Hacı Molla Əhməd Hacı Piri oğlu Nuruzadə (rusca:Гаджи Молла Ахмед Хаджи Пири оглы Нуризаде; d. 1881, Düyərli, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rus İmperiyası — ö. 1930, Düyərli, Şamxor rayonu, Azərbaycan SSR, ZSFSR, Sovet İttifaqı) — bir digər adı olan Hacı Axund adı ilə də tanınmaqdadır. Hacı Molla Əhməd Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentində deputat, Əhrar partiyasının və fraksiyasının üzvü olmuşdur. O, Azərbaycanın bolşevik işğalına qarşı mübarizə aparmış, 1930-cu ildə ölmüşdür.
Hacı Molla Əhməd Nuruzadə | |
---|---|
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Əhrar fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 1930 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | axund, deputat, siyasətçi |
Həyatı
Hacı Əhməd Nuruzadə 1881-ci ildə Düyərli kəndində Hacı Pirinin ailəsində dünyaya gəlmişdir. O, ailədəki 5 övladdan dördüncüsü idi. Əhməd dini təhsilini şiə elmi hövzəsinin mərkəzlərindən olan Nəcəfdə almış və təhsilini tamamladıqdan sonra kəndinə dönərək məscidin axundu təyin edilmişdir. Kənd sakinlərinin Məkkə, Məşhəd və Kərbəlaya ziyarətini təşkil etmək üçün Hacı Axund İrandan Seyid Zəvvərbaşı Nizamini dəvət etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra parlamentin deputatı və Əhrar fraksiyasının Gəncə qəzası üzrə nümayəndəsi olmuşdur.Bolşevik-daşnaklarla mübarizə zamanı Hacı Molla Əhməd Nuruzadənin, Yeg Mustafanın və Kərbəlayi İsmayılın rəhbərliyi altında Düyərli sakinləri Qafqaz İslam Ordusu üçün maddi-texniki təminat ləvazimatlarının toplanmasına çalışırdılar. Bu şəxslərdən bəziləri Molla Əhməd ilə birlikdə Qafqaz İslam Ordusuna qatılaraq Bakı uğrundakı döyüşlərə də qatıldılar. 1920-ci ilin may ayına qədər Nuruzadə Gəncə şəhərində qalır. Bolşevik işğalına qarşı Gəncə üsyanının başlamasından sonra Nuruzadənin dəstəkçiləri olan Məşədi Həsən və Məşədi Əli faytonla onu oradan götürməyə gəlirlər. Nuruzadənin gəncəli arvadı Ələviyyə də onlara qatılır. Onlar faytonla Gəncədən uzaqlaşarkən artilleriya atəşinə tutulurlar və faytonçular ağır yaralanırlar. Yaralananlar Düyərliyə çatdıqdan iki gün sonra vəfat edirlər.
Molla Əhməd yenə kəndin axundu olur. 1927-ci ilin sentyabrında NKVD onu saxlamağa Zəyəm kəndindən adamlar göndərir, bundan sonra o, qaçaq olur. O, öz ətrafına tərəfdarlar toplayır və Azərbaycan Xalq Cümhuriyyətini bərpa etmək üçün Sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparır. Onların arasında Dülyər kəndindən olan Bapban Mail öz dəstəsi ilə idi. Hacı Axund 200 qaçaqla birlikdə dağlara çıxıb, orada mətbəə təsis edib "Azadlıq" qəzetini nəşr etdirib. O, məqalələrində xalqı sovet hakimiyyətinə qarşı mübarizəyə, milli respublikanı dirçəltməyə çağırırdı. Bapban Mailin ölümündən sonra Nuruzadənin qoşunları sovet infrastrukturuna daha fəal zərbələr endirməyə başladı. Partizan həyatına başlayandan sonra həyat yoldaşı Ələviyyə Gəncəyə qayıtdı. Nuruzadə bundan sonra Gövhər adlı qadın ilə ailə həyatı qurdu ə bu evlilikdən bir oğlan dünyaya gəldi.
1930-cu ilin əvvəlindən bolşeviklər Düyərli kəndinin ictimai mərkəzi olan poçtda hər gün mitinqlər keçirirdilər. Mitinqlərdə Hacı Axund və onun tərəfdarlarına qarşı təbliğat aparırdılar. Nuruzadə və onun qoşunları ideoloji cəhətdən "İttihad" partiyasına yaxın olan "Allahlılar" təşkilatının üzvləri idi. Yayda Nuruzadə toplantı keçirdi və qərara gəldi ki, yerli əhaliyə qarşı quldurluq və ziyan vurma hallarına son qoyulmalıdır. Həmçinin Qarabağ partizanları ilə də əlaqələrin yaradılması barədə qərar qəbul edildi. İyul ayında Nuruzadə, Sultanov qardaşları və Gədəbəy ətraflarına toplanan digərləri Dəstəfur bölgəsinə yola düşdüş Onların ümumi sayı 60–80 nəfər idi. Dəstənin məqsədi Dəstəfur bölgəsindəki Pirverdinin dəstəsi ilə birləşmək idi. Sentyabrda onun dəstəsindən 13 nəfər Düyərli bölgəsində idi və türk tüfəngləri, revolverləri ilə silahlanmış vəziyyətdə idi. Son dövrlər ərzində partizan qrupları və dəstələri arasında daxili çəkişmələr də meydana çıxmışdı. Nuruzadənin dəstəsini ortadan qaldırmaq üçün həm Bakıdan, həm Gəncədən dəstələr göndərilmişdi. Bu birləşmələrin komandanı olaraq 24-cü alayın komandanı təyin edilmişdi. 17 noyabr gecəsində Nuruzadənin dəstəsi aktiv sabotaj fəaliyyətlərinə başladı. Onlar Sovet ordu birləşmələrinin yerləşdiyi yerə yaxın ərazilərdə 3 əsas əməliyyat həyata keçirdilər. Saat 22:00-də Nuruzadənin dəstəsi Zəyəm ilə Dülyər stansiyaları arasındakı teleqraf xəttini kəsdilər. Bundan başqa Bakı-Batumi kerosin kəmərini atəşə tutub, 4 metr uzunluğundakı dəmiryolu körpüsünü yandırdılar. Eyni zamanda, Zəyəm stasiyasından etibarən 5 kilometrlik kerosin xəttinə hücum etmək üçün cəhd edildi. 23:00-da Dəllər stansiyası yaxınlığındakı 2 metrlik dəmirrolu körpüsü yandırıldı, kerosin xətti ilk öncə atəşə tutuldu, daha sonra isə yandırıldı. Həmçinin, eyni zamanda oradakı dəstələr 10 metrlik dəmiryolu körpüsünü yandırdılar, bununla da, dəmiryolu əlaqəsi müəyyən müddətlik dayandırıldı.İosif Stalinin əmri ilə Düyərli kəndi "quldur yuvası" hesab edilərək 3 gün ərzində tamamilə dağıdıldı. Noyabrın 20-dən 21-ə keçən gecə əməliyyat həyata keçirilməyə başlandı və Düyərli döyüşsüz ələ keçirildi. Onlar kəndin içi ilə şimala doğru hərəkət edərkən, çekistlər partizanların yoxlama postunu gördülər. Nəticədə Çuqunda adlanan yerdə toplanmış 25 süvari partizan dərhal Kürə doğru geri çəkilməyə başladılar. Partizanların ikinci hissəsi təhlükəsizlik qüvvələri əməkdaşlarının Çuqunda istiqamətində getdiklərini gördükdən sonra öz istiqamətlərini dəyişdirdilər və Aşağı Əyyublu istiqamətinə yönəldilər. Düyərlinin ələ keçirilməsindən sonra təhlükəsizlik qüvvələri qrupu kənd camaatı ilə görüş təşkil etdi. Görüşdə bütün silahların təhvil verilməsi, quldur dəstəkçilərinin və partizanların da təslim olması tələb edildi. Silahları toplamaq üçün komissiya toplanıldı və qonşu ərazilərdə gizlənən partizanların da — "qulaq-banditlərdən" — təslim olması üçün troyka yaradıldı. Düyərlidə kollektiv ferma — kolxoz təşkil edildi və Nuruzadənin ərazisi də oraya daxil edildi. Qolçomaqların çoxu kənddən yoxa çıxdı. 25 noyabrda Nuruzadə və təxminən 30 nəfərlik dəstəsi Quşçu Ayrım kəndində yerləşən körpünü yandırmağa çalışdı. 27 noyabr tarixində onlar Kürün sol sahilinə — Ceyrançöl ərazisinə keçdilər. Buraya gələn partizanların ümumi sayı təxminən 300 nəfərə çatmışdı. Dekabrın əvvəllərində Cənubi Qafqaz GPU məruzə edirdi ki, Gəncə qəzasında üsyançılara qarşı döyüşlər baş vermişdir. Məruzədə üsyançıların sayı min nəfər olaraq göstərilir:
Quldur hərəkatına keçmiş müsavatçı parlamentinin üzvü, keçmiş ittihadçı molla Hacı Axund rəhbərlik edir. Quldur dəstələrinin onun rəhbərliyi altında birləşməsinin qarşısında duran əsas tapşırıq ümumi üsyan başlatmaqdır. Bu məqsədə görə, Hacı Axund genişmiqyaslı propaqandaya başlamışdır. "Sovet hakimiyyətinin qaçınılmaz çöküşü, britaniyalıların, türk ordularının və s." gəlişi barədə durmadan şayiələr yayılır. Kəndlilərə kollektiv fermalara — kolxozlara qarşı döyüşmək üçün çağırışlar edilir, onlar "rus işğalçılarına qarşı, din və kasıblıqdan qurtulmaq" və s. məqsədlər üçün döyüşməyə çağırılırlar. Gədəbəydə də buna bənzər elanlar paylanılmışdır. Türk ordusunun gəlişi barədə gəzən şayiələri yaymaq üçün quldurlardan biri (Hacı Axundun əmri ilə) türk zabiti kimi geyinərək ətraf kəndləri gəzmiş, buralardakı quldur dəstələri onu "Paşa" adlandırmışdır. Eyni zamanda, qukdur təbliğatçılar kəndliləri əmin edirdilər ki, "sağçı çevrələr Hacl Axundu dəstəkləməkdədir".
Bu hazırlıq nəticəsində 1000-dən çox insan Nuruzadənin ətrafında birləşdi və nəticədə o, Şamxorda, Qasım-İsmayılovski rayonlarındakı kəndlərin xeyli hissəsini öz təsirinə saldı. Bu bölgələrdəki qolçomaqlar bu hərəkatın maddi-texniki təmin edilməsində və ona məlumat verilməsində mühüm rol oynayırdılar. Döyüşlərin birində Nuruzadə ağır yaralandı və ayaqlarından birini itirdi. O, günlərlə gecələri Şimanlı tayfasına məxsus olan çoban dağmasında keçirməyə məcbur oldu. Sovet hakimiyyət dairələrinin infarmatorları bundan xəbər tutduqdan sonra aidiyyəti orqanlara bu barədə məlumat verdilər. Nuruzadənin qaldığı daxmanın ətrafı təhlükəsizlik orqanları işçiləri tərəfindən mühasirəyə alındı. Nuruzadə çoban Məmməddən əsgərləra onun öldüyünü deməsini istəyir. Çoban belə etdikdən sonra bunu yoxlamağa gələn əsgərlərdən beşini öldürən Nuruzadə dərhal atına minərək uzaqlaşmağa çalışır. At belində də bolşeviklərlə atışan Nuruzadə sonuncu gülləsini özünə vuraraq intihar edir. Onun ölümündən sonra Qızıl Ordu Hacı Axundun qoşunlarının bir hissəsini əsir götürdü, onların arasında keçmiş polis zabitləri, Kommunist Partiyasının üzvləri və bolşeviklərin repressiv siyasətindən narazı olan keçmiş kənd partiya məmurları da var idi. Onun tərəfdarlarından dördü pulu götürərək atışma yerini tərk etdilər, onların arasında qardaşı oğlu Həmid, Seyid Nizam, sağ əli Tat Fəttah və Kor Əlibəy də var. İrmaşlı kəndində gecələmək üçün dayandılar. Onları görən çobanlardan biri bu barədə NKVD-ə məlumat verirlər. Qaçaqlar Qaratac kəndinə qaçmağa məcbur olsalar da, xilas ola bilmirlər və orada öldürülürlər. Nuruzadənin dəstəsindən olan başqa 20 nəfər də ələ keçirilir və Bakıya aparılaraq qaz kameralarında öldürülürlər. NKVD-nin üzvü Cəfərovun göstərişi ilə daha 12 nəfər kənd poçtu yaxınlığında güllələndi. Onların arasında Məhəmməd Aslanalı oğlu, Kərbəlayi Əli Allahqulu oğlu, Məmməd Yusif oğlu, Arıx, Aslan Arıx oğlu, Qara Kazım, Adil Qəmbər oğlu, Əsəd Baba oğlu, Yekya Məhəmməd Piri oğlu (Nuruzadənin qardaşı), Topal İsa, Mustafa İmamqulu oğlu və Abdullah Hüseyn oğlu vardı. Onların meyitləri Sarıtəpə kəndi yaxınlığındakı Qanlı Qova qəsəbəsindəki kütləvi məzarlıqda basdırılmışdır. Nuruzadənin meyidi yandırılaraq Şəmkir stansiyasının yaxınlığındakı quyuya atılıb. Edam mərasimindən sonra partizanların arvadları və uşaqları kənd meydanına topladıldı. Toplananlar içindən 6 uşaq peyvənd edildilər və bir həftə sonra öldülər. Ölənlər Nuruzadənin oğlu, onun qardaşı Yekya Məhəmmədin oğlu və nəvəsi, Həsən, Hüseyn və Alaqan adlı partizanların oğulları daxil idi.
Mədəniyyətdə
Yazıçı "Üç düşmən" romanında Hacı Molla Əhməd Nuruzadə və onun hərəkatından bəhs edilir.
Həmçinin bax
İstinadlar
- "III. "Əhrar" fraksiyası". millikimlik.az. 7 dekabr 2012. İstifadə tarixi: 14 dekabr 2023.
- "III. "Əhrar" fraksiyası". axc.preslib.az. 2021-01-18 tarixində . İstifadə tarixi: 14 dekabr 2023.
- Веселов, 2021. səh. 75
- Mahmudov və başqaları, 2005. səh. 278
- Tahirzadə, 2008
- Həmidqızı, 2020. səh. 10
- Həmidqızı, 2020. səh. 13
- Həmidqızı, 2020. səh. 11
- Həmidqızı, 2020. səh. 15
- Həmidqızı, 2020. səh. 16
- Həmidqızı, 2020. səh. 17
- Həmidqızı, 2020. səh. 18
- Həmidqızı, 2020. səh. 19
- Həmidqızı, 2020. səh. 20
- Rəsulzadə, 2019. səh. 78
- Həmidqızı, 2020. səh. 21
- Həmidqızı, 2020. səh. 22
- Mamulia və Abutalbov, 2015. səh. 265
- Быстрова, 2008. səh. 1395
- Быстрова, 2008. səh. 1434
- Быстрова, 2008. səh. 1504
- Быстрова, 2008. səh. 1512
- Həmidqızı, 2020. səh. 30
- Советская деревня глазами ВЧК-ОГПУ-НКВД. 1918—1939. Документы и материалы. 3. səh. 530.
- Быстрова, 2008. səh. 1517
- Соколов, 2008. səh. 40
- Həmidqızı, 2020. səh. 24
- Həmidqızı, 2020. səh. 25
- Həmidqızı, 2020. səh. 26
- Həmidqızı, 2020. səh. 27
- Həmidqızı, 2020. səh. 27-28
- Həmidqızı, 2020. səh. 31
- Həmidqızı, 2020. səh. 34
- Həmidqızı, 2020. səh. 35
- Həmidqızı, 2020. səh. 36
Mənbə
- Yaqub Mahmudov və başqaları (red.). Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası - Hacı Molla Əhməd Hacı Piri oğlu Nuruzadə maddəsi. II. Bakı. 2005.
- Всеволод Веселов. Большевики в Азербайджане (конец апреля – начало июня 1920 года). Москва: Родина. 2021. 192. ISBN .
- Əsginaz Həmidqızı. Düyərlinin yazılmamış dastanının qəhrəmanları. Gəncə: 2020.
- Н. Е. Быстрова. «Совершенно секретно»: Лубянка - Сталину о положении в стране (1922-1934 гг.). Москва: ИРИ РАН. 2008. ISBN .
- Məhəmmədəmin Rəsulzadə. Azərbaycan: Müstəqillik üçün mübarizə yolunda. Bakı: Çapar Yayınları. Tərcümə: Tural Mehbalıyev, Redaktə: İsmayıl Zeynallı. 2019. ISBN .
- Giorgi Mamulia, Ramiz Abutalbov. Odlar yurdu azadlıq va müstəqillik uğrunda mübarizadə. Azərbaycan mühacirətinin siyasi tarixi (1920-1945). Bakı: TEAS Press Nəşriyyat evi. Aydın Balayev. 2015. 464. ISBN .
- Ədalət Tahirzadə. Nuruzadə Hacı Axund Əhməd Hacı Piri oğlu. № 78). 525-ci qəzet. 2008.
- Борис Соколов. Берия: судьба всесильного наркома. Москва: АСТ. 2008. 323. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Molla Ehmed Haci Piri oglu Nuruzade rusca Gadzhi Molla Ahmed Hadzhi Piri ogly Nurizade d 1881 Duyerli Yelizavetpol qezasi Yelizavetpol quberniyasi Rus Imperiyasi o 1930 Duyerli Samxor rayonu Azerbaycan SSR ZSFSR Sovet Ittifaqi bir diger adi olan Haci Axund adi ile de taninmaqdadir Haci Molla Ehmed Azerbaycan Xalq Cumhuriyyeti dovrunde parlamentinde deputat Ehrar partiyasinin ve fraksiyasinin uzvu olmusdur O Azerbaycanin bolsevik isgalina qarsi mubarize aparmis 1930 cu ilde olmusdur Haci Molla Ehmed NuruzadeAzerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu7 dekabr 1918 27 aprel 1920FraksiyaEhrar fraksiyasiSexsi melumatlarDogum tarixi 1881Dogum yeri Duyerli Yelizavetpol qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1930Vefat yeri Duyerli AzerbaycanPartiya Ehrar PartiyasiFealiyyeti axund deputat siyasetciHaci Molla Ehmed Nuruzade qardasi Yekya Mehemmed ortada ve onun oglu Hemid solda ile birlikde HeyatiHaci Ehmed Nuruzade 1881 ci ilde Duyerli kendinde Haci Pirinin ailesinde dunyaya gelmisdir O ailedeki 5 ovladdan dorduncusu idi Ehmed dini tehsilini sie elmi hovzesinin merkezlerinden olan Necefde almis ve tehsilini tamamladiqdan sonra kendine donerek mescidin axundu teyin edilmisdir Kend sakinlerinin Mekke Meshed ve Kerbelaya ziyaretini teskil etmek ucun Haci Axund Irandan Seyid Zevverbasi Nizamini devet etmisdir 1918 ci ilde Azerbaycan Xalq Cumhuriyyeti musteqilliyini elan etdikden sonra parlamentin deputati ve Ehrar fraksiyasinin Gence qezasi uzre numayendesi olmusdur Bolsevik dasnaklarla mubarize zamani Haci Molla Ehmed Nuruzadenin Yeg Mustafanin ve Kerbelayi Ismayilin rehberliyi altinda Duyerli sakinleri Qafqaz Islam Ordusu ucun maddi texniki teminat levazimatlarinin toplanmasina calisirdilar Bu sexslerden bezileri Molla Ehmed ile birlikde Qafqaz Islam Ordusuna qatilaraq Baki ugrundaki doyuslere de qatildilar 1920 ci ilin may ayina qeder Nuruzade Gence seherinde qalir Bolsevik isgalina qarsi Gence usyaninin baslamasindan sonra Nuruzadenin destekcileri olan Mesedi Hesen ve Mesedi Eli faytonla onu oradan goturmeye gelirler Nuruzadenin genceli arvadi Eleviyye de onlara qatilir Onlar faytonla Genceden uzaqlasarken artilleriya atesine tutulurlar ve faytoncular agir yaralanirlar Yaralananlar Duyerliye catdiqdan iki gun sonra vefat edirler 1886 ci ilde Duyerli kendinin kameral tesvirinden bir sehife Bu sehifede Ehmedin 5 basinda oldugu gosterilmis ailesinin adi cekilmisdir Molla Ehmed yene kendin axundu olur 1927 ci ilin sentyabrinda NKVD onu saxlamaga Zeyem kendinden adamlar gonderir bundan sonra o qacaq olur O oz etrafina terefdarlar toplayir ve Azerbaycan Xalq Cumhuriyyetini berpa etmek ucun Sovet hakimiyyetine qarsi silahli mubarize aparir Onlarin arasinda Dulyer kendinden olan Bapban Mail oz destesi ile idi Haci Axund 200 qacaqla birlikde daglara cixib orada metbee tesis edib Azadliq qezetini nesr etdirib O meqalelerinde xalqi sovet hakimiyyetine qarsi mubarizeye milli respublikani dirceltmeye cagirirdi Bapban Mailin olumunden sonra Nuruzadenin qosunlari sovet infrastrukturuna daha feal zerbeler endirmeye basladi Partizan heyatina baslayandan sonra heyat yoldasi Eleviyye Genceye qayitdi Nuruzade bundan sonra Govher adli qadin ile aile heyati qurdu e bu evlilikden bir oglan dunyaya geldi 1930 cu ilin evvelinden bolsevikler Duyerli kendinin ictimai merkezi olan poctda her gun mitinqler kecirirdiler Mitinqlerde Haci Axund ve onun terefdarlarina qarsi tebligat aparirdilar Nuruzade ve onun qosunlari ideoloji cehetden Ittihad partiyasina yaxin olan Allahlilar teskilatinin uzvleri idi Yayda Nuruzade toplanti kecirdi ve qerara geldi ki yerli ehaliye qarsi quldurluq ve ziyan vurma hallarina son qoyulmalidir Hemcinin Qarabag partizanlari ile de elaqelerin yaradilmasi barede qerar qebul edildi Iyul ayinda Nuruzade Sultanov qardaslari ve Gedebey etraflarina toplanan digerleri Destefur bolgesine yola dusdus Onlarin umumi sayi 60 80 nefer idi Destenin meqsedi Destefur bolgesindeki Pirverdinin destesi ile birlesmek idi Sentyabrda onun destesinden 13 nefer Duyerli bolgesinde idi ve turk tufengleri revolverleri ile silahlanmis veziyyetde idi Son dovrler erzinde partizan qruplari ve desteleri arasinda daxili cekismeler de meydana cixmisdi Nuruzadenin destesini ortadan qaldirmaq ucun hem Bakidan hem Genceden desteler gonderilmisdi Bu birlesmelerin komandani olaraq 24 cu alayin komandani teyin edilmisdi 17 noyabr gecesinde Nuruzadenin destesi aktiv sabotaj fealiyyetlerine basladi Onlar Sovet ordu birlesmelerinin yerlesdiyi yere yaxin erazilerde 3 esas emeliyyat heyata kecirdiler Saat 22 00 de Nuruzadenin destesi Zeyem ile Dulyer stansiyalari arasindaki teleqraf xettini kesdiler Bundan basqa Baki Batumi kerosin kemerini atese tutub 4 metr uzunlugundaki demiryolu korpusunu yandirdilar Eyni zamanda Zeyem stasiyasindan etibaren 5 kilometrlik kerosin xettine hucum etmek ucun cehd edildi 23 00 da Deller stansiyasi yaxinligindaki 2 metrlik demirrolu korpusu yandirildi kerosin xetti ilk once atese tutuldu daha sonra ise yandirildi Hemcinin eyni zamanda oradaki desteler 10 metrlik demiryolu korpusunu yandirdilar bununla da demiryolu elaqesi mueyyen muddetlik dayandirildi Iosif Stalinin emri ile Duyerli kendi quldur yuvasi hesab edilerek 3 gun erzinde tamamile dagidildi Noyabrin 20 den 21 e kecen gece emeliyyat heyata kecirilmeye baslandi ve Duyerli doyussuz ele kecirildi Onlar kendin ici ile simala dogru hereket ederken cekistler partizanlarin yoxlama postunu gorduler Neticede Cuqunda adlanan yerde toplanmis 25 suvari partizan derhal Kure dogru geri cekilmeye basladilar Partizanlarin ikinci hissesi tehlukesizlik quvveleri emekdaslarinin Cuqunda istiqametinde getdiklerini gordukden sonra oz istiqametlerini deyisdirdiler ve Asagi Eyyublu istiqametine yoneldiler Duyerlinin ele kecirilmesinden sonra tehlukesizlik quvveleri qrupu kend camaati ile gorus teskil etdi Gorusde butun silahlarin tehvil verilmesi quldur destekcilerinin ve partizanlarin da teslim olmasi teleb edildi Silahlari toplamaq ucun komissiya toplanildi ve qonsu erazilerde gizlenen partizanlarin da qulaq banditlerden teslim olmasi ucun troyka yaradildi Duyerlide kollektiv ferma kolxoz teskil edildi ve Nuruzadenin erazisi de oraya daxil edildi Qolcomaqlarin coxu kendden yoxa cixdi 25 noyabrda Nuruzade ve texminen 30 neferlik destesi Quscu Ayrim kendinde yerlesen korpunu yandirmaga calisdi 27 noyabr tarixinde onlar Kurun sol sahiline Ceyrancol erazisine kecdiler Buraya gelen partizanlarin umumi sayi texminen 300 nefere catmisdi Dekabrin evvellerinde Cenubi Qafqaz GPU meruze edirdi ki Gence qezasinda usyancilara qarsi doyusler bas vermisdir Meruzede usyancilarin sayi min nefer olaraq gosterilir Quldur herekatina kecmis musavatci parlamentinin uzvu kecmis ittihadci molla Haci Axund rehberlik edir Quldur destelerinin onun rehberliyi altinda birlesmesinin qarsisinda duran esas tapsiriq umumi usyan baslatmaqdir Bu meqsede gore Haci Axund genismiqyasli propaqandaya baslamisdir Sovet hakimiyyetinin qacinilmaz cokusu britaniyalilarin turk ordularinin ve s gelisi barede durmadan sayieler yayilir Kendlilere kollektiv fermalara kolxozlara qarsi doyusmek ucun cagirislar edilir onlar rus isgalcilarina qarsi din ve kasibliqdan qurtulmaq ve s meqsedler ucun doyusmeye cagirilirlar Gedebeyde de buna benzer elanlar paylanilmisdir Turk ordusunun gelisi barede gezen sayieleri yaymaq ucun quldurlardan biri Haci Axundun emri ile turk zabiti kimi geyinerek etraf kendleri gezmis buralardaki quldur desteleri onu Pasa adlandirmisdir Eyni zamanda qukdur tebligatcilar kendlileri emin edirdiler ki sagci cevreler Hacl Axundu desteklemekdedir Bu hazirliq neticesinde 1000 den cox insan Nuruzadenin etrafinda birlesdi ve neticede o Samxorda Qasim Ismayilovski rayonlarindaki kendlerin xeyli hissesini oz tesirine saldi Bu bolgelerdeki qolcomaqlar bu herekatin maddi texniki temin edilmesinde ve ona melumat verilmesinde muhum rol oynayirdilar Doyuslerin birinde Nuruzade agir yaralandi ve ayaqlarindan birini itirdi O gunlerle geceleri Simanli tayfasina mexsus olan coban dagmasinda kecirmeye mecbur oldu Sovet hakimiyyet dairelerinin infarmatorlari bundan xeber tutduqdan sonra aidiyyeti orqanlara bu barede melumat verdiler Nuruzadenin qaldigi daxmanin etrafi tehlukesizlik orqanlari iscileri terefinden muhasireye alindi Nuruzade coban Memmedden esgerlera onun olduyunu demesini isteyir Coban bele etdikden sonra bunu yoxlamaga gelen esgerlerden besini olduren Nuruzade derhal atina minerek uzaqlasmaga calisir At belinde de bolseviklerle atisan Nuruzade sonuncu gullesini ozune vuraraq intihar edir Onun olumunden sonra Qizil Ordu Haci Axundun qosunlarinin bir hissesini esir goturdu onlarin arasinda kecmis polis zabitleri Kommunist Partiyasinin uzvleri ve bolseviklerin repressiv siyasetinden narazi olan kecmis kend partiya memurlari da var idi Onun terefdarlarindan dordu pulu goturerek atisma yerini terk etdiler onlarin arasinda qardasi oglu Hemid Seyid Nizam sag eli Tat Fettah ve Kor Elibey de var Irmasli kendinde gecelemek ucun dayandilar Onlari goren cobanlardan biri bu barede NKVD e melumat verirler Qacaqlar Qaratac kendine qacmaga mecbur olsalar da xilas ola bilmirler ve orada oldurulurler Nuruzadenin destesinden olan basqa 20 nefer de ele kecirilir ve Bakiya aparilaraq qaz kameralarinda oldurulurler NKVD nin uzvu Ceferovun gosterisi ile daha 12 nefer kend poctu yaxinliginda gullelendi Onlarin arasinda Mehemmed Aslanali oglu Kerbelayi Eli Allahqulu oglu Memmed Yusif oglu Arix Aslan Arix oglu Qara Kazim Adil Qember oglu Esed Baba oglu Yekya Mehemmed Piri oglu Nuruzadenin qardasi Topal Isa Mustafa Imamqulu oglu ve Abdullah Huseyn oglu vardi Onlarin meyitleri Saritepe kendi yaxinligindaki Qanli Qova qesebesindeki kutlevi mezarliqda basdirilmisdir Nuruzadenin meyidi yandirilaraq Semkir stansiyasinin yaxinligindaki quyuya atilib Edam merasiminden sonra partizanlarin arvadlari ve usaqlari kend meydanina topladildi Toplananlar icinden 6 usaq peyvend edildiler ve bir hefte sonra olduler Olenler Nuruzadenin oglu onun qardasi Yekya Mehemmedin oglu ve nevesi Hesen Huseyn ve Alaqan adli partizanlarin ogullari daxil idi MedeniyyetdeYazici Uc dusmen romaninda Haci Molla Ehmed Nuruzade ve onun herekatindan behs edilir Hemcinin baxSovet hakimiyyetine qarsi usyanlarIstinadlar III Ehrar fraksiyasi millikimlik az 7 dekabr 2012 Istifade tarixi 14 dekabr 2023 III Ehrar fraksiyasi axc preslib az 2021 01 18 tarixinde Istifade tarixi 14 dekabr 2023 Veselov 2021 seh 75 Mahmudov ve basqalari 2005 seh 278 Tahirzade 2008 Hemidqizi 2020 seh 10 Hemidqizi 2020 seh 13 Hemidqizi 2020 seh 11 Hemidqizi 2020 seh 15 Hemidqizi 2020 seh 16 Hemidqizi 2020 seh 17 Hemidqizi 2020 seh 18 Hemidqizi 2020 seh 19 Hemidqizi 2020 seh 20 Resulzade 2019 seh 78 Hemidqizi 2020 seh 21 Hemidqizi 2020 seh 22 Mamulia ve Abutalbov 2015 seh 265 Bystrova 2008 seh 1395 Bystrova 2008 seh 1434 Bystrova 2008 seh 1504 Bystrova 2008 seh 1512 Hemidqizi 2020 seh 30 Sovetskaya derevnya glazami VChK OGPU NKVD 1918 1939 Dokumenty i materialy 3 seh 530 Bystrova 2008 seh 1517 Sokolov 2008 seh 40 Hemidqizi 2020 seh 24 Hemidqizi 2020 seh 25 Hemidqizi 2020 seh 26 Hemidqizi 2020 seh 27 Hemidqizi 2020 seh 27 28 Hemidqizi 2020 seh 31 Hemidqizi 2020 seh 34 Hemidqizi 2020 seh 35 Hemidqizi 2020 seh 36MenbeYaqub Mahmudov ve basqalari red Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Haci Molla Ehmed Haci Piri oglu Nuruzade maddesi II Baki 2005 Vsevolod Veselov Bolsheviki v Azerbajdzhane konec aprelya nachalo iyunya 1920 goda Moskva Rodina 2021 192 ISBN 978 5 00180 223 5 Esginaz Hemidqizi Duyerlinin yazilmamis dastaninin qehremanlari Gence 2020 N E Bystrova Sovershenno sekretno Lubyanka Stalinu o polozhenii v strane 1922 1934 gg Moskva IRI RAN 2008 ISBN 978 5 8055 0170 9 Mehemmedemin Resulzade Azerbaycan Musteqillik ucun mubarize yolunda Baki Capar Yayinlari Tercume Tural Mehbaliyev Redakte Ismayil Zeynalli 2019 ISBN 978 9952 8356 7 0 Giorgi Mamulia Ramiz Abutalbov Odlar yurdu azadliq va musteqillik ugrunda mubarizade Azerbaycan muhaciretinin siyasi tarixi 1920 1945 Baki TEAS Press Nesriyyat evi Aydin Balayev 2015 464 ISBN 978 9952 494 72 3 Edalet Tahirzade Nuruzade Haci Axund Ehmed Haci Piri oglu 78 525 ci qezet 2008 Boris Sokolov Beriya sudba vsesilnogo narkoma Moskva AST 2008 323 ISBN 978 5 17 050508 1