Qədim şəhər | |
Dərəşam nahiyəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan qəzası (Osmanlı) |
Salınma tarixi | 1583 |
Banisi | Osmanlı İmperiyası |
Dağılma tarixi | 1604 |
Milli tərkibi | Azərbaycanlılar |
Tarixi
Dərəşam Culfa rayonu ərazisində, Araz çayının sol sahilində qədim yurd yeri, vaxtilə Naxçıvan sancağının inzibati ərazi bölgüsünə daxil olan nahiyə adıdır. Dərəşam nahiyəsi XVI əsrdə təşkil olunmuş, Nehrəm kəndindən Araz çayı boyunca indiki Gülüstan kəndi də (Culfa rayonu) daxil olmaqla böyük bir ərazini əhatə etmiş və nahiyənin mərkəzi Başkənd olmuşdur. Həmin dövrdə Dərəşam nahiyəsi "Dibkənd", "Başkənd" və "Ortakənd" adlı yaşayış məntəqələrini, XVIII əsrdə isə Culqa kəndi də (Culfanın əvvəlki adı) daxil olmaqla, 4 kəndi (Başkənd, Dibkənd, Ortakənd və Culqa) əhatə etmişdir. 1840-cı ildə Dərəşam nahiyəsi ləğv edilmiş, nahiyəyə daxil olan Dibkənd, Başkənd və Ortakənd yaşayış məntəqələri dağılmış, tarixin dolaylarında itib-batmışdır.
"Dərəşam" adına ilk dəfə Dədə Qorqud dastanlarında rast gəlinir. Dastanın "Uşun Qoca oğlu Səyrək boyunu bəyan edər" boyunda deyilir: "İki qardaş qara donlu kafirlərin üstünə at sürüb qılınc çaldı; onları qırıb çatdılar, qovub qalaya saldılar. Hərlədib, fırladıb atları qabaqlarına qatdılar. Dərəşam suyunu üzüb keçdilər". Bu fakt sübut edir ki, "Dərəşam" adı nahiyə təşkil edilməmişdən əvvəl məlum olmuş və nahiyə öz adını "Dərəşam" ərazi adından almış, onomastik leksikamıza "Dərəşam dağı", "Dərəşam" yaşayış yeri, "Dərəşam nahiyəsi", "Dərəşam" dəmiryol keçidi, "Dərəşam mərtəbəsi", "Dərəşam mineral bulağı" və sair kimi adlar daxil olmuşdur.
Hazırda Şahbuz şəhəri ərazisində qədim Şamlar yaşayış yeri, Şamlar massivi, Şamlar arxı, Şamlar nekropoluu, Culfa rayonu ərazisində Şamlu dərəsi, Ordubad, Zəngilan, Saatlı, Sabirabad, Laçın rayonlarında, Zəngəzurda "şam" komponentli onomastik vahidlər mövcuddur.
Etimologiyası
Dərəşam toponimi "dərə" və "şam" tərkib hissələrindən ibarətdir. Burada "dərə" sözü "yaşayış məntəqələrinin olduğu vadi", "çay yatağı", "mahal", "şam" sözü isə birləşmənin ikinci tərəfi olub, mənşəyinin açıqlanmasında polemika yaradan komponentdir. "Şam" sözü ərəb dilində "qamışlıq" mənasında işlənir, Azərbaycan dilində isə toponimin mənşəyi müxtəlif mənalarda açıqlanır:
1. Tədqiqatçılar bu adı Şam şəhərindən (Suriya) köçüb gələn "Şamlı" tayfa adı ilə əlaqələndirirlər. Məsələn, bəzi elmi mənbələrdə Şamlı tayfası qızılbaşlara məxsus 7 tayfadan biri hesab edilir və Azərbaycanda abdullu və bəydili tirələrinə ayrıldığı yazılır. Digər mənbədə isə Şamlı tayfası səlcuqların bir qolu kimi təqdim olunur və Əmir Teymur tərəfindən Suriyadan köçürülərək İranda və Azərbaycanda məskunlaşmaları haqda məlumat verilir. Mənbələrdə Laçın rayonundakı Şamkənd, Zəngilan rayonundakı Şamlı, Azərbaycanın qədim ərazisi olan Zəngəzurdakı Şam, Gorus rayonundakı Şamsız kəndlərinin də bu tayfaya məxsus ailələr tərəfindən salındığı yazılır.
2. "Dərəşam" toponimi ərazinin bitki örtüyü, qamışlıq, sucuq yer, əsasən də şam ağacının adı ilə əlaqələndirilir. "Dərəşam suyu… əslində, şamlığı yaradan, şamlığa axan su" deməkdir. Bu söz Tatarıstan hidronimləri sırasında "Qaraşam suyu" adı ilə çəkilir və yaşıllıq, çəmənlik mənasında izah olunur. Hazırda ərazisində yerləşən və şam ağaclarından ibarət olan yer "Şam talası" adlanır. Bu coğrafi obyekt adı ərazinin bitki örtüyü əsasında yaranmışdır.
3. Dilimizdə "şam" sözünün məna açımının "siraq//şiraq//sir qəbilə birləşməsinin adı ilə bağlı olduğu və bir sıra türk dillərində şama şiraq (sıraq) deyildiyi" də vurğulanır.
Tanınmış dilçi alim, mərhum A. Həsənov "Dərəşam" sözünün məna açımına ayrıca məqalə həsr edərək belə qənaətə gəlir ki, Dərəşam "dərə" və qədim "şam" sözlərindən düzəlmişdir. Mənası "dərədəki şam", "dərənin yanındakı şam" deməkdir. Müəllif "şam" sözünü açıqlamaq məqsədilə yazır ki, "şam" çay kənarında, adətən, iki çayın qovuşacağında qamış, yulğun, cəyən, biyan və sair göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd, yuva saldığı yerlərə deyilir.
Göründüyü kimi, dilimizdə Dərəşam və tərkibində "şam" sözü olan digər onomastik vahidlərin mənşəyi müxtəlif şəkillərdə mənalandırılır. Ancaq fikrimizcə, "şam" komponentli onomastik vahidləri "işıqlı dərə" mənasında açıqlamaq inandırıcı görünmür, yəni "şam" sözü burada "yanar şam – Günəş" anlamı yaratmır. Eləcə də "şam" sözünü şam ağacı, yaxud "çay kənarında olan qamışlıq, sulu, sucaq yer" mənasında açıqlamaq da toponimin məna yozumuna kömək etmir. Çünki Naxçıvan ərazisində şam ağacı çox az yayılıb, digər tərəfdən, ərazinin sucaq və qamışlıq olmayan yerlərində də "şam" komponentli onomastik vahidlər mövcuddur.
Məsələn, Buzqov kəndi (Babək rayonu) ərazisindəki "Şamın tili" təpədə yerləşir, ətrafında da heç bir qamış, yulğun, cəyən bitmir. Bu fakt Şam, Pirəhməd şamı (Biləv kəndi, Ordubad), Naxır şamı və sair vahidlər üçün də səciyyəvidir. Yuxarıdakı fikirlərdən sonra belə qənaətə gəlirik ki, adın tayfa adı ilə bağlı açıqlanması doğru fikirdir. Ancaq yenə güman edirik ki, dilimizdə "şam" sözünün mənası hələlik tam açılmayıb. Ona görə də bu haqda inandırıcı fikir söyləmək çətindir. Lakin belə bir ehtimalı da istisna etmirik ki, çoxmənalı "şam" sözu lüğətlərdə qeyd olunmayan mənalara da malikdir. Məsələn, Naxçıvan dialekt və şivələrində "şam" sözü "məzarın içi", "yer, məskən, yurd, torpaq" anlamlarında da işlənir. Ola bilsin ki, Dərəşam sözü "dərədə yerləşən məskən, torpaq, dərəyə məxsus yer, yurd" mənalarını bildirsin və digər "şam" tərkibli toponimlərin əvvəlində işlənən Yaycı, Dərə, Ordubad, Naxır, Pirəhməd (Yaycı şamı, Dərəşam, Ordubad şamı, Naxır şamı, Pirəhməd şamı) və sair kimi sözlər bir şamı – yeri, məskəni, yurdu digərindən fərqləndirmək məqsədi daşıyır.
Beləliklə, "Şam" derivatı zaman keçdikcə tarixi mərhələlərdə yeni məna kəsb etmiş, coğrafi yer, şəhər, çay, dərə, göylük, çəmənlik, qamışlıq və digər adlarda əksini tapmışdır.
Mənbə
- "Şərq qapısı" qəzeti, 22 avqust 2013-cü il.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Deresam Qedim seherDeresam nahiyesiAzerbaycan beylerbeyliyinin Naxcivan olkesi XVI XVII esrin evvelleri Olke AzerbaycanVilayet Naxcivan qezasi Osmanli Salinma tarixi 1583Banisi Osmanli ImperiyasiDagilma tarixi 1604Milli terkibi AzerbaycanlilarTarixiDeresam Culfa rayonu erazisinde Araz cayinin sol sahilinde qedim yurd yeri vaxtile Naxcivan sancaginin inzibati erazi bolgusune daxil olan nahiye adidir Deresam nahiyesi XVI esrde teskil olunmus Nehrem kendinden Araz cayi boyunca indiki Gulustan kendi de Culfa rayonu daxil olmaqla boyuk bir erazini ehate etmis ve nahiyenin merkezi Baskend olmusdur Hemin dovrde Deresam nahiyesi Dibkend Baskend ve Ortakend adli yasayis menteqelerini XVIII esrde ise Culqa kendi de Culfanin evvelki adi daxil olmaqla 4 kendi Baskend Dibkend Ortakend ve Culqa ehate etmisdir 1840 ci ilde Deresam nahiyesi legv edilmis nahiyeye daxil olan Dibkend Baskend ve Ortakend yasayis menteqeleri dagilmis tarixin dolaylarinda itib batmisdir Deresam adina ilk defe Dede Qorqud dastanlarinda rast gelinir Dastanin Usun Qoca oglu Seyrek boyunu beyan eder boyunda deyilir Iki qardas qara donlu kafirlerin ustune at surub qilinc caldi onlari qirib catdilar qovub qalaya saldilar Herledib firladib atlari qabaqlarina qatdilar Deresam suyunu uzub kecdiler Bu fakt subut edir ki Deresam adi nahiye teskil edilmemisden evvel melum olmus ve nahiye oz adini Deresam erazi adindan almis onomastik leksikamiza Deresam dagi Deresam yasayis yeri Deresam nahiyesi Deresam demiryol kecidi Deresam mertebesi Deresam mineral bulagi ve sair kimi adlar daxil olmusdur Hazirda Sahbuz seheri erazisinde qedim Samlar yasayis yeri Samlar massivi Samlar arxi Samlar nekropoluu Culfa rayonu erazisinde Samlu deresi Ordubad Zengilan Saatli Sabirabad Lacin rayonlarinda Zengezurda sam komponentli onomastik vahidler movcuddur EtimologiyasiDeresam toponimi dere ve sam terkib hisselerinden ibaretdir Burada dere sozu yasayis menteqelerinin oldugu vadi cay yatagi mahal sam sozu ise birlesmenin ikinci terefi olub menseyinin aciqlanmasinda polemika yaradan komponentdir Sam sozu ereb dilinde qamisliq menasinda islenir Azerbaycan dilinde ise toponimin menseyi muxtelif menalarda aciqlanir 1 Tedqiqatcilar bu adi Sam seherinden Suriya kocub gelen Samli tayfa adi ile elaqelendirirler Meselen bezi elmi menbelerde Samli tayfasi qizilbaslara mexsus 7 tayfadan biri hesab edilir ve Azerbaycanda abdullu ve beydili tirelerine ayrildigi yazilir Diger menbede ise Samli tayfasi selcuqlarin bir qolu kimi teqdim olunur ve Emir Teymur terefinden Suriyadan kocurulerek Iranda ve Azerbaycanda meskunlasmalari haqda melumat verilir Menbelerde Lacin rayonundaki Samkend Zengilan rayonundaki Samli Azerbaycanin qedim erazisi olan Zengezurdaki Sam Gorus rayonundaki Samsiz kendlerinin de bu tayfaya mexsus aileler terefinden salindigi yazilir 2 Deresam toponimi erazinin bitki ortuyu qamisliq sucuq yer esasen de sam agacinin adi ile elaqelendirilir Deresam suyu eslinde samligi yaradan samliga axan su demekdir Bu soz Tataristan hidronimleri sirasinda Qarasam suyu adi ile cekilir ve yasilliq cemenlik menasinda izah olunur Hazirda erazisinde yerlesen ve sam agaclarindan ibaret olan yer Sam talasi adlanir Bu cografi obyekt adi erazinin bitki ortuyu esasinda yaranmisdir 3 Dilimizde sam sozunun mena aciminin siraq siraq sir qebile birlesmesinin adi ile bagli oldugu ve bir sira turk dillerinde sama siraq siraq deyildiyi de vurgulanir Taninmis dilci alim merhum A Hesenov Deresam sozunun mena acimina ayrica meqale hesr ederek bele qenaete gelir ki Deresam dere ve qedim sam sozlerinden duzelmisdir Menasi deredeki sam derenin yanindaki sam demekdir Muellif sam sozunu aciqlamaq meqsedile yazir ki sam cay kenarinda adeten iki cayin qovusacaginda qamis yulgun ceyen biyan ve sair goyerdiyi hemcinin col heyvanlarinin ve quslarin yurd yuva saldigi yerlere deyilir Gorunduyu kimi dilimizde Deresam ve terkibinde sam sozu olan diger onomastik vahidlerin menseyi muxtelif sekillerde menalandirilir Ancaq fikrimizce sam komponentli onomastik vahidleri isiqli dere menasinda aciqlamaq inandirici gorunmur yeni sam sozu burada yanar sam Gunes anlami yaratmir Elece de sam sozunu sam agaci yaxud cay kenarinda olan qamisliq sulu sucaq yer menasinda aciqlamaq da toponimin mena yozumuna komek etmir Cunki Naxcivan erazisinde sam agaci cox az yayilib diger terefden erazinin sucaq ve qamisliq olmayan yerlerinde de sam komponentli onomastik vahidler movcuddur Meselen Buzqov kendi Babek rayonu erazisindeki Samin tili tepede yerlesir etrafinda da hec bir qamis yulgun ceyen bitmir Bu fakt Sam Pirehmed sami Bilev kendi Ordubad Naxir sami ve sair vahidler ucun de seciyyevidir Yuxaridaki fikirlerden sonra bele qenaete gelirik ki adin tayfa adi ile bagli aciqlanmasi dogru fikirdir Ancaq yene guman edirik ki dilimizde sam sozunun menasi helelik tam acilmayib Ona gore de bu haqda inandirici fikir soylemek cetindir Lakin bele bir ehtimali da istisna etmirik ki coxmenali sam sozu lugetlerde qeyd olunmayan menalara da malikdir Meselen Naxcivan dialekt ve sivelerinde sam sozu mezarin ici yer mesken yurd torpaq anlamlarinda da islenir Ola bilsin ki Deresam sozu derede yerlesen mesken torpaq dereye mexsus yer yurd menalarini bildirsin ve diger sam terkibli toponimlerin evvelinde islenen Yayci Dere Ordubad Naxir Pirehmed Yayci sami Deresam Ordubad sami Naxir sami Pirehmed sami ve sair kimi sozler bir sami yeri meskeni yurdu digerinden ferqlendirmek meqsedi dasiyir Belelikle Sam derivati zaman kecdikce tarixi merhelelerde yeni mena kesb etmis cografi yer seher cay dere goyluk cemenlik qamisliq ve diger adlarda eksini tapmisdir Menbe Serq qapisi qezeti 22 avqust 2013 cu il