David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur.
David | |
---|---|
Ölkə | İtaliya |
Yerləşir | Florensiya |
Heykəltaraş | Mikelancelo |
Tikilib | 1500 |
Hündürlüyü | 5,17 m |
Material | ağ mərmər |
Saxlanıldığı yer | Florensiya |
İnventar nömrəsi | 1076 |
Sayt | galleriaaccademiafirenze.it/… vam.ac.uk/articles/the-s… |
Vikianbarda əlaqəli mediafayllar |
Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur.
Tarixi
Erkən çətinliklər
Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər. Həmin heykəllərdən biri 1410-cu ildə Donatello tərəfindən hazırlanmış Yeşuanın heykəli olur, növbəti heykəl florensiyalı heykəltaraş tərəfindən 1463-cü ildə hazırlanmış heykəli olur. Tədqiqatçılar qeyd edirlər ki, Aqostino, bu heykəli Donatellonun nəzarəti altında işləmişdir. Layihəni davam etdirmək niyyətində olan müfəttişlər, 1464-cü ildə Aqostinoya Davidin heykəlini işləməyi sifariş edirlər. Heykəl üçün nəzərdə tutulmuş mərmər blok Şimali ərazisində, Apuan Alp dağları ərazisində yerləşən Karrara şəhərindən gətirilir. Aqostino daşda ayaq yerlərini və bədən quruluşunu müəyyənləşdirmiş, daşın bəzi kubud çıxıntılarını qoparmış və gələcək iki ayaq arasında kiçik bir deşik açmışdır. Lakin, 1466-cı ildə Donatellonun ölümündən sonra, naməlum səbəbə görə Aqostino layihənin icrasından uzaqlaşdırılmışdır. On il sonra eyni daş üzərində Aqostinonun qaldığı yerdən işə davam etmək tapşırılır.
Qısa müddət sonra Rosselino da Davidin heykəlinin hazırlanması işindən uzaqlaşdırılır və nəhəng mərmər bloku iyirmi beş il ərzində işlənməmiş vəziyyətdə kafedralın işlər həyətində saxlanılır. Bu cür nəhəng mərmər parçası təkcə öz yüksək qiyməti ilə deyil, həmçinin Florensiyaya gətirilməsinin çətinliyi ilə də diqqəti cəlb edirdi. Kafedralın, 1500-cü ilə aid işlər sənədində həmin daş "David adlandırılan məlum mərmər fiqur üçün nəzərdə tutulmuş daş kobud şəkildə həyətə tullanmışdır" deyə qeyd edilir. Bir il sonra müfəttişlər bu nəhəng mərmər parçasından tamamlanmış sənət əsəri düzəltməyi öhdəsinə götürəcək sənətkar axtardıqlarını elan edirlər. Onlar "Nəhəng" adlandırdıqları bu mərmər blokunu "ayağa qaldırmaq üçün" bu işdə təcrübəsi və səriştəsi olan birini axtarırdılar. Leonardo da Vinçi də daxil olmaqla, bir neçə artıq özünü təsdiq etmiş sənətkarın bu işi öhdəsinə götürməsi məsələsi müzakirə edilsə də, sonda iş, müfəttişləri işin öhdəsindən gələ biləcəyinə inandırmış iyirmi altı yaşlı Mikelanceloya həvalə edilir. 16 avqust 1501-ci ildə Mikelancelo ilə yeni işi ilə bağlı müqavilə imzalanır. Mikelancelo 13 sentyabrda, Bazar ertəsi günündən etibarən heykəli yonmağa başlayır. İki il ərzində o, məşhur Bibliya qəhrəmanının fiquru üzərində çalışır.
Yerin müəyyənləşdirilməsi
25 yanvar 1504-cü ildə heykəlin tamamlanmasına az qalmış, Florensiya rəhbərliyi altı ton çəkisi olan nəhəng mərmər fiqurun kafedralın damına qaldırılmasının çətinliklərini müzakirə etməyə başladı. Onlar aralarında Leonardo da Vinçi və Sandro Botiçellinin də olduğu 30 florensiyalıdan ibarət komissiya yaratdılar ki, bu komissiya da, Davidin ucaldılmalı olduğu yeri müəyyənləşdirməli idi. Heykəl üçün doqquz müxtəlif yerin müzakirə edilməsinə baxmayaraq, komissiya üzvləri iki qrup şəklində, iki müxtəlif məkana diqqət çəkməyə çalışırdılar. Bunlardan biri Leonardo da Vinçi və dəstəklədiyi, rəhbərlik etdiyi qrup idi ki, bu qrup heykəl üçün münasib görürdü. Digər bir qrup isə, heykəlin giriş qapısınən qarşısında ucaldılmasını məsləhət görürdü. Botiçelli tərəfindən dəstəklənən başqa bir fikirə görə isə heykəl Florensiya kafedralının yaxınlığında ucaldılmalı idi.
1504-cü ilin iyununda heykəl Palaçço Vekkonun giriş qapısının sol tərəfində, Donatellonun tuncdan hazırladığı "Yudit və Holofernes" heykəlinin yerində ucaldılmışdır. Heykəli Mikelancelonun işlədiyi yerdən Palaçço Vekkonun qarşısına gətirmək (yarım mil ərazi) dörd günə başa gəlmişdi.
Sonrakı dövr
1873-cü ildə heykəl, zədələnmələrdən qorunması üçün Palaçço Vekkonun qarşısında 300 il ərzində dayandığı yerdən götürülərək Florensiya yerləşdirilmişdir. 1910-cu ildə heykəlin köhnə yerində onun yeni nüsxəsi ucaldılmışdır.
1991-ci ildə pencəyinin altında çəkic gizlətmiş əsəbi bir kişi heykələ hücum etmiş və bu hücumun qarşısı alınana kimi heykəlin sol ayağının barmaqlarını zədələyə bilmişdi.
12 noyabr 2010-cu ildə Davidin şüşə-lifdən hazırlanmış bir nüsxəsi yalnızca bir günlük Florensiya kafedralının damına yerləşdirilmişdir. 2010-cu ildə tarixi sənədlərin incələnməsindən sonra heykəlin mülkiyyət hüququnun tarixən yerləşdiyi Florensiya şəhərinə aid olmadığını bildirdi. Bu iddia Florensiyada qarışıqlığa və böyük müzakirələrə səbəb oldu.
Heykəlin yanındakı kötük, 1504-cü ildə qızıl təbəqəsi ilə örtülmüşdü, başına isə zərli çələng qoyulmuşdu. Lakin bu bəzəklər indiyə qədər tapılmamışdır.
Təfsiri
Mikelancelonun "David"i özündən əvvəlki Davidlərdən əlində öldürülmüş başının olmaması ilə fərqlənir, halbuki, Donatello və Verrokkionun məşhur "David" heykəllərində bu detal buraxılmamışdı. Əksər tədqiqatçılar qeyd edirlər ki, əsərdə David döyüşdən əvvəl təsvir edilmişdir. Qələbə qazanacağına əmin olan Davidin üzündə gərginlik və döyüşə hazırlıq görünür. Onun gərgin əzələləri, sərt duruşunu, bəlkə də döyüşmək istəyini göstərir. Yuxarı dodağı və burnu arasındakı əzələlər çox sıxdır; Davidin qaşları çatılmışdır və o, fikrini tamamilə edəcəyi işə yönləndirərək, gözlərini sanki otaqdakı bir yerə deyil, daha uzaqdakı bir məkana zillənmişdir. Onun sağ əlinin əzələləri çox gərgin görünsə də, ümumilikdə bədəni rahat pozada durmuş, sol əli ilə isə çiyninə aşırdığı sapandını tutmuşdur. Davidin bu pozası onun digər təsvirlərindəki pozalarına heç oxşamır; Donatello və Verrokkio hər ikisi qalib gəlmiş Davidi ayaq üstə, əlində öldürülmüş Qoliafın kəsilmiş başı ilə birgə təsvir etmişlər. isə Davidi qələbədən sonra özünə arxayın oğlan kimi, ayağı altında Qoliafın başı ilə təsvir etmişdir. Lakin heç bir Florensiya sənətkarı iki obrazı birgə təsvir etməmişdir. Onun üzündəki sərt ifadə ilə, rahat, sərbəst pozası arasındakı konstrast Mikelancelonun Davidi döyüşdən əvvəlki vəziyyətdə təsvir etməsini, lakin onun qazanacağı qələbəyə inandığını düşünməyə əsas verir. Onun çəkisinin əsas ağırlığı, İntibah incəsənətində geniş yayılmış prakitika əsasında işlənmiş, arxada olan ayaq üzərinə düşür. Bu vəziyyət şüurlu seçim və şüurlu hərəkəti təsvir edir.
Mikelancelonun Davidi qəhrəman çılpaq kişinin təsviri olan qədim yunan mövzusunun yeni interpretasiyada təqdim edilməsidir. Yüksək İntibam mədəniyyəti dövründə bu cür təzadlı pozalar antik heykəllərdən fərqləndirici xüsusiyyət kimi qəbul edilirdi. David bütün ağırlığını bir ayağının üstünə salaraq , digər ayağını bir qədər qabağa uzadaraq rahat şəkildə buraxmışdır. Bu klassik poza bir qədər sola əyilmiş başla çiyin arasında üçbucaq yaradır və bədənə bir qədər əyri forma verir. Ümumilikdə Mikelancelonun Davidi İntibah heykəltaraşlığının ən məşhur nümunəsi olmaqla güc və gənc oğlan bədəninin gözəlliyinin simvolu olmuşdur.
Mikelancelonun müasirlərini heyran edən, əsasən heykəlin böyük ölçüləri idi. Vazari əsərdən bəhs edərkən qeyd edir ki, "möcüzəvi şəkildə Mikelancelo artıq ölmüş bir həyatı bərpa etmişdir" və "istər Qədim Yunan və ya Latın əsərləri olsun, qədim və ya müasir olsun" David bütün heykəllər arasında ən iri həcmlisi və böyüyüdür deyə o, bildirir. Davidin proporsiyaları da, Mikelancelonun digər əsərləri üçün xarakterik olmayan xüsusiyyətlərə malikdir; fiqur qeyri-adi dərəcədə böyük başa və əllərə (xüsusilə sağ əl daha çox diqqəti cəlb edir) malikdir. Ola bilsin, Mikelancelo əsərin kafedralın damına yerləşdiriləcəyini nəzərdə tutaraq əsas hissələrin uzaqdan daha yaxşı diqqətə çatması üçün belə proporsiya seçmişdir.
Çəkisi nəzərə alınsa, heykəl öndən arxaya istiqamətdə həddən artıq incə quruluşa malikdir. Ola bilsin ki, bu, Mikelancelonun daş üzərində işə başlamasından əvvəl aparılmış işlərlə bağlıdır.
Ola bilsin ki, hələ Mikelancelonun işə cəlb edilməsindən əvvəl David bir siyasi heykəl kimi nəzərdə tutulmuşdu. Dəqiq bilinir ki, bu heykəl uzun müddət Florensiyada siyasi fiqur kimi qəbul edilmiş və güclü Bibliya qəhrəmanının, simvolik olaraq Florensiyadakı siyasi hakimiyyəti və insan haqqlarını qoruduğu düşünülmüşdür.
Donatello tunc "David"i təxminən 1440-cı illərdə Mediçi ailəsi üçün işləmiş, 1494-cü ildə Mediçilərin Florensiyadan sürgün edilməsindən sonra, Signorianın qərarı ilə heykəl Palaçço Vekkonun qarşısında ucaldılmışdır. Mikelancelonun Davidini Donatellonun Davidinin yerinə yerləşdirməklə, respublika rəhbərliyi sanki, Mediçilərin incəsənətinə layiqli cavab vermiş olduqlarını düşünürdülər.
Tədqiqatçılar Davidin yaxşı vəziyyətdə dövrümüzə çatmış penisinə də diqqət yetirir və onun yəhudi "Brit Mila" ənənəsinin əksinə olaraq sünnət edilmiş olmadığını, əksinə bunun İntibah mədəniyyətinə uyğun şəkildə göstərildiyini bildirirlər.
Konservasiyası
1991-ci ildə "David", pencəyinin altında çəkic gizlətmiş qəzəbli kişinin hücumuna məruz qalmışdır. Bu hücum nəticəsində "David"in sol ayağının barmaqları zədələnmişdir. Heykəldən qopmuş hissələrin tədqiq edilməsi nəticəsində, alimlər müəyyən etmişlər ki, "David"in hazırlanması üçün istifadə edilmiş mərmər blok Şimali ərazisində, Apuan Alp dağları ətəyində yerləşən Karrara şəhərindən gətirilib. Mərmər çoxlu mikroskopik deşiklərə malikdir ki, bu da onun adi mərmərlə müqayisədə daha tez çirklənməsinə və xarab olmasına gətirib çıxarır. Mərmərin deqradasiyası səbəbiylə 1843-cü ildən bəri ilk dəfə 2003–2004-cü illərdə ilk dəfə heykəl əsaslı təmizlənmək üçün yerindən götürülmüşdür. Bəzi mütəxəssislər qeyd edirlər ki, heykəlin təmizlənməsi üçün sudan istifadə edilməsi onun daha tez xarab olmasına səbəb ola bilər. Dr. Franka Falletinin rəhbərliyi altında, restavratorlar Monika Eyxmann və Sinzia Parnigioni heykəlin təmizlənərək bərpa olunması işini həyata keçirmişlər.
2008-ci ildə heykəlin gələn turistlərin ayaq zərbələrindən əmələ gələn titrəmələr nəticəsində zədələnməsinin qarşısının alınması üçün xüsusi plan hazırlanmışdır.
Replikaları
Müxtəlif dövrlərdə heykəlin çoxlu nüsxələri yaradılmışdır. Onlardan ən çox diqqət çəkəni Viktoriya və Albert Muzeyində saxlanan gipsdən hazırlanmış nüsxədir ki, bu nüsxə əncir ağacı yarpağı ilə digərlərindən fərqlənir. Kraliça Viktoriyanın heykəli birinci dəfə görərkən çılpaqlığından şoka düşməsindən sonra hazırlanmış və kraliçanın, eləcə də digər vacib şəxslərin muzeyi ziyarət etməsi zamanı "David"in penisini örtmək üçün istifadə edilir.
XX əsrdə Mikelancelonun "David"i ikonik mədəni simvollardan birinə çevrilmişdir. Onun şüşə, gips, mərmər və sair müxtəlif materiallardan hazırlanmış yüzlərlə kopyaları, ən müxtəlif ölkələrdə, müxtəlif məkanların bəzədilməsi üçün istifadə edilməkdədir.
- Mikelancelo meydanı, Florensiya
- Viktoriya və Albert Muzeyi, London
- Langelinie Promenade, Kopenhagen
- Prado meydanı, Marsel
- Hans-Peter Feldmann, David (2006) Köln - 2010-cu ildən Duisburq
- Palaçço Vekko, Florensiya
İstinadlar
Ədəbiyyat
- Goffen, Rona, Renaissance Rivals: Michelangelo, Leonardo, Raphael, Titian, New Haven: , 2002.
- Hall, James, Michelangelo and the Invention of the Human Body New York: , 2005.
- Hartt, Frederick, Michelangelo: the complete sculpture, New York: ,1982.
- Hibbard, Howard. Michelangelo, New York: , 1974.
- Hirst Michael, "Michelangelo In Florence: David In 1503 and Hercules In 1506," , 142 (2000): 487–492.
- Hughes, Anthony, Michelangelo, London: , 1997.
- Pope-Hennessy, John, Italian High Renaissance and Baroque Sculpture. London: Phaidon, 1996.
- Levine, Saul, "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, , 56 (1974): 31–49
- Seymour, Charles, Jr. Michelangelo's David: a search for identity (Mellon Studies in the Humanities), Pittsburgh: , 1967.
- Vasari, Giorgio, Lives of the Artists (), "Life of Michelangelo", pp. 325–442.
Qeydlər
- https://www.galleriaaccademiafirenze.it/opere/david/.
- Əksər mənbələr "David" heykəlinin hündürlüyünü düz göstərmir və bu yanlışlıq incəsənət tarixi ilə bağlı bir çox ədəbiyyatlarda özünə yer tapıb. Heykəlin dəqiq ölçüləri yalnız 1998–1999-cu illərdə Stanford Universitetindən bir qrup elm adamının heykəli tədqiq edərək 3D şəkillərini çəkməsindən sonra müəyyənləşdirilmiş, heykəlin o vaxta qədər bütün ədəbiyyatlarda qeyd ediləndən daha hündür olduğu qeyd edilmişdi. Bax [1] 2017-10-10 at the Wayback Machine və [2] 2017-10-10 at the Wayback Machine
- Nümunə üçün, Donatellonun iki versiyada işlədiyi ; ; "David" rəsm əsəri; və yunc Davidi
- Bu fikir ilk dəfə Saul Levine "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, The Art Bulletin 56 (1974): 31–49 mənbəsində nəşr edilmişdir. Həmçinin bax: J. Huston McCulloch, David: A New Perspective 2012-02-24 at the Wayback Machine, (2007) accessed 15–06–2013
- Davidin mənşəyi Seymour tərəfindən 1967-ci ildə nəşr etdirilmiş tədqiqatda müzakirə edilmişdir.
- Charles Seymour, Jr. "Homo Magnus et Albus: the Quattrocento Background for Michelangelo's David of 1501–04," Stil und Überlieferung in der Kunst des Abendlandes, Berlin, 1967, II, 96–105.
- Seymour, 100–101.
- Giovanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence: 1839–40, 2: 454 and Charles Seymour, Michelangelo's David: A Search for Identity, Pittsburgh: Pittsburgh University Press, 1967, 134–137, doc. 34.
- Gaetano Milanesi, Le lettere di Michelangelo Buonarroti pubblicati coi ricordi ed i contratti artistici, Florence, 1875, 620–623: "…the Consuls of the Arte della Lana and the Lords Overseers being met Overseers, have chosen as sculptor to the said Cathedral the worthy master, Michelangelo, the son of Lodovico Buonarrotti, a citizen of Florence, to the end that he may make, finish and bring to perfection the male figure known as the Giant, nine braccia in height, already blocked out in marble by Maestro Agostino grande, of Florence, and badly blocked; and now stored in the workshops of the Cathedral. The work shall be completed within the period and term of two years next ensuing, beginning from the first day of September next ensuing, with a salary and payment together in joint assembly within the hall of the said of six broad florins of gold in gold for every month. And for all other works that shall be required about the said building (edificium) the said Overseers bind themselves to supply and provide both men and scaffolding from their office and all else that may be necessary. When the said work and the said male figure of marble shall be finished, then the Consuls and Overseers who shall at that time be in authority shall judge whether it merits a higher reward, being guided therein by the dictates of their own consciences."
- The statue has not been weighed, but an estimate of its weight was circulated in 2004, when the statue was cleaned. See a CBS news report of 8 March 2004 18 may 2013 at the Wayback Machine.
- Müzakirə mətni Covanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence, 1839–40, 2: 454–463 tərəfindən nəşr edilmişdir. Sənədin ingilis dilinə tərcüməsi üçün, Seymour, Michelangelo's David, 140–155 and for an analysis, see Saul Levine, "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, Art Bulletin 56 (1974): 31–49; N. Randolph Parks, "The Placement of Michelangelo's David: A Review of the Documents," Art Bulletin, 57 (1975) 560–570; və Rona Goffen, Renaissance Rivals: Michelangelo, Leonardo, Raphael, Titian, New Haven, 2002, 123–127.
- Heykəlin əlavə bəzəkləri həmin ilin yayında əlavə edilmişdi: qələbə əklili, kötüyün qızıl üzü, əncir yarpağından kəmər. Goffen 130.
- "a man the police described as deranged broke part of a toe with a hammer, saying a 16th century Venetian painter's model ordered him to do so." Cowell, Alan. "Michelangelo's David Is Damaged" 2009-02-11 at the Wayback Machine. New York Times, 1991–09–15. Retrieved on 2008–05–23.
- . 2016-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
- Povoledo, Elisabetta. "Who Owns Michelangelo's 'David'?". The New York Times. August 31, 2010. 2022-06-17 tarixində . İstifadə tarixi: 2010-09-01. (#apostrophe_markup)
- Pisa, Nick. "Florence vs Italy: Michelangelo's David at centre of ownership row". The Daily Telegraph (London). August 16, 2010. 2022-04-07 tarixində . İstifadə tarixi: 2010-09-01. (#apostrophe_markup)
- Art in Renaissance Italy. 2012-10-31 tarixində . İstifadə tarixi: 2013-06-16.
- Howard Hibbard, Michelangelo, New York: Harper & Row, 1974, 59–61; Anthony Hughes, Michelangelo, London: Phaidon, 1997, 74.
- Andrea del castagno, scudo di david con la testa di golia
- Giorgio Vasari, Le vite de' più eccellenti pittori, scultori e architettori nelle redazioni del 1550 e 1568, ed. Rosanna Bettarini and Paola Barocchi, Florence, 1966–87, 6: 21.
- Levine, 45–46.
- Andrew Butterfield, "New Evidence for the Iconography of David in Quattrocento Florence, I Tatti Studies, 8 (1995): 115–133.
- "Michelangelo and Medicine" [3] 2022-07-12 at the Wayback Machine Journal of the Royal Society of Medicine
- Eric Scigliano. "Inglorious Restorations. Destroying Old Masterpieces in Order to Save Them." Harper's Magazine. August 2005, 61–68.
- Michelangelo's David 'may crack' 2017-07-13 at the Wayback Machine. BBC News, 2008–09–19. Retrieved on 2008–09–19.
- . . 2007-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-29.
- A. Synnott, Pink Flamingoes: Symbols and Symbolism in Yard Art, 1990.
- " You need not travel to Florence to see Michelangelo's David. You can see it well enough for educational purposes in reproduction," asserted E. B. Feldman in 1973 (Feldman, "The teacher as model critic", Journal of Aesthetic Education, 1973).
- That "typical examples of kitsch include fridge magnets showing Michelangelo’s David." is reported even in the (J Launer, "Medical kitsch", BMJ, 2000)
Xarici keçidlər
- David: A New Perspective 2012-02-24 at the Wayback Machine, J. Huston McCulloch
- Michelangelo Buonarroti: David, Art and the Bible
- The Digital Michelangelo Project, Stanford University
- Models of wax and clay used by Michelangelo in making his sculpture and paintings
- The Museums of Florence — The David of Michelangelo
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax David David it Il David 1501 1504 cu illerde italyan ressam heykeltaras ve memari Mikelancelo Buonarotti terefinden yaradilmis Intibah dovrunun sah eserlerinden biridir Ag mermerden hazirlanmis heykel 5 17 metr 17 0 ft hundurluyunde cilpaq kisinin tesviridir Eserde Florensiya incesenetinin sevilen movzularindan biri olan Bibliya qehremani David tesvir edilmisdir Eslinde Florensiya kafedralinin daminin serq kuncunde yerlesdirilmesi nezerde tutulan heykel Florensiya seher hokumetinin yerlesdiyi qarsisinda ucaldilmis 8 sentyabr 1504 cu ilde acilisi olmusdur DavidOlke ItaliyaYerlesir FlorensiyaHeykeltaras MikelanceloTikilib 1500Hundurluyu 5 17 mMaterial ag mermerSaxlanildigi yer FlorensiyaInventar nomresi 1076Sayt galleriaaccademiafirenze it vam ac uk articles the s Vikianbarda elaqeli mediafayllar Tesvir edilen qehremanin xarakterinden ireli gelerek eserde butun tereflerden reqib dovletlerle ehatelenmis ve Medicilerin hegemoniyasi tehlukseine meruz qalan musteqil seher dovlet olan Florensiya Respublikasinda formalasdirilmis vetendas huquqlarinin mudafiecisi obrazi simvolize edilmisdir Davidin qezebli sekilde berelmis gozleri Romaya dogru istiqametlenmisdir 1873 cu ilde heykel yerinden goturulerek Florensiyadaki yerlesdirilmis ve yerine sonradan duzeldilmis bir nusxesi qoyulmusdur TarixiErken cetinlikler Leonardo da Vinci Mikelancelonun David i uzerinde calismalar studio del David di Michelangelo Vindzor sarayi Heykelin tarixi 1501 1504 cu illerde Mikelancelonun onu hazirlamasindan evvel baslanir Mikelancelonun bu ise celb edilmesinden evvel ekseri Florensiyanin meshur ipek gildiyasi uzvlerinden ibaret olan Florensiya kafedralinin ofis isleri uzre mufettisleri Santa Maria Del Fiore kafedrali ucun Ehdi Etiq qehremanlarinin 12 iri heykelini sifaris etmek isteyirdiler Hemin heykellerden biri 1410 cu ilde Donatello terefinden hazirlanmis Yesuanin heykeli olur novbeti heykel florensiyali heykeltaras terefinden 1463 cu ilde hazirlanmis heykeli olur Tedqiqatcilar qeyd edirler ki Aqostino bu heykeli Donatellonun nezareti altinda islemisdir Layiheni davam etdirmek niyyetinde olan mufettisler 1464 cu ilde Aqostinoya Davidin heykelini islemeyi sifaris edirler Heykel ucun nezerde tutulmus mermer blok Simali erazisinde Apuan Alp daglari erazisinde yerlesen Karrara seherinden getirilir Aqostino dasda ayaq yerlerini ve beden qurulusunu mueyyenlesdirmis dasin bezi kubud cixintilarini qoparmis ve gelecek iki ayaq arasinda kicik bir desik acmisdir Lakin 1466 ci ilde Donatellonun olumunden sonra namelum sebebe gore Aqostino layihenin icrasindan uzaqlasdirilmisdir On il sonra eyni das uzerinde Aqostinonun qaldigi yerden ise davam etmek tapsirilir Mikelancelonun David i Donatellonun Yudif ve Holofernes heykelinin yerinde ucaldilmisdir Qisa muddet sonra Rosselino da Davidin heykelinin hazirlanmasi isinden uzaqlasdirilir ve neheng mermer bloku iyirmi bes il erzinde islenmemis veziyyetde kafedralin isler heyetinde saxlanilir Bu cur neheng mermer parcasi tekce oz yuksek qiymeti ile deyil hemcinin Florensiyaya getirilmesinin cetinliyi ile de diqqeti celb edirdi Kafedralin 1500 cu ile aid isler senedinde hemin das David adlandirilan melum mermer fiqur ucun nezerde tutulmus das kobud sekilde heyete tullanmisdir deye qeyd edilir Bir il sonra mufettisler bu neheng mermer parcasindan tamamlanmis senet eseri duzeltmeyi ohdesine goturecek senetkar axtardiqlarini elan edirler Onlar Neheng adlandirdiqlari bu mermer blokunu ayaga qaldirmaq ucun bu isde tecrubesi ve seristesi olan birini axtarirdilar Leonardo da Vinci de daxil olmaqla bir nece artiq ozunu tesdiq etmis senetkarin bu isi ohdesine goturmesi meselesi muzakire edilse de sonda is mufettisleri isin ohdesinden gele bileceyine inandirmis iyirmi alti yasli Mikelanceloya hevale edilir 16 avqust 1501 ci ilde Mikelancelo ile yeni isi ile bagli muqavile imzalanir Mikelancelo 13 sentyabrda Bazar ertesi gununden etibaren heykeli yonmaga baslayir Iki il erzinde o meshur Bibliya qehremaninin fiquru uzerinde calisir Yerin mueyyenlesdirilmesi 25 yanvar 1504 cu ilde heykelin tamamlanmasina az qalmis Florensiya rehberliyi alti ton cekisi olan neheng mermer fiqurun kafedralin damina qaldirilmasinin cetinliklerini muzakire etmeye basladi Onlar aralarinda Leonardo da Vinci ve Sandro Boticellinin de oldugu 30 florensiyalidan ibaret komissiya yaratdilar ki bu komissiya da Davidin ucaldilmali oldugu yeri mueyyenlesdirmeli idi Heykel ucun doqquz muxtelif yerin muzakire edilmesine baxmayaraq komissiya uzvleri iki qrup seklinde iki muxtelif mekana diqqet cekmeye calisirdilar Bunlardan biri Leonardo da Vinci ve desteklediyi rehberlik etdiyi qrup idi ki bu qrup heykel ucun munasib gorurdu Diger bir qrup ise heykelin giris qapisinen qarsisinda ucaldilmasini meslehet gorurdu Boticelli terefinden desteklenen basqa bir fikire gore ise heykel Florensiya kafedralinin yaxinliginda ucaldilmali idi 1504 cu ilin iyununda heykel Palacco Vekkonun giris qapisinin sol terefinde Donatellonun tuncdan hazirladigi Yudit ve Holofernes heykelinin yerinde ucaldilmisdir Heykeli Mikelancelonun islediyi yerden Palacco Vekkonun qarsisina getirmek yarim mil erazi dord gune basa gelmisdi 12 noyabr 2010 cu ilde Davidin suse lifden hazirlanmis bir nusxesi yalnizca bir gunluk Florensiya kafedralinin damina yerlesdirilmisdir Sonraki dovr 1873 cu ilde heykel zedelenmelerden qorunmasi ucun Palacco Vekkonun qarsisinda 300 il erzinde dayandigi yerden goturulerek Florensiya yerlesdirilmisdir 1910 cu ilde heykelin kohne yerinde onun yeni nusxesi ucaldilmisdir 1991 ci ilde penceyinin altinda cekic gizletmis esebi bir kisi heykele hucum etmis ve bu hucumun qarsisi alinana kimi heykelin sol ayaginin barmaqlarini zedeleye bilmisdi 12 noyabr 2010 cu ilde Davidin suse lifden hazirlanmis bir nusxesi yalnizca bir gunluk Florensiya kafedralinin damina yerlesdirilmisdir 2010 cu ilde tarixi senedlerin incelenmesinden sonra heykelin mulkiyyet huququnun tarixen yerlesdiyi Florensiya seherine aid olmadigini bildirdi Bu iddia Florensiyada qarisiqliga ve boyuk muzakirelere sebeb oldu Heykelin yanindaki kotuk 1504 cu ilde qizil tebeqesi ile ortulmusdu basina ise zerli celeng qoyulmusdu Lakin bu bezekler indiye qeder tapilmamisdir TefsiriMikelancelonun David inin sag ve sol terefden gorunusu Mikelancelonun David i ozunden evvelki Davidlerden elinde oldurulmus basinin olmamasi ile ferqlenir halbuki Donatello ve Verrokkionun meshur David heykellerinde bu detal buraxilmamisdi Ekser tedqiqatcilar qeyd edirler ki eserde David doyusden evvel tesvir edilmisdir Qelebe qazanacagina emin olan Davidin uzunde gerginlik ve doyuse hazirliq gorunur Onun gergin ezeleleri sert durusunu belke de doyusmek isteyini gosterir Yuxari dodagi ve burnu arasindaki ezeleler cox sixdir Davidin qaslari catilmisdir ve o fikrini tamamile edeceyi ise yonlendirerek gozlerini sanki otaqdaki bir yere deyil daha uzaqdaki bir mekana zillenmisdir Onun sag elinin ezeleleri cox gergin gorunse de umumilikde bedeni rahat pozada durmus sol eli ile ise ciynine asirdigi sapandini tutmusdur Davidin bu pozasi onun diger tesvirlerindeki pozalarina hec oxsamir Donatello ve Verrokkio her ikisi qalib gelmis Davidi ayaq uste elinde oldurulmus Qoliafin kesilmis basi ile birge tesvir etmisler ise Davidi qelebeden sonra ozune arxayin oglan kimi ayagi altinda Qoliafin basi ile tesvir etmisdir Lakin hec bir Florensiya senetkari iki obrazi birge tesvir etmemisdir Onun uzundeki sert ifade ile rahat serbest pozasi arasindaki konstrast Mikelancelonun Davidi doyusden evvelki veziyyetde tesvir etmesini lakin onun qazanacagi qelebeye inandigini dusunmeye esas verir Onun cekisinin esas agirligi Intibah incesenetinde genis yayilmis prakitika esasinda islenmis arxada olan ayaq uzerine dusur Bu veziyyet suurlu secim ve suurlu hereketi tesvir edir Heykelin detallari Mikelancelonun Davidi qehreman cilpaq kisinin tesviri olan qedim yunan movzusunun yeni interpretasiyada teqdim edilmesidir Yuksek Intibam medeniyyeti dovrunde bu cur tezadli pozalar antik heykellerden ferqlendirici xususiyyet kimi qebul edilirdi David butun agirligini bir ayaginin ustune salaraq diger ayagini bir qeder qabaga uzadaraq rahat sekilde buraxmisdir Bu klassik poza bir qeder sola eyilmis basla ciyin arasinda ucbucaq yaradir ve bedene bir qeder eyri forma verir Umumilikde Mikelancelonun Davidi Intibah heykeltarasliginin en meshur numunesi olmaqla guc ve genc oglan bedeninin gozelliyinin simvolu olmusdur Heykelin arxa hissesinin gorunusu Mikelancelonun muasirlerini heyran eden esasen heykelin boyuk olculeri idi Vazari eserden behs ederken qeyd edir ki mocuzevi sekilde Mikelancelo artiq olmus bir heyati berpa etmisdir ve ister Qedim Yunan ve ya Latin eserleri olsun qedim ve ya muasir olsun David butun heykeller arasinda en iri hecmlisi ve boyuyudur deye o bildirir Davidin proporsiyalari da Mikelancelonun diger eserleri ucun xarakterik olmayan xususiyyetlere malikdir fiqur qeyri adi derecede boyuk basa ve ellere xususile sag el daha cox diqqeti celb edir malikdir Ola bilsin Mikelancelo eserin kafedralin damina yerlesdirileceyini nezerde tutaraq esas hisselerin uzaqdan daha yaxsi diqqete catmasi ucun bele proporsiya secmisdir Cekisi nezere alinsa heykel onden arxaya istiqametde hedden artiq ince qurulusa malikdir Ola bilsin ki bu Mikelancelonun das uzerinde ise baslamasindan evvel aparilmis islerle baglidir Ola bilsin ki hele Mikelancelonun ise celb edilmesinden evvel David bir siyasi heykel kimi nezerde tutulmusdu Deqiq bilinir ki bu heykel uzun muddet Florensiyada siyasi fiqur kimi qebul edilmis ve guclu Bibliya qehremaninin simvolik olaraq Florensiyadaki siyasi hakimiyyeti ve insan haqqlarini qorudugu dusunulmusdur Donatello tunc David i texminen 1440 ci illerde Medici ailesi ucun islemis 1494 cu ilde Medicilerin Florensiyadan surgun edilmesinden sonra Signorianin qerari ile heykel Palacco Vekkonun qarsisinda ucaldilmisdir Mikelancelonun Davidini Donatellonun Davidinin yerine yerlesdirmekle respublika rehberliyi sanki Medicilerin incesenetine layiqli cavab vermis olduqlarini dusunurduler Tedqiqatcilar Davidin yaxsi veziyyetde dovrumuze catmis penisine de diqqet yetirir ve onun yehudi Brit Mila enenesinin eksine olaraq sunnet edilmis olmadigini eksine bunun Intibah medeniyyetine uygun sekilde gosterildiyini bildirirler Konservasiyasi David in Romaya istiqametlenmis qezebli baxisi 1991 ci ilde David penceyinin altinda cekic gizletmis qezebli kisinin hucumuna meruz qalmisdir Bu hucum neticesinde David in sol ayaginin barmaqlari zedelenmisdir Heykelden qopmus hisselerin tedqiq edilmesi neticesinde alimler mueyyen etmisler ki David in hazirlanmasi ucun istifade edilmis mermer blok Simali erazisinde Apuan Alp daglari eteyinde yerlesen Karrara seherinden getirilib Mermer coxlu mikroskopik desiklere malikdir ki bu da onun adi mermerle muqayisede daha tez cirklenmesine ve xarab olmasina getirib cixarir Mermerin deqradasiyasi sebebiyle 1843 cu ilden beri ilk defe 2003 2004 cu illerde ilk defe heykel esasli temizlenmek ucun yerinden goturulmusdur Bezi mutexessisler qeyd edirler ki heykelin temizlenmesi ucun sudan istifade edilmesi onun daha tez xarab olmasina sebeb ola biler Dr Franka Falletinin rehberliyi altinda restavratorlar Monika Eyxmann ve Sinzia Parnigioni heykelin temizlenerek berpa olunmasi isini heyata kecirmisler 2008 ci ilde heykelin gelen turistlerin ayaq zerbelerinden emele gelen titremeler neticesinde zedelenmesinin qarsisinin alinmasi ucun xususi plan hazirlanmisdir ReplikalariEsas meqale Mikelancelonun David heykelinin nusxeleri Muxtelif dovrlerde heykelin coxlu nusxeleri yaradilmisdir Onlardan en cox diqqet cekeni Viktoriya ve Albert Muzeyinde saxlanan gipsden hazirlanmis nusxedir ki bu nusxe encir agaci yarpagi ile digerlerinden ferqlenir Kralica Viktoriyanin heykeli birinci defe gorerken cilpaqligindan soka dusmesinden sonra hazirlanmis ve kralicanin elece de diger vacib sexslerin muzeyi ziyaret etmesi zamani David in penisini ortmek ucun istifade edilir XX esrde Mikelancelonun David i ikonik medeni simvollardan birine cevrilmisdir Onun suse gips mermer ve sair muxtelif materiallardan hazirlanmis yuzlerle kopyalari en muxtelif olkelerde muxtelif mekanlarin bezedilmesi ucun istifade edilmekdedir Mikelancelo meydani Florensiya Viktoriya ve Albert Muzeyi London Langelinie Promenade Kopenhagen Prado meydani Marsel Hans Peter Feldmann David 2006 Koln 2010 cu ilden Duisburq Palacco Vekko FlorensiyaIstinadlarEdebiyyat Goffen Rona Renaissance Rivals Michelangelo Leonardo Raphael Titian New Haven 2002 Hall James Michelangelo and the Invention of the Human Body New York 2005 Hartt Frederick Michelangelo the complete sculpture New York 1982 Hibbard Howard Michelangelo New York 1974 Hirst Michael Michelangelo In Florence David In 1503 and Hercules In 1506 142 2000 487 492 Hughes Anthony Michelangelo London 1997 Pope Hennessy John Italian High Renaissance and Baroque Sculpture London Phaidon 1996 Levine Saul The Location of Michelangelo s David The Meeting of January 25 1504 56 1974 31 49 Seymour Charles Jr Michelangelo s David a search for identity Mellon Studies in the Humanities Pittsburgh 1967 Vasari Giorgio Lives of the Artists Life of Michelangelo pp 325 442 Qeydler https www galleriaaccademiafirenze it opere david Ekser menbeler David heykelinin hundurluyunu duz gostermir ve bu yanlisliq incesenet tarixi ile bagli bir cox edebiyyatlarda ozune yer tapib Heykelin deqiq olculeri yalniz 1998 1999 cu illerde Stanford Universitetinden bir qrup elm adaminin heykeli tedqiq ederek 3D sekillerini cekmesinden sonra mueyyenlesdirilmis heykelin o vaxta qeder butun edebiyyatlarda qeyd edilenden daha hundur oldugu qeyd edilmisdi Bax 1 2017 10 10 at the Wayback Machine ve 2 2017 10 10 at the Wayback Machine Numune ucun Donatellonun iki versiyada islediyi David resm eseri ve yunc Davidi Bu fikir ilk defe Saul Levine The Location of Michelangelo s David The Meeting of January 25 1504 The Art Bulletin 56 1974 31 49 menbesinde nesr edilmisdir Hemcinin bax J Huston McCulloch David A New Perspective 2012 02 24 at the Wayback Machine 2007 accessed 15 06 2013 Davidin menseyi Seymour terefinden 1967 ci ilde nesr etdirilmis tedqiqatda muzakire edilmisdir Charles Seymour Jr Homo Magnus et Albus the Quattrocento Background for Michelangelo s David of 1501 04 Stil und Uberlieferung in der Kunst des Abendlandes Berlin 1967 II 96 105 Seymour 100 101 Giovanni Gaye Carteggio inedito d artisti del sec XIV XV XVI Florence 1839 40 2 454 and Charles Seymour Michelangelo s David A Search for Identity Pittsburgh Pittsburgh University Press 1967 134 137 doc 34 Gaetano Milanesi Le lettere di Michelangelo Buonarroti pubblicati coi ricordi ed i contratti artistici Florence 1875 620 623 the Consuls of the Arte della Lana and the Lords Overseers being met Overseers have chosen as sculptor to the said Cathedral the worthy master Michelangelo the son of Lodovico Buonarrotti a citizen of Florence to the end that he may make finish and bring to perfection the male figure known as the Giant nine braccia in height already blocked out in marble by Maestro Agostino grande of Florence and badly blocked and now stored in the workshops of the Cathedral The work shall be completed within the period and term of two years next ensuing beginning from the first day of September next ensuing with a salary and payment together in joint assembly within the hall of the said of six broad florins of gold in gold for every month And for all other works that shall be required about the said building edificium the said Overseers bind themselves to supply and provide both men and scaffolding from their office and all else that may be necessary When the said work and the said male figure of marble shall be finished then the Consuls and Overseers who shall at that time be in authority shall judge whether it merits a higher reward being guided therein by the dictates of their own consciences The statue has not been weighed but an estimate of its weight was circulated in 2004 when the statue was cleaned See a CBS news report of 8 March 2004 18 may 2013 at the Wayback Machine Muzakire metni Covanni Gaye Carteggio inedito d artisti del sec XIV XV XVI Florence 1839 40 2 454 463 terefinden nesr edilmisdir Senedin ingilis diline tercumesi ucun Seymour Michelangelo s David 140 155 and for an analysis see Saul Levine The Location of Michelangelo s David The Meeting of January 25 1504 Art Bulletin 56 1974 31 49 N Randolph Parks The Placement of Michelangelo s David A Review of the Documents Art Bulletin 57 1975 560 570 ve Rona Goffen Renaissance Rivals Michelangelo Leonardo Raphael Titian New Haven 2002 123 127 Heykelin elave bezekleri hemin ilin yayinda elave edilmisdi qelebe eklili kotuyun qizil uzu encir yarpagindan kemer Goffen 130 a man the police described as deranged broke part of a toe with a hammer saying a 16th century Venetian painter s model ordered him to do so Cowell Alan Michelangelo s David Is Damaged 2009 02 11 at the Wayback Machine New York Times 1991 09 15 Retrieved on 2008 05 23 2016 05 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 06 16 Povoledo Elisabetta Who Owns Michelangelo s David The New York Times August 31 2010 2022 06 17 tarixinde Istifade tarixi 2010 09 01 apostrophe markup Pisa Nick Florence vs Italy Michelangelo s David at centre of ownership row The Daily Telegraph London August 16 2010 2022 04 07 tarixinde Istifade tarixi 2010 09 01 apostrophe markup Art in Renaissance Italy 2012 10 31 tarixinde Istifade tarixi 2013 06 16 Howard Hibbard Michelangelo New York Harper amp Row 1974 59 61 Anthony Hughes Michelangelo London Phaidon 1997 74 Andrea del castagno scudo di david con la testa di golia Giorgio Vasari Le vite de piu eccellenti pittori scultori e architettori nelle redazioni del 1550 e 1568 ed Rosanna Bettarini and Paola Barocchi Florence 1966 87 6 21 Levine 45 46 Andrew Butterfield New Evidence for the Iconography of David in Quattrocento Florence I Tatti Studies 8 1995 115 133 Michelangelo and Medicine 3 2022 07 12 at the Wayback Machine Journal of the Royal Society of Medicine Eric Scigliano Inglorious Restorations Destroying Old Masterpieces in Order to Save Them Harper s Magazine August 2005 61 68 Michelangelo s David may crack 2017 07 13 at the Wayback Machine BBC News 2008 09 19 Retrieved on 2008 09 19 2007 06 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2007 05 29 A Synnott Pink Flamingoes Symbols and Symbolism in Yard Art 1990 You need not travel to Florence to see Michelangelo s David You can see it well enough for educational purposes in reproduction asserted E B Feldman in 1973 Feldman The teacher as model critic Journal of Aesthetic Education 1973 That typical examples of kitsch include fridge magnets showing Michelangelo s David is reported even in the J Launer Medical kitsch BMJ 2000 Xarici kecidlerVikianbarda David ile elaqeli mediafayllar var David A New Perspective 2012 02 24 at the Wayback Machine J Huston McCulloch Michelangelo Buonarroti David Art and the Bible The Digital Michelangelo Project Stanford University Models of wax and clay used by Michelangelo in making his sculpture and paintings The Museums of Florence The David of Michelangelo