Bu səhifədə iş davam etməkdədir. |
Qızıl Ordanın Hülakülərlə müharibələri — Azərbaycana sahib olmaq uğrunda Qızıl Orda dövləti ilə Hülakülər dövləti arasında baş verən müharibələr.
Müharibənin səbəbləri
Azərbaycanda Hülakülər dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakülərin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərirː
- Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar;
- Əlverişli coğrafi şəraitə və zəngin təbii sərvətlərə malik olan Azərbaycandan Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri keçirdi. Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla aparılırdı. Hülakülər dövləti yaranana qədər qızılordalılar Azərbaycan ərazisindən istifadə edir, heç bir maneəyə rast gəlmədən qonşu dövlətlərlə ticarət əlaqələri saxlayardılar, Lakin, Azərbaycanda Elxanilər dövlətinin təşkilindən sonra Qızıl Orda tacirlərinin Misir və digər şərq və qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən keçən tacirlər böyük məbləğdə gömrük verməli oldular, Qızıl Orda tacirləri dəfələrlə elxanilərin ərazisində müxtəlif bəhanələrlə tutulmuş və ticarət mallarından məhrum edilmişlər. Beləliklə, Qızıl Orda dövləti ilə elxanilər arasında ticarət əlaqələri də kəsilmişdir;
- Azərbaycan müəyyən qədər otlaqlara malik olduğundan köçəri qəbilələr üçün əlverişli idi. Köçərilər daima Azərbaycanın otlaq sahələrini ələ keçirməyə can atmışlar, Elxanilər dövlətinə daxil olan vilayətlərin heç biri öz təbi şərati - yaylaq və qışlaqları ilə Azərbaycanla müqayisə edilə bilməzdi. Elxani sultanları Qarabağdan, Muğandan yaylaq və qışlaq kimi istifadə edirdilər. Qızıl Orda xanları Azərbaycanın belə təbil üstünlüyünü nəzərə alaraq ölkəni ələ keçirməyə can atırdılar;
- Elxanilər dövləti Azərbaycanda ticarətdən, sənətkarlıqdan çoxlu vəsait əldə edirdi. Qızıl Orda xanları Azərbaycanı istismar etmək, onun təbii sərvətlərinə sahib olmaq istəyirdilər;
- Azərbaycan tarix boyu əlverişli strateji mövqeyə malik olmuşdur. Keçilməz yüksək dağlar, Kür və Araz çaylarının çoxlu qollara ayrılması ölkənin yadellilərin yürüşündən qorunmasında xüsusi əhəmiyyət kəsb edirdi. Şimal istiqamətindən baş verən həmlələrin qarşısının alınmasında bu cəhətlərin rolu böyük idi. Elxanilər şimaldan təhlükəsizliyi təmin etmək üçün, ilk növbədə, Azərbaycanda möhkəmlənməli və ölkənin təbii üstünlüklərindən müdafiə məqsədilə istifadə etməli idilər. Qızıl Orda dövləti də bu cəhəti nəzərə alaraq Elxaniləri Azərbaycandan məhrum etməyə və onları daim təhlükə qarşısında saxlamağa cəhd göstərirdi.
Beləliklə, Elxanilər dövlətinin təşəkkülü və Azərbaycanın həmin dövlətin mərkəzi vilayətinə çevrilməsi Qızıl Orda dövlətinin mənafeyinə toxunurdu. Azərbaycanın malik olduğu üstünlüklər elxanilərlə qızılordalılar arasında uzum müddət davam edən müharibələrin əsas səbəbi oldu. Qızıl Orda xanları Azərbaycana olan iddialarından əl çəkməyərək dəfələrlə bu ölkəyə hərbi yürüşlər etdi. Dərbənd şəhəri iki monqol ulusu arasında sərhəd məntəqəsinə çevrildi.
Müharibənin ümumi səciyyəvi cəhətləri
Qızılordalıların hər bir yürüşü zamanı Azərbaycan ərazisi (xüsusilə Şirvan) işğalçılar tərəfindən tapdalanır, əhalisi qarət edilir, iqtisadiyyatına böyük ziyan vurulurdu. Qızıl Orda qoşunu çox halda Kür çayının sahillərinə kimi gəlir və belə vaxtlarda Kür çayı iki monqol qoşunu arasında sərhəd xətti rolunu oynayırdı. Qızıl Orda xanları Azərbaycanın yerli feodalları ilə əlaqə saxlayır, onlarla əlbir olub, ölkəni ələ keçirməyə cəhd göstərirdilər. Şirvanşahlarla qızılordalıların ittifaqı daha sıx idi. Bu hal Şirvanın həmin dövlətlə bilavasitə həmsərhəd olmasından irəli gəlirdi. Qızılordalıların Təbrizədək gedərək bütün Azərbaycanı zəbt etdikləri vaxtlar olmuşdur.
Qızıl Ordanın Hülakü xanın dövründə Azərbaycana yürüşü
Qızılordalılarla Elxanilər arasında ilk toqquşma hələ Hülakü xanın (1256-1265) hakimiyyəti dövründə baş verdi. Qızıl Orda hökmdarı Bərkə xan (1256-1266) sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülakü xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülakü xan tərəfindən tutuldu. Elxanilərin qoşunu qızılordalıların izləyərək Terek çayına yetişdi. Bərkə xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cı il yanvarın 13-də Terek çayı sahilində baş vermiş qanlı vuruşmada Hülakü qoşunu məğlubiyyətə uğradı və Şabrana doğru geri çəkildi. Dərbənd şəhəri yenidən qızılordalıların əlinə keçdi.
Qızıl Ordanın Abaqa xanın dövründə Azərbaycana yürüşü
Qızılordalıların Azərbaycana ikinci yürüşü Abaqa xanın (1265-1282) dövründə verdi. Qızıl Orda əmiri Noqay müxtəlif bəhanələrlə Dərbəndi keçdi və Şirvana soxuldu. O, ilk növbədə, Şirvanı, Arranı və Muğanı, sonra isə Azərbaycanın cənub vilayətlərini ələ keçirməyə can atdı. 1265-ci il iyulun 25-də Hülakü sərkərdəsi Yuşmut Noqaya qarşı hərəkət etdi. Ağsu çayı sahilindəki vuruşmada Noqay yaralandı, onun qoşunu məğlub olaraq Kür çayının şimalına doğru geri çəkildi. Abaqa xan çayı keçdi, lakin Bərkənin böyük hərbi qüvvə ilə buraya gəldiyini öyrənib geri döndü. Düşmənin cənuba doğru irəliləməsinin qarşısını almaq üçün çayın üzərindəki bütün körpülər dağıdıldı. Bərkə 14 gün Kürün şimal sahilində qaldı və çayın cənub sahilinə keçə bilmədi. O, Kür çayını keçmək məqsədilə Tiflisə tərəf getdi, lakin yolda xəstələndi və öldü. Qızıl Orda qoşunu geri qayıtmağa məcbur oldu.
Qızıl Ordanın Arqun xanın dövründə Azərbaycana yürüşü
Qızıl Orda qoşunlarının Azərbaycana üçüncü yürüşü Arqunun zamanında (1282-1291) baş verdi. Dərbənddən Azərbaycana 50 minlik qoşun göndərildi. Lakin 1288-ci ilin mayında Arqun xanın Biləsuvardan Şamaxıya gəldiyini eşidən düşmən geri qayıtmağı lazım bildi.
Qızılordalılar Azərbaycana dördüncü dəfə 1290-cı ilin martında yürüş etdilər. Arqun xanın başçılığı ilə düşmənə qarşı çıxmış Elxani qoşunu aprelin 27-də Qarasu adlanan yerdə Dərbənddən şimalda onunla üz-üzə gəldi. Baş vermiş qanlı vuruşmada 10 minlik Qızıl Orda qoşunu məğlub edildi.
Qazan xanın dövründə Qızıl Orda dövləti ilə münasibətlər
Qızıl Orda dövlətində siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar Azərbaycana olan yürüşlər bir müddət kəsildi. Lakin Sultan Mahmud Qazan xanın (1295-1304) hakimiyyəti dövründə şimaldan Azərbaycana basqınlar yenidən başlandı. Elxanilərin Misir məmlükləri ilə müharibələri qızılordalıları Azərbaycanı zəbt etməyə şirnikləndirdi. Qazan xan şimal sərhədlərinin daha da möhkəmləndirilməsini lazım bildi. O, Əmir Nurinin başçılığı ilə Şirvana əlavə qoşun hissələri göndərdi və qızılordalılar döyüşə girmədən geri çəkilməli oldular.
Qızıl Ordanın Əbu Səidin və Arpa xanın dövründə Azərbaycana yürüşü
Qızıl Orda ilə Elxanilər dövlətinin münasibətləri 1315-ci ildə yenidən pisləşdi və getdikcə kəskinləşdi. Sultan Əbu Səid Bahadur xanin (1316-1335) hakimiyyəti dövründə Azərbaycanın daxili vəziyyətinin pisləşməsindən istifadə edən qızılordalılar buranı ələ keçirməyə səy göstərdilər. Qızıl Orda xanı Özbək (1312-1340) Misir məmlükləri ilə ittifaq bağladı və hər iki tərəfin qoşunları 1318-ci ildə Elxanilər dövləti ərazisinə basqın etdilər. Qızıl Orda qoşunu Kür çayının sahillərinə qədər gəldi. Həmin dövrdə Elxanilər dövlətinin şimal-şərqində (Xorasanda) mərkəzi hakimiyyətə qarşı üsyan baş verdi. Elxanilər dövləti üçtərəfli təhlükə qarşısında qaldı. Elxani sultanı Əbu Səid hərbi qüvvələri səfərbər etdi və hər üç istiqamətə qoşun hissələri göndərildi. Lakin Elxanilərin əsas qüvvələri şimala — Özbək xana qarşı yönəldildi və baş Əmir Çoban Sulduzun idarə etdiyi həmin hissələr qızılordalıları məğlubiyyətə uğratdılar. Bundan sonra Çoban özü iki dəfə (1319 və 1325-ci illərdə) Qızıl Orda dövlətinin ərazisinə basqın etdi.
1335-ci ildə Özbək iki dəfə Azərbaycana soxuldu. Onun ilk yürüşü zamanı Əbu Səid Bağdad və Diyarbəkir qoşununu Arrana göndərdi və sonra da özü buraya gəldi. Əbu Səidin gəlişi Özbək xanın geri çəkilməsinə səbəb oldu. Lakin bu zaman Əbu Səid daxili ziddiyyətlərin qurbanı oldu (öz arvadı Bağdad xatun tərəfindən Qarabağda zəhərləndi). Onun ölümü ilə ölkə daxilindəki vəziyyət son dərəcə gərginləşdi. Əbu Səid in ölüm xəbərini almış Özbək yenidən Azərbaycana soxuldu və Kür çayına qədə irəlilədi. Əbu Səidin varisi Arpa xan (1335-1336) 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu.
Çobanilər dövründə qızılordalıların Azərbaycan yürüşü
1352-ci ildə Məlik Əşrəf Sulduzun zülmünə qarşı Qarabağda Dəli Bayazidin başçılığı ilə qalxmış Qarabağ üsyanı (1343-1356) çətinliklə yatırıldı. Məlik Əşrəf bundan sonra tərkidünyalığa, ruh düşkünküyünə qapıldı və dövlət işləri ilə fəal məşğul olmadı. Azərbaycanda yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canı bəy 1357-ci ildə buraya gələrək yerli feodalların müşayiəti ilə Təbrizə daxil oldu və Məlik Əşrəfi edam etdirdi. Bu dövrdə Şirvanşahlar Çobanilərə qarşı mübarizəni davam etdirirdilər və bu məqsədlə şimal qonşuları olan Qızıl Orda xanı ilə əlaqədə idilər. Qızıl Orda xanı Canı bəy 1357-ci ildə Şirvan ərazisini maneəsiz keçərək Təbrizə daxil olanda Şirvanşah Kavus ibn Keyqubad da Canı bəylə Təbrizə gəldi və Çobani əmiri Əşrəfin öldürülməsində yaxından iştirak etdi. Çobani feodalları 1338-1357-ci illərdəki fəaliyyətləri dövründə Azərbaycanda və onların nüfuz dairələrində olan ərazidə hülakülərin təsirindən azad, müstəqil dövlət təsis etmədilər. Onlar bütün fəaliyyətləri dövründə hülakülər dövlətinin müdafiəsi bayrağı altında mübarizə apardılar və dövləti hülaki şahzadələrinin (Satıbəy xatunun, Süleyman xanın, Ənuşirəvani Adilin və Həsən xanın) adından idarə etdilər. Çobanilər dövründə orta əsrlərdə Şərq dövlətlərində səltənət rəmzi hesab olunan sikkə zərbi və xütbə oxunuşu mərasimi onların adından deyil, hülaki şahzadələrinin adından həyata keçirilirdi, fərmanlar da hülakülərin adından verilirdi. Çobanilər əməli olaraq hakimiyyəti ələ aldılar, lakin onlar qonşu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu dövlətin hökmdarları kimi tanınmadılar. Məlik Əşrəfin öldürülməsi ilə Çobanlılar sülaləsinin Azərbaycanda hülakülər dövlətinin mühafizəsi uğrundakı mübarizəsi də başa çatdı və hülakülər dövləti 1357-ci ildə süqut etdi.Azərbaycanda hakimiyyəti ələ almış Canı bəy oğlu Bərdi bəyi Təbrizdə taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə qaldı və atasının xəstələndiyini eşidib Qızıl Orda dövlətinə qayıtdı.
İstinadlar
- Piriyev, Vaqif. Azərbaycan XIII-XIV əsrlərdə (az.). Bakı: Nurlan. 2003. 128–131, 133–135.
- Камалов, И.Х. Отношения Золотой Орды с хулагуидами. Перевод с турец. яз. и науч. ред. И.М.Миргалеева. - Казанː Институт истории им. Ш. Марджани АН РТ. 2007, - 108 с.
- Piriyev, Vaqif. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər). Bakı: Elm, 1978, s.19
- Piriyev, V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə, s.22-23
- Piriyev, V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə, s.28-30
- Piriyev, V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə, s.65
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 2 saniye evvel Gunay M E muzakire tohfeler terefinden redakte olunub Yenile Qizil Ordanin Hulakulerle muharibeleri Azerbaycana sahib olmaq ugrunda Qizil Orda dovleti ile Hulakuler dovleti arasinda bas veren muharibeler Qizil Orda dovletinin bayragiMuharibenin sebebleriHulakuler dovletinin bayragi Azerbaycanda Hulakuler dovleti yarandigi zamandan etibaren hemin dovletle Qizil Orda xanlari arasinda tez tez herbi toqqusmalar bas vermisdir Ereb tarixcileri bu mubarizenin sebebini dini tefriqe ile elaqelendirirler Tarixi faktlardan gorunur ki iki dovlet arasindaki ziddiyyetler Hulakulerin Islam dinini qebul etdikden XIII esrin sonu sonra da davam etmisdir Bu da hemin dovletler arasindaki munaqisenin dinle elaqedar olmadigini gosterirː Qizil Orda xanlari Azerbaycani oz erazileri hesab etmis ve bu erazinin Elxaniler dovletine daxil edilmesini qeyri qanuni saymislar Onlar oz iddialarini Cingiz xanin vesiyyetine gore Azerbaycanin Bati xanin payina dusmesi ile esaslandirmaga calismislar Elverisli cografi seraite ve zengin tebii servetlere malik olan Azerbaycandan Serqle Qerbi birlesdiren esas karvan yollarindan biri kecirdi Qizil Orda dovletinin Misirle ticaretinin esas hissesi bu yolla aparilirdi Hulakuler dovleti yaranana qeder qizilordalilar Azerbaycan erazisinden istifade edir hec bir maneeye rast gelmeden qonsu dovletlerle ticaret elaqeleri saxlayardilar Lakin Azerbaycanda Elxaniler dovletinin teskilinden sonra Qizil Orda tacirlerinin Misir ve diger serq ve qerb olkeleri ile ticaret elaqelerine ciddi manee yarandi Azerbaycan erazisinden kecen tacirler boyuk meblegde gomruk vermeli oldular Qizil Orda tacirleri defelerle elxanilerin erazisinde muxtelif behanelerle tutulmus ve ticaret mallarindan mehrum edilmisler Belelikle Qizil Orda dovleti ile elxaniler arasinda ticaret elaqeleri de kesilmisdir Azerbaycan mueyyen qeder otlaqlara malik oldugundan koceri qebileler ucun elverisli idi Koceriler daima Azerbaycanin otlaq sahelerini ele kecirmeye can atmislar Elxaniler dovletine daxil olan vilayetlerin hec biri oz tebi serati yaylaq ve qislaqlari ile Azerbaycanla muqayise edile bilmezdi Elxani sultanlari Qarabagdan Mugandan yaylaq ve qislaq kimi istifade edirdiler Qizil Orda xanlari Azerbaycanin bele tebil ustunluyunu nezere alaraq olkeni ele kecirmeye can atirdilar Elxaniler dovleti Azerbaycanda ticaretden senetkarliqdan coxlu vesait elde edirdi Qizil Orda xanlari Azerbaycani istismar etmek onun tebii servetlerine sahib olmaq isteyirdiler Azerbaycan tarix boyu elverisli strateji movqeye malik olmusdur Kecilmez yuksek daglar Kur ve Araz caylarinin coxlu qollara ayrilmasi olkenin yadellilerin yurusunden qorunmasinda xususi ehemiyyet kesb edirdi Simal istiqametinden bas veren hemlelerin qarsisinin alinmasinda bu cehetlerin rolu boyuk idi Elxaniler simaldan tehlukesizliyi temin etmek ucun ilk novbede Azerbaycanda mohkemlenmeli ve olkenin tebii ustunluklerinden mudafie meqsedile istifade etmeli idiler Qizil Orda dovleti de bu ceheti nezere alaraq Elxanileri Azerbaycandan mehrum etmeye ve onlari daim tehluke qarsisinda saxlamaga cehd gosterirdi Belelikle Elxaniler dovletinin tesekkulu ve Azerbaycanin hemin dovletin merkezi vilayetine cevrilmesi Qizil Orda dovletinin menafeyine toxunurdu Azerbaycanin malik oldugu ustunlukler elxanilerle qizilordalilar arasinda uzum muddet davam eden muharibelerin esas sebebi oldu Qizil Orda xanlari Azerbaycana olan iddialarindan el cekmeyerek defelerle bu olkeye herbi yurusler etdi Derbend seheri iki monqol ulusu arasinda serhed menteqesine cevrildi Muharibenin umumi seciyyevi cehetleriSirvansahlar Qizilordalilarin her bir yurusu zamani Azerbaycan erazisi xususile Sirvan isgalcilar terefinden tapdalanir ehalisi qaret edilir iqtisadiyyatina boyuk ziyan vurulurdu Qizil Orda qosunu cox halda Kur cayinin sahillerine kimi gelir ve bele vaxtlarda Kur cayi iki monqol qosunu arasinda serhed xetti rolunu oynayirdi Qizil Orda xanlari Azerbaycanin yerli feodallari ile elaqe saxlayir onlarla elbir olub olkeni ele kecirmeye cehd gosterirdiler Sirvansahlarla qizilordalilarin ittifaqi daha six idi Bu hal Sirvanin hemin dovletle bilavasite hemserhed olmasindan ireli gelirdi Qizilordalilarin Tebrizedek gederek butun Azerbaycani zebt etdikleri vaxtlar olmusdur Qizil Ordanin Hulaku xanin dovrunde Azerbaycana yurusuHulagu xan ve onun arvadi Doqquz Xatun Qizilordalilarla Elxaniler arasinda ilk toqqusma hele Hulaku xanin 1256 1265 hakimiyyeti dovrunde bas verdi Qizil Orda hokmdari Berke xan 1256 1266 serkerde Noqayin basciligi ile 30 minlik qosunu Sirvana gonderdi Hulaku xan vilayetlerden qosun topladi ve Sirvana yola saldi Derbend Hulaku xan terefinden tutuldu Elxanilerin qosunu qizilordalilarin izleyerek Terek cayina yetisdi Berke xan Elxanilerin uzerine yeni quvveler gonderdi 1263 ci il yanvarin 13 de Terek cayi sahilinde bas vermis qanli vurusmada Hulaku qosunu meglubiyyete ugradi ve Sabrana dogru geri cekildi Derbend seheri yeniden qizilordalilarin eline kecdi Qizil Ordanin Abaqa xanin dovrunde Azerbaycana yurusuAbaqa xanBerke xan Cuci xan oglu Qizilordalilarin Azerbaycana ikinci yurusu Abaqa xanin 1265 1282 dovrunde verdi Qizil Orda emiri Noqay muxtelif behanelerle Derbendi kecdi ve Sirvana soxuldu O ilk novbede Sirvani Arrani ve Mugani sonra ise Azerbaycanin cenub vilayetlerini ele kecirmeye can atdi 1265 ci il iyulun 25 de Hulaku serkerdesi Yusmut Noqaya qarsi hereket etdi Agsu cayi sahilindeki vurusmada Noqay yaralandi onun qosunu meglub olaraq Kur cayinin simalina dogru geri cekildi Abaqa xan cayi kecdi lakin Berkenin boyuk herbi quvve ile buraya geldiyini oyrenib geri dondu Dusmenin cenuba dogru irelilemesinin qarsisini almaq ucun cayin uzerindeki butun korpuler dagidildi Berke 14 gun Kurun simal sahilinde qaldi ve cayin cenub sahiline kece bilmedi O Kur cayini kecmek meqsedile Tiflise teref getdi lakin yolda xestelendi ve oldu Qizil Orda qosunu geri qayitmaga mecbur oldu Qizil Ordanin Arqun xanin dovrunde Azerbaycana yurusuQizil Orda qosunlarinin Azerbaycana ucuncu yurusu Arqunun zamaninda 1282 1291 bas verdi Derbendden Azerbaycana 50 minlik qosun gonderildi Lakin 1288 ci ilin mayinda Arqun xanin Bilesuvardan Samaxiya geldiyini esiden dusmen geri qayitmagi lazim bildi Qizilordalilar Azerbaycana dorduncu defe 1290 ci ilin martinda yurus etdiler Arqun xanin basciligi ile dusmene qarsi cixmis Elxani qosunu aprelin 27 de Qarasu adlanan yerde Derbendden simalda onunla uz uze geldi Bas vermis qanli vurusmada 10 minlik Qizil Orda qosunu meglub edildi Qazan xanin dovrunde Qizil Orda dovleti ile munasibetlerQazan xan Qizil Orda dovletinde siyasi veziyyetin pislesmesi ile elaqedar Azerbaycana olan yurusler bir muddet kesildi Lakin Sultan Mahmud Qazan xanin 1295 1304 hakimiyyeti dovrunde simaldan Azerbaycana basqinlar yeniden baslandi Elxanilerin Misir memlukleri ile muharibeleri qizilordalilari Azerbaycani zebt etmeye sirniklendirdi Qazan xan simal serhedlerinin daha da mohkemlendirilmesini lazim bildi O Emir Nurinin basciligi ile Sirvana elave qosun hisseleri gonderdi ve qizilordalilar doyuse girmeden geri cekilmeli oldular Qizil Ordanin Ebu Seidin ve Arpa xanin dovrunde Azerbaycana yurusuMixail Yaroslavic Ozbek xanin qarsisinda Qizil Orda ile Elxaniler dovletinin munasibetleri 1315 ci ilde yeniden pislesdi ve getdikce keskinlesdi Sultan Ebu Seid Bahadur xanin 1316 1335 hakimiyyeti dovrunde Azerbaycanin daxili veziyyetinin pislesmesinden istifade eden qizilordalilar burani ele kecirmeye sey gosterdiler Qizil Orda xani Ozbek 1312 1340 Misir memlukleri ile ittifaq bagladi ve her iki terefin qosunlari 1318 ci ilde Elxaniler dovleti erazisine basqin etdiler Qizil Orda qosunu Kur cayinin sahillerine qeder geldi Hemin dovrde Elxaniler dovletinin simal serqinde Xorasanda merkezi hakimiyyete qarsi usyan bas verdi Elxaniler dovleti ucterefli tehluke qarsisinda qaldi Elxani sultani Ebu Seid herbi quvveleri seferber etdi ve her uc istiqamete qosun hisseleri gonderildi Lakin Elxanilerin esas quvveleri simala Ozbek xana qarsi yoneldildi ve bas Emir Coban Sulduzun idare etdiyi hemin hisseler qizilordalilari meglubiyyete ugratdilar Bundan sonra Coban ozu iki defe 1319 ve 1325 ci illerde Qizil Orda dovletinin erazisine basqin etdi 1335 ci ilde Ozbek iki defe Azerbaycana soxuldu Onun ilk yurusu zamani Ebu Seid Bagdad ve Diyarbekir qosununu Arrana gonderdi ve sonra da ozu buraya geldi Ebu Seidin gelisi Ozbek xanin geri cekilmesine sebeb oldu Lakin bu zaman Ebu Seid daxili ziddiyyetlerin qurbani oldu oz arvadi Bagdad xatun terefinden Qarabagda zeherlendi Onun olumu ile olke daxilindeki veziyyet son derece gerginlesdi Ebu Seid in olum xeberini almis Ozbek yeniden Azerbaycana soxuldu ve Kur cayina qede ireliledi Ebu Seidin varisi Arpa xan 1335 1336 45 gun qizilordalilarla vaxtasiri vurusaraq dusmeni olkeden qovmaga nail oldu Cobaniler dovrunde qizilordalilarin Azerbaycan yurusuQizil Orda dovletinin erazisiHulakuler dovletinin erazisi 1352 ci ilde Melik Esref Sulduzun zulmune qarsi Qarabagda Deli Bayazidin basciligi ile qalxmis Qarabag usyani 1343 1356 cetinlikle yatirildi Melik Esref bundan sonra terkidunyaliga ruh duskunkuyune qapildi ve dovlet isleri ile feal mesgul olmadi Azerbaycanda yaranmis veziyyetden istifade eden Qizil Orda xani Cani bey 1357 ci ilde buraya gelerek yerli feodallarin musayieti ile Tebrize daxil oldu ve Melik Esrefi edam etdirdi Bu dovrde Sirvansahlar Cobanilere qarsi mubarizeni davam etdirirdiler ve bu meqsedle simal qonsulari olan Qizil Orda xani ile elaqede idiler Qizil Orda xani Cani bey 1357 ci ilde Sirvan erazisini maneesiz kecerek Tebrize daxil olanda Sirvansah Kavus ibn Keyqubad da Cani beyle Tebrize geldi ve Cobani emiri Esrefin oldurulmesinde yaxindan istirak etdi Cobani feodallari 1338 1357 ci illerdeki fealiyyetleri dovrunde Azerbaycanda ve onlarin nufuz dairelerinde olan erazide hulakulerin tesirinden azad musteqil dovlet tesis etmediler Onlar butun fealiyyetleri dovrunde hulakuler dovletinin mudafiesi bayragi altinda mubarize apardilar ve dovleti hulaki sahzadelerinin Satibey xatunun Suleyman xanin Enusirevani Adilin ve Hesen xanin adindan idare etdiler Cobaniler dovrunde orta esrlerde Serq dovletlerinde seltenet remzi hesab olunan sikke zerbi ve xutbe oxunusu merasimi onlarin adindan deyil hulaki sahzadelerinin adindan heyata kecirilirdi fermanlar da hulakulerin adindan verilirdi Cobaniler emeli olaraq hakimiyyeti ele aldilar lakin onlar qonsu dovletler terefinden musteqil tamhuquqlu dovletin hokmdarlari kimi taninmadilar Melik Esrefin oldurulmesi ile Cobanlilar sulalesinin Azerbaycanda hulakuler dovletinin muhafizesi ugrundaki mubarizesi de basa catdi ve hulakuler dovleti 1357 ci ilde suqut etdi Azerbaycanda hakimiyyeti ele almis Cani bey oglu Berdi beyi Tebrizde taxta oturtdu ve geri dondu Berdi bey cemi iki ay hakimiyyetde qaldi ve atasinin xestelendiyini esidib Qizil Orda dovletine qayitdi IstinadlarPiriyev Vaqif Azerbaycan XIII XIV esrlerde az Baki Nurlan 2003 128 131 133 135 Kamalov I H Otnosheniya Zolotoj Ordy s hulaguidami Perevod s turec yaz i nauch red I M Mirgaleeva Kazanː Institut istorii im Sh Mardzhani AN RT 2007 108 s Piriyev Vaqif Azerbaycan Hulakuler dovletinin tenezzulu dovrunde 1316 1360 ci iller Baki Elm 1978 s 19 Piriyev V Azerbaycan Hulakuler dovletinin tenezzulu dovrunde s 22 23 Piriyev V Azerbaycan Hulakuler dovletinin tenezzulu dovrunde s 28 30 Piriyev V Azerbaycan Hulakuler dovletinin tenezzulu dovrunde s 65Hemcinin baxQizil Orda Hulaku dovleti Sirvansahlar dovleti Cobanlilar sulalesi