Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əruz (ərəb. عروض; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır.
Əruz vəzninin yaranması
Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir:
- Ərəb şeirinin "səc" forması;
- Ərəb şeirinin "rəcəz" forması;
- Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər).
Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar.
Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır. Yəni, vahid ritmik quruluşun misralarda gözlənilməsi qaydası olmamışdır. Bu şeir forması da "səc" kimi şifahi xalq yaradıcılığının məhsulu (qeyri-peşəkar, spontan forma) kimi qiymətləndirilir.
Ərəb şeirinin erkən əruz formasının VI əsrin əvvəllərindən VIII əsrin ortalarına (X. İ. Əhməd təliminin yaranmasına) qədər olan dövru əhatə etdiyi qəbul edilir. Erkən əruz şeirinə aid nümunələrdə vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənilməsi qaydası müşahidə olunur. Ərəb şeirinin bu forması yazılı ədəbiyyatın müəyyən inkişafı ilə əlaqədar olaraq peşəkar və daha yüksək səviyyəli yaradıcılıq mərhələsi kimi qəbul olunur. Belə ki, erkən əruz şeiri müəyyən filoloji biliklərə malik müəlliflər tərəfindən vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənil-məsi qaydasının şeirə tətbiqi ilə formalaşmışdır. Bu dövrdə nisbətən sadə qəliblərdən (əsasən rəcəz, həzəc və rəməl qəliblərindən) istifadə edilmişdir. Bu dövrdə peşəkar səviyyəli əruz şeiri ilə paralel olaraq şifahi xalq yaradıcılığı forması kimi "səc" və "rəcəz" şeir formaları da öz mövcudluğunu qorumuşdur.
X. İ. Əhməd isə əruza daha mürəkkəb və çoxsaylı qəliblər əlavə etmiş, ərəb dilinin ritmik sisteminin və əruzun geniş nəzəriyyəsini yaratmışdır ki, ondan sonrakı ərəb poeziyası məhz həmin nəzəriyyə üzərində inkişaf etmişdir. X. İ. Əhməd əruz vəzninin 15 bəhrini müəyyən etmişdir. Azərbaycan şeirində əruzun 12 bəhrindən (həzəc, rəməl, mütədarik, rəcəz, müzare, münsərih, müctəs, mütəqarib, xəfif, səri, kamil, müqtəzəb) və yüzlərlə qəlibindən istifadə edilir. Həmin qəliblərdən bir çoxu X. İ. Əhməddən sonra yaradılmışdır. Həmçinin, Azərbaycan əruzunda "Bəhri-təvil" ("Uzun dərya") adlanan sərbəst şeir forması yaranmışdır.
Burada əruzun yaranması baxımından çoxsaylı suallar ortaya çıxır. Ən önəmli suallardan biri ondan ibarətdir ki, əruzun əsas xüsusiyyəti olan vahid ritmik quruluşun şeirin bütün misralarında dəqiqliklə gözlənil-məsi qaydası niyə ilk dəfə məhz ərəblər tərəfindən şeirə tətbiq olunmuşdur? Əruzşünaslıqda adətən bu ərəb dilinin uyğun xüsusiyyəti ilə əlaqədar olaraq bir tarixi zərurət kimi qiymətləndirilir. Lakin, bunun ərəb dilinin məhz hansı özəlliyi olduğu lazımınca araşdırılmamışdır. Əgər bu xüsusiyyət əruz qəliblərini formalaşdıran ritmik vahidlərin ərəb dilində və ərəb folklorunda mövcud olmasıdırsa, həmin ritmik vahidlərin demək olar ki, hər biri türk dilində və türk folklorunda da mövcuddur. Deməli, həmin qaydanın ilk dəfə türk şeirinə tətbiq olunması da nəzəri cəhətdən mümkün idi. Bəlkə də sadəcə olaraq, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması həmin qaydanın ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasına zəmin yaratmışdır. Hər halda bu da bir versiyadır. Yeri gəlmişkən, ərəb əruzunun yaranmasından xeyli əvvəl oxşar qaydanın ərəb dilindən tamam fərqli dildə olan qədim yunan şeirinə də tətbiq olunduğu məlumdur.
İstənilən halda əruz qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folklorumuzda varsa və hətta bu ritmlər xalq musiqimizin əsasında dayanırsa, təkcə bu fakt əruzun bizə yad olmadığıni deməyə əsas verir.
Uzun və qısa hecalar
Heca vəznində olan əsərlərdən fərqli olaraq, əruz vəznli şeirlərin misralarındakı hecalarının bərabər olması zəruri deyildir. Əruz vəznli şeirlərdə bu bərabərliyi hecaların uzun və ya qısa tələffüs edilməsi yaradır. Bəs təf`ilədəki (deməli, həm də ona uyğun olan misra bölümdəki) hecaların qısa və ya uzun olduğu necə müəyyənləşdirilir? Bu vəznin tələbinə görə, qapalı hecalar uzun, açıq hecalar isə, əksər hallarda, qısa olur. Əgər heca uzanan saitlə bitərsə, uzun heca sayılır. Buradan aydınlaşır ki, qəlibdə açıq və qapalı hecalar növbələşirsə, şeirin bütün misralarında da o qayda özünü göstərir.
Əruzda "ikiqat uzun heca" anlayışından da istifadə olunur. Lakin Azərbaycan əruzu üçün ikiqat uzun heca anlayışının qəbul olunmasına ehtiyac yoxdur. Çünki Azərbaycan əruzunda ikiqat uzun heca uzun heca ilə demək olar ki, eyni əhəmiyyətə malikdir. Yəni, ikiqat uzun hecanı elə uzun heca kimi qəbul etmək olar.
Əruz qəlibləri və onların ifadə formaları
Əruzda misraların uzunluğunu, ritmik quruluşunu (uzun və qısa hecaların ardıcıllıq forması) və bölgülərini əvvəlcədən tərtib edilmiş qəliblər müəyyən edir. Əruz qəliblərinin aşağıdakı ifadə formaları mövcuddur:
- 1. Xəlil ibn Əhməd təfilələri ilə (X. İ. Əhməd qəlibləri). Xəlil ibn Əhməd ərəbcə "fə’ələ" feilindən yaranan müxtəlif ifadələri (FA’ilAtün, MəfA’İlün, Müftə’ilün və s.) "təfilələr" kimi qəbul etmiş və bu təfilələr vasitəsiylə əruz vəzninin müxtəlif qəliblərini yaratmışdır. O, yarandığı əsli təfilələrdən asılı olaraq qəlibləri bəhrlərdə qruplaşdırmışdır. X. İ. Əhməd təfilələrində uzun heca iki formada – həm qapalı heca kimi (məsələn, "tün", "lün" və s.), həm də saiti uzadılan (əlifbamızda böyük hərflə və bəzi hallarda apastrofla yazılan) açıq heca (məsələn, "fA", "lA", bəzən "fə’" və s.) ilə ifadə olunur. İkiqat uzun hecalar isə əlifbamızda saiti böyük hərflə yazılan qapalı hecalarla (məsələn, "lAn") ifadə olunur. Başqa sözlə, uzun hecalar ərəb əlifbasındakı iki hərf (birincisi hərəkəli, ikincisi hərəkəsiz), qısa hecalar isə bir hərəkəli hərf vasitəsiylə düzəlir.
Misal (rəməl-2):
- FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün (X. İ. Əhməd qəlibi)
- Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası)
- Ə. Vahid
- 2. Şərti işarələrlə (simvolik formullar). Burada uzun hecalar — "–", qısa hecalar isə — "‿" işarəsi ilə göstərilir. İkiqat uzun hecaların şərti işarəsi isə "~" kimidir.
Misal (rəməl-2):
- –‿– – / –‿– – / –‿– – / –‿– (Simvolik formul)
- Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası)
- 3.Əkrəm Cəfərin müəyyən etdiyi 6 ünsürlə ("Əkrəmi qəlibləri"). Əkrəm Cəfər əruz qəliblərinin cəmi 6 ünsür (dil, qələm, pərdə, nü, nüvə və can) vasitəsilə ifadəsini vermişdir. Burada uzun hecalar ünsürlərdəki qapalı, qısa hecalar isə ünsürlərdəki açıq hecalarla ifadə edilir. İkiqat uzun heca isə "can" ünsürü ilə ifadə edilir.
Misal (rəməl-2):
- Dilqələmdil dilqələmdil dilqələmdil dilqələm (Əkrəmi qəlibi)
- Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası)
- 4.Şirvani Ədillinin müəyyən etdiyi iki ünsürlə (sadələşdirilmiş qəliblər). Burada qısa hecalar – "da", uzun hecalar – "dah" ünsürü ilə ifadə edilir. Ünsürlərin və hətta ünsürlərdəki səslərin sayına görə də bu, əruz qəliblərinin ən sadə ifadə formasıdır. Belə ki, burada cəmi iki ünsür və bu ünsürlərdə minimum sayda səsdən ("d", "a" və "h") istifadə olunur. Buradakı "da" ünsüründə "a" saiti uzadılmamalıdır, çünki, qısa hecanı ifadə edir. Sadələşdirilmiş qəliblərdəki "-" (tire) işarəsinin heç bir ritmik mənası yoxdur və yalnız qəliblərin asan oxunmasına xidmət edir. Həmçinin bu qəliblərdə uzun hecalar ("dah") seçilmək üçün qara (qalın) hərflərlə verilir.
Misal (rəməl-2):
- Dahda-dahdah dahda-dahdah dahda-dahdah dah-dadah (Sadələşdirilmiş qəlib)
- Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası)
Azərbaycan türkcəsinə daha münasib olan 3-4-4-4 bölgüsü ilə:
- Dah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah (Sadələşdirilmiş qəlib)
- Sevgidir, / yalnız məhəb / bətdir həya / tın gövhəri (Şeir misrası)
Həmçinin bax
İstinadlar
- "Ədilli Ş. Əruz vəzninin sadələşdirilmiş qəlibləri - anl.az". 2023-03-05 tarixində . İstifadə tarixi: 2023-03-05.
- "Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. - anl.az". 2023-03-05 tarixində . İstifadə tarixi: 2023-03-05.
Ədəbiyyat
Xarici keçidlər
- Əruz vəzni — Muğam ensiklopediyası
- Əruz vəzni haqqında — qezel.az 2015-06-28 at the Wayback Machine
- Şirvani Ədilli Əruz haqqında — youtube.com
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Eruz ereb عروض erebce genis yol cadirin ortasina vurulan direk nahiye teref cehet Mekke seherinin adlarindan biri kinli inadkar deve seirde beytin birinci misrasinin son bolumu seir haqqinda elm ve s menalar bildirir uzun ve qisa hecalarin mueyyen kombinasiyalarda gozel oxunus ritmi yaradan ardicilliginin esasen dovri butun misralarda beytlerde deqiqlikle gozlenilmesi ile mueyyen olunan seir vezni Azerbaycan klassik seir numunelerinin coxu qezel qeside rubai muxemmes tuyuq ve s bu veznde yazilmisdir Eruz vezninin yaranmasiEruz vezninin genis nezeri sistemini yaradan tarixe melum ilk sexs ereb filoloqu Xelil ibn Ehmed el Ferahidi el Besridir 718 792 Ona qeder ise ereb seir formalarinda asagidaki inkisaf merhelelerinin oldugu qeyd edilir Ereb seirinin sec formasi Ereb seirinin recez formasi Ereb seirinin erken eruz formasi VI VIII esrler Ereb seirinin qedim formasi sayilan sec seir formasinin bu gune gelib catmis numunelerinden gormek olar ki sec seirinde misralar neinki vahid ritmik qurulusa malik olmamisdir hetta heca sayi ve bolguler de misralarda biri birinden ferqlenmisdir Qafiyelenme ise bu seir formasinda movcud olmusdur Ona gore de sec i qafiyeli nesr de adlandirirlar Ereb seirinin recez buradaki recez ifadesi eruzun recez behri ile eyni menada qebul edilmemelidir formasinin V esrde artiq movcud oldugu ehtimal edilir Recez formasina aid olan seirlerde misralarda heca sayi ve bolguler qismen uygunlassa da misralarin ritmik quruluslarinin uygunlasmasi yalniz sozlerin eyni qrammatik ve leksik deyismeleri ile elaqedar olaraq tesadufi xarakter dasimisdir Yeni vahid ritmik qurulusun misralarda gozlenilmesi qaydasi olmamisdir Bu seir formasi da sec kimi sifahi xalq yaradiciliginin mehsulu qeyri pesekar spontan forma kimi qiymetlendirilir Ereb seirinin erken eruz formasinin VI esrin evvellerinden VIII esrin ortalarina X I Ehmed teliminin yaranmasina qeder olan dovru ehate etdiyi qebul edilir Erken eruz seirine aid numunelerde vahid ritmik qurulusun butun misralarda beytlerde gozlenilmesi qaydasi musahide olunur Ereb seirinin bu formasi yazili edebiyyatin mueyyen inkisafi ile elaqedar olaraq pesekar ve daha yuksek seviyyeli yaradiciliq merhelesi kimi qebul olunur Bele ki erken eruz seiri mueyyen filoloji biliklere malik muellifler terefinden vahid ritmik qurulusun butun misralarda beytlerde gozlenil mesi qaydasinin seire tetbiqi ile formalasmisdir Bu dovrde nisbeten sade qeliblerden esasen recez hezec ve remel qeliblerinden istifade edilmisdir Bu dovrde pesekar seviyyeli eruz seiri ile paralel olaraq sifahi xalq yaradiciligi formasi kimi sec ve recez seir formalari da oz movcudlugunu qorumusdur X I Ehmed ise eruza daha murekkeb ve coxsayli qelibler elave etmis ereb dilinin ritmik sisteminin ve eruzun genis nezeriyyesini yaratmisdir ki ondan sonraki ereb poeziyasi mehz hemin nezeriyye uzerinde inkisaf etmisdir X I Ehmed eruz vezninin 15 behrini mueyyen etmisdir Azerbaycan seirinde eruzun 12 behrinden hezec remel mutedarik recez muzare munserih muctes muteqarib xefif seri kamil muqtezeb ve yuzlerle qelibinden istifade edilir Hemin qeliblerden bir coxu X I Ehmedden sonra yaradilmisdir Hemcinin Azerbaycan eruzunda Behri tevil Uzun derya adlanan serbest seir formasi yaranmisdir Burada eruzun yaranmasi baximindan coxsayli suallar ortaya cixir En onemli suallardan biri ondan ibaretdir ki eruzun esas xususiyyeti olan vahid ritmik qurulusun seirin butun misralarinda deqiqlikle gozlenil mesi qaydasi niye ilk defe mehz erebler terefinden seire tetbiq olunmusdur Eruzsunasliqda adeten bu ereb dilinin uygun xususiyyeti ile elaqedar olaraq bir tarixi zeruret kimi qiymetlendirilir Lakin bunun ereb dilinin mehz hansi ozelliyi oldugu laziminca arasdirilmamisdir Eger bu xususiyyet eruz qeliblerini formalasdiran ritmik vahidlerin ereb dilinde ve ereb folklorunda movcud olmasidirsa hemin ritmik vahidlerin demek olar ki her biri turk dilinde ve turk folklorunda da movcuddur Demeli hemin qaydanin ilk defe turk seirine tetbiq olunmasi da nezeri cehetden mumkun idi Belke de sadece olaraq yazili edebiyyatin ve filologiyanin ereblerde daha tez formalasmasi hemin qaydanin ilk defe mehz ereb seirine tetbiq olunmasina zemin yaratmisdir Her halda bu da bir versiyadir Yeri gelmisken ereb eruzunun yaranmasindan xeyli evvel oxsar qaydanin ereb dilinden tamam ferqli dilde olan qedim yunan seirine de tetbiq olundugu melumdur Istenilen halda eruz qeliblerinde dovri tekrarlanan ritmler dilimizde ve folklorumuzda varsa ve hetta bu ritmler xalq musiqimizin esasinda dayanirsa tekce bu fakt eruzun bize yad olmadigini demeye esas verir Uzun ve qisa hecalarHeca vezninde olan eserlerden ferqli olaraq eruz veznli seirlerin misralarindaki hecalarinin beraber olmasi zeruri deyildir Eruz veznli seirlerde bu beraberliyi hecalarin uzun ve ya qisa teleffus edilmesi yaradir Bes tef iledeki demeli hem de ona uygun olan misra bolumdeki hecalarin qisa ve ya uzun oldugu nece mueyyenlesdirilir Bu veznin telebine gore qapali hecalar uzun aciq hecalar ise ekser hallarda qisa olur Eger heca uzanan saitle biterse uzun heca sayilir Buradan aydinlasir ki qelibde aciq ve qapali hecalar novbelesirse seirin butun misralarinda da o qayda ozunu gosterir Eruzda ikiqat uzun heca anlayisindan da istifade olunur Lakin Azerbaycan eruzu ucun ikiqat uzun heca anlayisinin qebul olunmasina ehtiyac yoxdur Cunki Azerbaycan eruzunda ikiqat uzun heca uzun heca ile demek olar ki eyni ehemiyyete malikdir Yeni ikiqat uzun hecani ele uzun heca kimi qebul etmek olar Eruz qelibleri ve onlarin ifade formalariEruzda misralarin uzunlugunu ritmik qurulusunu uzun ve qisa hecalarin ardicilliq formasi ve bolgulerini evvelceden tertib edilmis qelibler mueyyen edir Eruz qeliblerinin asagidaki ifade formalari movcuddur 1 Xelil ibn Ehmed tefileleri ile X I Ehmed qelibleri Xelil ibn Ehmed erebce fe ele feilinden yaranan muxtelif ifadeleri FA ilAtun MefA Ilun Mufte ilun ve s tefileler kimi qebul etmis ve bu tefileler vasitesiyle eruz vezninin muxtelif qeliblerini yaratmisdir O yarandigi esli tefilelerden asili olaraq qelibleri behrlerde qruplasdirmisdir X I Ehmed tefilelerinde uzun heca iki formada hem qapali heca kimi meselen tun lun ve s hem de saiti uzadilan elifbamizda boyuk herfle ve bezi hallarda apastrofla yazilan aciq heca meselen fA lA bezen fe ve s ile ifade olunur Ikiqat uzun hecalar ise elifbamizda saiti boyuk herfle yazilan qapali hecalarla meselen lAn ifade olunur Basqa sozle uzun hecalar ereb elifbasindaki iki herf birincisi herekeli ikincisi herekesiz qisa hecalar ise bir herekeli herf vasitesiyle duzelir Misal remel 2 FA ilAtun fA ilAtun fA ilAtun fA ilun X I Ehmed qelibi Sevgidir yal niz mehebbet dir heyatin govheri Seir misrasi E Vahid2 Serti isarelerle simvolik formullar Burada uzun hecalar qisa hecalar ise isaresi ile gosterilir Ikiqat uzun hecalarin serti isaresi ise kimidir Misal remel 2 Simvolik formul Sevgidir yal niz mehebbet dir heyatin govheri Seir misrasi 3 Ekrem Ceferin mueyyen etdiyi 6 unsurle Ekremi qelibleri Ekrem Cefer eruz qeliblerinin cemi 6 unsur dil qelem perde nu nuve ve can vasitesile ifadesini vermisdir Burada uzun hecalar unsurlerdeki qapali qisa hecalar ise unsurlerdeki aciq hecalarla ifade edilir Ikiqat uzun heca ise can unsuru ile ifade edilir Misal remel 2 Dilqelemdil dilqelemdil dilqelemdil dilqelem Ekremi qelibi Sevgidir yal niz mehebbet dir heyatin govheri Seir misrasi 4 Sirvani Edillinin mueyyen etdiyi iki unsurle sadelesdirilmis qelibler Burada qisa hecalar da uzun hecalar dah unsuru ile ifade edilir Unsurlerin ve hetta unsurlerdeki seslerin sayina gore de bu eruz qeliblerinin en sade ifade formasidir Bele ki burada cemi iki unsur ve bu unsurlerde minimum sayda sesden d a ve h istifade olunur Buradaki da unsurunde a saiti uzadilmamalidir cunki qisa hecani ifade edir Sadelesdirilmis qeliblerdeki tire isaresinin hec bir ritmik menasi yoxdur ve yalniz qeliblerin asan oxunmasina xidmet edir Hemcinin bu qeliblerde uzun hecalar dah secilmek ucun qara qalin herflerle verilir Misal remel 2 Dahda dahdah dahda dahdah dahda dahdah dah dadah Sadelesdirilmis qelib Sevgidir yal niz mehebbet dir heyatin govheri Seir misrasi Azerbaycan turkcesine daha munasib olan 3 4 4 4 bolgusu ile Dah dadah dahdah dadah dahdah dadah dahdah dadah Sadelesdirilmis qelib Sevgidir yalniz meheb betdir heya tin govheri Seir misrasi Hemcinin baxXelil ibn EhmedIstinadlar Edilli S Eruz vezninin sadelesdirilmis qelibleri anl az 2023 03 05 tarixinde Istifade tarixi 2023 03 05 Ekrem Cefer Eruzun nezeri esaslari ve Azerbaycan eruzu anl az 2023 03 05 tarixinde Istifade tarixi 2023 03 05 EdebiyyatCefer Ekrem Eruzun nezeri esaslari ve Azerbaycan eruzu Baki 1977 1 Edilli Sirvani Eruz vezninin sadelesdirilmis qelibleri Baki Adiloglu 2011 2 Frolov D V Klassicheskij arabskij stih Istoriya i teoriya aruda Moskva 1991 Xarici kecidlerEruz vezni Mugam ensiklopediyasi Eruz vezni haqqinda qezel az 2015 06 28 at the Wayback Machine Sirvani Edilli Eruz haqqinda youtube com