Quba qəzası (rus. Кубинский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Dərbənd və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Quba şəhəri idi.
Quba qəzası | |||
---|---|---|---|
| |||
Ölkə | Rusiya İmperiyası | ||
Quberniya | Bakı quberniyası | ||
Mərkəzi | Quba | ||
Yaradılıb | 1840 | ||
Ləğv edilib | 1929 | ||
Sahəsi |
| ||
Əhalisi |
| ||
Xəritə | |||
Tarixi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daşnak dəstəsi Quba şəhərində 3000-dək dinc sakini qətlə yetirmiş, 4 milyon manat nağd pul, həmçinin 4,5 milyon manatlıq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon manatlıq müxtəlif əşyalar qarət etmişdi. Quba qəzasında 122 müsəlman kəndi dağıdılmış və yandırılmış, əhalisi kütləvi şəkildə qətlə yetirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Quba qəzasında öz hakimiyyətini bərqərar etmişdi. Parlamentin 1919 il 2 iyun tarixli qərarı ilə səpmə yatalaqla mübarizə üçün Quba şəhər özünü idarəsinə 100 min manat məbləğində faizsiz borc ayrılmışdı. Aprelin 12-də isə Qusar sahəsinin Xuluq kəndində ali ibtidai məktəb açılması barədə qanun qəbul olunmuşdu, lakin sovet Rusiyasının yaxından köməklik göstərdiyi bolşeviklər qəzada Hökumət əleyhinə iş aparırdı. Quba şəhərində silahlı üsyan qərargahı təşkil edilmişdi. 1920-ci il aprelin 27-də gündüz saat 2-də istilaçı 11-ci Qırmızı ordu hissələri Qubaya girdi. Quba qəzasında sovet hakimiyyətinin qələbəsi elan olundu. 1929-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirilən rayonlaşdırma prosesində Quba qəzası ləğv edildi. Bakı quberniyasının inzibati ərazi vahidlərindən biri.
Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır.
Keçmiş Quba xanlığının ərazisində yaradılmışdı. Quba xanlığı 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunaraq, əyalətə çevrildikdən sonra onu Gürcüstan Baş rəisliyinin tabeliyindəki naib idarə edirdi. 1809-cu ildə Quba əyalətini idarə etmək üçün Abbasqulu ağa Bakıxanovun atası Mirzə Məhəmməd xan başda olmaqla, dörd nüfuzlu bəydən ibarət Quba idarəsi yaradılmışdı. 1810-cu il üsyanından sonra Qubada komendant üsul-idarəsi formalaşdırıldı. Quba əyaləti Bakı və Dərbənd əyalətləri ilə birgə Dağıstan dairəsində birləşdirildi. 1840-cı il 10 aprel tarixli inzibati-məhkəmə islahatından sonra yaradılan Quba qəzası (Samur dairəsi ilə birlikdə) Dərbənd hərbi dairəsinə daxil edildi. 1846-cı il inzibati-ərazi bölgüsü nəticəsində Quba əyaləti yeni yaradılmış Dərbənd quberniyasının tərkibində qaldı. Dağıstan vilayətinin idarə edilməsi haqqında 1860-cı il 5 may tarixli Əsasnaməyə görə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edildi. Qəzanın mərkəzi Quba şəhəri idi. Quba qəzasında qəza idarə sistemi yaradılmışdı. Qafqaz təqviminin (1917) məlumatına görə, Quba qəzasının sahəsi 6308,61 kv.verst idi. Qəzada 171248 nəfər əhali yaşayırdı. Onlardan 170148 nəfəri yerli sakinlər, 1100 nəfəri isə müvəqqəti yaşayanlar idi. Qəza əhalisinin 91.871 nəfəri kişi (53,65%), 79377 nəfəri qadın (46,35%) idi. Müsəlmanların sayı 164,8 min nəfər idi. Qəzada 5206 nəfər rus qeydə alınmışdı. Quba şəhərində 26956 nəfər yaşayırdı. Qəzanın təsərrüfat həyatında bağçılıq daha çox inkişaf etmişdi. Fevral inqilabından (1917) sonra Quba qəzasında Müvəqqəti hökumətin yerli orqanlarının təşkilinə başlandı. Martın sonlarında Qubada ictimai təşkilatların icraiyyə komitəsi yaradıldı.
Oktyabr çevrilişindən (1917) sonra Bakıda hakimiyyəti ələ almış Bakı Soveti Quba qəzasını sovetləşdirmək pərdəsi altında azərbaycanlılara qarşı soyqırımı həyata keçirdi. 1918-ci il aprelin 21-də Bakı bolşevik təşkilatı və Bakı Soveti Quba qəzasına hərbi dəstələr göndərdi. Aprelin 23-də qəzada sovet hakimiyyeti elan olunmuş, qəza hərbi-inqilab komitəsi yaradılmışdı. Quba qəza-smda azərbaycanlılara qarşı soyqırımı mayın 1-də başlamış və 9 gün davam etmişdi. Qubada törədilən soyqırımlarını daşnak qulduru Hamazaspın başçılıq etdiyi erməni cəza dəstələri həyata keçirmişdi. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. F. Novatskinin Quba şəhərinin və qəza kəndlərinin dağıdılması, onların sakinlərinə qarşı edilən zorakılıqlar haqqında məruzəsində göstərilirdi ki, Hamazaspın cəza dəstəsi Qubaya komissar Şaumyanın göstərişi ilə göndərilmiş, dəstənin döyüşçülərini o zamankı hərbi komissar Korqanov seçmişdir. Dəstə yalnız "Daşnaksütun" partiyasının üzvü olan təqribən iki minə yaxm ermənidən təşkil edilmiş, dəstənin başçısı "məşhur" daşnak , komissarı isə Venuns familiyalı birisi təyin edilmişdir. "Cəza dəstəsi" yalnız azərbaycanlıları qırmaq məqsədini güdmüşdür.
Qəza rəisləri
- Ağababa Yusifzadə
(fövqəladə komissar) (1918-ci ilin may-iyul)
Ədəbiyyat
- Азербаиджанская Демократическая Республика (1918–1920). Внешняя политика (документы и материалы), Б., 1998.:
- Azerbaycan belgelerinde ermeni sorunu (1918–1920), Ankara, 2001;
- Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001;
- Rüstəmbəyov M, Quba qəzasmda kəndlilərin torpaq uğrunda mübarizəsi (sentyabr 1918-ci il – aprel 1920-ci il), BDU-nun Elmi Əsərləri (tarix və fəlsəfə seriyası), 1978;
- Vəlixanlı N., 31 mart – azərbaycanlıların soyqrımı günüdür, "İpək yolu" jurnalı, 1998;
İstinadlar
- http://demoscope.ru/weekly/ssp/ussr_26_b.php?reg=74.
- Ə. M. HƏSƏNOV. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri. (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində). Bakı, "Zərdabi LTD", 2017, S.13
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Quba qezasi rus Kubinskij uezd Rusiya imperiyasi Kaspi vilayeti Derbend ve Baki quberniyalari terkibinde Azerbaycan Demokratik Respublikasi ve Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasi Azerbaycan Sovet Sosialist Respublikasi terkibinde terkibinde movcud olmus inzibati erazi vahidi Inzibati merkezi Quba seheri idi Quba qezasiQuberniyanin gerbiOlke Rusiya ImperiyasiQuberniya Baki quberniyasiMerkezi QubaYaradilib 1840Legv edilib 1929Sahesi 6 284 4 kvadrat verstEhalisi 189 916 nef 1926 XeriteBaki qezasi Quba qezasi Samaxi qezasi Goycay qezasi Cavad qezasi Lenkeran qezasiTarixiAzerbaycan Xalq Cumhuriyyeti dovrunde Dasnak destesi Quba seherinde 3000 dek dinc sakini qetle yetirmis 4 milyon manat nagd pul hemcinin 4 5 milyon manatliq brilyant qizil gumus ve diger qiymetli das qas 25 milyon manatliq muxtelif esyalar qaret etmisdi Quba qezasinda 122 muselman kendi dagidilmis ve yandirilmis ehalisi kutlevi sekilde qetle yetirilmisdi Azerbaycan Xalq Cumhuriyyeti yaradildiqdan sonra Quba qezasinda oz hakimiyyetini berqerar etmisdi Parlamentin 1919 il 2 iyun tarixli qerari ile sepme yatalaqla mubarize ucun Quba seher ozunu idaresine 100 min manat mebleginde faizsiz borc ayrilmisdi Aprelin 12 de ise Qusar sahesinin Xuluq kendinde ali ibtidai mekteb acilmasi barede qanun qebul olunmusdu lakin sovet Rusiyasinin yaxindan komeklik gosterdiyi bolsevikler qezada Hokumet eleyhine is aparirdi Quba seherinde silahli usyan qerargahi teskil edilmisdi 1920 ci il aprelin 27 de gunduz saat 2 de istilaci 11 ci Qirmizi ordu hisseleri Qubaya girdi Quba qezasinda sovet hakimiyyetinin qelebesi elan olundu 1929 cu ilde Azerbaycan Sovet Sosialist Respublikasinda heyata kecirilen rayonlasdirma prosesinde Quba qezasi legv edildi Baki quberniyasinin inzibati erazi vahidlerinden biri Ermeni dasnak destelerinin Quba qezasinda azerbaycanlilari kutlevi sekilde qetle yetirmelerine dair askar edilmis faktlar son vaxtlar bir daha subuta yetirilmisdir Bele ki 2007 ci ilde Quba seherinde kutlevi mezarliqlarin askar edilmesi ermeni vandalizmini tesdiqleyen faktlardir Kecmis Quba xanliginin erazisinde yaradilmisdi Quba xanligi 1806 ci ilde Rusiya imperiyasi terefinden isgal olunaraq eyalete cevrildikden sonra onu Gurcustan Bas reisliyinin tabeliyindeki naib idare edirdi 1809 cu ilde Quba eyaletini idare etmek ucun Abbasqulu aga Bakixanovun atasi Mirze Mehemmed xan basda olmaqla dord nufuzlu beyden ibaret Quba idaresi yaradilmisdi 1810 cu il usyanindan sonra Qubada komendant usul idaresi formalasdirildi Quba eyaleti Baki ve Derbend eyaletleri ile birge Dagistan dairesinde birlesdirildi 1840 ci il 10 aprel tarixli inzibati mehkeme islahatindan sonra yaradilan Quba qezasi Samur dairesi ile birlikde Derbend herbi dairesine daxil edildi 1846 ci il inzibati erazi bolgusu neticesinde Quba eyaleti yeni yaradilmis Derbend quberniyasinin terkibinde qaldi Dagistan vilayetinin idare edilmesi haqqinda 1860 ci il 5 may tarixli Esasnameye gore Derbend quberniyasi legv olundu Quba qezasi Baki quberniyasinin terkibine daxil edildi Qezanin merkezi Quba seheri idi Quba qezasinda qeza idare sistemi yaradilmisdi Qafqaz teqviminin 1917 melumatina gore Quba qezasinin sahesi 6308 61 kv verst idi Qezada 171248 nefer ehali yasayirdi Onlardan 170148 neferi yerli sakinler 1100 neferi ise muveqqeti yasayanlar idi Qeza ehalisinin 91 871 neferi kisi 53 65 79377 neferi qadin 46 35 idi Muselmanlarin sayi 164 8 min nefer idi Qezada 5206 nefer rus qeyde alinmisdi Quba seherinde 26956 nefer yasayirdi Qezanin teserrufat heyatinda bagciliq daha cox inkisaf etmisdi Fevral inqilabindan 1917 sonra Quba qezasinda Muveqqeti hokumetin yerli orqanlarinin teskiline baslandi Martin sonlarinda Qubada ictimai teskilatlarin icraiyye komitesi yaradildi Oktyabr cevrilisinden 1917 sonra Bakida hakimiyyeti ele almis Baki Soveti Quba qezasini sovetlesdirmek perdesi altinda azerbaycanlilara qarsi soyqirimi heyata kecirdi 1918 ci il aprelin 21 de Baki bolsevik teskilati ve Baki Soveti Quba qezasina herbi desteler gonderdi Aprelin 23 de qezada sovet hakimiyyeti elan olunmus qeza herbi inqilab komitesi yaradilmisdi Quba qeza smda azerbaycanlilara qarsi soyqirimi mayin 1 de baslamis ve 9 gun davam etmisdi Qubada toredilen soyqirimlarini dasnak qulduru Hamazaspin basciliq etdiyi ermeni ceza desteleri heyata kecirmisdi Fovqelade Tehqiqat Komissiyasinin uzvu A F Novatskinin Quba seherinin ve qeza kendlerinin dagidilmasi onlarin sakinlerine qarsi edilen zorakiliqlar haqqinda meruzesinde gosterilirdi ki Hamazaspin ceza destesi Qubaya komissar Saumyanin gosterisi ile gonderilmis destenin doyusculerini o zamanki herbi komissar Korqanov secmisdir Deste yalniz Dasnaksutun partiyasinin uzvu olan teqriben iki mine yaxm ermeniden teskil edilmis destenin bascisi meshur dasnak komissari ise Venuns familiyali birisi teyin edilmisdir Ceza destesi yalniz azerbaycanlilari qirmaq meqsedini gudmusdur Qeza reisleriAgababa Yusifzade fovqelade komissar 1918 ci ilin may iyul EdebiyyatAzerbaidzhanskaya Demokraticheskaya Respublika 1918 1920 Vneshnyaya politika dokumenty i materialy B 1998 Azerbaycan belgelerinde ermeni sorunu 1918 1920 Ankara 2001 Pasayev A Acilmamis sehifelerin izi ile B 2001 Rustembeyov M Quba qezasmda kendlilerin torpaq ugrunda mubarizesi sentyabr 1918 ci il aprel 1920 ci il BDU nun Elmi Eserleri tarix ve felsefe seriyasi 1978 Velixanli N 31 mart azerbaycanlilarin soyqrimi gunudur Ipek yolu jurnali 1998 Istinadlarhttp demoscope ru weekly ssp ussr 26 b php reg 74 E M HESENOV Azerbaycanlilara qarsi etnik temizleme ve soyqirimi siyasetinin merheleleri Azerbaycan turk rus ingilis fransiz alman ereb ve Cin dillerinde Baki Zerdabi LTD 2017 S 13