Qarabağ xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu.
Ümumi məlumat
Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda – dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl – Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, , Çanaxçı, Tuğ, , Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, , Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər.
"Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı – gəbələr geniş yayılmışdır.
1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng – boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşaratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona – "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, hazirda erməni işğalı altında inildəyən Qarabağımızın bütün milli sərvətlərinin mənimsəyən bu azğın düşmənləri qabaqlayıb, öz sərvətlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.
Qarabağ xalçalarının motivləri
Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfuqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerinin bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir."Şəddə" tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.
Qədim xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən ibtidai, üfuqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin axırlarında Qarabağda "Atlı-itli","İtli-Pişikli","Marallı-Ceyranlı" cə s. Xovlu xalçalar toxunmuşdur. Bu kompozisiya baxımından heyvan təsvirləri olan üfuqi zolaqlardır.
Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsi nin "Şahnamə" poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözədəyəndir. Rüstəm və Söhrab xalçalar seriyası miniatür rəngkarlığı üçün ənənəvi kompozisiya prinsiplərinin xalq ruhunda təfsiri ilə diqqətə layiqdir. Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə xalq xalçaçılıq sənətinin sözün əsl mənasında tayı-bərabəri olmayan inciləridir.
Qarabağ məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf etmişdir. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən süurlu surətdə imtina edilməsi simvolikanın və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbayacan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Qarabağ xalça məktəbi "Ləmpə, "Şələbi, "Qoca", "Malıbəyli", "Buynuz", "Dəryanur, "Açma-yumma"", "Şabalıd-burta", "Balıq" və b. xalçaları məşhurdur.
Şuşa xalçaları
Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Azərbaycanda olan 1500 növ boyaq bitkisinin əksəriyyəti Qarabağda olmuş, burada toxunan xalçaların ipliklərinin boyanmasında onlardan istifadə olunmuşdur. Vidadi Muradovun yazdığına görə, Qarbağda, o cümlədən də Şuşada 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunmaqla xalçalar toxunmuşdur. Xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Buna nümunə olaraq, eni 2 və uzunu 5–7 xan arşını (xan arşını 1,5 arşına bərabər gəlir) olan xalıları, eni 1 və uzunu 5–7 xan arşını olan cüt "kənarə", "başlıq", "ayaqlıq" kimi beş hissədən ibarət "xalı-gəbə" dəstlərini misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, "Ləmpə", "Qoca", "Balıq", "Buynuz", "Açma-yumma", "Bulud" kimi geniş yayılmış çeşnilərdən istifadə edilmişdir. Qarabağ sənətkarlarının toxuduğu xalçalara verdikləri adlar bəzən onların ölçülərini də müəyyən edir. Məsələn, "gəbə" – xalı ilə kənarə arasındakı ölçüdə bir xalça, taxtüstü – 3x1 xan arşını ölçülü divar və ya taxt üçün nəzərdə tutulan xalça, "xalı balası" – 4x1 xan arşını ölçüsündə xalı və s. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunurdu. Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. Məsələn, "Bulud", "Bağçada güllər", "Saxsıda güllər" adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycanın Rusiyaya ilhaqından sonra başlanılmışdır. XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, krujeva, "xoruznişan" dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları, həndəsi naxışlarla bəzədilmiş damalı kağızlara bükülmüş sabun və s. materiallar gətirilirdi. Şuşada istehsal olunan bir çox xalçalar da xalça sənətkarlarının həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq yaratdığı nümunələrdir. Şusanın "Bağçada güllər" kompozisiyalı məşhur xalçaları buna misal ola bilər. Bu xalçaların naxışları Pavlovski Posad şəhərində istehsal olunan güllü yaylıqlardan götürülmüşdür. Ona görə ilk dəfə "Güllü yaylıq" adlandırılan bu xalçalar sonralar "Bağçada güllər" adı ilə məşhurlaşmışdır. Şuşada toxunan "Saxsıda güllər", "Bulud" xalçaları da rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir. İlk dövrlər güllü naxışlar kiçik ölçülü xalçalara, sonralar isə dəst xalı-gəbələrə da tətbiq olunmağa başlamışdır. Röya Tağıyevanın yazdığına görə, XIX əsrin II yarısından etibarən Şuşada toxunan bütün xalçaların təqribən 35 faizi "Balıq" kompozisiyalı xalça nümunələri idi. Vaxtilə Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunan bu xalçaların istehsalı XVIII əsrin II yarısından etibarən Şuşa şəhərində cəmləşir. "Əfşan" kompozisiyası əsasında qurulan bu xalçalar Cənubi Azərbaycanda "Mahi", Qarabağda isə "Balıq" adı ilə tanınmışdır. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tuturdu. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən "Ləmpə", "Qoca", "Bulud" xalçaları və "Dəst xalı-gəbə" kimi xalça dəstləri burada toxunub. Qarabağın əksər məntəqələrində, o cümlədən Şuşa şəhərində toxunan xalçalar əmtəə xarakterli olub Rusiya, Avropa, Asiya ölkələrinə ixrac olunmuşdur. Statistik məlumatlara görə, 1885–1887-ci illərdə Şuşanın xalça istehsalından gəliri 30 min rubl olmuşsa, 1890-cı illərdə bu gəlir artıq 200 min rubla çatmışdır.
Buynuz xalçası
"Buynuz" adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları "Buynuz" xalçasını əvvəllər olduğu kimi, "Horadiz" adlandırırlar. Orta Asiyada və Yaxın Şərqdə, həmçinin Azərbaycanda qoyun, öküz, keçi kimi buynuzlu heyvanları müqəddəs hesab edirdilər. Əvvəllər əkinçiliklə, məhsulla, sonra totemizmlə, daha sonra isə astronomik anlayışlarla "Buynuz" müxtəlif simvol və təsəvvürü ifadə edirdi. Güc və cəsarət rəmzi olan öküz eyni zamana, "səma qüvvələri" ilə simvollaşdıraraq, su və əkinçilik allahını təcəssüm etdirir. Xalçanını orta sahəsinin kompozisiyası tamamilə üslublaşdırılmış buynuz təsvirlərindən ibarətdir. "Buynuz" xalçalarının orta sahəsini təşkil edən, oxşar formalı elementlər, bəzəklər incəsənət ənənəsi və ümumi qəbul edilmiş qaydalara görə, bir-birinin ardınja düzülərək üfiqi cərgə yaradır. Bu "Buynuz"ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə bu xalçaları istənilən ölçüdə toxumağa imkan verir. Bu "Buynuz"ların ətrafında toplaşan, xalçanın əsas elementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.
Balıq xalçası
Xalça Balıq Bu xalça Qarabağ tipinin ən geniş yayılan xalçalarından biridir. Ölkəmizin şimalında "Balıq", İran Azərbaycanında isə "Moxi" adı ilə tanınır. "Balıq" xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab olunurdu. XVIII əsrin ikinci yarısından isə "Balıq" xalçası Şuşa şəhərində də istehsal olunurdu. XIX əsrin ikinci yarısından Şuşa şəhərində istehsal olunan xalı və xalçaların təqribən 35 faizi "Baılq" tipinə aid idi. Məşhur "Eraq", "Bıçaq", "Mustofi" və başqa xalçalar əsas etibarilə "Balıq" təsviri əsasında toxunurdular. "Balıq" kompozisiyası eyni prinsipə tabedir, onun spiralları isə qısa məsafəli rapportlarda yerləşirlər. Spiralın sonuna əyilmiş yarpaqlar hərdən uzun formada yığılaraq, "Balıq" təsvirini xatırladır, buna görə də xalça sənətkarları şərti olaraq bu kompozisiyanı "Balıq" adlandırırdılar.
Qarabağ xalçası
"Qarabağ" adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub və hal-hazırda da istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçaları "Qarabağ" adlandırırdılar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar "Xan" və ya "Xan Qarabağ" kimi müxtəlif adlar almışdılar, eyni eskizlə Qubada toxunan xalçalar isə "Africa" adlanırdılar. "Qarabağ" adı ilə tanınan xalçalar bir neçə növdə olur:
- 1. Bir neçə medalyondan ibarət olan orta sahənin kompozisiyası İran və Hindistan bədii parçalarının əsasən basma naxışlı pərdələrini xatırladır. Bitki elementləri ilə bəzədilmiş bu medalyonları XV–XVII əsr Təbriz rəssamlarının tərtibatı hazırlanmış Quranın və ədəbi-bədii əsərlərin üz qabığında rast gəlmək olar. Medalyonların yuxarı və aşağı tərəfində yerləşən başlıqlar medalyonlar ilə orta sahə arasında boş yerləri doldurur.
- 2. Həmçinin xalça toxuyujuları arasında "Çini-çeşni" adı alan "Qarabağ" xalçaları mövcuddur. Bu xalçaların kompozisiyasını bir cərgədə yerləşən səkkizguşəli medalyonlar təşkil edir.
Xanlıq xalçası
Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub və hər zaman da belə olaraq qalmaqdadır. Yüksək keyfiyyətləri ilə seçilirlər. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar Dünya bazarına və yaramarkalarına ixracat olunan xalçalardan daha gözəl hesab olunurdu. "Xanlıq" xalçasının orta sahəsində böyük gel yerləşir. Onun yuxarı və aşağı hissəsində iki quba, orta sahənin dörd küncündə isə simmetrik yerləşmiş ləçək yerləşir. "Xanlıq" xalçasına xarakterik olan haşiyələr zolaqlardan ibarətdir. "Xanlıq" xalçasının orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq" xalçası toxunmuşdur.
Qasımuşağı xalçası
"Qasımuşağı xalçası"nının adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu qeyd-şərtsiz bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu.
"Qasımuşağı" xalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçanın mərkəzində haşiyələrlə əhatə olunmuş böyük medalyon yerləşir. Medalyonun ortasında dördguşəli medalyon (xonça) yerləşir. Gölün yanlarından dörd bir tərəfə burulmuş budaqlar ayrılır. Orta sahənin yuxarı və aşağı hissəsində mərkəzi medalyondan çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük "qol" yerləşir. Bu göllərin (böyük gölin yuxarı və aşağı hissəsində) arasında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran qubpa yerləşir.
Bəhmənli xalçası
Bu xalçanın adı indiki Füzuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınca düzülmüş, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar "heykəl", "manqal" və ya "çanq" (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir. Belə bir nəticəyə gəlmək olar ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlıbağanın təsviri ilə bağlıdır.
Muğan xalçası
Bu xalça məhəlli olaraq Şirvan qrupuna, parçanını texniki qabiliyyətinə görə isə Qarabağ tipinə aiddir. Azərbaycanda 17 kənd Muğan adını daşıyır: Muğan Gəncəli, Muğanlı, Muğanclik, Mehrab və Muğanclik Müslüm. Ancaq xalçalar Azərbaycanın cənub-şərq ərazisində yerləşən Muğan və Moqan adı adı ilə tanınıb. X əsrdə yazılmış "Xudud əl Ələmin" əsərində Muğanda böyük miqdarda palaz və çuvallar toxunması qeyd olunub. Xalçatoxuyanlar arasında "Köhnə naxış" adını alan bu xalçaların dekorları əsasən qarmaqşəkilli elementlərdən ibarətdir. Azərbaycanın xalça mədəniyyətində təsdiqlənən və kökləri keçmişə gedən bu elementləri, həmçinin Orta Asiya və Əfqanıstan xalçalarında da görmək olar.
Talış xalçası
Bu xalça Xəzərin sahillərindən Talış sıra dağlarına kimi uzanan rayona məxsusdur. "Talış" adı ilə tanının xalçanını orta sahə kompozisiyası sadə və mürəkkəb olur. "Talış" xalçaları əvvəllər ipək saplarla toxunurdu, XIX əsrin üçüncü rübündə yun və pambıq liflərlə istehsal olunmağa başladı. Xalçalar parça nöqteyi-nəzərindən kobud, hamar eynirəngli orta sahə və ya kiçik elementlərlə bəzədilmiş sadə kompozisiyaya malik olurlar. Mürəkkəb kompozisiyalı xalçalarla "paxlava naxış" adlanana uzunsov gelli xalçalar aiddir. Bir-birinin ardınca növbələnən, formaca eyni, rəng baxımından fərqli olan bu gellər orijinal bədii kompozisiya yaradır.
Naxçıvan xalçası
Bu xalçalar əsas etibarilə Naxçıvanın xalçaçılıq məntəqələrində və şəhərin yaxınlığında yerləşən Noraşen, Şahbuz, Kolanı kəndlərində, həmçinin Culfa və Ordubadın xalçaçılıq məntəqələrində istehsal olunur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. IX–X əsrlərdə şəhər özününü zilli və xalıları ilə, X–XII əsrdə isə o, bədii metal qabların istehsalının mərkəzi kimi məşhur idi. XVI əsrin sonu – XVII əsrin əvvəllərində yaşamış məşhur türk səyahətçisi Ovliya Çələbi Naxçıvana səfəri zamanı bu şəhəri "Nəqimcahan" adlandırmış və öz əsərlərində onun arxitektura abidələrini və incəsənət mərkəzilərini tərifləymişdi. Naxçıvanın xalçaçılıq məntələrində istehsal olunan xalçalar naxışların məzmununa görə müxtəlifdir, onların hamısı "Naxçıvan" adı altında birləşib.
Çələbi xalçası
İlk dəfə bu xalça Çələbilər kəndində istehsal olunub. "Çələbi" xalçalarının naxışlarının kompozisiyası və quruluşu bu kənddə formalaşıb və mükəmməlləşib, daha sonralar isə Dağlıq Qarabağda, Aranda, XIX əsrdən isə Qazax dairəsinin xalçaçılıq məntəqələrində istehsal olunub. "Çələbi" xalçasının orta sahəsinin kompozisiyasını bir böyük və ya bir neçə böyük medalyonlar təşkil edir. Adətən onlar 80–150 sm ölçüdə olur. Bu medalyonlar 16 ləçəkdən ibarətdir və XIV–XVI əsrlər peşəkar rəssamlar tərəfindən yaradılmış əyri xətli medalyonlara bənzəyir, sonradan texnoloci proseslər zamanı öz ilkin görünüşünü itirib. Təqlid və mənimsənilən elementlər Bibi-Heybər məsçidində tapılmış XVIII əsrə aid xalçaya xarakterikdir.
"Malıbəyli" xalçası, Qarabağ xalçaçılıq məktəbi. XX əsrin əvvəli. | "Xanlıq" xalçası. Qarabağ xalçaçılıq məktəbi. Şuşa. XIX əsr | "Xanlıq" xalçası. Qarabağ xalçaçılıq məktəbi. XIX əsr. | "Sumax" xalçası. Qarabağ xalçaçılıq məktəbi. XIX века. Xalçada "S" şəklində əjdaha təsvir olunmuşdur |
İstinadlar
- Qədirova, D. Namazlıq xalçanı yaradan elementlər. / D. Qədirova//Elm.-2006. — 24 may. S13.
- Namazlıq xalçalarındakı "Həyat ağacı" motivləri / D. Qədirova // İncəsənət və mədəniyyət problemləri. −2007, S.55–59
- Qədirova D. "Azərbaycanın namazlıq xalçaları", red. T. İbrahimov. — Bakı: Şərq-Qərb, 2008. — 183 s.
- Azərbaycan xalçası, Bibloqrafiya, Bakı-2012,
- Azərbaycan etnoqrafiyası, III cilddə, T. Bünyadov. Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, C-1, səh 543
- Kübra Əliyeva, Xovsuz xalçalar. K. Əliyeva//Qobustan.- 197. S.38–43.
- AAzərbaycan qadını naminə. heydər Əliyev İrsini Araşdırma Mərkəzi. — Bakı: Apastrof, 2010. — 371 s.
- Muradov, V. Azərbaycan xalçaları. V. Muradov: elmi red. K. Əliyeva. — Bakı: Elm, 2008. — 436 s.
- Alınmaz sənət qalası /R. Tağəyeva //Şuşa şəhərinə həsr olunmuş elmi konfransın materialları. — Bakı, 2000. — S.67–74.
- Quliyev R. Azərbaycan incəsənətində rəmzi-obrazlı bədii şərhə yüksəlmə/R. Quliyev. — Bakı: Təknur, 2007–160s.
- Şuşa qrupu xalçaları [ölü keçid]
- Kərimov, L. Kosmos fatehləri….xalçalarda./L. Kərimov//Bakı./1981.-S.15
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007-, səh 883.
- Abdullayeva, M. Xalşaşılıq terminlərinin izahlı lüğəti. Bakı, BDU nəşriyyatı-2002, səh 56
- Mustafayev C., Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Monoqrfaiya. AMEA A. Bakıxanov adına tarix İnstitutu, 2002, 272s.
- Abdullayeva, M. Azərbaycan dilində xalçaçılıq leksikası. Bakı: Qismət, 1998. −159 s.
- Azərbaycan el sənəti. R/Əfəndi. — Bakı: Azər-nəşr, 1971. 77 s.
- Talıbova A. Azırbaycana daha yaxın olaq. / A. Talıbova. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. — Bakı: Baksel şirkəti, 2009–383s.
- Azərbaycan xalçası. L. Kərimov. Elmi red. M. Nəcəfov. -Bakı: Yazışı, 1985
- Kilim. The Complete Guide. Alastair Hull and Jose Luczyc-Wyhowska. – London: Thames & Hudson Ltd, 1993. – Page 240.
Azerbaijani dragon soumak. A weft-wrapping technique rug, depicting an "S" form representing a dragon, with the eyes at the top and the tail at the lower end
Həmçinin bax
Xarici keçidlər
- "Azər-İlmə"nin Qarabağ xalçaları haqqda broşuru [ölü keçid]
- Qarabağ xalçaları [ölü keçid]
- Qarabağ xalçaçılıq məktəbi 2012-01-03 at the Wayback Machine
- Qarabağ xalçaları tarixdən bu günə
- LENT. AZ-dan ÇAĞIRIŞ: Qarabağdan oğurlanıb Amerikada satılan bu xalçaların sahibini axtarırıq — FOTOLAR 2018-05-20 at the Wayback Machine
- Şuşa səsləyir
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qarabag xalcaciliq mektebi Azerbaycan xalcaciliq mekteblerinden biri Qarabag xalcalarinin 33 kompozisiyasi movcuddur Yerli qoyun novlerinin yununun xususiyyetlerine gore Qarabag xalcalari six hundur ve yumsaq xova malikdir Qarabag xalcalari heyat esqi ve parlaq koloriti ile secilirler Onlar dord qrupa bolunurler medalyonsuz medalyonlu namazliqlar ve Sujetli Bu xalcalar Qarabagin dagliq hissesinde Malibeyli Muradxanli Dasbulaq Cebrayil Horadiz ve bir cox basqa qesebelerinde istehsal olunurdu Umumi melumatAzerbaycanin cenub qerbinde yerlesen Qarabag xalca mektebi iki regionda dagliq ve aran zonalarinda inkisaf etmisdir Yazili menbelerde ereb tarixcileri El Muqeddesi Mesudi ve b terefinden X esrden baslayaraq yun ve pambiq emali ile mesgul olan iri senetkarliq merkezi kimi adi cekilen Qarabagin Dagliq zonasinda XIX esrde xalca istehsalinda Susa seheri ve Dasbulaq Dovsanli Girov Canaxci Tug Hadrut Muradxanli Qasimusagi Qubadli Qozag Bagirbeyli Xanliq Dag Tumas kendleri esas rol oynayirdilar Dagliq zonaya nisbeten xammalla subhesiz ki daha yaxsi temin olunmus aran rayonlarinda Cebrayil Agdam Berde ve Fuzuli xalca istehsalinda esas yer tutur Bu merkezin her birinde ehalisi satis ucun intensiv sekilde xalca toxuyan coxlu miqdarda kendler movcud olmusdur Oz bedii qurulusu texnoloji xususiyyetleri reng helli baximindan Zengezur ve Naxcivan xalca istehsali merkezleri de Qarabag xalca mektebine daxildirler Aran xalcasi Bagcadaguller xalcasi Baliq xalcasi Buynuz xalcasi Behmenli xalcasi Qarabag xalcasi Qoca xalcasi Qasimusagi xalcasi Lemberan xalcasi Mugan xalcasi Talis xalcasi Lampa xalcasi Malibeyli xalcasi Xanqervend xalcasi Xanliq xalcasi Xantirme xalcasi Celebi xalcasi Sabalidbuta xalcasi ve s cesnili xalca kompozisiyalari Qarabag xalcaciliq mektebinin klassik numunelerindendir Qarabagda evlerin interyerlerine uygunlasdirilmis 5 xalcadan ibaret dest xali gebeler genis yayilmisdir 1750 ci illerin evvelerinde Qarabag xani Penaheli xan Susa seherini saldirdi Seher ilk vaxtlar Penahabad adlandirildi ve uzun iller Qarabag xanliginin paytaxti oldu XVIII esrde Qarabag xalcaciliq mektebi Susada cemlenmisdir XVIII esrde Susada klassik cesnili xalcalarla yanasi Rusiyadan elece de Avropadan getirilmis mecmeyi etirli sabun cit ve diger muxtelif meiset esyalarin uzerinden goturulmus naxislardan yeni xalca kompozisiyalari Bagcadaguller xalcasi Saxsidaguller xalcasi Bulud xalcasi ve s cesniler toxunurdu Qarabag xalcalarinin reng boyaq palitrasi olduqca zengindir Bu palitra Qarabag tebietinin butun renglerinin en zerif calarlarini ozunde eks etdirir Qedim dovrlerden Azerbaycan xalcalarinin ara sahe yerliyi enenevi olaraq qirmizi rengde islenmisdir Muxtelif bitkilerle yanasi orta esrlerden burada rengler muxtelif nov hesaratlardan da alinmisdi Onlarin icerisinde qirmizi reng almaq ucun en genis yayilmisi kosenildir Xalq arasinda ona qirmiz boceyi qurd qirmiz palid cucusu deyilirdi Azerbaycanin ayrilmaz terkib hissesi olub hazirda ermeni isgali altinda inildeyen Qarabagimizin butun milli servetlerinin menimseyen bu azgin dusmenleri qabaqlayib oz servetlerimize sahib cixmaq her birimizin vetendasliq borcudur Qarabag xalcalarinin motivleriQarabag xalcalarinin motivleri oz bedii deyerine ve tefsirinin orijinalligina gore benzersizdir Bu xalcalar ufuqi simmetriya prinsipi uzre movzunu dekorativ cehetden menimsenilmesinin esl xalq manerasinda qurulmusdur Evveller Qarabag xalcalarinda gozel resmlerle yanasi ovculuq sujeti esasliq teskil edirdise sonralar xalcaciligin ovculuq sujetine maragin azaldigi aydin gorunur Onlarda dinamik ov sehneleri demek olar ki yoxdur ovculugun ancaq atributlari simvollari gosterilmisdi Sonralar hemin proses getdikce derinlesir ve XX esrin ilk rubunde ovculuq bir movzu kimi tamamile yox olur oz yerinin bir birile ancaq kompozisiya baximindan elaqeli heyvan tesvirlerine verir Sedde tipli xalcalarin xovlu xalcalara tesiri mehz bununla izah edilir Qedim xovsuz Sedde xalcalari kompozisiya cehetden ibtidai ufuqi simmetriyanin prinsipi uzre qurulur ve birtipli adam ve heyvan fiqurlari paralel bolgude intehasiz tekrar edilir Bitkin ovculuq motivlerine maragi itiren xovlu xalca ustalari hemin bedii prinsipden istifade edirler Meselen XIX esrin axirlarinda Qarabagda Atli itli Itli Pisikli Maralli Ceyranli ce s Xovlu xalcalar toxunmusdur Bu kompozisiya baximindan heyvan tesvirleri olan ufuqi zolaqlardir Xalq dastaninin qehremani Serqin boyuk sairi Firdovsi nin Sahname poemasinda bas qehreman Rusteme hesr edilmis Qarabag xalcalari xususile gozedeyendir Rustem ve Sohrab xalcalar seriyasi miniatur rengkarligi ucun enenevi kompozisiya prinsiplerinin xalq ruhunda tefsiri ile diqqete layiqdir Bunlar oz ideya bedii xususiyyetlerine gore xalq xalcaciliq senetinin sozun esl menasinda tayi beraberi olmayan incileridir Qarabag mektebinde sujetli xalcaciliq ozunemexsus uslubda inkisaf etmisdir Qerbi Avropa rengkarliginin tesvirinden azad olan bu xalcaciliq seneti kokleri esrlerin derinliklerine xalqin psixologiyasina gedib cixan dekorativ tetbiqi senetin teskilinin ezeli bedii prinsiplerini berqerar edirdi Cox fiqurlu kompozisiyalarda motivlerin neql seklinde tefsirinden suurlu suretde imtina edilmesi simvolikanin ve heyat hadiselerinin qrafik serhinin guclenmesi bunlar Simali Azerbayacan xususile Qarabag xalcalarinda en xarakterik cizgiler idi Qarabag xalcalarinin 33 kompozisiyasi movcuddur Qarabag xalca mektebi Lempe Selebi Qoca Malibeyli Buynuz Deryanur Acma yumma Sabalid burta Baliq ve b xalcalari meshurdur Susa xalcalariSusa xalcalari xovunun hundur olmasi elvan sux koloritli cox nazik ince xususen de dest xali gebe kimi iri olculu xalcalarin toxunmasi ile secilir Susa xalcalarini seciyyelendiren cehet tebii boyaq maddelerin xalcalara verdiyi parlaqliq sux reng palitrasidir Azerbaycanda olan 1500 nov boyaq bitkisinin ekseriyyeti Qarabagda olmus burada toxunan xalcalarin ipliklerinin boyanmasinda onlardan istifade olunmusdur Vidadi Muradovun yazdigina gore Qarbagda o cumleden de Susada 35 den artiq orijinal xalca cesnilerinden istifade olunmaqla xalcalar toxunmusdur Xanlara mexsus boyuk saraylarin ve iri malikanelerin bezedilmesi ucun boyuk olculu xalilar toxunmusdur Buna numune olaraq eni 2 ve uzunu 5 7 xan arsini xan arsini 1 5 arsina beraber gelir olan xalilari eni 1 ve uzunu 5 7 xan arsini olan cut kenare basliq ayaqliq kimi bes hisseden ibaret xali gebe destlerini misal cekmek olar Bu destlerin toxunmasinda esasen Lempe Qoca Baliq Buynuz Acma yumma Bulud kimi genis yayilmis cesnilerden istifade edilmisdir Qarabag senetkarlarinin toxudugu xalcalara verdikleri adlar bezen onlarin olculerini de mueyyen edir Meselen gebe xali ile kenare arasindaki olcude bir xalca taxtustu 3x1 xan arsini olculu divar ve ya taxt ucun nezerde tutulan xalca xali balasi 4x1 xan arsini olcusunde xali ve s Susa hem de ipek xalcalari ile sohret qazanmisdir Ipek xalcalar esasen moteber sexsler zadeganlar ucun sifarisle ve ya ixrac meqsedile toxunurdu Susa xalcalarinin tarixi XVIII esrin ikinci yarisina Susanin tesis edilmesinden sonraki dovre tesaduf edir Meselen Bulud Bagcada guller Saxsida guller adli meshur Susa xalcalarinin toxunmasina Azerbaycanin Rusiyaya ilhaqindan sonra baslanilmisdir XIX esrin ikinci yarisindan etibaren Azerbaycanin Umumrusiya emtee tedavulune qosulmasi ile elaqedar Rusiyadan Azerbaycana muxtelif cesidli mallar cit horme krujeva xoruznisan desmallar bezekli cini qablar zergerlik memulatlari hendesi naxislarla bezedilmis damali kagizlara bukulmus sabun ve s materiallar getirilirdi Susada istehsal olunan bir cox xalcalar da xalca senetkarlarinin hemin memulatlarin uzerindeki tesvirlerden ilham alaraq yaratdigi numunelerdir Susanin Bagcada guller kompozisiyali meshur xalcalari buna misal ola biler Bu xalcalarin naxislari Pavlovski Posad seherinde istehsal olunan gullu yayliqlardan goturulmusdur Ona gore ilk defe Gullu yayliq adlandirilan bu xalcalar sonralar Bagcada guller adi ile meshurlasmisdir Susada toxunan Saxsida guller Bulud xalcalari da rus dekorativ senetinin tesiri ile yaranan xalca cesnileridir Ilk dovrler gullu naxislar kicik olculu xalcalara sonralar ise dest xali gebelere da tetbiq olunmaga baslamisdir Roya Tagiyevanin yazdigina gore XIX esrin II yarisindan etibaren Susada toxunan butun xalcalarin teqriben 35 faizi Baliq kompozisiyali xalca numuneleri idi Vaxtile Qarabagin butun xalcaciliq menteqelerinde toxunan bu xalcalarin istehsali XVIII esrin II yarisindan etibaren Susa seherinde cemlesir Efsan kompozisiyasi esasinda qurulan bu xalcalar Cenubi Azerbaycanda Mahi Qarabagda ise Baliq adi ile taninmisdir XVIII esrin ikinci yarisindan etibaren Qarabagin xalca istehsali esasen Susa seherinde merkezlesir Toxudugu xalca ve palazlarin sayi ve keyfiyyetine gore Susa XIX esrde Qarabagda birinci yeri tuturdu Inceliyi zerifliyi rengarengliyi ile secilen Lempe Qoca Bulud xalcalari ve Dest xali gebe kimi xalca destleri burada toxunub Qarabagin ekser menteqelerinde o cumleden Susa seherinde toxunan xalcalar emtee xarakterli olub Rusiya Avropa Asiya olkelerine ixrac olunmusdur Statistik melumatlara gore 1885 1887 ci illerde Susanin xalca istehsalindan geliri 30 min rubl olmussa 1890 ci illerde bu gelir artiq 200 min rubla catmisdir Buynuz xalcasi Buynuz adi alan xalcalar Qarabag tipine aiddir Onlar Dagliq Qarabagin muxtelif xalcatoxuma menteqelerinde istehsal olunur Qarabagli qocaman xalca senetkarlari Buynuz xalcasini evveller oldugu kimi Horadiz adlandirirlar Orta Asiyada ve Yaxin Serqde hemcinin Azerbaycanda qoyun okuz keci kimi buynuzlu heyvanlari muqeddes hesab edirdiler Evveller ekincilikle mehsulla sonra totemizmle daha sonra ise astronomik anlayislarla Buynuz muxtelif simvol ve tesevvuru ifade edirdi Guc ve cesaret remzi olan okuz eyni zamana sema quvveleri ile simvollasdiraraq su ve ekincilik allahini tecessum etdirir Xalcanini orta sahesinin kompozisiyasi tamamile uslublasdirilmis buynuz tesvirlerinden ibaretdir Buynuz xalcalarinin orta sahesini teskil eden oxsar formali elementler bezekler incesenet enenesi ve umumi qebul edilmis qaydalara gore bir birinin ardinja duzulerek ufiqi cerge yaradir Bu Buynuz larin assimmetrik qurulusu bir terefden xalcani canlandirir diger terefden ise bu xalcalari istenilen olcude toxumaga imkan verir Bu Buynuz larin etrafinda toplasan xalcanin esas elementini teskil eden muxtelif formali detallar bu kompozisiyada doldurucu element rolunu oynayir Baliq xalcasiViktoriya ve Albert muzeyinde saxlanan Qarabag xalcaciliq mektebine mexsus Ejdaha xalcasi Xalca Baliq Bu xalca Qarabag tipinin en genis yayilan xalcalarindan biridir Olkemizin simalinda Baliq Iran Azerbaycaninda ise Moxi adi ile taninir Baliq xalcasi Qarabagan butun xalcatoxuma menteqelerinde istehsal olunmasina baxmayaraq onun esas istehsal merkezi Berde seheri hesab olunurdu XVIII esrin ikinci yarisindan ise Baliq xalcasi Susa seherinde de istehsal olunurdu XIX esrin ikinci yarisindan Susa seherinde istehsal olunan xali ve xalcalarin teqriben 35 faizi Bailq tipine aid idi Meshur Eraq Bicaq Mustofi ve basqa xalcalar esas etibarile Baliq tesviri esasinda toxunurdular Baliq kompozisiyasi eyni prinsipe tabedir onun spirallari ise qisa mesafeli rapportlarda yerlesirler Spiralin sonuna eyilmis yarpaqlar herden uzun formada yigilaraq Baliq tesvirini xatirladir buna gore de xalca senetkarlari serti olaraq bu kompozisiyani Baliq adlandirirdilar Qarabag xalcasi Qarabag adi ile taninan xalcalar Azerbaycanin butun xalcatoxuyan menteqelerinde istehsal olunub ve hal hazirda da istehsal olunmaqdadir Istehsal yerinden asili olaraq bu xalcalar muxtelif adlarla cagrilir lakin senetkarlar bu xalcalari Qarabag adlandirirdilar XIX esrde Susada Istanbul bazarlarina satis ucun istehsal olunan bu kompozisiyali xalcalar Xan ve ya Xan Qarabag kimi muxtelif adlar almisdilar eyni eskizle Qubada toxunan xalcalar ise Africa adlanirdilar Qarabag adi ile taninan xalcalar bir nece novde olur 1 Bir nece medalyondan ibaret olan orta sahenin kompozisiyasi Iran ve Hindistan bedii parcalarinin esasen basma naxisli perdelerini xatirladir Bitki elementleri ile bezedilmis bu medalyonlari XV XVII esr Tebriz ressamlarinin tertibati hazirlanmis Quranin ve edebi bedii eserlerin uz qabiginda rast gelmek olar Medalyonlarin yuxari ve asagi terefinde yerlesen basliqlar medalyonlar ile orta sahe arasinda bos yerleri doldurur 2 Hemcinin xalca toxuyujulari arasinda Cini cesni adi alan Qarabag xalcalari movcuddur Bu xalcalarin kompozisiyasini bir cergede yerlesen sekkizguseli medalyonlar teskil edir Xanliq xalcasiXanliq Azerbaycanin en taninmis xalcatoxuma menteqesidir Burada istehsal olunan xalcalar incesenet eserlerinin gozel numunesi olub ve her zaman da bele olaraq qalmaqdadir Yuksek keyfiyyetleri ile secilirler XIX esrde Cebrayilda xususile de Mirzecanli Efendiler Daskesen Suleymanli kendlerinde istehsal olunan xalcalar Dunya bazarina ve yaramarkalarina ixracat olunan xalcalardan daha gozel hesab olunurdu Xanliq xalcasinin orta sahesinde boyuk gel yerlesir Onun yuxari ve asagi hissesinde iki quba orta sahenin dord kuncunde ise simmetrik yerlesmis lecek yerlesir Xanliq xalcasina xarakterik olan hasiyeler zolaqlardan ibaretdir Xanliq xalcasinin orijinal numuneleri xususi sifarisle toxunmus murekkeb kompozisiyali xalini ozunde eks etdirir Meselen XIX esrde saire Xursudbanu Natevanin musayieti altinda xalq arasinda xan qizi kimi taninan Xanliq xalcasi toxunmusdur Qasimusagi xalcasiEsas meqale Qasimusagi xalcasiAzerbaycan xalcaciliq mekteblerinden olan Qarabag xalcaciliq mektebinin Cebrayil qrupuna aid edilen xovlu Qasimusagi xalcasi Qasimusagi xalcasi ninin adi indiki Lacin rayonunun simalinda yerlesen Samkend Erikli Kurdhaci Corman ve Selve kendinin ehalisinin adi ile baglidir Qasim Haci Sam oglu qeyd sertsiz bir vaxtlar burada yasayan hormetli sexs olub Bu kendlerde yaxin kecmise qeder yuksek nov xalcalar istehsal olunurdu Qasimusagi xalcalarinin orta sahesinin kompozisiyasi incesenet noqteyi nezerden orijinal olub muxtelif detallardan ve elementlerden ibaretdir Xalcanin merkezinde hasiyelerle ehate olunmus boyuk medalyon yerlesir Medalyonun ortasinda dordguseli medalyon xonca yerlesir Golun yanlarindan dord bir terefe burulmus budaqlar ayrilir Orta sahenin yuxari ve asagi hissesinde merkezi medalyondan cixan forma etibarile budaga oxsar bir nece boyuk qol yerlesir Bu gollerin boyuk golin yuxari ve asagi hissesinde arasinda yalniz bu xalcalara xas olan ve naxisin umumi resmini harmoniyalasdiran qubpa yerlesir Behmenli xalcasiEsas meqale Behmenli xalcasi Bu xalcanin adi indiki Fuzuli rayonunda yerlesen Boyuk Behmenli kendinin adi ile baglidir Behmenli xalcasinini orta kompozisiyasi bir birinin ardinca duzulmus orijinal formali fiqurlar teskil edir Orta sahede yerlesen bir ve ya iki fiqur xususen maraqli olan kompozisiyadir qocaman xalcatoxuyanlarin texminlerine gore bu fiqurlar heykel manqal ve ya canq penje digerleri ise sanaqlibagani tesvir edir Bele bir neticeye gelmek olar ki heyvan fiquruna benzeyen bu fiqurlar mueyyen tayfanin totemi olan canaqlibaganin tesviri ile baglidir Azerbaycan xalcaciliq mekteblerinden olan Qarabag xalcaciliq mektebinin toxuculuq menteqelerinden biri Qasimusagi obasinda istifade edilmis xalca toxuculuq aletleri Mugan xalcasiBu xalca mehelli olaraq Sirvan qrupuna parcanini texniki qabiliyyetine gore ise Qarabag tipine aiddir Azerbaycanda 17 kend Mugan adini dasiyir Mugan Genceli Muganli Muganclik Mehrab ve Muganclik Muslum Ancaq xalcalar Azerbaycanin cenub serq erazisinde yerlesen Mugan ve Moqan adi adi ile taninib X esrde yazilmis Xudud el Elemin eserinde Muganda boyuk miqdarda palaz ve cuvallar toxunmasi qeyd olunub Xalcatoxuyanlar arasinda Kohne naxis adini alan bu xalcalarin dekorlari esasen qarmaqsekilli elementlerden ibaretdir Azerbaycanin xalca medeniyyetinde tesdiqlenen ve kokleri kecmise geden bu elementleri hemcinin Orta Asiya ve Efqanistan xalcalarinda da gormek olar Talis xalcasiBu xalca Xezerin sahillerinden Talis sira daglarina kimi uzanan rayona mexsusdur Talis adi ile taninin xalcanini orta sahe kompozisiyasi sade ve murekkeb olur Talis xalcalari evveller ipek saplarla toxunurdu XIX esrin ucuncu rubunde yun ve pambiq liflerle istehsal olunmaga basladi Xalcalar parca noqteyi nezerinden kobud hamar eynirengli orta sahe ve ya kicik elementlerle bezedilmis sade kompozisiyaya malik olurlar Murekkeb kompozisiyali xalcalarla paxlava naxis adlanana uzunsov gelli xalcalar aiddir Bir birinin ardinca novbelenen formaca eyni reng baximindan ferqli olan bu geller orijinal bedii kompozisiya yaradir Naxcivan xalcasiBu xalcalar esas etibarile Naxcivanin xalcaciliq menteqelerinde ve seherin yaxinliginda yerlesen Norasen Sahbuz Kolani kendlerinde hemcinin Culfa ve Ordubadin xalcaciliq menteqelerinde istehsal olunur Naxcivan Azerbaycanin en qedim seherlerindendir IX X esrlerde seher ozununu zilli ve xalilari ile X XII esrde ise o bedii metal qablarin istehsalinin merkezi kimi meshur idi XVI esrin sonu XVII esrin evvellerinde yasamis meshur turk seyahetcisi Ovliya Celebi Naxcivana seferi zamani bu seheri Neqimcahan adlandirmis ve oz eserlerinde onun arxitektura abidelerini ve incesenet merkezilerini terifleymisdi Naxcivanin xalcaciliq mentelerinde istehsal olunan xalcalar naxislarin mezmununa gore muxtelifdir onlarin hamisi Naxcivan adi altinda birlesib Celebi xalcasiIlk defe bu xalca Celebiler kendinde istehsal olunub Celebi xalcalarinin naxislarinin kompozisiyasi ve qurulusu bu kendde formalasib ve mukemmellesib daha sonralar ise Dagliq Qarabagda Aranda XIX esrden ise Qazax dairesinin xalcaciliq menteqelerinde istehsal olunub Celebi xalcasinin orta sahesinin kompozisiyasini bir boyuk ve ya bir nece boyuk medalyonlar teskil edir Adeten onlar 80 150 sm olcude olur Bu medalyonlar 16 lecekden ibaretdir ve XIV XVI esrler pesekar ressamlar terefinden yaradilmis eyri xetli medalyonlara benzeyir sonradan texnoloci prosesler zamani oz ilkin gorunusunu itirib Teqlid ve menimsenilen elementler Bibi Heyber mescidinde tapilmis XVIII esre aid xalcaya xarakterikdir Qarabag xalcaciliq mektebine aid xalcalar Malibeyli xalcasi Qarabag xalcaciliq mektebi XX esrin evveli Xanliq xalcasi Qarabag xalcaciliq mektebi Susa XIX esr Xanliq xalcasi Qarabag xalcaciliq mektebi XIX esr Sumax xalcasi Qarabag xalcaciliq mektebi XIX veka Xalcada S seklinde ejdaha tesvir olunmusdurIstinadlarQedirova D Namazliq xalcani yaradan elementler D Qedirova Elm 2006 24 may S13 Namazliq xalcalarindaki Heyat agaci motivleri D Qedirova Incesenet ve medeniyyet problemleri 2007 S 55 59 Qedirova D Azerbaycanin namazliq xalcalari red T Ibrahimov Baki Serq Qerb 2008 183 s Azerbaycan xalcasi Bibloqrafiya Baki 2012 Azerbaycan etnoqrafiyasi III cildde T Bunyadov Baki Serq Qerb nesriyyati 2007 C 1 seh 543 Kubra Eliyeva Xovsuz xalcalar K Eliyeva Qobustan 197 S 38 43 AAzerbaycan qadini namine heyder Eliyev Irsini Arasdirma Merkezi Baki Apastrof 2010 371 s Muradov V Azerbaycan xalcalari V Muradov elmi red K Eliyeva Baki Elm 2008 436 s Alinmaz senet qalasi R Tageyeva Susa seherine hesr olunmus elmi konfransin materiallari Baki 2000 S 67 74 Quliyev R Azerbaycan incesenetinde remzi obrazli bedii serhe yukselme R Quliyev Baki Teknur 2007 160s Susa qrupu xalcalari olu kecid Kerimov L Kosmos fatehleri xalcalarda L Kerimov Baki 1981 S 15 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 883 Abdullayeva M Xalsasiliq terminlerinin izahli lugeti Baki BDU nesriyyati 2002 seh 56 Mustafayev C Xanliqlar dovrunde Azerbaycanda senetkarliq Monoqrfaiya AMEA A Bakixanov adina tarix Institutu 2002 272s Abdullayeva M Azerbaycan dilinde xalcaciliq leksikasi Baki Qismet 1998 159 s Azerbaycan el seneti R Efendi Baki Azer nesr 1971 77 s Talibova A Azirbaycana daha yaxin olaq A Talibova Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi Baki Baksel sirketi 2009 383s Azerbaycan xalcasi L Kerimov Elmi red M Necefov Baki Yazisi 1985 Kilim The Complete Guide Alastair Hull and Jose Luczyc Wyhowska London Thames amp Hudson Ltd 1993 Page 240 Azerbaijani dragon soumak A weft wrapping technique rug depicting an S form representing a dragon with the eyes at the top and the tail at the lower endHemcinin baxAzerbaycan xalcalari Xalca Qarabag xalcalari MuzeyXarici kecidlerVikianbarda Qarabag xalcaciliq mektebi ile elaqeli mediafayllar var Azer Ilme nin Qarabag xalcalari haqqda brosuru olu kecid Qarabag xalcalari olu kecid Qarabag xalcaciliq mektebi 2012 01 03 at the Wayback Machine Qarabag xalcalari tarixden bu gune LENT AZ dan CAGIRIS Qarabagdan ogurlanib Amerikada satilan bu xalcalarin sahibini axtaririq FOTOLAR 2018 05 20 at the Wayback Machine Susa sesleyir