Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi.
Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır.
Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır.
Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir.
Azərbaycanda həsir
Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda istehsalının kökləri qədim dövrlərə gedib çıxır.
Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir. Onlar bitki liflərindən hazırlanmış məmulatlar olmaqla yanaşı, dünyaca məşhur Azərbaycan xalçaçılıq sənətinin "əcdadı" hesab olunur.
Həsir Azərbaycanda Kür və Araz boyu yerlərdə, xüsusilə Cəlilabad, Astara, Masallı və Lənkəranda qədimdən əvəzsiz məişət əşyası kimi işlədilib. Azərbaycanın cənub bölgəsində həsirçiliyin tarixən təşəkkül tapması ilk növbədə bu zonada mövcud olan subtropik hava iqlimindən meydana gələn nəmişlikdən və xammal bazasının genişliyindən irəli gəlmişdir. Bu bölgələrdə həsiri yerə sərilən palaz-xalçanın altına yerləşdirərmişlər ki, rütubəti özünə çəksin, palaz-xalçanın tez yeyilərək istifadəyə yararsızlığının qarşısı alınsın və davamlı olsun.
Astara rayonundakı Kakalos kəndi özünün spesifik həsirləri ilə məşhurdur. Həsir hazırlamaq üçün yaz-yay aylarında qamışlıqlara yollanan kəndlilər "pizə" adlanan xüsusi xammal toplayırlar. Həsiri də qurudulmuş “pizə” çubuğundan şaquli və ya üfqi dəzgahda toxuyurlar. Kakaloslular həsir toxuyarkən həndəsi fiqurlardan daha çox istifadə edirlər.
Azərbaycanının Qarabağ zonasında həsir adətən qamışdan hazırlanmışdır. Çünki bu bölgənin təbiəti və iqlimi ilə əlaqədar olaraq həsir üçün ən optimal xammal qamış hesab olunur. Qarabağ bölgəsində həsiri qadınlar, cənub bölgəsində isə həm qadınlar, həm də kişilər toxuyarmışlar.
Azərbaycanda həsirdən evlərdə rütubətdən qoruyucu məişət əşyası ilə yanaşı, dekorativ bəzək ornamenti kimi də istifadə edilirmiş. Eyni zamanda, keçmiş zamanlarda həsirçiliyin mövcud olduğu zonalarda gəlin köçən qızların cehizlərinə mütləq həsirdən hazırlanmış məmulatlar qoyarmışlar.
Həsirdən hazırlanan zənbillər, şlyapalar, çantalar, saxsı qablar üçün tutacaqlar, asılqanlar və digər məmulatlardan bu gün də geniş istifadə olunur. Əlbəttə ki, bu gün həsirdən hazırlanan bir çox əşyalar forma və dizayn baxımından daha dekorativ və cəlbedicidir. Bu da Azərbaycanda həsirçilik sənətinin xarici görünüş baxımından daim inkişafda olmasını və yenilənməsini göstərir.
Həsirin növləri
Həsirlər toxunma texnikasına görə iki əsas növə bölünür:
- sadə həsirlər
- naxışlı həsirlər
Sadə və naxışlı həsirlərin də müxtəlif növləri vardır. "şona", "əymə", "ləmləki", "güllülər" naxışlı həsirlərə aiddir. Həsirin "hərəmi", "nəlbəki", "şanagül", "girdəgül", "cınağı", "teşti", "ənzəli" növləri bu gündə ən çox istifadə edilən çeşidlər sırasındadır.
Həsirlərin ən sadə növü "çətən"dir. Onu eyni uzunluqda qamışlardan hər hansı bir qamış, əriş rolunu oynayan bir cüt iplə üç yerdən (uclardan və ortadan) birləşdirmə metodu ilə hazırlayırlar.
Azərbaycanın düzən rayonlarında yayılmış "salqar" adlı həsirlərin hazırlanma texnikası da “çətən”in toxunma texnikasına yaxındır. "Salqar"ı və "çətən"i dəzgah, yaxud hər hansı anoloji tərtibat olmadan yerdə hörürlər.
Həsirlərin maraqlı növlərindən biri də "buriya"dır. Bu qalın həsirlərdən döşənək kimi istifadə edilir və bu günədək Azərbaycanın bir sıra regionlarının əhalisinin məişətində təsadüf olunur.
Tədqiqatçılar buriyanın iki növünü - sadə və mürəkkəb buriyaları fərqləndirirlər. Sadə buriyaların naxışları eyni şaquli zolaqlardan, mürəkkəb buriyaların naxışları isə fiqurlardan ibarət olur. Buriyanı sadə şaquli dəzgahda hazırlayırlar.
"Həsir" adlanan adi universal həsir növü daha geniş yayılmışdır. Çətənlə müqayisədə daha mürəkkəb olan bu həsir növü dəzgahlarda hazırlanır. Naxışlı "həsir" növünü hörərkən hər iki başda gələcək xalça haşiyələrinin prototipi olan naxışsız haşiyə saxlanılır. Həsirlərin ornamentasiyası ərişin müəyyən sayda alt və üst iplərin arasından naxış yaradan qamış çubuğunun keçirilməsi prinsipinə əsaslanır. İplərin bir cür variantlarda əvəzlənməsi ilə istənilən naxış-çeşni alınır.
Həsir dəzgahları
Həsirlər "Xana" adlanan xüsusi dəzgahlarda toxunur. Həsir dəzgahlarının zəmanəmizədək şaquli və üfüqi olmaqla iki əsas tipi gəlib çatmışdır. Saya həsir toxuculuğunda tətbiq olunan şaquli dəzgah "Dasko" adlanır. Bu dəzgah növü 3.5-4 metr uzunluğunda bir cüt qoldan, onları birləşdirən və 1.5 metr uzunluqda alt və üst oxdan, "Si" adlanan döyəc taxtasından ibarət bəsit quruluşa malikdir. Oxların sabit qalması üçün dəzgah qollarının üzərində kərtmə üsulu ilə yarıqlar mövcuddur. Üfüqi həsir dəzgahı isə 4 ədəd mıxçadan, onları baş kərtinə köndələn bağlanmış bir cüt dolağacdan və “paral” adlanan zərbə alətindən ibarətdir.
"Güllü" həsirin toxunma texnikası
Saya həsirdən fərqli olaraq, "güllü" həsir tipoloji cəhətdən yer hanasını xatırladan üfüqi dəzgahda toxunur. Eyni zamanda "güllü" həsir mürəkkəb toxuma texnikası əsasında pizənin zərif növü olan "Xüqəpizə"dən toxunur. Pizə tayları gah sağ, gah da soldan olmaqla müəyyən qaydada əriş taylarının arasından keçirildikcə paral vasitəsilə döyəclənib bərkidilir. Güllü həsirin ayaq və baş hissəsi kətansayağı sadə toxuma texnikası ilə, yan haşiyəsi isə "nəfsə" adlanan kənar ərişlər üzrə "döndərmə" üsulu ilə toxunur.
Gül həsir bir qayda olaraq ərişin alt və üst tayları üzrə pizə dəstəsinin çarpaz mövqeyini müəyyən qaydada dəyişdirmə üsulu ilə salınır. Naxış növünün tələbinə uyğun olaraq pizə dəstəsi əriş taylarının gah biri, gah digərindən, gah da üçüncüsündən keçirilərək istənilən nəticə əldə edilir. Bu texniki üsulun tətbiqi prosesində müxtəlif həndəsi görkəmə malik naxışlar əmələ gəlir.
Texniki xüsusiyyətlər
Əsasən uzunluğu bəzən 5-7 metrə çatan həsirlər toxunurdu.
Xarici keçidlər
- "Çətən" (Film, 1995)
- "Həsir" sənədli film
- Qarabağ bölgəsi həsir nəğmələrinin semantik xüsusiyyətləri
- Sənətkarlıq irsimiz: Həsirçilik
- Azərbaycanda xalça sənətinin inkişafı 2017-09-26 at the Wayback Machine
- Həsir çantalar 2017-06-16 at the Wayback Machine
- Azərbaycan etnoqrafiyası: 3 cilddə I c., Bakı.: Elm, 1988, 486 s., (410, 412-ci səhifələr)
- Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı.: 1987, 608 s., ( 415-416-cı səhifələr)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hesir qurudulmus qamis cubugundan xususi saquli ve ya ufuqi dezgahda toxunulmus yer dosemesi Hesir Hesir rutubetin ve nemliyin qarsisinin alinmasi ucun qamisdan kulesden ve bezi agaclarin liflerinden hazirlanan yer dosemesidir Hesir toxuyan insanlar hesirci umumilikde bu senet novu ise hesircilik adlanir Hesir dunyanin qedim tarixe malik olkelerinde esas meiset atributlarindan ve xalq seneti novlerinden biri hesab olunur Cin Yaponiya Malayziya Hindistan Merakes Tunis Ispaniya ve Afrikanin cenub hissesinde yerlesen bir sira olkelerde hesir tarixen meiset heyatinin en zeruri memulatlari arasinda yer almisdir Tarixi menbelerde Mehemmed peygemberin yasadigi evin dosemesinde Ispaniya krali V Ferdinandin sarayinda Emir Teymurun alaciginda Cingiz xanin Togakuk adli arabasinda Yaponiyada samuraylarin evlerinde soqunlarin saraylarinda hesirden istifade olundugu bildirilir Azerbaycanda hesirHesir hesircilik Azerbaycanda da minillikler evvel tesekkul tapmis xalq seneti novlerinden biridir Umumiyyetle Azerbaycanda istehsalinin kokleri qedim dovrlere gedib cixir Azerbaycanda hele qedim zamanlardan beri horme senetinin inkisafi ucun muxtelif qamis ve qarginin ferqli novleri ketan gicitken ceten ve bu meqsede yararli bir cox bitkilerden ibaret zengin xammal bazasi olmusdur Eneolit dovrunden baslayaraq Azerbaycanda bir cox arxeoloji abidelerde horme hesirlerin izleri ve qaliqlari askar edilmisdir Onlar bitki liflerinden hazirlanmis memulatlar olmaqla yanasi dunyaca meshur Azerbaycan xalcaciliq senetinin ecdadi hesab olunur Hesir Azerbaycanda Kur ve Araz boyu yerlerde xususile Celilabad Astara Masalli ve Lenkeranda qedimden evezsiz meiset esyasi kimi isledilib Azerbaycanin cenub bolgesinde hesirciliyin tarixen tesekkul tapmasi ilk novbede bu zonada movcud olan subtropik hava iqliminden meydana gelen nemislikden ve xammal bazasinin genisliyinden ireli gelmisdir Bu bolgelerde hesiri yere serilen palaz xalcanin altina yerlesdirermisler ki rutubeti ozune ceksin palaz xalcanin tez yeyilerek istifadeye yararsizliginin qarsisi alinsin ve davamli olsun Astara rayonundaki Kakalos kendi ozunun spesifik hesirleri ile meshurdur Hesir hazirlamaq ucun yaz yay aylarinda qamisliqlara yollanan kendliler pize adlanan xususi xammal toplayirlar Hesiri de qurudulmus pize cubugundan saquli ve ya ufqi dezgahda toxuyurlar Kakaloslular hesir toxuyarken hendesi fiqurlardan daha cox istifade edirler Azerbaycaninin Qarabag zonasinda hesir adeten qamisdan hazirlanmisdir Cunki bu bolgenin tebieti ve iqlimi ile elaqedar olaraq hesir ucun en optimal xammal qamis hesab olunur Qarabag bolgesinde hesiri qadinlar cenub bolgesinde ise hem qadinlar hem de kisiler toxuyarmislar Azerbaycanda hesirden evlerde rutubetden qoruyucu meiset esyasi ile yanasi dekorativ bezek ornamenti kimi de istifade edilirmis Eyni zamanda kecmis zamanlarda hesirciliyin movcud oldugu zonalarda gelin kocen qizlarin cehizlerine mutleq hesirden hazirlanmis memulatlar qoyarmislar Hesirden hazirlanan zenbiller slyapalar cantalar saxsi qablar ucun tutacaqlar asilqanlar ve diger memulatlardan bu gun de genis istifade olunur Elbette ki bu gun hesirden hazirlanan bir cox esyalar forma ve dizayn baximindan daha dekorativ ve celbedicidir Bu da Azerbaycanda hesircilik senetinin xarici gorunus baximindan daim inkisafda olmasini ve yenilenmesini gosterir Hesirin novleriHesirler toxunma texnikasina gore iki esas nove bolunur sade hesirler naxisli hesirler Sade ve naxisli hesirlerin de muxtelif novleri vardir sona eyme lemleki gulluler naxisli hesirlere aiddir Hesirin heremi nelbeki sanagul girdegul cinagi testi enzeli novleri bu gunde en cox istifade edilen cesidler sirasindadir Hesirlerin en sade novu ceten dir Onu eyni uzunluqda qamislardan her hansi bir qamis eris rolunu oynayan bir cut iple uc yerden uclardan ve ortadan birlesdirme metodu ile hazirlayirlar Azerbaycanin duzen rayonlarinda yayilmis salqar adli hesirlerin hazirlanma texnikasi da ceten in toxunma texnikasina yaxindir Salqar i ve ceten i dezgah yaxud her hansi anoloji tertibat olmadan yerde horurler Hesirlerin maraqli novlerinden biri de buriya dir Bu qalin hesirlerden dosenek kimi istifade edilir ve bu gunedek Azerbaycanin bir sira regionlarinin ehalisinin meisetinde tesaduf olunur Tedqiqatcilar buriyanin iki novunu sade ve murekkeb buriyalari ferqlendirirler Sade buriyalarin naxislari eyni saquli zolaqlardan murekkeb buriyalarin naxislari ise fiqurlardan ibaret olur Buriyani sade saquli dezgahda hazirlayirlar Hesir adlanan adi universal hesir novu daha genis yayilmisdir Cetenle muqayisede daha murekkeb olan bu hesir novu dezgahlarda hazirlanir Naxisli hesir novunu horerken her iki basda gelecek xalca hasiyelerinin prototipi olan naxissiz hasiye saxlanilir Hesirlerin ornamentasiyasi erisin mueyyen sayda alt ve ust iplerin arasindan naxis yaradan qamis cubugunun kecirilmesi prinsipine esaslanir Iplerin bir cur variantlarda evezlenmesi ile istenilen naxis cesni alinir Hesir dezgahlariHesirler Xana adlanan xususi dezgahlarda toxunur Hesir dezgahlarinin zemanemizedek saquli ve ufuqi olmaqla iki esas tipi gelib catmisdir Saya hesir toxuculugunda tetbiq olunan saquli dezgah Dasko adlanir Bu dezgah novu 3 5 4 metr uzunlugunda bir cut qoldan onlari birlesdiren ve 1 5 metr uzunluqda alt ve ust oxdan Si adlanan doyec taxtasindan ibaret besit qurulusa malikdir Oxlarin sabit qalmasi ucun dezgah qollarinin uzerinde kertme usulu ile yariqlar movcuddur Ufuqi hesir dezgahi ise 4 eded mixcadan onlari bas kertine kondelen baglanmis bir cut dolagacdan ve paral adlanan zerbe aletinden ibaretdir Gullu hesirin toxunma texnikasiSaya hesirden ferqli olaraq gullu hesir tipoloji cehetden yer hanasini xatirladan ufuqi dezgahda toxunur Eyni zamanda gullu hesir murekkeb toxuma texnikasi esasinda pizenin zerif novu olan Xuqepize den toxunur Pize taylari gah sag gah da soldan olmaqla mueyyen qaydada eris taylarinin arasindan kecirildikce paral vasitesile doyeclenib berkidilir Gullu hesirin ayaq ve bas hissesi ketansayagi sade toxuma texnikasi ile yan hasiyesi ise nefse adlanan kenar erisler uzre donderme usulu ile toxunur Gul hesir bir qayda olaraq erisin alt ve ust taylari uzre pize destesinin carpaz movqeyini mueyyen qaydada deyisdirme usulu ile salinir Naxis novunun telebine uygun olaraq pize destesi eris taylarinin gah biri gah digerinden gah da ucuncusunden kecirilerek istenilen netice elde edilir Bu texniki usulun tetbiqi prosesinde muxtelif hendesi gorkeme malik naxislar emele gelir Texniki xususiyyetlerEsasen uzunlugu bezen 5 7 metre catan hesirler toxunurdu Xarici kecidler Ceten Film 1995 Hesir senedli film Qarabag bolgesi hesir negmelerinin semantik xususiyyetleri Senetkarliq irsimiz Hesircilik Azerbaycanda xalca senetinin inkisafi 2017 09 26 at the Wayback Machine Hesir cantalar 2017 06 16 at the Wayback Machine Azerbaycan etnoqrafiyasi 3 cildde I c Baki Elm 1988 486 s 410 412 ci sehifeler Azerbaycan Sovet Ensiklopediyasi X cild Baki 1987 608 s 415 416 ci sehifeler Hemcinin bax