Hüseyn Məmməd oğlu Xələfov (Hüseyn Ərəblinski) (1881, Bakı – 4 mart 1919, Bakı) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri.
Hüseyn Ərəblinski | |
---|---|
Hüseyn Məmməd oğlu Xələfov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (38 yaş) |
Vəfat yeri | Bakı, Bakı qəzası, Azərbaycan Xalq Cümhuriyyəti |
Dəfn yeri | |
Vətəndaşlığı | azərbaycanlı |
Atası | Məmməd Xələfov |
Anası | Pəri Xələfova |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1902-1919 |
Təhsili | |
IMDb | ID3622582 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlib. Atası pişkah Məmməd Xələf oğlu yelkənli gəmidə işləyirdi. Hüseyn Ərəblinski azyaşlı olarkən atası dəniz fırtınasında batmışdı. Ərəblinskinin həyatı hələ uşaq yaşlarından ehtiyac və maddi sıxıntılar içində keçmişdi. Anası Pəri xanım oğlu Hüseyni və qızı Dürsədəfi böyük çətinliklə saxlamasına baxmayaraq, Hüseyni təhsil alması üçün mollaxanaya qoyub. O, mollaxanada Molla Hadinin yanında təlim almışdır. Hüseyn Ərəblinski 12–13 yaşınadək mollaxanada oxumuş, lakin sonra təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxanadakı təhsilini yarımçıq qoymağa məcbur olmuşdu.
Ərəblinski 14 yaşlarında ikən "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyovun yoxsul uşaqlarını məktəbə pulsuz götürdüyündən xəbər tutub oraya daxil olmaq üçün müraciət edib. Həbib bəy Mahmudəbəyov Hüseyni məktəbə qəbul etməklə bərabər, onun maddi cəhətdən çox yoxsul olduğunu nəzərə alıb, kitab və başqa dərs ləvazimatı xərcini də öz üzərinə götürüb. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənib. O, məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilib, məhz o illərdə teatrla tanış olub. Bu, peşəkar teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.
"Hüseyn Ərəblinski. Aktyorun həyat və fəaliyyətinə dair sənədlər məcmuəsi" adlı kitabda isə belə qeyd olunub ki, Hüseyn Ərəblinski səkkiz yaşında axund Molla Hadinin yanında altı il təhsil almış, daha sonra Sultan Məcid Qənizadənin himayəsində olan üç şöbəli məktəbinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Mixaylovski məktəbinin üçüncü şöbəsinə qəbul olunmuşdur.
Fəaliyyəti
Teatr və kino fəaliyyəti
Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun Sərgüzəşti-vəziri-xani-Lənkəran əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur.
Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Hüseyn Ərəblinskinin teatra ilk dəfə gəlməsi də həmin dövrə təsadüf edir. Ancaq sonralar teatr tariximizdə ən yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış. Ərəblinski o zaman səhnəyə birinci dəfə mehtər Kərimin rolunda çıxmışdı. Sonralar Hüseyn Xələfov özünü gizlətmək və təqiblərdən yaxa qurtarmaq məqsədilə "Ərəblinski" ləqəbini qəbul etdi.
Bundan sonra, o, 1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edir. Ərəblinskinin ailəsi çox böyük maddi ehtiyac içində idi. Buna görə o, otağını Mariya İvanovna İvanovaya icarəyə verir. Sonralar həmin qadın Ərəblinskinin yaradıcılıq inkişafına çox böyük təsir göstərmişdir. Belə ki, onun yardımı ilə Ərəblinski rus dilini mükəmməl öyrənmişdir. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903–1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Onun səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir.
Belə ki, Müsəlman Artistləri Cəmiyyəti 1905-ci ildə Lənkərana qastrol səfərinə gedir. Bu, teatr tarixində ilk qastrol idi. Hüseyn Ərəblinskinin ilk müəllimlərindən biri olan Əbülfət Vəliyev truppanın rejissoru, Murad Muradov isə inzibatçısı idi. Əbülfət Vəliyev mahir aktyor və rejisor idi. O, sonralar Ərəblinskinin istedadına valeh olub rejissorluq və aktyorluq fəaliyyətində onun yolu ilə getmişdir.
Əbülfət Vəliyevin başçılıq etdiyi truppa üzvlərinin əksəriyyəti həmişə arxa planda olan Hüseynin də bu qastrola getməsini təəccüblə qarşılayırlar. Onlar Lənkəranda "Müsibəti-Fəxrəddin" və "Pulsuzluq" pyeslərini tamaşaya qoymalı idilər. Səfər zamanı "Müsibəti-Fəxrəddin" tamaşasını göstərən truppa gözlənilməz fakt qarşısında qalır – tamaşaya bir-iki saat qalmış məlum olur ki, Ərəblinski bəzi xatirələrə görə Rüstəm bəy, bəzi xatirələrə görə isə xəstə olan aktyoru əvəz edərək Fəxrəddin rolunu oynamışdır.
O gecənin şahidi olan teatr xadimləri sonralar öz xatirələrində yazırdılar ki, Hüseyn bu rolu son dərəcə uğurla oynadı. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Hüseyn, beləliklə, indiyə qədər onun haqqında olan fikirləri də alt-üst edir. Tezliklə teatr ictimaiyyətində aktyor kimi tanınan Hüseyn Ərəblinski "Nicat" teatr cəmiyyətinə baş rejissor və aktyor kimi dəvət alır. Yalnız sənət yenilikləri ilə kifayətlənməyən Hüseyn teatr mühitində bir sıra dəyişikliklər edir. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir və aktyorlara məvacib müəyyənləşdirir. Repertuardan isə mövhumatı təbliğ edən əsərləri çıxarır. Rus dramaturgiyasının ən gözəl nümunələri — L.Tolstoy, Turgenev, Qoqol və s. — Azərbaycan səhnəsində tamaşaya qoyulmağa başlanılır, rus səhnəsinin sənətkarları ilə sıx yaradıcılıq əlaqəsi yaradılır.
Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehirli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı. Azərbaycanın ilk peşəkar aktyoru, peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də, maddi çətinlikləri yetərincə idi. Onu nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər.
Xüsusən də, qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonra Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Bütün bunlara baxmayaraq, Hüseyn səhnəni hər şeydən uca tuturdu. Və bütün həyatının mənasını sənət məbədinə xidmət eləməkdə görürdü.
Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır. Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məqsədinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz kimi tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və rast gələrkən sevinməlidir. |
Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də odur ki, o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirmişdi. O, Qoqolun "Revizor" ("Müfəttiş") komediyasını tamaşaya qoymuş, həmçinin Şillerin "Qaçaqlar" əsərinin quruluşunu verməklə bərabər, Frans Moorun rolunu müvəffəqiyyətlə ifa etmişdir. Müasirlərin dediklərinə əsasən, rus aktyorları və xüsusən Bakıdakı rus teatrının rejissoru Valentinov Azərbaycan səhnəsində "Qaçaqlar"a tamaşa etdikdən sonra Frans rolunu rus səhnəsində də ifa etməyi Ərəblinskiyə təklif etmişdilər.
Bakıya qastrola gəlmiş rus teatrı Lanskoyun "Qəzavat" pyesini tamaşaya qoymuşdu. Pyesin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu rus tragiki Şorşteyn ifa edirdi. Ərəblinski bu pyesə tamaşa etdikdən sonra onu Azərbaycan dilinə tərcümə etməyi Əbdürrəhim bəy Haqverdiyevdən xahiş etdi. "Qəzavat" pyesi ilk dəfə 1908-ci ildə Ərəblinskinin benefisinə olaraq oynandı. Bu haqda "Kaspi" qəzeti yazırdı:
Oktyabrın 28-də "Nicat" Cəmiyyəti truppasının rejissoru Hüseyn Ərəblinskinin nəfinə tamaşa oldu. Bu, professional müsəlman artistinin ik benefisi idi. Teatr tamaşaçılarla dolu idi. "Qəzavat" pyesi tamaşaya qoylumuşdu. Pyesin qəhrəmanı Əhməd bəy Şamxalın rolunu Ərəblinski ifa edirdi. |
Ərəblinski ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz üç il çalışıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin Otellosu barədə bu fikirdə olmuşdur:
Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin misli və bərabərini görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim. |
Ərəblinski tarixi surətlərin yaradılmasında da mühüm rol oynamışdır. Baxmetvin "1812-ci il" adlı pyesində Napoleon surəti və Volterin "Sultan Osman" pyesində Sultan Osmanın surəti Azərbaycanda birinci olaraq Ərəblinski tərəfindən yaradılmışdır. Hüseyn Ərəblinski həm Azərbaycan realist səhnə sənətinin, həm də Azərbaycan kino incəsənətinin banisidir.
Hüseyn Ərəblinskinin ən uğurlu işləri sırasında olan rolları aşağıdakılardır: Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müəffətiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərində Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin "Otello"sunda Otello.
Tarixi faktlardan məlum olur ki, Hüseyn 1916-cı ildə Bakıda çəkilən "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəyi oynamışdır.
1949-cu ildə Cəfər Cəfərov aktyorun qətlinin 30 illiyi münasibətilə "Hüseyn Ərəblinski" kitabçasını nəşr etdirmişdir. Əsər 1950, 1959, 1961-ci illərdə təkrarən nəşr olunmuşdur. Ərəblinski haqqında bəzi tədqiqat əsərləri və bir neçə bədii əsər yazılmışdır. Ərəblinksi Azərbaycan dramaturgiyasının təbliğatçısı idi. O, "Bəxtsiz cavan", "Müsibəti Fəxrəddin", "Ağa Məhəmməd şah Qacar", "Nadir şah", "Bahadır və Sona" və "Ölülər"i ifa etmişdir.
Eyni zamanda, Ərəblinskinin ən böyük xidmətlərindən biri də rus və Qərbi Avropa dramaturgiyasından geniş istifadə etməsi olmuşdur. Molyerin, Şillerin, Şekspirin, Heynenin və Volterin ilk dəfə başlıca olaraq tanınmasında Ərəblinskinin əvəzsiz rolu olmuşdur. Ərəblinskinin sevimli rolları içərisində klassik və müasir rus pyeslərinin qəhrəmanları, o, cümlədən, Xlestakov ("Müfəttiş"), Naxman ("Yəhudilər"), Əhmədbəy Şamxal ("Qəzəvat"), Napoleon ("1812-ci il") da mühüm yer tuturdu. Təkcə Qərb və Rusiya deyil, Şərq də Ərəblinskinin repertuarında əsaslı yer tuturdu.
"Kavə", "Vətən", "Nacibəy", "Akif bəy", "Bəxtsiz cavan", "Bəxtsiz igid", həmçinin Heynədən tərcümə edilmiş "Əlmənsur" tamaşalarında rol almışdır. Ərəblinskinin ən şöhrətli rollarından biri də Nadir şah idi. "Zakavkazye" qəzetində çap edilən bir resenziyada deyilir:
Ərəblinskinin ifasında Nadir şah ən xırda şeylərdə belə parlaq və gözəl idi. Əvvəlcə qaçaq dəstəsi başçısı, sonra sərkərdə, son pərdədə isə ölülərin kölgəsi tərəfindən təqib olunan Nadirin ekspansiv xarakterinin öz yüksək adının səviyyəsində duran aktyor heyranedici bir sənətkarlıqla aça bilirdi. |
Xələfovun birinci dəfə səhnəyə çıxması 1897-ci ildə olmuşdur. O zaman Bakıda, tamam Qafqazda türk səhnəsi və ya müntəzəm aktyorlar dəstəsi yox idi; ancaq həvəskarlar tərəfindən yoxsul tələbələrə ianə toplamaq məqsədilə ildə bir-iki dəfə teatr tamaşası verilirdi. Səhnəyə dair əlbisə və s. ləvazimat tədarükü Xələfov çox çalışırdı. Həmin 1897-ci ildə Novruz bayramı münasibətilə Mirzə Fətəli Axundovun "Xan Sərabi" adlı komediyası oynanılmışdı.
Hüseyn Əərəblinskinin qastrol səfərləri
1906–1908-ci illərdən sonra Ərəblinski Azərbaycan sərhədlərindən uzaqlarda da öz fəaliyyətini nümayiş etdirməyə başlamışdı. O, ilk dəfə Dərbənd və Aşqabad şəhərlərinə, habelə İrana qastrola getdi. Dərbənd və Aşqabadda xoş qarşılansa da, "Ağa Məhəmməd şah Qacar" pyesi birinci dəfə tamaşaya qoyulduqdan sonra Ərəblinskinin çıxışı qadağan olundu, çünki Ərəblinski İran şahını qan içən bir müstəbid kimi ifa edirdi.
1906-cı ildən 1919-cu ilədək Hüseyn Ərəblinski hər il qastrola getmişdir. Ərəblinskinin bu qastrollarından da Azərbaycan səhnəsi üçün aktrisalar tapmaq idi. O, hara gedirdisə ən əvvəl aktrisalarla tanış olur və onları Azərbaycan səhnəsində işləməyə dəvət edirdi. Azərbaycan SSR Xalq artisti Mərziyyə Davudova Azərbaycan səhnəsinə Hüseyn Ərəblinski tərəfindən cəlb edilmişdi. Ərəblinski Mərziyyə Davudovayla 1918-ci ildə Həştərxanda tanış olmuş və onu Azərbaycana gəlmək üçün həvəsləndirmişdir.
O zamanlar aktrisa məsələsi, Hüseyn Ərəblinski üçün ən çətin və həll olunmaz məsələ idi. Aktrisa məsələsi o qədər ciddi şəkil almışdı ki, Ərəblinski dramaturq Əbdürrəhim bəy Haqverdiyevdən qadın rolu olmayan pyes yazmağı xahiş etməyə məcbur olmuşdu. Haqverdiyev Azərbaycan səhnəsinin vəziyyətini və xüsusiyyətini nəzərə alaraq "Ağa Məhəmməd şah Qacar" dramasında qadın rolu verməmişdir.
Rol | Əsər | Müəllif | Şəhər | Tarix |
---|---|---|---|---|
Kərim | "Vəzir-xan-Lənkəran" | M.F.Axundov | Bakı | 1897 |
Hacı Murad | "Müsibəti Fəxrəddin" | N.B.Vəzirov | 1901 | |
Rüstəmbəy | Lənkəran | 1905 | ||
"Axtaran tapar" | H.Rzayev(Sarabski) | Bakı | 18/VIII 1906 | |
Ağa Cavad | "Axşam səbri xeyir olar" | S.M.Qənizadə | 18/VIII 1906 | |
Süleymanbəy | "Dağılan Tifaq" | Ə.Haqverdiyev | 25/VIII 1906 | |
Məmməd xan | "Nadir şah" | N.Nərimanov | 10/IX 1906 | |
Ağa Cəfər | "Dursunəli və Ballıbadı" | S.M.Qənizadə | Dərbənd | 22/IX 1906 |
Əbdürrəhmanbəy | "Daldan atılan daş topuğa dəyər" | N.Vəzirov | 28/IX 1906 | |
Rəsul | "Ev tərbiyəsinin bir şəkli" | 28/IX 1906 | ||
Dobçinski | "Müfəttiş" | N.B.Qoqol | Bakı | 8/IX 1906 |
Ağa Məcid | "Döymə qapımı, döyərlər qapını" | N.Vəzirov | 28/IX 1906 | |
Gürcübəy | "Nadir şah" | N.Nərimanov | 24/XI 1906 | |
Xudaverdiyev | "Yağışdan çıxdıq, yağmura düşdük" | N.Vəzirov | 1/XII 1906 | |
Əli | "Əlmənsur" | H.Heyne | 5/XII 1906 | |
"Bədəfkarın külfəti" | H.Ərəblinski(tərc.) | 26/I 1907 | ||
Nadir | "Nadir şah" | N.Nərimanov | Tiflis | 15/VI 1907 |
Naçalnik | "Hacı Qara" | M.F.Axundov | Bakı | 27/VII 1907 |
Frans | "Qaçaqlar" | F.Şiller | 5/XI 1907 | |
Ağa Məhəmməd şah | "Ağa Məhəmməd şagh Qacar" | Ə.Haqverdiyev | 3/XII 1907 | |
Əlmənsur | "Əlmənsur" | H.Heyne | Bakı | 17/XII 1907 |
Ətabəy | "Bəxtsiz bala" | Namiq Kamal | Tiflis | 14/XII 1908 |
Eyvaz | "Zorən təbib" | Molyer | İrəvan | 23/V 1908 |
Sultan Osman | "Sultan Osman" | Volter | Bakı | 24/X 1908 |
Xlestakov | "Müfəttiş" | N.V.Qoqol | 7/XI 1908 | |
Naxman | "Yəhudilər" | Y.Çirkov | 14/XI 1908 | |
Gavə | "Gaveyi ahəngar" | Ş.Sami | 21/XI 1908 | |
Əhmədbəy Şamxal | "Qəzəvat" | S.V. Lanskoy | 28/XI 1908 | |
Qəhrəman | "Qaranlıqda işıqlar" | Məhəmməd Əmin Rəsulzadə | 5/XII 1908 | |
Fərhad | "Bəxtsiz cavan" | Ə.Haqverdiyev | 7/I 1909 | |
Ağabala | "Dövlətli bisəmər" | İ.Rüstəmbəyov | 11/III 1909 | |
Zakir | "Bəxtsiz igid" | Ələsgər Kəmal | 16/IV 1909 | |
Cövdətbəy | "Cövdətbəy" | Məhəmməd Ehsan | 2/XI 1909 | |
Pərviz | "Gaveyi ahəngar" | Ş.Sami | Tiflis | IV 1909 |
Vəli | "Artistlər məişəti" | Lentovski | Bakı | 18/XII 1909 |
Cəmilbəy | "Pulsuzluq" | İ.S.Turgenev | 19/III 1910 | |
Otello | "Otello" | Şekspir | 29/X 1910 | |
Xalid | "Xalid və Vəlid" | Talıbzadə | 15/XI 1910 | |
Aslan | "Qafqaz çiçəkləri" | Batşala | 5/XI 1910 | |
Hamlet | "Konsert" | V.Şekspir | Moskva | 25/IV 1911 |
Hacıbəy | "Hacıbəy-fədakari-hürriyyət" | Namiq Kamal | Bakı | 20/V 1911 |
Tariq | "Tariq ibn Ziyad" | 16/III 1911 | ||
Səd Vəqqas | "Sədi Vəqqas" | M.M.Axundov | 21/X 1911 | |
Napoleon | "1812 il" | Baxmetyev | 25/ I 1912 | |
İslambəy | "Vətən" | Namiq Kamal | 21/I 1910 | |
Fəxrəddin | "Müsibəti Fəxrəddin" | N.Vəzirov | Salyan | 13/VII 1913 |
Səidbəy | "Zülmün nəticəsi" | S.Vəzirov | Tiflis | 3/III 1914 |
Səttarxan | "Ləkkeyi taci kəyan" | Ehrabi | Tiflis | IV 1914 |
Yusif | "Şamdanbəy" | N.Nərimanov | 3/III 1914 | |
Kərəm | "Qaçaq Kərəm" | Maçedişvili | Bakı | 17/X 1914 |
Rüstəm | "Rüstəm və Söhrab" | Ə. Qəmərlinski | Bakı | 30/X 1914 |
Kupletlər | Konsert | 18/IX 1915 | ||
Lütfəlibəy | "Neft və milyonlar səltənətində (film)" | İ.Musabəyov | 1916 | |
Xosrov Pərviz | "Xosrov Pərviz" | A.Abdullazadə | 16/IX 1916 | |
Əbu Dəyyab | "Əbul-Ula" | H.Bədrəddin; M.Rüfət | 4/XI 1916 | |
Bahadır | "Bahadır və Sona" | N.Nərimanov | 15/XII 1916 | |
Akifbəy | "Akifbəy"("Namus") | Namiq Kamal | 16/IX 1916 | |
Şah Abbas | "Şah Abbas" | 12/V 1917 | ||
Gülməli hekayələr | Konsert | 13/II 1918 | ||
Hekayələr | Konsert | 19/II 1918 | ||
Rəqs "Dağıstan" | Konsert | 1/III 1919 | ||
Millət şərqisi | Konsert | 1/III 1919 |
Ölümü
Deyilənlərə görə, 1919-cu il mart ayının 4-də axşam saat 6-da Hüseyn Ərəblinskini dayısı oğlu Əbdülxalıq evlərinə qonaq çağırır. Dayısı Hacı Əbdülkərimlə aralarında mülk üstündə davaları olduğuna görə Hüseyn getmək istəməsə də, çox söhbətdən sonra həyat yoldaşı Asiyanı da götürüb onlara gedir. Qəflətən baş verən mübahisə nəticəsində Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vuraraq qaçır. Bakı Polismeysterliyinin 4-cü pristavının martın 5-də, yəni hadisənin səhəri günü Şəhər Polismeysterliyinə təqdim etdiyi raportda deyilir:
"Məlumat verirəm ki, martın 4-də axşam saat 7 radələrində Çadrovı küçəsi 121№-li evdə səhnə təxəllüsü Ərəblinski olan, artist Hüseynbala Xələfov revolverdən açılan atəşlə Əbdülxalıq Hacı Əbdülkərim oğlu tərəfindən öldürülüb. Qatil həbs edilib. Bakı şəhəri 2-ci sahənin müstəntiqinə məlumat verilib".
— Azərbaycan Dövlət Arxivi, f. 2767, op. 2 q. 116, vər. 529
Hüseyn Quliyev Ərəblinskinin qətli haqqında söyləyib:
1919-cu ilin mart ayının 4-də adamların Şors küçəsinə tərəf qaçdıqlarını gördüm. Deyirdilər ki, Hüseyn Ərəblinskini vurublar. Dayısı oğlu Xalıq vurmuşdu. Güllə boğazından dəymişdi. Asiya əlində gitara orada idi. Axşamüstü mən bunun səbəbini Asiyadan soruşdum, O dedi: "Xalıq Hüseyni qonaq çağırmışdı. O, heç getmək istəmirdi. O, dayısı və dayısı uşaqları ilə çoxdan idi ki, danışmırdı. Onlar Hüseyn ilə kin-küdurət saxlayırdılar. Xalıq onu dilə tutub aparmışdı. Bir azdan sonra mənə bir parça kağız gətirdilər. Hüseyn yazmışdı: "Asiya gitara və bir pyes götür gəl". Mən pyesi tapa bilmədim, gitaranı götürüb getdim. O vaxt çatdım ki, artıq Hüseyn öldürülmüşdü. Mən bilən Hüseyn vəziyyəti başa düşüb o kağızı mənə yazmışdı. |
Ailə üzvlərinin sonrakı taleyi
Ərəblinski öldürüləndən sonra anası Pəri Xələfovanı qızı Dürsədəfin evinə köçürdürlər. Ərəblinskiyə məxsus olan əşyaları isə qohumları mənimsəyir. Həyat yoldaşı Asiya yaşadığı evdən qovulur. O, dost-tanış köməkliyi ilə bir otaqlı evdə yaşayır. Daha sonra Ələkbər Hüseynzadə ilə ailə həyatı qurur.
Xatirəsi
1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.
Yazıçı Elçinin "Sənətkarın taleyi" pyesi aktyorun həyat və fəaliyyətindən bəhs edir. Əsər əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşanın quruluşçu rejissoru İranə Tağızadədir.
Filmoqrafiya
- Neft və milyonlar səltənətində (film, 1916) — Lütfəli (tammetrajlı bədii film)
- Azərbaycanın səhnə ustaları (film, 1965)
- Üzeyir ömrü (film, 1981)
İstinadlar
- Azərbaycan Teatr Cəmiyyəti. Hüseyn Ərəblinski. Aktyorun həyat və fəaliyyətinə dair sənədlər məcmuəsi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1967. səh. 292.
- Azərbaycan Teatr Cəmiyyəti. Hüseyn Ərəblinski. Bakı: Azərnəşr. 1949. səh. 104.
- "Hüseyn Ərəblinski" (Azərbaycan). anl.az. 5 mart 2020 tarixində .
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Hüseyn Ərəblinski. Bəxtiyar Qaraca. Şərq-Qərb. Bakı, 2017.
- Azərbaycan artisti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 30 sentyabr 1969-cu il tarixli, 446 nömrəli Qərarı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ""Sənətkarın taleyi"nin uğurlu səhnə həyatı". 2020-10-20 tarixində . İstifadə tarixi: 2016-05-31.
Mənbə
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Cəfər Cəfərov. Əsərləri. 2 cilddə, II cild, Bakı: 1968.
- Mehdi Məmmədov. Hüseyn Ərəblinski. Bakı: 1973.
- Cəfər Cəfərov. Azərbaycan teatrı (1873–1973). (Tərtib, redaktə və əlavələr Y.Qarayev). Bakı: 1974.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 369–370.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13.
Xarici keçidlər
- Ərəblinskini Tağıyev öldürtdürüb? — İDDİALARA CAVAB VERİLDİ
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Ereblinski Huseyn Memmed oglu Xelefov Huseyn Ereblinski 1881 Baki 4 mart 1919 Baki Azerbaycan aktyoru ve rejissoru Azerbaycan pesekar teatr senetinin banilerinden biri Huseyn EreblinskiHuseyn Memmed oglu XelefovDogum tarixi 1881Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 4 mart 1919 38 yas Vefat yeri Baki Baki qezasi Azerbaycan Xalq CumhuriyyetiDefn yeri Fexri XiyabanVetendasligi azerbaycanliAtasi Memmed XelefovAnasi Peri XelefovaFealiyyeti aktyorFealiyyet illeri 1902 1919Tehsili Sergey Gerasimov adina Umumrusiya Dovlet Kinematoqrafiya UniversitetiIMDb ID3622582 Vikianbarda elaqeli mediafayllarHeyatiHuseyn Ereblinski 1881 ci ilde Baki seherinde yoxsul bir ailede dunyaya gelib Atasi piskah Memmed Xelef oglu yelkenli gemide isleyirdi Huseyn Ereblinski azyasli olarken atasi deniz firtinasinda batmisdi Ereblinskinin heyati hele usaq yaslarindan ehtiyac ve maddi sixintilar icinde kecmisdi Anasi Peri xanim oglu Huseyni ve qizi Dursedefi boyuk cetinlikle saxlamasina baxmayaraq Huseyni tehsil almasi ucun mollaxanaya qoyub O mollaxanada Molla Hadinin yaninda telim almisdir Huseyn Ereblinski 12 13 yasinadek mollaxanada oxumus lakin sonra tehsil xercini odeye bilmediklerine gore mollaxanadaki tehsilini yarimciq qoymaga mecbur olmusdu Huseyn Ereblinski ve M M Kazimovski mekteb dostlari Ereblinski 14 yaslarinda iken Ucuncu rus tatar mektebinin muellimi Hebib bey Mahmudbeyovun yoxsul usaqlarini mektebe pulsuz goturduyunden xeber tutub oraya daxil olmaq ucun muraciet edib Hebib bey Mahmudebeyov Huseyni mektebe qebul etmekle beraber onun maddi cehetden cox yoxsul oldugunu nezere alib kitab ve basqa ders levazimati xercini de oz uzerine goturub Belelikle Ucuncu rus tatar mektebine daxil olan Huseyn burada eyni zamanda rusca oxuyub yazmagi oyrenib O mekteb illerinde edebiyyata xususi maragi ile secilib mehz o illerde teatrla tanis olub Bu pesekar teatrdan uzaq olan dervis oyunlari seyyar sirk tamasalari idi Huseyn Ereblinski Aktyorun heyat ve fealiyyetine dair senedler mecmuesi adli kitabda ise bele qeyd olunub ki Huseyn Ereblinski sekkiz yasinda axund Molla Hadinin yaninda alti il tehsil almis daha sonra Sultan Mecid Qenizadenin himayesinde olan uc sobeli mektebine daxil olmusdur Orani bitirdikden sonra Mixaylovski mektebinin ucuncu sobesine qebul olunmusdur FealiyyetiTeatr ve kino fealiyyeti Huseyn Ereblinski bu fotonu 1909 cu il sentyabrin 28 de Rehim bey Melikova yadigar vermisdir Orijinali Rehim beyin oglu Ismayil Melikovun aile albomunda saxlanilir Huseyn Ereblinskinin Murad Muradova mektubu Huseyn Ereblinskinin senete gelisinin sebebkari da Hebib bey Mahmudbeyov olub Bele ki dovrunun qabaqcil ziyalilarindan olan Hebib bey Cahangir Zeynalovla birge Mirze Feteli Axundovun Serguzesti veziri xani Lenkeran eserini tamasaya qoymaq isteyir Esas heyeti mueyyenlesdirseler de epizodik rollarda oynamaga aktyor tapmirlar Mahmudbeyov epizodik rollara oz sagirdlerini celb elemek qerarina gelir Bu sagirdler sirasinda Huseyn Xelefov de olur Huseyn ozunun ilk mesqlerini Cahangir Zeynalovun evinde edir Huseyn Ereblinskinin teatra ilk defe gelmesi de hemin dovre tesaduf edir Ancaq sonralar teatr tariximizde en yerlerden birini tutan Huseyn Ereblinski ozunun ilk rolunu oynaya bilmir Sehnede casan Huseyn susmaga mecbur olur Hergah bu tamasani pozmur Cunki Huseynin rolu tamasada demek olar ki nezere carpmirmis Ereblinski o zaman sehneye birinci defe mehter Kerimin rolunda cixmisdi Sonralar Huseyn Xelefov ozunu gizletmek ve teqiblerden yaxa qurtarmaq meqsedile Ereblinski leqebini qebul etdi Bundan sonra o 1897 ci ilden 1900 cu iledek yalniz kicik rollarda cixis edir Ereblinskinin ailesi cox boyuk maddi ehtiyac icinde idi Buna gore o otagini Mariya Ivanovna Ivanovaya icareye verir Sonralar hemin qadin Ereblinskinin yaradiciliq inkisafina cox boyuk tesir gostermisdir Bele ki onun yardimi ile Ereblinski rus dilini mukemmel oyrenmisdir Huseyn Ereblinskinin teatr fealiyyeti 1903 1904 cu illerde yaradilan Muselman Artistleri Cemiyyeti ile six baglidir Onun sehnede ilk uguru da mehz bu dovre tesaduf edir Bele ki Muselman Artistleri Cemiyyeti 1905 ci ilde Lenkerana qastrol seferine gedir Bu teatr tarixinde ilk qastrol idi Huseyn Ereblinskinin ilk muellimlerinden biri olan Ebulfet Veliyev truppanin rejissoru Murad Muradov ise inzibatcisi idi Ebulfet Veliyev mahir aktyor ve rejisor idi O sonralar Ereblinskinin istedadina valeh olub rejissorluq ve aktyorluq fealiyyetinde onun yolu ile getmisdir Ebulfet Veliyevin basciliq etdiyi truppa uzvlerinin ekseriyyeti hemise arxa planda olan Huseynin de bu qastrola getmesini teeccuble qarsilayirlar Onlar Lenkeranda Musibeti Fexreddin ve Pulsuzluq pyeslerini tamasaya qoymali idiler Sefer zamani Musibeti Fexreddin tamasasini gosteren truppa gozlenilmez fakt qarsisinda qalir tamasaya bir iki saat qalmis melum olur ki Ereblinski bezi xatirelere gore Rustem bey bezi xatirelere gore ise xeste olan aktyoru evez ederek Fexreddin rolunu oynamisdir O gecenin sahidi olan teatr xadimleri sonralar oz xatirelerinde yazirdilar ki Huseyn bu rolu son derece ugurla oynadi Tamasacilar terefinden alqislarla qarsilanan Huseyn belelikle indiye qeder onun haqqinda olan fikirleri de alt ust edir Tezlikle teatr ictimaiyyetinde aktyor kimi taninan Huseyn Ereblinski Nicat teatr cemiyyetine bas rejissor ve aktyor kimi devet alir Yalniz senet yenilikleri ile kifayetlenmeyen Huseyn teatr muhitinde bir sira deyisiklikler edir O elde bilet satmagi qapi qapi gezib tamasaci toplamagi qadagan edir ve aktyorlara mevacib mueyyenlesdirir Repertuardan ise movhumati teblig eden eserleri cixarir Rus dramaturgiyasinin en gozel numuneleri L Tolstoy Turgenev Qoqol ve s Azerbaycan sehnesinde tamasaya qoyulmaga baslanilir rus sehnesinin senetkarlari ile six yaradiciliq elaqesi yaradilir Huseyn Ereblinskinin senete gelisi dovrunde ayri ayri heveskar qruplarin teatr derneklerinin simasinda qerarlasan Azerbaycan teatri sozun esl menasinda cetin gunlerini yasayirdi Teqib olunan teatr truppalarinin esas problemlerinden biri de sehne idi Tamasa gostermek ucun bina icareye goturmek kulli miqdarda vesait teleb edirdi Cox zaman pul tapmayan aktyorlar neyi ise girov qoymaga mecbur olurdular Huseyn Ereblinskinin de tez tez girov qoydugu bir uzuyu var idi Hemkarlarinin sehirli uzuk adlandirdigi bu uzuk illerle girov qalirdi Azerbaycanin ilk pesekar aktyoru pesekar rejissoru sayilan Huseyn Ereblinskinin sexsi qaygilari elece de maddi cetinlikleri yeterince idi Onu neinki murtece quvveler basa dusmurdu elece de bezi qohumlari onun seneti ile hec cur barismaq istemirdiler Xususen de qadin rolunu oynamaq ucun bigini qirxdirandan sonra Huseynin ailesi ile munasibeti bir qeder de gerginlesir Butun bunlara baxmayaraq Huseyn sehneni her seyden uca tuturdu Ve butun heyatinin menasini senet mebedine xidmet elemekde gorurdu Sehne muqeddesdir ona layiq olmaq ucun aktyor ciddi bir exlaq sahibi olmalidir Hec bir hereketi ve sozu ikrah dogurmamalidir Bazarlarda dolasmaq cayxanalarda ve meyxanalarda eylesib zarafatlasmaq seliqesiz geyinmek ozgesine boyun eymek ve sair kimi hereketler aktyorun tebietine vezifesine ve meqsedine tamamile ziddir Heyatda yungul ve serefsiz kimi taninan aktyor hec bir zaman sehnede tamasacini inandira bilmez Tamasaci hemise aktyora qarsi ehtiram ve hormet hissi beslemeli onu axtarmali ve rast gelerken sevinmelidir 19 fevral Bakida Revizor Mufettis tamasasinin afisasi Huseyn Ereblinskinin Azerbaycan teatrina gosterdiyi en boyuk xidmetlerden biri de odur ki o dunya klassiklerini elece de rus dramaturqlarinin bir sira eserlerini ilk defe olaraq Azerbaycan sehnesine getirmisdi O Qoqolun Revizor Mufettis komediyasini tamasaya qoymus hemcinin Sillerin Qacaqlar eserinin qurulusunu vermekle beraber Frans Moorun rolunu muveffeqiyyetle ifa etmisdir Muasirlerin dediklerine esasen rus aktyorlari ve xususen Bakidaki rus teatrinin rejissoru Valentinov Azerbaycan sehnesinde Qacaqlar a tamasa etdikden sonra Frans rolunu rus sehnesinde de ifa etmeyi Ereblinskiye teklif etmisdiler Bakiya qastrola gelmis rus teatri Lanskoyun Qezavat pyesini tamasaya qoymusdu Pyesin qehremani Ehmed bey Samxalin rolunu rus tragiki Sorsteyn ifa edirdi Ereblinski bu pyese tamasa etdikden sonra onu Azerbaycan diline tercume etmeyi Ebdurrehim bey Haqverdiyevden xahis etdi Qezavat pyesi ilk defe 1908 ci ilde Ereblinskinin benefisine olaraq oynandi Bu haqda Kaspi qezeti yazirdi Oktyabrin 28 de Nicat Cemiyyeti truppasinin rejissoru Huseyn Ereblinskinin nefine tamasa oldu Bu professional muselman artistinin ik benefisi idi Teatr tamasacilarla dolu idi Qezavat pyesi tamasaya qoylumusdu Pyesin qehremani Ehmed bey Samxalin rolunu Ereblinski ifa edirdi 20 dekabr Bakida Qezavat tamasasinin afisasi Ereblinski ilk defe Otello rolunu 1910 cu ilde oynayib Xatirladaq ki Huseyn Otellonu 1910 cu ilde oynasa da bu rol uzerinde duz uc il calisib Aktyorun bu rolun evezsiz ifaci olmasi barede bir sira menbelerde melumat verilib O cumleden rus rejissoru Levini Ereblinskinin Otellosu barede bu fikirde olmusdur Men bir cox tragik artistler gormusem Lakin sizdeki istedad ve meharetin misli ve beraberini gormemisem Hergah siz bu rolu rus sehnesinde ifa etseydiniz men rejissorlugumu buraxib sizinle birlikde butun Rusiyani ve hetta Avropani gezerdim Ereblinski tarixi suretlerin yaradilmasinda da muhum rol oynamisdir Baxmetvin 1812 ci il adli pyesinde Napoleon sureti ve Volterin Sultan Osman pyesinde Sultan Osmanin sureti Azerbaycanda birinci olaraq Ereblinski terefinden yaradilmisdir Huseyn Ereblinski hem Azerbaycan realist sehne senetinin hem de Azerbaycan kino incesenetinin banisidir Huseyn Ereblinskinin en ugurlu isleri sirasinda olan rollari asagidakilardir Haqverdiyevin Aga Mehemmed Sah Qacar inda Qacar Lanskoyun Qezavet inde Ehmed bey Samxal Qoqolun Mueffetis inde Xlestakov Necef bey Vezirovun Musibeti Fexreddin eserinde Fexreddin Mirze Feteli Axundovun Haci Qara eserinde Heyder bey Sillerin Qacaqlar inda Frans Sekspirin Otello sunda Otello Tarixi faktlardan melum olur ki Huseyn 1916 ci ilde Bakida cekilen Neft ve milyonlar seltenetinde filminde Lutfeli beyi oynamisdir 1949 cu ilde Cefer Ceferov aktyorun qetlinin 30 illiyi munasibetile Huseyn Ereblinski kitabcasini nesr etdirmisdir Eser 1950 1959 1961 ci illerde tekraren nesr olunmusdur Ereblinski haqqinda bezi tedqiqat eserleri ve bir nece bedii eser yazilmisdir Ereblinksi Azerbaycan dramaturgiyasinin tebligatcisi idi O Bextsiz cavan Musibeti Fexreddin Aga Mehemmed sah Qacar Nadir sah Bahadir ve Sona ve Oluler i ifa etmisdir Eyni zamanda Ereblinskinin en boyuk xidmetlerinden biri de rus ve Qerbi Avropa dramaturgiyasindan genis istifade etmesi olmusdur Molyerin Sillerin Sekspirin Heynenin ve Volterin ilk defe baslica olaraq taninmasinda Ereblinskinin evezsiz rolu olmusdur Ereblinskinin sevimli rollari icerisinde klassik ve muasir rus pyeslerinin qehremanlari o cumleden Xlestakov Mufettis Naxman Yehudiler Ehmedbey Samxal Qezevat Napoleon 1812 ci il da muhum yer tuturdu Tekce Qerb ve Rusiya deyil Serq de Ereblinskinin repertuarinda esasli yer tuturdu Kave Veten Nacibey Akif bey Bextsiz cavan Bextsiz igid hemcinin Heyneden tercume edilmis Elmensur tamasalarinda rol almisdir Ereblinskinin en sohretli rollarindan biri de Nadir sah idi Zakavkazye qezetinde cap edilen bir resenziyada deyilir Ereblinskinin ifasinda Nadir sah en xirda seylerde bele parlaq ve gozel idi Evvelce qacaq destesi bascisi sonra serkerde son perdede ise olulerin kolgesi terefinden teqib olunan Nadirin ekspansiv xarakterinin oz yuksek adinin seviyyesinde duran aktyor heyranedici bir senetkarliqla aca bilirdi Xelefovun birinci defe sehneye cixmasi 1897 ci ilde olmusdur O zaman Bakida tamam Qafqazda turk sehnesi ve ya muntezem aktyorlar destesi yox idi ancaq heveskarlar terefinden yoxsul telebelere iane toplamaq meqsedile ilde bir iki defe teatr tamasasi verilirdi Sehneye dair elbise ve s levazimat tedaruku Xelefov cox calisirdi Hemin 1897 ci ilde Novruz bayrami munasibetile Mirze Feteli Axundovun Xan Serabi adli komediyasi oynanilmisdi Huseyn Eereblinskinin qastrol seferleri 1906 1908 ci illerden sonra Ereblinski Azerbaycan serhedlerinden uzaqlarda da oz fealiyyetini numayis etdirmeye baslamisdi O ilk defe Derbend ve Asqabad seherlerine habele Irana qastrola getdi Derbend ve Asqabadda xos qarsilansa da Aga Mehemmed sah Qacar pyesi birinci defe tamasaya qoyulduqdan sonra Ereblinskinin cixisi qadagan olundu cunki Ereblinski Iran sahini qan icen bir mustebid kimi ifa edirdi 1906 ci ilden 1919 cu iledek Huseyn Ereblinski her il qastrola getmisdir Ereblinskinin bu qastrollarindan da Azerbaycan sehnesi ucun aktrisalar tapmaq idi O hara gedirdise en evvel aktrisalarla tanis olur ve onlari Azerbaycan sehnesinde islemeye devet edirdi Azerbaycan SSR Xalq artisti Merziyye Davudova Azerbaycan sehnesine Huseyn Ereblinski terefinden celb edilmisdi Ereblinski Merziyye Davudovayla 1918 ci ilde Hesterxanda tanis olmus ve onu Azerbaycana gelmek ucun heveslendirmisdir O zamanlar aktrisa meselesi Huseyn Ereblinski ucun en cetin ve hell olunmaz mesele idi Aktrisa meselesi o qeder ciddi sekil almisdi ki Ereblinski dramaturq Ebdurrehim bey Haqverdiyevden qadin rolu olmayan pyes yazmagi xahis etmeye mecbur olmusdu Haqverdiyev Azerbaycan sehnesinin veziyyetini ve xususiyyetini nezere alaraq Aga Mehemmed sah Qacar dramasinda qadin rolu vermemisdir Huseyn Ereblinskinin ilk defe oynadigi rollari Rol Eser Muellif Seher TarixKerim Vezir xan Lenkeran M F Axundov Baki 1897Haci Murad Musibeti Fexreddin N B Vezirov 1901Rustembey Lenkeran 1905 Axtaran tapar H Rzayev Sarabski Baki 18 VIII 1906Aga Cavad Axsam sebri xeyir olar S M Qenizade 18 VIII 1906Suleymanbey Dagilan Tifaq E Haqverdiyev 25 VIII 1906Memmed xan Nadir sah N Nerimanov 10 IX 1906Aga Cefer Dursuneli ve Ballibadi S M Qenizade Derbend 22 IX 1906Ebdurrehmanbey Daldan atilan das topuga deyer N Vezirov 28 IX 1906Resul Ev terbiyesinin bir sekli 28 IX 1906Dobcinski Mufettis N B Qoqol Baki 8 IX 1906Aga Mecid Doyme qapimi doyerler qapini N Vezirov 28 IX 1906Gurcubey Nadir sah N Nerimanov 24 XI 1906Xudaverdiyev Yagisdan cixdiq yagmura dusduk N Vezirov 1 XII 1906Eli Elmensur H Heyne 5 XII 1906 Bedefkarin kulfeti H Ereblinski terc 26 I 1907Nadir Nadir sah N Nerimanov Tiflis 15 VI 1907Nacalnik Haci Qara M F Axundov Baki 27 VII 1907Frans Qacaqlar F Siller 5 XI 1907Aga Mehemmed sah Aga Mehemmed sagh Qacar E Haqverdiyev 3 XII 1907Elmensur Elmensur H Heyne Baki 17 XII 1907Etabey Bextsiz bala Namiq Kamal Tiflis 14 XII 1908Eyvaz Zoren tebib Molyer Irevan 23 V 1908Sultan Osman Sultan Osman Volter Baki 24 X 1908Xlestakov Mufettis N V Qoqol 7 XI 1908Naxman Yehudiler Y Cirkov 14 XI 1908Gave Gaveyi ahengar S Sami 21 XI 1908Ehmedbey Samxal Qezevat S V Lanskoy 28 XI 1908Qehreman Qaranliqda isiqlar Mehemmed Emin Resulzade 5 XII 1908Ferhad Bextsiz cavan E Haqverdiyev 7 I 1909Agabala Dovletli bisemer I Rustembeyov 11 III 1909Zakir Bextsiz igid Elesger Kemal 16 IV 1909Covdetbey Covdetbey Mehemmed Ehsan 2 XI 1909Perviz Gaveyi ahengar S Sami Tiflis IV 1909Veli Artistler meiseti Lentovski Baki 18 XII 1909Cemilbey Pulsuzluq I S Turgenev 19 III 1910Otello Otello Sekspir 29 X 1910Xalid Xalid ve Velid Talibzade 15 XI 1910Aslan Qafqaz cicekleri Batsala 5 XI 1910Hamlet Konsert V Sekspir Moskva 25 IV 1911Hacibey Hacibey fedakari hurriyyet Namiq Kamal Baki 20 V 1911Tariq Tariq ibn Ziyad 16 III 1911Sed Veqqas Sedi Veqqas M M Axundov 21 X 1911Napoleon 1812 il Baxmetyev 25 I 1912Islambey Veten Namiq Kamal 21 I 1910Fexreddin Musibeti Fexreddin N Vezirov Salyan 13 VII 1913Seidbey Zulmun neticesi S Vezirov Tiflis 3 III 1914Settarxan Lekkeyi taci keyan Ehrabi Tiflis IV 1914Yusif Samdanbey N Nerimanov 3 III 1914Kerem Qacaq Kerem Macedisvili Baki 17 X 1914Rustem Rustem ve Sohrab E Qemerlinski Baki 30 X 1914Kupletler Konsert 18 IX 1915Lutfelibey Neft ve milyonlar seltenetinde film I Musabeyov 1916Xosrov Perviz Xosrov Perviz A Abdullazade 16 IX 1916Ebu Deyyab Ebul Ula H Bedreddin M Rufet 4 XI 1916Bahadir Bahadir ve Sona N Nerimanov 15 XII 1916Akifbey Akifbey Namus Namiq Kamal 16 IX 1916Sah Abbas Sah Abbas 12 V 1917Gulmeli hekayeler Konsert 13 II 1918Hekayeler Konsert 19 II 1918Reqs Dagistan Konsert 1 III 1919Millet serqisi Konsert 1 III 1919OlumuDeyilenlere gore 1919 cu il mart ayinin 4 de axsam saat 6 da Huseyn Ereblinskini dayisi oglu Ebdulxaliq evlerine qonaq cagirir Dayisi Haci Ebdulkerimle aralarinda mulk ustunde davalari olduguna gore Huseyn getmek istemese de cox sohbetden sonra heyat yoldasi Asiyani da goturub onlara gedir Qefleten bas veren mubahise neticesinde Ebdulxaliq tapancasini cixarib Huseyni bogazindan vuraraq qacir Baki Polismeysterliyinin 4 cu pristavinin martin 5 de yeni hadisenin seheri gunu Seher Polismeysterliyine teqdim etdiyi raportda deyilir Melumat verirem ki martin 4 de axsam saat 7 radelerinde Cadrovi kucesi 121 li evde sehne texellusu Ereblinski olan artist Huseynbala Xelefov revolverden acilan atesle Ebdulxaliq Haci Ebdulkerim oglu terefinden oldurulub Qatil hebs edilib Baki seheri 2 ci sahenin mustentiqine melumat verilib Azerbaycan Dovlet Arxivi f 2767 op 2 q 116 ver 529 Huseyn Quliyev Ereblinskinin qetli haqqinda soyleyib 1919 cu ilin mart ayinin 4 de adamlarin Sors kucesine teref qacdiqlarini gordum Deyirdiler ki Huseyn Ereblinskini vurublar Dayisi oglu Xaliq vurmusdu Gulle bogazindan deymisdi Asiya elinde gitara orada idi Axsamustu men bunun sebebini Asiyadan sorusdum O dedi Xaliq Huseyni qonaq cagirmisdi O hec getmek istemirdi O dayisi ve dayisi usaqlari ile coxdan idi ki danismirdi Onlar Huseyn ile kin kuduret saxlayirdilar Xaliq onu dile tutub aparmisdi Bir azdan sonra mene bir parca kagiz getirdiler Huseyn yazmisdi Asiya gitara ve bir pyes gotur gel Men pyesi tapa bilmedim gitarani goturub getdim O vaxt catdim ki artiq Huseyn oldurulmusdu Men bilen Huseyn veziyyeti basa dusub o kagizi mene yazmisdi Aile uzvlerinin sonraki taleyiEreblinski oldurulenden sonra anasi Peri Xelefovani qizi Dursedefin evine kocurdurler Ereblinskiye mexsus olan esyalari ise qohumlari menimseyir Heyat yoldasi Asiya yasadigi evden qovulur O dost tanis komekliyi ile bir otaqli evde yasayir Daha sonra Elekber Huseynzade ile aile heyati qurur Xatiresi1969 cu ilde Azerbaycan hokumeti Huseyn Ereblinskinin xatiresini ebedilesdirmek haqqinda qerar qebul etmisdir Bu meqsedle Sumqayit Dovlet Gencler Dram Teatrina Huseyn Ereblinskinin adi verilmisdir Yazici Elcinin Senetkarin taleyi pyesi aktyorun heyat ve fealiyyetinden behs edir Eser esasinda Azerbaycan Dovlet Akademik Milli Dram Teatrinda hazirlanmis tamasanin quruluscu rejissoru Irane Tagizadedir FilmoqrafiyaNeft ve milyonlar seltenetinde film 1916 Lutfeli tammetrajli bedii film Azerbaycanin sehne ustalari film 1965 Uzeyir omru film 1981 IstinadlarAzerbaycan Teatr Cemiyyeti Huseyn Ereblinski Aktyorun heyat ve fealiyyetine dair senedler mecmuesi Baki Azerbaycan Dovlet Nesriyyati 1967 seh 292 Azerbaycan Teatr Cemiyyeti Huseyn Ereblinski Baki Azernesr 1949 seh 104 Huseyn Ereblinski Azerbaycan anl az 5 mart 2020 tarixinde Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 812 Huseyn Ereblinski Bextiyar Qaraca Serq Qerb Baki 2017 Azerbaycan artisti Huseyn Ereblinskinin xatiresini ebedilesdirmek haqqinda Azerbaycan KP MK ve Azerbaycan SSR Nazirler Sovetinin 30 sentyabr 1969 cu il tarixli 446 nomreli Qerari 2020 01 16 at the Wayback Machine anl az sayti Senetkarin taleyi nin ugurlu sehne heyati 2020 10 20 tarixinde Istifade tarixi 2016 05 31 MenbeSemseddin Abbasov Sovet Azerbaycaninin kinosu Kommunist 1958 29 avqust Cefer Ceferov Eserleri 2 cildde II cild Baki 1968 Mehdi Memmedov Huseyn Ereblinski Baki 1973 Cefer Ceferov Azerbaycan teatri 1873 1973 Tertib redakte ve elaveler Y Qarayev Baki 1974 Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 12 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Iki cildde Birinci cild Baki Lider 2004 seh 369 370 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 13 Xarici kecidlerEreblinskini Tagiyev oldurtdurub IDDIALARA CAVAB VERILDI