Qucaratlılar - Hindistanda yaşayan hind-ari mənşəli xalq.
Etimologiyası
"Qucaratlılar" termini "qucaratta", yəni "qucaratlıların torpağı" anlamındadır.
Yaşadıqları ərazilər
Qucarat ştatının əsas əhali kütləsi olan qucaratlıların (40 milyon nəfər) 6,79 %-i başqa ştatlarda (Qoa, Daman və Diu, Madya Pradeş, Maharaştra, Racəstan, Andhra-Pradeş, Qərbi Benqal, Karnataka, Bihar və s.), eləcə də Pakistanda (1 milyon nəfər) yaşayırlar. Hindistanın ən böyük şəhərlərindən biri olan Bombeydə (Mumbay) əhalinin 20 %-i qucaratlıdır.
Qucaratlıların əcdadları və onlara qohum kastalardan ibarət qucarlar (qucara) Pəncab, Himaçal Pradeş, Racəstan, Haryana, Cammu və Kəşmir və Şərqi Pakistan ərazisində yaşayırlar.
Tarixi
Hind-ari tayfaları olan qucarlar e.ə.I minillikdə Qucarat ərazisinə daxil olaraq, yerli bhil və ariyalıları assimlyasiya etmişlər. Orta əsrlərdə qucarlar etnik baxımdan konsolidasiya olunaraq, Qucaratdeşa ərazilərində (müasir Qucarat və cənubi Racəstan) məskunlaşmışlar. Elə "qucarat" toponimi də Çalukya sülaləsinin (X əsr) dövründən məlumdur. 1406-cı ildə mərkəzi Ahmadabad olan Qucarat sultanlığı yaranmış, bu dövlər XV əsrin sonu-XVI əsrin əvvəllərində güclənmişdir.
Dilləri və dinləri
Antropoloji baxımdan avropoid irqinin hind-aralıq dənizi tipinə aid olan qucaratlıların dili-qucarati hind-ari dillərindən sayılır. Bu dil şimali (Ahmadabad dialekti), qərbi (kathiyavar), cənubi (surat) dialektlərə ayrılır. Bir sıra statistik məlumatlara görə qucaratlıların 20 %-i (bilinqva) qucarati dilindən başqa hindi, marathi, urdu, sindhi dillərini ikinci ana dilləri sayırlar.
Qucaratlıların əksəriyyəti hinduistdir, burada vişnuizm geniş yayılmışdır. Dvarka, Somnath, Patan kimi qadın tanrılara sitayiş edirlər, əsas dini mərkəzləri Girnar məbədidir. Tayfa tanrıları (kuldeo) Pithad, Khodiyar, Barundev, Aşapuradevi, Çamunda və s., kənd icma tanrıları (qandeo) Kşetorpardada, Mata, Bacanqbali və başqalarıdır. Dehlidə yaşayan qucaratlılar arasında Svami Narayana kultu populyardır. Qucaratlılar arasında müsəlman, xristian, cayn olanları da vardır.
Əsas məşğuliyyətləri
Qucaratlıların ənənəvi məşğuliyyəti əkinçilikdir, burada cavar, bacra (darı növü), taxıl, qarğıdalı, fıstıq və s. əkilib becərilir, qoşqu heyvanları, zebu, qoyun, keçi bəslənilir. XIX-XX əsrlərdə burada sənayesi güclü inkişaf etmişdir. İpək ("parça kinqhab", “çundari”, "batik") və pambıq toxuculuğu inkişaf etmiş, "kutç" tikməsi, dulusçuluq, "kativar" boyaqçılığı, daş və ağacişləmə, basmanaxış, zərgər işi geniş yayılmışdır. Dehlidə yaşayan qucaratlılar əksər hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Qucaratlıların şəhər evləri ümumhind tipindən fərqlənmir, ev kərpic və daşdan hörülür, örtülü və daxili həyətdən ibarət olur, qapı, pəncərə ağacişləmələrlə bəzədilir. Ahmadabad, Vadodara şəhərləri arxitektur abidələrl zəngindir.
Etnoqrafik xüsusiyyətləri
Qucarat kəndləri kifayət qədər sıx əhaliyə malikdir, burada ənənəvi evlər bir və iki otaqlı, kərpic və daşla hörülür, damlar kirəmitli olur. Ortasında dirək olan dairəvi, güzgülü divarları olan evlər də tikilir. Bu xalqın geyimləri ümumhind xarakterlidir, yuxarı kastalar sari və dhoti geyinir, kişilər ayağından büzülmüş şalvar (payjama), uzun qollu köynəklərə üstünlük verirlər. Qadınlar isə sadə, tikməli çoxlu kiçik güzgülər bərkidilmiş uzun ətək və köynək geyinir, çiyinlərinə şal örtür, çoxlu bəzəklər taxırlar.
Qucaratlıların yeməkləri arasında yaşıl noxud və tərəvəzlə doldurulmuş “çapati”, düyü, balıq, toyuq əti, qoyun əti xüsusi yer tutur. Racəstan kşatriləri və aşağı catilər (kasta) istisna olmaqla, onların əksəriyyəti tam və ya qismən vegeteriandırlar. Racəstan (Caypur, Udaypur, Acmer) kşatriləri arasında qeyri-vegeterian yeməkləri əsasən kişilər evdə olmayanda yeyirlər. Qida rasionunun əsasını taxıl, düyü, bacra və paxlalılar təşkil edir. Aşağı kastalar arasında evdə alkoqol içkilərinin hazırlanması yayılmışdır.
Qucaratlıların ailəsi monoqam, patrilokal, kiçik ailələrdir. Onların arasında endoqam kastaları mövcuddur: Brahmanlar (naqar, anavil, audih, şrimali, modh), kşatrilər, racputlar, baniya, lohana, patel, kaççi kimi yüksək kasta icmaları, carci, kumbhar kimi aşağı kastalar və bir sıra “qeydə alınmış” (keçmiş "toxunulmazlar") icmalar vardır. Yuxarı kastalar (qotra) arasında endoqam və ekzoqam nikahlar yayılmışdır, kross-kuzen nikahlara nadir hallarda rast gəlinir, bu da aşağı kastalarda qeydə alınır. Nikah zamanı bacıların dəyişdirilməsi adəti vardır. Boşanmalara kifayət qədər az rast gəlinir, dul kişinin ikinci dəfə evlənməsinə icazə verilir.
Hamiləlik zamanı qadın bir çox qadağalara, məhdudiyyətlərə əməl edir. Kşatri qucaratlar toy mərasimi zamanı toran, khandu kapera adətlərini yerinə yetirirlər.
Mənbələr
- Глушкова И. П. Узкой тропой вдоль Аравийского моря // Вокруг света № 8 (2007), август 2007. — С. 22-25.
- Гусева Н. Р. Гуджаратцы // Народы и религии мира / Глав. ред. В. А. Тишков. — М.: Большая Российская энциклопедия (издательство)|Большая Российская Энциклопедия, 1998. — С. 207.
- Ламшуков В. К. Маратхская и гуджаратская литературы (второй половины XIX в.) // История всемирной литературы: В 9 томах / АН СССР; Ин-т мировой лит. им. А. М. Горького. — М.: Наука, 1983—1994. Т. 7. — 1991. — С. 631—633.
- Мумоу И. У. Индийская деревня / пер. с англ. — М.: 1952. C. 68.
- Савельева Л. В. Язык гуджарати. — М.: Наука, 1965. — С. 32-35.
- Тюляев С. И. Искусство Индии. — М.: Наука, 1968. — С. 112—114.
- Jhaveri, Krishanlal Mohanlal / The Gujaratis: The People, Their History, and Culture. New Delhi.: Cosmo Publications, 2003. С 40.
İstinadlar
- M. K. Gandhi. Hind Swaraj: Indian Home Rule. Sarva Seva Sangh Prakashan. 2014. İstifadə tarixi: 11 December 2015.
- Minahan, James B. Ethnic groups of South Asia and the Pacific : an encyclopedia. Santa Barbara, Calif.: ABC-CLIO. 2012. səh. 90. ISBN . İstifadə tarixi: 12 December 2015.
Anti-British sentiment led to a strong Gujarati participation in the Indian independence movement.
- Yagnik, Achyut; Sheth, Suchitra. The shaping of modern Gujarat : plurality, Hindutva, and beyond. New Delhi: Penguin Books. 2005. ISBN . İstifadə tarixi: 12 December 2015.
- Joel Millman. The other Americans: how immigrants renew our country, our economy, and our values. Pennsylvania State University. 1998. səh. 170. ISBN . İstifadə tarixi: 28 February 2017.
There are over half a million Gujarati in America today.
- Dan Mayur. Living Dreams. Mehta Publishing House. 2017. səh. 335. ISBN . 5 July 2020 tarixində . İstifadə tarixi: 28 February 2017.
Nevertheless, the half or million so Gujaratis in the United States, referred to as Gujjus, are entrepreneurial by nature...
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qucaratlilar Hindistanda yasayan hind ari menseli xalq Etimologiyasi Qucaratlilar termini qucaratta yeni qucaratlilarin torpagi anlamindadir Yasadiqlari erazilerQucarat statinin esas ehali kutlesi olan qucaratlilarin 40 milyon nefer 6 79 i basqa statlarda Qoa Daman ve Diu Madya Prades Maharastra Racestan Andhra Prades Qerbi Benqal Karnataka Bihar ve s elece de Pakistanda 1 milyon nefer yasayirlar Hindistanin en boyuk seherlerinden biri olan Bombeyde Mumbay ehalinin 20 i qucaratlidir Qucaratlilarin ecdadlari ve onlara qohum kastalardan ibaret qucarlar qucara Pencab Himacal Prades Racestan Haryana Cammu ve Kesmir ve Serqi Pakistan erazisinde yasayirlar TarixiHind ari tayfalari olan qucarlar e e I minillikde Qucarat erazisine daxil olaraq yerli bhil ve ariyalilari assimlyasiya etmisler Orta esrlerde qucarlar etnik baximdan konsolidasiya olunaraq Qucaratdesa erazilerinde muasir Qucarat ve cenubi Racestan meskunlasmislar Ele qucarat toponimi de Calukya sulalesinin X esr dovrunden melumdur 1406 ci ilde merkezi Ahmadabad olan Qucarat sultanligi yaranmis bu dovler XV esrin sonu XVI esrin evvellerinde guclenmisdir Dilleri ve dinleriAntropoloji baximdan avropoid irqinin hind araliq denizi tipine aid olan qucaratlilarin dili qucarati hind ari dillerinden sayilir Bu dil simali Ahmadabad dialekti qerbi kathiyavar cenubi surat dialektlere ayrilir Bir sira statistik melumatlara gore qucaratlilarin 20 i bilinqva qucarati dilinden basqa hindi marathi urdu sindhi dillerini ikinci ana dilleri sayirlar Qucaratlilarin ekseriyyeti hinduistdir burada visnuizm genis yayilmisdir Dvarka Somnath Patan kimi qadin tanrilara sitayis edirler esas dini merkezleri Girnar mebedidir Tayfa tanrilari kuldeo Pithad Khodiyar Barundev Asapuradevi Camunda ve s kend icma tanrilari qandeo Ksetorpardada Mata Bacanqbali ve basqalaridir Dehlide yasayan qucaratlilar arasinda Svami Narayana kultu populyardir Qucaratlilar arasinda muselman xristian cayn olanlari da vardir Esas mesguliyyetleriQucaratlilarin enenevi mesguliyyeti ekincilikdir burada cavar bacra dari novu taxil qargidali fistiq ve s ekilib becerilir qosqu heyvanlari zebu qoyun keci beslenilir XIX XX esrlerde burada senayesi guclu inkisaf etmisdir Ipek parca kinqhab cundari batik ve pambiq toxuculugu inkisaf etmis kutc tikmesi dulusculuq kativar boyaqciligi das ve agacisleme basmanaxis zerger isi genis yayilmisdir Dehlide yasayan qucaratlilar ekser hallarda sahibkarliq fealiyyeti ile mesgul olurlar Qucaratlilarin seher evleri umumhind tipinden ferqlenmir ev kerpic ve dasdan horulur ortulu ve daxili heyetden ibaret olur qapi pencere agacislemelerle bezedilir Ahmadabad Vadodara seherleri arxitektur abidelerl zengindir Etnoqrafik xususiyyetleriQucarat kendleri kifayet qeder six ehaliye malikdir burada enenevi evler bir ve iki otaqli kerpic ve dasla horulur damlar kiremitli olur Ortasinda direk olan dairevi guzgulu divarlari olan evler de tikilir Bu xalqin geyimleri umumhind xarakterlidir yuxari kastalar sari ve dhoti geyinir kisiler ayagindan buzulmus salvar payjama uzun qollu koyneklere ustunluk verirler Qadinlar ise sade tikmeli coxlu kicik guzguler berkidilmis uzun etek ve koynek geyinir ciyinlerine sal ortur coxlu bezekler taxirlar Qucaratlilarin yemekleri arasinda yasil noxud ve terevezle doldurulmus capati duyu baliq toyuq eti qoyun eti xususi yer tutur Racestan ksatrileri ve asagi catiler kasta istisna olmaqla onlarin ekseriyyeti tam ve ya qismen vegeteriandirlar Racestan Caypur Udaypur Acmer ksatrileri arasinda qeyri vegeterian yemekleri esasen kisiler evde olmayanda yeyirler Qida rasionunun esasini taxil duyu bacra ve paxlalilar teskil edir Asagi kastalar arasinda evde alkoqol ickilerinin hazirlanmasi yayilmisdir Qucaratlilarin ailesi monoqam patrilokal kicik ailelerdir Onlarin arasinda endoqam kastalari movcuddur Brahmanlar naqar anavil audih srimali modh ksatriler racputlar baniya lohana patel kacci kimi yuksek kasta icmalari carci kumbhar kimi asagi kastalar ve bir sira qeyde alinmis kecmis toxunulmazlar icmalar vardir Yuxari kastalar qotra arasinda endoqam ve ekzoqam nikahlar yayilmisdir kross kuzen nikahlara nadir hallarda rast gelinir bu da asagi kastalarda qeyde alinir Nikah zamani bacilarin deyisdirilmesi adeti vardir Bosanmalara kifayet qeder az rast gelinir dul kisinin ikinci defe evlenmesine icaze verilir Hamilelik zamani qadin bir cox qadagalara mehdudiyyetlere emel edir Ksatri qucaratlar toy merasimi zamani toran khandu kapera adetlerini yerine yetirirler MenbelerGlushkova I P Uzkoj tropoj vdol Aravijskogo morya Vokrug sveta 8 2007 avgust 2007 S 22 25 Guseva N R Gudzharatcy Narody i religii mira Glav red V A Tishkov M Bolshaya Rossijskaya enciklopediya izdatelstvo Bolshaya Rossijskaya Enciklopediya 1998 S 207 Lamshukov V K Marathskaya i gudzharatskaya literatury vtoroj poloviny XIX v Istoriya vsemirnoj literatury V 9 tomah AN SSSR In t mirovoj lit im A M Gorkogo M Nauka 1983 1994 T 7 1991 S 631 633 Mumou I U Indijskaya derevnya per s angl M 1952 C 68 Saveleva L V Yazyk gudzharati M Nauka 1965 S 32 35 Tyulyaev S I Iskusstvo Indii M Nauka 1968 S 112 114 Jhaveri Krishanlal Mohanlal The Gujaratis The People Their History and Culture New Delhi Cosmo Publications 2003 S 40 IstinadlarM K Gandhi Hind Swaraj Indian Home Rule Sarva Seva Sangh Prakashan 2014 Istifade tarixi 11 December 2015 Minahan James B Ethnic groups of South Asia and the Pacific an encyclopedia Santa Barbara Calif ABC CLIO 2012 seh 90 ISBN 1598846590 Istifade tarixi 12 December 2015 Anti British sentiment led to a strong Gujarati participation in the Indian independence movement Yagnik Achyut Sheth Suchitra The shaping of modern Gujarat plurality Hindutva and beyond New Delhi Penguin Books 2005 ISBN 0144000385 Istifade tarixi 12 December 2015 Joel Millman The other Americans how immigrants renew our country our economy and our values Pennsylvania State University 1998 seh 170 ISBN 9780140242171 Istifade tarixi 28 February 2017 There are over half a million Gujarati in America today Dan Mayur Living Dreams Mehta Publishing House 2017 seh 335 ISBN 9789386342140 5 July 2020 tarixinde Istifade tarixi 28 February 2017 Nevertheless the half or million so Gujaratis in the United States referred to as Gujjus are entrepreneurial by nature