Zümrüd Araz qızı Dadaşzadə (2 iyun 1962, Bakı) – Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor.
Zümrüd Dadaşzadə | |
---|---|
azərb. Zümrüd Araz qızı Dadaşzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Atası | Araz Dadaşzadə |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yeri | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Zümrüd Dadaşzadə 1962-ci il iyunun 2-də Bakıda ədəbiyyatçılar ailəsində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1985-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (hal-hazırda Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989–1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) oxuyub.
1985–1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür. 1990–2007-ci illərdə İttifaqın İdarə Heyətinin üzvü olub.
Elmi və çoxsahəli fəaliyyət
1988-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasında dərs deyir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru (1997), dosent (2001), professordur (2013). 2011-ci ildə Z. Dadaşzadəyə Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib.
Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur. Novosibirsk (1981), Almatı (1982), Tbilisi (1983) şəhərlərində keçirilən Ümumittifaq elmi-nəzəri konfranslarda iştirak etmiş, Leninqrad Ümumittifaq olimpiadasında (1983) "İncəsənətin tarixi və nəzəriyyəsi" bölməsi üzrə qaliblərdən biri olmuşdur.
"Aqşin Əlizadə" (1992), "Simfoniyanın fəzası.1970–80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər" (1999), "Biz də dünyanın bir hissəsiyik…" (2004), "Azərbaycan simfoniyası (1960–1980-ci illər)" (2012) kitablarının müəllifidir.
Zümrüd Dadaşzadə müasir Azərbaycan musiqisini XX əsr musiqi mədəniyyətinin əsas təmayülləri ilə əlaqəli şəkildə araşdırmağa çalışır. Alim simfoniya kimi konsepsiyalı, həyat kolliziyalarını musiqidə ümumiləşdirilmiş şəkildə təcəssüm etdirən janrın tədqiqinə xüsusi önəm verir.
Öz elmi axtarışlarının nəticələrini o, "Simfoniyanın fəzası" adlı monoqrafiyasında əks etdirmişdir. 2012-ci ildə bu tədqiqata bir daha dönərək, musiqişünas onu əsaslı surətdə redaktə etmiş, əlavələrlə zənginləşdirmiş, son iyirmi il ərzində ərsəyə gəlmiş iri simfonik əsərlərin də məziyyətlərini açıqlamağa müvəffəq olmuşdur.
"Azərbaycan simfoniyası (1960–1980-ci illər)" adlı bu son kitabında müəllif simfoniyanın struktur aspektini ön plana çəkərək, XX əsr dünya musiqisində Azərbaycan simfonistlərinin mövqeyinin özəl cəhətlərini üzə çıxarmağa çalışmışdır. Burada silsilə, janr və forması orijinal yozulan əsərlər təqdim olunur, muğam və simfonizmin qarşılıqlı münasibətlərinin yeni mərhələsi üçün səciyyəvi cəhətlər aşkarlanır, simfoniyaya müasir teatr və kinonun təsirindən söz açılır.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva həmin tədqiqat haqqında yazır: "Silsilənin təfsiri, formayaratma, dramaturgiya məsələlərinə daha çox diqqət yetirən müəllif bütün tədqiqatı məhz bu önəmli problemlərin həllinə tabe etdirir ki, bu da onun yerinə yetirdiyi araşdırmaya bütövlük və əsil elmi xarakter aşılayır. Musiqişünas hər bir simfoniyanın özünəməxsus novator cizgilərinə, dramaturji həllin incəliklərinə xüsusi diqqət yetirərək maraqlı elmi qənaətlərə gəlmişdir" (Əfəndiyeva İ. Musiqişünasın yaradıcılıq fəzası // Musiqi dünyası, 2014, № 2/59).
Zümrüd Dadaşzadə elmi işi pedaqoji fəaliyyətlə, habelə musiqi tənqidi və publisistikası ilə əlaqələndirməyi bacarır, yəni təkcə mühazirə oxumaq, araşdırma aparmaq ilə məhdudlaşmır, müntəzəm olaraq mətbuatda, televiziya və radioda çıxış edir, müxtəlif ədəbi-bədii gecələrin təşkilinə qatılır, simfonik konsertləri şərh edir.
Zümrüd Dadaşzadə müasir Azərbaycan musiqisinin müxtəlif problemlərinə dair 100-ə yaxın elmi-populyar, bədii-publisistik məqalənin müəllifidir. Onun imzasına Bakı ("Qobustan", "Musiqi dünyası", "Harmoniya", "Pəncərə", "Mədəniyyət/Culture" və s.), Moskva ("Музыкальная Академия", "Музыкальное искусство Евразии.Традиции и современность"), Tehran ("Varlıq") mətbuatında rast gəlmək olar.
"Biz də dünyanın bir hissəsiyik…" kitabında musiqişünasın müxtəlif illərdə qələmə aldığı 50-dən artıq məqalə toplanmışdır. Üç bölmədə qruplaşdırılan məqalələr Azərbaycan bəstəkarları və ifaçılarının cazibədar portretlərini sərgiləyir, musiqimizin önəmli problemlərini müzakirəyə çıxarır, Azərbaycanda baş tutan müxtəlif festival, müsabiqə, görüşlərin geniş panoramını canlandırır. Bu kitabı müəllif babası – görkəmli Azərbaycan alimi, ədəbiyyatşünası və tənqidçisi akademik Məmməd Arif Dadaşzadənin xatirəsinə ithaf etmişdir.
Zümrüd Dadaşzadə Almaniyanın "MGG" ("Die Musik in Geschichte und Gegenwart") Ensiklopediyasının sifarişi ilə bu nüfuzlu nəşr üçün Niyazi, S. Hacıbəyov, C. Hacıyev, İ. Məmmdov, E. Sabitoğlu, P. Bülbüloğlu, M. S. İsmayılov haqqında məqalələr hazırlamışdır.
Uzun illər Bakı Musiqi Akademiyasında musiqi tarixinin ən müxtəlif dövrləri üzrə mühazirələr oxuyan Zümrüd Dadaşzadə müasir sənətin tədrisinə, çeşidli problemlərinə daha çox diqqət yetirir. Onun tərtib etdiyi "Müasir musiqi" seminarı üzrə proqram, habelə "XX əsr ingilis musiqisi" adlı metodik göstəriş təhsildə geniş istifadə olunur.
Beynəlxalq tədbirlərdə
Zümrüd Dadaşzadə Avropa Şurasının "Stage" layihəsi çərçivəsində reallaşdırılan "Azərbaycan Respublikasında Mədəniyyət Siyasəti" məruzəsinin müəlliflərindən biridir. YUNESKO-nun təşkil etdiyi "Sivilizasiyaların dialoqu: Cənubi Qafqaz" (Vilnüs,2003), "Mədəniyyət dəhlizi: GUÖAM ölkələri" (Bakı, 2003) beynəlxalq forumlarında, habelə bir sıra Respublika və Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən "Muğam Aləmi" I Beynəlxalq simpoziumunda (Bakı, 2009), "Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar, perspektivlər" Beynəlxalq konfransında (Bakı, 2009), "Türkdilli xalqların musiqi alətləri" Beynəlxalq simpoziumunda (Bakı, 2010), ADMİU-nun gerçəkləşdirdiyi "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" Beynəlxalq elmi-praktiki konfransda (Bakı, 2014) iştirak etmişdir.
Zümrüd Dadaşzadə M. Maqomayevin 60 illiyinə (2002), A. Məlikovun 75 illiyinə (2008), S. Hacıbəyovun 90 illiyinə və İ. Hacıbəyovun 60 illiyinə (2009), Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə (2009), Ə. Cavidin 90 illiyinə (2009), E. Abasovanın xatirəsinə (2010), F. Əlizadənin (2012), A. Tağızadənin (2014) yubileylərinə həsr olunmuş elmi-praktiki konfranslarda çıxış etmişdir.
Zümrüd Dadaşzadə çoxsaylı radio və televiziya verilişlərinin, o cümlədən 1986–89-cu illərdə "Xaqani, 27" televiziya silsiləsinin müəllifi və aparıcısı olub. Bir sıra televiziya kanalları ilə (İTV, AzTV və s.) əməkdaşlıq edir.
Zümrüd Dadaşzadə 2008-ci ildən, yəni Azərbaycanın "Eurovision"a qatıldığı zamandan bu Avropa mahnı müsabiqəsinə ekspert kimi dəvət olunub, 2011, 2012, 2014-cü illərdə Avroviziya təmsilçimizin seçimi üzrə yarışmanın (milli seçim turlarının) münsiflər heyətinin üzvü olub. 2008-ci ildə isə beynəlxalq münsiflər heyətinin Azərbaycan tərəfindən nümayəndəsi kimi səsvermədə iştirak edib.
Kitabları
1. Aqşin Əlizadə. Bakı: Şur, 1992
2. Simfoniyanın fəzası. 1970–80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər. Bakı: Elm, 1999
3."Biz də dünyanın bir hissəsiyik…". Məqalələr toplusu. Bakı: Nurlan, 2004
4. Azərbaycan simfoniyası (1960–1980-ci illər). Bakı: Ziya, 2012
5. Zemfira Səfərova. Bakı: Şərq-Qərb, 2014
6. Elnarə Dadaşova. Bakı: Şərq-Qərb, 2015
7. Bəstəkar Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam. Bakı: Maxofset, 2019
8. Aida Tağızadə. Bakı: "Renessans-A" Nəşriyyat Evi, 2020
Həmçinin bax
- Tanınmış şəxsiyyət Məmməd Arif babasıdır.
- İlk azərbaycanlı qadın alimlərdən biri Zümrüd Axundova nənəsidir..
- Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, əməkdar elm xadimi Araz Dadaşzadə atasıdır.
İstinadlar
- İctimai TV. "Müsiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin doğum günüdür" (az.). Youtube.com. 02.06.2023. 2023-06-02 tarixində . İstifadə tarixi: 2023-06-02.
- "Azərbaycan Bəstəkarları və Musiqişunasları: DADAŞZADƏ ZÜMRÜD ARAZ QIZI — composers.musigi-dunya.az saytı". 2020-07-06 tarixində . İstifadə tarixi: 2014-04-24.
- Həsənova R. Zümrüd Dadaşzadənin "Biz də dünyanın bir hissəsiyik…" kitabı haqqında düşüncələr // Musiqi dünyası, 2004, № 3–4 (21). – s.217–219
- Xalıqzadə F. "Simfoniyanın fəzası" ilə aydınlığa doğru// Musiqi dünyası, 2000, № 2 (3). –s.119–120
- Əfəndiyeva İ. Musiqişünasın yaradıcılıq fəzası // Musiqi dünyası, 2014, № 2 (59)
- Nəzərli E. Layiqli övlad, sanballı tədqiqatçı //Qobustan, 2012, № 2.- s.53–56
- Əlibəyli G. Zümrüd Dadaşzadə // "Dəyişən dünyamız" kitabı. Bakı: Ağrıdağ, 2001. – s.128–134
- . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
- "ZUMRUD AKHUNDOVA.Zümrüd Axundova.Birincilər.AzTV(2008) — youtube.com saytı". 2016-10-14 tarixində . İstifadə tarixi: 2014-04-24.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zumrud Araz qizi Dadaszade 2 iyun 1962 Baki Bestekarlar Ittifaqinin uzvu musiqisunas musiqi tenqidcisi pedaqoq emekdar incesenet xadimi professor Zumrud Dadaszadeazerb Zumrud Araz qizi Dadaszade Dogum tarixi 2 iyun 1962 62 yas Dogum yeri Baki Azerbaycan SSRVetendasligi SSRI AzerbaycanAtasi Araz DadaszadeElmi derecesi senetsunasliq namizedi d Elmi adi professorIs yeri Baki Musiqi AkademiyasiUzvluyu Azerbaycan Bestekarlar IttifaqiMukafatlariHeyatiZumrud Dadaszade 1962 ci il iyunun 2 de Bakida edebiyyatcilar ailesinde anadan olub 1980 ci ilde Bulbul adina orta ixtisas musiqi mektebini qizil medalla 1985 ci ilde U Hacibeyli adina Azerbaycan Dovlet Konservatoriyasinin hal hazirda Baki Musiqi Akademiyasi tarix nezeriyye fakultesini ferqlenme diplomu ile bitirib 1989 1992 ci illerde Milli Elmler Akademiyasinin aspiranturasinda qiyabi oxuyub 1985 1992 ci illerde Azerbaycan Bestekarlar Ittifaqinda meslehetci bas meslehetci vezifelerinde calisib 1987 ci ilden Bestekarlar Ittifaqinin uzvudur 1990 2007 ci illerde Ittifaqin Idare Heyetinin uzvu olub Elmi ve coxsaheli fealiyyet1988 ci ilden U Hacibeyli adina Baki Musiqi Akademiyasinin Musiqi tarixi kafedrasinda ders deyir Senetsunasliq uzre felsefe doktoru 1997 dosent 2001 professordur 2013 2011 ci ilde Z Dadaszadeye Azerbaycan Respublikasinin Emekdar Incesenet Xadimi fexri adi verilib Telebelik illerinden elmi fealiyyetle mesgul olur Novosibirsk 1981 Almati 1982 Tbilisi 1983 seherlerinde kecirilen Umumittifaq elmi nezeri konfranslarda istirak etmis Leninqrad Umumittifaq olimpiadasinda 1983 Incesenetin tarixi ve nezeriyyesi bolmesi uzre qaliblerden biri olmusdur Aqsin Elizade 1992 Simfoniyanin fezasi 1970 80 ci iller Azerbaycan simfoniyasi esas temayuller 1999 Biz de dunyanin bir hissesiyik 2004 Azerbaycan simfoniyasi 1960 1980 ci iller 2012 kitablarinin muellifidir Zumrud Dadaszade muasir Azerbaycan musiqisini XX esr musiqi medeniyyetinin esas temayulleri ile elaqeli sekilde arasdirmaga calisir Alim simfoniya kimi konsepsiyali heyat kolliziyalarini musiqide umumilesdirilmis sekilde tecessum etdiren janrin tedqiqine xususi onem verir Oz elmi axtarislarinin neticelerini o Simfoniyanin fezasi adli monoqrafiyasinda eks etdirmisdir 2012 ci ilde bu tedqiqata bir daha donerek musiqisunas onu esasli suretde redakte etmis elavelerle zenginlesdirmis son iyirmi il erzinde erseye gelmis iri simfonik eserlerin de meziyyetlerini aciqlamaga muveffeq olmusdur Azerbaycan simfoniyasi 1960 1980 ci iller adli bu son kitabinda muellif simfoniyanin struktur aspektini on plana cekerek XX esr dunya musiqisinde Azerbaycan simfonistlerinin movqeyinin ozel cehetlerini uze cixarmaga calismisdir Burada silsile janr ve formasi orijinal yozulan eserler teqdim olunur mugam ve simfonizmin qarsiliqli munasibetlerinin yeni merhelesi ucun seciyyevi cehetler askarlanir simfoniyaya muasir teatr ve kinonun tesirinden soz acilir Senetsunasliq uzre elmler doktoru professor Imruz Efendiyeva hemin tedqiqat haqqinda yazir Silsilenin tefsiri formayaratma dramaturgiya meselelerine daha cox diqqet yetiren muellif butun tedqiqati mehz bu onemli problemlerin helline tabe etdirir ki bu da onun yerine yetirdiyi arasdirmaya butovluk ve esil elmi xarakter asilayir Musiqisunas her bir simfoniyanin ozunemexsus novator cizgilerine dramaturji hellin inceliklerine xususi diqqet yetirerek maraqli elmi qenaetlere gelmisdir Efendiyeva I Musiqisunasin yaradiciliq fezasi Musiqi dunyasi 2014 2 59 Zumrud Dadaszade elmi isi pedaqoji fealiyyetle habele musiqi tenqidi ve publisistikasi ile elaqelendirmeyi bacarir yeni tekce muhazire oxumaq arasdirma aparmaq ile mehdudlasmir muntezem olaraq metbuatda televiziya ve radioda cixis edir muxtelif edebi bedii gecelerin teskiline qatilir simfonik konsertleri serh edir Zumrud Dadaszade muasir Azerbaycan musiqisinin muxtelif problemlerine dair 100 e yaxin elmi populyar bedii publisistik meqalenin muellifidir Onun imzasina Baki Qobustan Musiqi dunyasi Harmoniya Pencere Medeniyyet Culture ve s Moskva Muzykalnaya Akademiya Muzykalnoe iskusstvo Evrazii Tradicii i sovremennost Tehran Varliq metbuatinda rast gelmek olar Biz de dunyanin bir hissesiyik kitabinda musiqisunasin muxtelif illerde qeleme aldigi 50 den artiq meqale toplanmisdir Uc bolmede qruplasdirilan meqaleler Azerbaycan bestekarlari ve ifacilarinin cazibedar portretlerini sergileyir musiqimizin onemli problemlerini muzakireye cixarir Azerbaycanda bas tutan muxtelif festival musabiqe goruslerin genis panoramini canlandirir Bu kitabi muellif babasi gorkemli Azerbaycan alimi edebiyyatsunasi ve tenqidcisi akademik Memmed Arif Dadaszadenin xatiresine ithaf etmisdir Zumrud Dadaszade Almaniyanin MGG Die Musik in Geschichte und Gegenwart Ensiklopediyasinin sifarisi ile bu nufuzlu nesr ucun Niyazi S Hacibeyov C Haciyev I Memmdov E Sabitoglu P Bulbuloglu M S Ismayilov haqqinda meqaleler hazirlamisdir Uzun iller Baki Musiqi Akademiyasinda musiqi tarixinin en muxtelif dovrleri uzre muhazireler oxuyan Zumrud Dadaszade muasir senetin tedrisine cesidli problemlerine daha cox diqqet yetirir Onun tertib etdiyi Muasir musiqi seminari uzre proqram habele XX esr ingilis musiqisi adli metodik gosteris tehsilde genis istifade olunur Beynelxalq tedbirlerdeZumrud Dadaszade Avropa Surasinin Stage layihesi cercivesinde reallasdirilan Azerbaycan Respublikasinda Medeniyyet Siyaseti meruzesinin muelliflerinden biridir YUNESKO nun teskil etdiyi Sivilizasiyalarin dialoqu Cenubi Qafqaz Vilnus 2003 Medeniyyet dehlizi GUOAM olkeleri Baki 2003 beynelxalq forumlarinda habele bir sira Respublika ve Beynelxalq konfrans ve simpoziumlarda o cumleden Mugam Alemi I Beynelxalq simpoziumunda Baki 2009 Azerbaycan bestekarliq mektebi axtarislar perspektivler Beynelxalq konfransinda Baki 2009 Turkdilli xalqlarin musiqi aletleri Beynelxalq simpoziumunda Baki 2010 ADMIU nun gerceklesdirdiyi Turksoylu xalqlarin musiqi medeniyyetinin tedqiqi problemleri Beynelxalq elmi praktiki konfransda Baki 2014 istirak etmisdir Zumrud Dadaszade M Maqomayevin 60 illiyine 2002 A Melikovun 75 illiyine 2008 S Hacibeyovun 90 illiyine ve I Hacibeyovun 60 illiyine 2009 Azerbaycan Bestekarlar Ittifaqinin 75 illiyine 2009 E Cavidin 90 illiyine 2009 E Abasovanin xatiresine 2010 F Elizadenin 2012 A Tagizadenin 2014 yubileylerine hesr olunmus elmi praktiki konfranslarda cixis etmisdir Zumrud Dadaszade coxsayli radio ve televiziya verilislerinin o cumleden 1986 89 cu illerde Xaqani 27 televiziya silsilesinin muellifi ve aparicisi olub Bir sira televiziya kanallari ile ITV AzTV ve s emekdasliq edir Zumrud Dadaszade 2008 ci ilden yeni Azerbaycanin Eurovision a qatildigi zamandan bu Avropa mahni musabiqesine ekspert kimi devet olunub 2011 2012 2014 cu illerde Avroviziya temsilcimizin secimi uzre yarismanin milli secim turlarinin munsifler heyetinin uzvu olub 2008 ci ilde ise beynelxalq munsifler heyetinin Azerbaycan terefinden numayendesi kimi sesvermede istirak edib Kitablari1 Aqsin Elizade Baki Sur 1992 2 Simfoniyanin fezasi 1970 80 ci iller Azerbaycan simfoniyasi esas temayuller Baki Elm 1999 3 Biz de dunyanin bir hissesiyik Meqaleler toplusu Baki Nurlan 2004 4 Azerbaycan simfoniyasi 1960 1980 ci iller Baki Ziya 2012 5 Zemfira Seferova Baki Serq Qerb 2014 6 Elnare Dadasova Baki Serq Qerb 2015 7 Bestekar Edile Huseynzade Mehebbetle dogulmusam Baki Maxofset 2019 8 Aida Tagizade Baki Renessans A Nesriyyat Evi 2020Hemcinin baxTaninmis sexsiyyet Memmed Arif babasidir Ilk azerbaycanli qadin alimlerden biri Zumrud Axundova nenesidir Azerbaycan tenqidcisi ve edebiyyatsunasi emekdar elm xadimi Araz Dadaszade atasidir IstinadlarIctimai TV Musiqisunas emekdar incesenet xadimi professor Zumrud Dadaszadenin dogum gunudur az Youtube com 02 06 2023 2023 06 02 tarixinde Istifade tarixi 2023 06 02 Azerbaycan Bestekarlari ve Musiqisunaslari DADASZADE ZUMRUD ARAZ QIZI composers musigi dunya az sayti 2020 07 06 tarixinde Istifade tarixi 2014 04 24 Hesenova R Zumrud Dadaszadenin Biz de dunyanin bir hissesiyik kitabi haqqinda dusunceler Musiqi dunyasi 2004 3 4 21 s 217 219 Xaliqzade F Simfoniyanin fezasi ile aydinliga dogru Musiqi dunyasi 2000 2 3 s 119 120 Efendiyeva I Musiqisunasin yaradiciliq fezasi Musiqi dunyasi 2014 2 59 Nezerli E Layiqli ovlad sanballi tedqiqatci Qobustan 2012 2 s 53 56 Elibeyli G Zumrud Dadaszade Deyisen dunyamiz kitabi Baki Agridag 2001 s 128 134 2016 03 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 04 24 ZUMRUD AKHUNDOVA Zumrud Axundova Birinciler AzTV 2008 youtube com sayti 2016 10 14 tarixinde Istifade tarixi 2014 04 24