Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.
Qarabağlar | |
---|---|
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Kəngərli rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.173 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar. Bəzi məlumatlara görə şəhərin əsasını XII əsrdə Şirvanşah Mənuçöhr qoyub. Şəhər kimi Elxanilər dövləti dönəmində (1256 – 1353) salınıb. Orta əsrlərdə Azərbaycanın qədim və iri şəhərlərindən biri hesab edilirdi. Mühüm ictimai – iqtisadi siyasi mərkəzlərindən biri olması məlumdur. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da göründüyü kimi çoxlu bağ və yaşıllıqlarla örtülmüşdü. Dağlardan axan kiçik çaylardan və bulaqlardan arxlar çəkilmişdi. Naxçıvanın ən qədim mədəniyyət mərkəzlərindən biri olub.
Alimlərin fikrincə, “Qarabağlar” sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub. Bu məlumat X əsr müəllifi Konstantin Baqruanarodnının Sibirdə yaşayan kəngərlərin bir tayfasının “qarabay” adlanması barədə dedikləri ilə uyğundur. Beləliklə, türk tayfası olan Qarabağlar Kəngərlərin bir qolu hesab edilirlər. Azərbaycan xalqının formalaşmasında, etnogenezində iştirak etmiş peçeneq-kəngərlərin bir qolu olan Qarabağlar öz adını bu yerlərə verib. Evliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini belə təsvir edir: “Bu şəhərin özülünü Mənüçöhr qoyub. Şəhər çox qədimdir. İndi Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. III Mehtmet zamanında Türklərin əlindən çıxaraq farsların ixtiyarına keçib. Əmir Teymur Qarabağlarda böyük bir qoşun ilə beş ay qışlağa alıb. Şəhər çox abaddır, ətrafında ucsuz – bucaqsız münbit düzənlik yerləşir. Bizim xidmətçilər şəhərin içində 40-a qədər minarə sayıblar. Şükür Allaha, bu şəhərdə iqlimin və suyun yaxşılığı bizim əhvalımızı qaydaya saldı. Deyilənlərə görə, burada bağı və üzümlükləri olan 10 000-ə qədər ev, 70 mehrab, minarəli 40 cami var. Karvansaray, hamam və bazarlar da çoxdur. Onların sayı artmaqda davam edir. Bura bolluq diyarıdır. Şəhərdə gəzərkən bir bağban bizə 25 çeşid dadlı armud gətirdi. Bunları yeyərkən ağzında dondurma hiss edirsən. Yaqut rəngli nar yetişir. İrəvan düyüsündən bişirilən plov çox dadlıdır.
Tarixi Abidələri
Kənd ərazisində Son Tunc ilə Dəmir dövrlərinə aid olan Qalaçıq yaşayış yeri (E. ə II-I min illərdə), Qarabağlar qəbirstanlığı, Asnı Piri, Qoşa Minarə və başqa tarixi abidələr vardır.
Orta əsrlərdə (XII əsrdə) Qarabağlarda tikilmiş 16 metr hündürlüyündə olan qoşa minarəli məscidlə qəbirüstü türbə (1187-ci il) və başqa tarixi memarlıq abidələrini göstərmək olar. Tarixçi alimlər göstərirlər ki, Qarabağlar kəndindəki türbədə XIV əsrdə Elxan hökmüdarı Hülaki xanın arvadı Quti xatun dəfn olunmuşdur. Buna görə də, həmin abidəyə Quti xatun məqbərəsi deyirlər.
Qarabağlar kəndində yeddi sayda qəbrstanlıq vardır ki, onlardan üçü eramızdan əvvəlki dövrlərə aiddir. “Ocaq dibi” adlı qəbrstanlıqda üç sərdabə tipli “imamzada” kompleksi vardır. Kənddə haliyyədə iki məscid fəaliyyət göstərir ki, onlardan biri 109 il öncə İmam Musa Kazimin şəcərəsindən olmuş, xeyriyyəçi Məhəmməd ağa səyyid Yəqub oğlu tikdirmişdir. İndi isə məsciddə xeyriyyəçinin nəvəsi Məşhədi Mirağa Mir Hüseyn oğlu rövzəxanlıq edir. Kənddə əhaliyə mədəni sosial şərait yaradılmış, iki tam orta məktəb, mədəniyyət evi, kitabxana, istirahət parkı, 300 nömrəlik ATS, poçt-teleqraf qovşağı, həkim ambulatoriyası, gündəlik tələbat malları mağazaları, iaşə xidməti pavilyonları və sairə fəaliyyətdədir. Kənddəki istirahət parkını “Şöhrət” ordenli müharibə veteranı K. Kazımovun təşəbbüsü ilə salmışlar.
Qarabağlar kəndinin şimal-şərq hissəsində okean səviyyəsindən 1.280 metr yüksəklikdə qədim “Qalaçıq” şəhərinin xərabəlikləri qalır. Ora eramızdan əvvəl II-I min illiklərdə şöhrətli şəhərlərindən biri olmuşdur. Ərazidəki 2.000 metr yüksəklikdə “Pələng qayası” dağının cənub ətəklərində düzənlik sahədə Asnı bulağının suyu axmaqdadır. qırıntıları kolun budaqlarına bağlayarlar. Həmin bulaqdan 50 metr cənub istiqamətdə rayonda şöhrət tapmış “Asnı piri”nın binası vardır. Əvvəllər həmin yer (bina) 7x5x3 metr ölçüsündə dağ daşlarından hörülərək tək otaqdan ibarət olmuşdur. Otağın içərisində 3 metr ucalığında damın örtüyünə dayaq tirlər qoyulub. İki tağlı taxta qapı ilə pəncərəsi olan pir “evində” məzar yeri vardır. Həmin qəbir 1999-cu ildə bərpa olunaraq betonla üstü örtülmüşdür. Məzarüstü qədim sufi əlifbası ilə yazılmış daş kitabə oradakı çəkisi 4-5 kiloqrama çatan Qara daş (meteorit) yoxa çıxmışdır. Kənddəki yaşlı adamların söyləməsinə görə pirdəki məzar sahibi qədimlərdə Göycə gölündə itirdiyi əl ağacının içərisində gizlətdiyi qızıl sikkələri burada tapmış tacir (bivaris) Həmdullahınkıdır.(Həmin şəxsin adını əvvəllər pirdə mücövür olmuş mərhum Binət kişinin oğlu 90 yaşlı Qarabağlarlı məşhədi Məhərrəm kişi bildirmişdir. ) 2005-ci ilin 6 dekabr tarixli Naxçıvan MR Ali Məclisi sədrinin imzaladığı sərəncamla Muxtar Respublikanın hər yerində olduğu kimi Qarabağlar kəndində də, tarixi və mədəniyyət abidələrinin qorunub saxlanması və passportlaşdırılması işləri sürətlənərək kənddəki orta əsrlərdən qalma memarlıq abidələri ilə bərabər Asnı piri də, yenidən təmir bərpa olunmuşdur.
Əhalisi
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən İrəvan quberniyası, Naxçıvan qəzası, Əliabad şöbəsi, Xok kənd cəmiyyəti tərkibinə daxil olan Qarabağlar kəndində 192 evdə şiə etiqadlı müsəlman tatarlardan (189 evdə 587 nəfəri kişilər və 458 nəfəri qadınlar olmaqla toplam 1.045 nəfər) və sünni etiqadlı müsəlman kürdlərdən (3 evdə 11 nəfər kişilər və 9 nəfəri qadınlar olmaqla toplam 20 nəfər) ibarət 1.065 nəfər (598 nəfəri kişilər, 467 nəfəri qadınlar) əhali yaşayırdı.
Əhali əsasən taxılçılıq, tütünçülük və heyvandarlıqla məşğuldur. Qarabağlar kəndində qədim türk dilli oğuz tayfaları yaşayırlar. Onlar Bəydillilər (qədim Qalaçıq əhalisidirlər), Turxanlılar, Süleymanlılar, Cığallılar, Ağahəsənlilər, Alamədətlilər və sonradan məskunlaşmış “Daşməhəlləli” tayfalardırlar.
2009-cu il Azərbaycan Respublikasının əhalinin siyahıya alınmasına görə isə əhalinin sayı 5833 nəfərdir.
Məşhur şəxsiyyətləri
- Şahin Səfərov – Ədəbiyyatşünas, tənqidçi, Filologiya elmləri doktoru (1983), professor (1987), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının əməkdar müəllimi. "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru (1972-1992), "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin eyni adlı nəşriyyatının direktoru (1993-1994), "Şəhriyar" qəzetinin redaktoru (1994-1995), Bakı Şəhər Sovetinin deputatı.
- Qaraş Mədətov – tarixçi, Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941-1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor.
- Kamran Rəhimov – Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor. Azərbaycan SSR Xalq Maarifi naziri, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi.Azərbaycan Kommunisti jurnalının baş redaktoru. Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
- Şükür Sadıqov – Görkəmli Alim.
- Qurban Qurbanov (dramaturq) – Dramaturq, 1939-cu ildən Yazıçılar Birliyinin üzvü.Naxçıvan Dövlət Teatrının direktoru.
- Seyfulla Qurbanov – alim, texnika elmləri namizədi.
- Növrəstə Quliyeva — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).
- Əbülfəz Babayev – Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Sumqayıt şəhər bələdiyyəsinin sədri. Texnika elmləri doktoru, professor. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü.
- Eldar Novruzov – Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini. Biologiya elmləri doktoru, dosent. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü..
İqtisadiyyatı
Qarabağlar kəndində 2008-ci ildə yaradılan və hazırda illik istehsal gücü 120 tona çatan “Asnı” Qızılxallı Alabalıq (forel) Yetişdirmə Təsərrüfatı nəinki Kəngərli rayonunun, eləcə də muxtar respublikanın balıq məhsullarına olan tələbatını ödəmək üçün bazarda təzə forel balığının satışını təşkil edir. Bundan əlavə, forel balığının konservləşdirilib ticarət şəbəkələrinə göndərilməsini də təşkil edir. Bu balığın 200 qramlıq qablarda tomatlı və zeytun yağlı konservləri də satışa çıxarılır. Hazırda konserv sexinin istehsal gücü ayda 10 min qutudur.
Kənddəki şəxsi təsərrüfat sahibləri Naxçıvan diyarında şöhrət tapmış qırmızı rəngli “Qarabağlar soğanı”nı əkib becərirlər.
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- (PDF). 2012-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-14.
- Qeyd: azərbaycanlılardan
- Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- "Arxivlənmiş surət". 2022-03-19 tarixində . İstifadə tarixi: 2022-02-28.
- Abadlıq və quruculuğun yeni ünvanı: Kəngərli[ölü keçid]
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qarabaglar Azerbaycan Respublikasi Naxcivan Muxtar Respublikasinin Kengerli rayonunda kend Qarabaglar39 25 31 sm e 45 11 49 s u Olke AzerbaycanMuxtar respublika Naxcivan MRRayon Kengerli rayonuTarixi ve cografiyasiMerkezin hundurluyu 1 173 mSaat qursagi UTC 04 00EhalisiEhalisi 5 833 nef QarabaglarBu adin diger istifade formalari ucun bax Qarabaglar TarixiKicik Qafqaz silsilelerinin qocaman Araza enib geldiyi elverisli ve sefali bir erazide yerlesir Kendin simalindaki tepelik erazide son Tunc ve demir dovrlerine aid Qalaciq yasayis meskeni tapilib Qalaciq qedim yasayis yerinin sahesi 40 hektardir Butun Qafqazda ilk defe ibtidai icma qurulusu dovrune aid bele mohtesem yasayis yeridir Bu fakt 1934 cu ilde burada aparilan arxeoloji tedqiqatlardan sonra tesdiqlenib Bundan basqa olke ehemiyyetli arxeoloji abide sayilan Qarabaglar yasayis yeri XII XVII esrlere aiddir Ehtimallara gore Qarabaglarda XVII esrde 50000 nefere qeder ehali yasayib Ilk sakinleri 4000 il evvel yeni e e II minilliyin baslangicinda mehz hemin yerde mesken saliblar Bezi melumatlara gore seherin esasini XII esrde Sirvansah Menucohr qoyub Seher kimi Elxaniler dovleti doneminde 1256 1353 salinib Orta esrlerde Azerbaycanin qedim ve iri seherlerinden biri hesab edilirdi Muhum ictimai iqtisadi siyasi merkezlerinden biri olmasi melumdur Seherin Yaxin Serq olkeleri ile Avropani birlesdiren muhum karvan yollarinin ustunde yerlesmesi sayesinde burada senetkarliq ticaret iqtisadi heyat xeyli tereqqi etmisdi Seher adindan da gorunduyu kimi coxlu bag ve yasilliqlarla ortulmusdu Daglardan axan kicik caylardan ve bulaqlardan arxlar cekilmisdi Naxcivanin en qedim medeniyyet merkezlerinden biri olub Alimlerin fikrince Qarabaglar sozu qedim turk tayfasi olan kengerlerin bir qolunun adi ile bagli olub Bu melumat X esr muellifi Konstantin Baqruanarodninin Sibirde yasayan kengerlerin bir tayfasinin qarabay adlanmasi barede dedikleri ile uygundur Belelikle turk tayfasi olan Qarabaglar Kengerlerin bir qolu hesab edilirler Azerbaycan xalqinin formalasmasinda etnogenezinde istirak etmis peceneq kengerlerin bir qolu olan Qarabaglar oz adini bu yerlere verib Evliya Celebi Seyahetname eserinde Qarabaglar kendini bele tesvir edir Bu seherin ozulunu Menucohr qoyub Seher cox qedimdir Indi Naxcivan torpaginda ayrica sultanliq teskil edir III Mehtmet zamaninda Turklerin elinden cixaraq farslarin ixtiyarina kecib Emir Teymur Qarabaglarda boyuk bir qosun ile bes ay qislaga alib Seher cox abaddir etrafinda ucsuz bucaqsiz munbit duzenlik yerlesir Bizim xidmetciler seherin icinde 40 a qeder minare sayiblar Sukur Allaha bu seherde iqlimin ve suyun yaxsiligi bizim ehvalimizi qaydaya saldi Deyilenlere gore burada bagi ve uzumlukleri olan 10 000 e qeder ev 70 mehrab minareli 40 cami var Karvansaray hamam ve bazarlar da coxdur Onlarin sayi artmaqda davam edir Bura bolluq diyaridir Seherde gezerken bir bagban bize 25 cesid dadli armud getirdi Bunlari yeyerken agzinda dondurma hiss edirsen Yaqut rengli nar yetisir Irevan duyusunden bisirilen plov cox dadlidir Tarixi AbideleriKend erazisinde Son Tunc ile Demir dovrlerine aid olan Qalaciq yasayis yeri E e II I min illerde Qarabaglar qebirstanligi Asni Piri Qosa Minare ve basqa tarixi abideler vardir Orta esrlerde XII esrde Qarabaglarda tikilmis 16 metr hundurluyunde olan qosa minareli mescidle qebirustu turbe 1187 ci il ve basqa tarixi memarliq abidelerini gostermek olar Tarixci alimler gosterirler ki Qarabaglar kendindeki turbede XIV esrde Elxan hokmudari Hulaki xanin arvadi Quti xatun defn olunmusdur Buna gore de hemin abideye Quti xatun meqberesi deyirler Qarabaglar kendinde yeddi sayda qebrstanliq vardir ki onlardan ucu eramizdan evvelki dovrlere aiddir Ocaq dibi adli qebrstanliqda uc serdabe tipli imamzada kompleksi vardir Kendde haliyyede iki mescid fealiyyet gosterir ki onlardan biri 109 il once Imam Musa Kazimin seceresinden olmus xeyriyyeci Mehemmed aga seyyid Yequb oglu tikdirmisdir Indi ise mescidde xeyriyyecinin nevesi Meshedi Miraga Mir Huseyn oglu rovzexanliq edir Kendde ehaliye medeni sosial serait yaradilmis iki tam orta mekteb medeniyyet evi kitabxana istirahet parki 300 nomrelik ATS poct teleqraf qovsagi hekim ambulatoriyasi gundelik telebat mallari magazalari iase xidmeti pavilyonlari ve saire fealiyyetdedir Kenddeki istirahet parkini Sohret ordenli muharibe veterani K Kazimovun tesebbusu ile salmislar Qarabaglar kendinin simal serq hissesinde okean seviyyesinden 1 280 metr yukseklikde qedim Qalaciq seherinin xerabelikleri qalir Ora eramizdan evvel II I min illiklerde sohretli seherlerinden biri olmusdur Erazideki 2 000 metr yukseklikde Peleng qayasi daginin cenub eteklerinde duzenlik sahede Asni bulaginin suyu axmaqdadir qirintilari kolun budaqlarina baglayarlar Hemin bulaqdan 50 metr cenub istiqametde rayonda sohret tapmis Asni piri nin binasi vardir Evveller hemin yer bina 7x5x3 metr olcusunde dag daslarindan horulerek tek otaqdan ibaret olmusdur Otagin icerisinde 3 metr ucaliginda damin ortuyune dayaq tirler qoyulub Iki tagli taxta qapi ile penceresi olan pir evinde mezar yeri vardir Hemin qebir 1999 cu ilde berpa olunaraq betonla ustu ortulmusdur Mezarustu qedim sufi elifbasi ile yazilmis das kitabe oradaki cekisi 4 5 kiloqrama catan Qara das meteorit yoxa cixmisdir Kenddeki yasli adamlarin soylemesine gore pirdeki mezar sahibi qedimlerde Goyce golunde itirdiyi el agacinin icerisinde gizletdiyi qizil sikkeleri burada tapmis tacir bivaris Hemdullahinkidir Hemin sexsin adini evveller pirde mucovur olmus merhum Binet kisinin oglu 90 yasli Qarabaglarli meshedi Meherrem kisi bildirmisdir 2005 ci ilin 6 dekabr tarixli Naxcivan MR Ali Meclisi sedrinin imzaladigi serencamla Muxtar Respublikanin her yerinde oldugu kimi Qarabaglar kendinde de tarixi ve medeniyyet abidelerinin qorunub saxlanmasi ve passportlasdirilmasi isleri suretlenerek kenddeki orta esrlerden qalma memarliq abideleri ile beraber Asni piri de yeniden temir berpa olunmusdur Ehalisi14 may 17 dekabr 1886 ci ilde aileler uzre aparilmis kameral siyahiyaalmaya esasen Irevan quberniyasi Naxcivan qezasi Eliabad sobesi Xok kend cemiyyeti terkibine daxil olan Qarabaglar kendinde 192 evde sie etiqadli muselman tatarlardan 189 evde 587 neferi kisiler ve 458 neferi qadinlar olmaqla toplam 1 045 nefer ve sunni etiqadli muselman kurdlerden 3 evde 11 nefer kisiler ve 9 neferi qadinlar olmaqla toplam 20 nefer ibaret 1 065 nefer 598 neferi kisiler 467 neferi qadinlar ehali yasayirdi Ehali esasen taxilciliq tutunculuk ve heyvandarliqla mesguldur Qarabaglar kendinde qedim turk dilli oguz tayfalari yasayirlar Onlar Beydilliler qedim Qalaciq ehalisidirler Turxanlilar Suleymanlilar Cigallilar Agahesenliler Alamedetliler ve sonradan meskunlasmis Dasmehelleli tayfalardirlar 2009 cu il Azerbaycan Respublikasinin ehalinin siyahiya alinmasina gore ise ehalinin sayi 5833 neferdir Meshur sexsiyyetleriSahin Seferov Edebiyyatsunas tenqidci Filologiya elmleri doktoru 1983 professor 1987 Azerbaycan Respublikasinin emekdar elm xadimi 1991 Azerbaycan Respublikasinin emekdar muellimi Azerbaycan muellimi qezetinin bas redaktoru 1972 1992 Azerbaycan dunyasi Beynelxalq Elaqeler Merkezinin eyni adli nesriyyatinin direktoru 1993 1994 Sehriyar qezetinin redaktoru 1994 1995 Baki Seher Sovetinin deputati Qaras Medetov tarixci Azerbaycan MEA nin muxbir uzvu Azerbaycan MEA A Bakixanov adina Tarix Institutunun Azerbaycanin 1941 1945 ci iller tarixi sobesinin mudiri tarix uzre elmler doktoru professor Kamran Rehimov Emekdar elm xadimi tarix elmleri doktoru professor Azerbaycan SSR Xalq Maarifi naziri Naxcivan Vilayet Partiya Komitesinin birinci katibi Azerbaycan Kommunisti jurnalinin bas redaktoru Azerbaycan Respublikasi Milli Meclisinin deputati Sukur Sadiqov Gorkemli Alim Qurban Qurbanov dramaturq Dramaturq 1939 cu ilden Yazicilar Birliyinin uzvu Naxcivan Dovlet Teatrinin direktoru Seyfulla Qurbanov alim texnika elmleri namizedi Novreste Quliyeva tutuncu Sosialist Emeyi Qehremani 1949 Ebulfez Babayev Azerbaycan Seher Belediyyelerinin Milli Assosiasiyasinin sedri Sumqayit seher belediyyesinin sedri Texnika elmleri doktoru professor Amerika Birlesmis Statlari Nyu York Elmler Akademiyasinin uzvu Eldar Novruzov Azerbaycan Milli Elmler Akademiyasi Botanika Institutunun elmi isler uzre direktor muavini Biologiya elmleri doktoru dosent Amerika Birlesmis Statlari Nyu York Elmler Akademiyasinin heqiqi uzvu IqtisadiyyatiQarabaglar kendinde 2008 ci ilde yaradilan ve hazirda illik istehsal gucu 120 tona catan Asni Qizilxalli Alabaliq forel Yetisdirme Teserrufati neinki Kengerli rayonunun elece de muxtar respublikanin baliq mehsullarina olan telebatini odemek ucun bazarda teze forel baliginin satisini teskil edir Bundan elave forel baliginin konservlesdirilib ticaret sebekelerine gonderilmesini de teskil edir Bu baligin 200 qramliq qablarda tomatli ve zeytun yagli konservleri de satisa cixarilir Hazirda konserv sexinin istehsal gucu ayda 10 min qutudur Kenddeki sexsi teserrufat sahibleri Naxcivan diyarinda sohret tapmis qirmizi rengli Qarabaglar sogani ni ekib becerirler Istinadlar Azerbaycan Respublikasinin inzibati erazi bolgusu Melumat toplusu Baki 2013 488 seh PDF 2012 10 15 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2014 03 14 Qeyd azerbaycanlilardan Svod statisticheskih dannyh o naselenii Zakavkazskogo kraya izvlechennyh iz posemejnyh spiskov 1886 g Izd po rasporyazheniyu glavnonachalstvuyushego grazhd chastyu na Kavkaze Zavkavk stat kom 1893 Azerbaycan Respublikasi ehalisinin siyahiyaalinmasi 2009 cu il I cild Baki 2010 Arxivlenmis suret 2022 03 19 tarixinde Istifade tarixi 2022 02 28 Abadliq ve quruculugun yeni unvani Kengerli olu kecid Hemcinin baxQarabaglar sultanligi Qarabaglar nahiyesi