Georgi Qurciyev (13 yanvar 1866, 1872 və ya 27 dekabr 1877, Gümrü – 29 oktyabr 1949[…], Nöyi-sür-Sen) - XX əsrin birinci yarısında məşhur olmuş olan ruhani müəllim, quru və yazıçıdır. O, Qafqazda dünyaya gəlsə də, uşaqlığı Qarsda keçmişdir. O, "insan həyatının məqsədi nədir?" sualına cavab tapmaq istəmiş və axtardığı sualın cavabını yalnız qədim adət-ənənələrdə tapacağını düşünərək həqiqətə çatmaq üçün təxminən iyirmi ilə yaxın bir müddət ərzində Hindistan, Tibet, Mərkəzi Asiya, Anadolu və Misiri gəzmişdir. O, faqirlərdən (bədənə nəzarətə diqqət yetirənlər), rahiblərdən (emosiyalara nəzarətə diqqət yetirənlər) və yoqilərdən (zehni idarə etməyə diqqət yetirənlər) təsirlənmiş, lakin səyahətinin sonunda Dördüncü Yol adlı özünəməxsus bir təlim yaratmışdır. Dördüncü yolun digər üç yoldan əsas fərqi ondan ibarət idi ki, o, gündəlik həyatda tətbiq oluna bilərdi və bədən, hisslər və ağıl arasında tarazlığın yaradılmasına əsaslanırdı. O, insanların hipnoz vəziyyətinə oxşar olan bir yuxu vəziyyətində olduqlarını və onun Dördüncü Yolunun insanları bu vəziyyətdən xilas edib, şüur səviyyəsini tam qaldıracağını müdafiə etmişdir. O, ömrünün sonuna kimi bu təlimini qərb dünyasında tanıtdırmaq üçün çalışmışdır.
Georgi Qurciyev | |
---|---|
erm. Գեորգի Իվանովիչ Գյուրջիև yun. Γεώργιος Γεωργιάδης | |
Doğum tarixi | 13 yanvar 1866, 1872 və ya 27 dekabr 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1949[…] |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Vətəndaşlığı | |
Əsas maraqları | fəlsəfə, Mistisizm |
Sayt | institut-gurdjieff.com |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qurciyevin uşaqlıq illəri
Qurciyev XIX əsrin son rübündə Rusiya imperiyasının Aleksandropol şəhərində (indiki Ermənistanın Gümrü şəhəri) anadan olmuşdur. Atası yunan, anası isə erməni mənşəlidir. Onun dünyaya gəldiyi tarix dəqiq olaraq məlum deyildir. Uşaqlığı Qars şəhərində keçmişdir. Qarsda o dövrlərdə türk, erməni, rus və yezidi mədəniyyətləri iç-içə idi. Qurciyevə ilk təsir edənlər dülgər və ozan olan atası və eyni zamanda da keşiş Din Borş olmuşdur. Bu illərdə o, rus dilində yazılmış olan elmi əsərlər ilə maraqlanmışdır. Lakin izah edə bilmədiyi bəzi hadisələrin şahidi olduğu üçün elmdə və xalq dinində tapıla bilinməyən gizli bir həqiqətin mövcud olması fikri onda formalaşmışdır.
Qurciyevin həqiqət axtarışı
1912-ci ildə Rusiyada görünənə qədər Qurciyevin həqiqət axtarışı onu gənc yaşlarından etibarən Mərkəzi Asiyaya, həmçinin də Misirə, Hindistana, Tibetə və Romaya səyahət etməyə vadar etmişdir. O, açıq şəkildə ifadə etməsə də, bu təlimin mənbələri ilə həyatının bu mərhələsində tanış olmuşdur. Bu səyahətləri haqqında ən mühüm mənbə isə “Əhəmiyyətli insanlarla görüşlər” (Meetings with Remarkable Men) kitabıdır. Ancaq bu kitabının nə qədər hissəsinin avtobioqrafiya, nə qədər hissəsinin isə simvolika və uydurma olduğu müzakirə mövzusudur. “Əhəmiyyətli insanlarla görüşlər” kitabının hər bir fəsli ayrıca olaraq bir “Əhəmiyyətli insan”a həsr olunmuşdur və bu insanlar da öz növbəsində “Həqiqət axtaran” cəmiyyətin bir üzvüdür. Bu kitabda o, həm də Buxarada dostu dərviş Boqqa Eddin vasitəsilə “Sarman qardaşlığı” (Sarmoung Brotherhood) ilə olan görüşünü təsvir etmişdir. Qurciyev bu qardaşlığı qədim Şumerlərdən və Qədim Misirdən gələn ezoterik bilikləri mühafizə edib saxlayan və lazımi insanlarla paylaşan bir məktəb kimi xarakterizə etmişdir. Ancaq Orhus Universitetinin Ərəb və İslam Tədqiqatları Departamentindən olan tarixçi Mark Sedgwick bu qardaşlığın tamamilə uydurma olduğunu iddia etmişdir.
Rusiyadakı işləri
Qurciyevin Rusiyada göründüyü 1913-cü ildən etibarən 1949-cu ildəki vəfatına qədərki fəaliyyəti haqqında çox sayda mənbələr və şahidlər mövcuddur. Qurciyevin ilk tələbələri onun əmisi oğlu və eyni zamanda da heykəltəraş olan Sergey Merkurov və Raxmilieviç olmuşdur. O həmçinin də, elə həmin il Sankt-Peterburqda Polşa əsilli Julia Ostrowska ilə ailə həyatı qurmuşdur. 1914-cü ildə hazırlamış olduğu "Sehrbazın mübarizəsi" adlı balet tamaşası üçün reklam vermiş və eyni zamanda da tələbələrinin "Həqiqətin bir anlıq görüntüləri" adlı qaralama mətnlər yazmasına nəzarət etmişdir.
1915-ci ildə Qurciyev P. D.Ouspenskini, həmçinin də 1916-cı ildə bəstəkar Tomas de Hartman və onun həyat yoldaşı olan Olqanı öz tələbələri kimi qəbul etmişdir. Bu illər ərzində onun 30-a yaxın tələbəsi olmuşdur. Ouspenski Qurciyevin tələbəsi olmamışdan əvvəl də sirli mövzularda yazıçı kimi şöhrət qazanmışdır; eyni zamanda Ouspenski də Şərqdə müdriklik axtarışında olsa da, heç bir nəticə əldə edə bilməmişdir.
Qurciyevin bu illərdə irəli sürmüş olduğu Dördüncü Yol “sistemi” mürəkkəb, metafizik, bəzən də elmi terminologiya ilə izah olunurdu. Qurciyevin “Dördüncü yol” ideyalarının çoxusu, xüsusən də Ouspenskinin kitabları vasitəsilə bizə gəlib çatmışdır. Buradan da belə çıxır ki, bu fikirləri bu illərdə Qurciyev öz tələbələri ilə bölüşmüş, lakin bunun haqqında uzun müddət ərzində heç kimə yazmağa imkan verməmişdir.
Bolşevik inqilabı
Qurciyev 1917-ci ildə baş vermiş olan Rusiyadakı bolşevik inqilabının ortasında Petroqradı Gümrüdəki ailəsinin yanına qayıtmaq üçün tərk etmişdir. Bolşevik inqilabı davam edərkən o, əvvəlcə Qafqazın Essentuki şəhərində, daha sonralar isə Rusiyanın cənubunda Qara dəniz sahillərindəki Tuapse, Maykop (Maikop), Soçi (Sochi) və Poti şəhərlərində müvəqqəti təhsil icmaları yaratmış və bir çox rus tələbələrinə intensiv şəkildə mühazirələrini oxumuşdur. 1918-ci ilin mart ayında Ouspenski Qurciyevi tərk edərək İngiltərədə məskunlaşmışdır və burada Dördüncü Yol haqqında dərslər deməyə başlamışdır. Qurciyev və Ouspenski arasındakı bu ziddiyyətlər ilə dolu münasibətlər onilliklər ərzində davam etmişdir. Bu ayrılığın təfərrüatları və onların yenidən əməkdaşlıqları haqqında Ouspenskinin bəzi kitablarında məlumatlar tapmaq mümkündür. Ümumiyyətlə bu mövzu haqqında xüsusi kitablar yazılmışdır.
Dörd aydan sonra Qurciyevin böyük bacısı və bacısının ailəsi Essentukiyə qaçqın kimi gəlmişdirlər və Qurciyev atasının mayın 15-də Gümrüdə öldürüldüyünü öyrənmişdir. Essentukidə vətəndaş müharibəsinin fəsadları artdıqca, Qurciyev qəzetdə bir hekayə uydurmuş və tezliklə "İnduc dağına" "elmi ekspedisiya" üçün gedəcəyini elan etmişdir. Qurciyev özünü alim kimi göstərərək Essentukidən on dörd yoldaşı ilə ayrılmışdır - Ouspenski ilə Qurciyevin ailəsi isə Essentukidə qalmışdılar.1919-cu ilin payızında Qurciyev rəssam Aleksandr de Salzman və onun həyat yoldaşı olan Jeanne de Salzman ilə tanış olmuş və onları tələbəsi kimi qəbul etmişdir. Jeanne de Salzmannın töhfələri ilə Qurciyev "Müqəddəs Rəqslər"in ilk ictimai tamaşasını səhnələşdirmişdir.
Gürcüstan
1919-cu ilin payızında Qurciyev və yaxın tələbələri Tiflisə (Tbilisi) gəlirlər və doktor Leonid Styoernval, Tomas və Olqa de Hartmann, Aleksandr və Jeanne Salzmann və həyat yoldaşı Julia Ostrowska ilə bərabər burada "İnsanın Harmonik İnkişafı İnstitutu"nu təsis edirlər. Qurciyev bütün diqqətini hələ tamaşaya qoyulmamış olan özünün “Sehrbazların mübarizəsi” adlı balet tamaşasına yönəltmişdir: baletin musiqisi üzərində Tomas de Hartman, balet rəqsləri üzərində isə Olqa İvanovna Hinzenberq işləyirdilər. Gürcüstandakı siyasi vəziyyət dəyişdikdən sonra 1920-ci il may ayının sonlarında əvvəlcə Batumiyə (Batumi), oradan da İstanbula (Konstantinapol) gəldilər.
İstanbul
Qurciyev Perada Kumbaracı küçəsindəki mənzildə qalmışdır; Daha sonra Qalata qülləsi yaxınlığındakı Əbdüllətif Yemeneci küçəsinə köçmüşdür. Qaldığı mənzil Qalata Mövləvi Evinə çox yaxın idi və burada Qurciyev, Ouspenski və Tomas de Hartman dərvişlərin səma mərasimlərinin şahidi olmuşdurlar. Məhz burada Qurciyev gələcəkdə tələbəsi olacaq, o zaman isə İstanbulda Britaniya Hərbi Kəşfiyyatının rəhbəri olan kapitan Con G. Bennet ilə də tanış olmuşdur.
Fontainebleaudakı Prieuré
1921-ci ilin avqust ayında və 1922-ci ildə Qurciyev Qərbi Avropaya səyahət edir; Berlin və London kimi bir çox şəhərlərdə öz işini nümayiş etdirmiş və mühazirələr oxumuşdur. Britaniya vətəndaşlığını əldə edə bilməyən Qurciyev Parisin cənubundakı Fontainebleau-Avondakı Prieuré des Basses Logesdə "İnsanın Harmonik İnkişafı İnstitutu"nu təsis etmişdir.
Bir vaxtlar məftunedici olan, lakin o dövrlərdə bərbad vəziyyətdə olan bu malikanə yeni işlərin mərkəzinə çevrilmişdir. C.S. Nott, René Zuber, Margaret Anderson və onun mühafizəçisi Fritz Peters bu zaman onun mühazirələrində iştirak edən tələbələrdən bəziləri idilər. Bu dövrdə Qurciyevin təlimlərində iştirak edənlər əsasən orta təbəqəyə mənsub olan ziyalılar idilər. Qurciyev insanın fiziki, emosional və əqli cəhətdən inkişaf etməli olduğunu bildirdiyi öz doktrinasını, dərslər, musiqi, rəqs və fiziki işin vəhdəti ilə nümayiş etdirirdi. Köhnə tələbələri bunun Rusiyada öyrəndikləri mürəkkəb metafizik sistemdən tamamilə fərqli olduğunu qeyd etmişdirlər. Fiziki çətinliklərlə bərabər, Qurciyevin tələbələrinə münasibəti də bəzən qəddar ola bilirdi.
İlk Avtomobil Qəzası, Yazıları və Amerikaya Səfəri
1924-cü ildən Qurciyev Şimali Amerikaya səfərlər edilmişdir və əvvəllər A.R. O, Oragenin tələbələri olmuş şəxsləri qəbul etmişdir. 1924-cü ildə Parisdən Fontenbleoya gedərkən ölümcül bir yol qəzası keçirmişdir. Ona həyat yoldaşı və anası baxmışdır və tibbi gözləntilərin əksinə olaraq, yavaş-yavaş və ağrılar ilə dolu bir sağalma müddəti keçirmişdir. O, hələ sağalarkən, 26 avqust 1924-cü ildə İnstitutunu başlamışdır - bununla da müəyyən mənada, sadəcə olaraq özünü daha az bu işə həsr etmiş olan tələbələrinin uzaqlaşmasına şərait yaratmışdır.
Sağaldıqdan sonra o, “Beelzebub nağılları”nı yazmağa başlamışdır: “Hamısı və hər şey” adlı birinci hissə erməni və rus dillərinin qarışığında yazılmışdır. Bu kitab bilərəkdən qaranlıq və üstüörtülü formada yazılmış və bununla da oxucunu kitabın əsl mənasını tapmaq üçün “fikirləşməyə” məcbur edir. Eyni zamanda onun prinsiplərinə görə daha çox konsentrasiyanın lazım olması üçün kitabı səs-küylü kafelərdə yazmışdır.
1925-ci ildə Qurciyevin anası vəfat edir. Elə həmin il arvadı Xərçəng xəstəliyinə tutulur və 1926-cı ilin iyununda Qurciyevin xoş niyyətli, lakin tibbi cəhətdən əsassız olan müalicəsi nəticəsində dünyasını dəyişir. Ouspenski də dəfn mərasimində iştirak edir.
Amerikaya səfərləri zamanı Qurciyev təlimləri üçün pul yığmışdır. Bu ziyarətləri zamanı Qurciyevin narahatedici və açıq-aşkar formada pul tələblərinə görə bir çox insan onun təlimlərindən uzaqlaşmışdır. Qurciyevin yanaşmasını sufilərin məlami təriqətinin əməlləri ilə müqayisə edənlər də olmuşdur.
Pul yığmaq cəhdlərinə baxmayaraq, Prieuré tədqiqatları maliyyə çətinlikləri ilə üzləşmiş və 1932-ci ildə başa çatmışdır. Qurciyev yeni pedaqoji qrupunu Parisdə yığmışdır. İp (The Rope) kimi tanınan bu işçi qrupunun böyük əksəriyyəti daha çox qadın yazıçılardan ibarət idi. Bu işçi qrupun üzvləri Kathryn Hulme, Jane Heap, Margaret Anderson və Enrico Carusonun dul arvadı Doroti idi. 1935-ci ildə Qurciyev "Hamısı və hər şey" üzərində işləməyi dayandırır. Planlaşdırılan trilogiyanın ilk iki hissəsini tamamladıqdan sonra və Üçüncü Seriyaya başlayır. Bu kitab daha sonralar “Həyat yalnız mən olduğum zaman realdır” (Life Is Real Only Then, When 'I Am') başlığı ilə nəşr olunmuşdur. 1937-ci ildə qardaşı Dmitri ölür və bununla da İp işi dağılır.
İkinci Dünya müharibəsi
Qurciyevin Parisdə qaldığı mənzil çox kiçik olsa da, o, İkinci Dünya müharibəsi illərində də tələbə qruplarına mühazirələr oxumağa davam edirdi. Qurciyev bu illər ərzində fiziki cəhətdən xeyli dəyişmiş, kökəlmişdi. Onun təlimi ilkin "sistemdən" tamamilə fərqli olmuş və atalar sözləri, zarafatlar və şəxsi qarşılıqlı əlaqələrə əsaslanmağa başlamışdır. Bununla belə, yenə də tələbələrdən Qurciyevin şah əsəri olan “Beelzebubun nağılları”nı əgər mümkündürsə üç dəfə oxumaq tələb olunurdu. Bu dövrdə onun şəxsi fikri olan şərq xalça və kilimlərinin ticarəti müharibənin ağır şəraitində təkcə özünü deyil, qonşularını da dolandırırdı.
Son illəri
Müharibədən sonrakı illərdə Qurciyev keçmiş tələbələri ilə yenidən əlaqələr yaratmaq istəmişdir. Ouspenski bu işdə tərəddüd edirdi; lakin 1947-ci ilin oktyabrında Ouspenskinin ölümündən sonra Ouspenskinin dul arvadı qalan tələbələrə Parisdə Qurciyevi görməyi təklif etmişdir. J.G. Bennet də Qurciyevi ziyarət edənlər arasında olmuşdur.
1948-ci ildə Qurciyev ikinci dəfə avtomobil qəzasına düşür və yenə də gözlənilmədən sağalır. Sağaldıqdan sonra Qurciyev “Beelzebub nağılları”nın rəsmi nəşri üçün son planlarının üstündə işləyirdi.
Qurciyev 1949-cu il oktyabrın 29-da Fransanın Neuilly-sur-Seine şəhərindəki Amerika xəstəxanasında vəfat etmiş və Fontenblo-Avon qəbiristanlığında dəfn edilmişdir.
Kitabları
- Gurjieff G.I. 1950. Beelzebub's tales to his grandson: an objectively impartial criticism of the life of man. 3 vols, Routledge & Kegan Paul, London. 1973 reprint, E.P. Dutton, N.Y.
- Gurjieff G.I. 1957. The struggle of the magicians: scenario of the ballet. Stourton, Capetown. (Yalnız on ədəd nüsxəsi çap edilmişdir)
- Gurjieff G.I. 1963. Meetings with remarkable men. Routledge & Kegan Paul, London. . (Qurciyevin avtobioqrafik əsəridir)
- Gurjieff G.I. 1975. Life is only real then, when "I am". Routledge & Kegan Paul, London.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Itaú Cultural G. I. Gurdjieff // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001.
- Deutsche Nationalbibliothek Record #118543679 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- James Webb, The Harmonious Circle, Thames and Hudson 1980 pp. 25–6 provides a range of dates from 1872, 1873, 1874, 1877 to 1886.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Georgi Qurciyev 13 yanvar 1866 1872 ve ya 27 dekabr 1877 Gumru 29 oktyabr 1949 Noyi sur Sen XX esrin birinci yarisinda meshur olmus olan ruhani muellim quru ve yazicidir O Qafqazda dunyaya gelse de usaqligi Qarsda kecmisdir O insan heyatinin meqsedi nedir sualina cavab tapmaq istemis ve axtardigi sualin cavabini yalniz qedim adet enenelerde tapacagini dusunerek heqiqete catmaq ucun texminen iyirmi ile yaxin bir muddet erzinde Hindistan Tibet Merkezi Asiya Anadolu ve Misiri gezmisdir O faqirlerden bedene nezarete diqqet yetirenler rahiblerden emosiyalara nezarete diqqet yetirenler ve yoqilerden zehni idare etmeye diqqet yetirenler tesirlenmis lakin seyahetinin sonunda Dorduncu Yol adli ozunemexsus bir telim yaratmisdir Dorduncu yolun diger uc yoldan esas ferqi ondan ibaret idi ki o gundelik heyatda tetbiq oluna bilerdi ve beden hissler ve agil arasinda tarazligin yaradilmasina esaslanirdi O insanlarin hipnoz veziyyetine oxsar olan bir yuxu veziyyetinde olduqlarini ve onun Dorduncu Yolunun insanlari bu veziyyetden xilas edib suur seviyyesini tam qaldiracagini mudafie etmisdir O omrunun sonuna kimi bu telimini qerb dunyasinda tanitdirmaq ucun calismisdir Georgi Qurciyeverm Գեորգի Իվանովիչ Գյուրջիև yun Gewrgios GewrgiadhsDogum tarixi 13 yanvar 1866 1866 01 13 1872 ve ya 27 dekabr 1877 1877 12 27 Dogum yeri Gumru Aleksandropol qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 29 oktyabr 1949 1949 10 29 Vefat yeri Noyi sur SenVefat sebebi qaraciyer xercengiVetendasligi Rusiya imperiyasiEsas maraqlari felsefe MistisizmSayt institut gurdjieff com Vikianbarda elaqeli mediafayllarHeyatiQurciyevin usaqliq illeri Qurciyev XIX esrin son rubunde Rusiya imperiyasinin Aleksandropol seherinde indiki Ermenistanin Gumru seheri anadan olmusdur Atasi yunan anasi ise ermeni menselidir Onun dunyaya geldiyi tarix deqiq olaraq melum deyildir Usaqligi Qars seherinde kecmisdir Qarsda o dovrlerde turk ermeni rus ve yezidi medeniyyetleri ic ice idi Qurciyeve ilk tesir edenler dulger ve ozan olan atasi ve eyni zamanda da kesis Din Bors olmusdur Bu illerde o rus dilinde yazilmis olan elmi eserler ile maraqlanmisdir Lakin izah ede bilmediyi bezi hadiselerin sahidi oldugu ucun elmde ve xalq dininde tapila bilinmeyen gizli bir heqiqetin movcud olmasi fikri onda formalasmisdir Qurciyevin heqiqet axtarisi 1912 ci ilde Rusiyada gorunene qeder Qurciyevin heqiqet axtarisi onu genc yaslarindan etibaren Merkezi Asiyaya hemcinin de Misire Hindistana Tibete ve Romaya seyahet etmeye vadar etmisdir O aciq sekilde ifade etmese de bu telimin menbeleri ile heyatinin bu merhelesinde tanis olmusdur Bu seyahetleri haqqinda en muhum menbe ise Ehemiyyetli insanlarla gorusler Meetings with Remarkable Men kitabidir Ancaq bu kitabinin ne qeder hissesinin avtobioqrafiya ne qeder hissesinin ise simvolika ve uydurma oldugu muzakire movzusudur Ehemiyyetli insanlarla gorusler kitabinin her bir fesli ayrica olaraq bir Ehemiyyetli insan a hesr olunmusdur ve bu insanlar da oz novbesinde Heqiqet axtaran cemiyyetin bir uzvudur Bu kitabda o hem de Buxarada dostu dervis Boqqa Eddin vasitesile Sarman qardasligi Sarmoung Brotherhood ile olan gorusunu tesvir etmisdir Qurciyev bu qardasligi qedim Sumerlerden ve Qedim Misirden gelen ezoterik bilikleri muhafize edib saxlayan ve lazimi insanlarla paylasan bir mekteb kimi xarakterize etmisdir Ancaq Orhus Universitetinin Ereb ve Islam Tedqiqatlari Departamentinden olan tarixci Mark Sedgwick bu qardasligin tamamile uydurma oldugunu iddia etmisdir Rusiyadaki isleri Qurciyevin Rusiyada gorunduyu 1913 cu ilden etibaren 1949 cu ildeki vefatina qederki fealiyyeti haqqinda cox sayda menbeler ve sahidler movcuddur Qurciyevin ilk telebeleri onun emisi oglu ve eyni zamanda da heykelteras olan Sergey Merkurov ve Raxmilievic olmusdur O hemcinin de ele hemin il Sankt Peterburqda Polsa esilli Julia Ostrowska ile aile heyati qurmusdur 1914 cu ilde hazirlamis oldugu Sehrbazin mubarizesi adli balet tamasasi ucun reklam vermis ve eyni zamanda da telebelerinin Heqiqetin bir anliq goruntuleri adli qaralama metnler yazmasina nezaret etmisdir 1915 ci ilde Qurciyev P D Ouspenskini hemcinin de 1916 ci ilde bestekar Tomas de Hartman ve onun heyat yoldasi olan Olqani oz telebeleri kimi qebul etmisdir Bu iller erzinde onun 30 a yaxin telebesi olmusdur Ouspenski Qurciyevin telebesi olmamisdan evvel de sirli movzularda yazici kimi sohret qazanmisdir eyni zamanda Ouspenski de Serqde mudriklik axtarisinda olsa da hec bir netice elde ede bilmemisdir Qurciyevin bu illerde ireli surmus oldugu Dorduncu Yol sistemi murekkeb metafizik bezen de elmi terminologiya ile izah olunurdu Qurciyevin Dorduncu yol ideyalarinin coxusu xususen de Ouspenskinin kitablari vasitesile bize gelib catmisdir Buradan da bele cixir ki bu fikirleri bu illerde Qurciyev oz telebeleri ile bolusmus lakin bunun haqqinda uzun muddet erzinde hec kime yazmaga imkan vermemisdir Bolsevik inqilabi Qurciyev 1917 ci ilde bas vermis olan Rusiyadaki bolsevik inqilabinin ortasinda Petroqradi Gumrudeki ailesinin yanina qayitmaq ucun terk etmisdir Bolsevik inqilabi davam ederken o evvelce Qafqazin Essentuki seherinde daha sonralar ise Rusiyanin cenubunda Qara deniz sahillerindeki Tuapse Maykop Maikop Soci Sochi ve Poti seherlerinde muveqqeti tehsil icmalari yaratmis ve bir cox rus telebelerine intensiv sekilde muhazirelerini oxumusdur 1918 ci ilin mart ayinda Ouspenski Qurciyevi terk ederek Ingilterede meskunlasmisdir ve burada Dorduncu Yol haqqinda dersler demeye baslamisdir Qurciyev ve Ouspenski arasindaki bu ziddiyyetler ile dolu munasibetler onillikler erzinde davam etmisdir Bu ayriligin teferruatlari ve onlarin yeniden emekdasliqlari haqqinda Ouspenskinin bezi kitablarinda melumatlar tapmaq mumkundur Umumiyyetle bu movzu haqqinda xususi kitablar yazilmisdir Dord aydan sonra Qurciyevin boyuk bacisi ve bacisinin ailesi Essentukiye qacqin kimi gelmisdirler ve Qurciyev atasinin mayin 15 de Gumrude oldurulduyunu oyrenmisdir Essentukide vetendas muharibesinin fesadlari artdiqca Qurciyev qezetde bir hekaye uydurmus ve tezlikle Induc dagina elmi ekspedisiya ucun gedeceyini elan etmisdir Qurciyev ozunu alim kimi gostererek Essentukiden on dord yoldasi ile ayrilmisdir Ouspenski ile Qurciyevin ailesi ise Essentukide qalmisdilar 1919 cu ilin payizinda Qurciyev ressam Aleksandr de Salzman ve onun heyat yoldasi olan Jeanne de Salzman ile tanis olmus ve onlari telebesi kimi qebul etmisdir Jeanne de Salzmannin tohfeleri ile Qurciyev Muqeddes Reqsler in ilk ictimai tamasasini sehnelesdirmisdir Gurcustan 1919 cu ilin payizinda Qurciyev ve yaxin telebeleri Tiflise Tbilisi gelirler ve doktor Leonid Styoernval Tomas ve Olqa de Hartmann Aleksandr ve Jeanne Salzmann ve heyat yoldasi Julia Ostrowska ile beraber burada Insanin Harmonik Inkisafi Institutu nu tesis edirler Qurciyev butun diqqetini hele tamasaya qoyulmamis olan ozunun Sehrbazlarin mubarizesi adli balet tamasasina yoneltmisdir baletin musiqisi uzerinde Tomas de Hartman balet reqsleri uzerinde ise Olqa Ivanovna Hinzenberq isleyirdiler Gurcustandaki siyasi veziyyet deyisdikden sonra 1920 ci il may ayinin sonlarinda evvelce Batumiye Batumi oradan da Istanbula Konstantinapol geldiler Istanbul Qurciyev Perada Kumbaraci kucesindeki menzilde qalmisdir Daha sonra Qalata qullesi yaxinligindaki Ebdulletif Yemeneci kucesine kocmusdur Qaldigi menzil Qalata Movlevi Evine cox yaxin idi ve burada Qurciyev Ouspenski ve Tomas de Hartman dervislerin sema merasimlerinin sahidi olmusdurlar Mehz burada Qurciyev gelecekde telebesi olacaq o zaman ise Istanbulda Britaniya Herbi Kesfiyyatinin rehberi olan kapitan Con G Bennet ile de tanis olmusdur Fontainebleaudaki Prieure 1921 ci ilin avqust ayinda ve 1922 ci ilde Qurciyev Qerbi Avropaya seyahet edir Berlin ve London kimi bir cox seherlerde oz isini numayis etdirmis ve muhazireler oxumusdur Britaniya vetendasligini elde ede bilmeyen Qurciyev Parisin cenubundaki Fontainebleau Avondaki Prieure des Basses Logesde Insanin Harmonik Inkisafi Institutu nu tesis etmisdir Bir vaxtlar meftunedici olan lakin o dovrlerde berbad veziyyetde olan bu malikane yeni islerin merkezine cevrilmisdir C S Nott Rene Zuber Margaret Anderson ve onun muhafizecisi Fritz Peters bu zaman onun muhazirelerinde istirak eden telebelerden bezileri idiler Bu dovrde Qurciyevin telimlerinde istirak edenler esasen orta tebeqeye mensub olan ziyalilar idiler Qurciyev insanin fiziki emosional ve eqli cehetden inkisaf etmeli oldugunu bildirdiyi oz doktrinasini dersler musiqi reqs ve fiziki isin vehdeti ile numayis etdirirdi Kohne telebeleri bunun Rusiyada oyrendikleri murekkeb metafizik sistemden tamamile ferqli oldugunu qeyd etmisdirler Fiziki cetinliklerle beraber Qurciyevin telebelerine munasibeti de bezen qeddar ola bilirdi Ilk Avtomobil Qezasi Yazilari ve Amerikaya Seferi 1924 cu ilden Qurciyev Simali Amerikaya seferler edilmisdir ve evveller A R O Oragenin telebeleri olmus sexsleri qebul etmisdir 1924 cu ilde Parisden Fontenbleoya gederken olumcul bir yol qezasi kecirmisdir Ona heyat yoldasi ve anasi baxmisdir ve tibbi gozlentilerin eksine olaraq yavas yavas ve agrilar ile dolu bir sagalma muddeti kecirmisdir O hele sagalarken 26 avqust 1924 cu ilde Institutunu baslamisdir bununla da mueyyen menada sadece olaraq ozunu daha az bu ise hesr etmis olan telebelerinin uzaqlasmasina serait yaratmisdir Sagaldiqdan sonra o Beelzebub nagillari ni yazmaga baslamisdir Hamisi ve her sey adli birinci hisse ermeni ve rus dillerinin qarisiginda yazilmisdir Bu kitab bilerekden qaranliq ve ustuortulu formada yazilmis ve bununla da oxucunu kitabin esl menasini tapmaq ucun fikirlesmeye mecbur edir Eyni zamanda onun prinsiplerine gore daha cox konsentrasiyanin lazim olmasi ucun kitabi ses kuylu kafelerde yazmisdir 1925 ci ilde Qurciyevin anasi vefat edir Ele hemin il arvadi Xerceng xesteliyine tutulur ve 1926 ci ilin iyununda Qurciyevin xos niyyetli lakin tibbi cehetden esassiz olan mualicesi neticesinde dunyasini deyisir Ouspenski de defn merasiminde istirak edir Amerikaya seferleri zamani Qurciyev telimleri ucun pul yigmisdir Bu ziyaretleri zamani Qurciyevin narahatedici ve aciq askar formada pul teleblerine gore bir cox insan onun telimlerinden uzaqlasmisdir Qurciyevin yanasmasini sufilerin melami teriqetinin emelleri ile muqayise edenler de olmusdur Pul yigmaq cehdlerine baxmayaraq Prieure tedqiqatlari maliyye cetinlikleri ile uzlesmis ve 1932 ci ilde basa catmisdir Qurciyev yeni pedaqoji qrupunu Parisde yigmisdir Ip The Rope kimi taninan bu isci qrupunun boyuk ekseriyyeti daha cox qadin yazicilardan ibaret idi Bu isci qrupun uzvleri Kathryn Hulme Jane Heap Margaret Anderson ve Enrico Carusonun dul arvadi Doroti idi 1935 ci ilde Qurciyev Hamisi ve her sey uzerinde islemeyi dayandirir Planlasdirilan trilogiyanin ilk iki hissesini tamamladiqdan sonra ve Ucuncu Seriyaya baslayir Bu kitab daha sonralar Heyat yalniz men oldugum zaman realdir Life Is Real Only Then When I Am basligi ile nesr olunmusdur 1937 ci ilde qardasi Dmitri olur ve bununla da Ip isi dagilir Ikinci Dunya muharibesi Qurciyevin Parisde qaldigi menzil cox kicik olsa da o Ikinci Dunya muharibesi illerinde de telebe qruplarina muhazireler oxumaga davam edirdi Qurciyev bu iller erzinde fiziki cehetden xeyli deyismis kokelmisdi Onun telimi ilkin sistemden tamamile ferqli olmus ve atalar sozleri zarafatlar ve sexsi qarsiliqli elaqelere esaslanmaga baslamisdir Bununla bele yene de telebelerden Qurciyevin sah eseri olan Beelzebubun nagillari ni eger mumkundurse uc defe oxumaq teleb olunurdu Bu dovrde onun sexsi fikri olan serq xalca ve kilimlerinin ticareti muharibenin agir seraitinde tekce ozunu deyil qonsularini da dolandirirdi Son illeri Muharibeden sonraki illerde Qurciyev kecmis telebeleri ile yeniden elaqeler yaratmaq istemisdir Ouspenski bu isde tereddud edirdi lakin 1947 ci ilin oktyabrinda Ouspenskinin olumunden sonra Ouspenskinin dul arvadi qalan telebelere Parisde Qurciyevi gormeyi teklif etmisdir J G Bennet de Qurciyevi ziyaret edenler arasinda olmusdur 1948 ci ilde Qurciyev ikinci defe avtomobil qezasina dusur ve yene de gozlenilmeden sagalir Sagaldiqdan sonra Qurciyev Beelzebub nagillari nin resmi nesri ucun son planlarinin ustunde isleyirdi Qurciyev 1949 cu il oktyabrin 29 da Fransanin Neuilly sur Seine seherindeki Amerika xestexanasinda vefat etmis ve Fontenblo Avon qebiristanliginda defn edilmisdir KitablariGurjieff G I 1950 Beelzebub s tales to his grandson an objectively impartial criticism of the life of man 3 vols Routledge amp Kegan Paul London 1973 reprint E P Dutton N Y ISBN 0 525 47348 3 Gurjieff G I 1957 The struggle of the magicians scenario of the ballet Stourton Capetown Yalniz on eded nusxesi cap edilmisdir Gurjieff G I 1963 Meetings with remarkable men Routledge amp Kegan Paul London ISBN 0 7100 7032 2 Qurciyevin avtobioqrafik eseridir Gurjieff G I 1975 Life is only real then when I am Routledge amp Kegan Paul London IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Itau Cultural G I Gurdjieff Enciclopedia Itau Cultural port Sao Paulo Itau Cultural 2001 ISBN 978 85 7979 060 7 Deutsche Nationalbibliothek Record 118543679 Umumi tenzimleme nezareti GND alm 2012 2016 James Webb The Harmonious Circle Thames and Hudson 1980 pp 25 6 provides a range of dates from 1872 1873 1874 1877 to 1886