Ümmi İsa — Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri olan, türk dilli ədəbiyyatda ilk "Mehri və Vəfa" hekayəsinin müəllifi. Bir sıra tədqiqatçıların fikrincə Ümmi İsa Azərbaycan türkcəsində yazmış ilk şairdir.
Ümmi İsa | |
---|---|
Doğum tarixi | XIV əsr |
İxtisası | şair |
Fəaliyyəti | şair |
Həyatı
Təzkirələrdə adına və doğum tarixinə rastlanmayan şairin yaşadığı dönəm haqqında ədəbiyyatşünaslıqda fikirlər müxtəlifdir. Şairin adının İsa olduğunu biz yalnız öz əsərindən öyrənirik:
Ümma, İsa, necə bir bu qeyli-qal,
Dilə haqdan kim, qılasan ittisal.
Təəssüf ki, başqa heç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf edilmir. Ona görə də onun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla belə, professor Yaqub Babayevə görə əsərin pоetik linqvistikası, dil xüsusiyyətləri, leksik məziyyətləri və üslubi sistemi bütünlüklə XIII–XIV yüzilliklərdəki ana dilli epik sənət nümunələrini xatırladır. Babayev "Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII–XIV əsrlər)" adlı kitabında yazır:
XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, felin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. Doğrudur, bu xüsusiyyətə sonrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sonrakı əsrlər üçün deyilən əlamət xeyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çox normativ xarakter alır, öz daimi yerini tutmağa meyllənir. XIII–XIV yüzilliklərdə isə bu qrammatik əlamətlərdə daha çox sərbəstlik, işlənmə tezliyinin bolluğu, kəmiyyət artıqlığı müşahidə olunur. Bu mənada Mehri və Vəfa- dan məhz XIII–XIV yüzilliklərin qoxusu gəlir.
Türk ədəbiyyatşünas alimlərdən Amil Çələbioğlu "Türk Ədəbiyyatında Məsnəvi (XV əsrə qədər)" adlı kitabında Ümmi İsadan XIV əsr şairi bəhs edir. O yazır ki, şair əsərini hicri 774-cü ildə (1372–73) tamamladığını məsnəvisinin sonundakı qoşmada açıq şəkildə bildirir. Ona görə də şairin də bu illərdə yaşadığı təxmin edilir:
Yedi yüz yetmiş dört yılıdur tamam
Olmışıdı rəsuldan sonra vəssalam
İşbu kitabı tamam eylədim
Nəzmilə şərhin cihana söylədüm.
Bir digər türk ədəbiyyat tarixçisi və yazıçı Agah Sırrı Ləvənd isə şairin XV əsrdə yaşayıb, yaradıcılıqla məşğul olduğunu qeyd edir. Məsnəvisinin sonunda "Ümmi İsa necə bir bu qeyli-qal" misrasında özündən təvazökarlıqla bəhs etdiyinə və məsnəvi dilinin sadəliyinə əsaslanaraq şairin kifayət qədər təhsil almadığını söyləmək mümkündür.
Yaradıcılığı
Ümmi İsanın günümüzə qədər gəlib çatmış yeganə əsəri "Mehri və Vəfa" poemasıdır. Mehri və Vəfa məsnəvisində istifadə olunan dil sadədir. Çox olmasa da, ərəb və fars sözlərindən istifadə olunub. Əsərdə ərəb və fars dillərində bəzi ifadələrə də rast gəlmək olar. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Əsərin dili o dövrün danışıq dilinə yaxındır. "Kitabi-Dədə Qorqud" və "Dastani-Əhməd Hərami"yə nisbətən "Mehri və Vəfa" poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir.
Mövzusu
İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan "Mehri və Vəfa" türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin "Mehri və Vəfa" əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır. Arşi "Mehriü Vəfa"nı Həzəc bəhrində yazıb. Bu məsnəvi 2200 beytdən ibarətdir. Şair iddia edir ki, "Mehri və Vəfa" mövzusunu ilk dəfə o qələmə alıb. Bir digər ədəbiyyatşünas alimlər isə Mehri və Vəfa hekayəsini ilk dəfə XII əsrdə Rəşidi Səmərqəndi tərəfindən yazıldığı fikrini irəli sürüblər. Rəşidinin bu əsərindən romantik mənzumə kimi bilinir. Dövlətşah öz təzkirəsində Rəşidinin Mehri və Vəfa məsnəvisindən "o dastanda həqiqətən sözün haqqını vermişdi" deyə bəhs edir. Sonralar yazılmış fars və türkcə "Mehri və Vəfa" məsnəvilərinin çoxu onun təsiri altında olmuşdur. Türk dilli ədəbiyyatda isə bilinən ilk Mehri və Vəfa məsnəvisini Ümmi İsa qələmə almışdır.
Nüsxələri
Mehri və Vəfa məsnəvisinin istər yerli istər xarici kitabxanalarda bir çox əlyazma və nəşrləri mövcuddur. Poema Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xətti ilə iki dəfə (2001, 2005-ci illərdə) nəşr edilmişdir. Birinci nəşr Kamandar və Aysel Şəriflilər tərəfindən hazırlanmış, kiril əlifbası ilə nəşr olunmuş, əsərə 2,5 müəllif vərəqi həcmində ön söz yazılmış, sonda çətin sözlərin lüğəti verilmişdir. Əsər "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyevin yığcam ön sözü, M. Z. Nağıyev və M. M. Adilovun redaktorluğu ilə çap olunmuş, titul səhifəsində "Ədəbiyyatımızın və dilimizin nadir abidəsi" kimi qiymətləndirilmişdir. İkinci nəşrdə isə məsnəvi latın qrafikalı əlifba ilə çap olunmuş, eyni zamanda mətn ərəb əlifbası ilə də verilmişdir (xəttat M. Əzizov). Ərəb əlifbası ilə verilən mətndə nüsxə fərqləri müəyyən edilmişdir. Elmi-tənqidi mətni, hazırkı əlifbaya çevirəni, nəşrə hazırlayanı, ön sözün və lüğətin müəllifi Aysel Şərifovadır. Bu çapda ön söz qısadır. Əsərin iki əlyazması qalmışdır. Əsərin bizə gəlib çatan AR MЕA-nın Əlyazmalar İnstitutunda saxlanan əlyazmalarının hər iki nüsxəsi XIX əsrdə köçürülmüşdür. Bunlardan biri 1827-ci ildə Məhəmməd Kəminə, digəri 1834-cü ildə tanınmış alim, pedaqoq və kitabşünas Əbdülqəni Nuxəvi Xalisəqarızadə tərəfindən köçürülmüşdür. Birinci nüsxə 1490, ikincisi 1574 misradan ibarətdir. Müəlliflər birinci nəşrdə Əbdülqəni Nuxəvinin köçürdüyü əlyazmanı etibarlı saymışlar: "Əbdülqəni Nuxəvi əsərin mətnini hələ gənc yaşlarında köçürməsinə baxmayaraq, köçürdüyü əlyazmanın imla xüsusiyyətlərini saxlamağa çalışmış və onun dilinə və üslubuna müdaxilə etməkdən çəkinmişdir".
İstinadlar
- İmanov, 2023. səh. 101
- Babayev, 2008. səh. 84
- Çelebioğlu, 1999. səh. 63
- "ÜMMÎ ÎSÂ". teis.yesevi.edu.tr. Türk Edebiyatı İsimler Sözlüğü. 2024-01-09 tarixində . İstifadə tarixi: 2024-01-09.
- Çapanoğlu, 2014. səh. 5
- Önder, 2023. səh. 342
- Adilov, 2009. səh. 58
- Kazımov, 2008. səh. 165
Mənbə
- Güləhməd İmanov. Türk mətnşünaslığının əsasları (PDF). Ankara: İksad yayınevi. 2023. ISBN .
- Gökçenur Çapanoğlu. Ümmî Îsâmihr ü Vefâ (Dil İncelemesi-Metin-Gramatikal Dizin). Erzurum. T.C.Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü Türk Dili Ve Edebiyatı anabilim dalı. 2014.
- Q.Ş.Kazımov. Seçilmiş əsərləri. I. Bakı: Nurlan. 2008.
- Məmməd Adilov. Azərbaycan Paleoqrafiyası. Bakı: Elm. 2009. səh. 224.
- YAQUB BABAYЕV. ХIII – ХIV ƏSRLƏR ANA DİLLİ LİRİK ŞЕİRİMİZİN İNKİŞAF YОLU. Bakı: Elm və Təhsil. 2009. səh. 256.
- Sevim Yılmaz Önder. Ümmî Îsâ’nın Mihr ü Vefâ mesnevisinde yeniden dirilme motifi ve Hızır. 107. Bakı: Türk Kültürü ve Hacı Bektaş Velî Araştırma Dergisi. 2023. 341–353.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ummi Isa Azerbaycan turkcesinde yazilmis ilk eserlerden biri olan turk dilli edebiyyatda ilk Mehri ve Vefa hekayesinin muellifi Bir sira tedqiqatcilarin fikrince Ummi Isa Azerbaycan turkcesinde yazmis ilk sairdir Ummi IsaDogum tarixi XIV esrIxtisasi sairFealiyyeti sairHeyatiTezkirelerde adina ve dogum tarixine rastlanmayan sairin yasadigi donem haqqinda edebiyyatsunasliqda fikirler muxtelifdir Sairin adinin Isa oldugunu biz yalniz oz eserinden oyrenirik Umma Isa nece bir bu qeyli qal Dile haqdan kim qilasan ittisal Teessuf ki basqa hec bir menbede bu sairin ne adina ne de haqqinda melumata tesaduf edilmir Ona gore de onun yasadigi tarixi dovr haqqinda fikir soylemek mumkun deyil Bununla bele professor Yaqub Babayeve gore eserin poetik linqvistikasi dil xususiyyetleri leksik meziyyetleri ve uslubi sistemi butunlukle XIII XIV yuzilliklerdeki ana dilli epik senet numunelerini xatirladir Babayev Ana dilli Azerbaycan edebiyyatinin tesekkulu ve epik seirin inkisafi XIII XIV esrler adli kitabinda yazir XIII XIV esrler ana dilli abidelerimizde oldugu kimi burada da ismin hal sekilcileri tam sabitlesmemisdir ve biri digerinin yerinde islenir felin zaman sekilcileri bol bol bir birini evez edir sexs sekilcilerinin arxaik formalari six six islenir Dogrudur bu xususiyyete sonraki dovrde yaranmis ana dilli eserlerimizde de rast gelirik Lakin sonraki esrler ucun deyilen elamet xeyli azalir sabitlesme nezere carpacaq derecede guclenir adi cekilen qrammatik elametler daha cox normativ xarakter alir oz daimi yerini tutmaga meyllenir XIII XIV yuzilliklerde ise bu qrammatik elametlerde daha cox serbestlik islenme tezliyinin bollugu kemiyyet artiqligi musahide olunur Bu menada Mehri ve Vefa dan mehz XIII XIV yuzilliklerin qoxusu gelir Turk edebiyyatsunas alimlerden Amil Celebioglu Turk Edebiyyatinda Mesnevi XV esre qeder adli kitabinda Ummi Isadan XIV esr sairi behs edir O yazir ki sair eserini hicri 774 cu ilde 1372 73 tamamladigini mesnevisinin sonundaki qosmada aciq sekilde bildirir Ona gore de sairin de bu illerde yasadigi texmin edilir Yedi yuz yetmis dort yilidur tamam Olmisidi resuldan sonra vessalam Isbu kitabi tamam eyledim Nezmile serhin cihana soyledum Bir diger turk edebiyyat tarixcisi ve yazici Agah Sirri Levend ise sairin XV esrde yasayib yaradiciliqla mesgul oldugunu qeyd edir Mesnevisinin sonunda Ummi Isa nece bir bu qeyli qal misrasinda ozunden tevazokarliqla behs etdiyine ve mesnevi dilinin sadeliyine esaslanaraq sairin kifayet qeder tehsil almadigini soylemek mumkundur YaradiciligiUmmi Isanin gunumuze qeder gelib catmis yegane eseri Mehri ve Vefa poemasidir Mehri ve Vefa mesnevisinde istifade olunan dil sadedir Cox olmasa da ereb ve fars sozlerinden istifade olunub Eserde ereb ve fars dillerinde bezi ifadelere de rast gelmek olar Poemanin dilinde turk menseli sozlerin ustunluk teskil edir Eserin dili o dovrun danisiq diline yaxindir Kitabi Dede Qorqud ve Dastani Ehmed Herami ye nisbeten Mehri ve Vefa poemasi daha sade dilde yazilmisdir ve muasir oxucunun anlaya bileceyi sekildedir Poemanin qrammatik vahidleri muasir Azerbaycan dilinden cox az ferqlenir Movzusu Iki qehremanli esq mesnevilerinden biri olan Mehri ve Vefa turk ve Iran edebiyyatinda ortaq xususiyyetlere malik olan mesnevilerdendir Menbesini Iran edebiyyatindan goturen hekaye klassik mesnevinin movzusu kimi asiqlerin muxtelif hadiselerden ve maneelerden sonra bir biri ile gorusmesinden behs edir IX Esrin sairlerinden Arsi Dehlevi ve onun qardasi Mir Mehemmed Momini Arsin Mehri ve Vefa adli seirleri var Mir Mehemmedin Mehri ve Vefa eserinin nusxesi Paris Milli Kitabxanasi Supp 1100 nomreli qeydiyyatdadir Arsi Mehriu Vefa ni Hezec behrinde yazib Bu mesnevi 2200 beytden ibaretdir Sair iddia edir ki Mehri ve Vefa movzusunu ilk defe o qeleme alib Bir diger edebiyyatsunas alimler ise Mehri ve Vefa hekayesini ilk defe XII esrde Residi Semerqendi terefinden yazildigi fikrini ireli surubler Residinin bu eserinden romantik menzume kimi bilinir Dovletsah oz tezkiresinde Residinin Mehri ve Vefa mesnevisinden o dastanda heqiqeten sozun haqqini vermisdi deye behs edir Sonralar yazilmis fars ve turkce Mehri ve Vefa mesnevilerinin coxu onun tesiri altinda olmusdur Turk dilli edebiyyatda ise bilinen ilk Mehri ve Vefa mesnevisini Ummi Isa qeleme almisdir Nusxeleri Mehri ve Vefa mesnevisinin ister yerli ister xarici kitabxanalarda bir cox elyazma ve nesrleri movcuddur Poema Azerbaycan Milli Elmler Akademiyasi Mehemmed Fuzuli adina Elyazmalar Institutunun xetti ile iki defe 2001 2005 ci illerde nesr edilmisdir Birinci nesr Kamandar ve Aysel Serifliler terefinden hazirlanmis kiril elifbasi ile nesr olunmus esere 2 5 muellif vereqi hecminde on soz yazilmis sonda cetin sozlerin lugeti verilmisdir Eser Irsad Islam Arasdirmalari Merkezinin direktoru professor Rafiq Eliyevin yigcam on sozu M Z Nagiyev ve M M Adilovun redaktorlugu ile cap olunmus titul sehifesinde Edebiyyatimizin ve dilimizin nadir abidesi kimi qiymetlendirilmisdir Ikinci nesrde ise mesnevi latin qrafikali elifba ile cap olunmus eyni zamanda metn ereb elifbasi ile de verilmisdir xettat M Ezizov Ereb elifbasi ile verilen metnde nusxe ferqleri mueyyen edilmisdir Elmi tenqidi metni hazirki elifbaya cevireni nesre hazirlayani on sozun ve lugetin muellifi Aysel Serifovadir Bu capda on soz qisadir Eserin iki elyazmasi qalmisdir Eserin bize gelib catan AR MEA nin Elyazmalar Institutunda saxlanan elyazmalarinin her iki nusxesi XIX esrde kocurulmusdur Bunlardan biri 1827 ci ilde Mehemmed Kemine digeri 1834 cu ilde taninmis alim pedaqoq ve kitabsunas Ebdulqeni Nuxevi Xaliseqarizade terefinden kocurulmusdur Birinci nusxe 1490 ikincisi 1574 misradan ibaretdir Muellifler birinci nesrde Ebdulqeni Nuxevinin kocurduyu elyazmani etibarli saymislar Ebdulqeni Nuxevi eserin metnini hele genc yaslarinda kocurmesine baxmayaraq kocurduyu elyazmanin imla xususiyyetlerini saxlamaga calismis ve onun diline ve uslubuna mudaxile etmekden cekinmisdir IstinadlarImanov 2023 seh 101 Babayev 2008 seh 84 Celebioglu 1999 seh 63 UMMI ISA teis yesevi edu tr Turk Edebiyati Isimler Sozlugu 2024 01 09 tarixinde Istifade tarixi 2024 01 09 Capanoglu 2014 seh 5 Onder 2023 seh 342 Adilov 2009 seh 58 Kazimov 2008 seh 165MenbeGulehmed Imanov Turk metnsunasliginin esaslari PDF Ankara Iksad yayinevi 2023 ISBN 978 625 6955 01 1 Gokcenur Capanoglu Ummi Isamihr u Vefa Dil Incelemesi Metin Gramatikal Dizin Erzurum T C Ataturk Universitesi Sosyal Bilimler Enstitusu Turk Dili Ve Edebiyati anabilim dali 2014 Q S Kazimov Secilmis eserleri I Baki Nurlan 2008 Memmed Adilov Azerbaycan Paleoqrafiyasi Baki Elm 2009 seh 224 YAQUB BABAYEV HIII HIV ESRLER ANA DILLI LIRIK SEIRIMIZIN INKISAF YOLU Baki Elm ve Tehsil 2009 seh 256 Sevim Yilmaz Onder Ummi Isa nin Mihr u Vefa mesnevisinde yeniden dirilme motifi ve Hizir 107 Baki Turk Kulturu ve Haci Bektas Veli Arastirma Dergisi 2023 341 353