Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun. balanos), üzərində şaquli istiqamətdə sidik kanalının xarici dəliyi — lat. ostium urethrae externum yerləşmişdir. penisin iki səthi vardır: yuxarı və ya ön səthi — penis arxası — lat. dorsum penis və aşağı ya dal-sidik kanalı səthi — lat. facies urethralis; yuxarı səthi aşağı səthindən enlidir.
Penis Kişi cinsiyyət üzvü | |
---|---|
| |
Latınca | Penis |
Yunanca | Phallos |
Qrey | subyekt 262 1247 |
Arteriya | |
Vena | |
Sinir | Penisin arxa siniri - lat. n. dorsalis penis |
Limfa | Qasığın dərin limfa düyünləri və kiçik çanaq limfa düyünləri |
Vikianbarda əlaqəli mediafayllar |
Penis başının əsası hündür və enli olduğundan penis başı tacı — lat. corona glandis adlanır. Bu tac penis cisminə keçən yerində şırım ilə və yaxud penis başı boynu — lat. collum glandis ilə əhatə olunmuşdur.
Mağaralı cisim
Penisin mağaralı cisimləri — lat. corpora covernosa penis silindr şəklində olub ın 3/4 hissəsi bir-birilə birləşmişdir, arxa 1/4 hissəsi ayrı qalaraq penis ayaqcıqlarını — lat. crura penis əmələ gətirir. Penis ayaqcıqları qasıq sümüyü ilə oturaq sümüklərinin aşağı şaxələrindən başlayaraq önə, yuxarı və içəri tərəfə gedir və qasıq bitişməsinin altında bir-birilə birləşir. Mağaralı cismlərin ön ucları nazikləşərək penis başı ilə əhatə olunur. Hər bir mağaralı cismin eninə kəsiyi ellipsə bənzəyir; bunlar bir-birilə birləşdikdə yuxarı və aşağı səthlərində orta xətdə birər şırım əmələ gətirir. Yuxarı səthində olan şırım — lat. sulcus dorsalis aşağı səthində olan şırımdan (lat. sulcus urethralis) zəifdir; bunlardan birinci — penisin arxa damar və sinirlərinə və ikinci — sidik kanalının mağaralı hissəsinə məxsusdur.
Süngəri cisim
Penisin süngəri cismi — lat. corpus spongiosus penis silindr şəklində olub penisin mağaralı cismlərinin altında yerləşmişdir və özü də onlardan nazik və uzundur. Penisin süngəri cisminin iki: dal və ön ucu vardır. Dal ucu yoğunlaşaraq penis soğanağı — lat. bulbus penis (bilbus urethra - BNA) adlanır. Penis soğanağı meşə qozu böyüklüyündə olub aralıq əzəlləri arasında düz bağırsağın aşağı hissəsində yerləşmişdir. Süngəri cismin ön ucu çox enliləşərək zəng və ya göbələk papaqçığına bənzər penis başını əmələ gətirir. Onun yuxarı səthi uzun və çıxıq, aşağı səthi isə yastılaşmış və qısa olur. Aşağı səthində zəif bir şırım vardır; bura pülük yüyəni — lat. frenulum preputii bağlanmışdır. Penis baının arxa kənarı — penis başı tacı — lat. corona glandis papaq kimi penisin mağaralı cisimlərinin ön uclarını örtmüşdür.
Ağlı qişa
Penisin mağaralı cisimlərinin hər biri ağlı qişa — lat. tunica albuginea corporum cavernosorum ilə əhatə olunmuşdur. Bu qişa sərt, ağ rəngdə və 1–2 mm qlınlığında olub, iki təbəqə (xaricdə boylama və daxildə həlqəvi) sərt birləşdirici toxuma liflərindən və müəyyən qədər elastik liflərdən təşkil olunmuşdur. Penisin mağaralı cisimlərinin ağlı qişası orta xətdə bir-birilə bitişərək penis arakəsməsini — lat. septum penis əmələ gətirir; ancaq bu arakəsmə mağaralı cisimləri bir-birindən tamamilə ayırmır, çünki onun üzərində şaquli istiqmətdə yarıqlar vardır. Bu yarıqlar vasitəsilə mağaralı cismlərdə olan qan bir tərəfdən digər tərəfə keçir. Ağlı qişanın daxili səthində bir çox atmalar — lat. trabeculae korporum cavernosorum gedərək mağaralı cismi ayrı-ayrı sahələrə və ya mağaralara — lat. cavernae corporum cavernosorum bölür. Bu atmalar süngər və ya mağaralı toxumadan təşkil olunmuşdur. burada elastik liflərdən başqa artıq miqdarda lifləri vardır.
Mağaraların daxili səthi endotel ilə örtülüdür və daxillərində olan boşluqlar qan ilə doludur. Penis ereksiya halında olanda mağaralar genəlir, belə ki, onların boşluqları böyüyür və aralarında olan atmalar nazikləşir. Penis sükut halında olarkən əksinə, mağaralar daralır, atmalar qalınlaşır və boşluqlar yarıq şəklini alır. Penisin süngəri cisminin quruluşu mağaralı cismin quruluşundan fərqlənir. penisin süngəri cismində ağlı qişa — lat. tunica albuginea corporis spongiosi — nazikdir və artıq miqdarda elastik lifləri vardır; bununla bərabər atmalar olduqca qalın və elastikdir; mağaraların həcmi bir ölçüdədir. Penis başının daxili quruluşuna gəldikdə orada iştirak edən toxumanı venoz kələf ilə müqayisə etmək olur; bunun ağlı qişası yoxdur və xaricdən ancaq nazik dəri ilə əhatə olunmuşdur.
Penis fassiyası
Mağaralı cisimlərin ağlı qişası xaricdən penis fassiyası — lat. fascia penis ilə əhatə olunmuşdur. Bu fassiya ətraf nahiyyələrdən penisin üzərinə keçərək onu boynunadək örtür. Penisin arxasını örtən hissəsi digər hissələrdən qalındır, çünki burada cinsiyyət əzələlərindən lat. m. ischiocavernosus et m. bulbospongiosus vətərləri onun ilə birləşir. Fassiya elastik birləşdirici toxumadan təşkil olunmuşdur. Penis fassiyası xaricdən dərialtı hüceyrəli toxuma qatı ilə örtülüdür; burada piy toxuması yoxdur, ancaq müstəsna olaraq təkcə penis kökü nahiyyəsində kiçik piy paycıqlarına təsadüf olunur. Bu toxuma penis fassiyası ilə zəif rabitədədir və quruluşuna görə artıq dərəcədə genələ bildiyi üçün, onu örtən penis dərisi olduqca mütəhərrikdir. Sükut halında penis maksimum yığılarkən xayalığın dərisində gizlənir və penis dərisi bir çox büküşlər təşkil edərək sərbəst surətdə sallanır.
Dəri qatı
Penisi örtən dəri artıq dərəcədə nazik, şəffaf, elastik və bir az piqmentlidir. Elastiki olduğu üçün çox genələ bilir, ona görə də ereksiya zamanında penis öz şəklini və həcmini dəyişdirməsinə baxmayaraq, tamamilə dəri ilə örtülü olur. Penis dərisinin daxili təbəqəsində həlqəvi istiqamətində gedən saya əzələ lifləri vardır. bu təbəqə xayalığın əzələ təbəqəsinə uyğun olaraq lat. tunica dartos penis adlanır. Penis dərisi aşağı tərəfdən xayalıq dərisinə və yuxarı tərəfdən qasıq dağcığı dərisinə keçir. aşağı səthində orta xətdə zəif tikiş — lat. raphe penis vardır; bu tikiş arxaya doğru gedərək xayalıq tikişi ilə birləşir. penis dərisi tüksüzdür; anca onun kökü nahiyəsində bir az tük vardır.
Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — lat. glandulae preputiales (Tysoni - BNA) ifraz olunur; ancaq tərkibində penis başını və pülüyün daxili qatını örtmüş epitel hüceyrələrin söküntüləri vardır. Pülüyün azad kənarı kiçik girdə bir dəlik — lat. ostium preputii vasitəsilə penis zirvəsini əhatə etmişdir. böyüklərdə bu dəlik açıq olduğundan penis zirvəsi xaricdən görünür; uşaqlarda isə örtülü olur, hətta pülük penis başını örtdükdən sonra bir az da aşağı sallanır. Yaşa dolduqda və təkrak koitus nəticəsində pülük genəlir. Sünnət olanlarda lat. glans penis tamamilə açıq qalır. Bəzən lat. ostium preputii o qədər dar olur ki, penis başı xaricə çıxa bilmir, bu hadisəyə fimoz — lat. phimosis deyilir. Bu halda pülüyü əməliyyat edib (lat. circumcisio) penis başını azad etmək lazım gəlir. penis başının yuxarı səthi aşağı səthindən uzun olduğu üçün, pülük də yuxarıda aşağıdan uzun olur və aşağı tərəfdən yüyən — lat. frenulum preputii vasitəsilə penis başının aşağı səthi ilə bitişir.
Pülüyün əhəmiyyəti ondan ibarətdir ki, bir tərəfdən penis başını örtərək onu sürtünmədən mühafizə edir və digər tərəfdən ehtiyat dəri vəzifəsini görür. Ereksiya zamanında penis öz şəklini və həcmini dəyişib artıq dərəcədə uzanarkən pülük gərginləşir və nəticədə onun daxili təbəqəsi xaricə çevrilərək uzanmış penisi örtür. Penis və pülüyün belə mütəhərrik olması koitus zamanı penisin firiksiyasına (qadın cinsiyyət üzvü — uşaqlıq yolunda hərəkətinə) imkan verir.
Bağları
Penis öz normal vəziyyətində iki bağ vasitəsilə fiksasiya olunmuşdur: 1) penis asılan bağ — lat. lig. suspensorium penis — birləşdirici toxuma liflərindən təşkil olunaraq qasıq bitişməsinin ön səthindən başlayır, aşağıya doğru gedir və iki dəstəyə ayrıldıqdan sonra penisin arxa səthində ağlı qişaya bağlanır.
Damar və sinirləri
Arteriyalar
Penis arterial qanı daxili və xarici cinsiyyət arteriyalarından alır. Xarici ciniyyət arteriyası xayalığın və penisin dərisinə lat. arteriae scrotales anteriores şaxəsini və daxili cinsiyyət arteriyası isə penisin mağaralı və süngəri cisimlərinə lat. art. penis, xayalığın dal hissəsinə lat. arteriae scrotales posteriores adlanan şaxələrini verir.
Penis arteriyası daxili cinsiyyət arteriyasından başlayaraq aralıq nahiyyəsində üç şaxəyə bölünür: penis soğanağı arteriyası — lat. art. bulbi penis, penisin süngəri cismini qidalandıran sidik kanalı arteriyası — lat. art. urethralis, penisin mağaralı cismini və qişalarını, pülüyü və penis başını qidalandıran penisin dərin arteriyası — lat. art. profunda penis və penisin arxa arteriyası — lat. art. dorsalis penis. Penisin başı nahiyəsində lat. art. urethralis, art. profunda penis et. art. dorsalis penis bir-birilə anastomozlaşır.
Venalar
penisdən yığılan venoz qan iki növ: səthi və dərin damarlar ilə axır. Səthi venalardan venoz qan penisin tək və ya cüt dərialtı arxa venasına (lat. vena dorsalis penis subcutanae) yığışır; bu damar orta xətdə penisin arxası ilə gedərək penisin kökü nahiyəsində bud venasına və ya qıçın böyük dərialtı venasına açılır. Penisin dərin venaları ikidir: 1) penisin cüt dərin venaları (lat. vv. profunda penis) və 2) penisin tək fassiyaaltı arxa venası (lat. vena dorsalis penis subfascialis). Fassiyaaltı arxa vena penis başının arxasında əmələ gələn venoz kələfdən (lat. plexus retroglandularis) başlayaraq penisin arxasında fassiyaaltı ilə dala doğru gedir, qasıq bucağının altında lat. lig. arcuatum pubis ilə lat. lig. transversum pubis arası ilə kiçik çanağa keçir və orada venoz cinsiyyət kələfinə açılır. Bu damar penisin süngəri cismindən və mağaralı cisimlərindən gələn venaları (lat. vv. cavernosae) qəbul edir. Penisin dərin venaları mağaralı cisimlərdən venoz qanı yığaraq sidik-cinsiyyət üçbucağını keçir və daxili cinsiyyət venasına (lat. v. pudenda interna) açılır. penis soğanağından yığılan venoz qan isə bilavasitə cinsiyyət kələfinə axır.
Limfa
Penisdən başlanan limfa damarları qan damarları kimi səthi və dərin qrupa bölünürlər. Səthi damarlar penisin qişalarından və dərisindən limfanı yığaraq penisin arxası ilə gedir və içəri qrup qasıq limfa düyünlərinə açılır. dərin limfa damarları mağaralı cisimlərdən, sidik kanalından və penis başından limfanı yığaraq fassiyaaltı ilə gedir və qasığın dərin limfa düyünlərinə daxil olur. penisdən gələn bəzi limfa damarları limfanı kiçik çanaqdakı limfa düyünlərinə daşıyır.
Sinirlər
Penisin sinirləri iki növdür. hissi və hərəki. Hissi sinirlərə cinsiyyət sinirindən çıxan lat. n. dorsalis penis aiddir. Hər iki sinir simpatik və parasimpatik sinir sistemindən çıxaraq penis əzələlərini və qan damarlarını innervasiya edir və nəticədə ereksiya aktını tənzim edir. Penis simpatik sinirlərini simpatik kötüyün çanaq hissəsindən və parasimpatik sinirlərini (lat. nn. erigentes) I–II oma sinirlərindən alır; bu sinirlər lat. nn. cavernosi adı ilə aşağı qarınaltı kələfdən ayrılır.
Ereksiya mexanizmi
Penis cinsi əlaqə üzvlərindən olub xüsusi vəzifə ifa etdiyi üçün ereksiya — lat. erectio (düzlənən) zamanı öz şəklini, həcmini, ölçülərini və vəziyyətini dəyişdirir. Sükut halında penisin uyunluğu 9–10 sm, dairəsi 9 sm, şəkli silindrəbənzər və konsinstensiyası yumşaq olub xayalığın önündə aşağı doğru sallanır. Ereksiya halında şəkli üçüzlü piramidaya bənzəyir, uzunluğu 14–16 sm və dairəsi 12 sm-ə çatır və özü də artıq dərəcədə sərtləşərək önə və yuxarıya doğru qalxır. Penisin ereksiya halına gəlməsi mağaralı cisimlərin və orada olan arterial damarların quruluşundan asılıdır. Mağaralı cisimlərin arteriyalarının (lat. aa. halicinae) divarlarında həlqəvi və boylama saya əzələ lifləri artıq dərəcədə inkişaf etmişdir. Boylama lifləri toplaşaraq müəyyən miqdarda zolaqlar (yastıqlar) əmələ gətirir; bu zolaqlar qan axımının əks tərəfində yerləşərək qapaq vəzifəsini görür. Penis sükutda olarkən bu damarlardan qan orta sürətlə axır, çünki arterial damarların divarında olan yastıqlar və mağaralı cisimlərin atmalarında olan əzələ lifləri müəyyən tonusda olur. Əgər damargenəldici sinir lifləri (lat. nn. erigentes) qıcıqlanarsa, həmin əzələ lifləri və yastıqlar tonuslarını itirərək boşalır və arteriyalar genəlir, nəticədə arterial qan sürətlə penisin mağaralı cisimlərinə axmağa başlayır, orada olan mərkəzi böyük mağaralar qan ilə dolur və təzyiq olduqca artır. Bununla bərabər mağaralı cisimlərin xarici səthinə yaxın sahələr daxildə olan təzyiqin artması nəticəsində ağlı qişaya sıxılır; ağlı qişa artıq dərəcədə gərginləşərək onu dələn venaları (lat. vv. cavernosae) sıxır və nəticədə onların mənfəzləri tutulur; bundan əlavə penisin arxa venası qasıq bucağına sıxıldığı üçün venoz qan oradan çətinliklə axmağa başlayır və penisin dərin venası sidik-cinsiyyət diafraqmasının yığılmasından tamamilə tutulur. Beləliklə ereksiya prosesi bir tərəfdən penisə arterial qanın artıq miqdarda gəlməsindən və digər tərəfdən venoz qanın çətinliklə geriyə axmasından asılıdır. Bunun nəticəsində mağaralı cisimlər artıq dərəcədə qan ilə dolaraq həcmlərini və ölçülərini dəyişərək çox sərtləşir. Ereksiya zamanı penisin mağaralı cisimləri ilə bərabər penisin süngəri cisimi də dəyişir; ancaq burada elastik liflərin artıq olması mağaraların bərabər surətdə qan ilə dolması və venoz qanın maneəsiz axması mağaralı cismin sərtləşməsinə imkan vermir, o öz həcmini və şəklini dəyişdirməklə bərabər yumşaq halda qalır. Bunun artıq dərəcədə fizioloji əhəmiyyəti vardır, çünki buradan keçən sidik kanalı ereksiya zamanında sıxılmayıb açıq qalır və sidik kanalının prostat hissəsinə tullanan torum maneəsiz xaricə (uşaqlıq yoluna) tökülür. Penis başı quruluşca venoz kələfdən təşkil olunduğu üçün sükut vaxtında gıyümtül olur; ereksiya zamanında arterial qan ilə zənginləşdiyi üçün rəngi dəyişib qırmızılaşır, ancaq konsistensiyası yumuşaq qalır. Bunun da fizioloji əhəmiyyəti lat. frictio et immissio penis zamanı qadın cinsiyyət üzvlərinə zədə toxundurulmamasındadır. Penisin ereksiya halının sükuta keçməsi damardaraldıcı sinir liflərinin qıcıqlanmasından damarların divarlarındakı yastıqların və atmalarda olan əzələ liflərinin tonuslarının artmasına, nəticədə damarlar və mağaralar daraldığı üçün arterial qan zəif axmağa başlayır və nəticədə penisin həcmi və ölçüləri kiçilir, sərtliyi itir və vəziyyəti dəyişir.
Mənbələr
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Xarici keçidlər
- Kinsey Institute on the penis
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Kisi cinsiyyet uzvu ve ya Penis lat penis yun phallos xarici cinsiyyet orqani olub vezifesi spermani toxumu ve sidiyi ifraz etmekdir Bu magarali toxumadan teskil olunmus bir cut penisin magarali cisminden lat corpora cavernosa penis ve bir eded penisin sungeri cisminden lat corpus spongiosum penis corpus cavernosum urethrae BNA ibaretdir Penis qasiq nahiyesinde xayaligin onunde asilaraq uc hisseye bolunur 1 arxa hisse penis koku lat radix penis qasiq sumuklerine baglanmisdir 2 orta hisse penis cismi lat corpus penis 3 on hissesi penis basi lat glans penis yun balanos uzerinde saquli istiqametde sidik kanalinin xarici deliyi lat ostium urethrae externum yerlesmisdir penisin iki sethi vardir yuxari ve ya on sethi penis arxasi lat dorsum penis ve asagi ya dal sidik kanali sethi lat facies urethralis yuxari sethi asagi sethinden enlidir Penis Kisi cinsiyyet uzvuKisi cinsiyyet uzvuLatinca PenisYunanca PhallosQrey subyekt 262 1247Arteriya On ve arxa xaya arteriyalari Arteriya penis saxeleri Penis soganagi arteriyasi lat art bulbi penis penisin derin arteriyasi lat art profunda penis sidik kanali arteriyasi lat art urethralis penisin arxa arteriyasi lat art dorsalis penisVena Penisin tek ve cut derialti sethi venalari lat v dorsalis penis subcutanea derin venalar penisin cut derin venasi lat vv profunda penis fassiyaalti arxa vena lat vena dorsalis penissubfascialisSinir Penisin arxa siniri lat n dorsalis penis lat nn erigentis nn cavernosiLimfa Qasigin derin limfa duyunleri ve kicik canaq limfa duyunleri Vikianbarda elaqeli mediafayllarKisi cinsiyyet uzvu Penis basinin esasi hundur ve enli oldugundan penis basi taci lat corona glandis adlanir Bu tac penis cismine kecen yerinde sirim ile ve yaxud penis basi boynu lat collum glandis ile ehate olunmusdur Magarali cisimPenisin magarali cisimleri lat corpora covernosa penis silindr seklinde olub in 3 4 hissesi bir birile birlesmisdir arxa 1 4 hissesi ayri qalaraq penis ayaqciqlarini lat crura penis emele getirir Penis ayaqciqlari qasiq sumuyu ile oturaq sumuklerinin asagi saxelerinden baslayaraq one yuxari ve iceri terefe gedir ve qasiq bitismesinin altinda bir birile birlesir Magarali cismlerin on uclari nazikleserek penis basi ile ehate olunur Her bir magarali cismin enine kesiyi ellipse benzeyir bunlar bir birile birlesdikde yuxari ve asagi sethlerinde orta xetde birer sirim emele getirir Yuxari sethinde olan sirim lat sulcus dorsalis asagi sethinde olan sirimdan lat sulcus urethralis zeifdir bunlardan birinci penisin arxa damar ve sinirlerine ve ikinci sidik kanalinin magarali hissesine mexsusdur Sungeri cisimPenisin sungeri cismi lat corpus spongiosus penis silindr seklinde olub penisin magarali cismlerinin altinda yerlesmisdir ve ozu de onlardan nazik ve uzundur Penisin sungeri cisminin iki dal ve on ucu vardir Dal ucu yogunlasaraq penis soganagi lat bulbus penis bilbus urethra BNA adlanir Penis soganagi mese qozu boyukluyunde olub araliq ezelleri arasinda duz bagirsagin asagi hissesinde yerlesmisdir Sungeri cismin on ucu cox enlileserek zeng ve ya gobelek papaqcigina benzer penis basini emele getirir Onun yuxari sethi uzun ve cixiq asagi sethi ise yastilasmis ve qisa olur Asagi sethinde zeif bir sirim vardir bura puluk yuyeni lat frenulum preputii baglanmisdir Penis bainin arxa kenari penis basi taci lat corona glandis papaq kimi penisin magarali cisimlerinin on uclarini ortmusdur Agli qisaPenisin magarali cisimlerinin her biri agli qisa lat tunica albuginea corporum cavernosorum ile ehate olunmusdur Bu qisa sert ag rengde ve 1 2 mm qlinliginda olub iki tebeqe xaricde boylama ve daxilde helqevi sert birlesdirici toxuma liflerinden ve mueyyen qeder elastik liflerden teskil olunmusdur Penisin magarali cisimlerinin agli qisasi orta xetde bir birile bitiserek penis arakesmesini lat septum penis emele getirir ancaq bu arakesme magarali cisimleri bir birinden tamamile ayirmir cunki onun uzerinde saquli istiqmetde yariqlar vardir Bu yariqlar vasitesile magarali cismlerde olan qan bir terefden diger terefe kecir Agli qisanin daxili sethinde bir cox atmalar lat trabeculae korporum cavernosorum gederek magarali cismi ayri ayri sahelere ve ya magaralara lat cavernae corporum cavernosorum bolur Bu atmalar sunger ve ya magarali toxumadan teskil olunmusdur burada elastik liflerden basqa artiq miqdarda lifleri vardir Magaralarin daxili sethi endotel ile ortuludur ve daxillerinde olan bosluqlar qan ile doludur Penis ereksiya halinda olanda magaralar genelir bele ki onlarin bosluqlari boyuyur ve aralarinda olan atmalar naziklesir Penis sukut halinda olarken eksine magaralar daralir atmalar qalinlasir ve bosluqlar yariq seklini alir Penisin sungeri cisminin qurulusu magarali cismin qurulusundan ferqlenir penisin sungeri cisminde agli qisa lat tunica albuginea corporis spongiosi nazikdir ve artiq miqdarda elastik lifleri vardir bununla beraber atmalar olduqca qalin ve elastikdir magaralarin hecmi bir olcudedir Penis basinin daxili qurulusuna geldikde orada istirak eden toxumani venoz kelef ile muqayise etmek olur bunun agli qisasi yoxdur ve xaricden ancaq nazik deri ile ehate olunmusdur Penis fassiyasiMagarali cisimlerin agli qisasi xaricden penis fassiyasi lat fascia penis ile ehate olunmusdur Bu fassiya etraf nahiyyelerden penisin uzerine kecerek onu boynunadek ortur Penisin arxasini orten hissesi diger hisselerden qalindir cunki burada cinsiyyet ezelelerinden lat m ischiocavernosus et m bulbospongiosus veterleri onun ile birlesir Fassiya elastik birlesdirici toxumadan teskil olunmusdur Penis fassiyasi xaricden derialti huceyreli toxuma qati ile ortuludur burada piy toxumasi yoxdur ancaq mustesna olaraq tekce penis koku nahiyyesinde kicik piy payciqlarina tesaduf olunur Bu toxuma penis fassiyasi ile zeif rabitededir ve qurulusuna gore artiq derecede genele bildiyi ucun onu orten penis derisi olduqca muteherrikdir Sukut halinda penis maksimum yigilarken xayaligin derisinde gizlenir ve penis derisi bir cox bukusler teskil ederek serbest suretde sallanir Deri qatiPenisi orten deri artiq derecede nazik seffaf elastik ve bir az piqmentlidir Elastiki oldugu ucun cox genele bilir ona gore de ereksiya zamaninda penis oz seklini ve hecmini deyisdirmesine baxmayaraq tamamile deri ile ortulu olur Penis derisinin daxili tebeqesinde helqevi istiqametinde geden saya ezele lifleri vardir bu tebeqe xayaligin ezele tebeqesine uygun olaraq lat tunica dartos penis adlanir Penis derisi asagi terefden xayaliq derisine ve yuxari terefden qasiq dagcigi derisine kecir asagi sethinde orta xetde zeif tikis lat raphe penis vardir bu tikis arxaya dogru gederek xayaliq tikisi ile birlesir penis derisi tuksuzdur anca onun koku nahiyesinde bir az tuk vardir Puluk Sunnet lat circumcisio emeliyyati Penis derisi penis boynuna catarken onun basini ortmemisden evvel Puluk lat preputium adlanan deri bukusunu emele getirir puluk penis basini xortum kimi azad bir suretde ortur Bunlarin arasinda yariga benzer bir bosluq lat cavum preputii qalir Hemin bosluqda lat smegma s sebum preputii adlanan xususi qoxulu ve agimtil piy olur bu piy puluyun daxili tebeqesinde olan xususi piy vezilerinde lat glandulae preputiales Tysoni BNA ifraz olunur ancaq terkibinde penis basini ve puluyun daxili qatini ortmus epitel huceyrelerin sokuntuleri vardir Puluyun azad kenari kicik girde bir delik lat ostium preputii vasitesile penis zirvesini ehate etmisdir boyuklerde bu delik aciq oldugundan penis zirvesi xaricden gorunur usaqlarda ise ortulu olur hetta puluk penis basini ortdukden sonra bir az da asagi sallanir Yasa dolduqda ve tekrak koitus neticesinde puluk genelir Sunnet olanlarda lat glans penis tamamile aciq qalir Bezen lat ostium preputii o qeder dar olur ki penis basi xarice cixa bilmir bu hadiseye fimoz lat phimosis deyilir Bu halda puluyu emeliyyat edib lat circumcisio penis basini azad etmek lazim gelir penis basinin yuxari sethi asagi sethinden uzun oldugu ucun puluk de yuxarida asagidan uzun olur ve asagi terefden yuyen lat frenulum preputii vasitesile penis basinin asagi sethi ile bitisir Puluyun ehemiyyeti ondan ibaretdir ki bir terefden penis basini orterek onu surtunmeden muhafize edir ve diger terefden ehtiyat deri vezifesini gorur Ereksiya zamaninda penis oz seklini ve hecmini deyisib artiq derecede uzanarken puluk gerginlesir ve neticede onun daxili tebeqesi xarice cevrilerek uzanmis penisi ortur Penis ve puluyun bele muteherrik olmasi koitus zamani penisin firiksiyasina qadin cinsiyyet uzvu usaqliq yolunda hereketine imkan verir BaglariPenis oz normal veziyyetinde iki bag vasitesile fiksasiya olunmusdur 1 penis asilan bag lat lig suspensorium penis birlesdirici toxuma liflerinden teskil olunaraq qasiq bitismesinin on sethinden baslayir asagiya dogru gedir ve iki desteye ayrildiqdan sonra penisin arxa sethinde agli qisaya baglanir Damar ve sinirleriArteriyalar Penis arterial qani daxili ve xarici cinsiyyet arteriyalarindan alir Xarici ciniyyet arteriyasi xayaligin ve penisin derisine lat arteriae scrotales anteriores saxesini ve daxili cinsiyyet arteriyasi ise penisin magarali ve sungeri cisimlerine lat art penis xayaligin dal hissesine lat arteriae scrotales posteriores adlanan saxelerini verir Penis arteriyasi daxili cinsiyyet arteriyasindan baslayaraq araliq nahiyyesinde uc saxeye bolunur penis soganagi arteriyasi lat art bulbi penis penisin sungeri cismini qidalandiran sidik kanali arteriyasi lat art urethralis penisin magarali cismini ve qisalarini puluyu ve penis basini qidalandiran penisin derin arteriyasi lat art profunda penis ve penisin arxa arteriyasi lat art dorsalis penis Penisin basi nahiyesinde lat art urethralis art profunda penis et art dorsalis penis bir birile anastomozlasir Venalar penisden yigilan venoz qan iki nov sethi ve derin damarlar ile axir Sethi venalardan venoz qan penisin tek ve ya cut derialti arxa venasina lat vena dorsalis penis subcutanae yigisir bu damar orta xetde penisin arxasi ile gederek penisin koku nahiyesinde bud venasina ve ya qicin boyuk derialti venasina acilir Penisin derin venalari ikidir 1 penisin cut derin venalari lat vv profunda penis ve 2 penisin tek fassiyaalti arxa venasi lat vena dorsalis penis subfascialis Fassiyaalti arxa vena penis basinin arxasinda emele gelen venoz kelefden lat plexus retroglandularis baslayaraq penisin arxasinda fassiyaalti ile dala dogru gedir qasiq bucaginin altinda lat lig arcuatum pubis ile lat lig transversum pubis arasi ile kicik canaga kecir ve orada venoz cinsiyyet kelefine acilir Bu damar penisin sungeri cisminden ve magarali cisimlerinden gelen venalari lat vv cavernosae qebul edir Penisin derin venalari magarali cisimlerden venoz qani yigaraq sidik cinsiyyet ucbucagini kecir ve daxili cinsiyyet venasina lat v pudenda interna acilir penis soganagindan yigilan venoz qan ise bilavasite cinsiyyet kelefine axir Limfa Penisden baslanan limfa damarlari qan damarlari kimi sethi ve derin qrupa bolunurler Sethi damarlar penisin qisalarindan ve derisinden limfani yigaraq penisin arxasi ile gedir ve iceri qrup qasiq limfa duyunlerine acilir derin limfa damarlari magarali cisimlerden sidik kanalindan ve penis basindan limfani yigaraq fassiyaalti ile gedir ve qasigin derin limfa duyunlerine daxil olur penisden gelen bezi limfa damarlari limfani kicik canaqdaki limfa duyunlerine dasiyir Sinirler Penisin sinirleri iki novdur hissi ve hereki Hissi sinirlere cinsiyyet sinirinden cixan lat n dorsalis penis aiddir Her iki sinir simpatik ve parasimpatik sinir sisteminden cixaraq penis ezelelerini ve qan damarlarini innervasiya edir ve neticede ereksiya aktini tenzim edir Penis simpatik sinirlerini simpatik kotuyun canaq hissesinden ve parasimpatik sinirlerini lat nn erigentes I II oma sinirlerinden alir bu sinirler lat nn cavernosi adi ile asagi qarinalti kelefden ayrilir Ereksiya mexanizmiPenis bos ve berkimis veziyyetde Penis cinsi elaqe uzvlerinden olub xususi vezife ifa etdiyi ucun ereksiya lat erectio duzlenen zamani oz seklini hecmini olculerini ve veziyyetini deyisdirir Sukut halinda penisin uyunlugu 9 10 sm dairesi 9 sm sekli silindrebenzer ve konsinstensiyasi yumsaq olub xayaligin onunde asagi dogru sallanir Ereksiya halinda sekli ucuzlu piramidaya benzeyir uzunlugu 14 16 sm ve dairesi 12 sm e catir ve ozu de artiq derecede sertleserek one ve yuxariya dogru qalxir Penisin ereksiya halina gelmesi magarali cisimlerin ve orada olan arterial damarlarin qurulusundan asilidir Magarali cisimlerin arteriyalarinin lat aa halicinae divarlarinda helqevi ve boylama saya ezele lifleri artiq derecede inkisaf etmisdir Boylama lifleri toplasaraq mueyyen miqdarda zolaqlar yastiqlar emele getirir bu zolaqlar qan aximinin eks terefinde yerleserek qapaq vezifesini gorur Penis sukutda olarken bu damarlardan qan orta suretle axir cunki arterial damarlarin divarinda olan yastiqlar ve magarali cisimlerin atmalarinda olan ezele lifleri mueyyen tonusda olur Eger damargeneldici sinir lifleri lat nn erigentes qiciqlanarsa hemin ezele lifleri ve yastiqlar tonuslarini itirerek bosalir ve arteriyalar genelir neticede arterial qan suretle penisin magarali cisimlerine axmaga baslayir orada olan merkezi boyuk magaralar qan ile dolur ve tezyiq olduqca artir Bununla beraber magarali cisimlerin xarici sethine yaxin saheler daxilde olan tezyiqin artmasi neticesinde agli qisaya sixilir agli qisa artiq derecede gerginleserek onu delen venalari lat vv cavernosae sixir ve neticede onlarin menfezleri tutulur bundan elave penisin arxa venasi qasiq bucagina sixildigi ucun venoz qan oradan cetinlikle axmaga baslayir ve penisin derin venasi sidik cinsiyyet diafraqmasinin yigilmasindan tamamile tutulur Belelikle ereksiya prosesi bir terefden penise arterial qanin artiq miqdarda gelmesinden ve diger terefden venoz qanin cetinlikle geriye axmasindan asilidir Bunun neticesinde magarali cisimler artiq derecede qan ile dolaraq hecmlerini ve olculerini deyiserek cox sertlesir Ereksiya zamani penisin magarali cisimleri ile beraber penisin sungeri cisimi de deyisir ancaq burada elastik liflerin artiq olmasi magaralarin beraber suretde qan ile dolmasi ve venoz qanin maneesiz axmasi magarali cismin sertlesmesine imkan vermir o oz hecmini ve seklini deyisdirmekle beraber yumsaq halda qalir Bunun artiq derecede fizioloji ehemiyyeti vardir cunki buradan kecen sidik kanali ereksiya zamaninda sixilmayib aciq qalir ve sidik kanalinin prostat hissesine tullanan torum maneesiz xarice usaqliq yoluna tokulur Penis basi qurulusca venoz kelefden teskil olundugu ucun sukut vaxtinda giyumtul olur ereksiya zamaninda arterial qan ile zenginlesdiyi ucun rengi deyisib qirmizilasir ancaq konsistensiyasi yumusaq qalir Bunun da fizioloji ehemiyyeti lat frictio et immissio penis zamani qadin cinsiyyet uzvlerine zede toxundurulmamasindadir Penisin ereksiya halinin sukuta kecmesi damardaraldici sinir liflerinin qiciqlanmasindan damarlarin divarlarindaki yastiqlarin ve atmalarda olan ezele liflerinin tonuslarinin artmasina neticede damarlar ve magaralar daraldigi ucun arterial qan zeif axmaga baslayir ve neticede penisin hecmi ve olculeri kicilir sertliyi itir ve veziyyeti deyisir MenbelerProf Kamil Ebdulsalam oglu Balakisiyevin Insanin Normal Anatomiyasi II cild MAARIF Nesriyyati Baki 1979 R D Sinelnikov Atlas anatomii cheloveka 4 toma Xarici kecidlerVikianbarda Insan penisi ile elaqeli mediafayllar var Kinsey Institute on the penis