Henrik Pontoppidan (dan. Henrik Pontoppidan; 24 iyul 1857[…] – 21 avqust 1943[…]) — danimarkalı yazıçı, romançı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917).
Henrik Pontoppidan | |
---|---|
dan. Henrik Pontoppidan | |
Doğum tarixi | 24 iyul 1857[…] |
Vəfat tarixi | 21 avqust 1943[…](86 yaşında) |
Fəaliyyəti | yazıçı, roman yazıçısı, avtobioqraf[d], şair |
Fəaliyyət illəri | 1881–1943 |
Əsərlərinin dili | Danimarka dili |
Janr | nəsr |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Danimarka romançısı Henrik Pontoppidan Yutland yarımadasında, 16 uşaqlı keşiş ailəsinin dördüncü övladı kimi dünyaya gəlmişdi. Atası din adamı olsa da, mütərəqqi baxışları və açıqfikirliliyi ilə tanınırdı. O, lüteran ideyalarını Danimarka milliyyətçiliyi ilə birləşdirmək xəyalında idi. Henrix atasının fikirlərinə hörmətlə yanaşırdı, lakin oxumuş, ziyalı qadın olan anası ilə daha çox ünsiyyət saxlayırdı.
Lüteran kilsəsi geniş imkanlara malik olduğundan Pontoppidan ailəsi ehtiyacdan uzaq idi. Buna baxmayaraq Henrik gələcəyini kilsə ilə bağlamaq niyyətində deyildi. Cəmiyyətə fayda gətirmək üçün texniki ziyalı olmağı sərfəli saydığından təhsilini politexnik institutunda davam etdirmək qərarına gəlmişdi.
Paytaxta gəldikdən sonra Henrik əyalət mühiti ilə əlaqələrini kəsdi. Mədəni-mənəvi inkişafı ilə məşğul olmağa başladı. İsveçrəyə səyahəti (1877) və orduda xidməti gələcək yazıçının fikri inkişafında ciddi təbəddülat yaratdı. Görkəmli ədəbiyyatşünas Georq Brandesin mühazirələri Pontoppidanın Danimarkanın hansı tipli ədəbiyyata ehtiyac duyması ilə bağlı qənaətlərini aydınlaşdırdı.
Brandes XIX əsrin son onilliklərində Hans Kristian Andersenlə birlikdə ölkədəki ədəbi dirçəlişin beşiyi başında dayanmışdı. O, yeni ədəbiyyat yaratmaq üçün Danimarka yazıçılarını yersiz idilliya və romantizmdən uzaqlaşmağa, Emil Zolya kimi naturalizmə üz tutmağa, cəmiyyətdəki sosial problemlərə diqqət yetirməyə çağırırdı. Pontoppidanın 1884-cü ildə tanış olduğu Georq Brandes sonralar "Vəd verilmiş torpaq" trilogiyasının (1891-1895) əsas qəhrəmanı Emmanuelin prototipinə çevrilmişdi.
Gələcək yazıçı siyasi mübarizələri də maraqla izləyirdi. İri burjuaziya və zadəganları müdafiə edən mühafizəkarlarla azad, demokratik dəyərlərə çağıran müxalifətin parlament debatlarında o, ikincilərin tərəfində idi.
Pontoppidan fikirlərini daha geniş auditoriya ilə bölüşmək üçün mütləq yazıçı olmaq qərarına gəlmişdi. Bu məqsədlə Politexnik institutunu atmış, qardaşının açdığı kənd məktəbində müəllimlik etməyə başlamışdı. Öz etirafına görə, hər şeydən çox kəndlilərin yaşamı ilə maraqlanır, hər şeydən çox cəmiyyətdəki qeyri-bərabərliklərə hiddətlənirdi. Həyatı təkcə həyatın özündən deyil, həm də ədəbiyyatdan öyrənirdi — rus yazıçısı Fyodr Dostoyevskinin romanlarını, Fridrix Nitsşenin və fəlsəfi əsərlərini oxuyurdu.
Pontoppidan ilk bədii təcrübəsini — "Həyatın sonu" hekayəsini 1881-ci ildə çap etdirmişdi. Eyni ildə "Kəsilmiş qanadlar" adlı novellalar məcmuəsi işıq üzü görmüşdü. Nəhayət, həmin ildə o, müəllimlik dövründə tanış olduğu kəndli qızı Matta Meri Xansenlə evlənmişdi. Şəxsi bioqrafiyasından götürərək ümumiləşdirdiyi hadisə və yaşantıların, eləcə də XIX əsrin ikinci yarısındakı Danimarka həyatının geniş dini, siyasi və sosial lövhələrinin əks olunduğu "Vəd verilmiş torpaq”" (1891-1895) trilogiyası Pontoppidanın epik istedadını üzə çıxardı.
1893-1904-cü illər arasında yazıçı 8 cildlik "Xoşbəxt Pyer" roman-epopeyasını çap etdirdi. İlk romanındakı idealist Emmanueldən fərqli olaraq Pyer illüziyalara qapılmayan, fəal həyat mövqeyi və realist təfəkkürü ilə seçilən yeni tipli qəhrəman idi. Lakin sonda o da əsaslı dəyişikliyə nail olmadan əski həyata qayıtmaq məcburiyyəti qarşısında qalırdı. Qəhrəmanın düşdüyü bu çıxılmaz vəziyyət ilk növbədə cəmiyyətin özündən irəli gəlirdi.
Pontoppidanın üçüncü epik əsəri 5 cildlik "Ölülər səltənəti" (1912-1916) romanı idi. Əvvəlki iki epopeyadan fərqli olaraq burada, ümumiyyətlə, hadisələrin mərkəzində dayanan hansısa əsas qəhrəman yox idi. Müəllif çoxsaylı personajların timsalında cəmiyyətin sosial panoramını yaratmağa daha böyük üstünlük vermişdi.
Həmvətəni Karl Adolf Gellerup ilə birlikdə Henrik Pontoppidan 1917-ci ildə Nobel mükafatı laureatı oldu. İsveç tənqidçisi Sven Sederman həmin günlərdə onu "müasir Danimarka romançılarının ən yaxşısı" adlandırmış, bütün yaradıcılığının "saxta, aldadıcı illüziyalara, yalançı avtoritetlərə, mənəvi naqislik və qorxaqlığa qarşı mübarizə" üzərində qurulduğunu vurğulamışdı.
Ötən əsrin 30-40-cı illərində Pontopiddan son iri həcmli əsərini — beş cilddən ibarət avtobioqrafik epopeyasını — "Yeniyetməlik illəri" (1933), "Dəyişilmə" (1936), "İrs və borc" (1938), "Ailə həyatı" (1940), "Özümə doğru yol" (1943) romanlarını və Birinci Dünya müharibəsi ərəfəsində Danimarka intellektuallarının mənəvi böhranından söz açan "İnsanın səması" (1927) əsərini çap etdirmişdi. Onun romanları bu gün də ölkəsini və insanlarını tanıdan bədii sənədlər kimi əhəmiyyətini qoruyub saxlamaqdadır. Nobel laureatı — Tomas Mann danimarkalı həmkarını "anadangəlmə epik şair" adlandırmışdı. "Heç bir Danimarka yazıçısı öz dövrünü, problemlərini, müasirlərinin həyatını Pontoppidan qədər dəqiq, əhatəli və bədii mükəmməlliklə əks etdirə bilməmişdir" - bu isə Danimarka mənşəli amerikan tənqidçisi Sven Rosselin fikridir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Henrik Pontoppidan // Encyclopædia Britannica (ing.).
- Понтоппидан Хенрик // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Danimarka romançısı Henrik Pontoppidan (rusca)
- About Henrik Pontoppidan 2008-08-28 at the Wayback Machine
- Books and Writers' article about the author 2008-06-09 at the Wayback Machine
- Danish author, son of a pastor
- Henrik Pontoppidan nacque a Fredericia nel 1857
- Dinamarca, 1857-1943)
- Henrik Pontoppidan (1857-1943)
- Henrik Pontoppidan
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Henrik Pontoppidan dan Henrik Pontoppidan 24 iyul 1857 21 avqust 1943 danimarkali yazici romanci Edebiyyat uzre Nobel mukafati laureati 1917 Henrik Pontoppidandan Henrik PontoppidanDogum tarixi 24 iyul 1857 1857 07 24 Vefat tarixi 21 avqust 1943 1943 08 21 86 yasinda Fealiyyeti yazici roman yazicisi avtobioqraf d sairFealiyyet illeri 1881 1943Eserlerinin dili Danimarka diliJanr nesrMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiDanimarka romancisi Henrik Pontoppidan Yutland yarimadasinda 16 usaqli kesis ailesinin dorduncu ovladi kimi dunyaya gelmisdi Atasi din adami olsa da mutereqqi baxislari ve aciqfikirliliyi ile taninirdi O luteran ideyalarini Danimarka milliyyetciliyi ile birlesdirmek xeyalinda idi Henrix atasinin fikirlerine hormetle yanasirdi lakin oxumus ziyali qadin olan anasi ile daha cox unsiyyet saxlayirdi Luteran kilsesi genis imkanlara malik oldugundan Pontoppidan ailesi ehtiyacdan uzaq idi Buna baxmayaraq Henrik geleceyini kilse ile baglamaq niyyetinde deyildi Cemiyyete fayda getirmek ucun texniki ziyali olmagi serfeli saydigindan tehsilini politexnik institutunda davam etdirmek qerarina gelmisdi Paytaxta geldikden sonra Henrik eyalet muhiti ile elaqelerini kesdi Medeni menevi inkisafi ile mesgul olmaga basladi Isvecreye seyaheti 1877 ve orduda xidmeti gelecek yazicinin fikri inkisafinda ciddi tebeddulat yaratdi Gorkemli edebiyyatsunas Georq Brandesin muhazireleri Pontoppidanin Danimarkanin hansi tipli edebiyyata ehtiyac duymasi ile bagli qenaetlerini aydinlasdirdi Brandes XIX esrin son onilliklerinde Hans Kristian Andersenle birlikde olkedeki edebi dircelisin besiyi basinda dayanmisdi O yeni edebiyyat yaratmaq ucun Danimarka yazicilarini yersiz idilliya ve romantizmden uzaqlasmaga Emil Zolya kimi naturalizme uz tutmaga cemiyyetdeki sosial problemlere diqqet yetirmeye cagirirdi Pontoppidanin 1884 cu ilde tanis oldugu Georq Brandes sonralar Ved verilmis torpaq trilogiyasinin 1891 1895 esas qehremani Emmanuelin prototipine cevrilmisdi Gelecek yazici siyasi mubarizeleri de maraqla izleyirdi Iri burjuaziya ve zadeganlari mudafie eden muhafizekarlarla azad demokratik deyerlere cagiran muxalifetin parlament debatlarinda o ikincilerin terefinde idi Pontoppidan fikirlerini daha genis auditoriya ile bolusmek ucun mutleq yazici olmaq qerarina gelmisdi Bu meqsedle Politexnik institutunu atmis qardasinin acdigi kend mektebinde muellimlik etmeye baslamisdi Oz etirafina gore her seyden cox kendlilerin yasami ile maraqlanir her seyden cox cemiyyetdeki qeyri beraberliklere hiddetlenirdi Heyati tekce heyatin ozunden deyil hem de edebiyyatdan oyrenirdi rus yazicisi Fyodr Dostoyevskinin romanlarini Fridrix Nitssenin ve felsefi eserlerini oxuyurdu Pontoppidan ilk bedii tecrubesini Heyatin sonu hekayesini 1881 ci ilde cap etdirmisdi Eyni ilde Kesilmis qanadlar adli novellalar mecmuesi isiq uzu gormusdu Nehayet hemin ilde o muellimlik dovrunde tanis oldugu kendli qizi Matta Meri Xansenle evlenmisdi Sexsi bioqrafiyasindan goturerek umumilesdirdiyi hadise ve yasantilarin elece de XIX esrin ikinci yarisindaki Danimarka heyatinin genis dini siyasi ve sosial lovhelerinin eks olundugu Ved verilmis torpaq 1891 1895 trilogiyasi Pontoppidanin epik istedadini uze cixardi 1893 1904 cu iller arasinda yazici 8 cildlik Xosbext Pyer roman epopeyasini cap etdirdi Ilk romanindaki idealist Emmanuelden ferqli olaraq Pyer illuziyalara qapilmayan feal heyat movqeyi ve realist tefekkuru ile secilen yeni tipli qehreman idi Lakin sonda o da esasli deyisikliye nail olmadan eski heyata qayitmaq mecburiyyeti qarsisinda qalirdi Qehremanin dusduyu bu cixilmaz veziyyet ilk novbede cemiyyetin ozunden ireli gelirdi Pontoppidanin ucuncu epik eseri 5 cildlik Oluler selteneti 1912 1916 romani idi Evvelki iki epopeyadan ferqli olaraq burada umumiyyetle hadiselerin merkezinde dayanan hansisa esas qehreman yox idi Muellif coxsayli personajlarin timsalinda cemiyyetin sosial panoramini yaratmaga daha boyuk ustunluk vermisdi Hemveteni Karl Adolf Gellerup ile birlikde Henrik Pontoppidan 1917 ci ilde Nobel mukafati laureati oldu Isvec tenqidcisi Sven Sederman hemin gunlerde onu muasir Danimarka romancilarinin en yaxsisi adlandirmis butun yaradiciliginin saxta aldadici illuziyalara yalanci avtoritetlere menevi naqislik ve qorxaqliga qarsi mubarize uzerinde quruldugunu vurgulamisdi Oten esrin 30 40 ci illerinde Pontopiddan son iri hecmli eserini bes cildden ibaret avtobioqrafik epopeyasini Yeniyetmelik illeri 1933 Deyisilme 1936 Irs ve borc 1938 Aile heyati 1940 Ozume dogru yol 1943 romanlarini ve Birinci Dunya muharibesi erefesinde Danimarka intellektuallarinin menevi bohranindan soz acan Insanin semasi 1927 eserini cap etdirmisdi Onun romanlari bu gun de olkesini ve insanlarini tanidan bedii senedler kimi ehemiyyetini qoruyub saxlamaqdadir Nobel laureati Tomas Mann danimarkali hemkarini anadangelme epik sair adlandirmisdi Hec bir Danimarka yazicisi oz dovrunu problemlerini muasirlerinin heyatini Pontoppidan qeder deqiq ehateli ve bedii mukemmellikle eks etdire bilmemisdir bu ise Danimarka menseli amerikan tenqidcisi Sven Rosselin fikridir IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Henrik Pontoppidan Encyclopaedia Britannica ing Pontoppidan Henrik Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerDanimarka romancisi Henrik Pontoppidan rusca About Henrik Pontoppidan 2008 08 28 at the Wayback Machine Books and Writers article about the author 2008 06 09 at the Wayback Machine Danish author son of a pastor Henrik Pontoppidan nacque a Fredericia nel 1857 Dinamarca 1857 1943 Henrik Pontoppidan 1857 1943 Henrik PontoppidanHemcinin bax