 1940 II derecli Demir xac ordeni 27 yanvar 1940 Demir xac ordeninin cengaver xaci Herbi sucaete gore ordeni Italiya 28 yanvar 1942 Herbi xidmetlere gore xaci Italiya 2 noyabr 1941 EdebiyyatBusch Rainer Roll Hans Joachim Der U Boot Krieg 1939 1945 Die Ritterkreuztrager der U Boot Waffe von September 1939 bis Mai 1945 The U Boat War 1939 1945 The Knight s Cross Bearers of the U Boat Force from September 1939 to May 1945 German Hamburg Berlin Bonn Germany Verlag E S Mittler amp Sohn 2003 ISBN 978 3 8132 0515 2 Die Trager des Ritterkreuzes des Eisernen Kreuzes 1939 1945 Die Inhaber der hochsten Auszeichnung des Zweiten Weltkrieges aller Wehrmachtteile The Bearers of the Knight s Cross of the Iron Cross 1939 1945 The Owners of the Highest Award of the Second World War of all Wehrmacht Branches German Friedberg Germany Podzun Pallas 2000 1986 ISBN 978 3 7909 0284 6 Scherzer Veit Die Ritterkreuztrager 1939 1945 Die Inhaber des Ritterkreuzes des Eisernen Kreuzes 1939 von Heer Luftwaffe Kriegsmarine Waffen SS Volkssturm sowie mit Deutschland verbundeter Streitkrafte nach den Unterlagen des Bundesarchives The Knight s Cross Bearers 1939 1945 The Holders of the Knight s Cross of the Iron Cross 1939 by Army Air Force Navy Waffen SS Volkssturm and Allied Forces with Germany According to the Documents of the Federal Archives German Jena Germany Scherzers Militaer Verlag 2007 ISBN 978 3 938845 17 2 Die Wehrmachtberichte 1939 1945 Band 1 1 September 1939 bis 31 Dezember 1941 The Wehrmacht Reports 1939 1945 Volume 1 1 September 1939 to 31 December 1941 German Munchen Germany Deutscher Taschenbuch Verlag GmbH amp Co KG 1985 ISBN 978 3 423 05944 2 IstinadlarVictor Oehrn TracesOfWar Busch R Roll H Der U Boot Krieg 1939 1945 alm Die deutschen U Boot Kommandanten 1996 Vol 1 S 172f 344 s ISBN 3 8132 0490 1 Busch R Roll H Der U Boot Krieg 1939 1945 Die Ritterkreuztrager der U Boot Waffe von September 1939 bis Mai 1945 E S Mittler amp Sohn 2003 Busch amp Roll 2003 p 79