Jan Kalvin (10 iyul 1509, Nyayon[d], Fransa krallığı – 27 may 1564, Cenevrə, Cenevrə Respublikası[d]) — XVI əsrin məşhur din islahatçısı, Kalvinizm təriqətinin banisi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Jan Kalvin | |
---|---|
fr. Jean Calvin | |
Doğum tarixi | 10 iyul 1509 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 may 1564(54 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | sepsis |
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı, din xadimi[d], reformasiyaçı[d], pastor[d], vəkil, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Gəncliyi
10 iyul 1509-cu ildə Fransanın Pikardiya əyalətinin şəhərində vəkil ailəsində doğulmuşdur. Jan əvvəlcə keşiş olmaq arzusuna düşmüş, lakin ixtisasca hüquqşünas olan atasının təkidi ilə on dörd yaşında Parisə hüquq təhsili almağa yollanmışdır. Burada on səkkiz yaşınadək kilsədə vaiz vəzifəsində çalışmışdır. Təhsilini təkmilləşdirmək üçün Parisdən Orleana, oradan da Burja getmişdir. Burada məşhur hüquqşünas Andrea Alsianın rəhbərliyilə Roma hüququnu öyrənmişdir. Başqa bir müəllim Melxior Volmardan isə humanitar elmlər üzrə təhsil almışdır. Atasının vəfatından sonra hüquq təhsilini yarımçıq qoyaraq Nuayona qayıtmış, oradan da Parisə dönmüşdür.
Protestanizmə qoşulması
Müəllimi Volmarın məsləhəti ilə ilahiyyat təhsilini almış və ilk elmi əsərini- Senekanın "Mülayimlik haqqında" traktatına şərh yazmışdır. Təxminən həmin dövrdə protestantlığı qəbul etmişdir. O, Paris Universitetinin rektoru Nikolə Kopa üçün "Xristian fəlsəfəsi" adlı nitq yazmışdır. Rektor bu nitqi söylədikdən sonra onun həbsi haqqında qərar çıxarılmışdır. Kalvin cənuba, sonra isə Bazel şəhərinə qaçmağa məcbur olmuşdur. Bazeldə "Xristian inancı üçün təlimat" əsərini yazmışdır. 1536-cı ildə Cenevrəyə köçmüş, orada yerli protestant icmasının yaradılmasında fəal iştirak etmişdir. Bir il sonra "Katexezis" adlı protestant əqidəsinin qısa izahını yazmışdır. Sonra hakimiyyətə islahat əleyhdarlarının gəlməsi nəticəsində işdən qovulmuş və Strasburqa gəlib burada Akademiyada və kilsədə çalışmışdır. 1541-ci ildə isə Cenevrə şurasının təklifini qəbul edərək geri dönmüşdür. Kalvin şuraya şəhər idarəsinə dair planını təklif etmiş və bu plan qəbul olunmuşdur. Beləliklə, bu dövrdən etibarən, Cenevrə teokratik dövlətə çevrilmişdir. Bütün hakimiyyət Kalvinin başçılıq etdiyi kiçik Şurada cəmlənmişdir. Bu hadisələrə görə ona hətta "Cenevrə Papası" adı verilmişdir.
Hakimiyyəti və ölümü
O, çox sadə həyat sürmüşdür. 1559-cu ildə onun təşəbbüsü ilə hazırlanması üçün ali məktəb-Cenevrə Akademiyası təsis olunmuşdur. 1564-cü ilin fevralın 6-da kilsədə moizə edərkən Kalvinin halı qəflətən pisləşmiş və uzun sürən xəstəlikdən sonra mayın 27-də vəfat etmişdir. Vəsiyyətnaməsinə əsasən onun qəbri üzərində məqbərə tikilməmiş və vaxt keçdikcə tamamilə itmişdir.
Fəaliyyəti
Kalvinin özündən sonra qoyduğu irs son dərəcə genişdir. O, Bibliyanın bütün kitablarına şərhlər yazmış, çoxlu pamflet, ilahiyyat traktatları və polemik əsərlərin müəllifi olmuşdur.
Jan Kalvinin qurduğu kilsə, əsasən rasionalizm tərəfdarı kimi çıxış edir və mistisizmi bir çox hallarda inkar edirdi. Kalvinizmi digər xristian istiqamətlərindən ayıran əsas fikir "Tanrının hər yerdə olan mütləq hakimiyyəti" tezisidir.
O yazırdı: "Bizim bütün hörmətəlayiq və sədaqətli müdrikliyimiz iki əsas hissədən ibarətdir. Tanrını tanımaq və özümüzü tanımaq". Kalvinə görə bu iki amil bir-biri ilə sıx bağlı olsa da, birinciliyi həmişə Tanrını tanımağa vermək lazımdır. O buna "dini toxum" adı vermiş və yazırdı ki, bu toxum bütpərəstlər də aid olmaqla hər insanda əkilmişdir. Lakin bu kifayət deyildir və bunun səbəbi insanın Tanrıdan uzaq olmasıdır. Buna görə də ilahiyyat haqda zəruri bilgiləri birbaşa yalnız Tanrının sözləri həkk olunan Müqəddəs yazılardan almaq mümkündür. Yalnız Tanrı bizi vəhyin düzgün mənasına apara bilər. Kalvinin "xilas haqda doktrina"sının mərkəzində Müqəddəs Ruh durur. Onun fikrinə görə insanın ruhunu yalnız Müqəddəs Ruhun köməyi ilə qurtarmaq mümkündür. O, imanı artırır, Tanrını tanımağa kömək edir və İsa ilə birləşməyə yardımçı olur. Kalvin hesab edirdi ki, Müqəddəs Ruh tövbə etməyə vadar edir və əsası fədakarlıqdan, dua etməkdən, əbədi həyatı gözləməkdən ibarət olan əsl xristian həyatına başlamaqda yardımçı olur. Bununla da insanın nəzərində Tanrının rolu getdikcə böyüyür və insan özü isə kiçilir. Protestant müəllifləri arasında yalnız Kalvin qəti olaraq bildirmişdi ki, xristian həyatının əsas məqsədi Tanrının ilahiyyat elmi tərəfindən tanınması deyil, Onun əmrlərinə qeyd-şərtsiz tabelikdir.
Kalvin kilsənin qurulmasına da xeyli diqqət ayırmışdır. Onun düşüncəsinə görə kilsə iman obyekti deyil, bütün dindarların toplandığı məkandır. Kalvinə görə kilsə əsasən, onun xadimlərində təcəssüm edir Onlar da xalqa moizə və yüksək nizam-intizam sayəsində təsir imkanı qazanırlar. Yalnız Tanrı sözü sayəsində kilsə əsl dindarlar yığıncağına çevrilir. O, belə hesab edirdi ki, Katolik kilsəsi bu tələblərə cavab vermir.
Kalvin dövlət hakimiyyətini də mühüm ünsür hesab edirdi. Dövlətin yaranması ilk günahın nəticəsi deyil. O, Tanrının insanlara duyduğu xoş hisslərin təcəssümüdür. Dövlətin funksiyası on əmrin icra olunması kimi başa düşülən qanunların və nizam-intizamın qorunmasından ibarətdir. Kalvin xristianların dövlət idarəsində iştirakını təkid edirdi. Onlar hakimlərə itaət etməli, hətta onların zülmə tabe olmalı idi. Lakin Kalvin hakimiyyətin aşağı pillələrində duran şəxslərin özünümüdafiə hüququnu da tanıyırdı. Daha sonra bu ideyanın "daxilindən" insan hüquqlarına dair fikirlər götürülmüşdü.
Tənqidi
Jan Kalvin Cenevrədə hakimiyyətdə olduğu müddətdə buranı tamamilə qatı dini, dözümsüz dövlətə çevirmişdi. Hər növ əyləncələr qadağan edilmiş, teatrlar bağlanmış, hətta uşaqlara ad qoymaq işi də valideynlərdən alınaraq şəhər şurasına verilmişdi. Cəmiyyətdə qorxu və nəzarət rejimi bərqərar olmuşdu. Küfr cinayəti üstündə həbs edilən və edama məhkum olunan şəxslərin sayı həddindən artıq idi. 1542–1546-cı illərdə 58 nəfər edam edilmişdi, bunların arasında valideynlərini vuran bir azyaşlı uşaq da olmuşdur. Kalvin müxaliflərinə qarşı da amansız idi. 1553-cü ildə o, fikir düşməni olduğu, daha sonra da bu düşmənçiliyin şəxsi məcraya keçərək böyüdüyü ispaniyalı həkim və ilahiyyatçı Migel Serveti yaxalayaraq, tonqalda yandırılmasını təşkil etmişdi. Bu tipli dözümsüzlük halları onu tənqid etmək üçün ən əsas səbəblərdəndir.
Təzadlı fəaliyyətinə baxmayaraq, Kalvin, müasir insan hüquqları və Qərbdə liberal-demokratik düşüncə tərzinin inkişafına təsirilə fərqlənən din xadimidir.
Həmçinin bax
İstinadlar
- Cohen S. G., Cohen S. G. John Calvin (1509-1564) French churchman and religious reformer (ing.). // Allergy proceedings : the official journal of regional and state allergy societies. Providence: OceanSide, 1995. Vol. 16, Iss. 5. P. 276–278. ISSN 1046-9354 PMID:8566743
- Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
- Mathematics Genealogy Project (ing.). 1997.
- Кальвин Жан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- https://books.google.ru/books?id=Vknr2VQSif8C&pg=PA66.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Jan Kalvin 10 iyul 1509 Nyayon d Fransa kralligi 27 may 1564 Cenevre Cenevre Respublikasi d XVI esrin meshur din islahatcisi Kalvinizm teriqetinin banisi Adi tarixde 100 en cox oyrenilmis sexsiyyetler siyahisina daxil edilib Jan Kalvinfr Jean CalvinDogum tarixi 10 iyul 1509Dogum yeri Nyayon d Fransa kralligiVefat tarixi 27 may 1564 54 yasinda Vefat yeri Cenevre Cenevre Respublikasi d Vefat sebebi sepsisTehsili Orlean UniversitetiFealiyyeti ilahiyyatci din xadimi d reformasiyaci d pastor d vekil yazici Vikianbarda elaqeli mediafayllarHeyatiGencliyi 10 iyul 1509 cu ilde Fransanin Pikardiya eyaletinin seherinde vekil ailesinde dogulmusdur Jan evvelce kesis olmaq arzusuna dusmus lakin ixtisasca huquqsunas olan atasinin tekidi ile on dord yasinda Parise huquq tehsili almaga yollanmisdir Burada on sekkiz yasinadek kilsede vaiz vezifesinde calismisdir Tehsilini tekmillesdirmek ucun Parisden Orleana oradan da Burja getmisdir Burada meshur huquqsunas Andrea Alsianin rehberliyile Roma huququnu oyrenmisdir Basqa bir muellim Melxior Volmardan ise humanitar elmler uzre tehsil almisdir Atasinin vefatindan sonra huquq tehsilini yarimciq qoyaraq Nuayona qayitmis oradan da Parise donmusdur Protestanizme qosulmasi Muellimi Volmarin mesleheti ile ilahiyyat tehsilini almis ve ilk elmi eserini Senekanin Mulayimlik haqqinda traktatina serh yazmisdir Texminen hemin dovrde protestantligi qebul etmisdir O Paris Universitetinin rektoru Nikole Kopa ucun Xristian felsefesi adli nitq yazmisdir Rektor bu nitqi soyledikden sonra onun hebsi haqqinda qerar cixarilmisdir Kalvin cenuba sonra ise Bazel seherine qacmaga mecbur olmusdur Bazelde Xristian inanci ucun telimat eserini yazmisdir 1536 ci ilde Cenevreye kocmus orada yerli protestant icmasinin yaradilmasinda feal istirak etmisdir Bir il sonra Katexezis adli protestant eqidesinin qisa izahini yazmisdir Sonra hakimiyyete islahat eleyhdarlarinin gelmesi neticesinde isden qovulmus ve Strasburqa gelib burada Akademiyada ve kilsede calismisdir 1541 ci ilde ise Cenevre surasinin teklifini qebul ederek geri donmusdur Kalvin suraya seher idaresine dair planini teklif etmis ve bu plan qebul olunmusdur Belelikle bu dovrden etibaren Cenevre teokratik dovlete cevrilmisdir Butun hakimiyyet Kalvinin basciliq etdiyi kicik Surada cemlenmisdir Bu hadiselere gore ona hetta Cenevre Papasi adi verilmisdir Hakimiyyeti ve olumu O cox sade heyat surmusdur 1559 cu ilde onun tesebbusu ile hazirlanmasi ucun ali mekteb Cenevre Akademiyasi tesis olunmusdur 1564 cu ilin fevralin 6 da kilsede moize ederken Kalvinin hali qefleten pislesmis ve uzun suren xestelikden sonra mayin 27 de vefat etmisdir Vesiyyetnamesine esasen onun qebri uzerinde meqbere tikilmemis ve vaxt kecdikce tamamile itmisdir FealiyyetiInstitutio christianae religionis 1597 Kalvinin ozunden sonra qoydugu irs son derece genisdir O Bibliyanin butun kitablarina serhler yazmis coxlu pamflet ilahiyyat traktatlari ve polemik eserlerin muellifi olmusdur Jan Kalvinin qurdugu kilse esasen rasionalizm terefdari kimi cixis edir ve mistisizmi bir cox hallarda inkar edirdi Kalvinizmi diger xristian istiqametlerinden ayiran esas fikir Tanrinin her yerde olan mutleq hakimiyyeti tezisidir O yazirdi Bizim butun hormetelayiq ve sedaqetli mudrikliyimiz iki esas hisseden ibaretdir Tanrini tanimaq ve ozumuzu tanimaq Kalvine gore bu iki amil bir biri ile six bagli olsa da birinciliyi hemise Tanrini tanimaga vermek lazimdir O buna dini toxum adi vermis ve yazirdi ki bu toxum butperestler de aid olmaqla her insanda ekilmisdir Lakin bu kifayet deyildir ve bunun sebebi insanin Tanridan uzaq olmasidir Buna gore de ilahiyyat haqda zeruri bilgileri birbasa yalniz Tanrinin sozleri hekk olunan Muqeddes yazilardan almaq mumkundur Yalniz Tanri bizi vehyin duzgun menasina apara biler Kalvinin xilas haqda doktrina sinin merkezinde Muqeddes Ruh durur Onun fikrine gore insanin ruhunu yalniz Muqeddes Ruhun komeyi ile qurtarmaq mumkundur O imani artirir Tanrini tanimaga komek edir ve Isa ile birlesmeye yardimci olur Kalvin hesab edirdi ki Muqeddes Ruh tovbe etmeye vadar edir ve esasi fedakarliqdan dua etmekden ebedi heyati gozlemekden ibaret olan esl xristian heyatina baslamaqda yardimci olur Bununla da insanin nezerinde Tanrinin rolu getdikce boyuyur ve insan ozu ise kicilir Protestant muellifleri arasinda yalniz Kalvin qeti olaraq bildirmisdi ki xristian heyatinin esas meqsedi Tanrinin ilahiyyat elmi terefinden taninmasi deyil Onun emrlerine qeyd sertsiz tabelikdir Kalvin kilsenin qurulmasina da xeyli diqqet ayirmisdir Onun dusuncesine gore kilse iman obyekti deyil butun dindarlarin toplandigi mekandir Kalvine gore kilse esasen onun xadimlerinde tecessum edir Onlar da xalqa moize ve yuksek nizam intizam sayesinde tesir imkani qazanirlar Yalniz Tanri sozu sayesinde kilse esl dindarlar yigincagina cevrilir O bele hesab edirdi ki Katolik kilsesi bu teleblere cavab vermir Kalvin dovlet hakimiyyetini de muhum unsur hesab edirdi Dovletin yaranmasi ilk gunahin neticesi deyil O Tanrinin insanlara duydugu xos hisslerin tecessumudur Dovletin funksiyasi on emrin icra olunmasi kimi basa dusulen qanunlarin ve nizam intizamin qorunmasindan ibaretdir Kalvin xristianlarin dovlet idaresinde istirakini tekid edirdi Onlar hakimlere itaet etmeli hetta onlarin zulme tabe olmali idi Lakin Kalvin hakimiyyetin asagi pillelerinde duran sexslerin ozunumudafie huququnu da taniyirdi Daha sonra bu ideyanin daxilinden insan huquqlarina dair fikirler goturulmusdu TenqidiJan Kalvin Cenevrede hakimiyyetde oldugu muddetde burani tamamile qati dini dozumsuz dovlete cevirmisdi Her nov eylenceler qadagan edilmis teatrlar baglanmis hetta usaqlara ad qoymaq isi de valideynlerden alinaraq seher surasina verilmisdi Cemiyyetde qorxu ve nezaret rejimi berqerar olmusdu Kufr cinayeti ustunde hebs edilen ve edama mehkum olunan sexslerin sayi heddinden artiq idi 1542 1546 ci illerde 58 nefer edam edilmisdi bunlarin arasinda valideynlerini vuran bir azyasli usaq da olmusdur Kalvin muxaliflerine qarsi da amansiz idi 1553 cu ilde o fikir dusmeni oldugu daha sonra da bu dusmenciliyin sexsi mecraya kecerek boyuduyu ispaniyali hekim ve ilahiyyatci Migel Serveti yaxalayaraq tonqalda yandirilmasini teskil etmisdi Bu tipli dozumsuzluk hallari onu tenqid etmek ucun en esas sebeblerdendir Tezadli fealiyyetine baxmayaraq Kalvin muasir insan huquqlari ve Qerbde liberal demokratik dusunce terzinin inkisafina tesirile ferqlenen din xadimidir Hemcinin baxMigel ServetIstinadlarCohen S G Cohen S G John Calvin 1509 1564 French churchman and religious reformer ing Allergy proceedings the official journal of regional and state allergy societies Providence OceanSide 1995 Vol 16 Iss 5 P 276 278 ISSN 1046 9354 PMID 8566743 Historische Lexikon der Schweiz Dictionnaire historique de la Suisse Dizionario storico della Svizzera alm Bern 1998 Mathematics Genealogy Project ing 1997 Kalvin Zhan Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 https books google ru books id Vknr2VQSif8C amp pg PA66