Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi.
Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı.
1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır. Beləliklə də filmlərdə, çılpaq kişi və qadın bədənlərini göstərmək, narkotik maddələrdən istifadəni və ya onların alverini nümayiş etdirmək, cinsi azğınlıqlar haqqında danışmaq, ruhaniləri aşağılamaq, Allah, İsa sözlərini dini kontekstdən kənar hallarda işlətmək qadağan edilmişdir. 1930-cu ildə isə qısaca “Hays Qanunu” (İngiliscə: Hays Code) kimi tanınan Kino Film İstehsalat Kodeksi (Motion Picture Production Code) hazırlanmışdır. Bütün studiyalar tərəfindən qəbul edilən qanun, Motion Picture Herald jurnalının direktoru Martin Quigley və Cizvit keşişi Daniel A. Lord tərəfindən hazırlanmışdır. 1930-cu il martın 31-də qüvvəyə minən qanun 1966-cı ilə qədər qüvvədə qalmış və Amerika kinosunun istiqamətləndirilməsində həlledici rol oynamışdır. İki hissədən ibarət olan qanun adi tamaşaçıların reaksiyasına səbəb olmayan, senzura tələb etməyən, Hollivud məhsullarının adına ləkə gətirməyən filmlərin çəkilmə qaydalarını müəyyən edirdi.
Qanunun əsas prinsipləri aşağıdakılardan ibarət idi:
- Tamaşaçının mənəviyyatını alçaldan filmlər çəkilə bilməz, ona görə də cinayəti, xətanı, pislik və günahı tərənnüm etmək olmaz.
- Tamaşaçılara vicdanlı həyat standartları təqdim olunmalıdır.
- Müqəddəs əmrləri və ya insan qanunlarını məsxərəyə qoymaq olmaz, onlara qarşı çıxmaq isə təriflənə bilməz.
- Cinsiyyət mövzusunda çılpaqlıq, seks səhnələri, homoseksuallıq, müxtəlif irqlərdən olan insanlar arasındakı cinsi əlaqə, zina, qohumluq əlaqəsi, fahişəlik, striptiz, abort, cinsi hisslərin oyanmasına səbəb olan rəqslərin və səhnəyə müvafiq olmayan geyimlərin geyinilməsi əsas qadağalar idi.
- Qeyri-qanuni hərəkətlər mövzusunda şiddətə yer verən qətllər, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qisas alma, cinayətin necə törədilə biləcəyini göstərmək qadağan edilmişdir.
- Dini inancları və ruhaniləri alçaltmaq qadağan edilmişdir.
- Dövlət bayrağını təhqir etmək, tarixi təhrif etmək, dövlət orqanlarını və xalqın nümayəndələrini aşağılamaq qadağan edilmişdir.
- Uşaqlara və heyvanlara qarşı zorakılıq tətbiq etmək, insanlarda qorxu və vəhşət yaradan səhnələr çəkmək, cərrahiyyə əməliyyatlarını açıq formada nümayiş etdirmək qadağan edilmişdir.
- Həm də filmin adı düzgün olmalı idi.
Hays kodeksi həm dini, həm də siyasi dairələrin təzyiqlərinin qarşısını almaqla puritan cəmiyyətinin prinsiplərinə zidd olmayan filmlər hazırlamağı qarşısına məqsəd qoymuşdu.
Qanunda nəzərdə tutulmuş konkret sanksiya mövcud deyildi. Lakin qanunun prinsiplərinə əməl edilməyərək çəkilən film həm dövlət senzurasına, həm də distribyutorların boykotuna məruz qoyulurdu. Üstəlik, belə bir film Oskar mükafatına da namizəd ola bilməzdi. Qeyd etmək lazımdır ki, qanun Amerika kinosunda çox geniş bir formada istifadə olunan seksuallığı və zorakılığı tamamilə qadağan etmir, əksinə onu məhdudiyyətlər daxilində saxlayırdı.
İstinadlar
- McGilligan (2004), p. 376.
- Sperling et al (1998), p. 325.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Film Istehsali Akti Hays Qanunu Hays kodeksi ve ya Hays Qaydalari Hollivudda 1924 1966 ci iller arasinda quvvede olmus ozunusenzura tetbiqi idi Motion Picture Production Code Filmlerin genclere exlaqsizliq asiladigi ile bagli muhafizekar dairelerin illerdir apardigi qarayaxma kampaniyasi nehayet Hollivudu ehtiyat tedbirleri gormeye vadar etmisdir 1922 ci ilde MPPDA Motion Picture Producers and Distributors of America Amerika Kino Filmleri Istehsalcilari ve Distribyutorlari yaradilmisdir Teskilati yaradanlar kino aleminden kenar bir adami teskilatin rehberliyine getirmek qerarina gelirler Bu sexs dindar vetenini seven siyasetcilerle yaxsi munasibetlerde olan biri olmali idi William Harrison Hays ilde 150 min dollar kimi cox yuksek bir maasla bu vezifeye teyin edilir Statdan stata deyisen ve bir cox filmin qadagan edilmesine sebeb olan senzuradan qacmaq ucun o ozunusenzura ya el atdi 1924 cu ilde kinoproduserler cekecekleri filmlerin movzu xulasesini Haysin Ofisine Hays Office gondermek mecburiyyetinde buraxildilar Iki ilden sonra ise Studiya ile elaqeler departamenti Studio Relations Department yaradilmisdir Bu departamentde studiyalarin nelere diqqet etmeli olduguna dair esasname hazirlanmisdir Belelikle de filmlerde cilpaq kisi ve qadin bedenlerini gostermek narkotik maddelerden istifadeni ve ya onlarin alverini numayis etdirmek cinsi azginliqlar haqqinda danismaq ruhanileri asagilamaq Allah Isa sozlerini dini kontekstden kenar hallarda isletmek qadagan edilmisdir 1930 cu ilde ise qisaca Hays Qanunu Ingilisce Hays Code kimi taninan Kino Film Istehsalat Kodeksi Motion Picture Production Code hazirlanmisdir Butun studiyalar terefinden qebul edilen qanun Motion Picture Herald jurnalinin direktoru Martin Quigley ve Cizvit kesisi Daniel A Lord terefinden hazirlanmisdir 1930 cu il martin 31 de quvveye minen qanun 1966 ci ile qeder quvvede qalmis ve Amerika kinosunun istiqametlendirilmesinde helledici rol oynamisdir Iki hisseden ibaret olan qanun adi tamasacilarin reaksiyasina sebeb olmayan senzura teleb etmeyen Hollivud mehsullarinin adina leke getirmeyen filmlerin cekilme qaydalarini mueyyen edirdi Qanunun esas prinsipleri asagidakilardan ibaret idi Tamasacinin meneviyyatini alcaldan filmler cekile bilmez ona gore de cinayeti xetani pislik ve gunahi terennum etmek olmaz Tamasacilara vicdanli heyat standartlari teqdim olunmalidir Muqeddes emrleri ve ya insan qanunlarini mesxereye qoymaq olmaz onlara qarsi cixmaq ise teriflene bilmez Cinsiyyet movzusunda cilpaqliq seks sehneleri homoseksualliq muxtelif irqlerden olan insanlar arasindaki cinsi elaqe zina qohumluq elaqesi fahiselik striptiz abort cinsi hisslerin oyanmasina sebeb olan reqslerin ve sehneye muvafiq olmayan geyimlerin geyinilmesi esas qadagalar idi Qeyri qanuni hereketler movzusunda siddete yer veren qetller narkotik vasitelerin qanunsuz dovriyyesi qisas alma cinayetin nece toredile bileceyini gostermek qadagan edilmisdir Dini inanclari ve ruhanileri alcaltmaq qadagan edilmisdir Dovlet bayragini tehqir etmek tarixi tehrif etmek dovlet orqanlarini ve xalqin numayendelerini asagilamaq qadagan edilmisdir Usaqlara ve heyvanlara qarsi zorakiliq tetbiq etmek insanlarda qorxu ve vehset yaradan sehneler cekmek cerrahiyye emeliyyatlarini aciq formada numayis etdirmek qadagan edilmisdir Hem de filmin adi duzgun olmali idi Hays kodeksi hem dini hem de siyasi dairelerin tezyiqlerinin qarsisini almaqla puritan cemiyyetinin prinsiplerine zidd olmayan filmler hazirlamagi qarsisina meqsed qoymusdu Qanunda nezerde tutulmus konkret sanksiya movcud deyildi Lakin qanunun prinsiplerine emel edilmeyerek cekilen film hem dovlet senzurasina hem de distribyutorlarin boykotuna meruz qoyulurdu Ustelik bele bir film Oskar mukafatina da namized ola bilmezdi Qeyd etmek lazimdir ki qanun Amerika kinosunda cox genis bir formada istifade olunan seksualligi ve zorakiligi tamamile qadagan etmir eksine onu mehdudiyyetler daxilinde saxlayirdi IstinadlarMcGilligan 2004 p 376 Sperling et al 1998 p 325