Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından və şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçilərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri.
Həmdulla əfəndi Əfəndizadə | |
---|---|
15 dekabr 1918 – 27 aprel 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1929 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllələnmə |
Partiya | |
Təhsili |
Həmdulla əfəndi alim və övliya Şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur.
Həyatı
1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirdikdən sonra (1906) Qori Müəllimlər Seminariyasından məzun olmuşdur. Poliqlot olan Həmdulla əfəndi ərəb, fars, tat, ləzgi və rus dillərini bilmişdir.
Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı
Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı. Ölkədə hökm sürən anarxiya və hərc-mərclik illərində Həmdulla əfəndinin silahlı dəstələri qəzanın Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin qorunmasına nəzarət edirdilər. 1918-ci ilin Quba hadisələri zamanı Həmdulla əfəndinin bir neçə yüz nəfərdən ibarət olan tərəfdarları Möhübəli əfəndinin və Cağarlı Hətəm ağanın başçılıq etdikləri ləzgi dəstələri ilə birlikdə bolşevik-erməni hərbi birləşmələrinə qarşı müqavimət göstərmişdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan dərhal sonra Həmdulla əfəndini həbs etmək cəhdi 1920–1921-ci illərdə qəzada sovet hakimiyyəti əleyhinə üsyanın başlanmasına səbəb olmuş, üsyanın yatırılması "yüzlərlə qızıl əsgərin həyatı hesabına" başa gəlmişdi. Bu hadisələrdən bir müddət sonra dağlarda gizlənən Həmdulla əfəndi hakimiyyət qarşısında "bəraət qazana bilmiş" və azad dinc yaşamaq üçün hökumətdən "mandat" almışdı. 1920–1926-cı illərdə respublika DİXK DSİ tərəfindən dəfələrlə Həmdulla əfəndini "aradan götürmək" üçün müxtəlif tədbirlər görmüş, lakin bütün bu cəhdlər əhalinin ayıqlığı və "onun bacarıqlı siyasəti" nəticəsində boşa çıxmışdı. DSİ-nin bütün məxfi yazışmalarda Həmdulla əfəndi Sovet hakimiyyəti üçün "təhlükəli element" sayılırdı: "Bığıcı, Zığlı, Gəndob, Ügah, Leyti, Ləcəd və digər kəndlərin Əfəndiyevin təsiri altında olan kəndlilərindən heç biri hakimiyyətin gördüyü işlərdə fəal iştirak etmir, bütün seçkilər Əfəndiyevlərin göstərişi və qərarları ilə keçirilir, hətta bu kəndlərin heç birində partiyaçıya və ya komsomola rast gəlmək mümkün deyildir, çünki Əfəndiyev buna icazə vermir …".
1927-ci ildə, bütün ölkədə "əksinqilabi elementlərin ləğv edilməsi" üzrə fəal kampaniya aparılarkən və SSRİ DİXK tərəfindən böyük siyahılar tərtib edilərkən, Həmdulla əfəndinin adı Az. SSR Dəvəçi rayonu üzrə belə bir siyahıya başçılıq edirdi. O, 1927-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilir və burada, Az. DSİ tərəfindən Az. SSR Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə – quldurluqda ittiham edilir. Lakin belə bir gərgin və son dərəcə mürəkkəb siyasi şəraitdə qohumları və dindaşları ilə bərabər Quba qəzasının hətta erməni kəndi Kilvarın əhalisi də Həmdulla əfəndinin müdafiəsinə qalxır. Həmdulla əfəndinin istintaq işində bu kəndin 90 nəfər erməni kəndlisi tərəfindən imzalanmış bir sənəd var. Bu sənəddə deyilir:
Biz, 1927-ci ilin 19 avqust tarixində, aşağıda imza edən Kilvar kəndinin sakinləri, öz imzamızla təsdiq edirik ki, Gələgah kəndinin sakini vətəndaş Həmdulla Əfəndiyev bizə qarşı həmişə xeyirxah olmuşdur, bizə xeyirdən başqa heç bir pisliyi dəyməmişdir; əlavə olaraq, 1905-ci ildə iğtişaşlar zamanı qonşu kəndlərə bizimlə daima dinc dolanmağı məsləhət görmüşdür və hər cür münaqişələrin qarşısı alınmışdır. 1918-ci ildən 1920-ci ilədək həm bizə, həm də bizim əmlakımıza toxunmağa heç kimə imkan verməmişdir, ümumiyyətlə heç vaxt bizimlə qonşularımız arasında milli ədavət aparmamışdır. Bütün bu yuxarıdakı işləri o, mənfəət niyyəti ilə yox, açıq ürəkdən etmişdir. Bu səbəbdən biz, aşağıda imza edənlər, yuxarıda deyilənləri nəzərə almağınızı xahiş edirik və imzalayırıq"
Bu məktub, təbii ki, həbsdə olan Həmdulla əfəndinin taleyinə təsir göstərmir. 4 mart 1928-ci il tarixində o, "Sovet quruluşu idarəçiliyinə qarşı cinayətlərdə və quldurluqda iştirakda" ittiham edilir, 17 iyul 1928-ci ildə isə Az. DSİ Kollegiyası tərəfindən "sosial müdafiənin yüksək cəzasına – güllələnməyə" məhkum edilir. (333) Hökm Oktyabr İnqilabının 10 illiyi münasibətilə elan olunmuş amnistiyanın Həmdulla əfəndi Əfəndizadəyə şamil edilməməsi haqqında Az. SSR təhlükəsizlik orqanlarının vəsatəti təsdiq edildikdən dərhal sonra – 1929-cu il avqustun 3-də yerinə yetirilir.
Fəaliyyəti
Siyasi fəaliyyəti
Əfəndizadə Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, İttihad Partiyasının fəal üzvlərindən olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (19 noyabr 1918) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, İttihad fraksiyası üzvü olmuşdur. Həmdulla əfəndi eyni zamanda Bakı qubernatorunun iki köməkçisindən biri idi.
Xeyriyyəçilik fəaliyyəti
Xeyriyyəçi olan Həmdulla əfəndi mahaldakı yetimləri himayə etmiş, kasıb və imkansız ailələrə mütəmadi yardımlar göstərmiştir. O, 1916-cı ildə baş verən quraqlıq zamanı da öz taxıl ehtiyatını əhaliyə paylamışdır. Təhsilə və elmə böyük önəm verən Həmdulla əfəndi müsəlman uşaqların təhsil alması üçün Qələgahdakı evini məktəbə çevirmişdir.
Hərbi fəaliyyəti
Həmdulla əfəndi Əfəndizadə ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnakların vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub. O Quba qəza komissarı Əli Bəy Zizikskinin komandanlığı altında ermənilərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi "sağ əli" Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur. 1918-ci il "Qanlı Dərə" döyüşündə Həmdulla əfəndinin hərbi məharəti və cəsarəti sayəsində düşmən darmadağın edilmişdir.
Sarvan döyüşü
1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Həmdulla əfəndi Əfəndizadə öz tərəfdarları ilə birlikdə Şabran rayonu Sarvan stansiyasinda zirehli qatarın qarşısını kəsmiş, resldərin sökülməsi, barikadalarin qurulmasının tapşırıqlarını vermisdir. Lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdur. Ümumiyyətlə Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları ilə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda qırğın törədən Lalayanı şəxsən öldürmüşdür.
Quba üsyanında iştirakı
Avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyana qalxır. Onlar kənddə iki nəfər milisi öldürüb və yeni hakimiyyətə itaətsizliklərini bəyan edirlər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərir. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas ola bilir. Qubanın hərbi komissan Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərir. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş baş verir. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərir. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum edirlər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarılır. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla Əfəndi Əfəndizadə rəhbərlik edirdi.
Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi.
Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.
Azərbaycanda Sovet hökuməti qurultuqdan sonra (Mircəfər Bağırov Respublikada olmadığı vaxtda) Həmdulla əfəndi, 25 oktyabr 1928-ci ildə həbs edilmiş və 3 iyul 1929-cu il tarixində Nargin adasında güllələnmişdir. Bəzi qaynaqlar isə ayağına daş bağlanaraq Nargin adasından dənizə atıldığını söyləmişlərdir.
İstinadlar
- Şahin Fazil. Quba tarixi. (Redaktorlar: Akademik Yaqub Mahmudov; tarix üzrə elmlər doktoru, prof. Tofiq Mustafazadə) II nəşr. Bakı: TEAS Press Nəşriyyat evi, 2016, 700 s. səh 415.
- Rüstəmova-Tohidi, 2013. səh. 107
- Rüstəmova-Tohidi, 2013. səh. 108
- . 2019-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 352. ISBN .
Ədəbiyyat
- Rüstəmova-Tohidi, Solmaz. Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə (PDF). Heydər Əliyev fondu. 2013.
- Qaffarov T., Azərbaycan tarixi (1920–1991), B., 1999;
- Rəhmanlı N., Çıraqqala yurdunun övladları, B., 2002.
- Şahin Fazil. Quba tarixi. II nəşr. B., 2016.
- Kərim Dünyamalı, Bir Soyun Taleyi, Bakı, 2003.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hemdulla efendi Efendizade 1870 Qelegah Quba qezasi 3 iyul 1929 Nargin adasi Abseron rayonu Azerbaycan milli istiqlal herekatinin feal istirakcilarindan ve simal bolgesinde Azerbaycan Milli Ordusunun tesiscilerinden biri Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu Sovet doneminde Quba usyaninin bascilarindan biri Hemdulla efendi EfendizadeAzerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu15 dekabr 1918 27 aprel 1920Sexsi melumatlarDogum tarixi 1870Dogum yeri Qelegah Quba qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 3 iyul 1929 1929 07 03 Vefat yeri Nargin adasi Abseron rayonu Azerbaycan SSR ZSFSR SSRIVefat sebebi gullelenmePartiya Ittihad PartiyasiTehsili Zaqafqaziya Muellimler SeminariyasiDagistan ve Azerbaycanda boyuk nufuza malik emisi Ebdulvehhab efendi vefat 1936 Hemdulla efendi alim ve ovliya Seyx Ibrahim efendinin Efendi baba nevesi Ismayil efendinin ogludur HeyatiAtasi Ismayil efendi Deveci nahiyesinin pristavi olmus qardasi Semseddin efendi Efendizade Hemdulla efendinin aile uzvleri Hemdulla efendinin anasi Xanim 1929 cu ilde ahil yasinda surgun edilmisdir 1870 ci ilde Quba qezasinda indiki Sabran rayonu Qelegah kendinde anadan olub Ilk tehsilini kend mollaxanasinda ve Qubadaki medresede almisdir Daha sonra ikisinifli rus mektebini bitirdikden sonra 1906 Qori Muellimler Seminariyasindan mezun olmusdur Poliqlot olan Hemdulla efendi ereb fars tat lezgi ve rus dillerini bilmisdir Deveci nahiyesinin Qelegeh kendindeki ata baba mulkunde yasayan Hemdulla efendi butun mahalda boyuk nufuza malik olan meshur ruhani ailesine mensub idi Efendiler neslinin taninmis numayendelerinden biri olan Hemdulla efendinin babasi Ibrahim efendinin mezari muselman ehalinin ziyaret yeri olmus atasi Ismayil efendi ve emisi Ebdulvehhab efendi hele 1880 ci ilde muridizmi qizisdiranlar kimi Sibire azad meskunlasmaya surgun edilmisdiler Ismayil efendi orada vefat etmis Ebdulvehhab efendi ise yalniz 17 ilden sonra vetene qayitmisdi Hemdulla efendi ozu butun qezada ictimai xadim serefli ve edaletli insan kimi taninirdi Bu da ona yalniz muselmanlar arasinda deyil butun ehali arasinda boyuk nufuz qazandirmisdi Olkede hokm suren anarxiya ve herc merclik illerinde Hemdulla efendinin silahli desteleri qezanin Deveci nahiyesinde qayda qanunun ve sabitliyin qorunmasina nezaret edirdiler 1918 ci ilin Quba hadiseleri zamani Hemdulla efendinin bir nece yuz neferden ibaret olan terefdarlari Mohubeli efendinin ve Cagarli Hetem aganin basciliq etdikleri lezgi desteleri ile birlikde bolsevik ermeni herbi birlesmelerine qarsi muqavimet gostermisdi Azerbaycanda Sovet hakimiyyeti qurulandan derhal sonra Hemdulla efendini hebs etmek cehdi 1920 1921 ci illerde qezada sovet hakimiyyeti eleyhine usyanin baslanmasina sebeb olmus usyanin yatirilmasi yuzlerle qizil esgerin heyati hesabina basa gelmisdi Bu hadiselerden bir muddet sonra daglarda gizlenen Hemdulla efendi hakimiyyet qarsisinda beraet qazana bilmis ve azad dinc yasamaq ucun hokumetden mandat almisdi 1920 1926 ci illerde respublika DIXK DSI terefinden defelerle Hemdulla efendini aradan goturmek ucun muxtelif tedbirler gormus lakin butun bu cehdler ehalinin ayiqligi ve onun bacariqli siyaseti neticesinde bosa cixmisdi DSI nin butun mexfi yazismalarda Hemdulla efendi Sovet hakimiyyeti ucun tehlukeli element sayilirdi Bigici Zigli Gendob Ugah Leyti Leced ve diger kendlerin Efendiyevin tesiri altinda olan kendlilerinden hec biri hakimiyyetin gorduyu islerde feal istirak etmir butun seckiler Efendiyevlerin gosterisi ve qerarlari ile kecirilir hetta bu kendlerin hec birinde partiyaciya ve ya komsomola rast gelmek mumkun deyildir cunki Efendiyev buna icaze vermir 1927 ci ilde butun olkede eksinqilabi elementlerin legv edilmesi uzre feal kampaniya aparilarken ve SSRI DIXK terefinden boyuk siyahilar tertib edilerken Hemdulla efendinin adi Az SSR Deveci rayonu uzre bele bir siyahiya basciliq edirdi O 1927 ci ilin avqustunda hebs edilerek Bakiya getirilir ve burada Az DSI terefinden Az SSR Cinayet Mecellesinin 76 ci maddesi ile quldurluqda ittiham edilir Lakin bele bir gergin ve son derece murekkeb siyasi seraitde qohumlari ve dindaslari ile beraber Quba qezasinin hetta ermeni kendi Kilvarin ehalisi de Hemdulla efendinin mudafiesine qalxir Hemdulla efendinin istintaq isinde bu kendin 90 nefer ermeni kendlisi terefinden imzalanmis bir sened var Bu senedde deyilir Biz 1927 ci ilin 19 avqust tarixinde asagida imza eden Kilvar kendinin sakinleri oz imzamizla tesdiq edirik ki Gelegah kendinin sakini vetendas Hemdulla Efendiyev bize qarsi hemise xeyirxah olmusdur bize xeyirden basqa hec bir pisliyi deymemisdir elave olaraq 1905 ci ilde igtisaslar zamani qonsu kendlere bizimle daima dinc dolanmagi meslehet gormusdur ve her cur munaqiselerin qarsisi alinmisdir 1918 ci ilden 1920 ci iledek hem bize hem de bizim emlakimiza toxunmaga hec kime imkan vermemisdir umumiyyetle hec vaxt bizimle qonsularimiz arasinda milli edavet aparmamisdir Butun bu yuxaridaki isleri o menfeet niyyeti ile yox aciq urekden etmisdir Bu sebebden biz asagida imza edenler yuxarida deyilenleri nezere almaginizi xahis edirik ve imzalayiriq Bu mektub tebii ki hebsde olan Hemdulla efendinin taleyine tesir gostermir 4 mart 1928 ci il tarixinde o Sovet qurulusu idareciliyine qarsi cinayetlerde ve quldurluqda istirakda ittiham edilir 17 iyul 1928 ci ilde ise Az DSI Kollegiyasi terefinden sosial mudafienin yuksek cezasina gullelenmeye mehkum edilir 333 Hokm Oktyabr Inqilabinin 10 illiyi munasibetile elan olunmus amnistiyanin Hemdulla efendi Efendizadeye samil edilmemesi haqqinda Az SSR tehlukesizlik orqanlarinin vesateti tesdiq edildikden derhal sonra 1929 cu il avqustun 3 de yerine yetirilir FealiyyetiSiyasi fealiyyeti Efendizade Azerbaycanin siyasi heyatinda yaxindan istirak etmis Ittihad Partiyasinin feal uzvlerinden olmusdur Azerbaycan Milli Surasinin Azerbaycan Meclisi Mebusaninin tesisi haqqinda qanun una 19 noyabr 1918 esasen Quba qezasindan Cumhuriyyet Parlamentinin terkibine daxil edilmis Ittihad fraksiyasi uzvu olmusdur Hemdulla efendi eyni zamanda Baki qubernatorunun iki komekcisinden biri idi Xeyriyyecilik fealiyyeti Xeyriyyeci olan Hemdulla efendi mahaldaki yetimleri himaye etmis kasib ve imkansiz ailelere mutemadi yardimlar gostermistir O 1916 ci ilde bas veren quraqliq zamani da oz taxil ehtiyatini ehaliye paylamisdir Tehsile ve elme boyuk onem veren Hemdulla efendi muselman usaqlarin tehsil almasi ucun Qelegahdaki evini mektebe cevirmisdir Herbi fealiyyeti Hemdulla efendi Efendizade ermenilerin 1918 ci ilde Azerbaycanlilara qarsi heyata kecirdiyi soyqirimi zamani dasnaklarin vehsiliklerinin qarsisini almaqda xususi xidmetler gosteren sexslerden olub O Quba qeza komissari Eli Bey Zizikskinin komandanligi altinda ermenilere qarsi teskil olunan mubarize destelerinde vurusub 1918 ci ilin aprelinde Deveci nahiyesine soxulmus ermeni dasnaklari dinc azerbaycanlilara qarsi soyqirimina basladiqda Hemdulla efendi sag eli Qacaq Mayilla birlikde xalqi ayaga qaldiraraq ermenilere qarsi vurusmusdur 1918 ci il Qanli Dere doyusunde Hemdulla efendinin herbi mehareti ve cesareti sayesinde dusmen darmadagin edilmisdir Sarvan doyusu 1920 ci il aprelin 27 de bolseviklerin zirehli qatari Azerbaycana soxulduqda Hemdulla efendi Efendizade oz terefdarlari ile birlikde Sabran rayonu Sarvan stansiyasinda zirehli qatarin qarsisini kesmis reslderin sokulmesi barikadalarin qurulmasinin tapsiriqlarini vermisdir Lakin quvveler qeyri beraber oldugundan geri cekilmeye mecbur olmusdur Umumiyyetle Hemdulla efendi 18 ci illerde David Gelovaninin Amazapsin Martikyanin Curayevin Abraab Velnutsun 20 ci illerde ise I Miluninin Moravskinin Salomovun Molonovun Moyerin ordulari ile defelerle uz uze gelmis Samaxida qirgin toreden Lalayani sexsen oldurmusdur Quba usyaninda istiraki Avqustun 23 de Quba qezasinda Kuzun kendinin ehalisi silahli usyana qalxir Onlar kendde iki nefer milisi oldurub ve yeni hakimiyyete itaetsizliklerini beyan edirler Usyanin qarsisini almaq ucun qeza komitesi kende 4 cu suvari alayindan 45 neferlik 30 nefer suvari 15 nefer piyada deste gonderir Lakin deste usyani yatira bilmedi ve coxlu itki verdi Desteden yalniz 6 nefer xilas ola bilir Qubanin herbi komissan Kuzun kendinde sovet hakimiyyetinin berpa olunmasi ucun bir taqim ve pulemyotcu gonderir Avqustun 26 da Kuzun kendinin usyancilari ile sovet quvveleri arasinda yeni doyus bas verir Kend ehalisi bu defe de sovet quvvelerine ciddi muqavimet gosterir Avqustun 29 da Qubanin 4 verstliyinde sovet quvveleri ile usyancilar arasinda yeni vurusma bas verdi 100 neferlik sovet quvveleri xeyli itki verdiler Avqustun sonu sentyabnn evvellerinde usyancilarin silahli destesi tam formalasmisdi Cumhuriyyet ordusunun podpolkovniki Efendiyevin rehberlik etdiyi destede turk zabitleri de vardi Usyancilar xeyli pulemyot ve besacilan tufeng elde etmisdiler Sentyabrin 3 de seher saat 7 de usyancilar Deveci Xacmaz uzerine hucum edirler Onlarin qarsisina 7 ci suvari destesi cixarilir Gergin doyusden sonra sovet bolsevik doyusculeri movqelerini qoruyub saxlaya bildiler Quba erazisinde movcud olan guclu destelerden birine de Azerbaycan Cumhuriyyeti Parlamentinin kecmis deputati Hemdulla Efendi Efendizade rehberlik edirdi Sovet rejimi ucun tehlukeli xarakter alan bu usyanlar Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin 1920 ci il sentyabrin 9 da kecirilen plenumunda ciddi muzakire edilmisdi Plenum Quba usyanini yatirmaq ucun Eliheyder Qarayev ve Qoqoberidzeni ora ezam etmek barede qerar qebul etdi Usyan sentyabrin birinci ongunluyunun sonlarina qeder davam etdi Cetinlikle yatirilan Quba usyancilarinin boyuk silahli destelerinden birinin rehberi Hemdulla efendi Samaxi ile serhed olan yuksek dag kendlerine cekildi Usyanci kendler ise qirmizilarin nezareti altina kecdi Azerbaycanda Sovet hokumeti qurultuqdan sonra Mircefer Bagirov Respublikada olmadigi vaxtda Hemdulla efendi 25 oktyabr 1928 ci ilde hebs edilmis ve 3 iyul 1929 cu il tarixinde Nargin adasinda gullelenmisdir Bezi qaynaqlar ise ayagina das baglanaraq Nargin adasindan denize atildigini soylemislerdir IstinadlarSahin Fazil Quba tarixi Redaktorlar Akademik Yaqub Mahmudov tarix uzre elmler doktoru prof Tofiq Mustafazade II nesr Baki TEAS Press Nesriyyat evi 2016 700 s seh 415 Rustemova Tohidi 2013 seh 107 Rustemova Tohidi 2013 seh 108 2019 11 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 11 08 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 352 ISBN 9952 417 14 2 EdebiyyatRustemova Tohidi Solmaz Quba Aprel May 1918 ci il Muselman qirginlari senedlerde PDF Heyder Eliyev fondu 2013 Qaffarov T Azerbaycan tarixi 1920 1991 B 1999 Rehmanli N Ciraqqala yurdunun ovladlari B 2002 Sahin Fazil Quba tarixi II nesr B 2016 Kerim Dunyamali Bir Soyun Taleyi Baki 2003 Xarici kecidlerHemdulla efendi haqqinda Azadliq mucahidi filmi Hemdulla efendi Qelegah kendi YouTube saytinda Istiqlal yolunun sanli mucahidleri Cumhuriyyet dovrunun dovlet ve hokumet xadimleri Bolsevikler terefinden gullelenen Hemdulla Efendizade YouTube saytindaHemcinin baxQuba usyani 1920 Sovet isgalina qarsi usyanlar 1920 22