Texasın fransızlar tərəfindən kolonizasiyalaşdırılması indiki Texasın cənub-şərqində müdafiə qalasının qurulması ilə başlamışdır. 1685-ci ildə Arenosa körfəzi və Mataqorda buxtası yaxınlığında səyyah tərəfindən qalası inşa olunub və bununla ərazidə fransız müstəmləkəçiliyinin əsası qoyulub. O, əslində, Mississippi çayının mənsəbində koloniya qurmağı hədəfləsə də, qeyri-dəqiq xəritəçilik və naviqasiya xətaları səbəbindən gəmi hədəflənən ərazidən 640 km qərbdə, Texas sahillərində quruya oturmuşdu. Bununla belə, koloniya 1688-ci ilə qədər sağ qalmağı bacarır. İndiki İnez şəhəri bu qalanın ərazisi yaxınlığında yerləşir. Koloniya mövcud olduğu qısa müddət ərzində bir çox problemlərlə üzləşmişdi, hansı ki, bunlara Yerli amerikalı basqınları, epidemiyalar və sərt iqlim şəraiti daxil idi. La Sall bu bazadan istifadə edərək Mississippi çayını tapmaq üçün bir neçə ekspedisiyaya rəhbərlik edir. Yekunda o, öz istəyinə nail ola bilməsə də, çayının çox hissəsi və Texasın şərq sahilləri haqqında ətraflı məlumat toplamağa müvəffəq olur.
1686-cı ildə onun növbəti səyahətlərindən birində koloniyanın sonuncu salamat qalan gəmisi qəzaya uğrayır və nəticədə, heyətin Karib hövzəsindəki digər fransız koloniyalarından ehtiyac duyulan resursları əldə etməsi mümkünsüz hala gəlir. Resurs çatışmazlığı nəticəsində vəziyyətin getdikcə pisləşməsi ilə birlikdə La Sall bu qənaətə gəlir ki, onun və adamlarının sağ qalmaq üçün yeganə yol Mississippi və İllinoys çayları boyunca şimal istiqamətində hərəkət edərək İllinoys torpağındakı fransızlardan kömək istəməkdir. La Sallın son ekspedisiyası 1687-ci ilin əvvəlində Brazos çayı yaxınlığında baş tutur. Bu zaman La Sall və onun beş adamı üsyanı yatırmağa çalışarkən qətlə yetirilir. Koloniyadan bir neçə nəfərin İllinoys torpağına çatmasına baxmayaraq, geriyə kömək çatdırmaq mümkünsüz olur. Koloniyanın geridə qalan üzvlərinin əksəriyyəti 1688-ci ilin sonlarında yerlilərinin hücumunda həlak olur, basqından sağ çıxan dörd uşaq isə yerlilər tərəfindən himayəyə götürülür. Koloniya cəmi dörd il mövcudluğunu qorusa da, bu, Fransa hökumətinin indiki Texas adlanan həmin əraziyə iddia irəli sürməsinə mane olmur. Sonradan ABŞ da bu bölgədə əvvəllər mövcud olan fransız koloniyası səbəbindən ərazinin Luiziananın satın alınması məsələsinə daxil olduğunu iddia edir, lakin bu cəhd də uğursuz olur.
İspaniya La Sallın missiyasından 1686-cı ildə xəbər tutur. Bu fransız koloniyasını Yeni İspaniya adlandırılan, İspaniyanın nəzarətindəki Amerikaya təhdid olaraq qəbul edən İspaniya kralı yaşayış məntəqəsinin aşkar edilməsi və məhv edilməsi üçün çoxsaylı yürüşləri maliyyələşdirir. Bunun üçün yola çıxan ekspedisiyalar əsas hədəfə nail olmaqda uğursuzluğa düçar olsa da, Amerikanın körfəz sahili bölgəsinin coğrafiyasını daha yaxşı tədqiq etməyə nail olurlar. 1689-cu ildə koloniyanın qalıqlarını tapan ispanlar geridə qalan silahları götürüb, tikililəri yandırırlar. Bir neçə il sonra ispan hökumətinin göstərişi ilə eyni ərazidə "" (ispanların nəzarətində olan ərazilərdə tikilən müdafiə tipli qalalar) inşa olunur. Fransızların inşa etdiyi qalanın qalıqları 1996-cı ildə tarixçilər tərəfindən yenidən ortaya çıxarılır və ərazi həmin tarixdən etibarən arxeoloji məntəqə kimi fəaliyyətə başlayır. 1995-ci ildə isə Mataqorda buxtasında "" gəmisinin qalıqları tapılır.
La Sallın ekspedisiyaları
Birinci ekspedisiya

17-ci əsrin sonlarına doğru Şimali Amerikanın böyük hissəsinə müxtəlif Avropa ölkələri tərəfindən iddialar qaldırılmışdı. İspaniyanın iddia etdiyi əraziyə Florida, həmçinin müasir Meksika və materikin cənub-qərb hissəsinin əksəriyyəti daxil idi. Materikin şimal və mərkəzi Atlantik Okeanı sahili İngiltərə tərəfindən On üç koloniya adı altında birləşdirilmişdi, Yeni Fransa isə mərkəzi İllinoys torpağı olmaqla indiki şərqi Kanada bölgəsini əhatə edirdi. Fransızlar qorxurdu ki, onların koloniyaları qonşulardan gələ biləcək istənilən təhdidə qarşı müdafiəsizdir. 1681-ci ildə fransız zadəgan Robert Kavalye de La Sall rəhbərliyində Sakit Okeana çıxış tapmaq arzusu ilə Yeni Fransa adlanan ərazilərdən Mississippi çayı boyunca ekspedisiya yola çıxır, lakin bu heyət Sakit Okean əvəzində Meksika körfəzinə yol tapmağa müvəffəq olur. Əslində, ispan konkistador Hernando De Soto bu əraziləri 140 il əvvəl İspaniya Krallığına qatsa da, 9 aprel 1682-ci ildə La Sall Mississippi vadisinə Fransa kralı XIV Lüdovik adına iddia qaldırır və ərazini onun şərəfinə Luiziana adlandırır.
Fransa Mississippinin mənsəbində özünə aid bir baza inşa etmədikcə, İspaniyanın bütün Meksika körfəzinə nəzarət etmək, hətta Yeni Fransanın cənub sərhədlərini daimi təhlükə altında saxlamaq riski var idi. La Sall inanırdı ki, Mississippi çayı Yeni İspaniyanın ucqar şərq ərazilərinə qədər çatır. Buna görə də 1684-cü ildə Fransaya qayıtdıqdan sonra çayın ağzında yeni koloniya qurmağı krala təklif edir. Yeni qurulacaq koloniya həm xristianlığın yerlilər arasında yayılmasında baza rolu oynaya, həm də qonşuluqdakı ispanların Nueva Vizkaya əyalətinə hücum edərək, buradakı məhsuldar gümüş mədənlərini ələ keçirməyə kömək edə bilərdi. La Sall zənn edirdi ki, çox az sayda fransız kolonist ispanların onları köləliyə cəlb etməsinə qəzəbli olan 15000-ə yaxın hindilərlə müttəfiq olub, uğurla Yeni İspaniyanı işğal edə bilər. 1687-ci ilin oktyabrında İspaniyanın Fransaya müharibə elan etməsinin ardınca, kral La Sallın planı ilə razılaşır. İndi artıq onun hədəfi Şimali Amerikaya qayıtmaq və "hindilərin krala bağlılığını təmin edib, onları doğru yola çəkmək və qəbilələrarası sülhü təşkil etmək" idi.
İkinci ekspedisiya
La Sallın orijinal planına əsasən onun ilk növbədə Yeni Fransaya lövbər salması, buradan cənub istiqamətində, İllinoys torpağı üzərindən Mississippi boyunca çayın mənsəbinə hərəkət etməsi gözlənilirdi. Kral XIV Lui isə İspaniyaya baxmayaraq, La Sallın İspaniyanın eksklüziv mülkiyyəti hesab edilən Meksika körfəzi üzərindən hərəkət planını dəstəkləyirdi. Həmçinin, La Sall ilkin olaraq bir gəminin kifayət edəcəyini düşünsə də, 24 iyul 1684-cü ildə La Roşel limanını dörd gəmi ilə tərk edir: 36 toplu döyüş gəmisi "Le Joly", 300 tonluq yük daşıyıcı "L'Aimable", bark tipli yelkənli "La Belle" və keç tipli daha kiçik ölçülü yelkənli "San-Fransua". "Le Joly" və "Le Belle" gəmiləri kral XIV Lui tərəfindən təmin edilsə də, La Sall daha çox yük daşımaq üçün sonradan digər iki gəmini də fransız tacirlərdən icarəyə götürür. Gəmilər və onları idarə edəcək ekipaja əlavə olaraq, 100 hərbçi ilə ekspedisiyaya ixtisaslı işçilərin qoşulmasını təmin etmək üçün əlavə vəsait ayrılır. La Sall özü isə qarşılaşacaqları yerlilərlə mübadilə etmək üçün əmtəələr alır.
Gəmilər ümumilikdə 300 nəfərə yaxın insan daşıyırdı, hansı ki, bunlara hərbçilər, tacirlər, gəmi ekipajı, altı katolik missioner, qadın və uşaqlar daxil idi. Gəmilərin limanı tərk etməsindən qısa müddət sonra Fransa və İspaniya arasındakı silahlı münaqişə sona çatmışdı və artıq kral La Salla əlavə dəstək göndərməkdə maraqlı deyildi. Səyahətin detalları gizli saxlanılmışdı ki, ispanlar bundan xəbərsiz qalsın və hərəkətin təhlükəsizliyi mümkün qədər təmin edilsin. Bununla belə, ekspedisiyanın donanma komandiri Siyö de Bejeü La Sallın yekun məntəqəni açıqlamama barədə niyyətinə etiraz edir. İkili arasındakı narazılıqlar onlar Haiti adasındakı məntəqəsinə çatana qədər davam edir. Burada onlar arasındakı əsas narazılıq səbəbi gəmilərin harada lövbər salacağı ilə bağlı idi. Bu vaxt Bejeü göstərişlərin əksinə gedərək, adanın başqa hissəsində lövbər salmağa qərar verir və nəticədə, koloniya üçün nəzərdə tutulmuş lazımi təminat və təchizatla dolu olan San-Fransua gəmisi ispanların əlinə keçir.
58 günlük səyahət ərzində iki nəfər xəstəlikdən vəfat edir və bir qadın uşaq dünyaya gətirir. San-Fransua təchizat gəmisini itirdikdən sonra heyətin San-Dominqoya çatması gözləniləndən daha uzun çəkir. La Sallın yeni təminat üçün çox az vəsaiti qaldığına görə yekunda göyərtədə olan iki tacir özləri gətirdikləri əmtəələri adalılara satır və qazandıqları gəliri La Salla verir. Adaya çatdıqdan sonra bir neçə nəfər qaçdığına görə ekspedisiyaya yerlilərdən əlavə adamlar qəbul etməli olurlar.
1684-cü il noyabr ayının sonlarında, La Sall ağır xəstəlikdən tam sağaldıqdan sonra qalan üç gəmi Mississippi çayının deltası üçün axtarışlara davam edir. Heyət San-Dominqonu tək etməzdən əvvəl yerli dənizçilər xəbərdarlıq edir ki, əgər gəmilərə düzgün istiqamət verə bilməsələr, güclü körfəz cərəyanları onları şərqə, Florida körfəzlərinə doğru sürükləyə bilər. Dekabrın 18-də gəmilər Meksika körfəzinə çatır və İspaniya tərəfindən iddia olunan əraziyə daxil olurlar. Ekspedisiya üzvlərindən heç biri əvvəl burada olmadığına görə naviqasiya ilə bağlı problemlər ortaya çıxır. Qeyri-dəqiq xəritələrdən istifadə, La Sallın Mississippi çayının mənsəbinin yüksəkliyi ilə bağlı yanlış hesablamaları, cərəyanları nəzərə alaraq edilən əlavə lazımsız düzəlişlər yekunda ekspedisiyanın Mississippini tapma cəhdinin uğursuzluqla nəticələnməsinə səbəb olur. Beləliklə, onlar 1685-ci ilin əvvəllərində Mataqorda buxtasında, Mississippidən 640 km qərbdə sahilə çıxır.
İlk yaşayış məntəqəsi

Kolonistlər San-Dominqonu tərk edəndən təxminən üç ay sonra, 20 fevral tarixində ilk dəfə torpağa ayaq basır və indiki Mataqorda adası mayakı yaxınlığında müvəqqəti düşərgə salır. Ekspedisiyanın salnaməçisi Anri Jutel Texası ilk görüşünü belə ifadə edir: "Torpaq mənə çox əlverişli kimi görünmədi. Hər yer düzənlik və qumlu idi, bununla belə, şərait ot yetişməsinə mane olmurdu. Bir neçə duz hövzəsi var idi. Bizim gəlişimizi gözləməyən bir neçə durna və Kanada qazından başqa heç bir vəhşi quş görmədik."
Bejeünün tövsiyəsini dinləməyən La Sall təchizatları düşərgəyə yaxınlaşdırmaq üçün gəmilərdən "La Belle" və "L'Aimable" üçün dar keçid yaradılmasına icazə almaq məqsədilə danışıqlar aparmağa qərar verir. "L'Aimable"ın yükünü azaltmaq üçün onun səkkiz topu və daşıdığı digər yükün kiçik bir qismi atılır. "La Belle" uğurla düşərgəyə çatdıqdan sonra La Sall gəminin pilotunu göndərir ki, digər təchizat gəmisi də keçirilsin, lakin "L'Aimable"ın kapitanı kömək təklifini geri çevirir. "L'Aimable" hərəkətə başlamağa hazırlaşdığı anda isə bir qrup karankava yaxınlaşır və adamlardan bir hissəsini qaçırır. Bunu görən La Sall bir qrup əsgərlə birlikdə onları xilas etmək üçün yerlilərin arxasınca düşür və bu vaxt "L'Aimable" gəmisini istiqamətləndirməyə arxada heç kim qalmır. Geri qayıtdıqlarında gəminin artıq bara oturduğunu görürlər.
Növbəti bir neçə gün ərzində adamlar gəmidən alət və əmtəələri xilas etməyə çalışsalar da, güclü tufan buna maneçilik törədir, yalnız müəyyən qədər ərzaq, top, barıt və ticari əmtəələrdən çıxarmaq mümkün olur. 7 martda gəmi batır. Fransızlar batan gəminin karankavalar tərəfindən qarət olunmasını izləməklə kifayətlənir. Bir müddət sonra fransız əsgərləri yaxınlıqda tərk edilmiş kənd tapır. Bu vaxt əsgərlər təkcə yerlilər tərəfindən qarət olunmuş əmtəələri götürməklə kifayətlənmir, həm də heyvan dəriləri və iki qayığı özləri ilə geri gətirir. Hadisədən xəbər tutan qəzəbli karankavalar düşərgəyə hücum edir, iki fransız həlak olur, başqaları yaralanır.
Kolonistləri okeanın o biri tayına keçirməklə missiyasını tamamlayan kapitan Bejeü 1685-ci il martın ortalarında "Joly" gəmisi ilə birlikdə Fransaya qayıdır. Kolonistlərin əksəriyyəti onunla birlikdə geri qayıtmağa qərar verir və arxalarında cəmi 180 nəfəri buraxırlar. Bejeü Fransaya gəldikdən sonra La Sallın əlavə təchizat istəyini çatdırsa da, İspaniya ilə müharibəni bitirən fransız hökuməti bu istəyi həmişəlik cavabsız buraxır. Texasda qalan kolonistlər isə dizenteriya və zöhrəvi xəstəliklər səbəbindən gündəlik olaraq itkilər verir, sağlam qalanlar isə Mataqorda adasında müvəqqəti qala inşa etməyi bacarır.
Qala
24 martda La Sall 52 nəfəri beş qayığa bölüşdürərək yeni, daha təhlükəsiz məntəqə axtarışına başlayır. Bir müddət sonra təmiz su və balıqla zəngin, həmçinin daha yaxşı torpağa sahib Qarsitas buxtasını tapır və buranı yaxınlıqdakı bizon sürülərindən ilhamlanaraq "Bizon çayı" ("Rivière aux Boeufs") adlandırırlar. Buxtanın ağzından təxminən 8 km məsafədəki bir təpədə qala inşa etməyə qərar verilir. Burada olduqları müddətdə dəstədən iki nəfər həlak olur, biri ilan sancmasından, digəri isə balıq ovlayarkən boğulur. Bəzən gecə vaxtı karankavalar düşərgəni əhatəyə alsa da, əsgərlər bir neçə tüfəng atəşi ilə onları qorxudub, uzaqlaşdırmağı bacarır. Qalaya bəzən "Fort Sen-Lui" adı ilə istinad olunsa da, bu ad yaşayış məntəqəsinin mövcudluğu dövründə işlənmir və daha sonradan ortaya atıldığı güman edilir.
Bütün hazırlıqlar başa çatandan sonra, iyunun əvvəllərində La Sall müvəqqəti düşərgədə qalan digər kolonistləri də yeni inşa etdikləri qalaya toplayır. 12 iyunda 70 nəfər 80 km-lik yürüşə başlayır. Missiyanın ən yorucu tapşırığı "Belle" gəmisindəki bütün təchizatın çıxarılıb qalaya gətirilməsi idi, hansı ki, bu proses də iyulun ortalarına qədər davam etdi. Ən son yük karvanı gəmini qorumaq üçün geridə qalan 30 nəfərdən ibarət idi. İyulun sonlarına doğru qrup üzvlərinin yarısı məhdud qida rasionu və həddən artıq fiziki iş ucbatından həlak olur.
Sağ qalanlar yaşayış məntəqəsinin mərkəzində iki mərtəbəli struktur inşa edir. Aşağı mərtəbə üç otağa bölünmüşdü: biri La Sall, biri din adamları və digəri də ekspedisiyanın zabit heyəti üçün nəzərdə tutulmuşdu. Yuxarı mərtəbə isə bütöv bir otaqdan ibarət idi və təminatların saxlanılması funksiyası daşıyırdı. Qalanın ətrafındakı daha kiçik ölçülü tikililər isə digər ekspedisiya üzvlərinin gecələməsi üçün idi. "L'Aimable" gəmisindən çıxarılan və hər birinin çəkisi 320 ilə 540 kq arasında dəyişən 8 top koloniyanı xaricdən gələ biləcək potensial hücumlardan mühafizə etmək üçün kənarlarda yerləşdirilmişdi.
Çətinliklər
Daimi düşərgənin tikilməsindən bir neçə ay sonrakı müddət ərzində kolonistlər ətraf əraziləri öyrənmək üçün qısa məsafəli yürüşlər təşkil edir. 1685-ci ilin oktyabr ayının sonlarında La Sall daha uzun məsafəli ekspedisiyaya qərar verir və bu məqsədlə qalan təminatın çox hissəsini yenidən "Belle" gəmisinə yüklədir. Gəminin 27 nəfərlik ekipajından əlavə 50 nəfəri də özü ilə birlikdə götürür və geridə yalnızca 34 kişi, qadın və uşaqları buraxır. Səyahətə çıxanların çoxu qayıqlarla hərəkət edir, "Bell" isə onlara nisbətən sahil xəttindən daha aralıda həmin qayıqları izləyirdi. Üç günlük səyahətdən sonra ərazidə aqressiv yerlilərin mövcudluğundan xəbər tuturlar. Qrup üzvlərindən iyirmi nəfər yerlilərin kəndinə hücum edir və burada ispanlara məxsus artefaktlar tapılır. Ekspedisiya üzvlərindən bir neçə nəfər kaktusu yediyindən vəfat edir. Sahildə düşərgə quran kiçik bir qrup isə karankavaların basqınına məruz qalır və bu hücum nəticəsində "Bell" gəmisinin kapitanı da daxil olmaqla əlavə bir neçə nəfər itki verməli olurlar.
1686-cı ilin yanvar ayından mart ayına qədər La Sall və adamları Mississippi çayını quru yolu ilə axtarıb tapmağa çalışsalar da, Rio Qrande çayı boyunca, Texasın indiki Lanqtri bölgəsinə qədər gəlib çıxırlar. Burada bir qrup gəmidən ayrılıb, yerli qəbilələrin adamlarını ispanlar və ispan mədənlərinin yeri haqqında müxtəlif hədiyyələr təklif edərək sorğu-sual edib, ispanları zülmkar düşmən, fransızları isə xoşməramlı kimi göstərməyə çalışsalar da, cəhdlər hər hansı əhəmiyyətli nəticə vermir. Hətta, həmin qrup geri qayıdarkən "Belle" gəmisinin yerini tapa bilmir.
Ekspedisiya üzvləri növbəti ay Mississipini tapmaq və Kanadaya qayıtmaq üçün bu dəfə şərq istiqamətində hərəkətə başlayır. Qrup səyahət ərzində başqa bir yerli qəbiləsi olan xalqı ilə qarşılaşır. Keddolar fransızlara öz ərazilərini, qonşu xalqları və Mississippi çayının mövqeyini göstərən xəritə verir. Qonşu xalqlarla sülh içində yaşaması ilə tanınan keddolar eyni xoş məramı fransızlara da göstərir. Keddoları ziyarətdə olarkən fransızlar qəbiləsinin tacirləri ilə görüşür və onlardan ispanların Nyu-Meksikodakı fəaliyyəti ilə əlaqədar məlumat əldə edirlər. Bu tacirlər sonradan gördükləri fransızlar barədə ispanlara xəbər verir.

çatanda qrup üzvlərindən dörd nəfər fərarilik edir. La Sall və onun bir qardaşı oğlu yolda ağır xəstələndiyi üçün yürüş iki ay müddətinə ləngiməli olur. Onlar sağlamlıqlarına qovuşana qədər artıq qrupun əlində çox məhdud sayda qida və barıt qalmışdı. Avqust ayında ekspedisiya üzvlərindən sağ qalan səkkiz nəfər Sen-Lui qalasına qayıdır və heç vaxt Şərqi Texası tərk etməməyə qərar verir.
La Sallın düşərgədə olmadığı müddət ərzində "Bell" gəmisində qalanlardan altı nəfər Sen-Lui qalasına qayıtmağı bacarır. Sağ qayıdan həmin şəxslərin verdiyi məlumata görə yeni kapitan həmişə içkili vəziyyətdə olduğuna görə gəmini idarə etmək bu barədə heç bir təcrübəsi olmayan digər ekipaj üzvlərinin öhdəsinə düşüb və onlar da necə hərəkətə davam etməli olduqlarını bilmədiklərinə görə Mataqorda yarımadasında gəmini tərk edib, qayıqlarla qalaya qədər gəlməli olublar. Beləliklə, əllərində olan sonuncu gəmini də itirən kolonistlər Texas sahillərində ilişib qalır və Karib dənizindəki digər fransız koloniyalarından kömək almaq ümidlərini də itirir.
1687-ci ilin yanvarında koloniyada ilkin 180 nəfərdən 45 nəfər qalmışdı ki, onlar da daxili çəkişmə ilə mübarizə aparırdılar. La Sall inanırdı ki, qrupun sağ qalmaq üçün yeganə ümidi quru yolu ilə səyahət edib, Yeni Fransadan kömək istəməkdədir. Buna görə də o, elə yanvar ayında, dəqiq bilinməyən bir tarixdə çatmaq üçün sonuncu ekspedisiya başladır. Ekspedisiya qrupu yola çıxanda Sen-Lui qalasında əksəriyyəti qadın, uşaq və yararsızlardan ibarət 20-dən az mülki şəxs, həmçinin La Sallın yaxşı yola getmədiyi yeddi hərbçi ilə üç missioner qalır. Ekspedisiya qrupunda isə La Sall, onun öz qardaşı və iki qardaşı oğlu da daxil olmaqla 17 nəfər yola çıxır. 18 martda indiki şəhəri yaxınlığında düşərgə qurarkən qrup üzvləri arasında bizon ətinin bölüşdürülməsi üstündə münaqişə çıxır. Həmin gecə bir ekspedisiya üzvü La Sallın qardaşı oğlanlarından birini və iki nəfər başqa qrup üzvünü yatdığı yerdə qətlə yetirir. Növbəti gün isə yoxa çıxan qardaşı oğlunu axtarmaq üçün düşərgəyə gələn La Sall öldürülür. Daxili toqquşma qısa müddət ərzində daha iki qrup üzvünün qətlinə səbəb olur. Sağ qalan üzvlərdən iki nəfər keddo xalqına qoşulur. Anri Jutel tərəfindən rəhbərlik edilən qalan altı nəfər isə İllinoys torpağına çatmağa müvəffəq olur. İllinoysdan Kanadaya qədər olan səyahətləri boyunca heç kimə La Sallın öldürülməsi barədə bir şey demirlər. Onlar 1688-ci ilin yayında Fransaya çatır və kral Luini La Sallın ölümü, həmçinin Texasdakı koloniyanın dəhşətli şəraiti haqqında məlumatlandırsa da, kral kömək göndərməkdən imtina edir.
Həmçinin bax
İstinadlar
- "Texas Historical Commission, La Salle Odyssey - 17th century thriller". 2023-12-03 tarixində . İstifadə tarixi: 2023-12-01.
- "Eugéne Maissin, The French in Mexico and Texas, 1838–1839 (Salado, Texas: Anson Jones Press, 1961)". 2023-12-03 tarixində . İstifadə tarixi: 2023-12-01.
- "After 17 Years, La Belle Shipwreck Now Complete". 2023-12-03 tarixində . İstifadə tarixi: 2023-12-01.
- Bannon, John Francis, The Spanish Borderlands Frontier, 1513–1821, Albuquerque: University of New Mexico Press, 1997, səh. 94, ISBN
- , The Spanish Frontier in North America, Yale Western Americana Series, New Haven Connecticut: Yale University Press, 1992, səh. 148, ISBN
- Chipman, Donald E., Spanish Texas, 1519–1821 (revised), Austin: University of Texas Press, 2010 [1992], səh. 72, ISBN
- Calloway, Colin G., One Vast Winter Count: The Native American West Before Lewis and Clark, History of the American West, Lincoln: University of Nebraska Press, 2003, səh. 250, ISBN
- Bruseth, James E.; Turner, Toni S., From a Watery Grave: The Discovery and Excavation of La Salle's Shipwreck, La Belle, College Station: Texas A&M University Press, 2005, səh. 76, ISBN
- Weddle, Robert S., The French Thorn: Rival Explorers in the Spanish Sea, 1682–1762, College Station: Texas A&M University Press, 1991, səh. 13, ISBN
- Weddle, Robert. "La Salle's Texas Settlement". Texas State Historical Association (ingilis). June 15, 2010. November 9, 2017 tarixində . İstifadə tarixi: November 9, 2017.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Texasin fransizlar terefinden kolonizasiyalasdirilmasi indiki Texasin cenub serqinde mudafie qalasinin qurulmasi ile baslamisdir 1685 ci ilde Arenosa korfezi ve Mataqorda buxtasi yaxinliginda seyyah terefinden qalasi insa olunub ve bununla erazide fransiz mustemlekeciliyinin esasi qoyulub O eslinde Mississippi cayinin mensebinde koloniya qurmagi hedeflese de qeyri deqiq xeritecilik ve naviqasiya xetalari sebebinden gemi hedeflenen eraziden 640 km qerbde Texas sahillerinde quruya oturmusdu Bununla bele koloniya 1688 ci ile qeder sag qalmagi bacarir Indiki Inez seheri bu qalanin erazisi yaxinliginda yerlesir Koloniya movcud oldugu qisa muddet erzinde bir cox problemlerle uzlesmisdi hansi ki bunlara Yerli amerikali basqinlari epidemiyalar ve sert iqlim seraiti daxil idi La Sall bu bazadan istifade ederek Mississippi cayini tapmaq ucun bir nece ekspedisiyaya rehberlik edir Yekunda o oz isteyine nail ola bilmese de cayinin cox hissesi ve Texasin serq sahilleri haqqinda etrafli melumat toplamaga muveffeq olur 1684 cu ilde La Sallin Luizianaya ekspedisiyasi 1844 cu ilde terefinden cekilmisdir Gemilerden solda Le Joly ortada gosterilib ise sagda sahile cixib 1686 ci ilde onun novbeti seyahetlerinden birinde koloniyanin sonuncu salamat qalan gemisi qezaya ugrayir ve neticede heyetin Karib hovzesindeki diger fransiz koloniyalarindan ehtiyac duyulan resurslari elde etmesi mumkunsuz hala gelir Resurs catismazligi neticesinde veziyyetin getdikce pislesmesi ile birlikde La Sall bu qenaete gelir ki onun ve adamlarinin sag qalmaq ucun yegane yol Mississippi ve Illinoys caylari boyunca simal istiqametinde hereket ederek Illinoys torpagindaki fransizlardan komek istemekdir La Sallin son ekspedisiyasi 1687 ci ilin evvelinde Brazos cayi yaxinliginda bas tutur Bu zaman La Sall ve onun bes adami usyani yatirmaga calisarken qetle yetirilir Koloniyadan bir nece neferin Illinoys torpagina catmasina baxmayaraq geriye komek catdirmaq mumkunsuz olur Koloniyanin geride qalan uzvlerinin ekseriyyeti 1688 ci ilin sonlarinda yerlilerinin hucumunda helak olur basqindan sag cixan dord usaq ise yerliler terefinden himayeye goturulur Koloniya cemi dord il movcudlugunu qorusa da bu Fransa hokumetinin indiki Texas adlanan hemin eraziye iddia ireli surmesine mane olmur Sonradan ABS da bu bolgede evveller movcud olan fransiz koloniyasi sebebinden erazinin Luiziananin satin alinmasi meselesine daxil oldugunu iddia edir lakin bu cehd de ugursuz olur Ispaniya La Sallin missiyasindan 1686 ci ilde xeber tutur Bu fransiz koloniyasini Yeni Ispaniya adlandirilan Ispaniyanin nezaretindeki Amerikaya tehdid olaraq qebul eden Ispaniya krali yasayis menteqesinin askar edilmesi ve mehv edilmesi ucun coxsayli yurusleri maliyyelesdirir Bunun ucun yola cixan ekspedisiyalar esas hedefe nail olmaqda ugursuzluga ducar olsa da Amerikanin korfez sahili bolgesinin cografiyasini daha yaxsi tedqiq etmeye nail olurlar 1689 cu ilde koloniyanin qaliqlarini tapan ispanlar geride qalan silahlari goturub tikilileri yandirirlar Bir nece il sonra ispan hokumetinin gosterisi ile eyni erazide ispanlarin nezaretinde olan erazilerde tikilen mudafie tipli qalalar insa olunur Fransizlarin insa etdiyi qalanin qaliqlari 1996 ci ilde tarixciler terefinden yeniden ortaya cixarilir ve erazi hemin tarixden etibaren arxeoloji menteqe kimi fealiyyete baslayir 1995 ci ilde ise Mataqorda buxtasinda gemisinin qaliqlari tapilir La Sallin ekspedisiyalariBirinci ekspedisiya 1681 ci ile aid bu xerite La Sallin Mississippi cayini kecmesinden evvel kartoqraf Klaud Bernunun Simali Amerika qavrayisini gosterir Rio Qrande cayi Rio Bravo adi ile gosterilib hemcinin Texas korfez sahili ve asagi Mississippi uzerinde hec bir elave melumatin olmamasi buralarin cox az bilindiyini numayis etdirir Mississippi cayinin mensebi bele xeritede gorunmur 17 ci esrin sonlarina dogru Simali Amerikanin boyuk hissesine muxtelif Avropa olkeleri terefinden iddialar qaldirilmisdi Ispaniyanin iddia etdiyi eraziye Florida hemcinin muasir Meksika ve materikin cenub qerb hissesinin ekseriyyeti daxil idi Materikin simal ve merkezi Atlantik Okeani sahili Ingiltere terefinden On uc koloniya adi altinda birlesdirilmisdi Yeni Fransa ise merkezi Illinoys torpagi olmaqla indiki serqi Kanada bolgesini ehate edirdi Fransizlar qorxurdu ki onlarin koloniyalari qonsulardan gele bilecek istenilen tehdide qarsi mudafiesizdir 1681 ci ilde fransiz zadegan Robert Kavalye de La Sall rehberliyinde Sakit Okeana cixis tapmaq arzusu ile Yeni Fransa adlanan erazilerden Mississippi cayi boyunca ekspedisiya yola cixir lakin bu heyet Sakit Okean evezinde Meksika korfezine yol tapmaga muveffeq olur Eslinde ispan konkistador Hernando De Soto bu erazileri 140 il evvel Ispaniya Kralligina qatsa da 9 aprel 1682 ci ilde La Sall Mississippi vadisine Fransa krali XIV Ludovik adina iddia qaldirir ve erazini onun serefine Luiziana adlandirir Fransa Mississippinin mensebinde ozune aid bir baza insa etmedikce Ispaniyanin butun Meksika korfezine nezaret etmek hetta Yeni Fransanin cenub serhedlerini daimi tehluke altinda saxlamaq riski var idi La Sall inanirdi ki Mississippi cayi Yeni Ispaniyanin ucqar serq erazilerine qeder catir Buna gore de 1684 cu ilde Fransaya qayitdiqdan sonra cayin agzinda yeni koloniya qurmagi krala teklif edir Yeni qurulacaq koloniya hem xristianligin yerliler arasinda yayilmasinda baza rolu oynaya hem de qonsuluqdaki ispanlarin Nueva Vizkaya eyaletine hucum ederek buradaki mehsuldar gumus medenlerini ele kecirmeye komek ede bilerdi La Sall zenn edirdi ki cox az sayda fransiz kolonist ispanlarin onlari koleliye celb etmesine qezebli olan 15000 e yaxin hindilerle muttefiq olub ugurla Yeni Ispaniyani isgal ede biler 1687 ci ilin oktyabrinda Ispaniyanin Fransaya muharibe elan etmesinin ardinca kral La Sallin plani ile razilasir Indi artiq onun hedefi Simali Amerikaya qayitmaq ve hindilerin krala bagliligini temin edib onlari dogru yola cekmek ve qebilelerarasi sulhu teskil etmek idi Ikinci ekspedisiya La Sallin orijinal planina esasen onun ilk novbede Yeni Fransaya lovber salmasi buradan cenub istiqametinde Illinoys torpagi uzerinden Mississippi boyunca cayin mensebine hereket etmesi gozlenilirdi Kral XIV Lui ise Ispaniyaya baxmayaraq La Sallin Ispaniyanin ekskluziv mulkiyyeti hesab edilen Meksika korfezi uzerinden hereket planini destekleyirdi Hemcinin La Sall ilkin olaraq bir geminin kifayet edeceyini dusunse de 24 iyul 1684 cu ilde La Rosel limanini dord gemi ile terk edir 36 toplu doyus gemisi Le Joly 300 tonluq yuk dasiyici L Aimable bark tipli yelkenli La Belle ve kec tipli daha kicik olculu yelkenli San Fransua Le Joly ve Le Belle gemileri kral XIV Lui terefinden temin edilse de La Sall daha cox yuk dasimaq ucun sonradan diger iki gemini de fransiz tacirlerden icareye goturur Gemiler ve onlari idare edecek ekipaja elave olaraq 100 herbci ile ekspedisiyaya ixtisasli iscilerin qosulmasini temin etmek ucun elave vesait ayrilir La Sall ozu ise qarsilasacaqlari yerlilerle mubadile etmek ucun emteeler alir Gemiler umumilikde 300 nefere yaxin insan dasiyirdi hansi ki bunlara herbciler tacirler gemi ekipaji alti katolik missioner qadin ve usaqlar daxil idi Gemilerin limani terk etmesinden qisa muddet sonra Fransa ve Ispaniya arasindaki silahli munaqise sona catmisdi ve artiq kral La Salla elave destek gondermekde maraqli deyildi Seyahetin detallari gizli saxlanilmisdi ki ispanlar bundan xebersiz qalsin ve hereketin tehlukesizliyi mumkun qeder temin edilsin Bununla bele ekspedisiyanin donanma komandiri Siyo de Bejeu La Sallin yekun menteqeni aciqlamama barede niyyetine etiraz edir Ikili arasindaki naraziliqlar onlar Haiti adasindaki menteqesine catana qeder davam edir Burada onlar arasindaki esas naraziliq sebebi gemilerin harada lovber salacagi ile bagli idi Bu vaxt Bejeu gosterislerin eksine gederek adanin basqa hissesinde lovber salmaga qerar verir ve neticede koloniya ucun nezerde tutulmus lazimi teminat ve techizatla dolu olan San Fransua gemisi ispanlarin eline kecir 58 gunluk seyahet erzinde iki nefer xestelikden vefat edir ve bir qadin usaq dunyaya getirir San Fransua techizat gemisini itirdikden sonra heyetin San Dominqoya catmasi gozlenilenden daha uzun cekir La Sallin yeni teminat ucun cox az vesaiti qaldigina gore yekunda goyertede olan iki tacir ozleri getirdikleri emteeleri adalilara satir ve qazandiqlari geliri La Salla verir Adaya catdiqdan sonra bir nece nefer qacdigina gore ekspedisiyaya yerlilerden elave adamlar qebul etmeli olurlar 1684 cu il noyabr ayinin sonlarinda La Sall agir xestelikden tam sagaldiqdan sonra qalan uc gemi Mississippi cayinin deltasi ucun axtarislara davam edir Heyet San Dominqonu tek etmezden evvel yerli denizciler xeberdarliq edir ki eger gemilere duzgun istiqamet vere bilmeseler guclu korfez cereyanlari onlari serqe Florida korfezlerine dogru surukleye biler Dekabrin 18 de gemiler Meksika korfezine catir ve Ispaniya terefinden iddia olunan eraziye daxil olurlar Ekspedisiya uzvlerinden hec biri evvel burada olmadigina gore naviqasiya ile bagli problemler ortaya cixir Qeyri deqiq xeritelerden istifade La Sallin Mississippi cayinin mensebinin yuksekliyi ile bagli yanlis hesablamalari cereyanlari nezere alaraq edilen elave lazimsiz duzelisler yekunda ekspedisiyanin Mississippini tapma cehdinin ugursuzluqla neticelenmesine sebeb olur Belelikle onlar 1685 ci ilin evvellerinde Mataqorda buxtasinda Mississippiden 640 km qerbde sahile cixir Ilk yasayis menteqesiFransanin kralliq standarti Boyuk Fransa inqilabina qeder dovlet bayragi kimi istifade edilirdi Kolonistler San Dominqonu terk edenden texminen uc ay sonra 20 fevral tarixinde ilk defe torpaga ayaq basir ve indiki Mataqorda adasi mayaki yaxinliginda muveqqeti duserge salir Ekspedisiyanin salnamecisi Anri Jutel Texasi ilk gorusunu bele ifade edir Torpaq mene cox elverisli kimi gorunmedi Her yer duzenlik ve qumlu idi bununla bele serait ot yetismesine mane olmurdu Bir nece duz hovzesi var idi Bizim gelisimizi gozlemeyen bir nece durna ve Kanada qazindan basqa hec bir vehsi qus gormedik Bejeunun tovsiyesini dinlemeyen La Sall techizatlari dusergeye yaxinlasdirmaq ucun gemilerden La Belle ve L Aimable ucun dar kecid yaradilmasina icaze almaq meqsedile danisiqlar aparmaga qerar verir L Aimable in yukunu azaltmaq ucun onun sekkiz topu ve dasidigi diger yukun kicik bir qismi atilir La Belle ugurla dusergeye catdiqdan sonra La Sall geminin pilotunu gonderir ki diger techizat gemisi de kecirilsin lakin L Aimable in kapitani komek teklifini geri cevirir L Aimable herekete baslamaga hazirlasdigi anda ise bir qrup karankava yaxinlasir ve adamlardan bir hissesini qacirir Bunu goren La Sall bir qrup esgerle birlikde onlari xilas etmek ucun yerlilerin arxasinca dusur ve bu vaxt L Aimable gemisini istiqametlendirmeye arxada hec kim qalmir Geri qayitdiqlarinda geminin artiq bara oturdugunu gorurler Novbeti bir nece gun erzinde adamlar gemiden alet ve emteeleri xilas etmeye calissalar da guclu tufan buna manecilik toredir yalniz mueyyen qeder erzaq top barit ve ticari emteelerden cixarmaq mumkun olur 7 martda gemi batir Fransizlar batan geminin karankavalar terefinden qaret olunmasini izlemekle kifayetlenir Bir muddet sonra fransiz esgerleri yaxinliqda terk edilmis kend tapir Bu vaxt esgerler tekce yerliler terefinden qaret olunmus emteeleri goturmekle kifayetlenmir hem de heyvan derileri ve iki qayigi ozleri ile geri getirir Hadiseden xeber tutan qezebli karankavalar dusergeye hucum edir iki fransiz helak olur basqalari yaralanir Kolonistleri okeanin o biri tayina kecirmekle missiyasini tamamlayan kapitan Bejeu 1685 ci il martin ortalarinda Joly gemisi ile birlikde Fransaya qayidir Kolonistlerin ekseriyyeti onunla birlikde geri qayitmaga qerar verir ve arxalarinda cemi 180 neferi buraxirlar Bejeu Fransaya geldikden sonra La Sallin elave techizat isteyini catdirsa da Ispaniya ile muharibeni bitiren fransiz hokumeti bu isteyi hemiselik cavabsiz buraxir Texasda qalan kolonistler ise dizenteriya ve zohrevi xestelikler sebebinden gundelik olaraq itkiler verir saglam qalanlar ise Mataqorda adasinda muveqqeti qala insa etmeyi bacarir Qala 24 martda La Sall 52 neferi bes qayiga bolusdurerek yeni daha tehlukesiz menteqe axtarisina baslayir Bir muddet sonra temiz su ve baliqla zengin hemcinin daha yaxsi torpaga sahib Qarsitas buxtasini tapir ve burani yaxinliqdaki bizon surulerinden ilhamlanaraq Bizon cayi Riviere aux Boeufs adlandirirlar Buxtanin agzindan texminen 8 km mesafedeki bir tepede qala insa etmeye qerar verilir Burada olduqlari muddetde desteden iki nefer helak olur biri ilan sancmasindan digeri ise baliq ovlayarken bogulur Bezen gece vaxti karankavalar dusergeni ehateye alsa da esgerler bir nece tufeng atesi ile onlari qorxudub uzaqlasdirmagi bacarir Qalaya bezen Fort Sen Lui adi ile istinad olunsa da bu ad yasayis menteqesinin movcudlugu dovrunde islenmir ve daha sonradan ortaya atildigi guman edilir 1689 cu ilde fransiz koloniyasinin yerini askara cixaran ispan ekspedisiyasinin bir uzvu terefinden cekilen fransiz qalasinin ibtidai xeritesi Yaxinliqdan axan cay koloniyanin strukturu ve toplarin movqeleri gosterilir Butun hazirliqlar basa catandan sonra iyunun evvellerinde La Sall muveqqeti dusergede qalan diger kolonistleri de yeni insa etdikleri qalaya toplayir 12 iyunda 70 nefer 80 km lik yuruse baslayir Missiyanin en yorucu tapsirigi Belle gemisindeki butun techizatin cixarilib qalaya getirilmesi idi hansi ki bu proses de iyulun ortalarina qeder davam etdi En son yuk karvani gemini qorumaq ucun geride qalan 30 neferden ibaret idi Iyulun sonlarina dogru qrup uzvlerinin yarisi mehdud qida rasionu ve hedden artiq fiziki is ucbatindan helak olur Sag qalanlar yasayis menteqesinin merkezinde iki mertebeli struktur insa edir Asagi mertebe uc otaga bolunmusdu biri La Sall biri din adamlari ve digeri de ekspedisiyanin zabit heyeti ucun nezerde tutulmusdu Yuxari mertebe ise butov bir otaqdan ibaret idi ve teminatlarin saxlanilmasi funksiyasi dasiyirdi Qalanin etrafindaki daha kicik olculu tikililer ise diger ekspedisiya uzvlerinin gecelemesi ucun idi L Aimable gemisinden cixarilan ve her birinin cekisi 320 ile 540 kq arasinda deyisen 8 top koloniyani xaricden gele bilecek potensial hucumlardan muhafize etmek ucun kenarlarda yerlesdirilmisdi Cetinlikler Daimi dusergenin tikilmesinden bir nece ay sonraki muddet erzinde kolonistler etraf erazileri oyrenmek ucun qisa mesafeli yurusler teskil edir 1685 ci ilin oktyabr ayinin sonlarinda La Sall daha uzun mesafeli ekspedisiyaya qerar verir ve bu meqsedle qalan teminatin cox hissesini yeniden Belle gemisine yukledir Geminin 27 neferlik ekipajindan elave 50 neferi de ozu ile birlikde goturur ve geride yalnizca 34 kisi qadin ve usaqlari buraxir Seyahete cixanlarin coxu qayiqlarla hereket edir Bell ise onlara nisbeten sahil xettinden daha aralida hemin qayiqlari izleyirdi Uc gunluk seyahetden sonra erazide aqressiv yerlilerin movcudlugundan xeber tuturlar Qrup uzvlerinden iyirmi nefer yerlilerin kendine hucum edir ve burada ispanlara mexsus artefaktlar tapilir Ekspedisiya uzvlerinden bir nece nefer kaktusu yediyinden vefat edir Sahilde duserge quran kicik bir qrup ise karankavalarin basqinina meruz qalir ve bu hucum neticesinde Bell gemisinin kapitani da daxil olmaqla elave bir nece nefer itki vermeli olurlar 1686 ci ilin yanvar ayindan mart ayina qeder La Sall ve adamlari Mississippi cayini quru yolu ile axtarib tapmaga calissalar da Rio Qrande cayi boyunca Texasin indiki Lanqtri bolgesine qeder gelib cixirlar Burada bir qrup gemiden ayrilib yerli qebilelerin adamlarini ispanlar ve ispan medenlerinin yeri haqqinda muxtelif hediyyeler teklif ederek sorgu sual edib ispanlari zulmkar dusmen fransizlari ise xosmeramli kimi gostermeye calissalar da cehdler her hansi ehemiyyetli netice vermir Hetta hemin qrup geri qayidarken Belle gemisinin yerini tapa bilmir Ekspedisiya uzvleri novbeti ay Mississipini tapmaq ve Kanadaya qayitmaq ucun bu defe serq istiqametinde herekete baslayir Qrup seyahet erzinde basqa bir yerli qebilesi olan xalqi ile qarsilasir Keddolar fransizlara oz erazilerini qonsu xalqlari ve Mississippi cayinin movqeyini gosteren xerite verir Qonsu xalqlarla sulh icinde yasamasi ile taninan keddolar eyni xos merami fransizlara da gosterir Keddolari ziyaretde olarken fransizlar qebilesinin tacirleri ile gorusur ve onlardan ispanlarin Nyu Meksikodaki fealiyyeti ile elaqedar melumat elde edirler Bu tacirler sonradan gordukleri fransizlar barede ispanlara xeber verir Rene Robert Kavalye Siyo de La Sall Yeni Fransaya catmaga calisarken oz adamlari terefinden oldurulur catanda qrup uzvlerinden dord nefer ferarilik edir La Sall ve onun bir qardasi oglu yolda agir xestelendiyi ucun yurus iki ay muddetine lengimeli olur Onlar saglamliqlarina qovusana qeder artiq qrupun elinde cox mehdud sayda qida ve barit qalmisdi Avqust ayinda ekspedisiya uzvlerinden sag qalan sekkiz nefer Sen Lui qalasina qayidir ve hec vaxt Serqi Texasi terk etmemeye qerar verir La Sallin dusergede olmadigi muddet erzinde Bell gemisinde qalanlardan alti nefer Sen Lui qalasina qayitmagi bacarir Sag qayidan hemin sexslerin verdiyi melumata gore yeni kapitan hemise ickili veziyyetde olduguna gore gemini idare etmek bu barede hec bir tecrubesi olmayan diger ekipaj uzvlerinin ohdesine dusub ve onlar da nece herekete davam etmeli olduqlarini bilmediklerine gore Mataqorda yarimadasinda gemini terk edib qayiqlarla qalaya qeder gelmeli olublar Belelikle ellerinde olan sonuncu gemini de itiren kolonistler Texas sahillerinde ilisib qalir ve Karib denizindeki diger fransiz koloniyalarindan komek almaq umidlerini de itirir 1687 ci ilin yanvarinda koloniyada ilkin 180 neferden 45 nefer qalmisdi ki onlar da daxili cekisme ile mubarize aparirdilar La Sall inanirdi ki qrupun sag qalmaq ucun yegane umidi quru yolu ile seyahet edib Yeni Fransadan komek istemekdedir Buna gore de o ele yanvar ayinda deqiq bilinmeyen bir tarixde catmaq ucun sonuncu ekspedisiya basladir Ekspedisiya qrupu yola cixanda Sen Lui qalasinda ekseriyyeti qadin usaq ve yararsizlardan ibaret 20 den az mulki sexs hemcinin La Sallin yaxsi yola getmediyi yeddi herbci ile uc missioner qalir Ekspedisiya qrupunda ise La Sall onun oz qardasi ve iki qardasi oglu da daxil olmaqla 17 nefer yola cixir 18 martda indiki seheri yaxinliginda duserge qurarken qrup uzvleri arasinda bizon etinin bolusdurulmesi ustunde munaqise cixir Hemin gece bir ekspedisiya uzvu La Sallin qardasi oglanlarindan birini ve iki nefer basqa qrup uzvunu yatdigi yerde qetle yetirir Novbeti gun ise yoxa cixan qardasi oglunu axtarmaq ucun dusergeye gelen La Sall oldurulur Daxili toqqusma qisa muddet erzinde daha iki qrup uzvunun qetline sebeb olur Sag qalan uzvlerden iki nefer keddo xalqina qosulur Anri Jutel terefinden rehberlik edilen qalan alti nefer ise Illinoys torpagina catmaga muveffeq olur Illinoysdan Kanadaya qeder olan seyahetleri boyunca hec kime La Sallin oldurulmesi barede bir sey demirler Onlar 1688 ci ilin yayinda Fransaya catir ve kral Luini La Sallin olumu hemcinin Texasdaki koloniyanin dehsetli seraiti haqqinda melumatlandirsa da kral komek gondermekden imtina edir Hemcinin baxXIV Ludovik TexasIstinadlar Texas Historical Commission La Salle Odyssey 17th century thriller 2023 12 03 tarixinde Istifade tarixi 2023 12 01 Eugene Maissin The French in Mexico and Texas 1838 1839 Salado Texas Anson Jones Press 1961 2023 12 03 tarixinde Istifade tarixi 2023 12 01 After 17 Years La Belle Shipwreck Now Complete 2023 12 03 tarixinde Istifade tarixi 2023 12 01 Bannon John Francis The Spanish Borderlands Frontier 1513 1821 Albuquerque University of New Mexico Press 1997 seh 94 ISBN 978 0 8263 0309 7 The Spanish Frontier in North America Yale Western Americana Series New Haven Connecticut Yale University Press 1992 seh 148 ISBN 978 0 300 05198 8 Chipman Donald E Spanish Texas 1519 1821 revised Austin University of Texas Press 2010 1992 seh 72 ISBN 978 0 292 77659 3 Calloway Colin G One Vast Winter Count The Native American West Before Lewis and Clark History of the American West Lincoln University of Nebraska Press 2003 seh 250 ISBN 978 0 8032 1530 6 Bruseth James E Turner Toni S From a Watery Grave The Discovery and Excavation of La Salle s Shipwreck La Belle College Station Texas A amp M University Press 2005 seh 76 ISBN 978 1 58544 431 1 Weddle Robert S The French Thorn Rival Explorers in the Spanish Sea 1682 1762 College Station Texas A amp M University Press 1991 seh 13 ISBN 978 0 89096 480 4 Weddle Robert La Salle s Texas Settlement Texas State Historical Association ingilis June 15 2010 November 9 2017 tarixinde Istifade tarixi November 9 2017