I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir.
I Şah Səfi | |
---|---|
شاه صفی | |
28 yanvar 1629 – 12 may 1642 | |
Əvvəlki | I Şah Abbas |
Sonrakı | II Şah Abbas |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | Kaşan |
Vəfat səbəbi | Həddindən artıq doza[d] |
Dəfn yeri | Fatimə Məsumə ziyarətgahı, Qum |
Fəaliyyəti | İran şahı |
Atası | Məhəmməd Bağır Mirzə |
Anası | Dilaram Sultan |
Həyat yoldaşları | Anna Xanım |
Uşağı | II Şah Abbas |
Ailəsi | Səfəvilər |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə , anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır.
Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
Taxta çıxdığı zaman yaşı az olduğuna görə Sarı Tağı xan ona lələ (atabəy) təyin edilmişdi. Sarı Tağı dövlətin idarə edilməsində çox bacarıqlı şəxs idi, eyni zamanda həm də qəddar və sərt insan idi.
Daxili siyasəti
Səfi Mirzənin oğlu Sam Mirzə Şah Abbasın oğul nəslindən qalmış yeganə şəxs idi. Şah yalnız onun səltənətinə ümid bağlaya bilərdi. Atasının qatilinin babası Şah Abbasın nahaq istəklərdə olduğunu düşünən bu gənc səltənətə gəldikdən sonra özünə atasının adını götürdü və "Şah Səfi" ləqəbi ilə məşhurlaşdı. On səkkiz yaş astanasında olan Şah Səfi on dörd ilə yaxın Səfəvi dövlətinin idarəçiliyini əlində saxladı. Səltənətinin başlanğıcı h.q. 1038-ci ilin cəmadiyus-sani ayına, şahın ölümü isə h.q. 1052-ci ilin səfər ayına (Kaşanda) təsadüf etdi. Ölümündən sonra onun qəbrinin gizli qalması üçün üç cəsədi müxtəlif yerlərə birini Nəcəfə, birini Məşhədə və birini də Quma göndərdilər.
Şah Səfi və Səfəvi sülaləsi
O göstəriş verdi ki, Ələmutda yaşayan Məhəmməd Mirzə və İmamqulu adlı iki kor əmisini qalanın başından atsınlar. Onun dəlili bu idi ki, "kor olduqları üçün vücudları faydasızdır". Bunlardan əlavə İmamqulu Mirzənin oğlu Nəcəfqulu Mirzə, eləcə də Süleyman Mirzə Şah Səfinin göstərişi ilə öldürüldülər. Həmçinin Mirzə Möhsün Rəzəvinin oğlu və Şah Abbasın qız nəvəsi Əbülqasim Mirzə h.q. 1041-ci ildə Şah Səfinin göstərişi ilə kor edildi. Eləcə də Şah Abbasın digər bir qız nəvəsi Şahın göstərişi ilə Məşhədin hakimi Mənuçehrin vasitəsi ilə kor edildi.
Şah Abbasın cəbbəxana rəisi İsaxanın həyat yoldaşı olan digər bir qızı Zübeydəxanımın üç uşağı h.q. 1041-ci ildə Şah Səfinin göstərişi ilə öldürüldü. Şah sonradan onun ərini də öldürdü. Həmçinin Şah Abbasın öz zamanda etimadud-dövlə olmuş digər kürəkəni Xəlifə Sultanın dörd uşağının gözü Şah Səfinin göstərişi ilə kor edildi. Şah Abbasın sədrlərindən olmuş digər bir kürəkəni, qızı Hura bəyimin əri Mirzə Rəzinin də dörd uşağının gözü elə həmin il kor edildi.
Şah Abbas zamanının ən böyük əmirlərindən biri Allahverdi xanın oğlu İmamqulu xan olub. Fars sahillərinin Fars körfəzinə kimi olan məntəqələrinin hakimiyyəti illərlə bu ata-balanı əlində olub. Onlar hakimiyyətdə olduqları illərdə Səfəvi sülaləsinə çox xidmətlər göstəriblər və çoxlu sərvət toplayıblar. Əvvəlcə Qarabağın hakimi İmamqulu xanın qardaşı Davud xan müxalifət etməyə başladı və ondan sonra Gürcüstanın hakimi ilə birləşərək Şah Səfiyə qarşı qiyam qaldırmaq istədi. Onun ümidi qardaşı İmamqulu xana idi. İmamqulu xanın Səfiqulu xan adlı bir oğlu da var idi. Deyilənlərə görə bu oğlan Şah Abbasın oğlu olub. Belə ki, onun anası Şah Abbasın kənizi olub və Şah onu İmamqulu xana bağışlayıb. Altı aydan sonra isə Səfiqulu dünyaya gəlib.
Bütün Səfəvi şahzadələrini öldürmüş Şah Səfi bu şəxsin sultan kimi təqdim olunmasından qorxaraq Farsın bəylərbəyi olan İmamqulu xanı öldürmək qərarına gəldi. O İmamqulunu paytaxta çağırtdırdı. Özünü heç bir məsələdə günahkar hesab etməyən İmamqulu xan üç oğlu ilə birgə Şah Səfinin yanına gəldi. Şahın göstərişi ilə əvvəlcə onun üç oğlunun başını kəsib atalarının yanına gətirdilər və sonra xanın özünü öldürdülər.
Bu qətllər Səfəvi dövlətinin digər əyanlarına qarşı da davam edirdi. Şah Abbas zamanının görkəmli etimadud-dövləsi və Hatəm bəyin oğlu Şah Səfiyə üç ildən artıq vəzirlik etdikdən sonra onun göstərişi ilə öldürüldü. Astrabadinin yazdığına əsasən "Qazı Muizz İsfahaninin oğlu Qazı Möhsinin düşmənçiliyi faş olduğu üçün gözünü çıxartdı və əllərini kəsdi." Həmçinin cəbbəxana rəisi Çıraqxanın həyat çırağı Şah Səfinin göstərişi ilə söndürüldü. Deyilənlər Şah Səfinin cinayətlərinin bir hissəsidir.
Üsyanlar
Çətinliklərdən biri çox vaxt yerli torpaq sahibləri tərəfindən təşkil edilən və hədəfi məntəqədə siyasi qüdrəti ələ almaq, hətta müstəqillik və səltənət təbili çalmaq olan daxil üsyanlar idi. Əlbəttə, ola bilər ki, mərkəzi dövlətə bağlı yerli hakimlərin zülmləri də, üsyan bürümüş bölgədə xalqın həmin üsyanları himayə etməsinə təsirsiz olmayıb.
Səfəvi dövrünün üsyan bürümüş məntəqələri arasında Gilan və Mazandaran da vardı. Coğrafi mövqeyi, qədim sülalələri və böyük mülkədarları olması səbəbindən orada bu qisim üsyanlar həmişə mövcud olub. Şah Səfinin səltənətinin lap əvvəllərində Qəribşah adlı bir şəxs üsyan etdi və üsyan yatırıldıqdan sonra onu "Nəqşicahan meydanında dar ağacından asdılar". Az sonra onun qardaşı olduğunu iddia edən digər bir şəxs də üsyan qaldırdı və onun üsyanı da yatırıldı.
H.q. 1041-ci ildə dərvişlərdən biri Dərviş Rza şəhərin "Kafurabad" məhəlləsində ona kəramət verilməsi və həqiqətlərin ilham olunması iddiası ilə "Sahibəz-Zamanın canişini olduğunu bildirdi." Əhalinin bir dəstəsi ona tərəfdar, bir dəstəsi isə müxalif olub, bir-birinə qılınc çəkdi və nəticədə hər iki tərəfdən çoxlu sayda adam öldü. Dərvişin özü də qətlə yetirildi və onun başı Şaha göndərildi.
Memarlıq
Astrabadi onun barəsində deyir:
O imarət və binaların tə’miri istiqamətində gözəl sə’y göstərib. |
İsfahandakı "Ali qapı"nın bəzi hissələrinin təkmilləşdirilməsi, Qəzvində bir imarətin tikilməsi və həmçinin Rəşt şəhərində atasının qəbrinin üzərində Şəhidiyyə adlı bir məqbərənin tikilməsi onun gördüyü işlərdəndir.
Xarici siyasəti
Şah Abbasın ələ keçirmiş olduğu Bağdad uğrunda vuruşmalar bu dövrə də sirayət etdi. Səfinin səltənətinin birinci ilinin axırlarında Osmanlı dövlətinin baş vəziri Xosrov paşa bir qoşunla Osmanlı dövlətinin qərbinə yollandı. Səfəvi qoşunu da öz qoşun başçısı Zeynal xanla oraya üz tutdu. Həmədan yaxınlığında baş verən yüngül döyüşdən sonra Qızılbaşlar Osmanlılara qalib gəldilər. Həmin halda "inadçılardan bir dəstəsi əsilzadə təbiətliləri Zeynal xandan döndərərək" onun qətli göstərişini verdilər. Axır ki, Bağdad Osmanlıların mühasirəsinə düşdü. Qızılbaş qoşunu osmanlılara hücum edərək onların böyük bir hissəsini öldürdü. Osmanlı qoşunu heç bir müvəffəqiyyət əldə etmədən geri döndü. Onlar Hilləyə gedib orada bir qala tikdilər, amma qızılbaş qoşunu Hillə qalasını iki aydan çox mühasirədə saxladıqdan sonra osmanlıları oradan qaçıra bildi və qaçarkən onların çoxu öldürüldü. Bu hadisələr h.q. 1040-cı ildə baş verdi.
Şah Səfi bir müddət Kərbəla və Nəcəfdə qaldı və orada "müqəddəs ziyarətgahlarda süpürgəçilik və xidmətlə məşğul oldu". Həmçinin Nəcəf qalasının möhkəmləndirilməsi üçün də bir sıra işlər görüldü. Bundan sonra İsfahana qayıtdı və birtərəfli olaraq osmanlıların iki minə yaxın əsirini azad etdi. Onun bu addımı osmanlı dövlətinin Şah Səfiyə təşəkkür etməsinə və dostluq məktubu göndərməsinə səbəb oldu.
Osmanlıların sonrakı hücumları Van gölü istiqamətində oldu. Orada iki qoşun bir müddət bir biri ilə vuruşdu və nəhayət, döyüş osmanlıların qorxudan qaçması ilə nəticələndi. Bir daha qızılbaşların Osmanlı qoşunundan qüvvətli olduğu üzə çıxdı.
Dördüncü Sultan Murad baş vəziri ilə birlikdə 1634-cü ildə İrəvana hücum edərək şəhərin qalasını ələ keçirə bildi, lakin onlar Təbrizə tərəf gəlmədilər və elə oradan qayıtdılar. "Bu xəbəri eşidən cəmiyyət hiddətləndi, xoşbəxt hökmdar qəzəbləndi" və İrəvan qalasını almaq məqsədi ilə həmin bölgəyə yollandı. Şəhərin mühasirəsi uzun çəkdi, amma qızılbaşlar "ya Əli deyə-deyə yandırıcı ildırım kimi hücum edib qalanın bürc, sədd və hasarını yerlə yeksan etdilər".
Osmanlı qoşunu bir daha 1638-ci ildə Bağdada yollandı və bu dəfə Bağdad qalasını ala bildi. Böyük qələbə əldə etmiş osmanlılar dərhal sülh təklif etdilər və həmin şəraitdə onu qəbul etməkdən başqa bir çarə qalmamışdı. Bu sülh müqaviləsi 1639-cu ildə Zihabda imzalandı və elə buna görə də Zihab əhdnaməsi (Qəsri-Şirin sülhü)adı ilə məşhurlaşdı.
Bu qarmaqarışıqlığın digər bir amili Mavəraun-nəhr, daha doğrusu özbəklər idi. Onlar da osmanlılarla yanaşı əvvəldən Səfəvi dövlətinin ən mühüm xarici çətinliklərindən hesab edilirdilər. H.q. 1041-ci ildə bir tərəfdən Mərv şəhəri mühasirəyə alındı, digər tərəfdən Bəlx hakimi Nədrməhəmmədxanın qoşunu Səfəvi sərhədlərinə tərəf yollandı. Təhlükənin ciddi olduğunu görən Şah qızılbaş qoşununu göndərdi və özü də Xorasana tərəf hərəkət etdi. Təsadüfdən Səfəvi əmirlərindən biri özbəklərə əsir düşmüşdü və İmamqulu xan ilə qohum olduğu üçün Mavəraun-Nəhrin Şahı onu Mərvə hücumdan saxladı. Hətta həmin şəxsin tövsiyəsi ilə Nədrməhəmmədxan da öz qoşununu qaytardı. Beləliklə, deyilən çətinlik bu cür asanlıqla həll edildi, amma Mavəraun-nəhr problemi asanlıqla həll ediləsi məsələ deyildi. H.q. 1043-cü ildə özbəklər bir daha hücum etdilər və məğlub olaraq geri çəkildilər. Həmçinin h.q. 1046-cı ildə özbəklərin bir dəstəsi Cəmə gəldilər və Səfəvi qoşunları məğlub olub qayıtdılar.
Səfəvilərin çətinliklərindən biri də, onun Qəndəhara görə Hindistanla əlaqələri idi. Həmin vaxt Dehli hökmdarı Şahcahan idi. O 1637-ci ildə Sultan Murad Osmanlıya məktub yazaraq ondan üç tərəfdən — Osmanlı torpaqlarından, özbəklər tərəfindən və Hindistandan eyni zamanda Səfəvilərə hücum etmələrini istədi. Qəndəharın hakimi Əlimərdan xan Zığ idi. O, əvvəlcə müxalifət etsə də sonra Şahcahanın istəyi ilə razılaşdı və monqol qoşunları 1638-ci ildə Qəndəhara daxil oldular. Bu hadisə və ondan bir müddət sonra baş verən hadisə, yəni Bağdadın da osmanlıların əlinə keçməsi həmin zamanda Səfəvilərə dəymiş çox ağır bir zərbə idi. Şah Səfi Qəndəharı ələ keçirmək üçün hərəkət edərkən yolda xeyli miqdarda alkaqol və narkotik maddə qəbul etdiyinə görə Kaşan şəhərində vəfat etdi.
Həmin dövrdə avropa ölkələri ilə də az-çox əlaqələr olub. Onun nümunələrindən biri Şah Səfinin ingiltərənin padşahı I Karla yazdığı məktubudur ki, Şah Səfi ondan kömək istəyib və müxtəlif ixtisaslı müəllimlərin göndərilməsini xahiş edib.
İkincisi, tam sədaqətlə xəbərdar etmək tələb edir ki, şərəflilərə xas cənabınızda hər bir peşə sahəsində mahir, işbilən və bacarıqlı ustadlar vardır. Bir nəfər mina düzəldən, bir nəfər saatsaz, bir nəfər briliant yonan, bir nəfər güclü zərgər, bir nəfər tüfəng düzəldən, bir nəfər bacarıqlı rəssam və bir nəfər od yağdıran topçu olsun. Şərafətli cənabınıza lazımdır ki, məhəbbət göstərib uca məqamlı vəkillərə əmr edəsiniz ki, həmin sənətkarları özlərinin inanılmış şagirdləri, ləvazımaqları və yoldaşları ilə birlikdə göndərsinlər. |
1636-cı ildə Şah Səfi hersoqu olan III Fridrixin elçilərini qəbul etmişdir. Həmin bu nümayəndə heyəti ticarət əlaqələri qurmaq üçün göndərilmişdi və bu nümayəndə heyətinə Azərbaycan haqqında da qiymətli məlumatlar vermiş Adam Oleari də daxil idi. III Fridrix Rusiya və Səfəvi dövləti ilə böyük ticari əlaqələr qurmaq və yeni əsasını qoyduğu Fridrixştad şəhərini dünya ticarətinin mərkəzinə halına gətirmək istəyirdi, lakin bu məqsədinə nail ola bilmədi.
Sədrlik və vəzirlik
Şah Abbasın kürəkəni və həm də vəziri olmuş xəlifə Sultanın oğullarının öldürülməsi ilə Şah Səfi vəzirlik vəzifəsini iyirmi il Şah Abbasın baş vəziri işləmiş Hatəmbəyin oğlu Talibxana həvalə etdi, lakin onun sədrliyindən çox keçməmişdi ki, h.q. 1043-cü ildə o Şahın göstərişi ilə öldürüldü. Ondan sonra vəzirlik vəzifəsi Səfəvi dövrünün məşhur simalarından olmuş Sarı Tağı adı ilə tanınan Mirzətağıya tapşırıldı. O, Təbriz çörəkçilərindən birinin oğludur. Əvvəlcə Şah Sultanməhəmmədin qoşununa daxil olub. Sonra ləyaqətinə görə birinci Şah Abbas tərəfindən Mazandaran hökumətinə təyin edilib. Bundan sonra uzun illər Şah Səfinin, daha sonra ikinci Abbasın zamanında vəzir olub.
Sədr vəzifəsi Seyid Hüseyn Kərəki Amilinin oğlu Mirzə Həbibullah Sədrə həvalə edildi. Mirzə Abdullah İsfahaninin yazdığına əsasən, o, alimlərin sırasında olsa da nəinki kifayət qədər elmə malik olmayıb, hətta xalq arasında onun savadsızlığı barəsində dastanlar məşhur olub, amma buna baxmayaraq onun sədrliyi ömrünün sonuna, yəni 1060-cı ilə kimi davam etdi və bəzi yerlərdə onun adı hörmətlə çəkilir.
Mənbə
İstinadlar
- Safi // MAK (pol.).
- Sussan Babaie and others: Slaves of the Shah (I. B. Tauris, 2003) p.104
- Buyers, Christopher. "PERSIA - The Safavid Dynasty (Genealogy)". 8 November 2012 tarixində . İstifadə tarixi: 1 December 2015.
- Kohn 2007, p. 338
Ədəbiyyat
Xarici keçidlər
I Səfi Doğum: 1611 Vəfat: 11 may 1642 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Şah Abbas | Səfəvilər imperiyası(صفویان) Şahı 1629-1642 | Xələfləri II Şah Abbas |
SƏLƏF I Şah Abbas | I Şah Səfi Səfəvilər sülaləsi | XƏLƏF II Şah Abbas |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Sah Sefi tam adi Sah Sefieddin el Huseyn el Bahadir xan 1611 Isfahan 11 may 1642 Kasan Isfahan ostani Sefeviler xanedanligindan olan VI sah 1629 1642 Esl adi Sam Mirzedir I Sah Sefiشاه صفیSefeviler dovletinin VI sahi28 yanvar 1629 12 may 1642EvvelkiI Sah AbbasSonrakiII Sah AbbasSexsi melumatlarDogum tarixi 1611Dogum yeri Isfahan Merkezi bexsi d Isfahan sehristani Isfahan ostani IranVefat tarixi 11 may 1642Vefat yeri KasanVefat sebebi Heddinden artiq doza d Defn yeri Fatime Mesume ziyaretgahi QumFealiyyeti Iran sahiAtasi Mehemmed Bagir MirzeAnasi Dilaram SultanHeyat yoldaslari Anna XanimUsagi II Sah AbbasAilesi SefevilerDini islamHerbi xidmetDoyusler Sefevi Osmanli muharibesi Vikianbarda elaqeli mediafayllarHeyatiSefevi dovletinin altinci hokmdaridir Atasinin adi sahzade anasinin adi ise Dilare xanimdir Sah Sefi Sah Abbasdan sonra 18 yasindayken dovletin taxtina oturmusdur 13 il muddet erzinde dovleti idare etmisdir Sah Abbas boyuk oglu sahzade Mehemmed Baqir Mirzeni onu oldurmek isteyini dusunerek oldurmusdur Sah Abbas daha sonra diger ogullari ve nevelerinden de subhelenmis geri qalanlarini da oldurmusdur Yalniz nevesi Sefini varisi olaraq saxlamisdir Sah Sefi 1611 ci ilde dogulmus 31 yasindayken 12 may 1642 ci ilde vefat etmisdir Taxta cixdigi zaman yasi az olduguna gore Sari Tagi xan ona lele atabey teyin edilmisdi Sari Tagi dovletin idare edilmesinde cox bacariqli sexs idi eyni zamanda hem de qeddar ve sert insan idi Daxili siyasetiSefi Mirzenin oglu Sam Mirze Sah Abbasin ogul neslinden qalmis yegane sexs idi Sah yalniz onun seltenetine umid baglaya bilerdi Atasinin qatilinin babasi Sah Abbasin nahaq isteklerde oldugunu dusunen bu genc seltenete geldikden sonra ozune atasinin adini goturdu ve Sah Sefi leqebi ile meshurlasdi On sekkiz yas astanasinda olan Sah Sefi on dord ile yaxin Sefevi dovletinin idareciliyini elinde saxladi Seltenetinin baslangici h q 1038 ci ilin cemadiyus sani ayina sahin olumu ise h q 1052 ci ilin sefer ayina Kasanda tesaduf etdi Olumunden sonra onun qebrinin gizli qalmasi ucun uc cesedi muxtelif yerlere birini Necefe birini Meshede ve birini de Quma gonderdiler Sah Sefi ve Sefevi sulalesiO gosteris verdi ki Elemutda yasayan Mehemmed Mirze ve Imamqulu adli iki kor emisini qalanin basindan atsinlar Onun delili bu idi ki kor olduqlari ucun vucudlari faydasizdir Bunlardan elave Imamqulu Mirzenin oglu Necefqulu Mirze elece de Suleyman Mirze Sah Sefinin gosterisi ile oldurulduler Hemcinin Mirze Mohsun Rezevinin oglu ve Sah Abbasin qiz nevesi Ebulqasim Mirze h q 1041 ci ilde Sah Sefinin gosterisi ile kor edildi Elece de Sah Abbasin diger bir qiz nevesi Sahin gosterisi ile Meshedin hakimi Menucehrin vasitesi ile kor edildi Sah Abbasin cebbexana reisi Isaxanin heyat yoldasi olan diger bir qizi Zubeydexanimin uc usagi h q 1041 ci ilde Sah Sefinin gosterisi ile olduruldu Sah sonradan onun erini de oldurdu Hemcinin Sah Abbasin oz zamanda etimadud dovle olmus diger kurekeni Xelife Sultanin dord usaginin gozu Sah Sefinin gosterisi ile kor edildi Sah Abbasin sedrlerinden olmus diger bir kurekeni qizi Hura beyimin eri Mirze Rezinin de dord usaginin gozu ele hemin il kor edildi Sah Abbas zamaninin en boyuk emirlerinden biri Allahverdi xanin oglu Imamqulu xan olub Fars sahillerinin Fars korfezine kimi olan menteqelerinin hakimiyyeti illerle bu ata balani elinde olub Onlar hakimiyyetde olduqlari illerde Sefevi sulalesine cox xidmetler gosteribler ve coxlu servet toplayiblar Evvelce Qarabagin hakimi Imamqulu xanin qardasi Davud xan muxalifet etmeye basladi ve ondan sonra Gurcustanin hakimi ile birleserek Sah Sefiye qarsi qiyam qaldirmaq istedi Onun umidi qardasi Imamqulu xana idi Imamqulu xanin Sefiqulu xan adli bir oglu da var idi Deyilenlere gore bu oglan Sah Abbasin oglu olub Bele ki onun anasi Sah Abbasin kenizi olub ve Sah onu Imamqulu xana bagislayib Alti aydan sonra ise Sefiqulu dunyaya gelib Butun Sefevi sahzadelerini oldurmus Sah Sefi bu sexsin sultan kimi teqdim olunmasindan qorxaraq Farsin beylerbeyi olan Imamqulu xani oldurmek qerarina geldi O Imamqulunu paytaxta cagirtdirdi Ozunu hec bir meselede gunahkar hesab etmeyen Imamqulu xan uc oglu ile birge Sah Sefinin yanina geldi Sahin gosterisi ile evvelce onun uc oglunun basini kesib atalarinin yanina getirdiler ve sonra xanin ozunu oldurduler Bu qetller Sefevi dovletinin diger eyanlarina qarsi da davam edirdi Sah Abbas zamaninin gorkemli etimadud dovlesi ve Hatem beyin oglu Sah Sefiye uc ilden artiq vezirlik etdikden sonra onun gosterisi ile olduruldu Astrabadinin yazdigina esasen Qazi Muizz Isfahaninin oglu Qazi Mohsinin dusmenciliyi fas oldugu ucun gozunu cixartdi ve ellerini kesdi Hemcinin cebbexana reisi Ciraqxanin heyat ciragi Sah Sefinin gosterisi ile sonduruldu Deyilenler Sah Sefinin cinayetlerinin bir hissesidir UsyanlarCetinliklerden biri cox vaxt yerli torpaq sahibleri terefinden teskil edilen ve hedefi menteqede siyasi qudreti ele almaq hetta musteqillik ve seltenet tebili calmaq olan daxil usyanlar idi Elbette ola biler ki merkezi dovlete bagli yerli hakimlerin zulmleri de usyan burumus bolgede xalqin hemin usyanlari himaye etmesine tesirsiz olmayib Sefevi dovrunun usyan burumus menteqeleri arasinda Gilan ve Mazandaran da vardi Cografi movqeyi qedim sulaleleri ve boyuk mulkedarlari olmasi sebebinden orada bu qisim usyanlar hemise movcud olub Sah Sefinin seltenetinin lap evvellerinde Qeribsah adli bir sexs usyan etdi ve usyan yatirildiqdan sonra onu Neqsicahan meydaninda dar agacindan asdilar Az sonra onun qardasi oldugunu iddia eden diger bir sexs de usyan qaldirdi ve onun usyani da yatirildi H q 1041 ci ilde dervislerden biri Dervis Rza seherin Kafurabad mehellesinde ona keramet verilmesi ve heqiqetlerin ilham olunmasi iddiasi ile Sahibez Zamanin canisini oldugunu bildirdi Ehalinin bir destesi ona terefdar bir destesi ise muxalif olub bir birine qilinc cekdi ve neticede her iki terefden coxlu sayda adam oldu Dervisin ozu de qetle yetirildi ve onun basi Saha gonderildi MemarliqAstrabadi onun baresinde deyir O imaret ve binalarin te miri istiqametinde gozel se y gosterib Isfahandaki Ali qapi nin bezi hisselerinin tekmillesdirilmesi Qezvinde bir imaretin tikilmesi ve hemcinin Rest seherinde atasinin qebrinin uzerinde Sehidiyye adli bir meqberenin tikilmesi onun gorduyu islerdendir Xarici siyasetiSah Abbasin ele kecirmis oldugu Bagdad ugrunda vurusmalar bu dovre de sirayet etdi Sefinin seltenetinin birinci ilinin axirlarinda Osmanli dovletinin bas veziri Xosrov pasa bir qosunla Osmanli dovletinin qerbine yollandi Sefevi qosunu da oz qosun bascisi Zeynal xanla oraya uz tutdu Hemedan yaxinliginda bas veren yungul doyusden sonra Qizilbaslar Osmanlilara qalib geldiler Hemin halda inadcilardan bir destesi esilzade tebietlileri Zeynal xandan dondererek onun qetli gosterisini verdiler Axir ki Bagdad Osmanlilarin muhasiresine dusdu Qizilbas qosunu osmanlilara hucum ederek onlarin boyuk bir hissesini oldurdu Osmanli qosunu hec bir muveffeqiyyet elde etmeden geri dondu Onlar Hilleye gedib orada bir qala tikdiler amma qizilbas qosunu Hille qalasini iki aydan cox muhasirede saxladiqdan sonra osmanlilari oradan qacira bildi ve qacarken onlarin coxu olduruldu Bu hadiseler h q 1040 ci ilde bas verdi Sah Sefi bir muddet Kerbela ve Necefde qaldi ve orada muqeddes ziyaretgahlarda supurgecilik ve xidmetle mesgul oldu Hemcinin Necef qalasinin mohkemlendirilmesi ucun de bir sira isler goruldu Bundan sonra Isfahana qayitdi ve birterefli olaraq osmanlilarin iki mine yaxin esirini azad etdi Onun bu addimi osmanli dovletinin Sah Sefiye tesekkur etmesine ve dostluq mektubu gondermesine sebeb oldu Osmanlilarin sonraki hucumlari Van golu istiqametinde oldu Orada iki qosun bir muddet bir biri ile vurusdu ve nehayet doyus osmanlilarin qorxudan qacmasi ile neticelendi Bir daha qizilbaslarin Osmanli qosunundan quvvetli oldugu uze cixdi Dorduncu Sultan Murad bas veziri ile birlikde 1634 cu ilde Irevana hucum ederek seherin qalasini ele kecire bildi lakin onlar Tebrize teref gelmediler ve ele oradan qayitdilar Bu xeberi esiden cemiyyet hiddetlendi xosbext hokmdar qezeblendi ve Irevan qalasini almaq meqsedi ile hemin bolgeye yollandi Seherin muhasiresi uzun cekdi amma qizilbaslar ya Eli deye deye yandirici ildirim kimi hucum edib qalanin burc sedd ve hasarini yerle yeksan etdiler Osmanli qosunu bir daha 1638 ci ilde Bagdada yollandi ve bu defe Bagdad qalasini ala bildi Boyuk qelebe elde etmis osmanlilar derhal sulh teklif etdiler ve hemin seraitde onu qebul etmekden basqa bir care qalmamisdi Bu sulh muqavilesi 1639 cu ilde Zihabda imzalandi ve ele buna gore de Zihab ehdnamesi Qesri Sirin sulhu adi ile meshurlasdi Bu qarmaqarisiqligin diger bir amili Maveraun nehr daha dogrusu ozbekler idi Onlar da osmanlilarla yanasi evvelden Sefevi dovletinin en muhum xarici cetinliklerinden hesab edilirdiler H q 1041 ci ilde bir terefden Merv seheri muhasireye alindi diger terefden Belx hakimi Nedrmehemmedxanin qosunu Sefevi serhedlerine teref yollandi Tehlukenin ciddi oldugunu goren Sah qizilbas qosununu gonderdi ve ozu de Xorasana teref hereket etdi Tesadufden Sefevi emirlerinden biri ozbeklere esir dusmusdu ve Imamqulu xan ile qohum oldugu ucun Maveraun Nehrin Sahi onu Merve hucumdan saxladi Hetta hemin sexsin tovsiyesi ile Nedrmehemmedxan da oz qosununu qaytardi Belelikle deyilen cetinlik bu cur asanliqla hell edildi amma Maveraun nehr problemi asanliqla hell edilesi mesele deyildi H q 1043 cu ilde ozbekler bir daha hucum etdiler ve meglub olaraq geri cekildiler Hemcinin h q 1046 ci ilde ozbeklerin bir destesi Ceme geldiler ve Sefevi qosunlari meglub olub qayitdilar Sefevilerin cetinliklerinden biri de onun Qendehara gore Hindistanla elaqeleri idi Hemin vaxt Dehli hokmdari Sahcahan idi O 1637 ci ilde Sultan Murad Osmanliya mektub yazaraq ondan uc terefden Osmanli torpaqlarindan ozbekler terefinden ve Hindistandan eyni zamanda Sefevilere hucum etmelerini istedi Qendeharin hakimi Elimerdan xan Zig idi O evvelce muxalifet etse de sonra Sahcahanin isteyi ile razilasdi ve monqol qosunlari 1638 ci ilde Qendehara daxil oldular Bu hadise ve ondan bir muddet sonra bas veren hadise yeni Bagdadin da osmanlilarin eline kecmesi hemin zamanda Sefevilere deymis cox agir bir zerbe idi Sah Sefi Qendehari ele kecirmek ucun hereket ederken yolda xeyli miqdarda alkaqol ve narkotik madde qebul etdiyine gore Kasan seherinde vefat etdi Hemin dovrde avropa olkeleri ile de az cox elaqeler olub Onun numunelerinden biri Sah Sefinin ingilterenin padsahi I Karla yazdigi mektubudur ki Sah Sefi ondan komek isteyib ve muxtelif ixtisasli muellimlerin gonderilmesini xahis edib Ikincisi tam sedaqetle xeberdar etmek teleb edir ki sereflilere xas cenabinizda her bir pese sahesinde mahir isbilen ve bacariqli ustadlar vardir Bir nefer mina duzelden bir nefer saatsaz bir nefer briliant yonan bir nefer guclu zerger bir nefer tufeng duzelden bir nefer bacariqli ressam ve bir nefer od yagdiran topcu olsun Serafetli cenabiniza lazimdir ki mehebbet gosterib uca meqamli vekillere emr edesiniz ki hemin senetkarlari ozlerinin inanilmis sagirdleri levazimaqlari ve yoldaslari ile birlikde gondersinler 1636 ci ilde Sah Sefi hersoqu olan III Fridrixin elcilerini qebul etmisdir Hemin bu numayende heyeti ticaret elaqeleri qurmaq ucun gonderilmisdi ve bu numayende heyetine Azerbaycan haqqinda da qiymetli melumatlar vermis Adam Oleari de daxil idi III Fridrix Rusiya ve Sefevi dovleti ile boyuk ticari elaqeler qurmaq ve yeni esasini qoydugu Fridrixstad seherini dunya ticaretinin merkezine halina getirmek isteyirdi lakin bu meqsedine nail ola bilmedi Sedrlik ve vezirlikSah Abbasin kurekeni ve hem de veziri olmus xelife Sultanin ogullarinin oldurulmesi ile Sah Sefi vezirlik vezifesini iyirmi il Sah Abbasin bas veziri islemis Hatembeyin oglu Talibxana hevale etdi lakin onun sedrliyinden cox kecmemisdi ki h q 1043 cu ilde o Sahin gosterisi ile olduruldu Ondan sonra vezirlik vezifesi Sefevi dovrunun meshur simalarindan olmus Sari Tagi adi ile taninan Mirzetagiya tapsirildi O Tebriz corekcilerinden birinin ogludur Evvelce Sah Sultanmehemmedin qosununa daxil olub Sonra leyaqetine gore birinci Sah Abbas terefinden Mazandaran hokumetine teyin edilib Bundan sonra uzun iller Sah Sefinin daha sonra ikinci Abbasin zamaninda vezir olub Sedr vezifesi Seyid Huseyn Kereki Amilinin oglu Mirze Hebibullah Sedre hevale edildi Mirze Abdullah Isfahaninin yazdigina esasen o alimlerin sirasinda olsa da neinki kifayet qeder elme malik olmayib hetta xalq arasinda onun savadsizligi baresinde dastanlar meshur olub amma buna baxmayaraq onun sedrliyi omrunun sonuna yeni 1060 ci ile kimi davam etdi ve bezi yerlerde onun adi hormetle cekilir MenbeIstinadlar Safi MAK pol Sussan Babaie and others Slaves of the Shah I B Tauris 2003 p 104 Buyers Christopher PERSIA The Safavid Dynasty Genealogy 8 November 2012 tarixinde Istifade tarixi 1 December 2015 Kohn 2007 p 338 EdebiyyatXarici kecidlerVikimenbede Muellif I Sah Sefi ile elaqeli melumatlar var Vikianbarda I Sefi ile elaqeli mediafayllar var I SefiSefeviler sulalesiDogum 1611 Vefat 11 may 1642Hakimiyyet titullariSelefleri I Sah Abbas Sefeviler imperiyasi صفویان Sahi 1629 1642 Xelefleri II Sah AbbasSELEF I Sah Abbas I Sah Sefi Sefeviler sulalesi XELEF II Sah Abbas