Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Məmməd Arif | |
---|---|
Doğum tarixi | 29 may (11 iyun) 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 27 dekabr 1975(71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, siyasətçi, tərcüməçi, pedaqoq, ədəbiyyat tənqidçisi, ədəbiyyatşünas |
Fəaliyyət illəri | 1920-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Üzvlüyü | |
Mükafatları | |
Həyatı
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir.
Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Məmməd Arif 1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları" mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun inkişafında rolu
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun təşəkkülündə, strukturunun, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində Məmməd Arif xüsusi xidmətləri vardır. O, bu elm ocağında 1938-ci ildən çalışmağa başlamışdır. Həmin ildə alim Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında isə direktor müavini vəzifəsində işləmişdir.
1939-cu il sentyabr ayının 25-də Məmməd Arif Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş və 1950-ci il iyulun 27-dək həmin vəzifədə çalışmışdır.
Belə ki, 1950-ci ilin iyul ayında filosof Heydər Hüseynova qarşı təqib və qarayaxma kampaniyasında iştirak etməkdən faktiki olaraq boyun qaçıran Məmməd Arif Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırovun qəzəbinə tuş gəlmiş və bunun ardınca İnstitutun direktoru, habelə Universitetin "Rus ədəbiyyatı" kafedrasının müdiri vəzifələrindən azad edilmişdir. Bundan başqa, Sovet İttifaqı Kommunist Partiyası sıralarından və Yazıçılar İttifaqından da xaric edilən Məmməd Arif bir neçə il ev dustağı vəziyyətində olmuşdur. 1957-ci ildə o, Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə bərpa edilmiş, 1959-cu ilədək bu vəzifədə işləmişdir.
Azərbaycan EA-da fəaliyyəti
Məmməd Arif 1955-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə akademiki seçilmişdir. Görkəmli alim və bacarıqlı təşkilatçı olan M.A.Dadaşzadə 1959-cu ildə Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi təyin edilmiş, 1960-cı ildən ömrünün sonunadək isə Respublika Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərmişdir.
Bu dövrdə humanitar elmlər sahəsində bir sıra fundamental tədqiqatların, miqyaslı elmi simpozium və konfransların, böyük ədiblərimizin təntənəli yubiley tədbirlərinin (M.F.Axundov-150, C.Məmmədquluzadə-100, M.P.Vaqif-250, Aşıq Ələsgər-150, Nəsimi-600 və s.) gerçəkləşdirilməsində onun xüsusi xidmətləri vardır.
Akademiyanın vitse-prezidenti olduğu dönəmdə Məmməd Arifin təşəbbüsü, yaxın iştirakı və səyləri nəticəsində uzun illər Ədəbiyyat və Dil İnstitutu kimi fəaliyyət göstərən elm ocağı 1969-cu ildən müstəqil Ədəbiyyat İnstitutu statusunda işini davam etdirmişdir.
Məmməd Arif SSRİ Elmlər Akademiyasının "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" problemi üzrə Elmi Şurasının, Moskvada işıq üzü görən iki nəşrin — "Qısa ədəbiyyat ensiklopediyası"nın (1962–1978) redaksiya heyətinin, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin (1970–1974) baş redaksiya heyətinin üzvü idi.
Məmməd Arif 1946-cı ildə rus yazıçıları A.Surkov və V.İnberlə birgə SSRİ-ni İran yazıçılarının I konqresində təmsil etmiş, eləcə də 1960-cı ildə şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresinin iştirakçısı olmuşdur.
Məmməd Arif 1957-ci ildən etibarən Akademiyanın Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədri vəzifəsində çalışmış, uzun illər boyu Azərbaycan Respublikası Elmlər Akademiyasının "Xəbərləri"nin baş redaktoru, həmçinin Zaqafqaziya xalqlarının Mədəni Əlaqələri üzrə Koordinasiya Şurasının rəhbəri olmuşdur. O, eyni zamanda uzun illər Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinin üzvü olmuş, "Tənqid" bölməsinə rəhbərlik etmişdir.
Ədəbiyyata gəlişi
Məmməd Arif ədəbiyyata ötən əsrin 20-ci illərinin əvvəllərində yazdığı şeir, hekayə və məqalələrlə qədəm qoymuşdur. Həmin dönəmdə ədibin "Yurdsuz cocuqlar", "Son bahar təranələri", "Brodskinin boyaları", "Təyyarə və mən", "İki nəşədən biri", "Həvəs" şeirləri, "Son izdivac", "Arakəsmə", "Mal həkimi", "Tar çalınır" hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görmüş, maraqla qarşılanmışdır.
İlk publisist məqaləsi 1923-cü ildə "Xızılı Məhəmməd Bağır" imzası ilə "Kommunist" qəzetində çap olunan Məmməd Arif eyni zamanda "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Hövsələ", "Mərsiyə xəbərləri" felyetonlarını da "Məğmun Xızılı" imzası ilə "Molla Nəsrəddin" jurnalında dərc etdirmişdir. 1925-ci ildən başlayaraq ədəbiyyatşünas əsərlərini Məmməd Arif təxəllüsü ilə imzalayır.
Tənqidçi
Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında Məmməd Arif Dadaşzadənin müstəsna xidmətləri vardır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olmuşdur.
Alimin 1956-cı ildə işıq üzü görən "Cəfər Cabbarlının yaradıcılıq yolu" fundamental monoqrafiyasında ilk dəfə bu yazıçının Azərbaycan ədəbiyyatı tarixində rolu dəqiq, dürüst müəyyənləşdirilmiş, Məmməd Arifə cabbarlışünas-alim nüfuzu qazandırmışdır.
"Səməd Vurğunun dramaturgiyası" (1964) monoqrafiyasında M.Arif böyük şairin dram əsərlərini müfəssəl şəkildə tədqiq etmiş, onların ideya və bədii-estetik xüsusiyyətlərinin bütün çalarlarını təhlil süzgəcindən keçirib oxuculara təqdim etmişdir.
Böyük şəxsiyyətin çox şahəli fəaliyyəti
Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu vardır. O, 2 cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943–1944), 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1957–1960), 2 cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (1967) kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir.
Onun və H.Hüseynovun rəhbərliyi ilə nəşr olunan "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" milli ədəbiyyatımızın geniş panoramını əks etdirən ilk yeni tipli əsərdir. Bu əsərin ədəbiyyat tariximizdən bəhs edən sonrakı araşdırmalara böyük təsiri olmuşdur.
1963-cü ildə M.Arifin rəhbərliyi və yaxından iştirakı ilə SSRİ Elmlər Akademiyasının "Nauka" nəşriyyatında Azərbaycan alimlərinin kollektiv əsəri—"Azərbaycan sovet ədəbiyyatı tarixinin oçerki" çap olunmuşdur.
Ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri ümumi düşüncə sistemimizin ayrılmaz tərkib hissəsinə çevirməyi bacaran M.Arif mütəmadi olaraq onun təbliği ilə məşğul olmuşdur.
Alimin "Azərbaycan xalqının ədəbiyyatı" kitabı (1958) Azərbaycan, rus, ingilis, fars, bolqar, erməni dillərində işıq üzü görmüşdür. Onun "Ədəbi-tənqidi məqalələr" (1958), üç cilddə "Seçilmiş əsərləri" (1967–1970), rus dilində iki cilddə "Seçilmiş əsərləri" (1972–1973), "Sənətkar qocalmır" (1980) və digər kitabları elmi, ədəbi ictimaiyyətimiz tərəfindən yüksək dəyərləndirilmişdir.
Alimin vəfatından sonra onun son iri tədqiqatının—indiyədək Azərbaycan ədəbiyyatına dair ən mötəbər mənbələrdən biri sayılan "Aзербайджанская литература" monoqrafiyasının Moskvada rus dilində çap olunması ("Высшая школа" nəşriyyatı, 1979) Azərbaycan elminin önəmli hadisəsi adlandırıla bilər.
M.A.Dadaşzadənin ədəbiyyat tarixinin sistemləşdirilməsi işindəki fəaliyyətinə ən dəqiq qiyməti ədəbiyyatşünas-alim Şamil Salmanov vermişdir: "O, (M.Arif) F.Köçərlidən sonra yeganə şəxsiyyətdir ki, Azərbaycan ədəbiyyatı tarixinin ən əsas hadisə və meyilləri, inkişaf mərhələsi və qanunauyğunluqları ilə əhatə edən ədəbiyyat tarixi əsərinin müəllifidir" (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı, "Elm", 2006, s.40).
Məmməd Arif sözün əsil mənasında ədəbiyyatşünaslıq məktəbi, tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətdir. Onun tənqidi yaradıcılığı Azərbaycanda estetik-nəzəri fikrin yoxluğu haqqında şüurlara yeridilən əsassız, cəfəng formullara son qoymaq üçün kara gələn ən dəyərli mənbədir. M.A.Dadaşzadə hələ 1930-cu illərdə ciddi, tələbkar, əsərə və ədəbi prosesə yüksək ideya-estetik meyarlar səviyyəsindən yanaşan bir tənqidçi kimi tanınırdı.
Məsələn, 1941-ci ildə yazdığı "Tənqid və ədəbiyyatşünaslıq" adlı müfəssəl bir məqaləsində o, ədəbi tənqidimizin vəzifələrini bu şəkildə müəyyənləşdirirdi: "Ədəbi tənqidin məqsədi yazıçıya və ədəbiyyata kömək etmək olduğu üçün o, sadə və aydın bir dildə yazılmalıdır, onun hökmləri tutarlı və inandırıcı olmalıdır. Yazıçıya kömək etmək—hər şeydən əvvəl onu yaxşı öyrənmək, duyub dərk etmək deməkdir; onun yaradıcılıq pafosunu təyin etmək, yaradıcılıq xüsusiyyətlərini, fərdi meyil və keyfiyyətlərini öyrənib nəzərə almaq deməkdir".
Eyni zamanda Məmməd Arif mühafizəkarlıqdan uzaq bir tədqiqatçı və tənqidçi olmuş, gənc ədəbi qüvvələri həmişə dəstəkləmiş, onların yaradıcılığına qayğı göstərmişdir. Qeyd etmək lazımdır ki, XX əsrin 60-cı illərində Azərbaycan ədəbiyyatının semantik fəzası genişlənməyə başlayanda M.Arif bu prosesə böyük həssaslıqla yanaşmış, Azərbaycan şairləri arasında modernist, avanqard tipli poeziyaya meyli maraqla izləmiş, yeni təmayülləri araşdırmağa çalışmışdır.
Eyni zamanda görkəmli tənqidçi sərbəst şeir yazan qələm sahiblərini ciddi düşünməyə, ona ötəri moda kimi yanaşmamağa, ideyanı formaya qurban verməməyə, əhəmiyyətli mövzular üzərində işləməyə və zəngin bədii obrazlar yaratmağa dəvət edirdi. Onun yeni Azərbaycan nəsrinin təmsilçiləri olan S.Əhmədov, Anar və Elçinin əsərlərinin incəliklərini açan məqalələri də tənqidçi zövqünün müasirliyini göstərən səciyyəvi nümunələrdir.
Məmməd Arifin dramaturgiya sahəsində apardığı tədqiqatlar öz məzmunu və problem vüsəti ilə ədəbiyyatşünaslığımızda xüsusi bir mərhələ təşkil edir. O, C.Cabbarlı və S.Vurğunla yanaşı, M.F.Axundov, Ə.Haqverdiyev, M.İbrahimov, M.Hüseyn, S.Rüstəm, Ə.Məmmədxanlı, S.Rəhman, İ.Əfəndiyev və digər ədiblərin dram yaradıcılığını hərtərəfli şəkildə təhlil etmişdir.
Tədqiqatçı alimin Azərbaycan dramaturgiyası və teatr sənətinin problemlərini araşdıran "Dramaturgiyamıza bir nəzər" (1946), "Dramaturgiyada dil və dialoq" (1948), "Azərbaycanda xalq teatrı" (1950) məqalələri bu ədəbi növdə yazılan əsərlərin tarixi köklərinin öyrənilməsi, problemlərinin təhlili, əldə edilən faydalı elmi nəticələri, qiymətli ümumiləşdirmələri və xeyirxah tövsiyələri baxımından bu gün də ədəbi ictimaiyyətimiz üçün bir manifest səciyyəsi daşıyır.
Eyni sözləri ədəbi dilimizin saflığı məsələlərini araşdıran və bu sahədəki prioritet vəzifələri müəyyənləşdirən "Dil və üslub" məqaləsinə (1946) də şamil etmək olar.
Ədəbi fakta, prosesə yanaşmada sərgilədiyi obyektivlik, təhlil etdiyi mövzulara dərindən nüfuz etmək, bütün qənaətlərini əsaslandırmaq bacarığı, mühakimələrin dəqiqliyi və sərrastlığı, müasir ədəbiyyatın mənzərəsini onun tarixi kökləri ilə vəhdətdə canlandırmaq, eyni zamanda araşdırmanı geniş kontekstdə aparmaq məharəti Məmməd Arifi bir ədəbiyyatşünas, tənqidçi kimi səciyyələndirən mühüm keyfiyyətlər idi.
K.Talıbzadə Məmməd Arif haqqında yazır: "Məmməd Arifin tənqidi heç vaxt ancaq faktı sadəcə qeydə alan, əsər və müəllif barədə quruca məlumat verən tənqid olmamışdır. O, bir tənqidçi kimi təhlil etdiyi əsərin mövzusu ilə əlaqədar mühüm ictimai, siyasi, əxlaqi məsələlər qaldırmış, oxucuya düşünmək üçün əlavə fikri material vermiş, yazıçı qarşısında yeni yaradıcılıq vəzifələri qoymuşdur ".
Təsadüfi deyil ki, Səməd Vurğun çıxışlarından birində M.Arifi "tənqidimizin vicdanı", Süleyman Rəhimov "ədəbiyyatımızın vicdanı" (Rəhimov S. Pak vicdanla/ Sovet ədəbiyyatşünaslığının aktual problemləri. Bakı, Elm,1974, s.296), Şamil Salmanov "əsrin milli tənqidinin ən yüksək zirvəsi" (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı, Elm, 2006, s.30), tanınmış rus tənqidçisi Yuri Petrovski isə "Azərbaycan ədəbiyyatşünaslığının klassiki" ("Zvezda" jurnalı, 1982, № 4) adlandırmışdır.
Geniş dünyagörüşünə malik alimin tədqiqat diapazonu milli məhdudiyyət tanımamışdır. O, öz məqalələrində Nizami, Məhsəti Gəncəvi, Füzuli, Natəvan, S.Ə.Şirvani ilə yanaşı, Nəvai, Şekspir, N.Qoqol, İ.Qonçarov, T.Şevçenko, A.N.Ostrovski, M.Saltıkov-Şedrin, İ.Franko, R.Taqor və digər görkəmli şair və yazıçıların əsərlərini ciddi surətdə təhlil etmişdir.
Ümumiyyətlə, Məmməd Arif Azərbaycanda dünya ədəbiyyatının fəal təbliğatçısı və tədqiqatçısı olmuşdur. Onun "Vladimir Mayakovski" (1940), "Qorki faşizm əleyhinə" (1941), "Nə üçün faşizmin H.Heyneni görməyə gözü yoxdur" (1942), "Krılov və Azərbaycan ədəbiyyatı" (1944), "Vissarion Belinski" (1948), "Böyük rus tənqidçisi Belinski" (1948), "Dahi rus şairi A.S.Puşkin" (1949), "İqor polku haqqında dastan" (1958), "L.N.Tolstoy" (1960), "Anton Pavloviç Çexov" (1960), "M.V.Lomonosov və rus ədəbiyyatı" (1961) və s. tədqiqatları ayrıca kitabça şəklində çap olunmuşdur.
Məmməd Arif Evripid, Servantes, N.Qoqol, L.Tolstoy, A. Çexov, M.Qorki, İ.Bexer, E.Remark və digər məşhur yazıçıların əsərlərini doğma dilimizə tərcümə etmişdir. M.Arifin mütərcim kimi ilk böyük işi—Remarkın "Qərb cəbhəsində təbəddülat yoxdur" romanı 1929-cu ildə "İnqilab və mədəniyyət" jurnalında (№ 10–12) dərc olunub.
Akademik Mirzə İbrahimov Lev Tolstoyun "Hərb və sülh" epopeyasının iki cildinin Azərbaycan dilində olan variantını "M.Arifin tərcümə sahəsindəki fəaliyyətinin tacı" adlandırmışdır. Heç də təsadüfi deyil ki, R.Rza "müasir ədəbiyyatımızın geniş üfüqlərdə qanad açmasında, məhəlli məhdudluq bəlasından azad olmasında" M.Arifin müstəsna rolunu diqqətsiz qoymamışdır.
Məmməd Arif mahir pedaqoq kimi də məşhurdur. Humanitar sahələr üzrə təhsil alan tələbələrin bir çox nəsli onun maraqlı, məzmunlu mühazirələri, elmi tədqiqatları, yüksək estetik tələblərə cavab verən tərcümələri sayəsində dünya ədəbiyyatının incəliklərinə yiyələnmişdir.
Məmməd Arifin 1932-ci ildən başlayaraq şəxsən və ya H.Araslı, F.Qasımzadə, Ə.Sultanlı, M.Rəfili, C.Xəndan, P.Xəlilovla şərikli orta məktəbin şagirdləri üçün yaratdığı ədəbiyyat dərslikləri 60 il ərzində dönə-dönə çap olunub məktəblərdə tədris edilmişdir. Onun redaktəsi və fəal iştirakı ilə ali məktəblər üçün "Qədim rus ədəbiyyatı (XI–XVII əsrlər)" (1958), "Rus ədəbiyyatı (XVIII əsr)" (1958) dərslikləri yazılmış və nəşr olunmuşdur.
İctimai və dövlət xadimi
Məmməd Arif Dadaşzadə görkəmli ictimai və dövlət xadimi idi. O, uzun müddət sədrinin müavini olmuş, iki dəfə Bakı Sovetinə deputat seçilmişdir.
Məmməd Arif 1963–1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olmuşdur.
Məmməd Arif iki dəfə (1939, 1964), (1971), (1974), "Qabaqcıl maarif xadimi" nişanı (1964) və medallarla təltif edilmişdir.
1960-cı ildə ona fəxri adı verilmişdir. 1974-cü ildə M.Arifin əməyinin məhsulu olan "Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyası (rus dilində) Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür.
Xatirəsi
M.Arif 1975-ci il dekabrın 27-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakıdakı küçələrdən biri, Yazıçılar İttifaqının kitabxanası, Şurabad qəsəbəsində orta məktəb akademik Məmməd Arifin adını daşıyır.
Məmməd Cəfər alimin yaradıcılığına həsr edilmiş "Məmməd Arif və onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri" oçerkini (1980), Ramin Əhmədov "Məmməd Arif (tənqid və dramaturgiya məsələləri)" kitabını (1986) yazmışdır.
Hüseyn İsmayılov "Məmməd Arif rus ədəbiyyatının tədqiqatçısı kimi" mövzusunda namizədlik dissertasiyası (1985) müdafiə etmişdir.
Akademikin anadan olmasının 70 illiyinə həsr olunmuş "Sovet ədəbiyyatşünaslığının aktual problemləri" kitabında (1974) yer alan K.Talıbzadə, Ə.Mirəhmədov özbək ədəbiyyatşünası Vahid Zahidov, S.Rəhimov, M.Quluzadə, R.Rza, Z.Budaqova, B.Nəbiyev, Q.Qasımzadənin məqalələrində M.Arifin çoxşaxəli elmi yaradıcılığı araşdırılır, ona bir şəxsiyyət kimi qiymət verilir.
2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Məmməd Arif Dadaşzadənin həyat və yaradıcılığına həsr olunmuş "Zirvələrdən gələn səs" filmi çəkilmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arifin 110 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalamışdır.
Ailəsi
- İlk azərbaycanlı qadın alimlərdən biri Zümrüd Axundova həyat yoldaşıdır.
- Ədəbiyyatşünas,ədəbiyyat tarixçisi,Əməkdar elm xadimi Araz Dadaşzadə oğludur.
- Musiqişunas professor Zümrüd Dadaşzadə nəvəsidir.
Əsərləri
- 1.Vladimir Mayakovski. Bakı: Azərbaycan Sovet Yazıçıları İttifaqının Nəşriyyatı, 1940,86 səh.
- 2.Maksim Qorki faşizm əleyhinə. Bakı: SSRİ EA Azərb. filialının nəşri, 1941, 27 səh.
- 3.C.Cabbarlının yaradıcılığında xalqlar dostluğu. Bakı: SSRİ EA Azərb. filialının nəşri, 1942, 29 səh.
- 4.Nə üçün faşizmin H.Heyneni görməyə gözü yoxdur. Bakı: SSRİ EA Azərb. filialının nəşri, 1942, 17 səh.
- 5.Krılov və Azərbaycan ədəbiyyatı. Bakı: Azərnəşr, 1944, 49 səh.
- 6.Vissarion Belinski. Bakı: Azərb. SSR Nazirlər Soveti yanında mədəni maarif müəssisələri komitəsinin mərkəzi mühazirə bürosunun nəşri, 1948, 31 səh.
- 7.Böyük rus tənqidçisi Belinski. Bakı: Bilik cəmiyyəti, 1948, 33 səh.
- 8.Dahi rus şairi A.S.Puşkin. Bakı: Bilik cəmiyyəti, 1949, 32 səh.
- 9.V.Q.Belinski. Bakı: Uşaqgəncnəşr, 1954, 26 səh.
- 10.Cəfər Cabbarlı (monoqrafiya). Bakı: Uşaqgəncnəşr, 1954, 125 səh.
- 11.C.Cabbarlının yaradıcılıq yolu. Bakı: ADU-nun nəşriyyatı, 1956, 352 səh.
- 12.Azərbaycan ədəbiyyatının yeni yüksəliş dövrü. Bakı: Bilik cəmiyyəti, 1957, 48 səh.
- 13.Şair Məmməd Rahim. Bakı: Bilik cəmiyyəti, 1957, 41 səh.
- 14.Azərbaycan xalqının ədəbiyyatı. Bakı: Azərnəşr, 1958, 84 səh.
- 15.Ədəbi-tənqidi məqalələr. Bakı: Azərnəşr, 1958, 448 səh.
- 16.L.N.Tolstoy. Bakı: Bilik cəmiyyəti, 1960, 60 səh.
- 17.Anton Pavloviç Çexov. Bakı: Bilik cəmiyyəti, 1960, 32 səh.
- 18.Cəfər Cabbarlının yaradıcılığı. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1961, 236 səh.
- 19.Səməd Vurğunun dramaturgiyası. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1964, 238 səh.
- 20.Seçilmiş əsərləri (üç cilddə). I c. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1967, 620 səh.
- 21.Seçilmiş əsərləri (üç cilddə), II c. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1968, 516 səh.
- 22.Seçilmiş əsərləri (üç cilddə), III c. Bakı: Elm, 1970, 427 səh.
- 23.Sovet ədəbiyyatı. Bakı: Maarif, 1970, 289 səh. (şərikli).
- 24.Azərbaycan ədəbiyyatının tarixi (qısa oçerk, rus dilində). Bakı: Elm, 1971, 216 səh.
- 25.Ədəbiyyat. Bakı: Maarif, 1972, 254 səh. (şərikli).
- 26.Ədəbiyyatların dostluğu (rus dilində). Bakı: Elm, 1972, 94 səh. (şərikli).
- 27.Azərbaycan ədəbiyyatı (rus dilində). Moskva: “Vısşaya şkola” nəşriyyatı, 1979, 231 səh.
- 28.Əsrin oğlu. Bakı: Yazıçı, 1979, 135 səh.
- 29.Sənətkar qocalmır. Bakı: Yazıçı, 1980, 368 səh.
- 30.Azərbaycan ədəbiyyatının tarixi (rus dilində). Bakı: Maarif, 1987, 216 səh.
Tərcümələri
Ruscadan
- 1.K.Nikiforov. Fanar işığında (roman). Bakı: Azərnəşr, 1929, 249 səh.
- 2.L.Averbax. Proletar ədəbiyyatının hegemoniyası uğrunda. Bakı: Azərnəşr, 1931, 104 səh.
- 3.İ.Bexer. Luizit, yaxud yeganə ədalətli hərb (roman). Bakı: Azərnəşr, 1932, 128 səh.
- 4.M.Servantes. Don Kixot (roman). Bakı: Azərnəşr, 1933, 242 səh.
- 5.M.Servantes. Don Kixot (roman). II çapı, Bakı: Azərnəşr, 1934, 178 səh.
- 6.A.Barbüs. Yadlar və dostlar (hekayə). Bakı: Azərnəşr, 1935, 16 səh.
- 7.M.Qorki. Şura ədəbiyyatının vəzifələri. Bakı: Azərnəşr, 1935, 104 səh.
- 8.N.Ostrovski. Polad necə bərkidi (roman). Bakı: Azərnəşr, 1936, 364 səh.
- 9.M.Şaginyan. Hidrosentral (roman). Bakı: Azərnəşr, 1936, 304 səh.
- 10.M.Armen. 89 nömrəli skaut (roman). Bakı: Azərnəşr, 1936, 208 səh.
- 11.N.Ostrovski. Polad necə bərkidi (roman). II çapı. Bakı: Azərnəşr, 1947, 364 səh.
- 12.L.N.Tolstoy. Hərb və sülh (roman). I cild. Bakı: Azərnəşr, 1948, 392 səh.
- 13.Evripid. Alkesta (faciə). Bax: “Antik ədəbiyyatı müntəxəbatı”. Bakı: Azərnəşr,1950,s.383423.
- 14.A.Kojevnikov. Dirilik suyu (roman). Bakı: Azərnəşr, 1951, 568 səh.
- 15.A.UIyanova. İliçin uşaqlığı və məktəbdə oxuduğu illər. Bakı: Azərnəşr, 1951,32 səh.
- 16.A.Makarenko. Pedaqoji poema. Bakı: Uşaqgəncnəşr, 1952, 716 səh.
- 17.M.Qorki. Seçilmiş hekayələri. Bakı: Uşaqgəncnəşr, 1952, 195 səh. (şərikli)
- 18.N.V.Qoqol. Milad bayramı gecəsi (povest). Bax: N.V.Qoqol. Əsərləri, I c. Bakı: 1952, s.108-158.
- 19.L.N.Tolstoy. Hərb və sülh (roman, IV hissə). Bakı: Azərnəşr, 1953, 341 səh.
- 20.L.Vaysenberq. Kiçik bacı (roman). Bakı: Azərnəşr, 1954, 608 səh.
- 21.M.Qorki. Dankonun ürəyi. Bakı: Uşaqgəncnəşr, 1959, 14 səh.
İstinadlar
- Mămmăd Arif // Faceted Application of Subject Terminology.
- Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1974-cü il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il tarixli Qərarı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Məmməd Arif Dadaşzadə (biblioqrafiya). Bakı: Elm. 1965.
- Mirzə İbrahimov. "Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli xadimi". Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri (İctimai elmlər seriyası). №4. 1964: səh.101–105.
- Cəfər, Məmməd. Məmməd Arif və onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri // "Həmişə bizimlə" kitabı. Bakı: Yazıçı. 1980. səh. səh.166-229.
- Anar. Tənqidçi təmkini //Anar. Dünya bir pəncərədir. Bakı: Gənclik, 1986.-s.300–303
- Əhmədov R. Məmməd Arif (tənqid və dramaturgiya məsələləri). Bakı: Yazıçı, 1986
- Sovet ədəbiyyatşünaslığının aktual problemləri. Bakı: Elm, 1974
- Elçin. Dəyişməzlik//Məmməd Arif. Sənətkar qocalmır . Bakı: Yazıçı, 1980.- s. 5–11
- Salmanov Ş. Əsrin tənqidçisi // Azərbaycan, 2004, № 6. – s.136–139
- Алибейли Г. Мамед Ариф Дадашзаде // Опередившие время. Баку: Letterpress, 2012.- s.15–20
- Akimova E., Dadaş-zadə A. Məmməd Arif Dadaşzadə // Ədəbiyyat məcmuəsi. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. Xüsusi buraxılış, XXIV cild. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2013. — s.117–123
- Allahverdiyev, E. Məmməd Arif, Rafiq Əzimov…: [rejissor Sənan Sultanovun quruluşunda akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş "Zirvələrdən gələn səs" və xalq artisti Rafiq Əzimova həsr olunmuş "Sənət sevgisi" filmi haqqında] //Ekran-efir.- 2013.- 13 dekabr.- S. 4–6.
- "Akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 15 aprel 2014". 2016-03-04 tarixində . İstifadə tarixi: 2014-05-06.
- "Arxivlənmiş surət". 2016-10-14 tarixində . İstifadə tarixi: 2014-04-04.
Həmçinin bax
Xarici keçidlər
- Большая Советская Энциклопедия (rus.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dadaszade Memmed Arif Meherrem oglu 29 may 11 iyun 1904 Baki 27 dekabr 1975 Baki Azerbaycan tenqidcisi edebiyyatsunas tercumeci pedaqoq nasir Azerbaycan Yazicilar Birliyinin uzvu 1936 filologiya elmleri doktoru 1954 professor 1955 Azerbaycan SSR EA muxbir uzvu 1955 Azerbaycan SSR EA heqiqi uzvu 1958 Azerbaycanin SSR Emekdar elm xadimi 1960 Azerbaycan SSR Dovlet mukafati laureati 1974 Memmed ArifDogum tarixi 29 may 11 iyun 1904Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 27 dekabr 1975 1975 12 27 71 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanHeyat yoldasi Zumrud AxundovaUsagi Araz DadaszadeTehsili Azerbaycan Dovlet Universiteti 1930 Fealiyyeti yazici siyasetci tercumeci pedaqoq edebiyyat tenqidcisi edebiyyatsunasFealiyyet illeri 1920 ci ildenEserlerinin dili Azerbaycan diliUzvluyu Azerbaycan Milli Elmler AkademiyasiMukafatlariHeyatiMemmed Arif Meherrem oglu Dadaszade 1904 cu il iyun ayinin 10 da Baki seherinde anadan olmusdur Eslen Xizi torpaginin Beylik adlanan erazisindendir Bu eraziden olan nesil indi de Xizida ehtiramla yad edilir Bakidaki rus tatar mektebini bitirdikden sonra Memmed Arif 1920 1930 cu illerde I dereceli 5 ci sovet mektebinde direktor S S Axundov muellim islemisdir Eyni zamanda o Xalq Maarifi Institutunda tehsil almis ve 1925 ci ilde bu institutu bitirmisdir 1925 1930 cu illerde Azerbaycan Dovlet Universitetinin Serq fakultesinde oxumus Universiteti bitirdikden sonra 1930 1931 ci illerde Moskvada Sovet Serq Xalqlari Elmi Tedqiqat Institutunun aspiranturasinda tehsil almisdir Memmed Arif 1932 1941 ci illerde Azerbaycan Dovlet Pedaqoji Institutunda bas muellim Rus edebiyyati kafedrasinin dosenti olmusdur Uzun iller Azerbaycan Dovlet Universitetinde calismis 1941 1950 ci illerde burada Rus edebiyyati kafedrasinin mudiri olmus 1955 ci ilde professor elmi adini almisdir Eyni zamanda o 1930 1940 ci illerde Azerbaycan Respublikasi maarif nazirinin komissarinin muavini vezifesini tutmus 1941 1947 ci illerde Veten ugrunda Inqilab ve medeniyyet yeni indiki Azerbaycan jurnalinin bas redaktoru islemisdir Memmed Arif 1944 cu ilde Azerbaycan sovet edebiyyatinin inkisafi yollari movzusunda namizedlik 1954 cu ilde ise Cefer Cabbarlinin yaradiciliq yolu movzusunda doktorluq dissertasiyasi mudafie etmisdir Nizami adina Edebiyyat ve Dil Institutunun inkisafinda roluNizami adina Edebiyyat ve Dil Institutunun tesekkulunde strukturunun fealiyyet istiqametlerinin mueyyenlesdirilmesinde Memmed Arif xususi xidmetleri vardir O bu elm ocaginda 1938 ci ilden calismaga baslamisdir Hemin ilde alim Edebiyyat ve Dil Institutunda sobe mudiri 1939 cu ilin yanvar sentyabr aylarinda ise direktor muavini vezifesinde islemisdir 1939 cu il sentyabr ayinin 25 de Memmed Arif Edebiyyat ve Dil Institutunun direktoru vezifesine teyin edilmis ve 1950 ci il iyulun 27 dek hemin vezifede calismisdir Bele ki 1950 ci ilin iyul ayinda filosof Heyder Huseynova qarsi teqib ve qarayaxma kampaniyasinda istirak etmekden faktiki olaraq boyun qaciran Memmed Arif Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin I katibi Mircefer Bagirovun qezebine tus gelmis ve bunun ardinca Institutun direktoru habele Universitetin Rus edebiyyati kafedrasinin mudiri vezifelerinden azad edilmisdir Bundan basqa Sovet Ittifaqi Kommunist Partiyasi siralarindan ve Yazicilar Ittifaqindan da xaric edilen Memmed Arif bir nece il ev dustagi veziyyetinde olmusdur 1957 ci ilde o Edebiyyat ve Dil Institutunun direktoru vezifesine berpa edilmis 1959 cu iledek bu vezifede islemisdir Azerbaycan EA da fealiyyetiMemmed Arif 1955 ci ilde Azerbaycan Respublikasi Elmler Akademiyasinin muxbir uzvu 1958 ci ilde akademiki secilmisdir Gorkemli alim ve bacariqli teskilatci olan M A Dadaszade 1959 cu ilde Elmler Akademiyasinin Ictimai Elmler Bolmesinin akademik katibi teyin edilmis 1960 ci ilden omrunun sonunadek ise Respublika Elmler Akademiyasinin vitse prezidenti kimi fealiyyet gostermisdir Bu dovrde humanitar elmler sahesinde bir sira fundamental tedqiqatlarin miqyasli elmi simpozium ve konfranslarin boyuk ediblerimizin tenteneli yubiley tedbirlerinin M F Axundov 150 C Memmedquluzade 100 M P Vaqif 250 Asiq Elesger 150 Nesimi 600 ve s gerceklesdirilmesinde onun xususi xidmetleri vardir Akademiyanin vitse prezidenti oldugu donemde Memmed Arifin tesebbusu yaxin istiraki ve seyleri neticesinde uzun iller Edebiyyat ve Dil Institutu kimi fealiyyet gosteren elm ocagi 1969 cu ilden musteqil Edebiyyat Institutu statusunda isini davam etdirmisdir Memmed Arif SSRI Elmler Akademiyasinin Muasir dovrde dunya edebiyyatinin inkisaf qanunauygunluqlari problemi uzre Elmi Surasinin Moskvada isiq uzu goren iki nesrin Qisa edebiyyat ensiklopediyasi nin 1962 1978 redaksiya heyetinin 6 cildlik Coxmilletli sovet edebiyyati tarixi nin 1970 1974 bas redaksiya heyetinin uzvu idi Memmed Arif 1946 ci ilde rus yazicilari A Surkov ve V Inberle birge SSRI ni Iran yazicilarinin I konqresinde temsil etmis elece de 1960 ci ilde serqsunaslarin Moskvada kecirilen XXV Beynelxalq konqresinin istirakcisi olmusdur Memmed Arif 1957 ci ilden etibaren Akademiyanin Reyaset Heyeti yaninda Terminologiya Komitesinin sedri vezifesinde calismis uzun iller boyu Azerbaycan Respublikasi Elmler Akademiyasinin Xeberleri nin bas redaktoru hemcinin Zaqafqaziya xalqlarinin Medeni Elaqeleri uzre Koordinasiya Surasinin rehberi olmusdur O eyni zamanda uzun iller Azerbaycan Yazicilar Ittifaqinin Idare heyetinin uzvu olmus Tenqid bolmesine rehberlik etmisdir Edebiyyata gelisiMemmed Arif edebiyyata oten esrin 20 ci illerinin evvellerinde yazdigi seir hekaye ve meqalelerle qedem qoymusdur Hemin donemde edibin Yurdsuz cocuqlar Son bahar teraneleri Brodskinin boyalari Teyyare ve men Iki neseden biri Heves seirleri Son izdivac Arakesme Mal hekimi Tar calinir hekayeleri muxtelif qezet ve jurnallarda isiq uzu gormus maraqla qarsilanmisdir Ilk publisist meqalesi 1923 cu ilde Xizili Mehemmed Bagir imzasi ile Kommunist qezetinde cap olunan Memmed Arif eyni zamanda Bedgumanam Bele getse duzeler Elan Hovsele Mersiye xeberleri felyetonlarini da Megmun Xizili imzasi ile Molla Nesreddin jurnalinda derc etdirmisdir 1925 ci ilden baslayaraq edebiyyatsunas eserlerini Memmed Arif texellusu ile imzalayir TenqidciAzerbaycan edebiyyatsunasligi ve edebi tenqidinin tesekkulu ve inkisafinda Memmed Arif Dadaszadenin mustesna xidmetleri vardir Azerbaycan rus ve dunya xalqlari klassik edebiyyati edebiyyat nezeriyyesi muasir edebi proses edebi medeni elaqeler onun esas tedqiqat obyekti olmusdur Alimin 1956 ci ilde isiq uzu goren Cefer Cabbarlinin yaradiciliq yolu fundamental monoqrafiyasinda ilk defe bu yazicinin Azerbaycan edebiyyati tarixinde rolu deqiq durust mueyyenlesdirilmis Memmed Arife cabbarlisunas alim nufuzu qazandirmisdir Semed Vurgunun dramaturgiyasi 1964 monoqrafiyasinda M Arif boyuk sairin dram eserlerini mufessel sekilde tedqiq etmis onlarin ideya ve bedii estetik xususiyyetlerinin butun calarlarini tehlil suzgecinden kecirib oxuculara teqdim etmisdir Boyuk sexsiyyetin cox saheli fealiyyetiMemmed Arif Azerbaycan edebiyyati tarixi tedqiqinin esasini qoyan alimlerdendir Bedii soz tariximizin arasdirilmasi konsepsiyasinin islenib hazirlanmasinda onun onemli rolu vardir O 2 cildlik Muxteser Azerbaycan edebiyyati tarixi 1943 1944 3 cildlik Azerbaycan edebiyyati tarixi 1957 1960 2 cildlik Azerbaycan sovet edebiyyati tarixi 1967 kimi muhum tedqiqatlarin muelliflerinden ve bas redaktorlarindan biridir Onun ve H Huseynovun rehberliyi ile nesr olunan Muxteser Azerbaycan edebiyyati tarixi milli edebiyyatimizin genis panoramini eks etdiren ilk yeni tipli eserdir Bu eserin edebiyyat tariximizden behs eden sonraki arasdirmalara boyuk tesiri olmusdur 1963 cu ilde M Arifin rehberliyi ve yaxindan istiraki ile SSRI Elmler Akademiyasinin Nauka nesriyyatinda Azerbaycan alimlerinin kollektiv eseri Azerbaycan sovet edebiyyati tarixinin ocerki cap olunmusdur Edebiyyat tariximizde her birinin mezmun yuku olan problemleri umumi dusunce sistemimizin ayrilmaz terkib hissesine cevirmeyi bacaran M Arif mutemadi olaraq onun tebligi ile mesgul olmusdur Alimin Azerbaycan xalqinin edebiyyati kitabi 1958 Azerbaycan rus ingilis fars bolqar ermeni dillerinde isiq uzu gormusdur Onun Edebi tenqidi meqaleler 1958 uc cildde Secilmis eserleri 1967 1970 rus dilinde iki cildde Secilmis eserleri 1972 1973 Senetkar qocalmir 1980 ve diger kitablari elmi edebi ictimaiyyetimiz terefinden yuksek deyerlendirilmisdir Alimin vefatindan sonra onun son iri tedqiqatinin indiyedek Azerbaycan edebiyyatina dair en moteber menbelerden biri sayilan Azerbajdzhanskaya literatura monoqrafiyasinin Moskvada rus dilinde cap olunmasi Vysshaya shkola nesriyyati 1979 Azerbaycan elminin onemli hadisesi adlandirila biler M A Dadaszadenin edebiyyat tarixinin sistemlesdirilmesi isindeki fealiyyetine en deqiq qiymeti edebiyyatsunas alim Samil Salmanov vermisdir O M Arif F Kocerliden sonra yegane sexsiyyetdir ki Azerbaycan edebiyyati tarixinin en esas hadise ve meyilleri inkisaf merhelesi ve qanunauygunluqlari ile ehate eden edebiyyat tarixi eserinin muellifidir XX esr Azerbaycan edebiyyati meseleleri I kitab Baki Elm 2006 s 40 Memmed Arif sozun esil menasinda edebiyyatsunasliq mektebi tenqid ve tenqidciler mektebi yaratmis sexsiyyetdir Onun tenqidi yaradiciligi Azerbaycanda estetik nezeri fikrin yoxlugu haqqinda suurlara yeridilen esassiz cefeng formullara son qoymaq ucun kara gelen en deyerli menbedir M A Dadaszade hele 1930 cu illerde ciddi telebkar esere ve edebi prosese yuksek ideya estetik meyarlar seviyyesinden yanasan bir tenqidci kimi taninirdi Meselen 1941 ci ilde yazdigi Tenqid ve edebiyyatsunasliq adli mufessel bir meqalesinde o edebi tenqidimizin vezifelerini bu sekilde mueyyenlesdirirdi Edebi tenqidin meqsedi yaziciya ve edebiyyata komek etmek oldugu ucun o sade ve aydin bir dilde yazilmalidir onun hokmleri tutarli ve inandirici olmalidir Yaziciya komek etmek her seyden evvel onu yaxsi oyrenmek duyub derk etmek demekdir onun yaradiciliq pafosunu teyin etmek yaradiciliq xususiyyetlerini ferdi meyil ve keyfiyyetlerini oyrenib nezere almaq demekdir Eyni zamanda Memmed Arif muhafizekarliqdan uzaq bir tedqiqatci ve tenqidci olmus genc edebi quvveleri hemise desteklemis onlarin yaradiciligina qaygi gostermisdir Qeyd etmek lazimdir ki XX esrin 60 ci illerinde Azerbaycan edebiyyatinin semantik fezasi genislenmeye baslayanda M Arif bu prosese boyuk hessasliqla yanasmis Azerbaycan sairleri arasinda modernist avanqard tipli poeziyaya meyli maraqla izlemis yeni temayulleri arasdirmaga calismisdir Eyni zamanda gorkemli tenqidci serbest seir yazan qelem sahiblerini ciddi dusunmeye ona oteri moda kimi yanasmamaga ideyani formaya qurban vermemeye ehemiyyetli movzular uzerinde islemeye ve zengin bedii obrazlar yaratmaga devet edirdi Onun yeni Azerbaycan nesrinin temsilcileri olan S Ehmedov Anar ve Elcinin eserlerinin inceliklerini acan meqaleleri de tenqidci zovqunun muasirliyini gosteren seciyyevi numunelerdir Memmed Arifin dramaturgiya sahesinde apardigi tedqiqatlar oz mezmunu ve problem vuseti ile edebiyyatsunasligimizda xususi bir merhele teskil edir O C Cabbarli ve S Vurgunla yanasi M F Axundov E Haqverdiyev M Ibrahimov M Huseyn S Rustem E Memmedxanli S Rehman I Efendiyev ve diger ediblerin dram yaradiciligini herterefli sekilde tehlil etmisdir Tedqiqatci alimin Azerbaycan dramaturgiyasi ve teatr senetinin problemlerini arasdiran Dramaturgiyamiza bir nezer 1946 Dramaturgiyada dil ve dialoq 1948 Azerbaycanda xalq teatri 1950 meqaleleri bu edebi novde yazilan eserlerin tarixi koklerinin oyrenilmesi problemlerinin tehlili elde edilen faydali elmi neticeleri qiymetli umumilesdirmeleri ve xeyirxah tovsiyeleri baximindan bu gun de edebi ictimaiyyetimiz ucun bir manifest seciyyesi dasiyir Eyni sozleri edebi dilimizin safligi meselelerini arasdiran ve bu sahedeki prioritet vezifeleri mueyyenlesdiren Dil ve uslub meqalesine 1946 de samil etmek olar Edebi fakta prosese yanasmada sergilediyi obyektivlik tehlil etdiyi movzulara derinden nufuz etmek butun qenaetlerini esaslandirmaq bacarigi muhakimelerin deqiqliyi ve serrastligi muasir edebiyyatin menzeresini onun tarixi kokleri ile vehdetde canlandirmaq eyni zamanda arasdirmani genis kontekstde aparmaq mehareti Memmed Arifi bir edebiyyatsunas tenqidci kimi seciyyelendiren muhum keyfiyyetler idi K Talibzade Memmed Arif haqqinda yazir Memmed Arifin tenqidi hec vaxt ancaq fakti sadece qeyde alan eser ve muellif barede quruca melumat veren tenqid olmamisdir O bir tenqidci kimi tehlil etdiyi eserin movzusu ile elaqedar muhum ictimai siyasi exlaqi meseleler qaldirmis oxucuya dusunmek ucun elave fikri material vermis yazici qarsisinda yeni yaradiciliq vezifeleri qoymusdur Tesadufi deyil ki Semed Vurgun cixislarindan birinde M Arifi tenqidimizin vicdani Suleyman Rehimov edebiyyatimizin vicdani Rehimov S Pak vicdanla Sovet edebiyyatsunasliginin aktual problemleri Baki Elm 1974 s 296 Samil Salmanov esrin milli tenqidinin en yuksek zirvesi XX esr Azerbaycan edebiyyati meseleleri I kitab Baki Elm 2006 s 30 taninmis rus tenqidcisi Yuri Petrovski ise Azerbaycan edebiyyatsunasliginin klassiki Zvezda jurnali 1982 4 adlandirmisdir Genis dunyagorusune malik alimin tedqiqat diapazonu milli mehdudiyyet tanimamisdir O oz meqalelerinde Nizami Mehseti Gencevi Fuzuli Natevan S E Sirvani ile yanasi Nevai Sekspir N Qoqol I Qoncarov T Sevcenko A N Ostrovski M Saltikov Sedrin I Franko R Taqor ve diger gorkemli sair ve yazicilarin eserlerini ciddi suretde tehlil etmisdir Umumiyyetle Memmed Arif Azerbaycanda dunya edebiyyatinin feal tebligatcisi ve tedqiqatcisi olmusdur Onun Vladimir Mayakovski 1940 Qorki fasizm eleyhine 1941 Ne ucun fasizmin H Heyneni gormeye gozu yoxdur 1942 Krilov ve Azerbaycan edebiyyati 1944 Vissarion Belinski 1948 Boyuk rus tenqidcisi Belinski 1948 Dahi rus sairi A S Puskin 1949 Iqor polku haqqinda dastan 1958 L N Tolstoy 1960 Anton Pavlovic Cexov 1960 M V Lomonosov ve rus edebiyyati 1961 ve s tedqiqatlari ayrica kitabca seklinde cap olunmusdur Memmed Arif Evripid Servantes N Qoqol L Tolstoy A Cexov M Qorki I Bexer E Remark ve diger meshur yazicilarin eserlerini dogma dilimize tercume etmisdir M Arifin mutercim kimi ilk boyuk isi Remarkin Qerb cebhesinde tebeddulat yoxdur romani 1929 cu ilde Inqilab ve medeniyyet jurnalinda 10 12 derc olunub Akademik Mirze Ibrahimov Lev Tolstoyun Herb ve sulh epopeyasinin iki cildinin Azerbaycan dilinde olan variantini M Arifin tercume sahesindeki fealiyyetinin taci adlandirmisdir Hec de tesadufi deyil ki R Rza muasir edebiyyatimizin genis ufuqlerde qanad acmasinda mehelli mehdudluq belasindan azad olmasinda M Arifin mustesna rolunu diqqetsiz qoymamisdir Memmed Arif mahir pedaqoq kimi de meshurdur Humanitar saheler uzre tehsil alan telebelerin bir cox nesli onun maraqli mezmunlu muhazireleri elmi tedqiqatlari yuksek estetik teleblere cavab veren tercumeleri sayesinde dunya edebiyyatinin inceliklerine yiyelenmisdir Memmed Arifin 1932 ci ilden baslayaraq sexsen ve ya H Arasli F Qasimzade E Sultanli M Refili C Xendan P Xelilovla serikli orta mektebin sagirdleri ucun yaratdigi edebiyyat derslikleri 60 il erzinde done done cap olunub mekteblerde tedris edilmisdir Onun redaktesi ve feal istiraki ile ali mektebler ucun Qedim rus edebiyyati XI XVII esrler 1958 Rus edebiyyati XVIII esr 1958 derslikleri yazilmis ve nesr olunmusdur Ictimai ve dovlet xadimiMemmed Arif Dadaszade gorkemli ictimai ve dovlet xadimi idi O uzun muddet sedrinin muavini olmus iki defe Baki Sovetine deputat secilmisdir Memmed Arif 1963 1967 ci illerde Azerbaycan SSR Ali Sovetinin deputati ve sedri olmusdur Memmed Arif iki defe Qirmizi emek bayragi ordeni 1939 1964 Lenin ordeni 1971 Oktyabr inqilabi ordeni 1974 Qabaqcil maarif xadimi nisani 1964 ve medallarla teltif edilmisdir 1960 ci ilde ona fexri adi verilmisdir 1974 cu ilde M Arifin emeyinin mehsulu olan Azerbaycan edebiyyati tarixi monoqrafiyasi rus dilinde Azerbaycan SSR dovlet mukafatina layiq gorulmusdur XatiresiM Arif 1975 ci il dekabrin 27 de Bakida vefat etmis Fexri Xiyabanda defn olunmusdur Bakidaki kucelerden biri Yazicilar Ittifaqinin kitabxanasi Surabad qesebesinde orta mekteb akademik Memmed Arifin adini dasiyir Memmed Cefer alimin yaradiciligina hesr edilmis Memmed Arif ve onun sovet edebiyyati haqqinda nezeri fikirleri ocerkini 1980 Ramin Ehmedov Memmed Arif tenqid ve dramaturgiya meseleleri kitabini 1986 yazmisdir Huseyn Ismayilov Memmed Arif rus edebiyyatinin tedqiqatcisi kimi movzusunda namizedlik dissertasiyasi 1985 mudafie etmisdir Akademikin anadan olmasinin 70 illiyine hesr olunmus Sovet edebiyyatsunasliginin aktual problemleri kitabinda 1974 yer alan K Talibzade E Mirehmedov ozbek edebiyyatsunasi Vahid Zahidov S Rehimov M Quluzade R Rza Z Budaqova B Nebiyev Q Qasimzadenin meqalelerinde M Arifin coxsaxeli elmi yaradiciligi arasdirilir ona bir sexsiyyet kimi qiymet verilir 2013 cu ilde rejissor Senan Sultanovun qurulusunda Azerbaycan Televiziyasinda Memmed Arif Dadaszadenin heyat ve yaradiciligina hesr olunmus Zirvelerden gelen ses filmi cekilmisdir 2014 cu ilde Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev Memmed Arifin 110 illik yubileyinin dovlet seviyyesinde qeyd olunmasi ile bagli serencam imzalamisdir AilesiIlk azerbaycanli qadin alimlerden biri Zumrud Axundova heyat yoldasidir Edebiyyatsunas edebiyyat tarixcisi Emekdar elm xadimi Araz Dadaszade ogludur Musiqisunas professor Zumrud Dadaszade nevesidir Eserleri1 Vladimir Mayakovski Baki Azerbaycan Sovet Yazicilari Ittifaqinin Nesriyyati 1940 86 seh 2 Maksim Qorki fasizm eleyhine Baki SSRI EA Azerb filialinin nesri 1941 27 seh 3 C Cabbarlinin yaradiciliginda xalqlar dostlugu Baki SSRI EA Azerb filialinin nesri 1942 29 seh 4 Ne ucun fasizmin H Heyneni gormeye gozu yoxdur Baki SSRI EA Azerb filialinin nesri 1942 17 seh 5 Krilov ve Azerbaycan edebiyyati Baki Azernesr 1944 49 seh 6 Vissarion Belinski Baki Azerb SSR Nazirler Soveti yaninda medeni maarif muessiseleri komitesinin merkezi muhazire burosunun nesri 1948 31 seh 7 Boyuk rus tenqidcisi Belinski Baki Bilik cemiyyeti 1948 33 seh 8 Dahi rus sairi A S Puskin Baki Bilik cemiyyeti 1949 32 seh 9 V Q Belinski Baki Usaqgencnesr 1954 26 seh 10 Cefer Cabbarli monoqrafiya Baki Usaqgencnesr 1954 125 seh 11 C Cabbarlinin yaradiciliq yolu Baki ADU nun nesriyyati 1956 352 seh 12 Azerbaycan edebiyyatinin yeni yukselis dovru Baki Bilik cemiyyeti 1957 48 seh 13 Sair Memmed Rahim Baki Bilik cemiyyeti 1957 41 seh 14 Azerbaycan xalqinin edebiyyati Baki Azernesr 1958 84 seh 15 Edebi tenqidi meqaleler Baki Azernesr 1958 448 seh 16 L N Tolstoy Baki Bilik cemiyyeti 1960 60 seh 17 Anton Pavlovic Cexov Baki Bilik cemiyyeti 1960 32 seh 18 Cefer Cabbarlinin yaradiciligi Baki Azerb SSR EA nesriyyati 1961 236 seh 19 Semed Vurgunun dramaturgiyasi Baki Azerb SSR EA nesriyyati 1964 238 seh 20 Secilmis eserleri uc cildde I c Baki Azerb SSR EA nesriyyati 1967 620 seh 21 Secilmis eserleri uc cildde II c Baki Azerb SSR EA nesriyyati 1968 516 seh 22 Secilmis eserleri uc cildde III c Baki Elm 1970 427 seh 23 Sovet edebiyyati Baki Maarif 1970 289 seh serikli 24 Azerbaycan edebiyyatinin tarixi qisa ocerk rus dilinde Baki Elm 1971 216 seh 25 Edebiyyat Baki Maarif 1972 254 seh serikli 26 Edebiyyatlarin dostlugu rus dilinde Baki Elm 1972 94 seh serikli 27 Azerbaycan edebiyyati rus dilinde Moskva Vissaya skola nesriyyati 1979 231 seh 28 Esrin oglu Baki Yazici 1979 135 seh 29 Senetkar qocalmir Baki Yazici 1980 368 seh 30 Azerbaycan edebiyyatinin tarixi rus dilinde Baki Maarif 1987 216 seh TercumeleriRuscadan 1 K Nikiforov Fanar isiginda roman Baki Azernesr 1929 249 seh 2 L Averbax Proletar edebiyyatinin hegemoniyasi ugrunda Baki Azernesr 1931 104 seh 3 I Bexer Luizit yaxud yegane edaletli herb roman Baki Azernesr 1932 128 seh 4 M Servantes Don Kixot roman Baki Azernesr 1933 242 seh 5 M Servantes Don Kixot roman II capi Baki Azernesr 1934 178 seh 6 A Barbus Yadlar ve dostlar hekaye Baki Azernesr 1935 16 seh 7 M Qorki Sura edebiyyatinin vezifeleri Baki Azernesr 1935 104 seh 8 N Ostrovski Polad nece berkidi roman Baki Azernesr 1936 364 seh 9 M Saginyan Hidrosentral roman Baki Azernesr 1936 304 seh 10 M Armen 89 nomreli skaut roman Baki Azernesr 1936 208 seh 11 N Ostrovski Polad nece berkidi roman II capi Baki Azernesr 1947 364 seh 12 L N Tolstoy Herb ve sulh roman I cild Baki Azernesr 1948 392 seh 13 Evripid Alkesta facie Bax Antik edebiyyati muntexebati Baki Azernesr 1950 s 383423 14 A Kojevnikov Dirilik suyu roman Baki Azernesr 1951 568 seh 15 A UIyanova Ilicin usaqligi ve mektebde oxudugu iller Baki Azernesr 1951 32 seh 16 A Makarenko Pedaqoji poema Baki Usaqgencnesr 1952 716 seh 17 M Qorki Secilmis hekayeleri Baki Usaqgencnesr 1952 195 seh serikli 18 N V Qoqol Milad bayrami gecesi povest Bax N V Qoqol Eserleri I c Baki 1952 s 108 158 19 L N Tolstoy Herb ve sulh roman IV hisse Baki Azernesr 1953 341 seh 20 L Vaysenberq Kicik baci roman Baki Azernesr 1954 608 seh 21 M Qorki Dankonun ureyi Baki Usaqgencnesr 1959 14 seh IstinadlarMămmăd Arif Faceted Application of Subject Terminology Edebiyyat incesenet ve arxitektura sahesinde 1974 cu il Azerbaycan SSR Dovlet mukafatlarinin verilmesi haqqinda Azerbaycan KP MK nin ve Azerbaycan SSR Nazirler Sovetinin 1974 cu il tarixli Qerari 2020 01 16 at the Wayback Machine anl az sayti Memmed Arif Dadaszade biblioqrafiya Baki Elm 1965 Mirze Ibrahimov Edebiyyatimizin ve medeniyyetimizin gorkemli xadimi Azerbaycan SSR Elmler Akademiyasinin xeberleri Ictimai elmler seriyasi 4 1964 seh 101 105 Cefer Memmed Memmed Arif ve onun sovet edebiyyati haqqinda nezeri fikirleri Hemise bizimle kitabi Baki Yazici 1980 seh seh 166 229 Anar Tenqidci temkini Anar Dunya bir penceredir Baki Genclik 1986 s 300 303 Ehmedov R Memmed Arif tenqid ve dramaturgiya meseleleri Baki Yazici 1986 Sovet edebiyyatsunasliginin aktual problemleri Baki Elm 1974 Elcin Deyismezlik Memmed Arif Senetkar qocalmir Baki Yazici 1980 s 5 11 Salmanov S Esrin tenqidcisi Azerbaycan 2004 6 s 136 139 Alibejli G Mamed Arif Dadashzade Operedivshie vremya Baku Letterpress 2012 s 15 20 Akimova E Dadas zade A Memmed Arif Dadaszade Edebiyyat mecmuesi Azerbaycan Milli Elmler Akademiyasi Nizami adina Edebiyyat Institutunun eserleri Xususi buraxilis XXIV cild Baki Elm ve tehsil nesriyyati 2013 s 117 123 Allahverdiyev E Memmed Arif Rafiq Ezimov rejissor Senan Sultanovun qurulusunda akademik Memmed Arif Dadaszadeye hesr olunmus Zirvelerden gelen ses ve xalq artisti Rafiq Ezimova hesr olunmus Senet sevgisi filmi haqqinda Ekran efir 2013 13 dekabr S 4 6 Akademik Memmed Arifin 110 illik yubileyinin kecirilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami 15 aprel 2014 2016 03 04 tarixinde Istifade tarixi 2014 05 06 Arxivlenmis suret 2016 10 14 tarixinde Istifade tarixi 2014 04 04 Hemcinin baxBirinci Fexri xiyabanda defn olunanlarin siyahisiXarici kecidlerBolshaya Sovetskaya Enciklopediya rus