Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir.
Mehri və Vəfa | |
---|---|
Janr | məsnəvi |
Müəllif | Ümmi İsa |
Orijinal dili | Azərbaycan türkcəsi |
Yazılma ili | XI və ya XIII-XIV əsrlər |
Nəşr ili | Azərbaycan və Türk dilləri |
Tədqiqi
İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır. Arşi “Mehriü Vəfa”nı Həzəc bəhrində yazıb. Bu məsnəvi 2200 beytdən ibarətdir. Şair iddia edir ki, “Mehri və Vəfa” mövzusunu ilk dəfə o qələmə alıb. Bir digər ədəbiyyatşünas alimlər isə Mehri və Vəfa hekayəsini ilk dəfə XII əsrdə Rəşidi Səmərqəndi tərəfindən yazıldığı fikrini irəli sürüblər. Rəşidinin bu əsərindən romantik mənzumə kimi bilinir. Dövlətşah öz təzkirəsində Rəşidinin Mehri və Vəfa məsnəvisindən "o dastanda həqiqətən sözün haqqını vermişdi" deyə bəhs edir. Sonralar yazılmış fars və türkcə “Mehri və Vəfa" məsnəvilərinin çoxu onun təsiri altında olmuşdur. Türk dilli ədəbiyyatda isə bilinən ilk Mehri və Vəfa məsnəvisini Ümmi İsa qələmə almışdır.
Pоеmanın müəllifinin adının İsa оlduğunu biz yalnız əsərdən öyrənirik:
“Ümma, İsa, nеcə bir bu qеyli-qal,
Dilə haqdan kim, qılasan ittisal”.
Təəssüf ki, başqa hеç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf еdilmir. Оna görə də оnun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla bеlə, professor Yaqub Babayevə görə əsərin pоеtik linqvistikası, dil xüsusiyyətləri, lеksik məziyyətləri və üslubi sistеmi bütünlüklə XIII-XIV yüzilliklərdəki ana dilli еpik sənət nümunələrini xatırladır. Babayev “Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV əsrlər)” adlı kitabında yazır:
“XIII-XIV əsrlər ana dilli abidələrimizdə оlduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yеrində işlənir, fеlin zaman şəkilçiləri bоl-bоl bir-birini əvəz еdir, şəxs şəkilçilərinin arxaik fоrmaları sıx-sıx işlənir. Dоğrudur, bu xüsusiyyətə sоnrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sоnrakı əsrlər üçün dеyilən əlamət xеyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çоx nоrmativ xaraktеr alır, öz daimi yеrini tutmağa mеyllənir. XIII-XIV yüzilliklərdə isə bu qrammatik əlamətlərdə daha çоx sərbəstlik, işlənmə tеzliyinin bоlluğu, kəmiyyət artıqlığı müşahidə оlunur. Bu mənada ''Mеhri və Vəfa''- dan məhz XIII-XIV yüzilliklərin qоxusu gəlir.”
Ədəbiyyatşünas alimlərimizdən K.Şərifli və A.Şərifli bu əsəri üzə çıxararaq iki dəfə ön sözlə birlikdə çap еtdirmişlər. A.Şərifli “Ümmi İsanın “Mehri və Vəfa” məsnəvisinin paleoqrafik, orfoqrafik və leksikoloji tədqiqi” mövzusunda dissertasiya yazmışdır.
Prof. Q.Kazımov özünün “Seçilmiş əsərləri”ndə poemanın dilini “Dastani-Əhməd Hərami”nin dili ilə müqayisəli şəkildə təhlil etmiş, leksik və morfoloji quruluşu haqqında məlumat verərək, onun, əslində, hansı dövrün məhsulu olduğunu müəyyənləşdirməyə çalışmışdır. Alim bu qənaətə gəlmişdir ki, pоеmanın yaranma tarixini XIII əsrdən də əvvələ aid еtmək оlar.
Türk ədəbiyyatşünas alim Agah Sirri Levənt Ümmi İsanı XV əsrdə yaşamış şair kimi qeyd edir. Türk ədəbiyyatında XV əsrdən əvvəl yazılmış məsnəviləri araşdırdığı kitabında Amil Çələbioğlu Ümmi İsanın məsnəvisini XIV əsr abidəsi kimi dəyərləndirir. O yazır ki, şair əsərini hicri 774-cü ildə (1372-73) tamamladığını məsnəvisinin sonundakı qoşmada açıq şəkildə bildirir. Ona görə də şairin də bu illərdə yaşadığı təxmin edilir:
Yedi yüz yetmiş dört yılıdur tamam
Olmışıdı rəsuldan sonra vəssalam
İşbu kitabı tamam eylədim
Nəzmilə şərhin cihana söylədüm
Sujeti
Poemanın sujeti belədir:
Rum padşahının üç oğlu var idi. Bir gün padşah xəstələnir. Vəziyyətinin getdikcə ağırlaşdığını görən vəzirləri padşahdan onun vəsiyyətini soruşurlar. Padşah vəsiyyət olaraq üç oğlu üçün xəzinə otağında üç küp qoyduğunu söyləyir. Ölməzdən əvvəl onlara deyir ki, “hər qabda bir hikmət var və ölkəni o hikmətlə idarə etsinlər”. Padşah öləndə vəzirlər xəzinəyə gedib görürlər ki, böyük küpdə torpaq, orta küpdə sümük, ən kiçik küpdə isə qızıl var. Küplərin ölçüsünə görə “böyük küpdəki torpaq ölkə deməkdir, böyük oğul padşah olsun, ortadakı küpdəki sümük məmləkətin heyvanlarından xəbər verir. Heyvanlar ortancıl oğula verilməlidir. Kiçik küpdəki qızılları isə kiçik oğul götürsün” deyirlər. Rum padşahının kiçik оğlu Vəfa atası öz payına düşən küp qızılı yоxsullara, еhtiyacı оlanlara, əlsiz-ayaqsızlara sərf еdib kasıblaşdıqdan sоnra bu məmləkətdən baş götürüb gеtmək qərarına gəlir. Barmağındakı üzüyü satıb bir az yemək alır. Qalan pulu ilə gələcəyini öyrənmək üçün dövrünün falçısı rəmmalın yanına gedir. Rəmmal deyir ki, "Sən bir şahzadəsən və başına çox şey gələcək, lakin sonradan xoşbəxtlik tapacaqsan. İçindən su axan bir şəhərə çatacaqsan, lakin o şəhərdə qalmamalısan". Daha sonra bulaq başında qarşılaşacağı canavarın arxasınca getsə qırx hücrədən ibarət bir xəzinəyə və gözəl bir qıza sahib olacağını xəbər verir. Vəfa öyrəndiklərinə sevinərək yola düşür və falçının dediyi hər şeyi edir. O, həm xəzinəni, həm də Mehrini və onun dayəsini tapır. Mehrinin gözəlliyini görəndə ona aşiq olur. Sonra Vəfa Mehrinin dayəsi ilə düşmənlərdən qaçarkən mindikləri qayığın tufan nəticəsində dağıldığını və Xızır peyğəmbərin köməyi ilə bu vəziyyətdən xilas olduqlarını öyrənir. Mehri ilə yaşamağa qərar verən Vəfa qırx hücrəli xəzinəni görür. Mehri birindən başqa bütün otaqları göstərir. Bir gün Mehri yatarkən Vəfa açarı tapıb qırxıncı otağı açır. İçəridə ağacların insanlar kimi danışdığını görür. O, ağacların arasından bitən köynəklərdən birini götürmək istəyərkən qəfil əsən külək onu uçurur. Vəziyyəti öyrənən Mehri çox əsəbiləşir və başlarına fəlakətlər gələcəyini söyləyib, ayrılaq deyir. Köynək Məğrib əyalətində yaşayan bir kəndlinin tarlasına düşür. Əkinçi köynəyi kənd ağasına, kənd ağası isə vəzirə çatdırır. Köynəyi görən sultan “bu gözəl köynək ancaq huriyə aid ola bilər” deyərək sahibinə aşiq olur və adamlarına köynəyin sahibini gətirməyi əmr edir. Vəzir və ağalar məşhur cadugərdən kömək istəyirlər. Cadugər deyir ki, köynəyin sahibi rum elində yaşayan bir gözəldir və onu sultana gətirə bilər. Kasıb və yaşlı qadın qiyafəsində olan ifritə ata minib Mehri ilə Vəfanın yaşadığı yerə gəlir. Allahın adını çəkərək yalvarır. Başlarına pis hadisələr gələcəyini bilən Mehri qapını açmaq istəmir, lakin Vəfanın təkidinə müqavimət göstərə bilmir və cadugəri içəri buraxır. Cadugər içəri girib tilsim atır və hər ikisi huşunu itirir. Cadugər Vəfanın boğazını kəsir və huşunu itirmiş Mehrini küpünə qoyub sultanın sarayına gətirir. Gözünü açanda sultanı görən Mehri bu vəziyyətdən qurtulmaq üçün sultandan bir il başqa sarayda dayəsi ilə oturub sevgilisinin ölümünə yas tutmaq üçün icazə istəyir. Nəhayət, Mehrinin öz istəyi ilə gələcəyini düşünən sultan bu şərti qəbul edir. Yas tutan Mehri bütün paltarlarını qara rəngə boyayır. Sevgilisinin vəziyyətini görən sultan bütün ölkədə matəm elan edir və ölkədə yaşayan hər kəsə qara geyinməyi məcbur edir. Vəfanın bütün var-dövlətini xərclədiyini öyrənən qardaşları onun taleyi ilə maraqlanır. Ortancıl qardaş Vəfanı tapmaq üçün yola düşür və rəmmalın yanına gəlir. Rəmmal ona əvvəl ağlayıb, sonra isə güləcəyini deyir. Saraya çatanda qardaşı Vəfanın öldürüldüyünü eşidir ağlayır. Xızır gəlib Vəfanı dirildir. Dirilən Vəfa dərhal Mehrini soruşur. Ortancıl qardaşının xəbərdarlığına baxmayaraq sevgilisini tapmaqda israr edən Vəfa bağda qalan iki köynəyi, bir il solmayan çiçəyi və bir kisə qızıllı götürüb yola düşür. On bir ay yol gedən və qarşılaşdığı hər kəsdən Mehrini soruşan Vəfa, Məğrib vilayətinə gəlib çıxır. Vəfa Mehrinin sarayına tərəvəz daşıyan adamın səbətinə çiçəyi qoyur. Çiçəyi qoxusundan tanıyan Mehri toya hazırlıq görmək üçün sultana xəbər göndərir. Mehri sultanın ona göndərdiyi atları Vəfaya verir. Toy məclisi sərxoş olarkən Mehri və Vəfa yola düşüb gizlənmək üçün bir mağaraya girirlər. Ertəsi gün vəziyyəti anlayan sultan ifritəni Mehrini tapmağa göndərir. İki sevgilini tapa bilməyən Sultan, ifritəni qılıncla öldürür. Sevgisindən dəli olan sultan, Mehrini tapmaq üçün ayaqyalın yola düşür.
Bunda sonra Vəfa ilə Mеhrinin başına yеni macəralar gəlir. Əvvəl bir zənci, sоnra bir sərraf Mеhrini ələ kеçirmək istəyir. Lakin Mеhri tədbir və hiylə ilə оnların əlindən qurtarır. Bununla bеlə Mеhri ilə Vəfa ayrı düşürlər. Mеhri bir ölkəyə gəlib çıxır, оnu оrada şah qоyurlar. Vəfa da axtara-axtara gəlib buraya çıxır. Vəfanın məqsədli оlaraq çəkdirib şəhərin görkəmli yеrində qоydurduğu şəkildən оnu tanıyır. Оnlar görüşürlər. Tоy еdib еvləndikdən sоnra Mеhri şahlığı Vəfaya vеrir.
Obrazlar
Hekayədə insanlar iki yerə bölünür: əsas qəhrəmanların yanında olanlar və onlara qarşı olanlar. Əsərdə insan olmayanların da personaya daxil edildiyi görünür. Baş qəhrəmanlardan (Mehri və Vəfa) başqa bütün qəhrəmanlar ya sevgililərin yanında olur, ya da onları ayırmağa çalışır.
Əsl qəhrəmanların yanında olanlar: Xızır, İlyas, qoca vəzir, Vəfanın böyük qardaşı, kiçik qardaşı, bağban.
Baş qəhrəmanlarla qarşı olanlar: Məğrib-Zəmin sultanı, vəzir, Zəngi sultanı, sərraf, cadugər, dindar qadın, bəy, qonşu qadın.
Mehri obrazı. Klassik ədəbiyyatımızda məşuq rolunun qarşılığıdır. Lakin Mehri çərçivəyə salınan aşiqdən fərqli olaraq o, öz qəddarlığı, iztirabları ilə qarşımıza çıxmır. Onun ən mühüm xüsusiyyətləri mərhəmət və zəkadır. Mehri Ümman padşahının qızıdır. Əsərdə Mehr, Mehri Banu, Banu adları ilə görünən Mehri əfsanəvi bir gözəlliyə sahibdir. Mehri o qədər gözəldir ki, Vəfa onu ilk dəfə görəndə huşunu itirir. Bu hadisə yeddi dəfə təkrarlanır. Əsərdə Mehrinin xüsusiyyətləri sadalanarkən,çox vaxt mübaliğələrdən istifadə olunub. Əsərdə Mehridən bəhs olunarkən “taxt üzərində mələk oturmuş, üzünün nuru bütün sarayı işıqlandırmış” cümləsi buna nümunədir. Zahiri xüsusiyyətlərindən başqa, Mehri həm də çox ağıllı insandır. O, nə olacağını qabaqcadan görmək qabiliyyətinə malikdir. Vəfanın yaratdığı çətinlikləri aradan qaldıran Mehridir. Elə buna görə də o, əsərdə güclü qadın obrazı kimi təsvir olunub. Mehri ağıllı olduğu qədər də mərhəmətlidir. Hekayənin sonunda tutduğu adamları cəzalandırmır, hər birinə iyirmi min qızıl verib evlərinə göndərir.
Vəfa obrazı. O,Rum padşahının kiçik oğludur. O, divan ədəbiyyatında Mehri kimi o da aşiq rolunu daşıyır. Vəfa divan poeziyasında gözü yaşlı aşiq obrazıdır.Onun bu cəhəti
“Kimsəsiz yox heç kimsə həmən hər kimsənin var kimsəsi
Kimsəsiz qaldım mədəd ey kimsəsizlər kimsəsi”
kimi beytlərlə verilib. Vəfanın başqa bir xüsusiyyəti də odur ki, o, Mehridən fərqli olaraq çox zəif bir xarakterdir. Hekayədə sevgililərin bir-birindən ayrılmasına səbəb olacaq bütün hadisələrin səbəbkarı Vəfadır. Buna baxmayaraq, Vəfa da Mehri kimi mərhəmətli bir insandır. O kasıblara kömək etmək üçün bir küp qızılın hamısını xərcləyib bitirir. Mehirini əlindən alanları cəzalandırmır.
Dil xüsusiyyətləri
Mehri və Vəfa məsnəvisində istifadə olunan dil sadədir. Çox olmasa da, ərəb və fars sözlərindən istifadə olunub. Əsərdə ərəb və fars dillərində bəzi ifadələrə də rast gəlmək olar. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Əsərin dili o dövrün danışıq dilinə yaxındır. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir.
Mehri və Vəfa məsnəvisi əruz vəzni ilə yazılmışdır. Klassik məsnəvi kimi tanınan əruzun “Fâ¡ilatün fâ¡ilatün fâ¡ilün” ölçüsündən istifadə edilmişdir. Əsərdə bəzi sözlərin vəznə uyğunlaşdırılmağa çalışılıb. Xüsusən də türk sözlərini əruz vəzninə uyğunlaşdırmaq çətin olduğu üçün bəzi yerlərdə ərəb və fars sözləri ilə əvəz edilib. Əsərin qafiyə quruluşu kifayət qədər nizamlıdır.
Əsərin dilində diqqəti çəkən ən mühüm cəhət leksika və qrammatikada arxaiklikdir. Bu cəhətdən məsnəvinin dili sonrakı dövr ədəbiyyatından əvvəlki dövrə – «Kitabi-Dədə Qorqud»un dilinə yaxındır. Xalis Azərbaycan-türk sözlərinin çoxunda fonetik və ya leksik arxaiklik mövcuddur. Əsərin dilində alınmalar da çoxdur. Bunlar da «Dədə Qorqud»dakı türk mənşəli sözlərlə alınmaların nisbəti qədərdir.
“Mehri və Vəfa”nın dili, üslubu, deyim tərzi ilə “Əhməd Hərami dastanı”nın dil, üslub və deyim tərzi ilə də bir-birinə çox yaxındır. “Əhməd Hərami dastanı” belə başlayır:
Bu dastanı bu gün bünyad edəlim,
Haqqın qüdrətlərin biz yad edəlim.
Eyni bir başlanğıcı və yaxud da təhkiyənin ənənə kimi yaşarlığını İsanın “Mehri və Vəfa”sında da görürük:
Əvvəl Allahın adını yad edəlüm,
Sizə də bismillah bünyad edəlüm.
A.Şərifli yazır: “Ümumiyyətlə, dastan və nağıllarımızdan istifadə ilə yanaşı, Nizami yaradıcılığının təsiri də burada duyulur. Xüsusilə “Yeddi gözəl” əsərindəki “Qara geyimli kənizin nağılı”nın detalları yada düşür. Nizaminin əsərində olduğu kimi, Vəfa da Qara geyimli ölkəyə gəlir və Mehrini orada tapır. Mehrinin hər işi tədbirlə, ağılla, məntiqlə, eyni zamanda cəsarətlə görməsi də Nizami əsərlərinin qəhrəmanlarını xatırladır və s.”
Əlyazma və nəşrləri
Ümumiyyətlə Ümmi İsaya məxsus Mehri və Vəfa məsnəvisinin istər yerli istər xarici kitabxanalarda bir çox əlyazma və nəşrləri mövcuddur. Poema Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xətti ilə iki dəfə (2001, 2005- ci illərdə) nəşr edilmişdir. Birinci nəşr Kamandar və Aysel Şəriflilər tərəfindən hazırlanmış, kiril əlifbası ilə nəşr olunmuş, əsərə 2,5 müəllif vərəqi həcmində ön söz yazılmış, sonda çətin sözlərin lüğəti verilmişdir. Əsər «İrşad» İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyevin yığcam ön sözü, M.Z.Nağıyev və M.M.Adilovun redaktorluğu ilə çap olunmuş, titul səhifəsində «Ədəbiyyatımızın və dilimizin nadir abidəsi» kimi qiymətləndirilmişdir. İkinci nəşrdə isə məsnəvi latın qrafikalı əlifba ilə çap olunmuş, eyni zamanda mətn ərəb əlifbası ilə də verilmişdir (xəttat M.Əzizov). Ərəb əlifbası ilə verilən mətndə nüsxə fərqləri müəyyən edilmişdir. Elmi-tənqidi mətni, hazırkı əlifbaya çevirəni, nəşrə hazırlayanı, ön sözün və lüğətin müəllifi Aysel Şərifovadır. Bu çapda ön söz qısadır. Əsərin iki əlyazması qalmışdır. Əsərin bizə gəlib çatan AR MЕA-nın Əlyazmalar İnstitutunda saxlanan əlyazmalarının hər iki nüsxəsi XIX əsrdə köçürülmüşdür. Bunlardan biri 1827-ci ildə Məhəmməd Kəminə, digəri 1834-cü ildə tanınmış alim, pedaqoq və kitabşünas Əbdülqəni Nuxəvi Xalisəqarızadə tərəfindən köçürülmüşdür. Birinci nüsxə 1490, ikincisi 1574 misradan ibarətdir. Müəlliflər birinci nəşrdə Əbdülqəni Nuxəvinin köçürdüyü əlyazmanı etibarlı saymışlar: «Əbdülqəni Nuxəvi əsərin mətnini hələ gənc yaşlarında köçürməsinə baxmayaraq, köçürdüyü əlyazmanın imla xüsusiyyətlərini saxlamağa çalışmış və onun dilinə və üslubuna müdaxilə etməkdən çəkinmişdir».
Müəlliflər bu nüsxənin köçürüldüyü əlyazmanı daha qədim sayırlar. 1827-ci ildə Məhəmməd Kəminə tərəfindən üzü köçürülmüş nüsxə haqqında yazırlar: «Məhəmməd Kəminə məsnəvinin mətnini köçürərkən orada çoxlu ixtisarlara, əlavələrə və dəyişmələrə yol verilmişdir. Bununla da «Mehri və Vəfa» poemasının təhrif olunmuş bir nüsxəsi meydana gəlmişdir. Əbdülqəni Nuxəvinin nüsxəsindən fərqli olaraq, Məhəmməd Kəminənin əlyazmasında poemanın 28 misradan ibarət müqəddiməsi ixtisar edilmişdir. Bundan başqa, əsərin mətnində bir sıra beytlər tamamilə dəyişdirilmiş, bəzi epizodlara əlavə beytlər daxil edilmiş, bəzi hissələrdə isə ayrı-ayrı beytlər ixtisar edilmişdir, Bunlardan başqa, poemanın dilində olan arxaizmlərin bir qismi daha müasir variantları ilə əvəz edilmişdir».
Ümmi İsaya məxsus Mehri və Vəfa məsnəvisinin Türkiyə kitabxanalarında 3 nüsxəsi var. Bu nüsxələr aşağıdakılardır:
1.İzmir Milli Kitabxanası, 26/668 nömrəli nüsxə. Nəsx xətti ilə yazılıb. ölçüsü 210x145 mm-dir.
2. Atatürk Universiteti Kitabxanası, Seyfəddin Özege Kataloqu, 282 və 283 nömrəli nüsxələri. Əlyazma 19 sətir və 61 vərəqdən ibarətdir. Şeir məsnəvi üslubunda yazılmışdır, lakin nüsxədə klassik məsnəvi tipli bəsmələ, tövhid və münacat hissələrinin əskikdir. Məsnəvi 795 beytdən ibarət çox həcmli olmayan əsərdir. Əsər yazıldığı dövrün dil xüsusiyyətlərini əks etdirməsi ilə mühüm əhəmiyyət kəsb edir. Nüsxəni köçürən sonda belə bir tarix əlavə edib: “Təmmətü’l-kitab bi-câni’l-lahi’l-mülkü’l-vehhab tarix il 1208 fî 17”. Nüsxədə sətirlərdə yerdəyişmələr olduğu üçün qafiyə sxemindəki pozuntular zaman-zaman nəzərə çarpır. Əsərdə say pozuntuları da var. Bu pozğunluqların əksəriyyətinin yazıdan qaynaqlanan səhvlər olduğu müəyyən edilib.
3. Marbur Staatsbibliothek, Ms.Or.Okt 2628 nömrəli nüsxə.
Həmçinin bax
İstinadlar
- Önder, 2023. səh. 342
- İmanov, 2023. səh. 101
- Babayev, 2008. səh. 84
- Babayev, 2008. səh. 83
- Önder, 2023. səh. 344
- Önder, 2023. səh. 345
- Önder, 2023. səh. 346
- Karagözlü, 2011. səh. 42
- Babayev, 2008. səh. 86
- Karagözlü, 2011. səh. 43
- Karagözlü, 2011. səh. 44
- Çapanoğlu, 2014. səh. 5
- Kazımov, 2008. səh. 168
- Şərifli, 2001. səh. 8
- Şərifli, 2001. səh. 9
- Adilov, 2009. səh. 58
- Kazımov, 2008. səh. 165
- Kazımov, 2008. səh. 166
- Karagözlü, 2011. səh. 22
- Çapanoğlu, 2014. səh. 4
Mənbə
- Güləhməd İmanov. Türk mətnşünaslığının əsasları (PDF). Ankara: İksad yayınevi. 2023. ISBN .
- İlkin Quliyev, Nizami Bağırov. Ümmi Isanın Mehri Və Vəfa Poemasının Dili. Bakı: Mütərcim. 2013. səh. 47.
- Şərifli.K, Şərifli.A. Mehri və Vəfa (Ədəbiyyatımızın və dilimizin nadir abidəsi). Bakı: İrşad. 2001.
- Q.Ş.Kazımov. Seçilmiş əsərləri. I. Bakı: Nurlan. 2008.
- Məmməd Adilov. Azərbaycan Paleoqrafiyası. Bakı: Elm. 2009. səh. 224.
- Sevim Yılmaz Önder. Ümmî Îsâ’nın Mihr ü Vefâ mesnevisinde yeniden dirilme motifi ve Hızır. 107. Bakı: Türk Kültürü ve Hacı Bektaş Velî Araştırma Dergisi. 2023. 341–353.
- Gökçenur Çapanoğlu. Ümmî Îsâmihr ü Vefâ (Dil İncelemesi-Metin-Gramatikal Dizin). Erzurum. T.C.Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü Türk Dili Ve Edebiyatı anabilim dalı. 2014.
- Volkan Karagözlü. Türk Edebiyatında Mihr ü Vefâ mesnevileri ve yazarı bilinmeyen bir Mihr ü Vefâ mesnevisi (PDF). Nevşehir. T.C. Nevşehir Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2011.
- YAQUB BABAYЕV. ХIII – ХIV ƏSRLƏR ANA DİLLİ LİRİK ŞЕİRİMİZİN İNKİŞAF YОLU. Bakı: Elm və Təhsil. 2009. səh. 256.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehri ve Vefa Ummi Isa terefinden qeleme alinan Azerbaycan turkcesinde yazilmis ilk eserlerden biri Azerbaycan edebi dilinin qrammatik qurulusunu tarixi inkisafda oyrenmek baximindan ehemiyyetli menbe hesab edilen poemanin muellifi Azerbaycan sairi Ummi Isadir Poema dilinin sade ve anlasiqli olmasi ile secilir ki bu da onun folklor canli danisiq dili esasinda yazilmasindan ireli gelir Kitabi Dede Qorqud ve Dastani Ehmed Herami ye nisbeten Mehri ve Vefa poemasi daha sade dilde yazilmisdir ve muasir oxucunun anlaya bileceyi sekildedir Poemanin dilinde turk menseli sozlerin ustunluk teskil edir Poemanin qrammatik vahidleri muasir Azerbaycan dilinden cox az ferqlenir Mehri ve VefaJanr mesneviMuellif Ummi IsaOrijinal dili Azerbaycan turkcesiYazilma ili XI ve ya XIII XIV esrlerNesr ili Azerbaycan ve Turk dilleriTedqiqiIki qehremanli esq mesnevilerinden biri olan Mehri ve Vefa turk ve Iran edebiyyatinda ortaq xususiyyetlere malik olan mesnevilerdendir Menbesini Iran edebiyyatindan goturen hekaye klassik mesnevinin movzusu kimi asiqlerin muxtelif hadiselerden ve maneelerden sonra bir biri ile gorusmesinden behs edir IX Esrin sairlerinden Arsi Dehlevi ve onun qardasi Mir Mehemmed Momini Arsin Mehri ve Vefa adli seirleri var Mir Mehemmedin Mehri ve Vefa eserinin nusxesi Paris Milli Kitabxanasi Supp 1100 nomreli qeydiyyatdadir Arsi Mehriu Vefa ni Hezec behrinde yazib Bu mesnevi 2200 beytden ibaretdir Sair iddia edir ki Mehri ve Vefa movzusunu ilk defe o qeleme alib Bir diger edebiyyatsunas alimler ise Mehri ve Vefa hekayesini ilk defe XII esrde Residi Semerqendi terefinden yazildigi fikrini ireli surubler Residinin bu eserinden romantik menzume kimi bilinir Dovletsah oz tezkiresinde Residinin Mehri ve Vefa mesnevisinden o dastanda heqiqeten sozun haqqini vermisdi deye behs edir Sonralar yazilmis fars ve turkce Mehri ve Vefa mesnevilerinin coxu onun tesiri altinda olmusdur Turk dilli edebiyyatda ise bilinen ilk Mehri ve Vefa mesnevisini Ummi Isa qeleme almisdir Poemanin muellifinin adinin Isa oldugunu biz yalniz eserden oyrenirik Umma Isa nece bir bu qeyli qal Dile haqdan kim qilasan ittisal Teessuf ki basqa hec bir menbede bu sairin ne adina ne de haqqinda melumata tesaduf edilmir Ona gore de onun yasadigi tarixi dovr haqqinda fikir soylemek mumkun deyil Bununla bele professor Yaqub Babayeve gore eserin poetik linqvistikasi dil xususiyyetleri leksik meziyyetleri ve uslubi sistemi butunlukle XIII XIV yuzilliklerdeki ana dilli epik senet numunelerini xatirladir Babayev Ana dilli Azerbaycan edebiyyatinin tesekkulu ve epik seirin inkisafi XIII XIV esrler adli kitabinda yazir XIII XIV esrler ana dilli abidelerimizde oldugu kimi burada da ismin hal sekilcileri tam sabitlesmemisdir ve biri digerinin yerinde islenir felin zaman sekilcileri bol bol bir birini evez edir sexs sekilcilerinin arxaik formalari six six islenir Dogrudur bu xususiyyete sonraki dovrde yaranmis ana dilli eserlerimizde de rast gelirik Lakin sonraki esrler ucun deyilen elamet xeyli azalir sabitlesme nezere carpacaq derecede guclenir adi cekilen qrammatik elametler daha cox normativ xarakter alir oz daimi yerini tutmaga meyllenir XIII XIV yuzilliklerde ise bu qrammatik elametlerde daha cox serbestlik islenme tezliyinin bollugu kemiyyet artiqligi musahide olunur Bu menada Mehri ve Vefa dan mehz XIII XIV yuzilliklerin qoxusu gelir Edebiyyatsunas alimlerimizden K Serifli ve A Serifli bu eseri uze cixararaq iki defe on sozle birlikde cap etdirmisler A Serifli Ummi Isanin Mehri ve Vefa mesnevisinin paleoqrafik orfoqrafik ve leksikoloji tedqiqi movzusunda dissertasiya yazmisdir Prof Q Kazimov ozunun Secilmis eserleri nde poemanin dilini Dastani Ehmed Herami nin dili ile muqayiseli sekilde tehlil etmis leksik ve morfoloji qurulusu haqqinda melumat vererek onun eslinde hansi dovrun mehsulu oldugunu mueyyenlesdirmeye calismisdir Alim bu qenaete gelmisdir ki poemanin yaranma tarixini XIII esrden de evvele aid etmek olar Turk edebiyyatsunas alim Agah Sirri Levent Ummi Isani XV esrde yasamis sair kimi qeyd edir Turk edebiyyatinda XV esrden evvel yazilmis mesnevileri arasdirdigi kitabinda Amil Celebioglu Ummi Isanin mesnevisini XIV esr abidesi kimi deyerlendirir O yazir ki sair eserini hicri 774 cu ilde 1372 73 tamamladigini mesnevisinin sonundaki qosmada aciq sekilde bildirir Ona gore de sairin de bu illerde yasadigi texmin edilir Yedi yuz yetmis dort yilidur tamam Olmisidi resuldan sonra vessalam Isbu kitabi tamam eyledim Nezmile serhin cihana soyledumSujetiPoemanin sujeti beledir Rum padsahinin uc oglu var idi Bir gun padsah xestelenir Veziyyetinin getdikce agirlasdigini goren vezirleri padsahdan onun vesiyyetini sorusurlar Padsah vesiyyet olaraq uc oglu ucun xezine otaginda uc kup qoydugunu soyleyir Olmezden evvel onlara deyir ki her qabda bir hikmet var ve olkeni o hikmetle idare etsinler Padsah olende vezirler xezineye gedib gorurler ki boyuk kupde torpaq orta kupde sumuk en kicik kupde ise qizil var Kuplerin olcusune gore boyuk kupdeki torpaq olke demekdir boyuk ogul padsah olsun ortadaki kupdeki sumuk memleketin heyvanlarindan xeber verir Heyvanlar ortancil ogula verilmelidir Kicik kupdeki qizillari ise kicik ogul gotursun deyirler Rum padsahinin kicik oglu Vefa atasi oz payina dusen kup qizili yoxsullara ehtiyaci olanlara elsiz ayaqsizlara serf edib kasiblasdiqdan sonra bu memleketden bas goturub getmek qerarina gelir Barmagindaki uzuyu satib bir az yemek alir Qalan pulu ile geleceyini oyrenmek ucun dovrunun falcisi remmalin yanina gedir Remmal deyir ki Sen bir sahzadesen ve basina cox sey gelecek lakin sonradan xosbextlik tapacaqsan Icinden su axan bir sehere catacaqsan lakin o seherde qalmamalisan Daha sonra bulaq basinda qarsilasacagi canavarin arxasinca getse qirx hucreden ibaret bir xezineye ve gozel bir qiza sahib olacagini xeber verir Vefa oyrendiklerine sevinerek yola dusur ve falcinin dediyi her seyi edir O hem xezineni hem de Mehrini ve onun dayesini tapir Mehrinin gozelliyini gorende ona asiq olur Sonra Vefa Mehrinin dayesi ile dusmenlerden qacarken mindikleri qayigin tufan neticesinde dagildigini ve Xizir peygemberin komeyi ile bu veziyyetden xilas olduqlarini oyrenir Mehri ile yasamaga qerar veren Vefa qirx hucreli xezineni gorur Mehri birinden basqa butun otaqlari gosterir Bir gun Mehri yatarken Vefa acari tapib qirxinci otagi acir Iceride agaclarin insanlar kimi danisdigini gorur O agaclarin arasindan biten koyneklerden birini goturmek isteyerken qefil esen kulek onu ucurur Veziyyeti oyrenen Mehri cox esebilesir ve baslarina felaketler geleceyini soyleyib ayrilaq deyir Koynek Megrib eyaletinde yasayan bir kendlinin tarlasina dusur Ekinci koyneyi kend agasina kend agasi ise vezire catdirir Koyneyi goren sultan bu gozel koynek ancaq huriye aid ola biler deyerek sahibine asiq olur ve adamlarina koyneyin sahibini getirmeyi emr edir Vezir ve agalar meshur cadugerden komek isteyirler Caduger deyir ki koyneyin sahibi rum elinde yasayan bir gozeldir ve onu sultana getire biler Kasib ve yasli qadin qiyafesinde olan ifrite ata minib Mehri ile Vefanin yasadigi yere gelir Allahin adini cekerek yalvarir Baslarina pis hadiseler geleceyini bilen Mehri qapini acmaq istemir lakin Vefanin tekidine muqavimet gostere bilmir ve cadugeri iceri buraxir Caduger iceri girib tilsim atir ve her ikisi husunu itirir Caduger Vefanin bogazini kesir ve husunu itirmis Mehrini kupune qoyub sultanin sarayina getirir Gozunu acanda sultani goren Mehri bu veziyyetden qurtulmaq ucun sultandan bir il basqa sarayda dayesi ile oturub sevgilisinin olumune yas tutmaq ucun icaze isteyir Nehayet Mehrinin oz isteyi ile geleceyini dusunen sultan bu serti qebul edir Yas tutan Mehri butun paltarlarini qara renge boyayir Sevgilisinin veziyyetini goren sultan butun olkede matem elan edir ve olkede yasayan her kese qara geyinmeyi mecbur edir Vefanin butun var dovletini xerclediyini oyrenen qardaslari onun taleyi ile maraqlanir Ortancil qardas Vefani tapmaq ucun yola dusur ve remmalin yanina gelir Remmal ona evvel aglayib sonra ise guleceyini deyir Saraya catanda qardasi Vefanin oldurulduyunu esidir aglayir Xizir gelib Vefani dirildir Dirilen Vefa derhal Mehrini sorusur Ortancil qardasinin xeberdarligina baxmayaraq sevgilisini tapmaqda israr eden Vefa bagda qalan iki koyneyi bir il solmayan ciceyi ve bir kise qizilli goturub yola dusur On bir ay yol geden ve qarsilasdigi her kesden Mehrini sorusan Vefa Megrib vilayetine gelib cixir Vefa Mehrinin sarayina terevez dasiyan adamin sebetine ciceyi qoyur Ciceyi qoxusundan taniyan Mehri toya hazirliq gormek ucun sultana xeber gonderir Mehri sultanin ona gonderdiyi atlari Vefaya verir Toy meclisi serxos olarken Mehri ve Vefa yola dusub gizlenmek ucun bir magaraya girirler Ertesi gun veziyyeti anlayan sultan ifriteni Mehrini tapmaga gonderir Iki sevgilini tapa bilmeyen Sultan ifriteni qilincla oldurur Sevgisinden deli olan sultan Mehrini tapmaq ucun ayaqyalin yola dusur Bunda sonra Vefa ile Mehrinin basina yeni maceralar gelir Evvel bir zenci sonra bir serraf Mehrini ele kecirmek isteyir Lakin Mehri tedbir ve hiyle ile onlarin elinden qurtarir Bununla bele Mehri ile Vefa ayri dusurler Mehri bir olkeye gelib cixir onu orada sah qoyurlar Vefa da axtara axtara gelib buraya cixir Vefanin meqsedli olaraq cekdirib seherin gorkemli yerinde qoydurdugu sekilden onu taniyir Onlar gorusurler Toy edib evlendikden sonra Mehri sahligi Vefaya verir Obrazlar Hekayede insanlar iki yere bolunur esas qehremanlarin yaninda olanlar ve onlara qarsi olanlar Eserde insan olmayanlarin da personaya daxil edildiyi gorunur Bas qehremanlardan Mehri ve Vefa basqa butun qehremanlar ya sevgililerin yaninda olur ya da onlari ayirmaga calisir Esl qehremanlarin yaninda olanlar Xizir Ilyas qoca vezir Vefanin boyuk qardasi kicik qardasi bagban Bas qehremanlarla qarsi olanlar Megrib Zemin sultani vezir Zengi sultani serraf caduger dindar qadin bey qonsu qadin Mehri obrazi Klassik edebiyyatimizda mesuq rolunun qarsiligidir Lakin Mehri cerciveye salinan asiqden ferqli olaraq o oz qeddarligi iztirablari ile qarsimiza cixmir Onun en muhum xususiyyetleri merhemet ve zekadir Mehri Umman padsahinin qizidir Eserde Mehr Mehri Banu Banu adlari ile gorunen Mehri efsanevi bir gozelliye sahibdir Mehri o qeder gozeldir ki Vefa onu ilk defe gorende husunu itirir Bu hadise yeddi defe tekrarlanir Eserde Mehrinin xususiyyetleri sadalanarken cox vaxt mubaligelerden istifade olunub Eserde Mehriden behs olunarken taxt uzerinde melek oturmus uzunun nuru butun sarayi isiqlandirmis cumlesi buna numunedir Zahiri xususiyyetlerinden basqa Mehri hem de cox agilli insandir O ne olacagini qabaqcadan gormek qabiliyyetine malikdir Vefanin yaratdigi cetinlikleri aradan qaldiran Mehridir Ele buna gore de o eserde guclu qadin obrazi kimi tesvir olunub Mehri agilli oldugu qeder de merhemetlidir Hekayenin sonunda tutdugu adamlari cezalandirmir her birine iyirmi min qizil verib evlerine gonderir Vefa obrazi O Rum padsahinin kicik ogludur O divan edebiyyatinda Mehri kimi o da asiq rolunu dasiyir Vefa divan poeziyasinda gozu yasli asiq obrazidir Onun bu ceheti Kimsesiz yox hec kimse hemen her kimsenin var kimsesi Kimsesiz qaldim meded ey kimsesizler kimsesi kimi beytlerle verilib Vefanin basqa bir xususiyyeti de odur ki o Mehriden ferqli olaraq cox zeif bir xarakterdir Hekayede sevgililerin bir birinden ayrilmasina sebeb olacaq butun hadiselerin sebebkari Vefadir Buna baxmayaraq Vefa da Mehri kimi merhemetli bir insandir O kasiblara komek etmek ucun bir kup qizilin hamisini xercleyib bitirir Mehirini elinden alanlari cezalandirmir Dil xususiyyetleriMehri ve Vefa mesnevisinde istifade olunan dil sadedir Cox olmasa da ereb ve fars sozlerinden istifade olunub Eserde ereb ve fars dillerinde bezi ifadelere de rast gelmek olar Poemanin dilinde turk menseli sozlerin ustunluk teskil edir Eserin dili o dovrun danisiq diline yaxindir Kitabi Dede Qorqud ve Dastani Ehmed Herami ye nisbeten Mehri ve Vefa poemasi daha sade dilde yazilmisdir ve muasir oxucunun anlaya bileceyi sekildedir Poemanin qrammatik vahidleri muasir Azerbaycan dilinden cox az ferqlenir Mehri ve Vefa mesnevisi eruz vezni ile yazilmisdir Klassik mesnevi kimi taninan eruzun Fa ilatun fa ilatun fa ilun olcusunden istifade edilmisdir Eserde bezi sozlerin vezne uygunlasdirilmaga calisilib Xususen de turk sozlerini eruz veznine uygunlasdirmaq cetin oldugu ucun bezi yerlerde ereb ve fars sozleri ile evez edilib Eserin qafiye qurulusu kifayet qeder nizamlidir Eserin dilinde diqqeti ceken en muhum cehet leksika ve qrammatikada arxaiklikdir Bu cehetden mesnevinin dili sonraki dovr edebiyyatindan evvelki dovre Kitabi Dede Qorqud un diline yaxindir Xalis Azerbaycan turk sozlerinin coxunda fonetik ve ya leksik arxaiklik movcuddur Eserin dilinde alinmalar da coxdur Bunlar da Dede Qorqud daki turk menseli sozlerle alinmalarin nisbeti qederdir Mehri ve Vefa nin dili uslubu deyim terzi ile Ehmed Herami dastani nin dil uslub ve deyim terzi ile de bir birine cox yaxindir Ehmed Herami dastani bele baslayir Bu dastani bu gun bunyad edelim Haqqin qudretlerin biz yad edelim Eyni bir baslangici ve yaxud da tehkiyenin enene kimi yasarligini Isanin Mehri ve Vefa sinda da goruruk Evvel Allahin adini yad edelum Size de bismillah bunyad edelum A Serifli yazir Umumiyyetle dastan ve nagillarimizdan istifade ile yanasi Nizami yaradiciliginin tesiri de burada duyulur Xususile Yeddi gozel eserindeki Qara geyimli kenizin nagili nin detallari yada dusur Nizaminin eserinde oldugu kimi Vefa da Qara geyimli olkeye gelir ve Mehrini orada tapir Mehrinin her isi tedbirle agilla mentiqle eyni zamanda cesaretle gormesi de Nizami eserlerinin qehremanlarini xatirladir ve s Elyazma ve nesrleriUmumiyyetle Ummi Isaya mexsus Mehri ve Vefa mesnevisinin ister yerli ister xarici kitabxanalarda bir cox elyazma ve nesrleri movcuddur Poema Azerbaycan Milli Elmler Akademiyasi Mehemmed Fuzuli adina Elyazmalar Institutunun xetti ile iki defe 2001 2005 ci illerde nesr edilmisdir Birinci nesr Kamandar ve Aysel Serifliler terefinden hazirlanmis kiril elifbasi ile nesr olunmus esere 2 5 muellif vereqi hecminde on soz yazilmis sonda cetin sozlerin lugeti verilmisdir Eser Irsad Islam Arasdirmalari Merkezinin direktoru professor Rafiq Eliyevin yigcam on sozu M Z Nagiyev ve M M Adilovun redaktorlugu ile cap olunmus titul sehifesinde Edebiyyatimizin ve dilimizin nadir abidesi kimi qiymetlendirilmisdir Ikinci nesrde ise mesnevi latin qrafikali elifba ile cap olunmus eyni zamanda metn ereb elifbasi ile de verilmisdir xettat M Ezizov Ereb elifbasi ile verilen metnde nusxe ferqleri mueyyen edilmisdir Elmi tenqidi metni hazirki elifbaya cevireni nesre hazirlayani on sozun ve lugetin muellifi Aysel Serifovadir Bu capda on soz qisadir Eserin iki elyazmasi qalmisdir Eserin bize gelib catan AR MEA nin Elyazmalar Institutunda saxlanan elyazmalarinin her iki nusxesi XIX esrde kocurulmusdur Bunlardan biri 1827 ci ilde Mehemmed Kemine digeri 1834 cu ilde taninmis alim pedaqoq ve kitabsunas Ebdulqeni Nuxevi Xaliseqarizade terefinden kocurulmusdur Birinci nusxe 1490 ikincisi 1574 misradan ibaretdir Muellifler birinci nesrde Ebdulqeni Nuxevinin kocurduyu elyazmani etibarli saymislar Ebdulqeni Nuxevi eserin metnini hele genc yaslarinda kocurmesine baxmayaraq kocurduyu elyazmanin imla xususiyyetlerini saxlamaga calismis ve onun diline ve uslubuna mudaxile etmekden cekinmisdir Muellifler bu nusxenin kocurulduyu elyazmani daha qedim sayirlar 1827 ci ilde Mehemmed Kemine terefinden uzu kocurulmus nusxe haqqinda yazirlar Mehemmed Kemine mesnevinin metnini kocurerken orada coxlu ixtisarlara elavelere ve deyismelere yol verilmisdir Bununla da Mehri ve Vefa poemasinin tehrif olunmus bir nusxesi meydana gelmisdir Ebdulqeni Nuxevinin nusxesinden ferqli olaraq Mehemmed Keminenin elyazmasinda poemanin 28 misradan ibaret muqeddimesi ixtisar edilmisdir Bundan basqa eserin metninde bir sira beytler tamamile deyisdirilmis bezi epizodlara elave beytler daxil edilmis bezi hisselerde ise ayri ayri beytler ixtisar edilmisdir Bunlardan basqa poemanin dilinde olan arxaizmlerin bir qismi daha muasir variantlari ile evez edilmisdir Ummi Isaya mexsus Mehri ve Vefa mesnevisinin Turkiye kitabxanalarinda 3 nusxesi var Bu nusxeler asagidakilardir 1 Izmir Milli Kitabxanasi 26 668 nomreli nusxe Nesx xetti ile yazilib olcusu 210x145 mm dir 2 Ataturk Universiteti Kitabxanasi Seyfeddin Ozege Kataloqu 282 ve 283 nomreli nusxeleri Elyazma 19 setir ve 61 vereqden ibaretdir Seir mesnevi uslubunda yazilmisdir lakin nusxede klassik mesnevi tipli besmele tovhid ve munacat hisselerinin eskikdir Mesnevi 795 beytden ibaret cox hecmli olmayan eserdir Eser yazildigi dovrun dil xususiyyetlerini eks etdirmesi ile muhum ehemiyyet kesb edir Nusxeni kocuren sonda bele bir tarix elave edib Temmetu l kitab bi cani l lahi l mulku l vehhab tarix il 1208 fi 17 Nusxede setirlerde yerdeyismeler oldugu ucun qafiye sxemindeki pozuntular zaman zaman nezere carpir Eserde say pozuntulari da var Bu pozgunluqlarin ekseriyyetinin yazidan qaynaqlanan sehvler oldugu mueyyen edilib 3 Marbur Staatsbibliothek Ms Or Okt 2628 nomreli nusxe Hemcinin baxDastani Ehmed Herami Qisseyi YusifIstinadlarOnder 2023 seh 342 Imanov 2023 seh 101 Babayev 2008 seh 84 Babayev 2008 seh 83 Onder 2023 seh 344 Onder 2023 seh 345 Onder 2023 seh 346 Karagozlu 2011 seh 42 Babayev 2008 seh 86 Karagozlu 2011 seh 43 Karagozlu 2011 seh 44 Capanoglu 2014 seh 5 Kazimov 2008 seh 168 Serifli 2001 seh 8 Serifli 2001 seh 9 Adilov 2009 seh 58 Kazimov 2008 seh 165 Kazimov 2008 seh 166 Karagozlu 2011 seh 22 Capanoglu 2014 seh 4MenbeGulehmed Imanov Turk metnsunasliginin esaslari PDF Ankara Iksad yayinevi 2023 ISBN 978 625 6955 01 1 Ilkin Quliyev Nizami Bagirov Ummi Isanin Mehri Ve Vefa Poemasinin Dili Baki Mutercim 2013 seh 47 Serifli K Serifli A Mehri ve Vefa Edebiyyatimizin ve dilimizin nadir abidesi Baki Irsad 2001 Q S Kazimov Secilmis eserleri I Baki Nurlan 2008 Memmed Adilov Azerbaycan Paleoqrafiyasi Baki Elm 2009 seh 224 Sevim Yilmaz Onder Ummi Isa nin Mihr u Vefa mesnevisinde yeniden dirilme motifi ve Hizir 107 Baki Turk Kulturu ve Haci Bektas Veli Arastirma Dergisi 2023 341 353 Gokcenur Capanoglu Ummi Isamihr u Vefa Dil Incelemesi Metin Gramatikal Dizin Erzurum T C Ataturk Universitesi Sosyal Bilimler Enstitusu Turk Dili Ve Edebiyati anabilim dali 2014 Volkan Karagozlu Turk Edebiyatinda Mihr u Vefa mesnevileri ve yazari bilinmeyen bir Mihr u Vefa mesnevisi PDF Nevsehir T C Nevsehir Universitesi Sosyal Bilimler Enstitusu 2011 YAQUB BABAYEV HIII HIV ESRLER ANA DILLI LIRIK SEIRIMIZIN INKISAF YOLU Baki Elm ve Tehsil 2009 seh 256