Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsuli-idarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu. Bu, ilk növbədə, faciə janrında öz əksini tapdı. XVII əsrin II yarısında Fransada mütləqiyyət bərqərar oldu, feodalizm qalıqları yox edildi. Avropa mütləqiyyətinin zirvəsi sayılan Kral XIV Lüdovikin sarayı mədəni mərkəzə çevrildi. XIV Lüdovikin iqamətgahı olan Versal yeni zadəgan mədəniyyətinin mərkəzi oldu. 1648-ci ildə rəssamlıq və heykəltəraşlıq üzrə Kral Akademiyası, 1671-ci ildə isə Memarlıq Akademiyası yaradıldı. Fransa incəsənəti çiçəklənməyə başladı. Kral sarayının mədəniyyətə böyük təsiri oldüğündan XVII əsr Fransasını çox vaxt «XVI Lüdoviq üslubu» adlandırırlar. Bu üslub italyan barokkosuna bənzəməyən fransızsayağı barokkodur. Onun əsas xüsusiyyəti klassisizmlə sintezdə olmasıdır.
«Klassisizm» adını bu cərəyana XVIII əsrin sonu – XIX əsrin əvvəllərində romantizmin nümayəndələri vermişlər. Rüşeymləri intibah dövründə İtaliyada yaranan bu üslub Fransada şair Malerb və nasir Keyz de Balzak tərəfindən əsaslandırılıb. Şaplen, abbat Dubinyak, Bualo, Filebyen və b. fransız klassisizminin nümayəndələridir. Simon Buye Fransa saraylarında bu dövrdə rəsmi incəsənət olan barokkonun başçısı idi. Barokko ilə yanaşı klassisizm və pealizm də formalaşır. Məşhur rəssamlardan qrotesk ustası Kallo, Corc de La Tur, Lenen qardaşları realizm ənənələrini davam etdirir. N.Pussen Fransa təsviri sənətində klassisizm cərəyanının əsasını qoyur. Müasirləri içərisində yalnız mənzərə ustası Klod Lorrenin adı onunla yanaşı çəkilə bilər. XVII əsrdə Fransada rəssamlıq ədəbiyyat qədər xaricdəşöhrət tapmır. Təsviri sənətdə irəliləyiş etmək üçün Fransanın Bədii Akademiyasına virtuoz sənətin formal qaydalarını işləmək tapşırılır. O dövrün məşhur bədii tənqidçisi Frear de Şambre «Rəngkarlığın təkmilləşdirilməsi ideyası» (1662) əsərində incəsənətin kortəbii inkişafına qarşı çıxırdı. Təsvirin daha yaxşı metodlarını tapmaq üçün incəsənət tarixinin dəqiq təhlilinə nail olmaq lazım idi. Dahi Roce de Pil hər bir rəssamın müvəffəqiyyətini əks etdirən riyazi cədvəl də tərtib etmişdi. Fransız Akademiyası dahi rəssamlar və onların şagirdlərinin iştirakı ilə Luvrda Kral kolleksiyasından olan əsərləri təhlil edən iclaslar keçirirdi. Rəssamlardan Lebren bu işdə daha çox şöhrət qazanmışdı. O, Pussenin əsərlərini Frearın təklif etdiyi təsnifata uyğun təhlil edirdi. Təhlil zamanı Roce de Pilin «Rəssamların müqayisəsi» (1708) və Tetlenin «Qaydalar külliyatı» (1680) adlı əsərlərindən də istifadə edilirdi.
Göründüyü kimi, o dövrdə təsviri sənət müəyyən kodekslərə məruz qalır, rəssam qarşısında əsərin ideyası və süjeti ilə əlaqədar müəyyən şərtlər qoyulurdu. Buna görə də hər cür alleqoriyalar yüksək qiymətləndirilirdi, çünki bunlarda az və ya çox dərəcədə şərti götürülmüş həyat obrazları bilavasitə ümümi ideyaları ifadə edirdi. Ən «yüksək» janr – tarixi janr idi. Bura antik mifologiya, məşhur bədii əsərlərin süjetləri, Bibliya və s. süjetlər aid idi. Portret, peyzaj, real həyat səhnələri «kiçik janrlar» sayılırdı, məsələn, natürmort ən əhəmiyyətsiz janr hesab olunurdu. Obrazların ifadəliliyi daha dəqiq təhlil edilməyə başladı. Lebren poza, mimika və jestlərin insanın daxili aləmini düzgün ifadə edə bilməsi ilə əlaqədar bir sıra qaydalar işləyib hazırladı. Bədənin proporsiyası antik kanonlara uyğun olmalı idi. Lebren və Filebyen hesab edirdilər ki, rəngkarlıqda rəsm koloritdən üstün olmalıdır. Real həyat cizgiləri yalnız ikinci dərəcəli personajlara aid ola bilər, məsələn, nökərlərə, əsgərlərə və s. Fiqurların düzülüşü və hərəkəti əsas məqsədə tabe olmalıdır. Təsadüfi, özünəməxsus, real həyat cizgiləri əsas – rasional fikirdən yayındıran, boş təfərrüat sayılırdı.
Məşhur rəssamlar və sənət nəzəriyyəçtlərini birləşdirən Akademiyalar əsasən mütərəqqi əhəmiyyətə malik olsalar da, rəsmi klassisizm çərçivəsində milli mədəniyyət müəyyən məhdudiyyətə məruz qalırdı. Antik dövrdə, xüsusən Roma nümunələrinə pərəstiş uzaq keçmişdən qalan nağıl və əsatirləri bir çox orta əsr adətlərini, milli ənənələri saxlamış əsl xalq sənəti yolunda bir maneə kimi görünürdü. Saraylar və dövlət məmurlarından asılılıq bədii yaradıcılığın azad inkişafına mane olur, hər cür özbaşınalıq və azad təşəbbüs boğulur, dövlət insandan təcrid olunmuş varlığa çevrilirdi. Borc – insanın əxlaqının əsası sayılırdı. İnsan, gücü çatmadığı qüvvələr tərəfindən məhdudlaşdırılan müəyyən yad norma və qaydalara tabe olmalı idi.
Əgər İntibah dövründə İtaliyada təsviri sənət öndə gedirdisə, klassisizm dövründə Fransada bədii ədəbiyyat, xüsusən dramaturgiya aparıcı rol oynayırdı. Teatr və memarlıq ikinci yerdə dayanırdı. Klassisizm estetikasının həm nəzəri, həm də praktik cəhətdən yaradıcıları – Dekart fəlsəfəsi, Kornel («Melita», «Dul qadın», «Kral meydançası», «Komik illüziya», «Sid», «Edip»), Rasin(«Andromaxa», «Fedra», «Bayazit»), Molyer («Ərlər məktəbi», «Tartüf», «Yalançı xəstə», «Don Cuan») dramaturgiyası, Bualonun poetikası olur. Fransa klassisizmi ən çox Roma incəsənətinin – Vergilinin «Eneidasını», Terensinin komediyalarını, Horatsinin satiralarını, Senekanın faciələrini təqlid edir. Klassisizmə görə, hətta təbiətin özü antik lada uyğun dəyişdirilməli idi. «Antik» dedikdə isə, əsasən Roma bədii mədəniyyəti nəzərdə tutulurdu, çünki o, yunan incəsənətinə nisbətən mütləq monarxiyanın ideallarını daha yaxşı tərənnüm edirdi. Məsələn, Kornelin müsbət qəhrəmanları Avqust və Horatsidir. O, Roma və Bizans tarixinə aid süjetlərə üstünlük verirdi. Rasin də öz faciələrində Roma tarixinə aid materiallara müraciət edir (məsələn, «Britanik», «Berenik»), lakin bununla yanaşı o, yunan tarixinə də maraq göstərir («Fedra», «Andromaxa», «İfigeniya»). Kornel aə Rasin tənqidi çıxışlarında və ön sözlərində dramaturci material əsasında klassisizmin estetik prinsiplərini işləyir.
Öz əsərlərinin tənqidi təhlili ilə məşğul olan dahi fransız dramaturqu Kornel dram nəzəriyyəsinə aid bir sıra kiçik həcmli traktatların da müəllifidir. Sələfləri kimi o da Aristotelin «Poetika»sını şərh edərək, dram sənətinin formal qanunlarını tədqiq etməyə çalışır. Aristotel tərəfindən göstərilən, tragik süjetin 2 əsas prinsipləri olan həqiqətəbənzərlik və zərurət içərisində sonuncuya üstünlük verir. Antik ənənələr qarşısında səcdə etməsinə baxmayaraq, Kornel klassik faciəyə hadisələri çevik inkişafda verən ispan dramının da mühüm elementlərini gətirməyə nail olur.
XVII əsr faciəsi qəhrəmanlıq fəaliyyəti ilə bağlıdır. Burada nə lirika, nə də fəlsəfi düşüncələr yoxdur. Faciə qəhrəmanları çox vaxt bu işə öz arzularının əksinə olaraq qoşulmuşlar. Lakin hadisələr xüsusi qaydalara əsasən açılır. 1630-cu ildən başlayaraq faciə əsərlərindən 3 vəhdət qanununa – zaman, məkan və hərəkətin vəhdətinə riayət olunması tələb edilirdi.
Klassisizmin ən məşhur nəzəriyyəçisi, bu cərəyanın prinsiplərini işləmiş Nikola Bualodur. O öz nəzəriyyəsini «Poeziya sənəti» adlı traktatında, şer dili ilə şərh edib. Bualonu da müəyyən mənada karteziançı adlandırmaq olar. O, Dekart fəlsəfəsindən qidalanaraq incəsənətdə əqlin rolunu yüksək qiymətləndirir. Onun fikrincə, əqli başlanğıc hiss və təxəyyüldən üstün olmalıdır. «Poeziya sənəti» (1674) dörd hissədən ibarətdir. Birinci hissədəşairin vəzifəsindən, mənəvi məsuliyyətindən, poetik sənətə yiyələnməyin zəruriliyindən söhbət açılır. İkinci hissədə lirik janrlar: oda, elegiya, ballada, epiqramma, idilliya analiz edilir. Üçüncü hissədə faciə və komediya janrlarından, dördüncü hissədəşairdən, yaradıcılığın etik problemlərindən danışılır. Bualo antik dövrü, mifologiyanı örnək kimi qəbul etməyi tələb edir. Bualo gözəlliyin obyektiv əsasa malik olmasını söyləsə də, mənbəyini mənəvi varlıqla bağlayır. Ona görə də sənət əsəri təbiətdən yüksəkdə dayanır. Təbiət incəsənətə nümunə ola bilməz. O, təbiəti təqlid etməyə çağırsa da, hesab edir ki, təbiət öz ilkin qabalığından azad olmalı, əqlin fəaliyyəti ilə nizamlanmalıdır. Həqiqətdən kənarda gözəllik yoxdur. Gözəlliyə emosiyalarla yox, ağılla çatırlar. Anlaşılmaz şeylər gözəl ola bilməz. Dini, xristian süjetlər irrasional olduğu üçün incəsənətdən çıxarılmalıdır. Hadisələr vahid zamanda, 24 saat ərzində baş verməlidir. Buna görə də təsvir edilən xarakter dəyişməməlidir, inkişafda verilməlidir. Bualo bu tələblərə riayət etmədiyinə görə ispan dramaturqu Lope de Veqanı tənqid edir, öz dövrünün bədii təcrübəsini isə təqdirəlayiq hesab edir. Doğrudan da Molyerin xarakterləri statikdir, məsələn, Qarpaqon əvvəldən axıra kimi xəsis, Tartüf ikiüzlü və riyakar olaraq qalır.
Klassisizmdə tipik obrazlar fərdi cəhətlərə malik deyillər, tipikləşmə üsulu XVII əsr fəlsəfəsi və təbiətşünaslığı ilə həmahəng olub, metafizik xarakter daşıyır. Bu, bilavasitə mütləq borcu yerinə yetirmək üçün şəxsi mənafeyi ümumiyə tabe etməyi tələb edən klassisist dünyagörüşünün xüsusiyyətlərindən irəli gəlirdi. Klassisistlər şəxsiyyətə pərəstiş prinsipini əsas tutur, kralları əsər qəhrəmanı edir, xalqa isə yalnız «aşağı janr»da-komediyada yer verirdilər ki, bu da tarixi ziddiyyətləri daha düzgün təsvir etməyə mane olurdu. Bu hal Bualoya xas idi. Klassisitlər eyni zamanda incəsənətdə mühüm ideyaların – vətənpərvərlik, borc hissi, eqoist hisslərə üstün gəlmək, qəhrəmanlıq və s.-nin təcəssümünü təbliğ edirdilər. Klassisitlərin normaları nə qədər doqmatik olsa da, onların çoxu bu gün də öz əhəmiyyətini itirməmişdir. Məsələn, tipin xarakteristikasının aydın olması, incəsənətin növ və janrlarına, faciəvilik və komikliyə hədd qoyulması, əsərin kompozisiyasının ahəngdar olması, dilin aydınlığı və ardıcıllığı, təsvir edilənin inandırıcı və həqiqətəbənzər olması tələbləri. Bu tələblər doqmatik bəzək-düzəkdən təmizləndikdən sonra rasional məna əldə edir. Hətta üç vəhdət prinsipində də rasional məzmun yox deyil.
Klassisizmdə janrların iyerarxik bölgüsünə görə «yüksək janrlara» faciə, epopeya, oda, tarix, mifologiya, dini təsvir və s., «aşağı» janrlara isə komediya, satira, təmsil və s. aiddir.
Bədii ədəbiyyatda (Fransada P.Kornelin, C.Rasinin, Volterin faciələri, Molyerin komediyaları, N.Bualonun poema və satiraları, Lafontenin təmsilləri; Almaniyada F.Şiller və Hötenin Veymar dövrü, Rusiyada M.Lomonosovun və Dercavinin odaları, Sumarokovun faciələri) əsas rolu etik kolliziyalar, tipik obrazlar oynayır.
Fransız klassisizmi digər ölkələrin incəsənəti və sənət nəzəriyyəsinə güclü təsir göstərib: İngiltərədə Drayden, Almaniyada Qotşed, İtaliyada Alfyeri, Rusiyada Lomonosov, Fonvizin və b. buna misaldır. Hər bir ölkədə klassisizm doktrinası milli xüsusiyyətlərə uyğun olaraq mənaca dəyişikliyə uğrayırdı.
Mənbə
Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Klassisizmin tehsil sistemi basdan basa antik dovrun ve intibah incesenetinin oyrenilmesini nezerde tuturdu Yaradiciliq prosesinde esas sert qanunlara riayet etmek sujeti antik tarixden ve ya mifologiyadan goturmek oldu Avropanin iri dovletlerinde hemcinin Fransada mutleq hakimiyyetin berqerar oldugu seraitde Fransiz incesenetinin novator ruhu parlaq sekilde nezere carpmaga basladi XVII esrde merkezlesdirilmis vahid milli dovlet yaratmaq ucun feodal perakendeliyinin qaliqlarina qarsi mubarizede Fransa burjuaziyasi muveqqeti olaraq oz quvvelerini Kral hakimiyyeti ile birlesdirdi Fransadaki mutleq monarxiya seherlerde burjua usuli idaresini Avropanin diger olkelerine nisbeten daha suretle tetbiq edir manufakturalarin ciceklenmesine serait yaradirdi Klassisizm mehz mutleq monarxiya dovrunun mehsuludur Mutleq monarxiyanin medeni siyaseti ve onun estetik doktrinasi olan klassisizm sinfi xarakter dasiyirdi Monarx saraylari butun bedii quvveleri merkezi teskilata tabe etmeye can atirdi Ilk defe Italiyada yaranan bu cur teskilatlar humanist fikirli insanlarin konullu birliyi olan Akademiyalar idi 1634 cu ilde Parisde XIII Ludovikin dovrunde kardinal Riselye edebiyyat ve dil sahesinde resmi merkez olan Fransiz akademiyasini yaratmaqla onlari mutleq hakimiyyet aletine cevirdi ve klassisizm aparici uslub oldu Bu ilk novbede facie janrinda oz eksini tapdi XVII esrin II yarisinda Fransada mutleqiyyet berqerar oldu feodalizm qaliqlari yox edildi Avropa mutleqiyyetinin zirvesi sayilan Kral XIV Ludovikin sarayi medeni merkeze cevrildi XIV Ludovikin iqametgahi olan Versal yeni zadegan medeniyyetinin merkezi oldu 1648 ci ilde ressamliq ve heykelterasliq uzre Kral Akademiyasi 1671 ci ilde ise Memarliq Akademiyasi yaradildi Fransa inceseneti ciceklenmeye basladi Kral sarayinin medeniyyete boyuk tesiri oldugundan XVII esr Fransasini cox vaxt XVI Ludoviq uslubu adlandirirlar Bu uslub italyan barokkosuna benzemeyen fransizsayagi barokkodur Onun esas xususiyyeti klassisizmle sintezde olmasidir Klassisizm adini bu cereyana XVIII esrin sonu XIX esrin evvellerinde romantizmin numayendeleri vermisler Ruseymleri intibah dovrunde Italiyada yaranan bu uslub Fransada sair Malerb ve nasir Keyz de Balzak terefinden esaslandirilib Saplen abbat Dubinyak Bualo Filebyen ve b fransiz klassisizminin numayendeleridir Simon Buye Fransa saraylarinda bu dovrde resmi incesenet olan barokkonun bascisi idi Barokko ile yanasi klassisizm ve pealizm de formalasir Meshur ressamlardan qrotesk ustasi Kallo Corc de La Tur Lenen qardaslari realizm enenelerini davam etdirir N Pussen Fransa tesviri senetinde klassisizm cereyaninin esasini qoyur Muasirleri icerisinde yalniz menzere ustasi Klod Lorrenin adi onunla yanasi cekile biler XVII esrde Fransada ressamliq edebiyyat qeder xaricdesohret tapmir Tesviri senetde irelileyis etmek ucun Fransanin Bedii Akademiyasina virtuoz senetin formal qaydalarini islemek tapsirilir O dovrun meshur bedii tenqidcisi Frear de Sambre Rengkarligin tekmillesdirilmesi ideyasi 1662 eserinde incesenetin kortebii inkisafina qarsi cixirdi Tesvirin daha yaxsi metodlarini tapmaq ucun incesenet tarixinin deqiq tehliline nail olmaq lazim idi Dahi Roce de Pil her bir ressamin muveffeqiyyetini eks etdiren riyazi cedvel de tertib etmisdi Fransiz Akademiyasi dahi ressamlar ve onlarin sagirdlerinin istiraki ile Luvrda Kral kolleksiyasindan olan eserleri tehlil eden iclaslar kecirirdi Ressamlardan Lebren bu isde daha cox sohret qazanmisdi O Pussenin eserlerini Frearin teklif etdiyi tesnifata uygun tehlil edirdi Tehlil zamani Roce de Pilin Ressamlarin muqayisesi 1708 ve Tetlenin Qaydalar kulliyati 1680 adli eserlerinden de istifade edilirdi Gorunduyu kimi o dovrde tesviri senet mueyyen kodekslere meruz qalir ressam qarsisinda eserin ideyasi ve sujeti ile elaqedar mueyyen sertler qoyulurdu Buna gore de her cur alleqoriyalar yuksek qiymetlendirilirdi cunki bunlarda az ve ya cox derecede serti goturulmus heyat obrazlari bilavasite umumi ideyalari ifade edirdi En yuksek janr tarixi janr idi Bura antik mifologiya meshur bedii eserlerin sujetleri Bibliya ve s sujetler aid idi Portret peyzaj real heyat sehneleri kicik janrlar sayilirdi meselen naturmort en ehemiyyetsiz janr hesab olunurdu Obrazlarin ifadeliliyi daha deqiq tehlil edilmeye basladi Lebren poza mimika ve jestlerin insanin daxili alemini duzgun ifade ede bilmesi ile elaqedar bir sira qaydalar isleyib hazirladi Bedenin proporsiyasi antik kanonlara uygun olmali idi Lebren ve Filebyen hesab edirdiler ki rengkarliqda resm koloritden ustun olmalidir Real heyat cizgileri yalniz ikinci dereceli personajlara aid ola biler meselen nokerlere esgerlere ve s Fiqurlarin duzulusu ve hereketi esas meqsede tabe olmalidir Tesadufi ozunemexsus real heyat cizgileri esas rasional fikirden yayindiran bos teferruat sayilirdi Meshur ressamlar ve senet nezeriyyectlerini birlesdiren Akademiyalar esasen mutereqqi ehemiyyete malik olsalar da resmi klassisizm cercivesinde milli medeniyyet mueyyen mehdudiyyete meruz qalirdi Antik dovrde xususen Roma numunelerine perestis uzaq kecmisden qalan nagil ve esatirleri bir cox orta esr adetlerini milli eneneleri saxlamis esl xalq seneti yolunda bir manee kimi gorunurdu Saraylar ve dovlet memurlarindan asililiq bedii yaradiciligin azad inkisafina mane olur her cur ozbasinaliq ve azad tesebbus bogulur dovlet insandan tecrid olunmus varliga cevrilirdi Borc insanin exlaqinin esasi sayilirdi Insan gucu catmadigi quvveler terefinden mehdudlasdirilan mueyyen yad norma ve qaydalara tabe olmali idi Eger Intibah dovrunde Italiyada tesviri senet onde gedirdise klassisizm dovrunde Fransada bedii edebiyyat xususen dramaturgiya aparici rol oynayirdi Teatr ve memarliq ikinci yerde dayanirdi Klassisizm estetikasinin hem nezeri hem de praktik cehetden yaradicilari Dekart felsefesi Kornel Melita Dul qadin Kral meydancasi Komik illuziya Sid Edip Rasin Andromaxa Fedra Bayazit Molyer Erler mektebi Tartuf Yalanci xeste Don Cuan dramaturgiyasi Bualonun poetikasi olur Fransa klassisizmi en cox Roma incesenetinin Vergilinin Eneidasini Terensinin komediyalarini Horatsinin satiralarini Senekanin facielerini teqlid edir Klassisizme gore hetta tebietin ozu antik lada uygun deyisdirilmeli idi Antik dedikde ise esasen Roma bedii medeniyyeti nezerde tutulurdu cunki o yunan incesenetine nisbeten mutleq monarxiyanin ideallarini daha yaxsi terennum edirdi Meselen Kornelin musbet qehremanlari Avqust ve Horatsidir O Roma ve Bizans tarixine aid sujetlere ustunluk verirdi Rasin de oz facielerinde Roma tarixine aid materiallara muraciet edir meselen Britanik Berenik lakin bununla yanasi o yunan tarixine de maraq gosterir Fedra Andromaxa Ifigeniya Kornel ae Rasin tenqidi cixislarinda ve on sozlerinde dramaturci material esasinda klassisizmin estetik prinsiplerini isleyir Oz eserlerinin tenqidi tehlili ile mesgul olan dahi fransiz dramaturqu Kornel dram nezeriyyesine aid bir sira kicik hecmli traktatlarin da muellifidir Selefleri kimi o da Aristotelin Poetika sini serh ederek dram senetinin formal qanunlarini tedqiq etmeye calisir Aristotel terefinden gosterilen tragik sujetin 2 esas prinsipleri olan heqiqetebenzerlik ve zeruret icerisinde sonuncuya ustunluk verir Antik eneneler qarsisinda secde etmesine baxmayaraq Kornel klassik facieye hadiseleri cevik inkisafda veren ispan draminin da muhum elementlerini getirmeye nail olur XVII esr faciesi qehremanliq fealiyyeti ile baglidir Burada ne lirika ne de felsefi dusunceler yoxdur Facie qehremanlari cox vaxt bu ise oz arzularinin eksine olaraq qosulmuslar Lakin hadiseler xususi qaydalara esasen acilir 1630 cu ilden baslayaraq facie eserlerinden 3 vehdet qanununa zaman mekan ve hereketin vehdetine riayet olunmasi teleb edilirdi Klassisizmin en meshur nezeriyyecisi bu cereyanin prinsiplerini islemis Nikola Bualodur O oz nezeriyyesini Poeziya seneti adli traktatinda ser dili ile serh edib Bualonu da mueyyen menada kartezianci adlandirmaq olar O Dekart felsefesinden qidalanaraq incesenetde eqlin rolunu yuksek qiymetlendirir Onun fikrince eqli baslangic hiss ve texeyyulden ustun olmalidir Poeziya seneti 1674 dord hisseden ibaretdir Birinci hissedesairin vezifesinden menevi mesuliyyetinden poetik senete yiyelenmeyin zeruriliyinden sohbet acilir Ikinci hissede lirik janrlar oda elegiya ballada epiqramma idilliya analiz edilir Ucuncu hissede facie ve komediya janrlarindan dorduncu hissedesairden yaradiciligin etik problemlerinden danisilir Bualo antik dovru mifologiyani ornek kimi qebul etmeyi teleb edir Bualo gozelliyin obyektiv esasa malik olmasini soylese de menbeyini menevi varliqla baglayir Ona gore de senet eseri tebietden yuksekde dayanir Tebiet incesenete numune ola bilmez O tebieti teqlid etmeye cagirsa da hesab edir ki tebiet oz ilkin qabaligindan azad olmali eqlin fealiyyeti ile nizamlanmalidir Heqiqetden kenarda gozellik yoxdur Gozelliye emosiyalarla yox agilla catirlar Anlasilmaz seyler gozel ola bilmez Dini xristian sujetler irrasional oldugu ucun incesenetden cixarilmalidir Hadiseler vahid zamanda 24 saat erzinde bas vermelidir Buna gore de tesvir edilen xarakter deyismemelidir inkisafda verilmelidir Bualo bu teleblere riayet etmediyine gore ispan dramaturqu Lope de Veqani tenqid edir oz dovrunun bedii tecrubesini ise teqdirelayiq hesab edir Dogrudan da Molyerin xarakterleri statikdir meselen Qarpaqon evvelden axira kimi xesis Tartuf ikiuzlu ve riyakar olaraq qalir Klassisizmde tipik obrazlar ferdi cehetlere malik deyiller tipiklesme usulu XVII esr felsefesi ve tebietsunasligi ile hemaheng olub metafizik xarakter dasiyir Bu bilavasite mutleq borcu yerine yetirmek ucun sexsi menafeyi umumiye tabe etmeyi teleb eden klassisist dunyagorusunun xususiyyetlerinden ireli gelirdi Klassisistler sexsiyyete perestis prinsipini esas tutur krallari eser qehremani edir xalqa ise yalniz asagi janr da komediyada yer verirdiler ki bu da tarixi ziddiyyetleri daha duzgun tesvir etmeye mane olurdu Bu hal Bualoya xas idi Klassisitler eyni zamanda incesenetde muhum ideyalarin vetenperverlik borc hissi eqoist hisslere ustun gelmek qehremanliq ve s nin tecessumunu teblig edirdiler Klassisitlerin normalari ne qeder doqmatik olsa da onlarin coxu bu gun de oz ehemiyyetini itirmemisdir Meselen tipin xarakteristikasinin aydin olmasi incesenetin nov ve janrlarina facievilik ve komikliye hedd qoyulmasi eserin kompozisiyasinin ahengdar olmasi dilin aydinligi ve ardicilligi tesvir edilenin inandirici ve heqiqetebenzer olmasi telebleri Bu telebler doqmatik bezek duzekden temizlendikden sonra rasional mena elde edir Hetta uc vehdet prinsipinde de rasional mezmun yox deyil Klassisizmde janrlarin iyerarxik bolgusune gore yuksek janrlara facie epopeya oda tarix mifologiya dini tesvir ve s asagi janrlara ise komediya satira temsil ve s aiddir Bedii edebiyyatda Fransada P Kornelin C Rasinin Volterin facieleri Molyerin komediyalari N Bualonun poema ve satiralari Lafontenin temsilleri Almaniyada F Siller ve Hotenin Veymar dovru Rusiyada M Lomonosovun ve Dercavinin odalari Sumarokovun facieleri esas rolu etik kolliziyalar tipik obrazlar oynayir Fransiz klassisizmi diger olkelerin inceseneti ve senet nezeriyyesine guclu tesir gosterib Ingilterede Drayden Almaniyada Qotsed Italiyada Alfyeri Rusiyada Lomonosov Fonvizin ve b buna misaldir Her bir olkede klassisizm doktrinasi milli xususiyyetlere uygun olaraq menaca deyisikliye ugrayirdi MenbeMedeniyyet tarixi ve nezeriyyesi Ali mektebler ucun derslik Baki 2010