Emin Şaiq oğlu İbrahimov — azərbaycanlı sabiq diplomat; hazırda siyasi məhbus; 2007-2020-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin martında Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq istefa verib və Azərbaycan iqtidarının tənqidçisi olub. 2023-cü ilin sentyabrında inzibati qaydada həbs edilib. 2024-cü ilin iyulunda isə bu səfər "xuliqanlıq" ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Bir sıra yerli və beynəlxalq insan hüquqları təsisatları onun həbsini siyasi motivli hesab edib.
Emin İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Bakı Dövlət Universiteti (B) Ankara Universiteti (M) |
Fəaliyyəti | diplomat, siyasi məhbus |
Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır.
Həyatı
Emin Şaiq oğlu İbrahimov 13 iyun 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsindən məzun olub. 2005-ci ildə Türkiyənin Ankara Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.
Fəaliyyəti
2007-ci ildə dövlət qulluğuna imtahan verib və Azərbaycan Xarici İşlər Nazirliyində attaşe vəzifəsində fəaliyyətə başlayıb.
2012-2016-cı illərdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində katib, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işlər vəkili vəzifəsində çalışıb.
2020-ci il martın 3-də Emin İbrahimov Azərbaycanda insan hüquqlarının pozulması və 9 fevral 2020-ci il parlament seçimlərində baş verən saxtakarlığa etiraz olaraq istefa verib. O, istefa ərizəsində bu qərarının səbəblərini açıqlayıb: “Azərbaycanda seçki sisteminin dağılması, siyasi legitimliyin əsaslarının aşınması, azadlıqların sistemli şəkildə boğulması kontekstində diplomat kimi işləmək getdikcə daha ağır mənəvi dilemmalar yaradır. Bu yaxınlarda keçirilən parlament “seçkiləri” mənim üçün son damla oldu. Bunları nəzərə alaraq, sizdən xahiş edirəm ki, mənim diplomatik xidmətdən xaric olunmağım üçün sərəncam verəsiniz”. İstefasından bir müddət sonra iqtidaryönlü saytlarda Emin İbrahimovu hədəf alan məqalələr dərc olundu.
Emin İbrahimov istefa verdikdən sonra ictimai fəaliyyətlə məşğul olub, sosial media hesablarından istifadə edərək Azərbaycan hökumətinin rusiyayönlü siyasətini tənqid edib və ölkədə insan haqlarının pozulmasına qarşı olduğunu bildirib. Siyasi Menecment İnstitutunda diplomatik və təşkilatı idarəetmə üzrə təlimçi olub.
Emin İbrahimov 2023-cü il sentyabrın 19-da Qarabağda aparılan antiterror tədbirləri zamanı sosial media hesablarında yazdığı tənqidlərdən və müharibəni "Rusiyanın əlinə oynayan siyasət" adlandırdıqdan bir gün sonra, sentyabrın 20-də saxlanılıb. Azərbaycan Baş Prokurorluğunun Qeyri-Cinayət Təqibi üzrə İdarəsi onun barəsində materiallar hazırlayıb və baxılması üçün məhkəməyə göndərib. İbrahimovun terroru dəstəkləyən fikirlərini bölüşdüyü iddia edilib. Emin İbrahimov isə ittihamların uydurma olduğunu, onun müharibə ilə bağlı tənqidlərə görə cəzalandırıldığını bildirib. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən Emin İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (qadağan olunmuş məlumatların internetdə yerləşdirilməsi) maddəsi ilə 30 gün müddətinə inzibati həbs cəzası alıb.
Həbs edilməsi (2024)
Emin İbrahimov növbəti dəfə 2024-cü il iyulun 22-də saxlanılıb və bu dəfə barəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İddiaya əsasən Emin İbrahimov metronun “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında Kamal adlı birinə bıçaqla xəsarət yetirib. İbrahimov özünü təqsirli bilməyib, bu ittihamın saxta, hadisənin isə qondarma olduğunu deyib. Həbs qərarı verilən məhkəmədə “mən avtoritar rejimin qurbanıyam” deyib. Emin İbrahimovun sözlərinə görə o, iyulun 22-də mənzilində təmir işləri ilə əlaqədar metrostansiyanın yaxınlığındakı mənzilə gedərkən qəfildən naməlum şəxsin ona hücum edərək paltarını cırmağa cəhd etdiyini bildirib. Az sonra həmin əraziyə mülki geyimli polis əməkdaşları gələrək İbrahimovu həbs ediblər. Emin İbrahimov saxlandıqdan sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb. Onun sözlərinə görə o, orada işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib, hətta zorlanmaqla hədələnib. Tələb isə telefonunun parolunu verməsi olub.Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc işgəncə məsələsini şərh edən zaman bunun yalan olduğunu, ona qarşı hər hansı təzyiqin olmadığını bildirdi.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İbrahimov həbsinə aclığa başlayıb. Avqustun 12-də Emin İbrahimov valideyni, yaxınları cə dostlarının xahişlərindən sonra 20 gün davam edəm aclığı dayandırmaq barədə qərar verib.
Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.
2024-cü il oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib. Parlament qətnaməsind COP29 ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib. Qətnamədə Emin İbrahimov da qeyd olunub.
İstinadlar
- BBC Azərbaycanca. "Azərbaycanda iqtidarı tənqid edən diplomat "4 aylıq həbs olunub"". www.bbc.com (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Radio Free Europe/Radio Liberty. "Former Azerbaijani Diplomat Detained On Stabbing Charge". www.rferl.org (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). ""Azərbaycanda siyasi məhbusların azadlığı naminə" İttifaq Azərbaycanda siyasi məhbusların yeni siyahısına 319 nəfərin adını daxil edib". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Pərvanə Bayramova / The Voice of America (VoA). "Bəhruz Bayramov təcridxanada sabiq diplomatla görüşüb". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- "Emin İbrahimov". www.free-anar.site (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Siyasi Menecment İnstitutu (SMİ). "Emin İbrahimov". www.sminstitut.org (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). "Keçmiş diplomat həbsinə etiraz olaraq aclıq edir". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- JAM News. "Keçmiş diplomat bıçaqlama ittihamı ilə saxlanılıb". www.jam-news.net (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Qanun Nəşriyyatı. "Emin İbrahimov". www.qanun.az (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Aqreqator.az. "Məmmədov və Cəfərovdan sonra İbrahimov: "Çemodan diplomat" şəbəkəsinin yeni üzvü". www.aqreqator.az (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Ismi Aghayev / OC Media. "Azerbaijan arrests anti-war figures". www.oc-media.org (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Ülviyyə Quliyeva / The Voice of America (VoA). "Keçmiş Azərbaycan diplomatının saxlanıldığı bildirilir". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Ülviyyə Quliyeva / The Voice of America (VoA). "Keçmiş diplomat sağlamlığa qəsdən ağır zərər vurmada ittiham olunur". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Günün Səsi. "Zahid Oruc: "Emin İbrahimova qarşı hər hansı təzyiq yoxdur"". www.gununsesi.info (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Meydan TV. "Former diplomat accuses Azerbaijani authorities of fabricated charges". www.meydan.tv (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Mikroskop Media. "A former diplomat detained on bogus charges is on a hunger strike". www.mikroskopmedia.com (ingilis). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Tapdıq Fərhadoğlu / The Voice of America (VoA). "Apellyasiya Məhкəməsi sabiq diplomatı həbsdə saxlayıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Pərvanə Bayramova / The Voice of America (VoA). "Həbsdə olan sabiq diplomat 9 gündür aclıq edir". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Pərvanə Bayramova / The Voice of America (VoA). "Keçmiş Azərbaycan diplomatı 16 gündür aclıq edir". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Pərvanə Bayramova / The Voice of America (VoA). "Həbsdə olan sabiq Azərbaycan diplomatı aclığı dayandırıb". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
- Emil Bağırov / The Voice of America (VoA). "Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib". www.amerikaninsesi.org (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Emin Saiq oglu Ibrahimov azerbaycanli sabiq diplomat hazirda siyasi mehbus 2007 2020 ci illerde Azerbaycan Xarici Isler Nazirliyinde muxtelif vezifelerde calisib 2020 ci ilin martinda Azerbaycanda insan huquqlarinin pozulmasina etiraz olaraq istefa verib ve Azerbaycan iqtidarinin tenqidcisi olub 2023 cu ilin sentyabrinda inzibati qaydada hebs edilib 2024 cu ilin iyulunda ise bu sefer xuliqanliq ittihami ile cinayet mesuliyyetine celb olunub Bir sira yerli ve beynelxalq insan huquqlari tesisatlari onun hebsini siyasi motivli hesab edib Emin IbrahimovSexsi melumatlarDogum tarixi 13 iyun 1981 43 yas Dogum yeri Sumqayit Azerbaycan SSRVetendasligi AzerbaycanTehsili Baki Dovlet Universiteti B Ankara Universiteti M Fealiyyeti diplomat siyasi mehbus Hazirda 3 sayli Istintaq Tecridxanasinda saxlanilir HeyatiEmin Saiq oglu Ibrahimov 13 iyun 1981 ci ilde Sumqayit seherinde anadan olub 2002 ci ilde Baki Dovlet Universitetinin Beynelxalq munasibetler fakultesinden mezun olub 2005 ci ilde Turkiyenin Ankara Universitetinde siyasi elmler uzre magistr derecesi alib 2009 cu ilde NATO Mudafie Kollecinin Ali Kursunu bitirib Fealiyyeti2007 ci ilde dovlet qulluguna imtahan verib ve Azerbaycan Xarici Isler Nazirliyinde attase vezifesinde fealiyyete baslayib 2012 2016 ci illerde Azerbaycanin Birlesmis Statlardaki sefirliyinde katib 2016 2019 cu illerde ise Azerbaycanin Uruqvaydaki Diplomatik Numayendeliyinde isler vekili vezifesinde calisib 2020 ci il martin 3 de Emin Ibrahimov Azerbaycanda insan huquqlarinin pozulmasi ve 9 fevral 2020 ci il parlament secimlerinde bas veren saxtakarliga etiraz olaraq istefa verib O istefa erizesinde bu qerarinin sebeblerini aciqlayib Azerbaycanda secki sisteminin dagilmasi siyasi legitimliyin esaslarinin asinmasi azadliqlarin sistemli sekilde bogulmasi kontekstinde diplomat kimi islemek getdikce daha agir menevi dilemmalar yaradir Bu yaxinlarda kecirilen parlament seckileri menim ucun son damla oldu Bunlari nezere alaraq sizden xahis edirem ki menim diplomatik xidmetden xaric olunmagim ucun serencam veresiniz Istefasindan bir muddet sonra iqtidaryonlu saytlarda Emin Ibrahimovu hedef alan meqaleler derc olundu Emin Ibrahimov istefa verdikden sonra ictimai fealiyyetle mesgul olub sosial media hesablarindan istifade ederek Azerbaycan hokumetinin rusiyayonlu siyasetini tenqid edib ve olkede insan haqlarinin pozulmasina qarsi oldugunu bildirib Siyasi Menecment Institutunda diplomatik ve teskilati idareetme uzre telimci olub Emin Ibrahimov 2023 cu il sentyabrin 19 da Qarabagda aparilan antiterror tedbirleri zamani sosial media hesablarinda yazdigi tenqidlerden ve muharibeni Rusiyanin eline oynayan siyaset adlandirdiqdan bir gun sonra sentyabrin 20 de saxlanilib Azerbaycan Bas Prokurorlugunun Qeyri Cinayet Teqibi uzre Idaresi onun baresinde materiallar hazirlayib ve baxilmasi ucun mehkemeye gonderib Ibrahimovun terroru destekleyen fikirlerini bolusduyu iddia edilib Emin Ibrahimov ise ittihamlarin uydurma oldugunu onun muharibe ile bagli tenqidlere gore cezalandirildigini bildirib Yasamal Rayon Mehkemesinin qerarina esasen Emin Ibrahimov Inzibati Xetalar Mecellesinin 388 1 1 1 ci qadagan olunmus melumatlarin internetde yerlesdirilmesi maddesi ile 30 gun muddetine inzibati hebs cezasi alib Hebs edilmesi 2024 Emin Ibrahimov novbeti defe 2024 cu il iyulun 22 de saxlanilib ve bu defe baresinde cinayet isi baslanib Ona qarsi Cinayet Mecellesinin 126 2 4 xuliqanliq niyyeti ile saglamliga qesden agiz zerer vurma ve 221 1 ci xuliqanliq maddeleri ile ittiham ireli surulub Iddiaya esasen Emin Ibrahimov metronun Xalqlar dostlugu metrostansiyasinin yaxinliginda Kamal adli birine bicaqla xesaret yetirib Ibrahimov ozunu teqsirli bilmeyib bu ittihamin saxta hadisenin ise qondarma oldugunu deyib Hebs qerari verilen mehkemede men avtoritar rejimin qurbaniyam deyib Emin Ibrahimovun sozlerine gore o iyulun 22 de menzilinde temir isleri ile elaqedar metrostansiyanin yaxinligindaki menzile gederken qefilden namelum sexsin ona hucum ederek paltarini cirmaga cehd etdiyini bildirib Az sonra hemin eraziye mulki geyimli polis emekdaslari gelerek Ibrahimovu hebs edibler Emin Ibrahimov saxlandiqdan sonra Nizami Rayon Polis Idaresinin 24 cu Polis Bolmesine aparilib Onun sozlerine gore o orada isgencelere meruz qalib bedenine elektrik cereyani verilib hetta zorlanmaqla hedelenib Teleb ise telefonunun parolunu vermesi olub Milli Meclisin Insan huquqlari Komitesinin sedri Zahid Oruc isgence meselesini serh eden zaman bunun yalan oldugunu ona qarsi her hansi tezyiqin olmadigini bildirdi Nizami Rayon Mehkemesinin qerari ile Emin Ibrahimov baresinde 4 ayliq hebs qetimkan tedbiri secilib Ibrahimov hebsine acliga baslayib Avqustun 12 de Emin Ibrahimov valideyni yaxinlari ce dostlarinin xahislerinden sonra 20 gun davam edem acligi dayandirmaq barede qerar verib Hazirda Edliyye Nazirliyi Penitensiar Xidmetinin 3 sayli Istintaq Tecridxanasinda saxlanilir 2024 cu il oktyabrin 24 de Avropa Parlamenti Azerbaycanda insan huquqlari pozuntulari ile bagli qetname qebul edib Parlament qetnamesind COP29 erefesinde Azerbaycanda feallara jurnalistlere muxalifet liderlerine qarsi nezerecarpacaq derecede guclenen repressiyalari pisleyib Qetnamede Emin Ibrahimov da qeyd olunub IstinadlarBBC Azerbaycanca Azerbaycanda iqtidari tenqid eden diplomat 4 ayliq hebs olunub www bbc com az 2024 05 14 Istifade tarixi 14 05 2024 Radio Free Europe Radio Liberty Former Azerbaijani Diplomat Detained On Stabbing Charge www rferl org ingilis 2024 05 14 Istifade tarixi 14 05 2024 Tapdiq Ferhadoglu The Voice of America VoA Azerbaycanda siyasi mehbuslarin azadligi namine Ittifaq Azerbaycanda siyasi mehbuslarin yeni siyahisina 319 neferin adini daxil edib www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Pervane Bayramova The Voice of America VoA Behruz Bayramov tecridxanada sabiq diplomatla gorusub www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Emin Ibrahimov www free anar site ingilis 2024 05 14 Istifade tarixi 14 05 2024 Siyasi Menecment Institutu SMI Emin Ibrahimov www sminstitut org ingilis 2024 05 14 Istifade tarixi 14 05 2024 Tapdiq Ferhadoglu The Voice of America VoA Kecmis diplomat hebsine etiraz olaraq acliq edir www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 JAM News Kecmis diplomat bicaqlama ittihami ile saxlanilib www jam news net az 2024 05 14 Istifade tarixi 14 05 2024 Qanun Nesriyyati Emin Ibrahimov www qanun az az 2024 05 14 Istifade tarixi 14 05 2024 Aqreqator az Memmedov ve Ceferovdan sonra Ibrahimov Cemodan diplomat sebekesinin yeni uzvu www aqreqator az az 2024 05 14 Istifade tarixi 14 05 2024 Ismi Aghayev OC Media Azerbaijan arrests anti war figures www oc media org ingilis 2024 05 14 Istifade tarixi 14 05 2024 Ulviyye Quliyeva The Voice of America VoA Kecmis Azerbaycan diplomatinin saxlanildigi bildirilir www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Ulviyye Quliyeva The Voice of America VoA Kecmis diplomat saglamliga qesden agir zerer vurmada ittiham olunur www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Gunun Sesi Zahid Oruc Emin Ibrahimova qarsi her hansi tezyiq yoxdur www gununsesi info az 2024 05 14 Istifade tarixi 14 05 2024 Meydan TV Former diplomat accuses Azerbaijani authorities of fabricated charges www meydan tv ingilis 2024 05 14 Istifade tarixi 14 05 2024 Mikroskop Media A former diplomat detained on bogus charges is on a hunger strike www mikroskopmedia com ingilis 2024 05 14 Istifade tarixi 14 05 2024 Tapdiq Ferhadoglu The Voice of America VoA Apellyasiya Mehkemesi sabiq diplomati hebsde saxlayib www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Pervane Bayramova The Voice of America VoA Hebsde olan sabiq diplomat 9 gundur acliq edir www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Pervane Bayramova The Voice of America VoA Kecmis Azerbaycan diplomati 16 gundur acliq edir www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Pervane Bayramova The Voice of America VoA Hebsde olan sabiq Azerbaycan diplomati acligi dayandirib www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024 Emil Bagirov The Voice of America VoA Avropa Parlamenti Azerbaycanda insan huquqlari pozuntulari ile bagli qetname qebul edib www amerikaninsesi org az 2024 05 14 Istifade tarixi 14 05 2024