Qəsri-Şirin sülh müqaviləsi—1639-cu ildə Səfəvi-Osmanlı dövlətləri arasında bağlanan saziş. 1603-cü ildən başlayan Osmanlı-Səfəvi müharibələrinin yeni mərhələsinə son qoymuş, bundan sonra uzun müddət iki dövlət arasında sülh olmuşdur. Müqavilə əsas etibarilə, Amasya sülh müqaviləsinin təkrarlanması kimi qəbul edilə bilər.
Qəsri-Şirin sülh müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 1639 |
İmzalanma yeri | Qəsri-Şirin, Kirmanşah, Səfəvi imperiyası |
Qüvvəyə minməsi | |
• şərtləri | İraqi Ərəb osmanlılara, Zəncir qalasından şərqdəki torpaqlar səfəvilərə verildi. |
İmzalayanlar | Sərdar Kamankeş Qara Mustafa və Saru xan |
Tərəflər | Osmanlı İmperiyası Səfəvilər |
Arxa plan
Əvvəlki sülh müqavilələri kimi 1612-ci ildə və 1618-ci illərdə imzalanmış sülh müqavilələri uzun müddət qüvvədə qalmadı. XVII əsrin ilk rübü Osmanlı imperiyasının iç qarışıqlıq dönəmi kimi xarakterizə oluna bilər. Sultan I Əhmədin 1617-ci ildə vəfat etməsi, I Mustafanın sultan olması və onun da təkrar taxtdan endirilməsi, II Gənc Osmanın sultan olması və qısa müddət sonra qətlə yetirilməsi kimi hadisələr Osmanlı imperiyasının daxili stabilliyini pozmuşdu. Həmçinin bütün bu sultan dəyişiklikləri daxildəki böyük və səriştəli bürokratların ya öldürülməsi, ya da vəzifədən uzaqlaşdırılması ilə müşayət olunurdu. Nəhayət 1623-cü ildə Osmanlı taxtına Sultan IV Murad keçdi. Bu zaman sultanın yalnız 12 yaşı var idi və faktiki hakimiyyət baş vəzir Kamankeş Əli Paşanın və sultanın anası Mahpeykər Sultanın əlində cəmləşmişdi.
Səfəvi dövlətində isə vəziyyət tamamilə fərqli idi. Feodal pərakəndəliyi dövründə hakimiyyətə gəlmiş və Səfəvilər üçün ağır müqavilə olan 1590-cı il İstanbul müqaviləsini imzalamağa məcbur olmuş Şah I Abbas tədricən dövlətin əvvəlki gücünü bərpa etməyə nail olmuşdu. 1603-cü ildə itirilmiş torpaqları geri qaytarmaq üçün hücuma keçmiş və buna böyük ölçüdə də nail olmuşdu. İmzalanmış iki müqavilə ilə Amasya müqaviləsinin şərtləri təstiqlənmiş, Osmanlı 1590-cı ildə əldə etdiyi torpaqları geri verməyə məcbur olmuşdu.
Şah Abbasın Osmanlı ilə müharibələrinin yeni mərhələsi 1623-cü ildə başladı. Bu müharibənin başlanmasında əsas şey Bağdad məsələsi olmaqla birlikdə, Osmanlı imperiyasının daxildəki yaşadığı qarışıqların Səfəvi imperiyasını cəlb etməsi də mühüm rol oynamışdır. Beləki, Səfəvilərin 1534-cü ildə itirdikləri Bağdadda bu dönəmdə Yusif paşa adlı canişin idarə etməkdə idi, lakin faktiki idarəetmə isə Bəkir Subaşı adlı şəxsin əlində cəmlənmişdi. Bu ikili arasındakı mübarizədə Bəkir Subaşı qalib gəldi və saxta fərmanla özünün Bağdad canişini təyin olunduğunu elan etsə də, bu təklifi İstanbul tərəfindən rədd edildi. Tabe olmadıqdan sonra isə Diyarbəkir və ətraf ərazilərdən onun üzərinə ordu göndərildi. Çarəsiz vəziyyətdə qalan Bəkir Subaşı Şah Abbasa müraciət edərək ona tabe olacağını bildirdi. Bu əvəzsiz fürsəti dəyərləndirən Şah Abbas Səfiqulu xanın başçılığı altında Bağdada ordu göndərdi. Lakin Səfəvi ordusunun yaxınlaşdığı xəbərini eşidən Osmanlı rəhbərliyi Bəkir Subaşını Bağdad paşası kimi tanıdılar və bunun qarşılığında Bəkir Subaşı Səfəvilərə etdiyi təklifi geri çəkdi. Lakin artıq Səfəvi ordusu yaxınlaşmaqda idi və elə Bəkir Subaşının oğlunun xəyanəti ilə yaxınlaşan ordu şəhəri ələ keçirdi. Qaraçaqay xan isə şiələr üçün müqəddəs olan Nəcəf və Kərbəla şəhərlərini, Mosulu, Kərkükü də tutdu. Bəsrə daxil olmaqla, bütün İraqı ələ keçirən Səfəvi ordusu Anadoluda da Mardinə qədər irəliləmişdi. Anadoluda davam edən Abaza Mehmet Paşa üsyanı ilə əlaqədar, Osmanlı ordusu Səfəvi dövləti ilə mübarizə apara bilmirdi.
1625-ci ildə Bağdadı geri qaytarmaq üçün Osmanlı tərəfindən edilmiş hücum da uğursuz oldu. Osmanlı ordusu qalanın mühasirəsini uğurlu şəkildə sonlandırmaqda uğursuz olsalar da, onlara qarşı arxadan hücuma keçən Şah Abbas da Osmanlı ordusunu məğlub etməyi bacarmadı. Bundan əvvəldə sülh təklifi etmiş Şah Abbas yenidən belə bir təkliflə Tohtə xan adında bir elçi göndərdi. Sülh üçün Şah Abbasın şərti Nəcəf, Kərbəla və Hillə bölgələrinin Səfəvilərdə qalması qarşılığında Bağdadın Osmanlıya verilməsi idi. Lakin bu zaman Osmanlı ordusu daxilində üsyan başlanması Abbasın sülh fikrindən daşınmasına yol açmışdır. Bu əsnada təxminən 1 il davam etmiş Bağdad mühasirəsi Osmanlı ordusu üçün uğursuzluqla nəticələnmiş, geri çəkilən Osmanlı ordusunda komandan dəyişikliyi olmuş, baş vəzirlikdən alınan Əhməd paşa yerinə Xəlil paşa təyin edilmişdir.
Bu əməliyyatlar nəticəsində Mosulla Kərkük tutulsa da Bağdatı tutmaq mümkün olmamışdır.
Xəlil paşa Bağdada səfərə hazırlaşarkən Səfəvi ordusu Axısqa qalasını mühasirəyə almış və Ərzurumda Abaza Mehmet paşa yenidən üsyana qalxmışdır. Üsyanı yatırmaqda uğursuz olduqdan sonra o da vəzifədən uzaqlaşdırılmış və yerinə Xosrov paşa təyin edilmişdir. Üsyançı Mehmet paşa Şah Abbasla danışıqlara başlasa da, sonda Xosrov paşaya təslim olmuşdur.
Şah Abbasın ölümünə qədər Səfəvi ordusu Gürcüstanda və İraqda ələ keçirdikləri böyük ərazilərin əksəriyyətini öz əllərində saxlamağa nail oldular. Şah Abbasın ölümündən (1629) sonra bundan istifadə etmək qərarına gələn Osmanlı ordusu yenidən Bağdadı geri almaq hazırlıqlarına başladılar. 1629–1630-cu ildə yürüş başlandı. Şəhri-zor ilə Həmədan arasında yerləşən mehriban qalası yaxınlığında baş vermiş döyüşdə Zeynal xannı başçılıq etdiyi Səfəvi ordusu məğlub olmuşdur. Şah Abbasın yerinə keçən nəvəsi Şah Səfi Zeynal xanı edam etdirmiş və onun yerinə Rüstəm xanı təyin etmişdir. Bu ərəfələrdə Kərbəlada da Səfəvi ordusu məğlub olmuşdur. 1630-cu ildə Bağdaddakı Səfəvi ordusu Osmanlı ordusu tərəfindən mühasirəyə alınmışdır. Bu mühasirə zamanı da Səfəvi ordusu qələbə qazanmış və Osmanlı ordusu geri çəkilmişdir. Bu zaman Şah Səfi ordusu ilə Hilləni də mühasirəyə almış və şəhəri ələ keçirmişdir. Nəticədə, Xosrov paşa da komandanlıqdan alınmışdır.
Eyni zamanda Səfəvilər 1632–də Gürcüstanı tamamilə tutdu.
Müharibənin yeni bir mərhələsi 1633-cü ildə Səfəvi ordusu tərəfindən başladıldı. Bu zaman Şah Səfinin ordusu Vanı mühasirəyə aldı. Lakin ətraf bölgələrdən yardım gəlməsindən sonra mühasirə ləğv edilmişdir. Buna cavab olaraq 1635-ci ildə IV Murad şəxsən Osmanlı ordusuna komandanlıq edərək yeni yürüşə başlanıldı. Sultan Süleymanın ölümündən etibarən heç bir sultan (III Mehmetin Avstriya və Gənc Osmanın Polşa səfəri istisna olmaqla) hərbi yürüşə qatılmamışdı. Murad 1635 avqustda İrəvanı almışsa da, 1636 aprelində Səfəvi ordusu İrəvanı yenidən geri almışdır. Muradın yürüşü zamanı ələ keçirilmiş yeganə yer olan İrəvanın təkrardan itirlməsi onun yürşünün də uğursuz olması kimi fikrin yayılmasına səbəb olmuşdur.
Sultan Muradın İrəvanda məğlub olmasına baxmayaraq, yenidən yürüşə çıxacağı xəbərini alan Şah Səfi, Maqsud xan adında elçini İstanbula göndərərək sülh təklif etmişdir. Lakin elçi həbs edilmiş və sülh təklifi rədd edilmişdir. Beləliklə, Murad 1638-ci ildə yeni yürüşə başlamışdır. Bağdad mühasirəyə alınmış, mühasirə zamanı Osmanlının baş vəziri Təyyar Mehmet paşa öldürülmüşdür. 50 gün davam edən mühasirə zamanı Səfəvi ordusu güclü müqavimət göstərsə də, sonda qalada ərzaq və döyüş sursatlarının bitməsinə görə Bektaş xan təslim olmuşdur. Komandanın təslim olmasına baxmayaraq, Səfəvi ordusundan bir hissə Narın qala adlanan şəhərin daxili qalasına sığınmış və müqaviməti davam etdirmişdir. Lakin müqavimət sonda tamamilə qırılmış, Osmanlı ordusu şəhərin şiə əhalisini köçürtmüş, yerinə Anadoludan sünni əhali köçürülmüşdür.
Müqavilənin imzalanması
Sülh danışıqlarına başlanıldıqdan sonra Səfəvi tərəfi Qars qalasının ya onlara verilməsini, ya da qalanın dağıdılmasını istəmişdirlər. Lakin onların bu təklifi rədd edilmiş və sülh danışıqları Qəsri-Şirin bölgəsindəki Zuhab qalasında baş tutmuşdur. Osmanlı tərəfini baş vəzir Sərdar Kamankeş Qara Mustafa, Səfəvi tərəfini isə, Saru xanla Məhəmmədqulu xan təmsil etmişdir.
Şərtləri
17 may 1639-cu ildə imzalanmış Qəsri Şirin müqaviləsinə görə, Bəsrə, Bağdad, Şəhri-Zordan ibarət olan Ərəb İraqı Osmanlıya qalmış, Bağdadda sərhəd Bedre, Cessan, Hanikin, Mendeli, Derne, Dertenekdən Sermanelə qədər olacaq, Caf tayfasının bəzi qəbilələri və Zəncir qalasının qərbindəki kəndlər, Şəhri-Zor yaxınlığındakı Zalım Əli qalası Osmanlılarda qalacaqdı. Zəncir qalası, Van hüdudundakı Qotur, Maku, Qars tərəflərindəki qalalar hər iki tərəf tərəfindən dağıdılırdı. İrəvan Səfəvi tərəfində qaldı. Səfəvilər tərəfindən nəzarət edilən Mesxeti bölgəsi Osmanlı tərəfinə verildi. Həmçinin, Səfəvilər sünnilər üçün müqəddəs hesab edilən Əbu Bəkr, Ömər, Osman, Aişə lənətləməyəcəklərini bildirirdilər.
Müqaviləyə görə, Səfəvilər Van və Qars qalalarına, həmçinin Axalsıka hücum etməyəcəklərinə dair təminat verirdilər. Tərəflərdən hər birinin böyük ərazi əldə etməməsi üçün təklif olundu ki, "bitərəf‖ zona yaradılsın. Məhəmməd Məsumun yazdığına görə, Azərbaycanın qərbindəki Maku, Qotur və Mağazburd qalalarının dağıdılması nəzərdə tutulurdu. Sülh müqaviləsi 1639-cu il mayın 20-də Şah Səfı tərəfındən təsdiq edilərək Məhəmmədqulu xan vasitəsilə İstanbula göndərildi. IV Sultan Murad da müqaviləni təsdiq etdi.
Professor Ernest Tukerin fikrincə, Qəsri-Şirin sülh müqaviləsi Amasya sülhü ilə başlayan ikili arasında normallaşma prosesinin "kulminasiya nöqtəsi" kimi qəbul edilə bilər. Hər hansı digər Osmanlı-Səfəvi müqaviləsindən fərqli olaraq, bu müqavilə daha "davamlı" olduğunu sübut etdi və o, iki qonşu arasında diplomatik müstəvidə demək olar ki, bütün sonrakı razılaşmalar üçün "çıxış nöqtəsi" oldu.
Dili
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında 1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsinin mətnini Məhəmməd Tahir Vəhid Qəzvininin "Abbasnamə" kitabından götürərək transliterasiya etmişdir. Alim aparılan tədqiqat nəticəsində müəyyən etmişdir ki, uzun müddət iki dövlət arasındakı ərazi iddialarına son qoyan bu müqavilə Azərbaycan dilində yazılmışdır.
Həmçinin bax
Qeydlər
- Şah Abbas qala qapılarını açması qarşılığında Bağdadın canişinliyini vəd etsə də, sonradan "atasına belə bir xəyanət edənin mənə nə xeyri olacaq" deyərək Xorasana sürgünə göndərmiş və bir qədər sonra da orada edam etdirmişdir. Atası Bəkir Subaşını isə, Bağdadı ələ keçirdikdən sonra Dəclə çayında qayığa oturtmuş və neft tökərək yandırmışdır.
İstinadlar
- Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Şərq-Qərb. 1996. səh. 400.
- Meri, Josef W.; Bacharach, Jere L. Medieval Islamic Civilization: L-Z, index. Taylor & Francis. 2006. səh. 581. ISBN .
- Peçevi İbrahim Efendi. Tarihi Peçevi. II. İstanbul: Enderun Kitabevi. 1980. səh. 398-399.
- Kılıç, 2000. səh. 267
- Kılıç, 2000. səh. 271
- Kılıç, 2000. səh. 273
- Kılıç, 2000. səh. 275
- Kılıç, 2000. səh. 277
- Kılıç, 2000. səh. 279
- Kılıç, 2000. səh. 280-281
- Somel, Selçuk Akşin, Historical Dictionary of the Ottoman Empire, (Scarecrow Press Inc., 2003), 306.
- Matthee, 2012. səh. 182
- Floor, 2001. səh. 85
- Floor, 2008. səh. 140
- Azərbaycan Tarixi III cild Abdullayev, Mehman (2015). Bakı: Bakı universiteti nəşri. . Bakı: Elm. 2005.
- Floor, Herzig, 2015. səh. 86
- Floor, Herzig, 2015. səh. 81
- "Paşa Kərimov Qəsri-Şirin müqaviləsinin mətnini Məhəmməd Tahir Vəhid Qəzvininin "Abbasnamə" kitabından götürərək transliterasiya etmişdir". 2022-01-20 tarixində . İstifadə tarixi: 2017-09-09.
Mənbə
- Kılıç, Remzi. "Osmanlı-Safevi arasında Kasr-i Şirin antlaşması". Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi. 5. 2000: 264–283.
- Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. ISBN .
- Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN .
- Floor, Willem; Herzig, Edmund, redaktorlar Iran and the World in the Safavid Age. I.B.Tauris. 2015. ISBN .
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012. ISBN .
- Somel, Selçuk Akşin, Historical Dictionary of the Ottoman Empire, Scarecrow Press Inc., 2003.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qesri Sirin sulh muqavilesi 1639 cu ilde Sefevi Osmanli dovletleri arasinda baglanan sazis 1603 cu ilden baslayan Osmanli Sefevi muharibelerinin yeni merhelesine son qoymus bundan sonra uzun muddet iki dovlet arasinda sulh olmusdur Muqavile esas etibarile Amasya sulh muqavilesinin tekrarlanmasi kimi qebul edile biler Qesri Sirin sulh muqavilesiImzalanma tarixi 1639Imzalanma yeri Qesri Sirin Kirmansah Sefevi imperiyasiQuvveye minmesi sertleri Iraqi Ereb osmanlilara Zencir qalasindan serqdeki torpaqlar sefevilere verildi Imzalayanlar Serdar Kamankes Qara Mustafa ve Saru xanTerefler Osmanli Imperiyasi SefevilerArxa planEvvelki sulh muqavileleri kimi 1612 ci ilde ve 1618 ci illerde imzalanmis sulh muqavileleri uzun muddet quvvede qalmadi XVII esrin ilk rubu Osmanli imperiyasinin ic qarisiqliq donemi kimi xarakterize oluna biler Sultan I Ehmedin 1617 ci ilde vefat etmesi I Mustafanin sultan olmasi ve onun da tekrar taxtdan endirilmesi II Genc Osmanin sultan olmasi ve qisa muddet sonra qetle yetirilmesi kimi hadiseler Osmanli imperiyasinin daxili stabilliyini pozmusdu Hemcinin butun bu sultan deyisiklikleri daxildeki boyuk ve seristeli burokratlarin ya oldurulmesi ya da vezifeden uzaqlasdirilmasi ile musayet olunurdu Nehayet 1623 cu ilde Osmanli taxtina Sultan IV Murad kecdi Bu zaman sultanin yalniz 12 yasi var idi ve faktiki hakimiyyet bas vezir Kamankes Eli Pasanin ve sultanin anasi Mahpeyker Sultanin elinde cemlesmisdi Sefevi dovletinde ise veziyyet tamamile ferqli idi Feodal perakendeliyi dovrunde hakimiyyete gelmis ve Sefeviler ucun agir muqavile olan 1590 ci il Istanbul muqavilesini imzalamaga mecbur olmus Sah I Abbas tedricen dovletin evvelki gucunu berpa etmeye nail olmusdu 1603 cu ilde itirilmis torpaqlari geri qaytarmaq ucun hucuma kecmis ve buna boyuk olcude de nail olmusdu Imzalanmis iki muqavile ile Amasya muqavilesinin sertleri testiqlenmis Osmanli 1590 ci ilde elde etdiyi torpaqlari geri vermeye mecbur olmusdu Sah Abbasin Osmanli ile muharibelerinin yeni merhelesi 1623 cu ilde basladi Bu muharibenin baslanmasinda esas sey Bagdad meselesi olmaqla birlikde Osmanli imperiyasinin daxildeki yasadigi qarisiqlarin Sefevi imperiyasini celb etmesi de muhum rol oynamisdir Beleki Sefevilerin 1534 cu ilde itirdikleri Bagdadda bu donemde Yusif pasa adli canisin idare etmekde idi lakin faktiki idareetme ise Bekir Subasi adli sexsin elinde cemlenmisdi Bu ikili arasindaki mubarizede Bekir Subasi qalib geldi ve saxta fermanla ozunun Bagdad canisini teyin olundugunu elan etse de bu teklifi Istanbul terefinden redd edildi Tabe olmadiqdan sonra ise Diyarbekir ve etraf erazilerden onun uzerine ordu gonderildi Caresiz veziyyetde qalan Bekir Subasi Sah Abbasa muraciet ederek ona tabe olacagini bildirdi Bu evezsiz furseti deyerlendiren Sah Abbas Sefiqulu xanin basciligi altinda Bagdada ordu gonderdi Lakin Sefevi ordusunun yaxinlasdigi xeberini esiden Osmanli rehberliyi Bekir Subasini Bagdad pasasi kimi tanidilar ve bunun qarsiliginda Bekir Subasi Sefevilere etdiyi teklifi geri cekdi Lakin artiq Sefevi ordusu yaxinlasmaqda idi ve ele Bekir Subasinin oglunun xeyaneti ile yaxinlasan ordu seheri ele kecirdi Qaracaqay xan ise sieler ucun muqeddes olan Necef ve Kerbela seherlerini Mosulu Kerkuku de tutdu Besre daxil olmaqla butun Iraqi ele keciren Sefevi ordusu Anadoluda da Mardine qeder irelilemisdi Anadoluda davam eden Abaza Mehmet Pasa usyani ile elaqedar Osmanli ordusu Sefevi dovleti ile mubarize apara bilmirdi 1625 ci ilde Bagdadi geri qaytarmaq ucun Osmanli terefinden edilmis hucum da ugursuz oldu Osmanli ordusu qalanin muhasiresini ugurlu sekilde sonlandirmaqda ugursuz olsalar da onlara qarsi arxadan hucuma kecen Sah Abbas da Osmanli ordusunu meglub etmeyi bacarmadi Bundan evvelde sulh teklifi etmis Sah Abbas yeniden bele bir teklifle Tohte xan adinda bir elci gonderdi Sulh ucun Sah Abbasin serti Necef Kerbela ve Hille bolgelerinin Sefevilerde qalmasi qarsiliginda Bagdadin Osmanliya verilmesi idi Lakin bu zaman Osmanli ordusu daxilinde usyan baslanmasi Abbasin sulh fikrinden dasinmasina yol acmisdir Bu esnada texminen 1 il davam etmis Bagdad muhasiresi Osmanli ordusu ucun ugursuzluqla neticelenmis geri cekilen Osmanli ordusunda komandan deyisikliyi olmus bas vezirlikden alinan Ehmed pasa yerine Xelil pasa teyin edilmisdir Bu emeliyyatlar neticesinde Mosulla Kerkuk tutulsa da Bagdati tutmaq mumkun olmamisdir Xelil pasa Bagdada sefere hazirlasarken Sefevi ordusu Axisqa qalasini muhasireye almis ve Erzurumda Abaza Mehmet pasa yeniden usyana qalxmisdir Usyani yatirmaqda ugursuz olduqdan sonra o da vezifeden uzaqlasdirilmis ve yerine Xosrov pasa teyin edilmisdir Usyanci Mehmet pasa Sah Abbasla danisiqlara baslasa da sonda Xosrov pasaya teslim olmusdur Sah Abbasin olumune qeder Sefevi ordusu Gurcustanda ve Iraqda ele kecirdikleri boyuk erazilerin ekseriyyetini oz ellerinde saxlamaga nail oldular Sah Abbasin olumunden 1629 sonra bundan istifade etmek qerarina gelen Osmanli ordusu yeniden Bagdadi geri almaq hazirliqlarina basladilar 1629 1630 cu ilde yurus baslandi Sehri zor ile Hemedan arasinda yerlesen mehriban qalasi yaxinliginda bas vermis doyusde Zeynal xanni basciliq etdiyi Sefevi ordusu meglub olmusdur Sah Abbasin yerine kecen nevesi Sah Sefi Zeynal xani edam etdirmis ve onun yerine Rustem xani teyin etmisdir Bu erefelerde Kerbelada da Sefevi ordusu meglub olmusdur 1630 cu ilde Bagdaddaki Sefevi ordusu Osmanli ordusu terefinden muhasireye alinmisdir Bu muhasire zamani da Sefevi ordusu qelebe qazanmis ve Osmanli ordusu geri cekilmisdir Bu zaman Sah Sefi ordusu ile Hilleni de muhasireye almis ve seheri ele kecirmisdir Neticede Xosrov pasa da komandanliqdan alinmisdir Eyni zamanda Sefeviler 1632 de Gurcustani tamamile tutdu Muharibenin yeni bir merhelesi 1633 cu ilde Sefevi ordusu terefinden basladildi Bu zaman Sah Sefinin ordusu Vani muhasireye aldi Lakin etraf bolgelerden yardim gelmesinden sonra muhasire legv edilmisdir Buna cavab olaraq 1635 ci ilde IV Murad sexsen Osmanli ordusuna komandanliq ederek yeni yuruse baslanildi Sultan Suleymanin olumunden etibaren hec bir sultan III Mehmetin Avstriya ve Genc Osmanin Polsa seferi istisna olmaqla herbi yuruse qatilmamisdi Murad 1635 avqustda Irevani almissa da 1636 aprelinde Sefevi ordusu Irevani yeniden geri almisdir Muradin yurusu zamani ele kecirilmis yegane yer olan Irevanin tekrardan itirlmesi onun yursunun de ugursuz olmasi kimi fikrin yayilmasina sebeb olmusdur Sultan Muradin Irevanda meglub olmasina baxmayaraq yeniden yuruse cixacagi xeberini alan Sah Sefi Maqsud xan adinda elcini Istanbula gondererek sulh teklif etmisdir Lakin elci hebs edilmis ve sulh teklifi redd edilmisdir Belelikle Murad 1638 ci ilde yeni yuruse baslamisdir Bagdad muhasireye alinmis muhasire zamani Osmanlinin bas veziri Teyyar Mehmet pasa oldurulmusdur 50 gun davam eden muhasire zamani Sefevi ordusu guclu muqavimet gosterse de sonda qalada erzaq ve doyus sursatlarinin bitmesine gore Bektas xan teslim olmusdur Komandanin teslim olmasina baxmayaraq Sefevi ordusundan bir hisse Narin qala adlanan seherin daxili qalasina siginmis ve muqavimeti davam etdirmisdir Lakin muqavimet sonda tamamile qirilmis Osmanli ordusu seherin sie ehalisini kocurtmus yerine Anadoludan sunni ehali kocurulmusdur Muqavilenin imzalanmasiSulh danisiqlarina baslanildiqdan sonra Sefevi terefi Qars qalasinin ya onlara verilmesini ya da qalanin dagidilmasini istemisdirler Lakin onlarin bu teklifi redd edilmis ve sulh danisiqlari Qesri Sirin bolgesindeki Zuhab qalasinda bas tutmusdur Osmanli terefini bas vezir Serdar Kamankes Qara Mustafa Sefevi terefini ise Saru xanla Mehemmedqulu xan temsil etmisdir Sertleri17 may 1639 cu ilde imzalanmis Qesri Sirin muqavilesine gore Besre Bagdad Sehri Zordan ibaret olan Ereb Iraqi Osmanliya qalmis Bagdadda serhed Bedre Cessan Hanikin Mendeli Derne Dertenekden Sermanele qeder olacaq Caf tayfasinin bezi qebileleri ve Zencir qalasinin qerbindeki kendler Sehri Zor yaxinligindaki Zalim Eli qalasi Osmanlilarda qalacaqdi Zencir qalasi Van hududundaki Qotur Maku Qars tereflerindeki qalalar her iki teref terefinden dagidilirdi Irevan Sefevi terefinde qaldi Sefeviler terefinden nezaret edilen Mesxeti bolgesi Osmanli terefine verildi Hemcinin Sefeviler sunniler ucun muqeddes hesab edilen Ebu Bekr Omer Osman Aise lenetlemeyeceklerini bildirirdiler Muqavileye gore Sefeviler Van ve Qars qalalarina hemcinin Axalsika hucum etmeyeceklerine dair teminat verirdiler Tereflerden her birinin boyuk erazi elde etmemesi ucun teklif olundu ki biteref zona yaradilsin Mehemmed Mesumun yazdigina gore Azerbaycanin qerbindeki Maku Qotur ve Magazburd qalalarinin dagidilmasi nezerde tutulurdu Sulh muqavilesi 1639 cu il mayin 20 de Sah Sefi terefinden tesdiq edilerek Mehemmedqulu xan vasitesile Istanbula gonderildi IV Sultan Murad da muqavileni tesdiq etdi Professor Ernest Tukerin fikrince Qesri Sirin sulh muqavilesi Amasya sulhu ile baslayan ikili arasinda normallasma prosesinin kulminasiya noqtesi kimi qebul edile biler Her hansi diger Osmanli Sefevi muqavilesinden ferqli olaraq bu muqavile daha davamli oldugunu subut etdi ve o iki qonsu arasinda diplomatik mustevide demek olar ki butun sonraki razilasmalar ucun cixis noqtesi oldu DiliElyazmalar Institutunun direktor muavini filologiya elmleri doktoru Pasa Kerimov Sefeviler dovleti ile Osmanli dovleti arasinda 1639 cu ilde imzalanmis Qesri Sirin muqavilesinin metnini Mehemmed Tahir Vehid Qezvininin Abbasname kitabindan goturerek transliterasiya etmisdir Alim aparilan tedqiqat neticesinde mueyyen etmisdir ki uzun muddet iki dovlet arasindaki erazi iddialarina son qoyan bu muqavile Azerbaycan dilinde yazilmisdir Hemcinin baxQesri Sirin Osmanli sefevi muharibesi 1623 1639 QeydlerSah Abbas qala qapilarini acmasi qarsiliginda Bagdadin canisinliyini ved etse de sonradan atasina bele bir xeyanet edenin mene ne xeyri olacaq deyerek Xorasana surgune gondermis ve bir qeder sonra da orada edam etdirmisdir Atasi Bekir Subasini ise Bagdadi ele kecirdikden sonra Decle cayinda qayiga oturtmus ve neft tokerek yandirmisdir IstinadlarSuleyman Eliyarli Azerbaycan tarixi Baki Serq Qerb 1996 seh 400 Meri Josef W Bacharach Jere L Medieval Islamic Civilization L Z index Taylor amp Francis 2006 seh 581 ISBN 978 0415966924 Pecevi Ibrahim Efendi Tarihi Pecevi II Istanbul Enderun Kitabevi 1980 seh 398 399 Kilic 2000 seh 267 Kilic 2000 seh 271 Kilic 2000 seh 273 Kilic 2000 seh 275 Kilic 2000 seh 277 Kilic 2000 seh 279 Kilic 2000 seh 280 281 Somel Selcuk Aksin Historical Dictionary of the Ottoman Empire Scarecrow Press Inc 2003 306 Matthee 2012 seh 182 Floor 2001 seh 85 Floor 2008 seh 140 Azerbaycan Tarixi III cild Abdullayev Mehman 2015 Baki Baki universiteti nesri Baki Elm 2005 Floor Herzig 2015 seh 86 Floor Herzig 2015 seh 81 Pasa Kerimov Qesri Sirin muqavilesinin metnini Mehemmed Tahir Vehid Qezvininin Abbasname kitabindan goturerek transliterasiya etmisdir 2022 01 20 tarixinde Istifade tarixi 2017 09 09 MenbeKilic Remzi Osmanli Safevi arasinda Kasr i Sirin antlasmasi Firat Universitesi Ilahiyat Fakultesi Dergisi 5 2000 264 283 Floor Willem Safavid Government Institutions Costa Mesa California Mazda Publishers 2001 ISBN 978 1568591353 Floor Willem M Titles and Emoluments in Safavid Iran A Third Manual of Safavid Administration by Mirza Naqi Nasiri Washington DC Mage Publishers 2008 ISBN 978 1933823232 Floor Willem Herzig Edmund redaktorlar Iran and the World in the Safavid Age I B Tauris 2015 ISBN 978 1780769905 Matthee Rudi Persia in Crisis Safavid Decline and the Fall of Isfahan I B Tauris 2012 ISBN 978 1845117450 Somel Selcuk Aksin Historical Dictionary of the Ottoman Empire Scarecrow Press Inc 2003 Vikimenbede Qesri Sirin muqavilesi ile elaqeli melumatlar var