Ekshumasiya — Məhkəmə-tibbi ekspertizanın və ya patoloji-anatomik tədqiqatların aparılması məqsədilə meyitin məzardan çıxarılması. Ekshumasiya sözü latın dilindən hərfi tərcümədə torpaqdan çıxarılma (lat. exhumatio: lat. ex – çıxarılma, lat. humus – torpaq) anlamına gəlir. Proses zaman-zaman arxeoloji məqsədlər çərçivəsində də icra edilməkdədir.
Ekshumasiya adətən ölüm halının səbəblərini araşdırmaq və ya öyrənmək, mərhumun şəxsiyyətini müəyyən etmək, cinayət işində yeni faktlar və sübutlar aşkar etmək, daha az hallarda isə onun yenidən dəfn edilməsi üçün həyata keçirilir. Müasir dövrdə qatı açılmamış cinayət işlərinin həll edilməsində və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin qalıqlarının aşkarlanmasında sözügedən metotdan tez-tez istifadə edilməkdədir.
Tarixi
Qədim dövrlərdə cəsədin, məzarın öyrənilməsi məqsədilə ekshumasiyalar demək olar ki, həyata keçirilmirdi. Bu hal cəsədin və qəbrin murdarlanması, həmçinin mərhumun cəsədini və onun ruhunu təhqir etmək hesab olunurdu. Orta əsrlərdə bir çox insanlar inanırdılar ki, əgər vəfat etmiş bir insan narahat edilərsə, o zaman böyük bəlalar baş verə bilər və hətta ölmüş şəxs yenidən dirilə bilər.
Həmin dövrlərdə məzarların yenidən qazılması əsasən soyğunculuq məqsədilə qızıl və digər bahalı metalları əldə etmək istəyən məzar soyğuncuları tərəfindən icra edilməkdə idi.
Yalnız XIX əsrin ortalarından etibarən ABŞ və Qərbi Avropada müasir ekshumasiya prosesinə yaxın tədqiqatların aparılması hallarına rast gəlinmişdir. Şübhəli ölüm səbəblərinin yenidən araşdırılması və ən əsası vəfat etmiş şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə cəsədlərin dəfn edildikləri yerlərdən qazılaraq çıxarılması prosesi XX əsrin ortalarından etibarən geniş fürsət almağa başlamışdır.
Ekshumasiya proseduru
Bütün lazım olan orqanlar ekshumasiya icazəsini təsdiq etdikdən sonra dəfn yerinə məhkəmə-tibb ekspertləri və həkimlər göndərilir. Bütün qruplar gəldikdən sonra dəfn yeri açılır. Dəfn yerinin bütövlüyünü qorumaq və ölümün bütün hallarını müəyyən etmək üçün ekshumasiya ehtiyat tədbirlərinə və dəqiqliyə riayət edilməklə həyata keçirilir. Ekshumasiya edilən cəsədin identifikasiyası məcburi bir prosedurdur və proses onsuz icra edildikdə adətən qanunsuz hesab edilməkdədir. İdentifikasiya prosesi qohumların bunun həqiqətən də onların qohumunun cəsədi olduğunu təsdiqləməsi üçün edilir.
Ekshumasiyanın bütün hərəkəti video və fotokameralarda lentə alınmalıdır, çünki düzgün həyata keçirilmiş ekshumasiyanın sübutları daha sonra dəqiq yoxlama üçün lazımi orqanlara təqdim edilir. Prosedurun hər bir xırda xüsusiyyəti və hərəkətin halları protokollarda qeyd olunur. Ekshumasiya edildikdən sonra cəsəd ya ikinci məhkəmə-tibbi ekspertiza üçün, ya da başqa bir dəfn yerinə aparılır. Məhkəmə tibbi ekspertizasının yekun rəyindən sonra cəsədin yenidən dəfn edilməsinə müvafiq icazələr verilməlidir.
Azərbaycanda ekshumasiya proseduru
Ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycanda ekshumasiya proseduru əsasən iki halda tətbiq edilməkdədir. Birinci hal törədilmiş hər hansısa bir cinayətin motivlərini dəqiqləşdirmək məqsədi müvafiq Məhkəmə-tibbi ekspertizalar tərəfindən aparılan ekshumasiya prosesləridir.
İkinci və daha çox rast gəlinən hal isə Birinci Qarabağ müharibəsinin gedişatı zamanı şəhid olmuş və sonradan itkin düşərək naməlum ərazilərdə dəfn edilmiş hərbi qulluqçuların şəxsiyyətlərini müəyyənləşdirmək çərçivəsində aparılan ekshumasiya proseslərindən ibarətdir. 2022-ci ilin 28 oktyabr tarixində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun verdiyi məlumata əsasən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.
Məlumata görə, həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
İkinci Qarabağ müharibəsindən sonra Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.
2023-cü ilin 11 sentyabr tarixinə olan məlumata əsasən Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
İstinadlar
- "36 CFR § 12.6 - Disinterments and exhumations". Legal Information Institute (ingilis). 2023-04-17 tarixində . İstifadə tarixi: 2023-04-17 – Cornell Law School vasitəsilə.
- 1news.az xəbər agentliyi. "450-dən çox meyitin qalıqları ekshumasiya edilib" (Azərbaycanca). 28/10/2022. (#archive_missing_date) tarixində . İstifadə tarixi: 17 apr 2024.
- 1news.az xəbər agentliyi. "450-dən çox meyitin qalıqları ekshumasiya edilib" (Azərbaycanca). 28/10/2022. (#archive_missing_date) tarixində . İstifadə tarixi: 17 apr 2024.
- Xəbər portalının informasiya şöbəsi. "Vejnəlidəki insan sümüklərinin qalıqları ekshumasiya edildi". Modern.az informasiya və xəbər portalı (Azərbaycanca). 11 Sentyabr 2023. (#archive_missing_date) tarixində . İstifadə tarixi: 17 apr 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ekshumasiya Mehkeme tibbi ekspertizanin ve ya patoloji anatomik tedqiqatlarin aparilmasi meqsedile meyitin mezardan cixarilmasi Ekshumasiya sozu latin dilinden herfi tercumede torpaqdan cixarilma lat exhumatio lat ex cixarilma lat humus torpaq anlamina gelir Proses zaman zaman arxeoloji meqsedler cercivesinde de icra edilmekdedir Olumunden 19 il sonra Napoleon Bonaparta mexsus tabutun acilmasi prosesini tesvir eden resm eseri Tablo 1840 ci ilde fransiz ressami fr Nicolas Eustache Maurin terefinden hazirlanmisdir 6 il Muqeddes Yelena adasinda surgun heyati yasadiqdan sonra 1821 ci ilde hemin adada vefat eden Fransa imperatoru Napoleon vesiyyetine esasen Fransaya aparilaraq orada yeniden defn edilmisdir Imperatorun cesedini oz olkesine aparmaq ucun adaya gelen fransizlar cesedden emin olmaq ve deqiqlesdirmek meqsedi tabutu acaraq ekshumasiya prosesini icra etmisdiler Vefat etmesinin uzerinden 20 ile yaxin muddetin kecmesine baxmayaraq cesedin mukemmel sekilde qorunmasi her kes terefinden heyretle qarsilanmisdir Imperatorun nesi Paris seherinde yerlesen Eliller Evinde saxlanilmaqdadir Ekshumasiya adeten olum halinin sebeblerini arasdirmaq ve ya oyrenmek merhumun sexsiyyetini mueyyen etmek cinayet isinde yeni faktlar ve subutlar askar etmek daha az hallarda ise onun yeniden defn edilmesi ucun heyata kecirilir Muasir dovrde qati acilmamis cinayet islerinin hell edilmesinde ve herbi emeliyyatlar zamani itkin dusmus herbcilerin qaliqlarinin askarlanmasinda sozugeden metotdan tez tez istifade edilmekdedir TarixiQedim dovrlerde cesedin mezarin oyrenilmesi meqsedile ekshumasiyalar demek olar ki heyata kecirilmirdi Bu hal cesedin ve qebrin murdarlanmasi hemcinin merhumun cesedini ve onun ruhunu tehqir etmek hesab olunurdu Orta esrlerde bir cox insanlar inanirdilar ki eger vefat etmis bir insan narahat edilerse o zaman boyuk belalar bas vere biler ve hetta olmus sexs yeniden dirile biler Hemin dovrlerde mezarlarin yeniden qazilmasi esasen soygunculuq meqsedile qizil ve diger bahali metallari elde etmek isteyen mezar soygunculari terefinden icra edilmekde idi Yalniz XIX esrin ortalarindan etibaren ABS ve Qerbi Avropada muasir ekshumasiya prosesine yaxin tedqiqatlarin aparilmasi hallarina rast gelinmisdir Subheli olum sebeblerinin yeniden arasdirilmasi ve en esasi vefat etmis sexsin sexsiyyetini mueyyenlesdirmek meqsedile cesedlerin defn edildikleri yerlerden qazilaraq cixarilmasi prosesi XX esrin ortalarindan etibaren genis furset almaga baslamisdir Ekshumasiya proseduruParis seherinde yerlesen Monparnas mezarligindaki mezarlari 1848 1849 cu illerde gizli sekilde ekshumasiya etmis Fransa ordusunun kecmis zabiti nekrofil Fransua Bertrand Monparnas vampiri fr Vampire du Montparnasse texellusu ile taninmis Bertrandin hereketleri XIX esr Fransasasinda genis eks seda dogurmusdur Butun lazim olan orqanlar ekshumasiya icazesini tesdiq etdikden sonra defn yerine mehkeme tibb ekspertleri ve hekimler gonderilir Butun qruplar geldikden sonra defn yeri acilir Defn yerinin butovluyunu qorumaq ve olumun butun hallarini mueyyen etmek ucun ekshumasiya ehtiyat tedbirlerine ve deqiqliye riayet edilmekle heyata kecirilir Ekshumasiya edilen cesedin identifikasiyasi mecburi bir prosedurdur ve proses onsuz icra edildikde adeten qanunsuz hesab edilmekdedir Identifikasiya prosesi qohumlarin bunun heqiqeten de onlarin qohumunun cesedi oldugunu tesdiqlemesi ucun edilir Ekshumasiyanin butun hereketi video ve fotokameralarda lente alinmalidir cunki duzgun heyata kecirilmis ekshumasiyanin subutlari daha sonra deqiq yoxlama ucun lazimi orqanlara teqdim edilir Prosedurun her bir xirda xususiyyeti ve hereketin hallari protokollarda qeyd olunur Ekshumasiya edildikden sonra cesed ya ikinci mehkeme tibbi ekspertiza ucun ya da basqa bir defn yerine aparilir Mehkeme tibbi ekspertizasinin yekun reyinden sonra cesedin yeniden defn edilmesine muvafiq icazeler verilmelidir Azerbaycanda ekshumasiya proseduruOlmus sexsin prosessual ekshumasiyasi Azerbaycan Respublikasinin Cinayet Prosessual Mecellesinin teleblerine uygun olaraq mehkemenin qerari esasinda heyata kecirilir Azerbaycanda ekshumasiya proseduru esasen iki halda tetbiq edilmekdedir Birinci hal toredilmis her hansisa bir cinayetin motivlerini deqiqlesdirmek meqsedi muvafiq Mehkeme tibbi ekspertizalar terefinden aparilan ekshumasiya prosesleridir Ikinci ve daha cox rast gelinen hal ise Birinci Qarabag muharibesinin gedisati zamani sehid olmus ve sonradan itkin duserek namelum erazilerde defn edilmis herbi qulluqcularin sexsiyyetlerini mueyyenlesdirmek cercivesinde aparilan ekshumasiya proseslerinden ibaretdir 2022 ci ilin 28 oktyabr tarixinde Azerbaycan Respublikasinin Herbi Prokurorlugunun verdiyi melumata esasen Birinci Qarabag muharibesi dovrunde itkin dusmus sexslere mexsus olmasi ehtimal olunan 450 den artiq insan meyitinin qaliqlari cixarilaraq ekshumasiya edilib Melumata gore hemin meyit qaliqlari ile bagli 300 e yaxin mehkeme tibbi ve 280 den artiq molekulyar genetik ekspertizalari teyin olunaraq icraya yoneldilib Elece de sahidler dindirilib ve diger zeruri istintaq emeliyyat tedbirleri yerine yetirilib Ikinci Qarabag muharibesinden sonra Susa rayonunun Dasalti Xocavend rayonunun Edilli Agdam rayonunun Sirxavend kendleri elece de Xocali rayonunun Ferrux kendinde ve diger erazilerde Azerbaycan Respublikasi Herbi Prokurorlugunun emekdaslari terefinden Dovlet Tehlukesizliyi Xidmetinin Esir ve itkin dusmus girov goturulmus vetendaslarla elaqedar Dovlet Komissiyasinin Beynelxalq Qirmizi Xac Komitesinin ve diger aidiyyeti qurumlarin numayendeleri ile birlikde aparilmis muvafiq axtaris tedbirleri neticesinde kutlevi mezarliqlar askarlanib 2023 cu ilin 11 sentyabr tarixine olan melumata esasen Qubadli rayonunun Melikehmedli kendinde ve Zengilan rayonunun Vejneli kendinde Birinci Qarabag muharibesi dovrunde itkin dusmus sexslere mexsus olmasi ehtimal olunan insan meyitinin qaliqlari ekshumasiya edilib hemin meyit qaliqlari ile bagli mehkeme tibbi kriminalistik ve mehkeme molekulyar genetik ekspertizalari teyin edilerek icraya yoneldilib ve diger zeruri hereketler yerine yetirilib Istinadlar 36 CFR 12 6 Disinterments and exhumations Legal Information Institute ingilis 2023 04 17 tarixinde Istifade tarixi 2023 04 17 Cornell Law School vasitesile 1news az xeber agentliyi 450 den cox meyitin qaliqlari ekshumasiya edilib Azerbaycanca 28 10 2022 archive missing date tarixinde Istifade tarixi 17 apr 2024 1news az xeber agentliyi 450 den cox meyitin qaliqlari ekshumasiya edilib Azerbaycanca 28 10 2022 archive missing date tarixinde Istifade tarixi 17 apr 2024 Xeber portalinin informasiya sobesi Vejnelideki insan sumuklerinin qaliqlari ekshumasiya edildi Modern az informasiya ve xeber portali Azerbaycanca 11 Sentyabr 2023 archive missing date tarixinde Istifade tarixi 17 apr 2024