Qazi xan Təkəli (v. 1545, Şirvan) — Səfəvi şahzadələrindən birinin lələsi, qızılbaş hərbi və dövlət xadimi.
Qazi xan Təkəli | |
---|---|
Qazi xan Həsən Təkəli oğlu | |
Xan | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1545 |
Vəfat yeri |
Həyatı
Qazi xan qızılbaş tayfalarından biri olan Təkəli tayfasına mənsub olan Çirkin Həsənin oğludur. Çirkin Həsən 1520-ci ildə o dövrün güclü Səfəvi sərkərdələrindən biri olan Div Sultan Rumlu tərəfindən Gürcüstana edilən yürüş zamanı ona tabe hərbi birlik daxilində nizam-intizamı təmin edə bilmədiyi üçün edam edilmişdi. O, əslində şahın şəxsi işçilərindən biri, bəlkə də onun mühafizəçisi idi.
Xorasan valiliyi
1530-cu ildə Bəhram Mirzə Herata göndərilərək Xorasan valisi təyin edildikdən sonra Qazi xan onun lələsi təyin edildi. Bu zaman Übeydulla xan Xorasan üzərinə yeni yürüş təşkil etdi. Herat özbəklər tərəfindən ağır bir hücuma məruz qaldı və mühasirəyə alındı. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar. Şəhərin mühasirəsi il yarım davam etdi. Qalada ərzaq ehtiyatları tükəndi. Qazi xan şəhər sakinlərini qaladan çıxardı ki, onların hesabına qoşun davam gətirsin. "Təkəli tayfası bu qarışıqlıqlar zamanı yoxsul rəiyyəti sıxışdırdı və onlara zülm etdi". Şəhərdən çıxarılan hər ailədən üç yüz Təbriz dinarı alırdılar. Şəhəri tərk edən sakinlərin evləri qızılbaşlar tərəfindən qarət edilirdi. Heratda elə dəhşətli aclıq baş verdi ki, mühasirəyə alınanlar "pişiklərin və itlərin ətini" yeməyə başladılar. Bir il yarım davam edən mühasirə nəhayət Şah Təhmasibin 1533-cü ilin qışında öz ordusu ilə gəlməsi ilə sonlandırıldı. Bu zaman Qazi xan şahdan buradakı ordunun dəyişdirilməsini xahiş etmiş və Xorasana Sam Mirzə vali təyin edilmişdir. Bir digər qaynağa görə isə, bu dəyişdirilmənin səbəbi başqa şey olmuşdur. Xorasan ərazisində ardı-arası kəsilməyən müharibələr nəticəsində yerli əhali tamamilə dilənçi vəziyyətinə düşdü. Xalq həm özbək qoşunlarının əsarətindən, həm də qızılbaş əyalət hakimlərinin zülm və özbaşınalığından eyni dərəcədə əziyyət çəkirdi. Məsələn, salnaməçinin yazdığına görə, Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Həmçinin xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylanmışdır. Bu zaman mərkəzdə qızılbaş tayfaları arasında ağır mübarizə getməkdə idi. Bu mübarizə nəticəsində 1531-ci ildə mərkəzdəki Təkəli tayfası mənsublarına qarşı qırğınlar həyata keçirildi. Qazi xan bu zaman Xorasanda olduğu üçün bu məsələlərə qarışmamışdı. Qazi xan Şah Təhmasib Sultan Süleymanla döyüşmək üçün ordu ilə birlikdə qərbə yönəldiyində onunla birlikdə idi. Süleyman tərəfdə isə Təkəli tayfasına mənsub olan, lakin şaha xəyanət edərək sultana sığınıb onu Səfəvilər üzərinə yürüşə təhrik edən Üləma bəy Təkəli var idi. Bu yürüş əsnasında Qazi xan da Təhmasibə xəyant etdi. O, təkcə Osmanlı ordusuna qatılmadı, eyni zamanda əvvəlcə Təbrizə gələrək şah ordusunun yaxınlaşdığını osmanlılara xəbər verdi, onlar qaçaraq hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı mühasirəyə aldılar. Mühasirə qış qurtaranadək uzandı. Həmçinin o, sultana Xorasandakı Səfəvi valisi və şahzadəsi Sam Mirzənin üsyan qaldırdığı məlumatını da verdi. Bu xəbəri eşidən Sultan Süleyman çox şad oldu və Sam Mirzəni Səfəvi şahı, eyni zamanda da özünün oğulluğu kimi tanımaqdan məmnun olacağını bildirdi, lakin bir qədər sonra Sultan Süleymandan narazı qalan Qazi xan yenidən tərəf dəyişdirərək Şah Təhmasibə sığındı. O, sultana da xəyanət edərək, 6 minlik köçəri təkəli tayfası ilə Sürlük yaylağında şahın yanına gəldi. Şirvan vilayətinin bir hissəsi – Salyan, Mahmudabad və Bakı mahalları tiyul kimi ona bağışlandı və şahın qardaşı Şirvan bəylərbəyi Əlqas Mirzənin lələsi təyin edildi., lakin müstəqillik ənənələrinə sadiq qalan Şirvan əhalisi uzun müddət Şirvanşahlar dövlətinin məhv olması fikri ilə razılaşmayaraq bir sıra yerlərdə qızılbaşlara müqavimət göstərirdi. Qazi xan Təkəli inadlı və şiddətli mübarizədən sonra 1540-cı ildə Bakı qalasını tutaraq, əhalidən xeyli adam qırdı.<ref>
1545-ci ildə Əlqas Mirzə Şah Təhmasibdən Qazi xanı edam etmək əmri aldı. Edama səbəb kimi isə, onun davamlı xəyanət içində olduğu göstərilirdi.<ref>Membre, 1999. səh. 70<ref>
Qeydlər
- Çox gümanki bunda sultanın ona istədiyi şeyləri təmin edə bilməməsi və ya etməməsi mühüm rol oynamışdır.
Həmçinin bax
İstinadlar
- Həsən bəy Rumlu, 2017. səh. 315
- Həsən bəy Rumlu, 2017. səh. 295, 300
- Джeнкинcoн, 1938. səh. 204-205
- Abrahams, 1999. səh. 228
- Membre, 1999. səh. 69
Mənbə
- Həsən bəy Rumlu. Ehsenüt Tevarix (Tarixlerin ən yaxşısı). Kastamonu. 2017. 662 səh. ISBN .
- Simin Abrahams. A historiographical study and annotated translation of volume 2 of the Afzal al-Tavarikh by Fazli Khuzani al-Isfahani. 1999.
- Michele Membré. Mission to the Lord Sophy of Persia, (1539—1542). Kastamonu. 1999. 662 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qazi xan Tekeli v 1545 Sirvan Sefevi sahzadelerinden birinin lelesi qizilbas herbi ve dovlet xadimi Qazi xan TekeliQazi xan Hesen Tekeli ogluXanSexsi melumatlarVefat tarixi 1545Vefat yeri Sirvan AzerbaycanHeyatiQazi xan qizilbas tayfalarindan biri olan Tekeli tayfasina mensub olan Cirkin Hesenin ogludur Cirkin Hesen 1520 ci ilde o dovrun guclu Sefevi serkerdelerinden biri olan Div Sultan Rumlu terefinden Gurcustana edilen yurus zamani ona tabe herbi birlik daxilinde nizam intizami temin ede bilmediyi ucun edam edilmisdi O eslinde sahin sexsi iscilerinden biri belke de onun muhafizecisi idi Xorasan valiliyi 1530 cu ilde Behram Mirze Herata gonderilerek Xorasan valisi teyin edildikden sonra Qazi xan onun lelesi teyin edildi Bu zaman Ubeydulla xan Xorasan uzerine yeni yurus teskil etdi Herat ozbekler terefinden agir bir hucuma meruz qaldi ve muhasireye alindi Ozbekler Meshedi tutub Herati muhasireye aldilar Seherin muhasiresi il yarim davam etdi Qalada erzaq ehtiyatlari tukendi Qazi xan seher sakinlerini qaladan cixardi ki onlarin hesabina qosun davam getirsin Tekeli tayfasi bu qarisiqliqlar zamani yoxsul reiyyeti sixisdirdi ve onlara zulm etdi Seherden cixarilan her aileden uc yuz Tebriz dinari alirdilar Seheri terk eden sakinlerin evleri qizilbaslar terefinden qaret edilirdi Heratda ele dehsetli acliq bas verdi ki muhasireye alinanlar pisiklerin ve itlerin etini yemeye basladilar Bir il yarim davam eden muhasire nehayet Sah Tehmasibin 1533 cu ilin qisinda oz ordusu ile gelmesi ile sonlandirildi Bu zaman Qazi xan sahdan buradaki ordunun deyisdirilmesini xahis etmis ve Xorasana Sam Mirze vali teyin edilmisdir Bir diger qaynaga gore ise bu deyisdirilmenin sebebi basqa sey olmusdur Xorasan erazisinde ardi arasi kesilmeyen muharibeler neticesinde yerli ehali tamamile dilenci veziyyetine dusdu Xalq hem ozbek qosunlarinin esaretinden hem de qizilbas eyalet hakimlerinin zulm ve ozbasinaligindan eyni derecede eziyyet cekirdi Meselen salnamecinin yazdigina gore Ubeydulla xan seherden geri cekildikden sonra Herata daxil olan sah Heratin ozbekler terefinden muhasiresi zamani mezlumlarin emlakini qaret etdiklerine xalqi incitdiklerine gore Xorasan hakimi Qazi xani ve onun komekcilerini vezifeden kenar etmeye mecbur olmusdu Hemcinin xezineden yoxsullara ve zeiflere pul paylanmisdir Bu zaman merkezde qizilbas tayfalari arasinda agir mubarize getmekde idi Bu mubarize neticesinde 1531 ci ilde merkezdeki Tekeli tayfasi mensublarina qarsi qirginlar heyata kecirildi Qazi xan bu zaman Xorasanda oldugu ucun bu meselelere qarismamisdi Qazi xan Sah Tehmasib Sultan Suleymanla doyusmek ucun ordu ile birlikde qerbe yoneldiyinde onunla birlikde idi Suleyman terefde ise Tekeli tayfasina mensub olan lakin saha xeyanet ederek sultana siginib onu Sefeviler uzerine yuruse tehrik eden Ulema bey Tekeli var idi Bu yurus esnasinda Qazi xan da Tehmasibe xeyant etdi O tekce Osmanli ordusuna qatilmadi eyni zamanda evvelce Tebrize gelerek sah ordusunun yaxinlasdigini osmanlilara xeber verdi onlar qacaraq hundur qulleleri ve divarlari olan her terefden derin xendeklerle ehate olunmus Van qalasinda gizlendiler Qizilbas qosunlari qalani muhasireye aldilar Muhasire qis qurtaranadek uzandi Hemcinin o sultana Xorasandaki Sefevi valisi ve sahzadesi Sam Mirzenin usyan qaldirdigi melumatini da verdi Bu xeberi esiden Sultan Suleyman cox sad oldu ve Sam Mirzeni Sefevi sahi eyni zamanda da ozunun ogullugu kimi tanimaqdan memnun olacagini bildirdi lakin bir qeder sonra Sultan Suleymandan narazi qalan Qazi xan yeniden teref deyisdirerek Sah Tehmasibe sigindi O sultana da xeyanet ederek 6 minlik koceri tekeli tayfasi ile Surluk yaylaginda sahin yanina geldi Sirvan vilayetinin bir hissesi Salyan Mahmudabad ve Baki mahallari tiyul kimi ona bagislandi ve sahin qardasi Sirvan beylerbeyi Elqas Mirzenin lelesi teyin edildi lakin musteqillik enenelerine sadiq qalan Sirvan ehalisi uzun muddet Sirvansahlar dovletinin mehv olmasi fikri ile razilasmayaraq bir sira yerlerde qizilbaslara muqavimet gosterirdi Qazi xan Tekeli inadli ve siddetli mubarizeden sonra 1540 ci ilde Baki qalasini tutaraq ehaliden xeyli adam qirdi lt ref gt 1545 ci ilde Elqas Mirze Sah Tehmasibden Qazi xani edam etmek emri aldi Edama sebeb kimi ise onun davamli xeyanet icinde oldugu gosterilirdi lt ref gt Membre 1999 seh 70 lt ref gt QeydlerCox gumanki bunda sultanin ona istediyi seyleri temin ede bilmemesi ve ya etmemesi muhum rol oynamisdir Hemcinin baxUlema sultan TekeliIstinadlarHesen bey Rumlu 2017 seh 315 Hesen bey Rumlu 2017 seh 295 300 Dzhenkincon 1938 seh 204 205 Abrahams 1999 seh 228 Membre 1999 seh 69MenbeHesen bey Rumlu Ehsenut Tevarix Tarixlerin en yaxsisi Kastamonu 2017 662 seh ISBN 978 605 638 641 5 Simin Abrahams A historiographical study and annotated translation of volume 2 of the Afzal al Tavarikh by Fazli Khuzani al Isfahani 1999 Michele Membre Mission to the Lord Sophy of Persia 1539 1542 Kastamonu 1999 662 seh