Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir.
Kəlbəcər döyüşü | |||
---|---|---|---|
Tarix | 27 mart – 3 aprel 1993 | ||
Yeri | Kəlbəcər rayonu, Azərbaycan | ||
Nəticəsi | Ermənistanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.
Zəmin
Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Qarabağ müharibəsi başlayan kimi həm şərq, həm də qərb tərəfdən erməni qüvvələri ilə əhatə olunan Kəlbəcərə ara-sıra hücumlar olurdu.1990-cı il iyul ayının 11-də erməni separatçıları tərəfindən "Tərtər - Kəlbəcər" sərnişin avtobusu partladaraq, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirdi. Terror hadisəsi nəticədə 14 nəfər həlak oldu, 35 nəfər yaralandı.
1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi ermənilər tərəfindən işğal olundu. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı.
1993-cü ildə Kəlbəcərin müdafiəsini 701 saylı briqada təşkil edirdi. Briqadanın komandiri ehtiyatda olan polkovnik Əzizağa Qənizadə idi. 701 saylı briqada 20 sentyabr 1992-ci ildə, 1993-ci il martın 30-na kimi Laçın rayonunun şimal-qərb hissəsində qarşısında duran döyüş tapşırığını yerinə yetirib.
1993-cü il fevral ayının 15-də Ağdərə rayonunun işğalı nəticəsində briqada blokada vəziyyətinə düşdü. 3-cü taborun tərkibində yalnız atıcı silahlarla silahlanmış 400 nəfərlik heyətin briqadanın tabeliyindən çıxarıldı. Həmin tabor Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu inzibati mərkəzi istiqamətində sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. 110 km-lik Ermənistanla dövlət sərhədində təqribən hər 10 km-lik məsafədən bir, 30 nəfərdən ibarət sərhəd dəstələri yerləşmişdi. Onlara kiçik təxribat dəstələrini zərərsizləşdirmək həvalə olundu. Kəlbəcər rayonunun Müdafiə Şurası tərəfindən yerli çağırışçılardan özünümüdafiə taboru təşkil edilsə də orada hərbi mütəxəssislər yox idi. Tez formalaşdırılmış tabor, tanklardan, artilleriya və minaatanlardan istifadə edən ermənilərin hərbi hissəsinin hücumunu dəf etmək imkanına qadir olmadı. Əzizağa Qənizadənin əmri ilə fevralın 14-də briqadanın 1-ci taboru (130 nəfər) Kəlbəcər rayonunun girişində Çərəktar kəndi yaxınlığında əlverişli mövqedə yerləşdirildi.
Kəlbəcər bölgəsi
Kəlbəcər Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qərb sərhədi arasında yerləşir. Dik dağ silsiləsi arasında yerləşən, bölgənin müharibə vaxtı əhalisi təqribən 45.000–60.000 nəfər etnik azərbaycanlılar və kürdlərdən ibarət idi.
Kəlbəcərin işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin hesablarına görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
2019-cu ildə Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayırdı.
Döyüş
Güclü müqavimət
Mart ayının sonlarında məğlubiyyətə uğramış Azərbaycan hərbi qüvvələri bölgədən mülki şəxsləri şimalda yerləşən Yevlax şəhərinə və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə köçürmüşdü. Ermənilər dörd istiqamətdən Kəlbəcərə girmək üçün bir neçə yüz nəfərlik bir dəstə toplamışdılar: Melkonyanın özünə tabə Qarabağ və tanklardan ibarət dəstəsi cənub-şərqdən; Vardenis şəhərindən yüz əlli nəfərlik dəstə qərbdən; üçüncü qüvvə şimaldakı Ağdaban kəndindən və əsas hücum qüvvəsi Narınclar kəndindən hücum etməli idi.
Martın 26-da ermənilər 1 alay, tank, PDM, 3 ədəd döyüş vertolyotunun havadan dəstəyi ilə şiddətli artilleriya hazırlığından sonra Getavan-Çərəktar istiqamətində hücuma keçdilər. Müdafiə mövqelərində duran 1-ci motoatıcı tabor (MAT) ermənilərin çoxsaylı üstünlüyünə baxmayaraq hücumu dəf etdi. Bu döyüşdə ermənilərin bir tankı, iki PDM, bir helikopteri, 50 nəfərə qədər şəxsi heyəti məhv edilmişdi. Birinci taborun 5 döyüşçüsü həlak olub, 6 nəfəri yaralanmışdı.
Martın 27-si səhər saat 09:00-da Monte Melkonyanın iki tabora qədər canlı qüvvəsi, D-30 artilleriya divizionu, iki minaatan batareya, zenit batareyası, tank bölüyü, 10 qədər PDM-in atəş dəstəyi ilə artilleriya hazırlığından sonra, Kəlbəcər özünümüdafiə 1-ci bölüyünün mövqelərinə hücuma keçərək Ağdaban yaşayış məntəqəsini işğal etdi. Saat 11:00-da geri çəkilən 1-ci özünümüdafiə bölüyü Bağlıpəyə yaşayış məntəqəsi qarşısında müdafiə üçün mövqeləndi. Saat 12:00-da ermənilər Mİ-24 vertolyotlarının atəşilə 1-ci MAT müdafiə rayonuna, zenit toplarının atəş mövqelərinə havadan zərbə endirməklə hücuma keçdi. 1-ci Tabor ermənilərin hücumunu ikinci dəfə dəf etdi. Zenit batareyasının topçularından 3 nəfər həlak oldu, 2 nəfər yaralandı. Saat 17:00-da ermənilər 1-ci taborun müdafiə rayonuna yenə də həmlə etdi. 1-ci Tabor mütəşəkkil hərəkət edərək öz mövqelərini qoruyub saxladı. Lakin ermənilər açıq cinahı müəyyənləşdirdi. Onlar 701-ci Briqadanı sol cinahdan, yandan keçərək, həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın-Kəlbəcər yol bağlantısını ələ keçirmək məqsədilə müdafiənin dərinliyinə irəlilədi. Yaranmış əməliyyat durumu ilə əlaqədar olaraq, Ə. Qənizadənin əmri ilə bir zirehli dəstə Laçında gedən döyüşlərdən çıxarılaraq, Kəlbəcərə göndərildi.
28 mart saat 15:00-da Melkonyanın qüvvələri Bağlıpəyə yaşayış məntəqəsinin şimalından 1-ci ozünümüdafiə bölüyünün mövqelərinə hücuma keçdi və Azərbaycan silahlı dəstələrini darmadağın etdi. Kəlbəcər rayonu 1-ci özünümüdafiə bölüyü öz fəaliyyətini bitirdi. Saat 17:30-da erməni qüvvələri, Laçın rayonundan Bağlıpəyə istiqamətində irəliləyən, zirehli dəstəsinin mövqelənməsinə imkan vermədən, işğal etdiyi hakim yüksəkliklərdən faydalanaraq hücuma keçdi. Zirehli dəstə 2 PDM, 4 şəhid, 5 nəfər yaralı itki verməklə geri çəkildi. Saat 19:00–da 2 tank, 3 PDM, 20 nəfər əsgər qüvvə ilə həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın yol bağlantısı və Tunel qarşısında, zirehli dəstə müdafiə mövqelərində mövqeləndi. Erməni tərəfi 1-ci MAT-un arxasına çıxdı, onu əsas qüvvələrdən ayırdı. Tabor mühasirəyə düşməmək məqsədilə Ağqaya-Tunel istiqamətində geri çəkilmək əmri aldı.
29 mart saat 15:00-da Melkonyanın qüvvələri -Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqələri istiqamətində hücuma keçərək, Kəlbəcər fədailərin 2-ci və 3-cü hazırlıqsız özünümüdafiə bölüklərini darmadağın etdi. Saat 11:00-da vəziyyət kritik həddə çatmışdı. 1-ci Ordu Korpusunun komandiri general Nəcməddin Sadıqov cəbhənin yarılmış sahəsinə, “Tunel” mövqelərinə gələrək vəziyyətlə yerində tanış oldu. Saat 13:00-da Bakı şəhərindən məcburi toplanmış 75 nəfər qənc əsgər Tunel mövqeyinə gətirildi. Onlar təlim görməmiş, komandirləri olmayan, bir-birini tanımayan, silahdan istifadə etməyi bacarmayan, silahları və sursatları paylanmamış və əsgərlərə təhkim edilməmişdi. Briqadanın komandanlığı əsgərlərə silahları paylanmasını, onlardan istifadə etməyin öyrədilməsini, kiçik komandirləri təyin edilməsini, 15 dəqiqə ərzində döyüş hazırlığı keçməyi və Mərcimək yaşayış məntəqəsinin mövqelərdə yerləşdirilməsini təmin etdi. Saat 15:00-da 1-ci Taborun 30 əsgəri mühasirədən çıxıb, Tunel sahəsinə gəldi. Saat 16:00-da Vəng yaşayış məntəqəsi istiqamətində irəliləmək və əlverişli mövqedə pusqu qurmaq barədə general N.Sadıqov şəxsən sərəncam verir. Mühasirədən çıxan 1-ci taborun 30 əsgəridə bu tapşırığı yerinə yetirilməsinə cəlb edildi. Saat 16:00-da Bakı şəhərindən toplanmış 50 nəfər gənc əsgər Tunel mövqeyinə gətirildi. Döyüşə hazırlıq ermənilərin minaatanların və topların atəşi altında gedirdi, artıq bir neçə əsgər, o cümlədən N. Sadıqovun yanında durmuş rabitəçisi də yaralanmışdı. Saat 20:00-da ermənilər Vəng yaşayış məntəqəsi daxil olmaqla Tərtər çayının cənub sahili boyu köməyə göndərilən qüvvələri mühasirəyə aldı və onları darmadağın etdi. Martın 29-da günün sonuna Taxtabaşı-Keçiliqaya-Mərcimək-Ağqaya-Bağlıpəyə-Çayqovuşan-Qaragöl hüdudunu ələ keçirdi və 701-ci briqadanın 1-ci Taborunu əsas qüvvələrini geri çəkilməyə macal vermədən mühasirəyə aldı.
Martın 30-da Kəlbəcərdə vəziyyət öz böhranlı mərhələsinə çatdı. Müdafiəni yarmış ermənilərin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki Kilsəli-Zülfüqarlı-Kürdhacı vacib yol bağlantısını ələ keçirməsinin, bununla da briqadanın yeganə təminat və hərəkət marşrutunu kəsməsinin qarşısını almaq məqsədilə Laçın rayonunun şimalında müdafiə olunan, 2-ci və 5-ci taborlara Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində döyüş ehtimalı ilə irəliləmək və Ömər-Tunel-Zülfüqarlı-Laçın marşrutunu ermənilərdən "təmizləmək" tapşırığı verilmişdi. Həmin vaxt artıq ermənilə Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Qılınclı-Kəlbəcər və Zod-Dəmirçidam istiqamətdə canlı qüvvə və texnika toplayaraq hücuma keçməyə hazırlaşırdı. Bu qüvvələrə qarşı bir-birindən uzaq olduğuna görə atəş dəstəyi olmayan, 100 kilometrlik dağlıq ərazidə 10 zastavaya bölünmüş sərhəd dəstələri tab gətirə bilmirdi. Ermənilər 40 nəfərlik Söyüdlü və sərhəd zastavalarına hər birinə, tərkibində şəxsi heyət 500 nəfər əsgər, bir necə tank və 20-yə qədər PDM olan qüvvə ilə hücum edirdi. Həmləyə məruz qalmış sərhəd dəstələrinə qarşı qüvvə və vasitələrin nisbəti 1/12 idi. Kəlbəcər döyüşündə 701-ci briqadaya qarşı çoxsaylı ağır texnika və silah-sursatla silahlanmış erməni və rus birləşmələri üç dəfə artıq (6 hərbi alayı, 1 tank taboru və vertolyotları) döyüşürdü. Kəlbəcər və Laçında yerləşən briqada və başqa bölmələr sağ cinahdan Ermənistan sərhədi boyunca erməni və rus ordu birləşmələri, cəbhə və sol cinahdan Qarabağ erməni ordusu və erməni birləşmələri, arxada isə keçilməz Murovdağ silsiləsi əhatəsində idi.
30 mart saat 10:00-da Ermənistan ordusu Ermənistan Respublikası ərazisindən 2-ci cəbhəni açıb və dövlət sərhədini pozaraq Kəlbəcər rayonuna hücuma keçdi. Döyüş zamanı Azərbaycanın sərhəd dəstələri nə qüvvə, nə də vasitələrlə bir-birinə qarşılıqlı yardım edə bilmirdi. Saat 11:00-da Müdafiə Nazirliyi tərəfindən Kəlbəcərə göndərilən tabor 80 nəfər itirərək, Tunel sahəsində darmadağın edilmişdi. Kəlbəcər rayonunun yer səthinin mühüm sahələri, hakim yüksəkliklər və Tunel ermənilər tərəfindən tutulmuşdu. Saat 12:00-da Söyüdlü sərhəd zastavası Ermənistan ərazisindən tabora qədər qüvvə tərəfindən hücuma məruz qaldı. Zastavanın heyəti sərhəddən çəkilib əlverişli yerlərdə mövqeləndi. Saat 16:00-da ermənilər Ağdərə-Kəlbəcər istiqamətində Keçiliqaya-Comərd-Bağırlı-Qanlıgöl hüdudunu ələ keçirmişdi. Mühasirəyə düşən 1-ci taborun bir hissəsi Ermənistan tərəfindən işğal olunmuş Ağdərə rayonunun ərazisi ilə Tərtər rayonuna tərəf irəliləyib mühasirədən çıxırdı.
Həmin gün "Kəlbəcər rayonunun əhalisinin təxliyə edilməsi (köçürülməsi) haqqında" Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişinə uyğun olaraq yerli əhalinin təxliyəsi başlandı. Təxliyəyə Kəlbəcər özünümüdafiə taborunun əsgərləri də cəlb olundular və daha müdafiə döyüşlərində iştirak edə bilmədilər. Bütün kommunikasiya yolları və yol bağlantılarında təşvişə düşmüş yerli əhalinin nəqliyyat vasitələri və əşyaları tıxaclar əmələ gətirdi. Bu tıxaclar öz növbəsində Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonu ərazisində manevr imkanlarını tamamı ilə heçə endirdi. Bakı şəhərindən rayona vertolyotla Kəlbəcərə döyüşmək üçün gətirilən, hazırlıqsız dəstələr darmadağın edilərək yoxa çıxmışdı. Martın 30-da 701-ci briqadanın bölmələri müdafiə nazirinin əmri ilə Laçın rayonunun mövqeləri tərk edib, onu təqib edən ermənilərin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna geri çəkilməyə başladı. Lakin ermənilər geriçəkilməni aşkar edib, geri çəkilən bölmələri özünə cəlb edərək iflic etmək və ləngitmək məqsədilə Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətində təqibə başladı. Eyni zamanda Vardenis-Kəlbəcər-Qılınclı, Zod-Seyidlər-Yanşaq, Tunel-Qamışlı, Vəng-Yanşaq istiqamətlərində taktiki cəhətdən vacib yol bağlantıları ələ keçirmək, geri çəkilən briqadanın geri çəkilmə yollarını kəsmək, bir-birindən ayırıb parçalamaq və məhv etmək məqsədilə hücuma keçdi. 30 mart tarixində Kəlbəcər-Ağdərə istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə üçün tərkibində 2 tank, 3 PDM və 20 əsgər olan zirehli dəstəsi qalmışdı.
31 mart saat 16:00-da 701-ci Briqadanın bölmələri Laçın rayonunun şimalındakı mövqeləri tərk edib, onu təqib edən ermənilərin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna geri çəkilirdi. Özləri ilə apara bilmədiyi döyüş sürsatları və texnika məhv edildi. Günün sonuna ermənilər Kəlbəcər rayon inzibati mərkəzi ətrafdakı hakim yüksəklikləri, Keçiliqaya — Comərd-Bağrlı-Qanlıgöl hüdudunu və Laçın-Kəlbəcər marşrutu üzərindəki tuneli ələ keçirdi. Artıq bu şəraitdə 701-ci briqada mühasirəni yararaq əlverişli vəziyyətdə olan hakim yüksəkliklərdə mövqelənmiş ermənilərlə, qeyri bərabər döyüşlər apararaq, döyüşün gedişini dəyişə bilməzdi.
Melkonyanın irəliləyişi
1 aprel saat 10:00-da Dikyurd sərhəd zastavası ermənilərin tabora qədər qüvvəsi tərəfindən hücuma məruz qaldı. Zastavanın şəxsi heyəti rayon mərkəzinə geri çəkilərək mövqeləndilər. Saat 14:00 - Laçın rayonundan çıxmış 701-ci Briqadanın 4-cü Taboru tərkibində 100 nəfər əsgərlə mühasirəni döyüşlərlə daxildən yararaq, Kəlbəcər-Zod-Ağdərə yol bağlantısına çıxdı. Azərbaycan tərəfi Qamışlı körpüsünə aparan Kəlbəcər-Zod-Ömər-Ağdərə yol bağlantısı və yol sahəsi ələ saxlanmasını istəyirdi. Vacib yol bağlantısını müdafiə etmək üçün 701-ci briqadanın tərkibində zirehli qrupun 1 tank, 2 PDM, 15 nəfər əsgəri və 4-cü taborun 100 nəfərlik yüngül silahlarla silahlanmış şəxsi heyəti vardı. 4-cü tabor 75 əsgərlə Qamışlı körpüsü üzərindəki hakim Çiçəkli yüksəkliyində, 1 tank, 10 əsgər körpünün Zod-Qamışlı körpüsü istiqamətində, 2-PDM, 30 əsgər Kəlbəcər-Qamışlı körpüsü istiqamətində müdafiə mövqelərində mövqeləndi. Erməni dəstələri Tunel-Qamışlı, Zod-Qamışlı, Qılınclı-Qamışlı istiqamətlərində hücuma keçdi. Gün ərzində Çiçəkli yüksəkliyi 3 dəfə əldən ələ keçdi. Ermənilər 1 tank, 1 PDM və çoxsaylı itkilər verərək əldə etdiyi mövqelərdə dayandırıldı. 701-ci briqadanın bölmələri 7 şəhid 12 nəfər yaralı verdi.
Sonuncu təkan
2 aprel saat 10:30-da Melkonyanın dəstələri səsucaldan və radio rabitəsi vasitəsilə saat 16:00-dək müqavimətə son qoymaq və təslim olmaq tələbinin səsləndirdi. Ermənilər təslim olanlara həyatını saxlamağa, müqavimət göstərənləri hamısını güllələməyə söz verirdilər. Saat 11:30-da Briqada komandiri son durumu 1-ci ordunun komandiri general N.Sadıqova məruzə edərək ultimatum barədə bildirir. N.Sadıqov panikaya düşməməyə göstəriş verdi. Saat 12:30-da ermənilərin kəşfiyyat-diversiya qrupu müdafiənin dərinliyində 1815 yüksəkliyinin şimal-qərb ətəklərində, Kəlbəcər-Qamışlı-Ağdərə yol bağlantısı və Qamışlı yaşayış məntəqələri arası yol üzərində əlverişli mövqelərdə pusqu quraraq yol ilə hərəkəti iflic etdi. Saat 16:00-da ermənilər 4-cü taborun bölmələrini darmadağın edib, yol üzərində hakim olan Çiçəkli yüksəkliyini ələ keçirdi və yola tərəf aşağı enərək, 701-ci briqadanın körpünü müdafiə edən 1 tank və 10 əsgərlik qüvvəsinə hücum etdi. Saat 18:00-da 701-ci briqada komandirinin sərəncamımda 14 nəfərdən ibarət şəxsi heyət qalmışdı və Qamışlı körpüsünü müdafiə etməyə çalışırdı. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu sərhədçi vəzifələrini yerinə yetirən və sərhədi müdafiə edən 3-cü taborun iki zastavası, Zəylik və Yellicə mühasirədə qalmışdı. Aprelin 2-də ermənilər 701-ci briqadanın Qamışlı körpüsünü müdafiə edən 14 nəfərlik dəstəni darmadağın edildi və briqadanın, düşmənin dərinliyində mühasirədə qalmış bölmələri nəzarətsiz ərazilərlə düşmən ərazisindən sızıb Murovdağ silsiləsini keçdi və Toğana yaşayış məntəqəsində yaradılmış qərargahda toplanmağa başladı.
Melkonyanın fikrincə, Azərbaycan qüvvələrinin bir çoxu avadanlıqlarının çatışmazlığından hücuma hazır deyildi. Melkonyan dəstəsinin altmış səkkiz nəfərə qədər azaldılmasına baxmayaraq, Kəlbəcərə irəli getmələrini əmr etdi.
Aprelin 3-də ermənilər Laçın rayonunun şimalını və Kəlbəcər rayonunu işğal etdi. Günün sonuna Qarabağdakı erməni birlikləri Azərbaycan ordusunun geri çəkilən bölmələrini təqib edərək Ömər aşırımına çıxdı və Kəlbəcəri Gəncə ilə birləşdirən yol ayrıcını ələ keçirdi. 4 aprel saat 03:00-da 701-ci briqadanın bölmələri hücuma keçərək 26 nəfər şəhid, 20 nəfər yaralananlar itki verməklə Ömər aşırımı ermənilərdən azad etdi. Saat 13:00-da Ömər aşırımının ətəyinə Müdafiə Nazirliyinin tərəfindən iki briqada gətirildi. 5 apreldə Kəlbəcər şəhəri müdafiəçilərinin şəhərinin mərkəzinə sıxılmış son atəş nöqtələri ermənilər tərəfindən susduruldu. 7 apreldə Zəylik və Yellicə zastavalarının şəxsi heyəti Ömər aşırımında mühasirəni daxildən döyüşlərlə yarmaqla, itkilər verərək mühasirədən çıxıb.
Monte Melkonyanın böyük qardaşı Markar şəhər sakinlərini narahat edən müharibə yorğunluğunu izah edirdi:
Bir əli bandajlı və yanmış ayağı olan bir düşmən əsgəri eşşəyə minərək təslim olur. Böyük Vətən Müharibəsi medalları ilə bəzədilmiş solğun gödəkçədə olan bir yaşlı insan evini əbədi tərk edərkən ağlayır. Qara yazmada olan bir yaşlı qadın, çubuqda cırılmış vərəqə qoyaraq Monte və Abo [onun radio operatoru] ilə Azərbaycan türkcəsində salamlaşır, sonra qəflətən Montenin ayaqlarını öpmək üçün yerə çökür. Təəccüblənən və yöndəmsiz olan Monte geri çəkilməyə çalışır. "Yox!" deyə o qışqırır. "Yox" o, refleksli olaraq əyilir və qadını qolundan tutur. "Nə edirsiniz?" Anadolu Türkcəsində "Heç vaxt belə etmə!" deyə soruşur...[Melkonyan] [paytaxtda] bir sıra səliqəli, lakin parlaq vitrinlər və bir neçə toyuq tapdı. Şəhər sakinləri...yolda qida üçün toyuqları aparmamışdı. Həyatın yeganə başqa əlaməti, şəhərin mərkəzindən keçən yolun boş ortasında bir BMP idi. |
Xarici video | |
---|---|
Əhalinin Kəlbəcərdən helikopterlə təxliyə olunması. |
Döyüş üçün Melkonyanın kontingenti vaxtında çatmasa da, bölgənin paytaxtı işğal olunmuşdu. Bəzi təsərrüfat həyatından başqa, şəhər əsasən tərk edilmişdi. Ermənilər Qarabağdan Ermənistana qədər uzanan bir ərazini, ümumilikdə 3000 kvadrat kilometr ərazini ələ keçirmişdi. Bir çox azərbaycanlı qaçqın Murovdağ silsiləsinin Ömər aşırımından keçərkən donaraq ölmüşdü. Son helikopterlər aprelin 1-də yola düşdükdən sonra onlar dondurucu temperaturda güclü qarlı yerlərdən keçməyə məcbur oldular. Yevlax və Daşkəsəndə yerləşən düşərgələrdə 39 minə yaxın mülki şəxs var idi. Münaqişə zonasından qaçqınları və yaralıları gətirən dörd azərbaycanlı Mi-8 helikopteri qəzaya uğramışdı, helikopterlərdən sonuncusu isə erməni qüvvələri tərəfindən vurulmuşdu.Human Rights Watch araşdırmalarında Kəlbəcər hücumu zamanı erməni qüvvələrinin çoxsaylı müharibə qaydalarını pozduğunu, mülki əhalinin zorla xaric edilməsini, cəzasız atəş və girov götürülməsini həyata keçirtdiyini qeyd edirdi.
Reaksiya
Beynəlxalq təşkilatlar Kəlbəcər döyüşünə görə Qarabağda və Ermənistanda olan erməniləri tənqid etdi. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin baş məsləhətçisi Vəfa Quluzadə iddia edirdi ki, Ermənistanda yerləşən Rusiyanın 128-ci alayından yardım gəldiyi üçün bölgə çox asanlıqla Ermənistan tərəfindən işğal olundu. Əməliyyatın komandiri Qurgen Dalibaltayan bunu təkzib edərək, qeyd etmişdi ki, "Moskva [yəni Rusiya hökuməti] Ermənistanın hərbi əməliyyatlara tam nəzarət etmirdi". Ermənistanın qərb qonşusu olan Türkiyə sərhədlərindən gələn humanitar yardımı dayandırdı. ABŞ hücumu pisləyərək, Ermənistan hökumətinə "kəskin cavab" verib, müşayiət məktubu göndərdi.
30 aprel 1993-cü ildə Türkiyə və Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bölgədəki erməniləri Kəlbəcərdən və Azərbaycanın digər ərazilərindən dərhal çəkilməsini tələb edən 822 saylı qətnaməsinə dəstək verdi. Türkiyə Prezidenti Turqut Özal Azərbaycan tərəfini hərbi müdaxilə etməyə çağırdı və aprelin 14-də keçmiş Sovet respublikalarına qastrol səfərinə çıxdı. İran da Azərbaycandakı çox sayda qaçqının öz sərhədlərinə doğru cənuba qaçdığı üçün hücumu pisləmişdi. Düşmən hücumlarına son qoymaq üçün mayın 6-da ABŞ, Rusiya və Türkiyə Kəlbəcər bölgəsindən Ermənistan qoşunlarının çıxarılması çağırışını təkrarladı və hər iki tərəfi rəsmi sülh danışıqlarına çağırdı.
İstinadlar
- DeRouen, Karl R.; Heo, Uk. Civil Wars of the World: Major Conflicts Since World War II, Volume 2. Santa Barbara, CA: ABC-CLIO, Inc. 2007. səh. 151. ISBN .
- DeRouen and Heo. Civil Wars of the World, p. 152.
- . karabakhmedia.az. karabakhmedia.az. 2020-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- "Kəlbəcərin ermənilər tərəfindən işğalından 26 il keçir". 1news.az. 1news.az. 2020-10-30 tarixində . İstifadə tarixi: 26 fevral 2020.
- Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. New York: Human Right Watch. 1994. 35–54. ISBN . 2021-11-29 tarixində . İstifadə tarixi: 2020-02-26.
- Melkonian. My Brother's Road, 243–244.
- Melkonian. My Brother's Road, 244.
- Melkonian. My Brother's Road, 247. A videotape shot during the fighting showed an encounter where an Armenian BMP fired a shell at Azeri troops covering behind a gas tanker. The shell hit the tanker and engulfed several dozen fighters in flames. After the battle ended, the videotape showed the Ganja intersection strewn with dead bodies with Monte pointing down the road, remarking "The farther you go down this road, the more corpses you'll find."
- Melkonian. My Brother's Road, 248.
- Melkonian. My Brother's Road, 249.
- "Attacks in Caucasus Bring New Tide of Refugees". The New York Times. Murov Pass, Kelbajar, Azerbaijan. 1993-04-07. 2014-03-16 tarixində . İstifadə tarixi: September 19, 2006.
- Hunter. The Transcaucasus in Transition, 88
- . Time. 1993-04-19. 2010-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-11.
- David Binder. "U.S. Rebukes Armenia on New Drive in Caucasus". The New York Times. 1993-04-07. 2016-03-04 tarixində . İstifadə tarixi: 2010-05-11.
- "Turk Says Russia Is Tangled in Caucasus War". The New York Times. 1993-04-15. 2016-03-03 tarixində . İstifadə tarixi: 2010-05-11.. Özal's reasoning was based on his belief that the Russians had too great a role in the conflict.
- "Iranians Deliver a Warning To Azerbaijan and Armenia". The New York Times. 1993-04-13. 2018-01-17 tarixində . İstifadə tarixi: 2007-09-21.
- "Azerbaijan, Armenia take steps toward cease-fire in enclave". Chicago Tribune. 1993-05-07.
Xarici keçidlər
- Kəlbəcəri müdafiəsiz buraxanların izində...
- Kəlbəcərin müdafiəsi üçün nə etdiniz?
- Ehtiyatda olan polkovnik: “Döyüşən briqadanı işğal olunmuş rayona göndərmək hərbi cinayət idi” 2014-07-11 at the Wayback Machine
- Kəlbəcər necə işğal olundu - döyüşçü zabit ŞOK FAKTLAR açıqladı - İLK DƏFƏ
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kelbecer doyusu Qarabag muharibesi zamani 1993 cu il martin 27 den aprelin 3 une kimi geden doyus Doyus Ermenistan Silahli Quvvelerinin Azerbaycanin Kelbecer rayonunu isgal etmesi ile neticelenmisdir Kelbecer doyusuKelbeceri terk eden azerbaycanli qacqinlarTarix 27 mart 3 aprel 1993Yeri Kelbecer rayonu AzerbaycanNeticesi Ermenistanin qelebesiMunaqise terefleriErmenistan Dagliq Qarabag separatcilari Xarici desteler Rusiya AzerbaycanKomandan lar Qurgen Dalibaltayan Samvel Babayan Monte Melkonyan Suret Huseynov Xan Tereflerin quvvesiNamelum Rusiyanin 128 ci herbi alayi NamelumItkilerOlu 100 Olu 200 Kelbecer rayonu Dagliq Qarabag Muxtar Vilayetinin DQMV terkibine daxil olmasa da Qarabag bolgesinin hissesi oldugundan Ermenistan ve Azerbaycan ordusu buraya gore bes il doyusmusler Doyus neticesinde ermeni qosunlari Dagliq Qarabag hududlarindan kenara cixmisdi DQMV ve Ermenistanin serhedleri arasinda yerlesen Kelbecer rayonuna bir nece kendler ve onun paytaxti Kelbecer aiddir Rusiya menbelerine gore Ermenistanda yerlesdirilen 128 ci alayin 7 ci Rusiya Ordusu dag qosunlari Kelbeceri blitzkriq emeliyyati ile ele kecirdi Ilk agir muqavimetden sonra Azerbaycan qosunlari tezlikle dagildi ve rayon merkezi 1993 cu il aprelin 3 de isgal olundu ZeminKelbecer rayonu bir nece kanyon ve Murovdag kimi taninan yuksek dag silsilesi ile ehate olunmusdur Dord istiqametde hucum eden ermeni quvveleri Kelbecer doyusunde 1900 kvadrat kilometrden cox erazini ele kecirdi Bu Ermenistani Dagliq Qarabagla elaqelendirdi ve Ermenistana yardim gondermek ucun ikinci dehliz acdi Qarabag muharibesi baslayan kimi hem serq hem de qerb terefden ermeni quvveleri ile ehate olunan Kelbecere ara sira hucumlar olurdu 1990 ci il iyul ayinin 11 de ermeni separatcilari terefinden Terter Kelbecer sernisin avtobusu partladaraq dinc ehali olan masin karvanina qarsi terror aksiyasi heyata kecirdi Terror hadisesi neticede 14 nefer helak oldu 35 nefer yaralandi 1992 ci ilin aprelin 8 de Kelbecerin Agdaban kendi ermeniler terefinden isgal olundu 39 nefer kend sakini qeddarcasina olduruldu 5 nefer girov goturuldu 100 den artiq ev yandirildi 1993 cu ilde Kelbecerin mudafiesini 701 sayli briqada teskil edirdi Briqadanin komandiri ehtiyatda olan polkovnik Ezizaga Qenizade idi 701 sayli briqada 20 sentyabr 1992 ci ilde 1993 ci il martin 30 na kimi Lacin rayonunun simal qerb hissesinde qarsisinda duran doyus tapsirigini yerine yetirib 1993 cu il fevral ayinin 15 de Agdere rayonunun isgali neticesinde briqada blokada veziyyetine dusdu 3 cu taborun terkibinde yalniz atici silahlarla silahlanmis 400 neferlik heyetin briqadanin tabeliyinden cixarildi Hemin tabor Azerbaycan Ermenistan dovlet serhedinin Kelbecer rayonu inzibati merkezi istiqametinde serhed xidmeti vezifelerini yerine yetirirdi 110 km lik Ermenistanla dovlet serhedinde teqriben her 10 km lik mesafeden bir 30 neferden ibaret serhed desteleri yerlesmisdi Onlara kicik texribat destelerini zerersizlesdirmek hevale olundu Kelbecer rayonunun Mudafie Surasi terefinden yerli cagiriscilardan ozunumudafie taboru teskil edilse de orada herbi mutexessisler yox idi Tez formalasdirilmis tabor tanklardan artilleriya ve minaatanlardan istifade eden ermenilerin herbi hissesinin hucumunu def etmek imkanina qadir olmadi Ezizaga Qenizadenin emri ile fevralin 14 de briqadanin 1 ci taboru 130 nefer Kelbecer rayonunun girisinde Cerektar kendi yaxinliginda elverisli movqede yerlesdirildi Kelbecer bolgesi1992 ci ilde Kelbecerden olan qacqin Kelbecer Ermenistanla kecmis Dagliq Qarabag Muxtar Vilayetinin qerb serhedi arasinda yerlesir Dik dag silsilesi arasinda yerlesen bolgenin muharibe vaxti ehalisi teqriben 45 000 60 000 nefer etnik azerbaycanlilar ve kurdlerden ibaret idi Kelbecerin isgali zamani Ermenistan Silahli Quvveleri terefinden 511 dinc sakin oldurulub 321 nefer ise esir goturulub ve itkin dusub 53 minden artiq insan oz dede baba torpaqlarindan qovulub Isgal neticesinde Kelbecerde 130 yasayis menteqesi ermenilerin nezaretine kecib 97 mekteb 9 usaq bagcasi 116 kitabxana 43 klub 42 medeniyyet evi 9 xestexana 13 000 ferdi menzil dagidilib 37 852 ha mese sahesi tebii ehtiyatlar o cumleden zengin qizil yataqlari talan edilib 1993 cu ilin hesablarina gore Kelbecerin xalq teserrufatina 703 milyard 528 milyon rubl ziyan vurulub 2019 cu ilde Kelbecer rayonunun ehalisi Azerbaycanin 56 rayon ve seherinin 707 yasayis menteqesinde qacqinliq seraitinde yasayirdi DoyusGuclu muqavimet Mart ayinin sonlarinda meglubiyyete ugramis Azerbaycan herbi quvveleri bolgeden mulki sexsleri simalda yerlesen Yevlax seherine ve Azerbaycanin ikinci boyuk seheri olan Genceye kocurmusdu Ermeniler dord istiqametden Kelbecere girmek ucun bir nece yuz neferlik bir deste toplamisdilar Melkonyanin ozune tabe Qarabag ve tanklardan ibaret destesi cenub serqden Vardenis seherinden yuz elli neferlik deste qerbden ucuncu quvve simaldaki Agdaban kendinden ve esas hucum quvvesi Narinclar kendinden hucum etmeli idi Martin 26 da ermeniler 1 alay tank PDM 3 eded doyus vertolyotunun havadan desteyi ile siddetli artilleriya hazirligindan sonra Getavan Cerektar istiqametinde hucuma kecdiler Mudafie movqelerinde duran 1 ci motoatici tabor MAT ermenilerin coxsayli ustunluyune baxmayaraq hucumu def etdi Bu doyusde ermenilerin bir tanki iki PDM bir helikopteri 50 nefere qeder sexsi heyeti mehv edilmisdi Birinci taborun 5 doyuscusu helak olub 6 neferi yaralanmisdi Martin 27 si seher saat 09 00 da Monte Melkonyanin iki tabora qeder canli quvvesi D 30 artilleriya divizionu iki minaatan batareya zenit batareyasi tank boluyu 10 qeder PDM in ates desteyi ile artilleriya hazirligindan sonra Kelbecer ozunumudafie 1 ci boluyunun movqelerine hucuma kecerek Agdaban yasayis menteqesini isgal etdi Saat 11 00 da geri cekilen 1 ci ozunumudafie boluyu Baglipeye yasayis menteqesi qarsisinda mudafie ucun movqelendi Saat 12 00 da ermeniler MI 24 vertolyotlarinin atesile 1 ci MAT mudafie rayonuna zenit toplarinin ates movqelerine havadan zerbe endirmekle hucuma kecdi 1 ci Tabor ermenilerin hucumunu ikinci defe def etdi Zenit batareyasinin topcularindan 3 nefer helak oldu 2 nefer yaralandi Saat 17 00 da ermeniler 1 ci taborun mudafie rayonuna yene de hemle etdi 1 ci Tabor mutesekkil hereket ederek oz movqelerini qoruyub saxladi Lakin ermeniler aciq cinahi mueyyenlesdirdi Onlar 701 ci Briqadani sol cinahdan yandan kecerek heyat ehemiyyetli Kelbecer Agdere Lacin Kelbecer yol baglantisini ele kecirmek meqsedile mudafienin derinliyine ireliledi Yaranmis emeliyyat durumu ile elaqedar olaraq E Qenizadenin emri ile bir zirehli deste Lacinda geden doyuslerden cixarilaraq Kelbecere gonderildi 28 mart saat 15 00 da Melkonyanin quvveleri Baglipeye yasayis menteqesinin simalindan 1 ci ozunumudafie boluyunun movqelerine hucuma kecdi ve Azerbaycan silahli destelerini darmadagin etdi Kelbecer rayonu 1 ci ozunumudafie boluyu oz fealiyyetini bitirdi Saat 17 30 da ermeni quvveleri Lacin rayonundan Baglipeye istiqametinde irelileyen zirehli destesinin movqelenmesine imkan vermeden isgal etdiyi hakim yuksekliklerden faydalanaraq hucuma kecdi Zirehli deste 2 PDM 4 sehid 5 nefer yarali itki vermekle geri cekildi Saat 19 00 da 2 tank 3 PDM 20 nefer esger quvve ile heyat ehemiyyetli Kelbecer Agdere Lacin yol baglantisi ve Tunel qarsisinda zirehli deste mudafie movqelerinde movqelendi Ermeni terefi 1 ci MAT un arxasina cixdi onu esas quvvelerden ayirdi Tabor muhasireye dusmemek meqsedile Agqaya Tunel istiqametinde geri cekilmek emri aldi 29 mart saat 15 00 da Melkonyanin quvveleri Keciliqaya Mercimek Zulfuqarli yasayis menteqeleri istiqametinde hucuma kecerek Kelbecer fedailerin 2 ci ve 3 cu hazirliqsiz ozunumudafie boluklerini darmadagin etdi Saat 11 00 da veziyyet kritik hedde catmisdi 1 ci Ordu Korpusunun komandiri general Necmeddin Sadiqov cebhenin yarilmis sahesine Tunel movqelerine gelerek veziyyetle yerinde tanis oldu Saat 13 00 da Baki seherinden mecburi toplanmis 75 nefer qenc esger Tunel movqeyine getirildi Onlar telim gormemis komandirleri olmayan bir birini tanimayan silahdan istifade etmeyi bacarmayan silahlari ve sursatlari paylanmamis ve esgerlere tehkim edilmemisdi Briqadanin komandanligi esgerlere silahlari paylanmasini onlardan istifade etmeyin oyredilmesini kicik komandirleri teyin edilmesini 15 deqiqe erzinde doyus hazirligi kecmeyi ve Mercimek yasayis menteqesinin movqelerde yerlesdirilmesini temin etdi Saat 15 00 da 1 ci Taborun 30 esgeri muhasireden cixib Tunel sahesine geldi Saat 16 00 da Veng yasayis menteqesi istiqametinde irelilemek ve elverisli movqede pusqu qurmaq barede general N Sadiqov sexsen serencam verir Muhasireden cixan 1 ci taborun 30 esgeride bu tapsirigi yerine yetirilmesine celb edildi Saat 16 00 da Baki seherinden toplanmis 50 nefer genc esger Tunel movqeyine getirildi Doyuse hazirliq ermenilerin minaatanlarin ve toplarin atesi altinda gedirdi artiq bir nece esger o cumleden N Sadiqovun yaninda durmus rabitecisi de yaralanmisdi Saat 20 00 da ermeniler Veng yasayis menteqesi daxil olmaqla Terter cayinin cenub sahili boyu komeye gonderilen quvveleri muhasireye aldi ve onlari darmadagin etdi Martin 29 da gunun sonuna Taxtabasi Keciliqaya Mercimek Agqaya Baglipeye Cayqovusan Qaragol hududunu ele kecirdi ve 701 ci briqadanin 1 ci Taborunu esas quvvelerini geri cekilmeye macal vermeden muhasireye aldi Martin 30 da Kelbecerde veziyyet oz bohranli merhelesine catdi Mudafieni yarmis ermenilerin saxlanilmasi ve Zulfuqarli yasayis menteqesindeki Kilseli Zulfuqarli Kurdhaci vacib yol baglantisini ele kecirmesinin bununla da briqadanin yegane teminat ve hereket marsrutunu kesmesinin qarsisini almaq meqsedile Lacin rayonunun simalinda mudafie olunan 2 ci ve 5 ci taborlara Zulfuqarli yasayis menteqesi istiqametinde doyus ehtimali ile irelilemek ve Omer Tunel Zulfuqarli Lacin marsrutunu ermenilerden temizlemek tapsirigi verilmisdi Hemin vaxt artiq ermenile Azerbaycan Ermenistan dovlet serhedi boyu Qilincli Kelbecer ve Zod Demircidam istiqametde canli quvve ve texnika toplayaraq hucuma kecmeye hazirlasirdi Bu quvvelere qarsi bir birinden uzaq olduguna gore ates desteyi olmayan 100 kilometrlik dagliq erazide 10 zastavaya bolunmus serhed desteleri tab getire bilmirdi Ermeniler 40 neferlik Soyudlu ve serhed zastavalarina her birine terkibinde sexsi heyet 500 nefer esger bir nece tank ve 20 ye qeder PDM olan quvve ile hucum edirdi Hemleye meruz qalmis serhed destelerine qarsi quvve ve vasitelerin nisbeti 1 12 idi Kelbecer doyusunde 701 ci briqadaya qarsi coxsayli agir texnika ve silah sursatla silahlanmis ermeni ve rus birlesmeleri uc defe artiq 6 herbi alayi 1 tank taboru ve vertolyotlari doyusurdu Kelbecer ve Lacinda yerlesen briqada ve basqa bolmeler sag cinahdan Ermenistan serhedi boyunca ermeni ve rus ordu birlesmeleri cebhe ve sol cinahdan Qarabag ermeni ordusu ve ermeni birlesmeleri arxada ise kecilmez Murovdag silsilesi ehatesinde idi 30 mart saat 10 00 da Ermenistan ordusu Ermenistan Respublikasi erazisinden 2 ci cebheni acib ve dovlet serhedini pozaraq Kelbecer rayonuna hucuma kecdi Doyus zamani Azerbaycanin serhed desteleri ne quvve ne de vasitelerle bir birine qarsiliqli yardim ede bilmirdi Saat 11 00 da Mudafie Nazirliyi terefinden Kelbecere gonderilen tabor 80 nefer itirerek Tunel sahesinde darmadagin edilmisdi Kelbecer rayonunun yer sethinin muhum saheleri hakim yukseklikler ve Tunel ermeniler terefinden tutulmusdu Saat 12 00 da Soyudlu serhed zastavasi Ermenistan erazisinden tabora qeder quvve terefinden hucuma meruz qaldi Zastavanin heyeti serhedden cekilib elverisli yerlerde movqelendi Saat 16 00 da ermeniler Agdere Kelbecer istiqametinde Keciliqaya Comerd Bagirli Qanligol hududunu ele kecirmisdi Muhasireye dusen 1 ci taborun bir hissesi Ermenistan terefinden isgal olunmus Agdere rayonunun erazisi ile Terter rayonuna teref irelileyib muhasireden cixirdi Hemin gun Kelbecer rayonunun ehalisinin texliye edilmesi kocurulmesi haqqinda Azerbaycan Prezidenti Ebulfez Elcibeyin gosterisine uygun olaraq yerli ehalinin texliyesi baslandi Texliyeye Kelbecer ozunumudafie taborunun esgerleri de celb olundular ve daha mudafie doyuslerinde istirak ede bilmediler Butun kommunikasiya yollari ve yol baglantilarinda tesvise dusmus yerli ehalinin neqliyyat vasiteleri ve esyalari tixaclar emele getirdi Bu tixaclar oz novbesinde Azerbaycan ordusunun Kelbecer ve Lacin rayonu erazisinde manevr imkanlarini tamami ile hece endirdi Baki seherinden rayona vertolyotla Kelbecere doyusmek ucun getirilen hazirliqsiz desteler darmadagin edilerek yoxa cixmisdi Martin 30 da 701 ci briqadanin bolmeleri mudafie nazirinin emri ile Lacin rayonunun movqeleri terk edib onu teqib eden ermenilerin hucumlarini def ederek Kelbecer rayonuna geri cekilmeye basladi Lakin ermeniler gericekilmeni askar edib geri cekilen bolmeleri ozune celb ederek iflic etmek ve lengitmek meqsedile Lacin Kurdhaci yasayis menteqesi istiqametinde teqibe basladi Eyni zamanda Vardenis Kelbecer Qilincli Zod Seyidler Yansaq Tunel Qamisli Veng Yansaq istiqametlerinde taktiki cehetden vacib yol baglantilari ele kecirmek geri cekilen briqadanin geri cekilme yollarini kesmek bir birinden ayirib parcalamaq ve mehv etmek meqsedile hucuma kecdi 30 mart tarixinde Kelbecer Agdere istiqametinde Azerbaycan Silahli Quvvelerinin mudafie ucun terkibinde 2 tank 3 PDM ve 20 esger olan zirehli destesi qalmisdi 31 mart saat 16 00 da 701 ci Briqadanin bolmeleri Lacin rayonunun simalindaki movqeleri terk edib onu teqib eden ermenilerin hucumlarini def ederek Kelbecer rayonuna geri cekilirdi Ozleri ile apara bilmediyi doyus sursatlari ve texnika mehv edildi Gunun sonuna ermeniler Kelbecer rayon inzibati merkezi etrafdaki hakim yukseklikleri Keciliqaya Comerd Bagrli Qanligol hududunu ve Lacin Kelbecer marsrutu uzerindeki tuneli ele kecirdi Artiq bu seraitde 701 ci briqada muhasireni yararaq elverisli veziyyetde olan hakim yuksekliklerde movqelenmis ermenilerle qeyri beraber doyusler apararaq doyusun gedisini deyise bilmezdi Melkonyanin irelileyisi 1 aprel saat 10 00 da Dikyurd serhed zastavasi ermenilerin tabora qeder quvvesi terefinden hucuma meruz qaldi Zastavanin sexsi heyeti rayon merkezine geri cekilerek movqelendiler Saat 14 00 Lacin rayonundan cixmis 701 ci Briqadanin 4 cu Taboru terkibinde 100 nefer esgerle muhasireni doyuslerle daxilden yararaq Kelbecer Zod Agdere yol baglantisina cixdi Azerbaycan terefi Qamisli korpusune aparan Kelbecer Zod Omer Agdere yol baglantisi ve yol sahesi ele saxlanmasini isteyirdi Vacib yol baglantisini mudafie etmek ucun 701 ci briqadanin terkibinde zirehli qrupun 1 tank 2 PDM 15 nefer esgeri ve 4 cu taborun 100 neferlik yungul silahlarla silahlanmis sexsi heyeti vardi 4 cu tabor 75 esgerle Qamisli korpusu uzerindeki hakim Cicekli yuksekliyinde 1 tank 10 esger korpunun Zod Qamisli korpusu istiqametinde 2 PDM 30 esger Kelbecer Qamisli korpusu istiqametinde mudafie movqelerinde movqelendi Ermeni desteleri Tunel Qamisli Zod Qamisli Qilincli Qamisli istiqametlerinde hucuma kecdi Gun erzinde Cicekli yuksekliyi 3 defe elden ele kecdi Ermeniler 1 tank 1 PDM ve coxsayli itkiler vererek elde etdiyi movqelerde dayandirildi 701 ci briqadanin bolmeleri 7 sehid 12 nefer yarali verdi Sonuncu tekan Murovdag silsilesi ile Kelbeceri terk eden azerbaycanli qacqinlar 1993 cu il 2 aprel saat 10 30 da Melkonyanin desteleri sesucaldan ve radio rabitesi vasitesile saat 16 00 dek muqavimete son qoymaq ve teslim olmaq telebinin seslendirdi Ermeniler teslim olanlara heyatini saxlamaga muqavimet gosterenleri hamisini gullelemeye soz verirdiler Saat 11 30 da Briqada komandiri son durumu 1 ci ordunun komandiri general N Sadiqova meruze ederek ultimatum barede bildirir N Sadiqov panikaya dusmemeye gosteris verdi Saat 12 30 da ermenilerin kesfiyyat diversiya qrupu mudafienin derinliyinde 1815 yuksekliyinin simal qerb eteklerinde Kelbecer Qamisli Agdere yol baglantisi ve Qamisli yasayis menteqeleri arasi yol uzerinde elverisli movqelerde pusqu quraraq yol ile hereketi iflic etdi Saat 16 00 da ermeniler 4 cu taborun bolmelerini darmadagin edib yol uzerinde hakim olan Cicekli yuksekliyini ele kecirdi ve yola teref asagi enerek 701 ci briqadanin korpunu mudafie eden 1 tank ve 10 esgerlik quvvesine hucum etdi Saat 18 00 da 701 ci briqada komandirinin serencamimda 14 neferden ibaret sexsi heyet qalmisdi ve Qamisli korpusunu mudafie etmeye calisirdi Azerbaycan Ermenistan dovlet serhedi boyu serhedci vezifelerini yerine yetiren ve serhedi mudafie eden 3 cu taborun iki zastavasi Zeylik ve Yellice muhasirede qalmisdi Aprelin 2 de ermeniler 701 ci briqadanin Qamisli korpusunu mudafie eden 14 neferlik desteni darmadagin edildi ve briqadanin dusmenin derinliyinde muhasirede qalmis bolmeleri nezaretsiz erazilerle dusmen erazisinden sizib Murovdag silsilesini kecdi ve Togana yasayis menteqesinde yaradilmis qerargahda toplanmaga basladi Melkonyanin fikrince Azerbaycan quvvelerinin bir coxu avadanliqlarinin catismazligindan hucuma hazir deyildi Melkonyan destesinin altmis sekkiz nefere qeder azaldilmasina baxmayaraq Kelbecere ireli getmelerini emr etdi Aprelin 3 de ermeniler Lacin rayonunun simalini ve Kelbecer rayonunu isgal etdi Gunun sonuna Qarabagdaki ermeni birlikleri Azerbaycan ordusunun geri cekilen bolmelerini teqib ederek Omer asirimina cixdi ve Kelbeceri Gence ile birlesdiren yol ayricini ele kecirdi 4 aprel saat 03 00 da 701 ci briqadanin bolmeleri hucuma kecerek 26 nefer sehid 20 nefer yaralananlar itki vermekle Omer asirimi ermenilerden azad etdi Saat 13 00 da Omer asiriminin eteyine Mudafie Nazirliyinin terefinden iki briqada getirildi 5 aprelde Kelbecer seheri mudafiecilerinin seherinin merkezine sixilmis son ates noqteleri ermeniler terefinden susduruldu 7 aprelde Zeylik ve Yellice zastavalarinin sexsi heyeti Omer asiriminda muhasireni daxilden doyuslerle yarmaqla itkiler vererek muhasireden cixib Monte Melkonyanin boyuk qardasi Markar seher sakinlerini narahat eden muharibe yorgunlugunu izah edirdi Bir eli bandajli ve yanmis ayagi olan bir dusmen esgeri esseye minerek teslim olur Boyuk Veten Muharibesi medallari ile bezedilmis solgun godekcede olan bir yasli insan evini ebedi terk ederken aglayir Qara yazmada olan bir yasli qadin cubuqda cirilmis vereqe qoyaraq Monte ve Abo onun radio operatoru ile Azerbaycan turkcesinde salamlasir sonra qefleten Montenin ayaqlarini opmek ucun yere cokur Teeccublenen ve yondemsiz olan Monte geri cekilmeye calisir Yox deye o qisqirir Yox o refleksli olaraq eyilir ve qadini qolundan tutur Ne edirsiniz Anadolu Turkcesinde Hec vaxt bele etme deye sorusur Melkonyan paytaxtda bir sira seliqeli lakin parlaq vitrinler ve bir nece toyuq tapdi Seher sakinleri yolda qida ucun toyuqlari aparmamisdi Heyatin yegane basqa elameti seherin merkezinden kecen yolun bos ortasinda bir BMP idi Xarici videoEhalinin Kelbecerden helikopterle texliye olunmasi Doyus ucun Melkonyanin kontingenti vaxtinda catmasa da bolgenin paytaxti isgal olunmusdu Bezi teserrufat heyatindan basqa seher esasen terk edilmisdi Ermeniler Qarabagdan Ermenistana qeder uzanan bir erazini umumilikde 3000 kvadrat kilometr erazini ele kecirmisdi Bir cox azerbaycanli qacqin Murovdag silsilesinin Omer asirimindan kecerken donaraq olmusdu Son helikopterler aprelin 1 de yola dusdukden sonra onlar dondurucu temperaturda guclu qarli yerlerden kecmeye mecbur oldular Yevlax ve Daskesende yerlesen dusergelerde 39 mine yaxin mulki sexs var idi Munaqise zonasindan qacqinlari ve yaralilari getiren dord azerbaycanli Mi 8 helikopteri qezaya ugramisdi helikopterlerden sonuncusu ise ermeni quvveleri terefinden vurulmusdu Human Rights Watch arasdirmalarinda Kelbecer hucumu zamani ermeni quvvelerinin coxsayli muharibe qaydalarini pozdugunu mulki ehalinin zorla xaric edilmesini cezasiz ates ve girov goturulmesini heyata kecirtdiyini qeyd edirdi ReaksiyaBeynelxalq teskilatlar Kelbecer doyusune gore Qarabagda ve Ermenistanda olan ermenileri tenqid etdi Azerbaycan prezidenti Ebulfez Elcibeyin bas meslehetcisi Vefa Quluzade iddia edirdi ki Ermenistanda yerlesen Rusiyanin 128 ci alayindan yardim geldiyi ucun bolge cox asanliqla Ermenistan terefinden isgal olundu Emeliyyatin komandiri Qurgen Dalibaltayan bunu tekzib ederek qeyd etmisdi ki Moskva yeni Rusiya hokumeti Ermenistanin herbi emeliyyatlara tam nezaret etmirdi Ermenistanin qerb qonsusu olan Turkiye serhedlerinden gelen humanitar yardimi dayandirdi ABS hucumu pisleyerek Ermenistan hokumetine keskin cavab verib musayiet mektubu gonderdi 30 aprel 1993 cu ilde Turkiye ve Pakistan Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasinin bolgedeki ermenileri Kelbecerden ve Azerbaycanin diger erazilerinden derhal cekilmesini teleb eden 822 sayli qetnamesine destek verdi Turkiye Prezidenti Turqut Ozal Azerbaycan terefini herbi mudaxile etmeye cagirdi ve aprelin 14 de kecmis Sovet respublikalarina qastrol seferine cixdi Iran da Azerbaycandaki cox sayda qacqinin oz serhedlerine dogru cenuba qacdigi ucun hucumu pislemisdi Dusmen hucumlarina son qoymaq ucun mayin 6 da ABS Rusiya ve Turkiye Kelbecer bolgesinden Ermenistan qosunlarinin cixarilmasi cagirisini tekrarladi ve her iki terefi resmi sulh danisiqlarina cagirdi IstinadlarDeRouen Karl R Heo Uk Civil Wars of the World Major Conflicts Since World War II Volume 2 Santa Barbara CA ABC CLIO Inc 2007 seh 151 ISBN 1 85109 919 0 DeRouen and Heo Civil Wars of the World p 152 karabakhmedia az karabakhmedia az 2020 02 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 02 26 Kelbecerin ermeniler terefinden isgalindan 26 il kecir 1news az 1news az 2020 10 30 tarixinde Istifade tarixi 26 fevral 2020 Azerbaijan Seven years of conflict in Nagorno Karabakh New York Human Right Watch 1994 35 54 ISBN 1 56432 142 8 2021 11 29 tarixinde Istifade tarixi 2020 02 26 Melkonian My Brother s Road 243 244 Melkonian My Brother s Road 244 Melkonian My Brother s Road 247 A videotape shot during the fighting showed an encounter where an Armenian BMP fired a shell at Azeri troops covering behind a gas tanker The shell hit the tanker and engulfed several dozen fighters in flames After the battle ended the videotape showed the Ganja intersection strewn with dead bodies with Monte pointing down the road remarking The farther you go down this road the more corpses you ll find Melkonian My Brother s Road 248 Melkonian My Brother s Road 249 Attacks in Caucasus Bring New Tide of Refugees The New York Times Murov Pass Kelbajar Azerbaijan 1993 04 07 2014 03 16 tarixinde Istifade tarixi September 19 2006 Hunter The Transcaucasus in Transition 88 Time 1993 04 19 2010 10 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 05 11 David Binder U S Rebukes Armenia on New Drive in Caucasus The New York Times 1993 04 07 2016 03 04 tarixinde Istifade tarixi 2010 05 11 Turk Says Russia Is Tangled in Caucasus War The New York Times 1993 04 15 2016 03 03 tarixinde Istifade tarixi 2010 05 11 Ozal s reasoning was based on his belief that the Russians had too great a role in the conflict Iranians Deliver a Warning To Azerbaijan and Armenia The New York Times 1993 04 13 2018 01 17 tarixinde Istifade tarixi 2007 09 21 Azerbaijan Armenia take steps toward cease fire in enclave Chicago Tribune 1993 05 07 Xarici kecidlerKelbeceri mudafiesiz buraxanlarin izinde Kelbecerin mudafiesi ucun ne etdiniz Ehtiyatda olan polkovnik Doyusen briqadani isgal olunmus rayona gondermek herbi cinayet idi 2014 07 11 at the Wayback Machine Kelbecer nece isgal olundu doyuscu zabit SOK FAKTLAR aciqladi ILK DEFE